Məhkəmə qərarları › İş №2(1-8)-345/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-345/2026

17.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-345/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı “xxxx” Naxçıvan Muxtar Respublikası X5 X1rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqı tələbi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ## ####### 2019-cu il tarixli əmək müqaviləsinə əsasən X3 “xxxx” Naxçıvan MR X5 X1 qəbul həkimi vəzifəsinə işə qəbul edilmişdir.

2. Naxçıvan MR, Səhiyyə Nazirliyi tərəfindən verilmiş “X3 həkim-ftiziatr vəzifəsinə təyin edilməsi haqqında” ## ######## 2019-cu il tarixli, *** nömrəli əmrinə əsasən Naxçıvan MR X12 Profilaktik kabinə müdiri X3 “xxxx” Naxçıvan MR X5 Poliklinika şöbəsinə 1.0 oklad həkimftiziatr vəzifəsinə təyin edilməsi əmr edilmişdir.

3. ## ###### 2020-ci il tarixdən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilməsi, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına; Naxçıvan MR Xəstəxanasına; “xxxx” X5; Naxçıvan MR Kardioloji Mərkəzinə; Naxçıvan MR Doğum Mərkəzinə publik hüquqi şəxs statusu verilməsi və işçilərin aylıq vəzifə maaşının ## ###### 2020-ci il tarixdən 50 faiz artırılması, Naxçıvan MR Nazirlər Kabinetinin bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq etməsi və ## ###### 2020-ci il tarixdən fəaliyyətlərini təmin etməsi və Naxçıvan MR Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyinin bu Sərəncamdan irəli gələn məsələləri həll etmələri qərara alınmışdır.

4. “xxxx” Naxçıvan MR X5 publik hüquqi şəxsi tərəfindən verilmiş ## ####### 2023-cü il tarixli, *** saylı əmrin məzmunundan görünür ki, ##.##.2023-cü il tarixdən Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “xxxx” Naxçıvan MR X5 publik hüquqi şəxsin ştat cədvəlinə uyğun olaraq işçi X3 X2 Bölməsində 1 ştat vahidi ilə işdə hesab edilməsi əmr edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi və iddia tələbinin artırılması ilə məhkəməyə müraciət edərək, istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə işə cəlb edildiyi 2020-ci il üzrə 312 saat üçün 1.104,48 manat, 2021-ci il üzrə 250 saat üçün 987,5 manat, 2022-ci il üzrə 432 saat üçün 2.008,8 manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə 72 saat üçün 334,8 manat olmaqla, ümumilikdə 1.066 saat üçün 4.435,58 manat pul vəsaitinin, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 ay üçün ona ödənilməmiş işin nəticələrinə görə həkimlərə verilən 7.854 manat aylıq həvəsləndirici əlavənin və 2020-2023-cü illər üzrə 3 il ərzində onun qanunsuz olaraq ödənilməmiş 20.520 manat əmək haqqının, ümumilikdə 32.809,58 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o “xxxx” Naxçıvan MR X5 qəbul otağının həkimi vəzifəsində çalışır. Eyni zamanda təcili tibbi şöbənin işlərini də icra edir. İstirahət, bayram günləri və iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının ödənilməsi tələbinə dair məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, 2020-ci ilin yanvar ayından 2023-cü ilin mart ayınadək ayda 144 saat işləməli olduğu halda, bu dövr ərzində istisnasız hər ay işlədiyi müəssisə tərəfindən iş vaxtından artıq işə cəlb edilmişdir. Lakin iş vaxtından əlavə işə cəlb edildiyi saatlar üzrə ona heç bir əlavə əmək haqqı ödənişi edilməmişdir. Digər bir tərəfdən, o, ## #### 2020-ci il tarixdən növbəli iş rejiminə keçmişdir. Həmin vaxtdan etibarən bayram günləri növbədə olduğu zamanlar üçün nəzərdə tutulan əmək haqqı da bu günə qədər ona ödənilməmişdir. Beləliklə, ##.##.2020 - ##.##.2023-cü il aralığındakı dövr ərzində bayram günləri və iş vaxtından artıq işə cəlb edildiyi saatlar 2020-ci ilin mart ayı üzrə 48 saat, aprel ayı üzrə 24 saat, may ayı üzrə 48 saat, iyun ayı üzrə 24 saat, iyul ayı üzrə 24 saat, avqust ayı üzrə 48 saat, sentyabr ayı üzrə 24 saat, noyabr ayı üzrə 24 saat və dekabr ayı üzrə 48 saat olmaqla, cəmi 312 saat; 2021-ci ilin yanvar ayı üzrə 24 saat, fevral ayı üzrə 24 saat, mart ayı üzrə 48 saat, aprel ayı üzrə 24 saat, may ayı üzrə 48 saat, iyun ayı üzrə 24 saat, iyul ayı üzrə 24 saat, sentyabr ayı üzrə 24 saat, oktyabr ayı üzrə 48 saat, noyabr ayı üzrə 48 saat və dekabr ayı üzrə 24 saat olmaqla cəmi 250 saat; 2022-ci ilin yanvar ayı üzrə 48 saat, fevral ayı üzrə 24 saat, mart ayı üzrə 48 saat, aprel ayı üzrə 24 saat, may ayı üzrə 48 saat, iyun ayı üzrə 24 saat, iyul ayı üzrə 24 saat, avqust ayı üzrə 48 saat, sentyabr ayı üzrə 24 saat, oktyabr ayı üzrə 48 saat, noyabr ayı üzrə 24 saat və dekabr ayı üzrə 48 saat olmaqla cəmi 432 saat; 2023-cü ilin yanvar ayı üzrə 48 saat və fevral ayı üzrə 24 saat olmaqla cəmi 72 saat, ümumilikdə 1.066 saatdır. Göründüyü kimi, ##.##.2020 - ##.##.2023-cü illər aralığında o, ümumilikdə 1.066 saat iş vaxtından artıq işə cəlb edilmişdir. Lakin buna baxmayaraq həmin dövr aralığında hər ayın sonu ona yalnız normal iş vaxtına, yəni ayda 144 saatlıq iş vaxtına mütənasib əmək haqqı ödənişi edilmişdir. AR Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Məsələ ilə bağlı işlədiyi müəssisənin mühasibatlığına müraciət etməsinə baxmayaraq, arxivdən həmin uçot vərəqəsi ona rəsmi sənəd qismində təqdim edilməmişdir. O, ##.##.2020-##.##.2023-cü illər aralığında iş vaxtından artıq işə cəlb edildiyi saatların qeydiyyatını arxivdəki sənədlərə baxaraq dəftərində özü üçün qeydlər etməklə həmin saatların dəqiq hesabatını aparmışdır. Əgər zərurət yaranarsa qanunvericiliyə uyğun olaraq məhkəmə prosesi gedişində özünün, yəni iddiaçının vəsatəti əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə həmin sübutun cavabdehdən tələb edilməsi mümkündür. ##.##.2020 - ##.##.2023-cü illər aralığındakı dövrə nəzərən onun rəsmi aylıq əmək haqqı məbləği 2020-ci il üzrə - 510 manat, 2021-ci il üzrə - 570 manat, 2022-ci il üzrə 670 manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə - 670 manat olmuşdur. Bu isə o mənaya gəlir ki, onun 1 saata düşən əmək haqqı məbləği, başqa deyimlə 1 saatlıq tarif maaşı: a) 2020-ci il üzrə 3.54 (üç manat əlli dörd qəpik) manat (510 manat /144 saat (aylıq cəmi iş vaxtı)); b) 2021-ci il üzrə 3.95 (üç manat doxsan beş qəpik) manat (570 manat /144 saat (aylıq cəmi iş vaxtı); c) 2022-ci il üzrə 4.65 (dörd manat altmış beş qəpik) manat (610 manat /144 saat (aylıq cəmi iş vaxtı); d) 2023-cü ilin yanvar və fevral ayları üzrə 4.65 (dörd manat altmış beş qəpik) manat (610 manat /144 saat (aylıq cəmi iş vaxtı) təşkil edir. Beləliklə, istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə işə cəlb edildiyi 2020-ci il üzrə cəmi 312 saat müqabilində 1.104,48 manat (312 saat x 3.54 manat); 2021-ci il üzrə cəmi 250 saat müqabilində 987,5 (doqquz yüz səksən yeddi manat əlli qəpik) manat (250 saat x 3.95 manat); 2022-ci il üzrə cəmi 432 saat müqabilində 2.008,8 manat (432 saat x 4.65 manat); 2023-cü ilin yanvar və fevral ayları üzrə cəmi 72 saat müqabilində 334,8 manat (72 saat x 4.65 manat) olmaqla, ümumilikdə 4.435,58 manat məbləğdə pul vəsaitinin birdəfəlik şəkildə iddiaçı İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh xxxx X5 üzərinə qoyulması qanunauyğun və ədalətlidir. İşin nəticələrinə görə həkimlər üçün nəzərdə tutulmuş aylıq həvəsləndirici əlavələrin verilməsi tələbinə dair yuxarıda da qeyd edildiyi kimi o, xxxx Naxçıvan Muxtar Respublikasının X5 qəbul otağının həkimi vəzifəsi ilə yanaşı, eyni zamanda təcili tibbi şöbənin işlərini də icra edir. Lakin 2020-ci ilin yanvar ayından, 2023-cü ilin yanvar ayına qədər 3 ay xaric ümumilikdə 33 ay ərzində ona İcbari Tibbi Sığortaya əsasən nəzərdə tutulan ödəmələr edilməmişdir. Digər işçilər kimi ona da qanunvericiliklə nəzərdə tutulan 230 manat məbləğdə sabit həvəsləndirici əlavə ilə yanaşı, həm də stimullar ödənilməli idi. Belə ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasının 1.1-ci maddəsinə əsasən, bu Qaydanın məqsədi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin layiqli həyat səviyyəsinə uyğun əmək haqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsidir. Həmin Qaydanın 4.1-ci maddəsinə əsasən, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş vəsaitlər hesabına səhiyyə işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı (4.1.1), əmək şəraitinə görə ödənilən əlavələr (4.1.2.); həvəsləndirici əlavələr (4.1.3.) daxildir. Həmin Qaydanın 18.1-ci maddəsinə əsasən, bu Qaydaların 18.3-cü bəndinə uyğun olaraq tibb müəssisələrində çalışan həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir. Həmin Qaydanın 18.1-ci maddəsinə əsasən, həkimlərin verilən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrinin məbləği terapevtik və pediatrik ixtisaslar qismində ambulator fəaliyyəti üzrə çalışan həkimlər üçün iş günü ərzində 25 nəfər sığorta olunandan yuxarı olmamaq şərtilə tətbiq edilən tarifin 8%-i həcmində müəyyənləşdirilib. Özünün çalışdığı şöbədə xəstələrə tətbiq edilən tarif (müayinə xərci) 17 manat təşkil edir. Qanunvericiliyə əsasən, həmin tarifin 8 %-i işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə qismində həkimə verilir. Bu isə 1 xəstə üçün 1.36 manat təşkil edir. O, “xxxx” Naxçıvan MR X5 qəbul otağının həkimi vəzifəsi ilə yanaşı, eyni zamanda təcili tibbi şöbənin işlərini də icra etmişdir. Bu zaman o, 1 (bir) ay ərzində 7 dəfə, elə aylar olub ki, 8 dəfə növbədə olmuşdur. Növbədə olduğu hər iş günündə 25-dən artıq xəstə müayinə etmişdir. Lakin qanunvericilik yuxarı kəmiyyət həddini 25 xəstə ilə məhdudlaşdırdığı üçün növbədə olduğu hər iş günü üçün müayinə etdiyi xəstə sayı 25 nəfər olaraq nəzərə alınmaqla hesablanır. Yuxarıda da qeyd etdiyi kimi, 2020-ci ilin yanvar ayından, 2023-cü ilin yanvar ayına qədər 3 ay xaric olmaqla ümumilikdə 33 ay ona İcbari Tibbi Sığortaya əsasən nəzərdə tutulan ödəmələr aylıq həvəsləndirici əlavələr daxil olmaqla) edilməmişdir. O, hər ay 7 dəfə növbətçi olduğuna görə 33 ay ərzində ümumilikdə 231 iş günü (növbədə olduğu aylıq 7 gün x 33 ay) xəstə qəbul edib, müayinə etmişdir. Hər iş günü üçün 25 xəstə müayinəsinə müvafiq olaraq sözügedən 33 ay ərzində ona ümumilikdə 7.854 manat məbləğdə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr ödənilməli idi. Odur ki, hazırki vəziyyətdə 2020-ci ilin yanvar ayından, 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 ay üçün işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində cəmi 7.854 manat məbləğdə pul vəsaitinin birdəfəlik şəkildə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanuna uyğun və ədalətlidir.

7. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ərizədə istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə iddiaçının işə cəlb edildiyi 2020-ci il üzrə cəmi 312 saat müqabilində 1.104,48 manat, 2021-ci il üzrə cəmi 250 saat müqabilində 987,5 manat, 2022-ci il üzrə cəmi 432 saat müqabilində 2.008,8 manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə cəmi 72 saat müqabilində 334,8 manat olmaqla, cəmi 4.435,58 manat pul vəsaitinin, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 ay üçün iddiaçıya ödənilməmiş işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində cəmi 7.854,00 manat pul vəsaitinin və 2020-2023-cü illər üzrə 3 il ərzində iddiaçının əmək haqqından qanunsuz olaraq ödənilməmiş cəmi 20.520,00 manat məbləğdə pul vəsaiti olmaqla, ümumilikdə 32.809.58 manat pul vəsaitinin cavabdehdən tutularaq birdəfəlik şəkildə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında “Təcili yardım” şöbəsinin bu ilə kimi yaradılmadığını, bu səbəbdən də digər şöbələrin həkimləri xəstələrə yardım göstərməli olduğunu, 2 aydır belə bir şöbə yaradıldığını, Zeynəb həkimin baxdığı xəstə sayına görə də bütün həkimlərə ödənildiyi qaydada əmək haqqı ödənildiyini, bununla bağlı hesabatlar da mövcud olduğunu, bayram günləri 2023-cü il yanvar ayından ödənildiyini, Ali Məclis sədrinin sərəncamı əsasında 50% əlavə ödəniş ödənildiyini, sığorta ödənişinin xəstəxananın gəlirindən asılı olduğunu, yəni, həkimlərə də pul ödənilməsi üçün sığorta ödənişləri edilməli olduğunu, qaydasına düşəndən sonra sığorta ödənişinin də normal şəkildə ödənildiyini, 2024-cü ilin mart ayında yaradıldığını, “Təcili yardım” şöbəsinin yaradılması ilə bağlı rəsmi sənəd mövcud olduğunu, əvvəllər qəbul şöbəsi olduğunu, əvvəllər ödənilmədiyini, bu vəziyyətin sadəcə öz müəssisələrində olmadığını, xəstəxananın publik hüquqi şəxs olana kimi tabel cədvəlləri xəstəxana tərəfindən hazırlanaraq İcbari Tibbi Sığorta Agentliyinə verildiyini, Maliyyə Nazirliyinin nəzarəti ilə Agentlik tərəfindən büdcə ayrıldığını, publik hüquqi şəxs olduqdan sonra isə artıq nazirliyin nəzarət etmədiyini, dövlət tərəfindən ayrılan bütün məbləğlərin bütün işçilərə ödənildiyini, əvvəl işçilərin 24 saat işlədiklərini, halhazırda isə 12 saat işlədiklərini, sistemin yeni yaradıldığını, baxılan hər xəstə üzrə hesabatın sistem üzərindən tamamlanmalı olduğunu, tamamlanan bütün hesablar üzrə də ödənişlər edildiyini, bayram günləri ilə bazar günləri üst-üstə düşdüyü zaman əlavə pul ödənildiyini, işə görə isə 2023-cü ilin avqust ayının 1-dən tam şəkildə ödənildiyini, iddia müddətinin keçdiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Naxçıvan MR X5 publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının cavabdehə qarşı tələbi araşdırılarkən müəyyən edilmişdir ki, iş vaxtından artıq vaxt ərzində 2020-2022-ci illəri əhatə etməklə görülən işin hər saatı həmin illərin vəzifə maaşı nəzərə alınaraq hesablanmış və aşağıdakı kimi olmuşdur. 2020-ci ildə vəzifə maaşı 360 manat olmaqla aylıq norma olan iş saatına yani 144 bölünərək əlavə iş saatına görə 2.50 manatla hesablanmışdır. Beləliklə 336 saat artıq iş saatı üçün 840 manat olmuşdur. 2021-ci ildə vəzifə maaşı 360 manat olmaqla aylıq norma olan iş saatına yəni 144 bölünərək əlavə iş saatına görə 2.50 manatla hesablanmışdır. Beləliklə 408 saat artıq iş saatı üçün 1020 manat olmuşdur. 2022-ci ildə vəzifə maaşı 432 manat olmaqla aylıq norma olan iş saatına yəni 144 bölünərək əlavə iş saatına görə 3.00 manatla hesablanmışdır. Beləliklə 360 saat artıq iş saatı üçün 1080 manat olmuşdur. 2023-cü il üçün artıq iş saatları tam olaraq ödənilmişdir.

10. Naxçıvan MR X6 Xidmətinin əmək qanunvericiliyinə riayət olunmasına dair verdiyi rəydə göstərmişdir ki, iddiaçının cavabdehə qarşı “istirahət və iş günü hesab edilməyən bayram günləri və iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının ödənilməsi, aylıq həvəsləndirici əlavələrin verilməsi tələbinə dair” iddiası ilə bağlı qeyd olunur ki, AR Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinin 1-ci abzasına əsasən işçiyə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməldir. Cavabdeh tərəfindən iddiaçıya 2020-ci il təqvim ili üzrə cəlb edildiyi 312 artıq iş saatına görə 1.497,60 manat, 2021ci təqvim ili üzrə 250 artıq iş saatına görə 1.200 manat, 2022-ci təqvim ili üzrə 432 artıq iş saatına görə 2.484 manat, 2023-ci il təqvim ili üzrə 72 artıq iş saatına görə isə 450 manat, 72 qəpik olmaqla ümumilikdə bu təqvim illəri ərzində cəlb edildiyi 1.066 artıq iş saatına görə ona 5.632,32 manat pul vəsaiti ödənilməlidir. Aylıq həvəsləndirici əlavələrin ödənilməsilə bağlı bildirilir ki, təqdim olunan səndlərdən əlavə ödənişlərin ödənilməsinə əsas olan məlumatlar müəyyən edilməmişdir.

11. AR Naxçıvan MR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, təqdim edilmiş növbətçilik cədvəlləri üzrə (iş materiallarından tabel olmadığından) “xxxx” X5 tərəfindən iddiaçının 2020-ci il üzrə, 2021-ci il üzrə, 2022-ci il üzrə və 2023-cü ilin yanvar və fevral ayları üzrə əlavə olaraq neçə saat işə cəlb edilməsini müəyyən etmək mümkün olmadığından, həmin iş saatlarına görə əlavə haqq ödənilməsini müəyyən etmək mümkün olmamışdır. 2023-cü ilin yanvar və rəyin tədqiqi hissəsindən göründüyü kimi, 2020-ci ilin yanvar ayında verilən əlavə pul ödənişlərinin ayına qədər olan dövr ərzində işin nəticələrinə görə həkimlərə məbləği 1.286,91 manat təşkil edir. İş materiallarından və rəyin tədqiqi hissəsindən göründüyü kimi, 2020-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayına qədər olan dövr ərzində “xxxx” Naxçıvan MR X5 tərəfindən iddiaçıya ödənilmiş əmək haqqı 19.967,06 manat təşkil etmişdir.

12. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülsüm Əliyeva) iddiaçının istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə iddiaçının işə cəlb edildiyi 2020-ci il üzrə cəmi 312 saat müqabilində 1.104,48 manat, 2021-ci il üzrə cəmi 250 saat müqabilində 987,5 manat, 2022-ci il üzrə cəmi 432 saat müqabilində 2.008,8 manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə cəmi 72 saat müqabilində 334,8 manat olmaqla, cəmi 4.435,58 manat məbləğdə pul vəsaitinin, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 ay üçün iddiaçıya ödənilməmiş işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində cəmi 7.854,00 manat məbləğdə pul vəsaitinin və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində iddiaçının əmək haqqından qanunsuz olaraq ödənilməmiş cəmi 20.520,00 manat pul vəsaitinin, 2023-cü ildən 2024-cü ilə kimi bazar, baryam günləri əmək haqqının hesablanıb cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı publik hüquqi şəxsi tərəfindən istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə işə cəlb edildiyi müddətlər ərzində işə cəlb edildiyini, həmin müddətlər ərzində ona ödənilməli olan pul vəsaitinin ödənilmədiyini, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində ona pul vəsaitinin ödənilmədiyini və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində əmək haqqından 20.520,00 manat qanunsuz olaraq ödənilməmiş pul olduğunu və nəticədə iddiaçıya 32.809,58 manat pul ödənilməli olması ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

14. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia tələbində qeyd etdiyi tələblərlə bağlı elə həmin vaxtlarda məlumatlı olmuşdur. Bunu iddiaçı məhkəməyə verdiyi izahatlarında təsdiq etmişdir. Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi nümayəndə1 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, *(***)-**/**** nömrəli mülki işlə bağlı AR Əmək Məcəlləsinin 296-cı maddəsinin dördüncü hissəsinə əsasən iddia müddəti buxarılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. İddiaçı məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun pozulduğunu sübuta yetirə bilməmişdir.

16. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə işə cəlb edildiyindən, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavənin ona verilməməsindən və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində əmək haqqının qanunsuz olaraq ödənilməməsindən elə həmin vaxtlarda məlumatlı olmuş, həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 1 illik iddia müddəti başa çatmışdır. İş üzrə iddiaçı 2024-cü ilin mart ayında mediasiya təşkilatına müraciət etmiş, ## ##### 2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir.

17. Bundan sonra, iddiaçının iddia ərizəsi ## ##### 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur.

18. Göründüyü kimi iddiaçı tərəfindən 1 illik iddia müddəti keçdikdən sonra müəyyən hərəkətlər edilmiş və bununla da onun tərəfindən iddia müddəti buraxılmışdır. Yəni, iş üzrə iddiaçı iddia müddətinin başa çatmasından sonra mediasiya təşkilatına və sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. Həmçinin məhkəmə iddia müddəti keçməsəydi belə iddianın hüquqi taleyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutları məhkəməyə təqdim edə bilməmişdir.

20. Həmçinin, iddiaçı tələbinin 2023-cü ildən 2024-cü ilə kimi bazar günləri bayram pullarının hesablanıb ödənilməsi hissədə də iddia tələbinin əsaslılığı ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, işin məhkəmədə araşdırması zamanı da qeyd edilən halların əsaslı olması müəyyən edilməmişdir.

21. Məhkəmə öz hüquqi mövqeyini AR Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə, Əmək Məcəlləsinin 9, 102.1,157.2, 164.1, 165.1, 296.4-cü, Mülki Məcəllənin 372.1, 372.2, 377.1-ci, habelə MPM-in 14.1, 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ## ####### 2019-cu il tarixli əmək müqaviləsi bağlayaraq cavabdehə qəbul həkimi vəzifəsinə işə qəbul edilmişdi. 2020–2023-cü illərdə qanunsuz olaraq istirahət və bayram günləri, habelə iş vaxtından artıq işlərə cəlb edilmişdi. Sonradan aylıq iş normasının 144 saat olduğunu müəyyən etmişdi. Həmin illərdə aylıq 168 və 192 saat işlədilmiş, lakin artıq saatlara görə ödəniş edilməmişdi. # #### 2020-ci ildən # ###### 2023-cü ilədək ümumilikdə 1066 saat artıq işə cəlb edilmiş, lakin hər ay yalnız 144 saatlıq norma üzrə əmək haqqı ödənilmişdi. Artıq işlə bağlı məlumatların xəstəxananın arxivində olduğu, lakin birinci instansiya məhkəməsinin həmin sübutları tələb etmədiyi qeyd edilmişdi. # #### 2020-ci ildən növbəli iş rejiminə keçirilmiş, bayram günlərində növbələrə görə də ödəniş edilməmişdi. Arxiv sənədlərində artıq işlədilməsi və ödəniş olunmaması barədə məlumatların mövcud olduğu bildirilmişdi. İstirahət və artıq işlərə görə 4.435,58 manat ödənilməli olduğu göstərilmişdi. 2023-cü ilin oktyabr ayından təcili tibbi şöbənin işlərini də icra etmiş, ayda 7–8 dəfə növbədə olmuş, hər növbədə 25-dən artıq xəstə müayinə etmişdi. 2020ci ilin yanvarından 2023-cü ilin yanvarınadək 33 ay üzrə icbari tibbi sığorta əsasında nəzərdə tutulan ödənişlər edilməmişdi. Bu dövr üzrə 7.854 manat həvəsləndirici əlavənin ödənilməli olduğu və həmin məbləğin cavabdeh qurumun üzərinə qoyulmasının qanuni və ədalətli olacağı göstərilmişdi. ## #### 2025-ci il tarixli ekspert rəyində əlavə iş saatlarının dəqiq müəyyən edilməsinin mümkün olmadığı, 2020-ci ilin yanvarından 2023-cü ilin yanvarınadək əlavə ödənişlərin 1286,91 manat təşkil etdiyi və ümumilikdə 19.967,06 manat əmək haqqı ödənildiyi qeyd edilmişdi. ## ### 2025-ci il tarixli məhkəmə iclasında ekspert əlavə iş saatlarının müəyyən edilməsinin mümkün olmadığını, əmək haqqının tam ödənildiyini və əlavələrin verildiyini bildirmişdi. ## ### 2025-ci il tarixli məktubda # ###### 2023-cü ildən etibarən həkimlərə işin nəticələrinə görə həvəsləndirici əlavələrin ödənilməsinə başlanıldığı, əvvəlki dövrlərlə bağlı isə ayrıca qaydanın göstərilmədiyi qeyd edilmişdi.

24. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev- sədrlik edən, məruzəçi, M.Əliyev və M.Allahverdiyev) apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissədə (tam mübahisləndirmə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının fasiləsiz işləməsi ilə bağlı qeyd etmişdir ki, həkimlər fasiləsiz xidmət müəssisələrində (səhiyyə) çalışdıqları üçün onların bayram və ya istirahət günlərinə düşən növbələrə işə cəlb olunması qanunidir. Bu isə öz növbəsində növbəli iş rejimində çalışan bir həkimin il ərzində iş vaxtının istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərinı və ümumxalq hüzn gününə düşməsini qaçınılmaz edir. Hazırkı mübahisəyə münasibətdə bunu mülki işin II cildində, iş vərəqə 1-36-da olan növbətçilik cədvəllərindən də müəyyən etmək açıq-aşkar mümkündür.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı “istirahət, iş günü hesab edilməyən bayram günlərində görülən işə görə əməyinin ödənilməsi” tələbinin araşdırılması zamanı cavabdeh təşkilat tərəfindən iddiaçıya bu ödənişin artıq 2023-cü ilin yanvar ayından ödənilməsi müəyyən edilir. Bu onu ifadə etmişdir ki, iddiaçı həmin andan sonra qeyd edilən əmək haqqı məbləğinin ona ödənilməsini bilməli idi. Yəni bu tələbə münasibətdə iddia müddəti 2023-cü ilin yanvar ayının bitməsi ilə başlamışdır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı “2020-2023-cü illər üzrə qanunsuz olaraq ödənilməmiş 20.520 manat əmək haqqının tələbinin əsassız olması barədə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdi

28. İddiaçının digər tələblərinə münasibətdə iddia müddətinin başlanğıcının müəyyən edilməsinə dair məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı icbari sığorta ödənişinin verilməsi ilə bağlı 2022-ci ildə əvvəlcə keçmiş səhiyyə nazirinə, daha sonra isə Naxçıvan MR Ali Məclisinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin il üzrə bu hadisələrin hansı ayda baş verməsi qeyri-müəyyən olduğundan məhkəmə kollegiyası qeyd etmişdir ki, bu müddətin başlanğıcı həmin ilin sonuncu günündən sonra ilk gün, yəni # ###### 2023-cü ildən hesablanmalıdır. İddiaçı isə iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə ## ##### 2024-cü ildə müraciət etsə də, iş materiallarında olan ilkin mediasiya sessiyasından sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə # ##### 2024-cü il tarixli arayışdan onun # #### 2024-cü ildə mediasiya təşkilatına müraciət etməsi aydın olmuşdur.

29. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı qeyd etmişdir ki, iddiaçı mediasiya təşkilatı tərəfindən ona müvafiq arayış verildikdən 11 gün sonra birinci instansiya məhkəməsinə müraciət etməklə, ümumilikdə AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində öz əksini tapmış 1 illik xüsusi iddia müddətini buraxmışdır.

30. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 3-cü maddəsinin 4-1-ci və 16-cı hissələrinə, 8-ci maddəsinə, 9-cu maddəsinin “e”, “ə” və “q” bəndlərinə, 89-cu maddəsinin 1-ci hissəsinə, 95-ci maddəsinin 1-ci hissəsinə, 99-cu maddəsinin 1-ci hissəsinə, 102-ci maddəsinin 1 və 2-ci hissələrinə, 107, 109, 154, 157-ci maddəsinin 1, 3-6-cı hissələrinə, 160ci maddəsinin 1 və 2-ci hissələrinə, 164, 288-ci maddəsinin “d” bəndinə, 294-cü maddəsinin 1 və 2-ci hissələrinə, 296-cı maddəsinin 3 və 4-cü hissələrinə, Mülki Məcəllənin 372, 379.4-1, 382-ci, hağelə MPM-nin 2, 4.1, 9.1, 76.1, 76.3, 77.1, 78.1, 78.2, 80, 88, 392.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə onun işə cəlb edildiyi 2020-ci il üzrə 312 saat üçün 1104,48 manat, 2021-ci il üzrə 250 saat üçün 987,5 manat, 2022-ci il üzrə 432 saat üçün 2008,8 manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə 72 saat üçün 334,8 manat omaqla, ümumilikdə 1066 saat üçün 4435,58 manat pul vəsaitinin, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 ay üçün ona ödənilməmiş işin nəticələrinə görə həkimlərə verilən 7.854 manat aylıq həvəsləndirici əlavənin və 2020-2023-cü illər üzrə 3 il ərzində onun qanunsuz olaraq ödənilməmiş 20.520 manat əmək haqqının, ümumilikdə 32.809,58 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

32. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin növbəli iş rejimi ilə bağlı gəldiyi nəticənin əsassız olduğu qeyd edilmişdir. Məhkəmə yanlış olaraq belə qənaətə gəlmişdir ki, növbəli iş rejimi səbəbindən istirahət və bayram günlərinə düşən iş saatları qaçılmaz olmuş və bu hal əlavə ödəniş tələbini istisna etmişdir. Halbuki növbəli iş rejimi iş vaxtının təşkili üsulu olmuş və bu rejim istirahət və bayram günlərində görülən işin xüsusi hüquqi rejimə tabe olmasını aradan qaldırmamışdır. Qeyd edilmişdir ki, növbəli iş rejimində istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənmiş və bu cədvəllər, qanunla müəyyən edilmiş istisnalar xaricində, elektron informasiya sisteminə daxil edilməli olmuşdur. Lakin bu mexanizmin istirahət və bayram günlərində görülən işin hüquqi rejimini dəyişmədiyi vurğulanmışdır. Bundan əlavə, iddia müddətinin başlanğıcı konkret təqvim tarixi ilə deyil, işçinin hüquq pozuntusu barədə real məlumatlanma anı ilə əlaqələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə iddia müddətinin başlanğıcını müəyyən edərkən iddiaçının hüququnun konkret hansı tarixdə pozulduğunu bildiyini araşdırmamış, yalnız cavabdeh tərəfindən 2023-cü ilin yanvar ayından müəyyən ödənişlərin edilməsinə başlanmasını əsas götürərək iddiaçının həmin tarixdən hüquq pozuntusunu “bilməli olduğu” nəticəsinə gəlmişdir. Bu yanaşmanın qanunun mahiyyətinə uyğun olmadığı göstərilmişdir. Belə ki, sonrakı dövrlər üzrə ödənişlərin aparılması əvvəlki dövrlərdə yol verilmiş əmək hüququ pozuntularının aradan qaldırıldığını və ya işçinin həmin pozuntular barədə məlumatlı olduğunu sübut etməmişdir. Şikayətçinin irəli sürdüyü tələblərin iş vaxtından artıq və bayram günlərində görülmüş işlərə görə əmək haqqının ödənilməsi, eləcə də aylıq həvəsləndirici əlavələrin verilməsi ilə bağlı olduğu və bu tələblərin mahiyyət etibarilə davam edən əmək hüququ pozuntusu xarakteri daşıdığı qeyd olunmuşdur. Belə hallarda hüquq pozuntusunun birdəfəlik deyil, hər bir ödəniş dövrü üzrə təkrar baş verdiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə mübahisəni birdəfəlik hüquq pozuntusu kimi qiymətləndirərək iddia müddətini bütövlükdə ötürülmüş hesab etmiş və bununla maddi hüquq normasını səhv tətbiq etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı qanunla nəzərdə tutulmuş qaydada mediasiya proseduruna müraciət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən, mediasiya prosesində iddia müddətinin axımı dayanmış və bu müddət mediasiya prosesi başa çatdıqdan sonra qalan hissə üzrə davam etməli olmuşdur. Məhkəmə iddiaçının mediasiya arayışını aldıqdan sonra 11 gün ərzində məhkəməyə müraciət etdiyini qeyd etsə də, iddia müddətinin mediasiyaya qədər neçə gününün qaldığını müəyyən etməmiş, müddətin dayanması institutunu real hesablamalarla tətbiq etməmişdir. Bu hal iddia müddətinin ötürülməsi barədə nəticənin hüquqi hesablamalara deyil, formal mülahizələrə əsaslandığını göstərmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticənin AR Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələblərinə uyğun formalaşmadığı, hüquqi əhəmiyyət kəsb edən halların tam və düzgün araşdırılmadan qəbul edildiyi göstərilmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə 35.4. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

35. Maddə 89.1. Tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

36. Maddə 95.1. İş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı daxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

37. Maddə 99.1. İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

38. Maddə 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

39. Maddə 107. Bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

40. Maddə 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.

41. Maddə 154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

42. Maddə 157.1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

43. Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

44. Maddə 296 .3 və 296.4. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

46. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

47. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

56. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

57. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

58. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdehə qarşı “istirahət, iş günü hesab edilməyən bayram günlərində görülən işə görə əməyinin ödənilməsi” tələbinin araşdırılması zamanı cavabdehın iddiaçıya bu ödənişləri artıq 2023-cü ilin yanvar ayından ödədiyi müəyyən edilmişdir. Yəni, iddiaçı həmin vaxtdan sonra qeyd edilən əmək haqqı məbləğinin ona ödənilmədiyini bilmişdir.

59. Göründüyü kimi, bu tələbə münasibətdə iddia müddətinin axımı 2023-cü ilin yanvar ayından artıq başlamışdır.

60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı “2020- 2023-cü illər üzrə qanunsuz olaraq ödənilməmiş 20.520 manat əmək haqqı tələbinin əsassız olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

61. Həmçinin iddiaçının digər tələblərinə münasibətdə iddia müddətinin başlanğıcının müəyyən edilməsinə dair apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı icbari sığorta ödənişinin verilməsi ilə bağlı 2022-ci ildə əvvəlcə keçmiş Səhiyyə Nazirinə, daha sonra isə Naxçıvan MR Ali Məclisinə şikayət ərizəsi ilə müraciətlər etmişdir.

62. Həmin il üzrə bu hadisələrin hansı ayda baş verməsi qeyri-müəyyən olduğundan, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu müddətin başlanğıcı həmin ilin sonuncu günündən sonra ilk gün, yəni 0# ###### 2023-cü il tarixdən hesablanmalıdır. İddiaçı isə iddia tələbi ilə məhkəməyə ## ##### 2024-cü il tarixdə müraciət etsə də, iş materiallarında olan ilkin mediasiya sessiyasından sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə ## ##### 2024-cü il tarixli arayışdan onun 0# #### 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etməsi müəyyən olunmuşdur.

63. Apellyasiya instansiyası məhkəməsi iddia müddəti ilə bağlı qeyd etmişdir ki, iddiaçı mediasiya təşkilatı tərəfindən ona müvafiq arayış verildikdən 11 gün sonra birinci instansiya məhkəməsinə müraciət etsə də, ümumilikdə AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hazırkı iddia tələbi ilə məhkəməyə 1 illik iddia müddətini ötürməklə müraciət etmişdir.

64. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar