Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-347/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2025-ci tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi D. 8, keçid 7, ev 18-ə aid təbii qazdan istifadə barədə *************** nömrəli abonent hesabı İddiaçı mərhum əri X1 adına qeydiyyatda olmuşdur.
2. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2021-ci il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı tərəfindən akt imzalanmamışdır. Eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 13.500 m3 (13.500*0,12=1.620 manat) həddində müəyyən edilmişdir.
3. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı tərəfindən akt imzalanmamışdır. Eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 13.500 m3 (13.500*0,12=1.620 manat) həddində müəyyən edilmişdir.
4. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı tərəfindən akt imzalanmamışdır. Eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 2.484 m3 (2.484*0,12=298,08 manat) həddində müəyyən edilmişdir.
5. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı tərəfindən akt imzalanmamışdır. Eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 6.048 m3 (6.048*0,12=725,76 manat) həddində müəyyən edilmişdir.
6. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı tərəfindən akt imzalanmamışdır. Eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 24.408 m3 (24.408*0,12=2.928,96 manat) həddində müəyyən edilmişdir.
7. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı tərəfindən akt imzalanmamışdır. Eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 12.240 m3 (12.240*0,12=1.468,8 manat) həddində müəyyən edilmişdir.
8. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı tərəfindən akt imzalanmamışdır. Eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 6.120 m3 (6.120*0,12=734,4 manat) həddində müəyyən edilmişdir.
9. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı tərəfindən akt imzalanmamışdır. Eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 12.960 m3 (6.120*0,12=1.555,2 manat) həddində müəyyən edilmişdir.
10. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2024-cü il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı tərəfindən akt imzalanmamışdır. Eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 3.060 m3 (3.060*0,12=367,2 manat) həddində müəyyən edilmişdir.
11. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2024-cü il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı tərəfindən akt imzalanmamışdır. Eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 3.060 m3 (3.060*0,12=367,2 manat) həddində müəyyən edilmişdir.
12. Cavabdeh İB-nin əməkdaşları tərəfindən verilən *************** nömrəli abonentin 2012-ci ildən 2024-cü ilin birinci yarım illiyinə dair abonentin saldosundan görünür ki, abonentə qalıq və aktlar üzrə 2021-ci ilin sonu üçün 1.530 manat, 2022-ci ilin sonu üçün 5.572.80 manat, 2023-cü ilin sonu üçün 3.758.4 manat, 2024-cü ilin sonu üçün 1.771.20 manat, cəmi 12.632,40 manat borc hesablanmışdır.
13. Ölüm haqqında şəhadətnamədən görünür ki, X1 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh İstehsalat Birliyinə (bundan sonra cavabdeh, yaxud İstehsalat Birliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli, ******* saylı, ##.##.2024-cü il tarixli, ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan 12.632,40 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasın xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən həyət evi iddiaçıya məxsusdur. Həmin evə 100456603300001 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Abonent hesabı mərhum əri X1 adına qeydiyyatda qalmışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, mərhum ərinin adına olan *************** saylı abonent hesabında borc məbləği yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional Qazın Satışı Departamentinə müraciət edəndə ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023cü il tarixli,******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı aktlardan və ziyanın bərpasına dair tələbnamələrdən aydın olmuşdur ki, guya evində sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazdan istifadə halı aşkar edildiyinə görə akt tərtib edilmiş, qaz itkisi müəyyən edilərək abonent hesabına ümumilikdə 12.632,40 manat dəymiş zərər məbləği yazılmışdır. İddiaçı tərtib edilmiş aktlarla razı deyil. Çünki onun evində heç vaxt sayğacdan kənar qazdan istifadə edilməyib. Cavabdehin əməkdaşları yanlışlığa yol verərək, onun evində sayğacdan kənar qazdan istifadə edildiyini zənn edərək, aktlar tərtib etmişlər. Hətta sayğacdan kənar qazdan istifadə halı həqiqətən müəyyən edilmiş olsaydı belə, bu halda da dəymiş ziyan məbləği düzgün hesablanmamışdır. Belə ki, iddiaçının evində qazla işləyən yeganə cihaz 4 gözlü qaz plitəsidir. Həmin plitənin də qaz sərfiyyatı aktlarda qeyd edilən həcmdə deyil. Tələbnamələrdə dəymiş ziyanın məbləği mənzildə olan qaz qurğusunun sərfiyyatına, eləcə də mənzilin yaşayış olan otaqlarının sahəsinə uyğun hesablanmamışdır. Tələbnamələrdən görünür ki, evdə olan günlük qaz sərfiyyatı həddən artıq yüksək və həqiqətə uyğun olmayan həcmdədir. Onun evində heç vaxt bu həcmdə qaz sərfiyyatı olmayıb və olması da mümkün deyildir.
16. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçının iddia qaldırılmasına dair heç bir subyektiv hüququ yoxdur. onun Cavabdehlə öhdəliklərini müəyyən edən heç bir müqaviləsi yoxdur. Aktlar iddiaçının deyil, digər şəxs, yəni Rəhmət Məmmədovun adına rəsmiləşdirilib. Ödəniş cədvəli (saldo) iddiaçının deyil, Rəhmət Məmmədovun adınadır. İddiaçı ilə istehlakçı Rəhmət Məmmədovun qohumluq əlaqəsini təsdiq edəcək hər-hansı rəsmi sənəd mövcud deyil. İddiaçının istehlakçının mənzilində qeydiyyatda olmasını və ya faktiki olaraq yaşadığını təsdiq edəcək hər hansı arayış iş materiallarında yoxdur. İddiaçının istehlakçı Rəhmət Məmmədovun hüquqi varisi, vərəsəsi olduğuna dair hər-hansı rəsmi təsdiq edici şəhadətnaməsi (və ya vəsiyyətnamə) iş materiallarında mövcud deyil.
17. Məhkəmə qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*/***/**** nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli,******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı; 23.01,2024-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı aktlara əsasən *************** nömrəli abonent X1 hesablanmış 12.632,40 manat borcun silinməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, ***-VIQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8- 1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə ##.##.2022-ci il tarixindən qüvvəyə minmişdir.
22. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
23. İddia tələbinin ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli,******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı aktlara əsasən abonentə hesablanmış cərimələrin silinməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən aktlar ##.##.2022-ci il tarixindən sonrakı dövrdə tərtib edildiyindən və istehlakçı məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında iddiaçıya hesablanmış cərimə borcları silinməlidir.
24. Məhkəmə iddia tələbinin ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı aktlara əsasən hesablanmış cərimənin silinməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən aktlarda istehlakçının imzasının olmaması, həmin aktlara əlavə edilmiş fotoşəkillərin çəkilmə tarixi ilə aktların tərtib edilmə tarixləri arasında, hər birinə münasibətdə 10 gün fərqin olması, fotoşəkillərin məhz iddiaçıya məxsus olan evə aid olmasını təsdiq edən sübutların olmaması, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli *-**- **/*-*/***/**** nömrəli rəyi nəzərə alınmaqla hesab edilməlidir ki, iddia tələbi təmin edilməli, ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı aktlara əsasən abonentə hesablanmış cərimə borcları silinməlidir.
25. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 13-cü maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 115.0.6, 121.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
26. Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya aid olan 100456603300001 abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanuna zidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi) Azad İmanov və Səadət Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericiliklə qaz paylayıcısının, yəni cavabdehin üzərinə sayğaca müdaxilə halları aşkar edildikdə tərtib etdiyi aktı qanunda adı keçən orqanlara təqdim etməsi vəzifəsi qoyulmuş və konkret olaraq müəyyən edilmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Lakin iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin aktlar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunan hal isə (müvafiq orqanların və ya məhkəmənin qərarı olmadan vurulmuş zərərin tələb edilməsi) qanunvericiliyin tələblərinin bilavasitə pozulmasıdır, qanunvericiliyin tələbləri pozulmaqla tələb olunan borc məbləği isə silinməlidir.
30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Belə olan halda, həmin sənədlərin mötəbərliyi şübhə altında olduğundan, istehlakçının, yəni iddiaçının adına hesablanmış borcun əsaslı olması təsdiq edilmir.
31. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096, 1097.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.7-4.9, 6.7-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 385.2-ci istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
32. Qətnamədən cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ##.##.2022-ci il tarixindən sonrakı dövrdə iddiaçının barəsində cavabdeh tərəfindən tərtib edilmiş aktlara münasibətdə qanuni və əsaslı olsa da, ##.##.2022ci il tarixindən öncə tərtib edilmiş digər 2 akta münasibətdə, ələlxüsus da ##.##.2021-ci il tarixli, ******* saylı akta münasibətdə qanuni və əsaslı deyildir. Belə ki, iddiaçı və ya onun ailə üzvləri qaz xəttinə qanunsuz qoşulmaqla ünvanda təbii qazdan qanunsuz istifadə etmiş, lakin həmin fakt barədə cavabdehin işçiləri tərəfindən tərtib edilmiş aktlara imza etməmişlər. Birlik heç kimi aktı imza etməyə zorla məcbur etmir (ünvanın da qapısı bağlı olduqda və ya açılmadıqda bu hal aktı imzalamaqdan imtina kimi qəbul edilir). Ünvanda çəkilmiş fotoşəkillərin iddiaçıya məxsus ünvana aid olmamasını iddiaçı özü belə, iddia ərizəsində göstərməmiş, məhkəmədə bu cür iddia və ya fikir irəli sürməmişdir.
34. Ekspert tədqiqatı qaz xəttinə qanunsuz qoşulmadan 14 ay sonra aparılmış olduğundan qaz xəttinə qanunsuz qoşulmaya xarakterik əlamət və izlərin aşkar olunmaması təbiidir. Bundan əlavə, ekspert qaz xəttinə qanunsuz qoşulmanın mənbəyinə deyil, sadəcə “qaz sayğacına və ona giriş-çıxış xətlərinə” baxış keçirməklə tədqiqatı məhdudlaşdırmış, qaz sayğacına qədər olan hissədə ümumi qazpaylayıcı xəttin tam tədqiqatını aparmamışdır.
35. Aktlara əlavə edilmiş fotoşəkillərin çəkilmə tarixi ilə aktların tərtib edilmə tarixləri arasında hər birinə münasibətdə 10 gün fərqin olması isə fotoaparatın texniki parametrlərində yaranmış nasazlıq və ya qeyri-dəqiqliklə əlaqədar ola bilər.
36. İddiaçı barəsində ilkin tərtib edilmiş ##.##.2021-ci il tarixli, ******* saylı akt qanuni və əsaslıdır. Belə ki, iddiaçının mərhum ərinin adına cavabdehdə qeydiyyata alınmış “smart” və “mexaniki” tipli qaz sayğaclarının abonent saldolarının (ödəniş cədvəlləri) təhlili və analizi onu müəyyən etməyə və söyləməyə imkan verir ki: - 04/2017-ci il tarixindən 01/2022-ci il tarixinə kimi 5 il ərzində, o cümlədən də ilkin aktın tərtib edildiyi 12/2021-ci il tarixində iddiaçı tərəfin ünvanında quraşdırılmış olan qaz sayğacı üzrə heç bir ödəniş qeydə alınmamış və ödəniş əməliyyatı həyata keçirilməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi mülki iş materiallarına əlavə edilmiş saldolara istinad etməmiş, onlara sübut qismində qiymət verməmiş, sübut qismində qəbul etməməsinin səbəbini qətnamədə izah etməmiş, iddiaçının əri barəsində ilkin aktın tərtib edildiyi ##.##.2021ci il tarixində və ondan öncəki illərdə iddiaçı tərəfindən qaz sayğacından istifadə üzrə ödənişlərin edilib-edilmədiyini müəyyən etməmiş və araşdırmamışdır.
38. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizası 2025-ci ilin may ayında, yəni iddiaçının ünvanında sonuncu aktın tərtib edildiyi tarixdən 14 ay sonra aparılmışdır. Ekspertizanın iddiaçının ünvanında sonuncu aktın tərtib edildiyi tarixdən 14 ay sonra aparılmış olması və 2024-cü ilin mart ayı ərzində, eləcə də həmin tarixdən öncə kənar qaz xəttinin mövcud olmamasına dair ekspert tərəfindən rəy verilməsi aktlar tərtib olunan dövrlərdə də kənar qaz xəttə qoşulmanın olmaması kimi sübut qismində qiymətləndirilə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
42. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
43. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
44. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
45. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
46. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
47. Maddə 6. Bənd 2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
48. Maddə 13. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
49. Maddə 13 Bənd 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”.
50. Bənd 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğısatqı 51. müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir.
52. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
53. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
54. Bənd 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
55. Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
56. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
57. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
58. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
59. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
60. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
61. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
62. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
63. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
64. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır
65. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
66. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
69. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
77. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
78. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
81. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
84. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.