Məhkəmə qərarları › İş №2(1-8)-353/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-353/2026

15.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-353/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Işdən azad edilmə barədə ərizənin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı əmrin ləğv olunması, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı ##.##.2021-ci il tarixdə Cavabdeh IB-nin Lənkəran RQII üzrə Astara rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə işə düzəlmiş, ##.##.2024-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, **-*-*-**/*- *K-***/**** nömrəli əmrin ləğv olunması, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh X17 X5 Idarəsinin ##.##.2024-cü il tarixli, **-*-*-**/*-*K-***/**** nömrəli əmri qanunsuz və qərəzlidir. Cavabdeh X17 X5 Idarəsi ##.##.2024-cü il tarixli, 14-2-2- 10/3-1 K-***/**** nömrəli əmrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə müqavilə bağladığını nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əsas olaraq onun şəxsi ərizəsinin olmasını göstərmişdir. Halbuki, o heç bir başqa işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Belə olan halda, ərizə ilə yanaşı başqa işəgötürənlə bağlanmış əmək müqaviləsinin surətini və əmək müqaviləsinin bağlanmasını təsdiq edən bildiriş ərizəyə əlavə edilməlidir. Qeyd edilən əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. Belə ki, qeyd olunan əmr qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Qanunvericilik normalarının tələbləri kobud şəkildə pozulmaqla, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr tərtib edilmişdir ki, həmin əmr qanuni deyildir və əsaslandırılmamışdır. Həm də əmrin forma və məzmununa dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir.

4. Cavabdeh tərəf iddiaya etiraz edərək iddiaçının izahatının yalan olduğunu bildirmişdir. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, həqiqətən də iddiaçının xidmət ərazisində azyaşlı uşaqlara sataşmasına görə uşaqların babası prokurorluğa şikayət etmişdir. Iddiaçı qızlardan birinə elçi gedəcəyini demişdir. Bununla bağlı iş yerində sözsöhbətlər yaranmışdır. Lakin, iddiaçı özü könüllü şəkildə işdən çıxma ərizəsini yazmışdır. Belə ki, ərizədə iddiaçının əlyazma yazıları var. Ona təzyiq olsaydı o dərhal polisə gedə bilərdi.

5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı İddiaçı onun qonşusudur. ##.##.2024-cü il tarixdə iddiaçı atası Qiyas ilə Lənkəran rayonuna yola düşürdülər. Qiyasın maşını olduğundan, özü də onlarla birlikdə Lənkərana getmək qərarına gəldi. Özü Lənkəranda alış-veriş etmək istəyirdi. Iddiaçı atası ilə Lənkərandakı qaz idarəsinə gedirlər. O, onları gözləyəcəkdi sonra isə birlikdə yola davam edəcəkdilər. Iddiaçını gözləyəndə iddiaçının atası Qiyas ona demişdir ki, iddiaçıya təzyiq edirlər ki ərizəsini yazıb işdən çıxsın. O, qaz idarəsinin binasına daxil olmuşdur. Iddiaçının olduğu otağa girməsə də, qapının ağzında gözləyirdi, oradakı insanları görməsə də, baş verən söhbətləri eşidirdi. Onlar Namiq müəllimdən xahiş etmək istəyirdilər ki, Təbrizə köməklik etsin. Namiq müəllim etməsə də, otaqda olan tanımadığı digər 4-5 nəfər işçi iddiaçıdan ərizəsini yazıb işdən çıxmağı tələb edirdilər.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X2 işdən çıxma barədə ərizənin onun iradəsi əleyhinə verildiyini, sərbəst iradəsinin təzyiq və məcburetmə altında zədələndiyini bildirmişdir. Lakin o, işdən çıxma barədə ərizəni könüllü şəkildə yazmadığını vurğulasa da, zorakılıq və məcburetməyə məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, başqa işə keçmək məqsədilə xəbərdarlıq müddətini (1 ay) gözləmədən əmək müqaviləsini ləğv etmək imkanı - işçinin qanunvericiliklə nəzərdə tutulmuş hüququdur. Bu hüquqdan istifadə etmək imkanı mütləq qaydada başqa işə keçməyi zəruri etmir. Belə ki, işçi bu hüququndan istifadə etməklə işdən çıxmaq istədiyi halda, işəgötürənin buna razılığı olarsa – müqavilə göstərilən tarixdən xətm ola bilər. Lakin bu hal mütləq qaydada başqa əmək müqaviləsinin bağlanılmasını zəruri etmir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69.1, 69.2, 69.3, 69.4, 69.5, 69.7, 296.2, 296.3 və 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti ümumilikdə iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış əlavə olaraq bildirmişdir ki, cinayət təqibi orqanı tərəfindən toplanılmış material üzrə izahatlar və onlara müvafiq olaraq qəbul etdiyi ##.##.2024-cü il tarixli arayışı hazırki mübahisə üzrə iş üçün əhəmiyyətli hallar barədə məlumat verən materialdır. X6 və Cavabdeh IB-nin X3 Istismar Idarəsi rəisi Namiq Məmmədovun müraciəti əsasında Astara rayon Poluş Şöbəsində araşdırılmışdır. Fakt üzrə izahatlar alınmış və öz təsdiqini tapmamışdır. Hesab edir ki, məhkəmənin cinayət təqibi orqanı tərəfindən toplanılmış material üzrə izahatlar və onlara müvafiq olaraq qəbul etdiyi məktubun onun işdən məcbur edilərək işdən çıxarılması ilə əlaqəli sübut kimi qəbul edilməməsinə dair qənaəti əsassızdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4684/2025nömrəli mülki iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının ##.##.2024-cü il tarixli ərizənin onun iradəsini əks etdirmədiyinə, ərizənin hədə təsiri ilə yazıldığına dair irəli sürdüyü dəlillər (cavabdeh tərəfin ona münasibətdə qərəzli olması, sözügedən ərizənin yazılması ilə eyni ərəfədə Astara rayonunun Şahağacı kənd sakini X7 X3 Istismar idarəsinə müraciət etməsi və s.) öz təsdiqini tapmır. Əksinə iş materiallarından görünür ki, iddiaçı məhz ##.##.2024-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir ki, cavabdeh də öz növbəsində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanaraq əmək müqaviləsinə həmin tarixdən xitam vermişdir. Işəgötürənin əmək münasibətlərinə xitam verilməsi ilə bağlı hərəkətində qanunvericiliyə zidd hər hansı addım atılmadığı qənaətində olan məhkəmə tərkibi bildirmişdir ki, iddiaçı ərizədə onun verildiyi tarixdən işdən azad edilməsini xahiş etdiyinə görə, işəgötürən bu baxımdan haqlı olmuşdur. Belə olduğu halda, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, ##.##.2024-cü tarixli məlum əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsaslı sayır. Belə ki, birinci instansiya məhkəməsi sübutlara prosessual qanunvericiliyin tələbinə əsasən qiymət vermiş, gəldiyi nəticə işin həqiqi hallarına, maddi hüquqi əsaslarına uyğun olmuşdur.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

16. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilmişdir ki, bu dəlillər işdən çıxma barədə ərizənin iddiaçının iradə ifadəsini əks etdirməməsi barədə işin faktiki halları ilə bağlıdır ki, həmin dəlillərə də qeyd edildiyi kimi işə mahiyyəti üzrə baxan məhkəmə qiymət vermişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 68-ci maddəsinin 2-ci bəndinə, 68-ci maddəsinin a bəndinə, 69-cu maddəsinin 1, 3, 4, 6 və 7-ci bəndlərinə, 83-cü maddəsinin 1-ci bəndinə, 300.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağan olunur. Işin halları maddi hüquq normalarına uyğun formada məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Iddiaçı heç vaxt işdən çıxmaq istəməmişdir. Işdən çıxma barədə yazdığı ərizəni ona məcburi şəkildə yazdırıblar. Ona basqı, təzyiq ediblər. X.Cahangirov ona bildirmişdir ki, onun yerinə başqa işçi gətirmək istəyir. Halbuki, o həmin əmək haqqı ilə ailəni dolandırmışdır. Işdən çıxmağı üçün ona şər-böhtan yaxıblar guya ki, o vətəndaşlardan birinin qızına (nəvəsinə) narahatçılıq törətmişdir. Halbuki, bu şər və yalandır. Iş yerində söz-söhbət yarananda onu X4 idarəsinə Namiq Məmmədovun yanına idarənin iclasına göndəriblər. Iclasa özü, atası və qonşusu Şahin ilə birgə getmişdir. Iclasda təqribi 45 nəfər adam iştirak edib. Iclasda və iclasadək rəisin otağında ona təzyiqlər olunub ki, işdən çıxma ərizəsini yazsın. Əks halda onu prokurorluqla hədələyiblər, şər-böhtan yaxıb işdən qovacaqları ilə hədələyiblər. Cavabdeh IB X3 Istismarı Idarəsi tərəfindən tam əsassız olaraq, əsası olmayan qurma faktlarla, hədə-qorxu gəlməklə öz işindən tam qanunsuz azad olunmuşdur. Işlədiyi müddətdə abonentlərlə münasibətləri çox yaxşı olub, işində məsuliyyətli və təcrübəli olmuşdur. Iş yoldaşları ilə də münasibəti həmişə yaxşı olub. Bir müddət sonra bölgədə ağır ərazi hesab olunan Astara rayon Şahağac kəndinə qaz təsərüfatı nəzarətçisi təyin olunmuşdur. Işin faktiki hallarında göründüyü kimi, X6 RQII-nin rəisi Namiq Məmmədova ərizə ünvanlayaraq, İddiaçı nəvələri - 14 yaşlı Türkan, 17 yaşlı Fatiməyə qarşı qeyri-etik davranışlara yol verdiyini bildirmiş və bu halın qarşısının alınmasını xahiş etmişdir. Həmin materiallara əlavə edilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, Astara rayonunun Şahağacı kənd sakini X7 X3 Istismar idarəsinə ünvanladığı müraciət baxılmasından ötrü aidiyyəti üzrə Astara RPŞ-yə göndərilmişdir. Astara RPŞ-nin ITB-nin sahə rəisi R Kamran Rəhimov tərəfindən Astara rayonunun Şahağacı kənd sakini X6 məxsus *** *** ** ** saylı nömrəyə zəng edilərək telefon əlaqəsi saxlanılmış, qaz xidməti sahəsində nəzarətçi işləyən İddiaçı Şahağacı kəndi ərazisində işini görən zaman X6 nəvələrinə qarşı qeyri-etik davranışlar etdiyini, bu barədə onun iş yerinə şikayət edərək onun işdən çıxarılmasını tələb etdiyini bildirmişdir. Iddiaçı X2 işdən çıxma barədə ərizənin onun iradəsi əleyhinə verildiyini, sərbəst iradəsinin təzyiq və məcburetmə altında verildiyini bildirmişdir. Məhkəmələr qeyde tmişlər ki, iddiaçı işdən çıxma barədə ərizəsini könüllü şəkildə yazmadığını vurğulasa da, zorakılıq və məcburetməyə məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qətnamədəki bu mülahizə yanlışdır və işin faktiki hallarına uygun deyil. Məhkəmələr bu maddi hüquq normasını düzgün təfsir etməyib və səhv nəticəyə gəlmişlər. Halbuki, iddia tələbində və izahatlarında bildirmişdir ki, işdən çıxma barədə yazdığı ərizəni ona məcburi şəkildə yazdırıblar, basqı və təzyiq ediblər. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 89.1,106.1, 217.1, 217.2, 217.3-cü maddələrinə istinad edilmişdir. Belə ki, MPM-nin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin prosessual hüquqlarının həyata keçirilməsində köməklik etməlidir. Əgər tərəfin iş üzrə təqdim etdiyi sübutlar kifayət etmirsə, hakim əlavə sübutların təqdim edilməsi təşəbbüsü ilə çıxış edərək, həmin sübutların doğruluğunu təsdiq etmək üçün əlavə sübutların tələb edilməsinə köməklik göstərməlidir. Qanunvericilik bunu məhkəməyə qadağan etmir. MPM-nin 76.1-ci maddəsinə əsasən- tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutları düzgün qiymətləndirməmişdir. İddiaçı məcburi qaydada, hədə-qorxu gəlməklə işdən azad olunmağı sübutlarla tam təsdiq olunur. İddiaçı izahatında 2023-cü ilin sentyabr ayından 2024cü ilin oktyabr ayınadək X4 Idarəsinin Astara xidməti sahəsində qaz təsərrüfat nəzarətçisi vəzifəsində Şahağacı kəndində işlədiyini, onun barəsində Vidadi Əsədov tərəfindən qərəzli müraciətlər edildiyini, nəvələrinə sataşmadığını, buna baxmayaraq səbəbsiz yerə ##.##.2024-cü il tarixində işdən çıxarıldığını göstərmişdir. Iş materiallarında olan Cavabdeh IB-nin X3 Istismar Idarəsi tərəfindən X2 ünvanlanmış ##.##.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Istehsalat Birliyindən baxılması üçün X3 istismarı Idarəsinə daxil olmuş ##.##.2024-cü il tarixli 14-2-2/3.-**-*****/**** nömrəli məktuba əlavə edilmiş ##.##.2024-cü il tarixli 14-2- 2/1-B-16407-5/2024 və ##.##.2024-cü il tarixli 14-2-2/1-B'****- */**** nömrəli eyni məzmunlu müraciətlərlə əlaqədar nəzərə çatdırılır ki, əvvəl işlədiyi X3 istismarı Idarəsinin Astara Xidmət Sahəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş 2022-ci il ## ##### tarixli **** nömrəli Fərmanın 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubilkasının Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli qərar ilə “Qaz paylayıcısı tərəfindən saz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası” təsdiq edilmiş normativ hüquqi sənədin tələblərinin irası ilə bağlı 3 (üç) abonentin mənzilinə getmədən 1612492, 1612493, ******* nömrəli müayinə aktları tərəfindən tərtib edilmişdir. Eyni zamanda Astara rayonu üzrə Idarə rəisinin müavini Xalid Cahangirov ##.##.2024-cü il tarixli **-*-***/*-*-****/**** nömrəli xidməti yazı ilə Lənkəran RQII-yə müraciət edərərək 2024-cü ilin avqust-sentyabr ayları üçün müəyyən olunmuş qrafikə əsasən qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasına və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin yoxlanılmasının həyata keçirmədiyi bildirimişdir. Bu da, işlədiyi dövrdə təsdiq edilmiş “Peşə təlimatı”nın 2.6-cı bəndinə əsasən xidmət göstərdiyiniz ərazidə istehlakçıların balans mənsubiyyəti sərhəddi (qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsindən qaz paylayıcı və istehlakçı arasında müqavilə ilə qaz paylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi çərçivəsində qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasına və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi, həmçinin bu məqsədlə həyata keçirilən müayinə xidməti işlərinin tərtib edilmiş planqrafiklərdə nəzərdə tutulan müddətlərdə həyata keçirilməsi; 2.7-ci bəndinə əsasən xidmət göstərdiyi ərazidə istehlakçıya 5 (beş) iş günü əvvəl bildiriş təqdim etməklə, ildə bir dəfə müayinə keçirilməsi, nəticəsi barədə 2 (iki) nüsxədən ibarət müayinə aktının istehlakçının (və ya onun səalhiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin iştirakı ilə tərtib edilməsi və aktın bir nüsxəsinin istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edilməsi tərəfindən təmin edilməli idi. Yol verdiyi nöqsanla bağlı izahatı alınmış, izahatda yol verdiyi nöqsanı etiraf etmişdir. Işlədiyi dövrdə yol verdiyi nöqsana görə onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10cu maddəsinin “a” bəndinin tələbini pozduğuna görə ##.##.2024-ci il tarixli 14-2-2-10/3- *İ***/**** saylı əmrlə barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən “aylıq əmək haqqının 1/6-i məbləğində cərimə” intizam tənbehi tədbiri görülmüşdür. Iddiaçının işdən çıxarılmağı barədə ərizə, Astara rayonunun Şahağacı kənd sakini X6 Lənkəran RQII-nin rəisi Namiq Məmmədova ünvanladığı ərizə əsasında məcburi hədə qorxu gəlməklə yazılmışdır. MPM-nin 88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı cavabdehin etirazı belə əsaslandırılmışdır ki, X2 işdən çıxma barədə ərizəni könüllü şəkildə yazmadığını vurğulasa da, zorakılıq və məcburetməyə məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi - ##.##.2024-cü il tarixli yazılı ərizənin iddiaçının iradəsini əks etdirmədiyinə, ərizənin hədə təsiri ilə yazıldığına dair irəli sürdüyü dəlillər öz təsdiqini tapmamışdır. Əksinə iş materiallarından da görünür ki, iddiaçı məhz ##.##.2024-cü il tarixdən işdən azad edilməsini könüllü xahiş etmişdir ki, cavabdeh işəgötürən Cavabdeh IB də öz növbəsində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanaraq əmək müqaviləsinə həmin tarixdən xitam vermişdir. Işəgötürənin əmək münasibətlərinə xitam verilməsi ilə bağlı hərəkətində qanunvericiliyə zidd hər hansı addım atılmadığı qənaətində olan apellyasiya məhkəmə tərkibi bildirmişdir ki, iddiaçı ərizədə onun verildiyi tarixdən işdən azad edilməsini xahiş etdiyinə görə, işəgötürən bu baxımdan haqlı olmuşdur. Belə olduğu halda, apellyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, ##.##.2024-cü il tarixli məlum əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, məhkəmələr sübutlara prosessual qanunvericiliyin tələbinə əsasən qiymət vermiş, gəldikləri nəticə işin həqiqi hallarına, maddi hüquqi əsaslarına uyğun olmuşdur.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə 68 (bənd 2) Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a)tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

22. Maddə 68 (bənd a) Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür.

23. Maddə 69 (bənd 1) Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

24. Maddə 69 ( bənd 3) Işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

25. Maddə 69 (bənd 7) Işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

26. Maddə 300 ( hissə 1) Işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı işəgötürənə təqdim etdiyi işdən azad edilməsi barədə ərizənin (birtərəfli qədin) onun iradəsinə uyğun olmaması əsası ilə etibarsız əqd kimi qəbul edilməsini xahiş edərək hüquqi nəticələrinin ləğv edilməsini və işə bərpa edilməsini xahiş etmişdir.

33. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə müəyyən etmişdir ki, hazırkı halda iddiaçı öz iradə ifadəsi ilə işəgötürənə işdən azad edilməsi barədə ərizə təqdim etmiş, həmin ərizənin işəgötürən tərəfindən zor işlədilməklə və ya hədə-qorxu ilə alındığı mötəbər sübutlarla təsdiq edilməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, işçinin özünün yol verdiyi pozuntularla əlaqədar məsuliyyətə cəlb olunacağından ehtiyat edərək işəgötürənə işdən azad edilməsi barədə ərizə təqdim etməsi iradə ifadəsi zədələnməsi kimi qiymətləndirilə bilməz.

35. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar