Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-358/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk və iddiaçı Cavabdeh cavabdehlər iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin əsasları, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Bakı şəhəri Nərimanov rayon Icra Hakimiyyəti tərəfindən tərtib olunmuş ## ######## 2009-cu il tarixli, ****** saylı orderə əsasən Cavabdeh və 5 nəfərdən ibarət ailə üzvlərinin: iddiaçı2 (qardaşı), Maraqlı şəxs (qardaşı), iddiaçı1 (qardaşı qızı) və iddiaçı3 (qardaşı oğlu) istifadəsinə Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsi, məh. 1969-da yerləşən ** saylı evin ** saylı 2 otaqlı mənzil verilmişdir.
2. iddiaçı4 və iddiaçı2 ## ###### 2007-ci ildə rəsmi nikaha daxil olmuş, onların ## ###### 2000-ci il tarixində iddiaçı1 və ## ###### 2003-cü il tarixində iddiaçı3 adında uşaqları anadan olmuşlar.
3. Iddiaçılar iddiaçı4, iddiaçı1 və iddiaçı3 əvvəllər Bakı Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, üçüncü şəxs qismində Cavabdeh, iddiaçı2 və Maraqlı şəxs cəlb etməklə, Bakı şəhəri Nərimanov rayon Icra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsi, məhəllə 1969-da yerləşən ** saylı evin ** saylı 2 otaqlı mənzilinə dair Cavabdeh adına verilmiş ## ######## 2009-cu il tarixli, ****** nömrəli orderin etibarsız hesab edilməsi və mənzilin sənədlərinin ailənin mənzilə köçürülmə anına olan vəziyyətə gətirilməsini xahiş etmişlər. Bakı Inzibati Məhkəməsinin ## ##### 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əvəzsiz əsaslarla mübahisəli mənzilə dair Cavabdeh adına cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən order verilərkən, orderdə adları qeyd olunan şəxslər, o cümlədən hazırkı iş üzrə iddiaçıların müvafiq olaraq əri və ataları olan iddiaçı2 buna dair notarial qaydada razılıq ərizəsi alınmışdır. Qanunvericiliyin tələblərini nəzərə alaraq, hazırkı iş üzrə iddiaçılar iddiaçı4, X2 və iddiaçı3 Nərimanov rayon Icra Hakimiyyətinin ****** nömrəli, ## ######## 1994-cü il tarixli orderinin mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyildir. Həmin qərardad müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ## #### 2022-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsi, məh. 1969-da yerləşən ** saylı evin ** saylı 2 otaqlı mənzilinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı4 və iddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsində yerləşən məhəllədə özü tikili evdə yaşamışlar. Həmin məhəllələrdə mühüm dövlət obyektinin tikintisi ilə bağlı həmin ərazidəki evlərdə yaşayan sakinlər, o cümlədən iddiaçılar Bakı şəhəri, XXX küçəsi, 1969-cu məhəllədə tikilən şəhərciyə köçürülmüş, onlara Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsi, məh. 1969-da yerləşən ** saylı evin ** saylı 2 otaqlı mənzili verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyəti iddiaçıların məlumatı olmadan mənzilə dair Cavabdeh adına order vermişdir. Bu fakt, həmin mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə müvafiq sənədlərin toplanması və Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə müraciət edilməsi məqsədilə Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinə Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsi, məh. 1969-da yerləşən ** saylı evin ** saylı 2 otaqlı mənzilinin ilkin sənədlərinin (order, sərəncam və s.) təqdim edilməsi barədə iddiaçı2 ərizə ilə müraciət edilməsindən sonra aşkar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyəti A-***-*** nömrəli ## #### 2021-ci il tarixli məktubunda ərizəyə cavab olaraq bildirmişdir ki, bu məsələ ilə əlaqədar hüquq münasibətlərini adına order verilmiş ailə üzvü ilə araşdırılması tövsiyə edilmişdir. Orderin hansı ailə üzvünün adına verilməsi qeyri-müəyyən olduğundan və sənədlərin təqdim edilməsindən Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyəti tərəfindən imtina olunduğundan iddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsi, məh. 1969-da yerləşən ** saylı evin ** saylı 2 otaqlı mənzilinin ilkin sənədlərinin (order, sərəncam və s.) təqdim edilməsi vəzifəsinin Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin üzərinə qoyulması barədə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin Bakı Inzibati Məhkəməsinə ünvanladığı ## ######## 2021-ci il tarixli */*** nömrəli məktubuna əlavə edilən ## ######## 2009-cu il tarixli ****** nömrəli orderdən məlum olmuşdur ki, ailə tərkibi 5 nəfərdən; - Cavabdeh (## ###### 1971), iddiaçı2 (## ###### 1969), - Maraqlı şəxs (## ####### 1978), - iddiaçı1 (## ###### 2000), - iddiaçı3 (## ###### 2003) olmaqla order Cavabdeh adına verilmişdir. iddiaçı2 və iddiaçı4 birgə nikah dövründə əldə etdikləri fərdi evin əvəzinə verilmiş mənzilə dair orderin Cavabdeh adına keçirilməsindən xəbərsiz olmuş və bununla bağlı heç bir razılıq verməmişlər. Eyni zamanda, cavabdeh iddiaçı2 Bakı Inzibati Məhkəməsinə verdiyi “öhdəliyin icrası haqqında” iddia ərizəsindən aydın olmuşdur ki, iddiaçı2 orderin Cavabdeh adına keçirilməsindən xəbərsiz olmuşdur. Yaşayış sahəsi orderi almış Cavabdeh heç bir hüquqa uyğun olmayan hərəkətləri nəticəsində iddiaçı2, iddiaçı4, iddiaçı1 və iddiaçı3 mənzildə yaşaya və istifadə edə bilmirlər. Belə ki, Cavabdeh mənzilin kilidinin açarını vermir və iddiaçıların mənzildən istifadə hüquqlarını məhdudlaşdırmışdır. Bununla bağlı Cavabdeh ## ###### 2022-ci il tarixində 10 gün ərzində qeydiyyatda və payçısı olduqları Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsi, məh. 1969-da yerləşən ** saylı evin ** saylı 2 otaqlı mənzilinə köçürülmələrinə şəraitin yaradılmasına dair bildiriş göndərsə də, 4 aydır ki, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Mübahisəli mənzil dövlət mənzil fondunda qalmaqla özəlləşdirilməmiş və hər hansı şəxsin mülkiyyətinə keçməmişdir. Sökülən fərdi evin əvəzinə verilən mənzildə sökülən evdə kimlər yaşamışsa həmin şəxslərin adları orderdə qeyd edilmişdir. Orderin mübahisələndirilməsinə dair Ali Məhkəmənin Inzibati kollegiyasının ## ###### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli mənzil üzərində hər hansı hüququn qeydiyyata alınmadığı özbaşına tikilinin onun yerləşdiyi ərazidə dövlət əhəmiyyətli obyektlərin tikintisi məqsədi ilə söküntüyə məruz qalması səbəbi ilə əvəzsiz qaydada Bakı şəhər Nərimanov rayon Icra Hakimiyyətinin ## ##### 2009-cu il tarixli, *** nömrəli sərəncamına əsasən ayrılmışdır. Həmin sərəncam əsasında Nərimanov rayon Icra Hakimiyyəti tərəfindən Cavabdeh adına tərtib olunmuş ## ######## 2009-cu il tarixli, ****** saylı orderdə mənzilin ona 5 nəfər ailə üzvündən ibarət tərkibdə, o cümlədən iddiaçı2 (qardaşı), Maraqlı şəxs (qardaşı), iddiaçı1 (qardaşı qızı) və iddiaçı3 (qardaşı oğlu) ibarət olmaqla birlikdə yaşamaq hüququ ilə verildiyi qeyd edilmişdir. Eləcə də, söküntüyə məruz qalmış evdə qeydiyyatda olaraq yaşayan şəxslərin adları yeni mənzilə dair orderdə ailə üzvləri kimi qeyd olunmuşdur. Orderin kimin adına tərtib olunması əslində adları orderdə qeyd edilmiş şəxslərin həmin mənzillə bağlı hüquqi vəziyyətinə hazırkı tələbin məzmunu baxımından təsir etmir. Belə ki, bu hal həmin şəxslərin mübahisəli mənzil üzərində hər hansı hüququnu istisna etmir və iddiaçılar belə hüquqlarını mənzilin özəlləşdirilməsi zamanı realizə etmək imkanlarını saxlayırlar. Qeyd olunmalıdır ki, orderdə nəzərdə tutulmuş şəxslərin mənzil üzərində hüquqları, həmin hüquqların həcmi (istifadə hüquqları və ya mülkiyyət hüququ əsasında payları) ilə bağlı mübahisələr yarandığı təqdirdə, həmin mübahisələrə mülki məhkəmə qaydasında baxılır.
6. Iddiaçı Cavabdeh cavabdehlər iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, ## ###### 1969-cu il təvəllüdlü iddiaçı2 və onun iki övladı ## ###### 2000-ci il təvəllüdlü iddiaçı1, ## ###### 2003-cü il təvəllüdlü iddiaçı3 ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olub, həmin əmlakın mülkiyyətçisi olmaqla 2009-cu ildə həmin mənzilə köçürüldükdən elə həmin mənzildə tək yaşamaqdadır. Cavabdeh ilə yanaşı, qardaşları ## ####### 1978-ci il təvəllüdlü Maraqlı şəxs, ## ###### 1969-cu il təvəllüdlü iddiaçı2 və onun iki övladı ## ###### 2000-ci il təvəllüdlü iddiaçı1, ## ###### 2003-cü il təvəllüdlü iddiaçı3 sözügedən ünvanda formal olaraq qeydiyyatda qalmışlar. iddiaçı4 isə faktiki yaşamamaqla yanaşı formal olaraq da həmin mənzildə qeydiyyatda olmamışdır. ## ###### 1969-cu il təvəllüdlü iddiaçı2 və onun iki övladı ## ###### 2000-ci il təvəllüdlü iddiaçı1, ## ###### 2003-cü il təvəllüdlü iddiaçı3 ünvan 1 ünvanında faktiki yaşamamış, yalnız formal olaraq qeydiyyatda olmuşlar. Eləcə də, hazırda başqa ərazidə Bakı şəhəri, Nizami rayonu, XXX qəsəbəsində mənzilləri mövcuddur və orada yaşamaqdadırlar. Onların qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdeh tərəfindən Nərimanov Rayon Polis Idarəsinə ## ###### 2022ci il tarixində ərizə ilə müraciət edilmiş və ərizə ## ###### 2022-ci il tarixində qəbul edilmişdir. Nərimanov Rayon Polis Idarəsinin ## ###### 2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri səlahiyyətləri daxilində olmadığından pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması onların tərəfindən mümkün deyildir. Cavabdeh Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ## ###### 1969-cu il təvəllüdlü iddiaçı2 və onun iki övladı ## ###### 2000-ci il təvəllüdlü iddiaçı1, ## ###### 2003-cü il təvəllüdlü iddiaçı3 ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tövsiyə edilmişdir ki, cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün onların mənzildən istifadə hüququna xitam verilməli və buna görə mülki məhkəməyə müraciət edilməlidir. Cavabdeh bununla bağlı iddia ərizəsi hazırlanarkən məlum olmuşdur ki, hazırkı iş üzrə iddiaçılar Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət ediblər. Bu səbəbə görə Cavabdeh iş üzrə qarşılıqlı iddia ərizəsi vermək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Novruzova) ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək, ## ###### 1969-cu il təvəllüdlü iddiaçı2 və onun iki övladı ## ###### 2000-ci il təvəllüdlü iddiaçı1, ## ###### 2003-cü il təvəllüdlü iddiaçı3 Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsi, məh. 1969-da yerləşən ** saylı evin ** saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və hər iki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsi mülkiyyətçisinin ali üzvü həmin yaşayış sahəsinə qalmadıqda və digər ünvanda daimi yaşadıqda yaşayış sahəsindən istifadəyə kompensasiya verilmədən xitam verilə bilər. Hazırkı halda isə ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə iddiaçının ailə üzvü deyil, qardaşı, qardaşının arvadı və qardaşının uşaqlarıdır. Buna görə də məhkəmə ilkin iddia üzrə iddiaçıların mübahisəli ünvana olan qeydiyyatlarının formal xarakter daşıması səbəbindən sözügedən mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsini qanuni hesab etmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini qarşılıqlı iddia üzrə cavabdehlərin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının məqsədi qarşılıqlı iddia üzrə cavabdehlərin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan qarşılıqlı iddia üzrə cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir.
11. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehlərin qarşılıqlı iddiaya etdikləri etirazları ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin ** saylı MKIS tərəfindən verilmiş Ev-Mənzil Vərəqəsində XXX qəsəbəsində yerləşən *a saylı evin sahibi kimi iddiaçı2 göstərilməsi onun mənzilin mülkiyyətçisi olduğunu birmənalı təsdiq edən sübut kimi qəbul olunmamalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin ** saylı MKIS şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi deyil. Məhkəmə qeyd etmişdir ki, şəxsin daşınmaz əmlaka olan mülkiyyət hüquqlarının mövcudluğu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla sübut olunur. Müvafiq çıxarış verilməsi, yəni qeyd olunan hüquqların qeydiyyatının aparılması Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin ** saylı MKIS-in həyata keçirdiyi funksiyalara daxil deyil.
12. Məhkəmə ilkin iddia üzrə iddiaçılar tərəfindən məhkəmə iclasına çağırılmış şahidlərin verdiyi ifadələrlə bağlı qeyd etmişdir ki, şahid ifadələri sübut növü olub iş materiallarında olan digər sübutlarla yanaşı araşdırılmalıdır və bu ifadələr iş materiallarından kənar məhkəmə tərəfindən araşdırılan halları birbaşa təsdiq edən sübut kimi qəbul olunmamalıdır. Həmçinin bu şahidlərin ilkin iddia üzrə iddiaçı tərəfindən çağırılmış olması onların iddiaçının xeyrinə ifadə vermək meyllərini istisna etmir.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin 1 və 2-ci bəndinə, ## #### 2020-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 100-1, 126, 147-ci, ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60, 118.1, 123-cü, ## #### 2020-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 228.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim E.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsi, məh. 1969-da yerləşən ** saylı evin, ** saylı 2 otaqlı mənzilinə mülkiyyət hüquqlarının qeydə alınmaması ilk iddianın və apellyasiya şikayətinin əsaslı, qarşılıqlı iddianın isə əsassız olmasına dəlalət etmir, üstəlik bu hal iddiaçı2 və digər 2 iddiaçının da mənzil üzərində eyni pay hüququna malik olmasına əsas yaratmır. Çünki Cavabdeh qanuni əsaslarla əldə edilmiş sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmaması məhz iddiaçıların indiyədək hüquqdan sui-istifadə edərək buna maneə yaratmaları ilə bağlı olub.
17. Belə ki, Cavabdeh sözügedən mənzilə dair ## ######## 2009-cu il tarixli order verildiyindən qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməkdə tam subyektiv hüquqa malik olub. Çünki ## ####### 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin 2-ci cümləsi ona bu hüquqi səlahiyyəti vermişdir. Bunun mübahisəli olmaması, yəni iddiaçı2 hələ ## #### 1998-ci ildə Sabunçu Rayon Icra Hakimiyyətinin Başçısının ## #### 1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə XXX qəsəbəsi, 2-ci sahə yer 9/1-də 1200 kv.metr fərdi yaşayış evi tikmək üçün eskiz layihəsi təsdiq edilməklə torpaq sahəsinin ayrılması və orada ev tikərək bir müddət orada yaşaması, sonradan Bakı şəhəri Nizami rayonu XXX və XXX qəsəbəsi ərazisində yaşayış sahələri əldə etməsi, digər iddiaçılar olan övladlarının 2012-2019-cu illərdə Nizami rayonu ərazisində XXX No-li tam orta məktəbdə təhsil almaları onların nəinki mübahisə predmeti olan mənzildə, heç mühüm dövlət obyektinin tikintisi ilə bağlı sökülən qeydə alınmayan tikilidə də 25 ildən artıq bir müddətdə yaşamaması iş materialları ilə, o cümlədən şahid ifadələri ilə tam təsdiq olunur. Bu cür vəziyyətdə iddiaçılardan iddiaçı2, iddiaçı1 və iddiaçı3 orderdə adlarının olması və onların həmin mənzildə qeydiyyatda olması heç nəyi dəyişmir.
18. Başqa sözlə, mübahisəli mənzilə dair verilən orderdə iddiaçı2, iddiaçı1 və iddiaçı3 da adının olması ## ####### 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından onlara hansısa toxunulmaz bir hüquq vermir. Belə ki, iddiaçı2, iddiaçı1 və iddiaçı3 mənzilə adına order verilmiş şəxsin özü, ailə üzvü yaxud digər qohumu ola bilər. Ancaq bu halda da mənzildən istifadə hüququ mütləq hüquq kimi daimi və əbədi xarakterə malik ola bilməzdi. Bunun üçün ən azından qeyd olunan Mənzil Məcəlləsinin 53, 54, 60, 87 və 123-cü maddələrinin tələblərini iddiaçı2 nəzərə almalı və onlara riayət etməli idi.
19. iddiaçı2 mübahisəli mənzildən öz iradəsi ilə başqa yaşayış yerinə köçməməsini göstərsə də, bu dəlillər həm həqiqi, inandırıcı və ağlabatan, həm də həyati olmalıdır. Əks halda bu cür dəlillərdən yalnız kəlmə olaraq istifadə edilməsi onların həqiqiliyini təsdiq etmir. Belə ki, mənzili müvəqqəti olaraq tərk etməsinə və bunu öz iradəsi ilə etməməsinə dair məhkəməyə heç bir sübut təqdim etmir. Cavabdeh onları mənzilə buraxmaması da sübuta yetirilməlidir. Ən azından ötən 15 ildə onlara qarşı mənzillə bağlı qanunsuz hərəkətləri olmuşdursa, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, ancaq etməyib yaxud etməsinə dair məhkəməyə hansısa sübut təqdim etmədi. Əksinə qeyd olunan mənzildə öz istəyinə görə, yəni başqa yaşayış yeri olduğuna görə heç vaxt yaşamamışdır.
20. Iş üzrə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar, yəni iddiaçı2 daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi təsdiq olunur və onun mübahisəli mənzildə uzun müddətdə, yəni 15 ilə yaxın bir müddət ərzində yaşamamasının səbəbi də məhz digər iddiaçılar olan arvadı və iki övladı ilə birgə yaşayıb və birgə təsərrüfat aparmaq zərurəti olmuşdur. Başqa cür ola bilməsi də mümkünsüzdür. Çünki arvadı və övlad(lar)ı olaola həm də bacısına məxsus olan mübahisəli mənzildə yaşamaq istəməsi yaxud yaşamamaq üçün kompensasiya almaq arzusu da ağlabatan deyildir.
21. Apellyasiya baxışı zamanı ilk iddiaçı tərəfin mövqeyindən bəlli olmuşdur ki, əslində onların niyyəti heç də mübahisəli mənzildə yaşamaq ehtiyacı deyil, kompensasiya əldə etmək istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə qarşılıqlı iddiaya gətirdiyi etirazı arasında ziddiyyət yaranır. Çünki mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün, həmin mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmək və yaşamağa ehtiyacın olması tələb olunur. Demək ki, iddiaçı2 uzun müddət əvvəldən ailə qurub daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyündən və mübahisəli mənzilin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından yaxud olmadığından onun və digər iki iddiaçının mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi (itirilməsi) düzgün olmuşdur. Məhkəmə tərkibi hazırkı qarşılıqlı iddianın xarakteri və məqsədi baxımından tələbin “istifadə hüququna xitam verilməsi”, “istifadə hüququnun itirilmiş hesab edilməsi”, “istifadə hüququnun olmadığının müəyyən edilməsi” kimi göstərilməsində ciddi bir ziddiyyət və qətnamənin yalnız bu ifadələrdən uyğun olanının seçilməməsinə görə dəyişdirilməsinə zərurət görmür.
22. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı2 cavabdeh kimi Bakı şəhəri ** saylı Notariat Ofisini göstərərək ## ###### 2008-ci il tarixli ərizənin etibarsızlığını ayrıca məhkəmə icraatında mübahisələndirib və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməyib. Birinci instansiya məhkəməsi ilkin və təkrar məhkəmə xətşünaslıq ekspertizası keçirib və hər iki rəylə imzanın və əlyazmanın iddiaçı2 tərəfindən icra olunduğu təsdiq olunub. Bakı Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı2 apellyasiya şikayəti təmin edilməyib və qətnamə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin ## ######## 2025-ci il tarixli qərarı ilə iddiaçı2 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qərar qəbul edilib və iddia rədd edilib. Iddianın rədd edilməsinə səbəb iddianın iddiaya cavab verməli olmayan cavabdehə qarşı qaldırılması olmuşdur. Göründüyü kimi, iddia rədd olunsa da, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyləri ilə ## ###### 2008-ci il tarixli ərizənin iddiaçı2 tərəfindən yazıldığı müəyyən edilib. Düzdü, qətnamə ləğv edilsə də bu faktların özü də iddiaçı2 hüquqdan sui-istifadə edərək müxtəlif iddialar irəli sürməklə Cavabdeh zərər vurmaq istədiyini bir daha təsdiq etmiş olur.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 11.2, 13.4, 152.1, 157.8, 158.1.2, 158.4, 228.1-228.2, 228.5, 425.1, 560.1, 560.2, 560.3-cü, ## #### 1982-ci il tarixli (yəni ## ####### 2009-cu il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsinin 51, 53, 54, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
24. Ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 228, 373.1-ci, Mülki Prosessual Məcəllənin 19.1.3-cü maddələrin tələbləri pozulmuşdur.
26. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini düzgün yoxlamamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyən qətnamədə məhkəmənin gəldiyi nəticəni düzgün saymaqla yanaşı, apellyasiya instansiyası da özlüyündə hazırkı mübahisəyə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur, düzgün tətbiq edə bilməmişdir.
27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
28. Kassasiya şikayətinə etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
32. Azərbaycan Respublikasının ## ####### 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassatorların hazırkı şikayətinə oxşar apellyasiya şikayətinin dəlillərinə və işin hallarına tam və hərtərəfli hüquqi qiymət verilmişdir. Kassasiya məhkəməsi bu qiymətləndirmə və gəlinən nəticə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisələndirilən məsələ kassatorların yaşayış sahəsinə istifadə hüquqlarının qalıbqalmamasıdır. 36.
37. Apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işdəki sübutları qiymətləndirərək müəyyən etmişdir ki, kassatorlar 15 ilə yaxındır ki, mübahisəli yaşayış sahəsindən istifadə etməmiş, həmin sahəni könüllü tərk etmiş və özlərinə aid başqa yaşayış sahəsində yaşamışlar.
38. Belə olan halda, ## ######## 2009-cu il tarixli orderdə iddiaçı2 və onun övladlarının adları qeyd olunsa da, bu hal özü-özlüyündə onların yaşayış sahəsindən daimi və mübahisəsiz istifadə hüquqlarının saxlanılması üçün əsas deyil. Belə ki, mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarına görə order – kirayədarla icarədar arasında yaşayış sahəsini icarə müqaviləsi əsasında istifadəyə verilməsini təsdiq edən sənəddir. Lakin, kirayəçi və ya onun ailə üzvləri daimi (altı aydan artıq müddətə) başqa yerə getdikdə onların yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilə bilər.
39. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin inkişafı da yaşayış sahəsində faktiki yaşamayan şəxslərin istifadə hüquqlarının qorunmamasını göstərir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” ## #### 2016-cı il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.