Məhkəmə qərarları › İş №2(1-8)-36/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-36/2026

02.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-36/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İsmayıllı Əlfağa Mayıl oğlunun cavabdehlər cavabdeh3 Mənzil Tikinti Kooperativi, İsmayılov Cəfər Həsən oğlu və cavabdeh1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İsa oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: müqavilə üzrə öhdəliklərin icrası və mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İsmayıllı Əlfağa Mayıl oğlunun cavabdehlər cavabdeh3 Mənzil Tikinti Kooperativi, İsmayılov Cəfər Həsən oğlu, cavabdeh1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İsa oğluna qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı Əlfağa İsmayıllı (vəkil vəkil1 İlqar oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. cavabdeh3 MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış ##.##.2012-ci il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 105,36 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət olan ** nömrəli mənzili kooperativin üzvlərindən bir olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kooperativdəki pay kimi verməyi öhdəsinə götürmüşdür. cavabdeh3 MTK tərəfindən verilmiş ##.##.2012-ci il tarixli xxxxnda qeyd edilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həqiqətən MTK-nın xxxxçuxur qəsəbəsi 4048/49-cu məhəllədə inşa etdirdiyi yaşayış kompleksində 2-ci bina 14-cü mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m. olan ** nömrəli mənzilin dəyərini tam ödəmişdir.

2. cavabdeh3 MTK-nın Ümumi Yığıncağının ##.##.2015-ci il tarixli *** saylı İclas protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında cavabdeh3 MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci və 2-ci bloklarında mənzillərin nömrələnməsində yaranmış uyğunsuzluq və qeyri-yaşayışı nəzərə almaqla mənzillərin yenidən nömrələnməsi qərara alınmışdır (çıxarış hazırkı apellyasiya baxışında təqdim olunmuşdur).

3. Borcverən İsmayıllı Əlfağa Mayıl oğlu ilə borcalan X1 arasında ##.##.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Elsevər Səmədova 15.000 ABŞ dolları kurs üzrə 23.400 manat məbləğində borc verilmişdir.

4. cavabdeh3 MTK ilə İsmayıllı Əlfağa Mayıl oğlu arasında bağlanmış ##.##.2015-ci il tarixli müqaviləyə əsasən cavabdeh3 MTK Bakı şəhəri, Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət olan ** nömrəli mənzili (mübahisəli mənzil) Əlfağa İsmayıllıya pay kimi verməyi öhdəsinə götürmüşdür. cavabdeh3 MTK tərəfindən verilmiş ##.##.2015-ci il tarixli xxxxnda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının mübahisəli mənzilin dəyəri Əlfağa İsmayıllı tərəfindən MTK-ya tam olaraq ödənilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən MTKnın rəhbərliyinə

5. ünvanlanmış ərizədə qeyd edilmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət olan ** nömrəli mənzilin mərtəbə və nömrəsində dəyişiklik olduğuna görə müqavilənin və “xxxx”nın dəyişdirilməsinə, mənzilə yeni nömrə, yəni “71” nömrəsinin verilməsinə etiraz etmir. ##.##.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh3 MTK ** nömrəli mübahisəli mənzili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İsa oğluna pay kimi verməyi öhdəsinə götürmüşdür.

6. MTK tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2023-cü il tarixli, **/*** saylı məktuba əsasən, ** saylı mənzil MTK tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılmış və mənzil sonuncuya məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İsmayıllı Əlfağa Mayıl oğlu (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh3 Mənzil Tikinti Kooperativi, İsmayılov Cəfər Həsən oğlu, cavabdeh1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İsa oğluna (bundan sonra cavabdehlər, yaxud MTK, ad, soyadı) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət olan ** nömrəli mənzildən çıxarılması, mənzilin giriş-çıxış qapısının açarlarının iddiaçıya təqdim edilməsi, mənzilin akt əsasında ona təhvil verilməsi, təmir işlərinin aparılmasına şərait yaradılması, mənzildə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 237 manat olmaqla 105,36 kv.m sahə üçün 25.000 manat təşkil etmişdir. Onun tərəfindən həmin mənzilin dəyəri olan 25.000 manat tam şəkildə ödənildiyi üçün MTK-nın direktoru Cəfər İsmayılov tərəfindən ona xxxx verilmiş və həmin arayışda göstərilmişdir ki, iddiaçı tərəfindən həqiqətən MTK-nın mübahisəli olan ** nömrəli mənzilinin dəyəri tam ödənilmişdir. Həmin arayış MTK-nın möhürü ilə təsdiq edilmiş və direktor Cəfər İsmayılov tərəfindən imzalanmışdır. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqaviləni əsas predmetini icraçı təhvil verir, payçı isə mənzili qəbul edir. Lakin müqavilənin imzalandığı ##.##.2015-ci il tarixindən bu günə kimi artıq 8 ilə yaxın müddətin keçməsinə baxmayaraq, cavabdehlər MTK, MTK-nın direktoru Cəfər İsmayılov və ona faktiki rəhbərlik edən cavabdeh1 və s. digər vəzifəli şəxslər qanunsuz hərəkətlərə yol vermiş, mənzilin ona təqdim edilməsindən əsassız olaraq imtina etmiş, çox saylı müraciətlərinə baxılmamış, görüşlərdən daima yayınmış və telefon zənglərinə cavab verilməmişdir. Sözügedən yaşayış binası artıq sakinlərin istifadəsinə verilsə də, özünə məxsus və dəyərini tam ödədiyi mübahisəli mənzilə daxil ola bilmir, mənzil ona təqdim edilmir, təhvil verilmir, tanımadığı şəxs tərəfindən mənzilin giriş qapısı dəyişdirilsə də, cavabdehlər buna göz yumur, hər hansı izahat verilməsindən yayınır. Sözügedən müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin, müqavilə qiymətindən 100% miqdarında, yəni 25.000 AZN məbləğində ödənilib. Lakin mənzilin dəyəri onun tərəfindən cavabdehlərə tam şəkildə ödənilsə də, ödənişlə bağlı kassa-mədaxil qəbzi ona verilməmiş, sonra veriləcəyi bildirilmiş, bununla bağlı dəfələrlə MTK-nın ofisinə gedərək qəbzin verilməsi tələb edilsə də, məsələnin həlli qanunsuz olaraq daimi uzadılmış, qəsdən gecikdirilmiş, süründürməçiliyə yol verilərək sözügedən qəbz ona təqdim edilməmişdir. Bina cavabdeh MTK tərəfindən inşa edilmişdir. Cavabdeh Cəfər İsmayılov MTK-nın direktoru, cavabdeh cavabdeh1 isə MTK-nın faktiki rəhbəridir.

9. Cavabdeh MTK iddia tələbinə qarşı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə MTK arasında ##.##.2015-ci il tarixində bağlanması ehtimal edilən müqaviləyə əsasən mübahisəli ** nömrəli mənzilin iddiaçıya verilməsi əsassızdır. Belə ki, iddiaçı özü də qeyd etmişdir ki, onunla Elsevər Səmədov arasında ##.##.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o, Elsevər Səmədova 15.000 ABŞ dolları məzənnə üzrə 23.400 manat məbləğində borc vermişdir. Lakin həmin borcun müqabilində Elsevər Səmədov özünə məxsus olan MTK-dan aldığı mənzillə bağlı onunla müqavilə bağlayacağı barədə razılığa gəlmiş və elə həmin gün MTK-nın ofisinə gedərək hazırkı müqaviləni əldə etmişdir. Həmin mənzilin dəyəri onun tərəfindən MTK-ya deyil, Elsevər Səmədova ödənilmişdir. MTK tərəfindən binanın tikintisi zamanı maddi problemlər yarandığından, iddiaçı Elsevər Səmədova pul vermişdir ki, əlavə qazanc əldə etsin. Elsevər Səmədov həmin pulu götürərək binanın tikintisinə sərf etmişdir. İddiaçının niyyəti ümumiyyətlə, mənzil almaq olmamış, kredit müqaviləsi üzrə verilmiş pulun qaytarılması niyyəti ilə MTK-dan müqavilə əldə edərək həmin müqaviləni girov qismində saxlamışdır. Həmin binada 2017-ci il tarixindən yaşayış vardır və hazırkı mübahisələndirilən mənzil MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış ##.##.2012-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Elsevər Səmədov ifadəsində bildirmişdir ki, o, iddiaçını 7-8 ildir ki tanıyır, həmçinin MTK-da təmir işləri ilə məşğul olur. O, əvvəllər Cavanşir adlı şəxsdən 10.000 ABŞ dolları borc pul almışdır. Təxminən 3 ay sonra iddiaçı ona zəng vuraraq bildirmişdir ki, Cavanşirə 15.000 ABŞ dollar pul lazımdır. Həmçinin ona təklif etmişdir ki, notarial qaydada borc müqaviləsi bağlansın. O, iddiaçıdan 15.000 ABŞ dollar məbləğində pulu alaraq Cavanşirə qaytarmışdır. İddiaçı pulun qaytarılmasının təminatı kimi MTK-dan ona müqavilə verilməsini tələb etmiş və o da MTK-nın direktoru Cəfər İsmayılovla danışaraq müqavilə tərtib olunmasına nail olmuş və həmin müqaviləni iddiaçıya təqdim etmişdir. İddiaçı ona söz vermişdir ki, o pulu qaytaran kimi, müqaviləni də dərhal MTKya geri qaytaracaq. İddiaçı ondan heç vaxt mənzil tələb etməmiş, yalnız pulu tələb etmişdir.

11. Məhkəmə tərəfindən mübahisəli mənzilə yerində müayinə keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, MTK tərəfindən mənzil, mənzili faktiki olaraq almış Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verilmişdir.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## ##### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbi təmin olunmamışdır.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borcverən Əlfağa İsmayıllı ilə borcalan Elsevər Səmədov arasında ##.##.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o, Elsevər Səmədova 15.000 ABŞ dolları kurs üzrə 23.400 manat məbləğində borc vermişdir. Elə həmin gün ##.##.2015-ci il tarixində Əlfağa İsmayıllı ilə MTK arasında müqavilə bağlanmış və Bakı şəhəri, Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət olan ** nömrəli mənzili Əlfağa İsmayıllıya pay kimi verməyi öhdəsinə götürmüşdür. ##.##.2015-ci il tarixli MTK tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət olan ** nömrəli mənzilin dəyərinin Əlfağa İsmayıllı tərəfindən MTK-ya tam olaraq ödənilmişdir.

14. İddiaçı izahatında qeyd etmişdir ki, onunla Elsevər Səmədov arasında ##.##.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o, Elsevər Səmədova 15.000 ABŞ dolları kurs üzrə 23.400 manat məbləğində borc vermişdir. Lakin həmin borcun müqabilində Elsevər Səmədov özünə məxsus olan MTK-dan aldığı mənzillə bağlı onunla müqavilə bağlayacağı barədə razılığa gəlmiş və elə həmin gün MTK-nın ofisində hazırkı müqaviləni əldə etmişdir. Həmin mənzilin dəyəri tərəfindən MTK-ya deyil, Elsevər Səmədova ödənilmişdir. O, Elsevər Səmədov tərəfindən ona pul qaytarılan kimi, MTK tərəfindən verilmiş müqaviləni geri qaytaracağını bildirmişdir. Lakin müqavilənin bağlanmasından uzun müddət keçdiyindən MTK-dan artıq mənzilini tələb edir.

15. Məhkəmə mövqeyinə dair qeyd etmişdir ki, iddia tələbinin predmetini iddiaçı ilə MTK arasında bağlanmış müqavilə təşkil edir. İddiaçı özü müqavilə üzrə nəzərdə tutulmuş məbləği MTK-ya ödəmədiyini, mənzilin Elsevər Səmədova məxsus olduğunu və buna görə də mənzilə dair vəsaitin MTK-ya deyil, həmin şəxsə verdiyini, beləliklə də müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyini qeyd etməklə, hazırkı müqavilənin etibarlı olmadığını qeyd edir. İddiaçı tərəf həmin əqd əsasında daşınmaz əmlaka sahiblik və istifadə hüququ əldə etdiyini iddia etsə də, müqavilə üzrə öhdəlik onun tərəfindən yerinə yetirilmədiyindən həmin müqavilə üzrə onun tələb etmək hüququ da istisna olunur. Hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, cavabdeh tərəf məhkəməyə iddiaçı ilə digər şəxs arasında notariat qaydada bağlanmış kredit müqaviləsi təqdim etmişdir. İddiaçı tərəf həmin kredit müqaviləsini bağladığını etiraf etmiş və onunla MTK arasında mənzilin pay kimi ona təhvil verilməsinə dair bağlanmış müqavilə təqdim etmişdir. İddiaçı tərəf mənzilə dair vəsaitin MTK-ya ödənilmədiyini və borc verdiyi şəxsə ödənildiyini onunla əsaslandırır ki, əvvəllər həmin mənzil borc verdiyi Elsevər Səmədova məxsus olmuşdur.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

17. Məhkəmə daha sonra qeyd etmişdir ki, MTK tərəfindən təqdim olunmuş ##.##.2019cu il tarixli müqavilənin surətindən müəyyən olunmuşdur ki, MTK Bakı şəhəri, Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət olan ** nömrəli mənzili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs pay kimi verməyi öhdəsinə götürmüşdür.

18. Məhkəmə hesab etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə MTK arasında əvvəl ##.##.2012-ci il tarixdə, daha sonra isə müqavilə yenilənərək ##.##.2019-cu il tarixdə müqavilə bağlandığından, cavabdeh tərəfindən kooperativin üzvü kimi müqavilədə qeyd olunan pay haqqı tam ödənildiyindən və onun həmin əmlaka dair sahiblik və istifadə etmək hüququ yarandığından iddia tələbi rədd olunmalıdır.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.8, 146.1, 146.2, 178.1, 178.2-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməkə iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları obyektiv araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının tələblərini səhv tətbiq edərək, iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən işin faktiki hallarına istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş Elsevər Səmədov öz ifadəsində bildirmişdir ki, o, iddiaçını 7-8 ildir ki tanıyır, həmçinin MTK-da təmir işləri ilə məşğul olur. O, əvvəllər Cavanşir adlı şəxsdən 10.000 ABŞ dolları borc pul almışdır. Təxminən 3 ay sonra iddiaçı ona zəng vuraraq bildirmişdir ki, Cavanşirə 15.000 ABŞ dollar pul lazımdır. Həmçinin ona təklif etmişdir ki, notarial qaydada borc müqaviləsi bağlansın. O, iddiaçıdan 15.000 ABŞ dollar məbləğində pulu alaraq Cavanşirə qaytarmışdır. İddiaçı pulun qaytarılmasının təminatı kimi MTK-dan ona müqavilə verilməsini tələb etmiş və o da MTK-nın direktoru Cəfər İsmayılovla danışaraq müqavilə tərtib olunmasına nail olmuş və həmin müqaviləni iddiaçıya təqdim etmişdir. İddiaçı ona söz vermişdir ki, o pulu qaytaran kimi, müqaviləni də dərhal MTK-ya geri qaytaracaq. İddiaçı ondan heç vaxt mənzil tələb etməmiş, yalnız pulu tələb etmişdir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə yerində müayinə keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, MTK tərəfindən mənzil mənzili faktiki olaraq almış Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verilmişdir. Qeyd edilənlənlərdən, o cümlədən iddiaçının məhkəmələrə verdikləri izahatlardan bəlli olur ki, iddiaçı cavabdeh MTK tərəfindən ona verilmiş ##.##.2015-ci il tarixli müqaviləyə əsaslanaraq mübahisəli mənzilin ona təhvil verilməsini tələb etsə də, həmin müqavilə, müqavilədə əks olunan öhdəliklərin və şərtlərin yerinə yetirilməsi üçün deyil, iddiaçının ##.##.2015-ci il tarixdə Elsevər Səmədov ilə bağladığı “Kredit müqaviləsi” üzrə sonuncunun ondan aldığı borcun qaytarılmasının təmin edilməsi niyyəti ilə tərtib edilmişdir. Mənzilin dəyərinin MTK-ya ödənilməsi barədə iddiaçıya “xxxx” verilsə də, mənzilin dəyəri iddiaçı tərəfindən MTK-ya ödənilməmişdir.

25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı mənzilə dair vəsaitin MTKya ödənilmədiyini və borc verdiyi şəxsə ödənildiyini onunla əsaslandırmışdır ki, əvvəllər həmin mənzil borc verdiyi Elsevər Səmədova məxsus olmuşdur. Lakin iddiaçı tərəfindən mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəmələrə heç bir sübut təqdim olunmamışdır. İş materiallarından müəyyən edilir ki, cavabdeh MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış ##.##.2019-cu il tarixli müqaviləyə əsasən, MTK mübahisəli mənzili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs pay kimi verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mənzil hazırda qanuni əsaslarla sonuncunun sahibliyində və istifadəsindədir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 146.1,146.2, 152.1, 152.5, 157.4, 157.8-ci, Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

27. Qətnamədən iddiaçı (vəkil vəkil1 İlqar oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 337-cı maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə araşdırması zamanı işin hərtərəfli, obyektiv araşdırılması və ədalətli qərar qəbul edilməsi üçün MTK-ya həm poçt vasitəsi ilə, həm də məhkəmədə təmsilçisi vəkil vasitəsi ilə çoxsaylı sorğular göndərilsə də, qanunsuz cavab vermədiyi, tələb olunan sənədlərin təqdim edilməsindən məqsədli yayındığı, imtina etdiyi üçün tərəfindən sübutların tələb olunmasına dair vəsatətlə məhkəməyə müraciət edilərək, mübahisəli ** saylı mənzilin hal-hazırda hansı şəxsin (şəxslərin) sahibliyində və istifadəsində olması və hansı qanuni əsasla şəxsin (şəxslərin) sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Uzun müddət tələb olunan həmin sənədlər məhkəməyə təqdim edilməmiş lakin, israrla tələb etdiyi üçün MTK ilə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs adına qeydiyyata alınmış, ** saylı mənzilin, ##.##.2012-ci il tarixli alğı-satqı Müqaviləsi məhkəməyə təqdim edilsə də, həmin mənzilin dəyərinin tam şəkildə ödənilməsi ilə bağlı Maliyyə arayış təqdim edilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi nə maddi hüquq normaları nə də prosessual hüquq normaları baxımından süzgün qəbul edilməmişdir. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş xxxxna verilən qiymət açıq aşkar əsassız olmuş, cavabdehin təqdim etdiyi sonrakı tarixə imzalanmış müqavilə maddi hüquq normaları baxımından düzgün qiymətləndirilməmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ### 2025-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

30. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı pul məbləğini MTK-ya deyil, Elsevər Səmədova vermiş olsa belə, qeyd edilən müqavilə üzrə MTK üzərinə öhdəlik götürmüşdür.

31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının MTK-dan üzərinə düşən qarşılıqlı öhdəliyin icra edilməsini tələb etmək hüququnun istisna olunduğunu kifayət qədər əsaslandıra bilməmişdir. Müqavilə tərəfi olan MTK ilə Elsevər Səmədov arasında olan hər hansı hüquqi münasibətə (məsələn, MTK-nın aralarındakı hər hansı hüquqi münasibətə görə Elsevər Səmədova pul məbləği ödəmək öhdəliyinin olması və s.) qiymət verməmişdir.

32. Digər tərəfdən, birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ## ##### 2024-cü il tarixli məhkəmə iclasının protokolunda qeyd edilmişdir ki, cavabdeh MTK-nın nümayəndəsi (vəkili) vəkil3 izahat vermişdir ki, binanın tikintisi zamanı maddi problemlər yarandığından Elsevər Səmədov həmin pulu götürmüşdür ki, binanın tikintisinə sərf olunsun. İş üzrə apellyasiya məhkəməsində keçirilmiş ## ######## 2024-cü il tarixli məhkəmə iclasının protokolunda da cavabdeh MTK-nın nümayəndəsi (vəkili) vəkil2 da oxşar məzmunda izahat verdiyi qeyd edilmişdir.

33. Kassasiya kollegiyası qeyd etmişdir ki, məhkəmə nəzərə almamışdır ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə müvafiq olaraq fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bildiyi, onların bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bildiyi halda iddiaçı tərəfindən mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəmələrə heç bir sübut təqdim olunmadığı barədə qənaəti yanlışdır. Apellyasiya məhkəməsi digər şəxsin (əslində Elsevər Səmədov nəzərdə tutulur) müqavilənin Əlfağa İsmayıllı ilə bağlamasını mübahisələndirməmişdir.

34. Ümumiyyətlə, məhkəmələr tərəfindən MTK ilə iddiaçı arasında bağlanmış ##.##.2015ci il tarixli müqavilənin etibarsız olmasını aydın şəkildə əsaslandırılmadığından qətnamədə gəlinən nəticə də əsaslı sayıla bilməz.

35. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə MTK arasında əvvəl ##.##.2012ci il tarixdə, daha sonra isə müqavilə yenilənərək ##.##.2019-cu il tarixdə müqavilə bağlandığı barədəki mövqeyi ilə də razılaşmışdır. Kassasiya kollegiyası həmin mövqeyi də əsaslı hesab etməmişdir. Belə ki, MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında ## #### 2012-ci il tarixində bağlandığı qeyd edilən müqavilə Bakı şəhəri, Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 105,36 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət olan ** nömrəli mənzil, ##.##.2019-cu il tarixdə bağlandığı bildirilən müqavilə isə Suraxanı rayonu, xxxxçuxur ŞTQ-si, 4048/49 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət olan ** nömrəli mənzil barədədir. Yəni mənzillərin mərtəbəsi və nömrəsi də fərqlidir. Həmçinin 2012-ci il tarixli müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi iş materialları ilə təsdiqlənmir.

36. Apellyasiya məhkəməsi göstərilən müqavilələrdəki mənzillərin mərtəbəsi və nömrəsinin fərqli olmasını nəzərə almaqla müqavilələrdəki fərqliliyin səbəblərini tərəflərlə müzakirə edərək araşdırıb hüquqi qiymət verməli olduğu halda, belə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

37. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən yerində müqavilədə qeyd edilən ünvan üzrə mənzillərin nömrələrində olan fərqi aydınlaşdırmaq və faktiki olaraq yaranmış vəziyyətlə yerində tanış olmaq üçün iş üzrə yerində müayinə həyata keçirmişdir. Müayinə zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil olan girişdə (blokda) 1-ci mərtəbə qeyri-yaşayış sahələri olmaqla, yaşayış mənzilləri faktiki olaraq “0” səviyyəsindən hesabladıqda 2-ci mərtəbədən başlayır. Hər mərtəbədə 5 mənzil mövcuddur. Liftin düymələri də “0”dan başlayır. Liftlə qalxdıqda, mübahisəli mənzil “0” səviyyəsindən 15-ci, yaşayış mərtəbəsindən isə 14-cü mərtəbədə yerləşir. Hazırkı vəziyyətdə (sənəd üzrə) mübahisəli mənzil 15-ci mərtəbədə, soldan sağa saydıqda 1-ci mənzildir. Mənzilin nömrəsi hazırda 71-dir. Mübahisəli mənzildən sonrakı mənzil “72”, ondan sonrakı “73” nömrəli olduğu, bu qaydada artaraq davam etdiyi müəyyən olunmuşdur. Həmin mərtəbədə olan digər mənzillərin qapısı döyülsə də, qapını açan olmadığından kollegiya bir mərtəbə aşağıda yerləşən mənzillərin nömrəsini müəyyən etmək məqsədi ilə 14-cü mərtəbəyə də baxış keçirmişdir. Mübahisəli mənzilin altındakı mənzilin qapısını açan olmadığına görə, sonrakı mənzilin istifadəçisi 2019cu ilin dekabr ayından hazırkı ünvanda yaşadıqlarını, həmin vaxtdan bu günədək ünvanlarının dəyişmədiyini, yaşadıqları mənzilin nömrəsinin 67 olduğunu, özündən əvvəlki mənzilin nömrəsinin 66 olduğunu bildirmişdir.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə MTK arasında ##.##.2015-ci il tarixdə ** nömrəli mənzilə dair müqavilə bağlanmış, həmçinin cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslə ##.##.2012ci il tarixdə ** nömrəli, ##.##.2019-cu il tarixdə isə ** nömrəli mənzilə dair müqavilələr bağlanmışdır. Mübahisəli mənzil hazırda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs sahiblik və istifadəsindədir, lakin iddiaçı hazırda həmin mənzilin müqavilə üzrə ona təhvil verilməsini tələb edir.

40. Məhkəmə kollegiyası hazırda mübahisənin binanın 15-ci mərtəbəsində yerləşən ** nömrəli mənzil barədə getdiyini müəyyən etmişdir. İddiaçı da məhz cavabdehin sahibliyində olan həmin mənzili tələb etdiyini qeyd edir. Mübahisəli ** nömrəli mənzilə baxış keçirildikdə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən mənzilə müasir giriş qapısının quraşdırıldığı və onun tərəfindən açıldığı, mənzildə təmir işlərinin tam başa çatmadığı, bununla belə, artıq elektrik, santexnik işlərinin görüldüyü, tavan və divarların üzləndiyi və s. “xxxx” işlərin görüldüyü məlum olmuşdur.

41. Məhkəmə kollegiyası MTK tərəfindən təqdim edilən payçıların siyahısına uyğun olaraq kommunal xidmət müqavilələrinin kiminlə bağlandığını müəyyən etmək məqsədi ilə müvafiq sorğular vermişdir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” Publik hüquqi şəxsindən daxil olmuş # ####### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ** nömrəli mənzilə görə ##.##.2019-cu il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslə, ** nömrəli mənzilə görə isə Nicat Şirinovla müqavilə bağlanmışdır. Həmçinin cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təqdim etdiyi “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ##.##.2019-cu il tarixli Aktdan görünür ki, MTK-nın sifarişi əsasında ** nömrəli mənzilə qaz sayğacı quraşdırılmışdır.

42. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı onunla MTK arasında bağlanmış ##.##.2015-ci il tarixli müqaviləyə istinad edərək, ** nömrəli mənzilin ona təhvil verilməli olması qənaətindədir. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçı ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Elsevər Səmədova 15.000 ABŞ dolları məbləğində borc vermişdir və bu borcun ** nömrəli mənzilə aidiyyəti ola bilməz. Başqa sözlə, iddiaçı ** nömrəli mənzilə görə MTK-ya ödəniş etməmişdir ki, hazırda da sonuncudan mənzil tələb etsin.

43. Məhkəmə kollegiyası göstərilən məsələyə dair kassasiya instansiyası məhkəməsinin mövqeyini də nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı ilə MTK arasında ** nömrəli mənzilə dair müqavilə bağlanmış, mənzilin dəyəri isə məhz həmin MTK ilə işbirliyi olan və iddiaçıdan aldığı pulu da məhz binanın inşasına sərf edən Elsevər Səmədova ödənilmişdir. Burada hər hansı pozuntu müəyyən olunmur, çünki fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Odur ki, iddiaçı ilə MTK arasında bağlanmış ##.##.2015-ci il tarixli müqavilə etibarlıdır və iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. Birinci instansiya məhkəməsi müqavilənin mötəbərliyini şübhə altına almaqda səhv etmişdir, müqavilə qüvvədə olmaqla keçərlidir və onun tərəfləri üçün hüquq və vəzifələr yaratmışdır. Lakin işdən göründüyü kimi, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslə də biri ** nömrəli mənzilə, digəri isə ** nömrəli mənzilə dair olmaqla iki müqavilə bağlanıb. MTK həmin müqavilələri etibarlı əqd kimi təqdim edir və bildirir ki, ##.##.2012-ci il tarixli müqavilədə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılmış mənzilin nömrəsinin “66” göstərilməsinin səbəbi həmin vaxt yaşayış mərtəbəsinin “0” səviyyəsindən hesablanması olmuş, halbuki “0” səviyyəsindən hesablandıqda 1-ci mərtəbədə qeyri-yaşayış sahələri yerləşmişdir. Buna görə MTK-nın Ümumi Yığıncağının ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə mənzillərin nömrələrində yaranmış uyğunsuzluq aradan qaldırılaraq yaşayışın 1-ci mərtəbəsi “0” səviyyəsindən 2-ci mərtəbədən başlayaraq nömrələnmiş və bunun nəticəsində cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılmış mənzilin mərtəbəsi 14-dən 15-ə, nömrəsi isə 66-dan 71-ə dəyişdirilmişdir. Göstərilən hallar yerində müayinə zamanı da təsdiq olunduğundan kollegiya onları şübhə altına almaq üçün əsas görməmişdir.

44. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, yeni inşa edilən çoxmənzilli binalarda mənzil almaq istəyən şəxslə həmin binanı inşa edən tikinti şirkəti (MMC və ya MTK adlanmasından asılı olmayaraq) arasında yaranan hüquq münasibətləri podrat münasibəti hesab olunur. Podrat müqaviləsinə görə isə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi (hazırkı halda mənzili tikməyi), sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər, podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Bu münasibətlərə Mənzil və Mülki Məcəllələrinin tənzimlədiyi mənzil-tikinti kooperativlərindəki payın alınması ilə bağlı yaranmış münasibətləri (hüquq və vəzifələri) aid etmək olmaz. Çünki mənzil-tikinti kooperativlərinin yaradılmasında əsas məqsəd onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün müvafiq binaların tikintisi və (və ya) yenidən qurulması çıxış edir. Payçı ilə MTK arasında bağlanan müqavilə heç bir halda podrat müqaviləsi hesab oluna bilməz. Belə müqavilə, bina inşa edildikdən sonra həmin binada mülkiyyətinə yaşayış sahəsi əldə etmək üçün pay haqqının ödənilməsi şərtlərini müəyyən edən pay yığımı müqaviləsidir. Müqavilənin məqsədi yaşayış binasının inşasıdır, payçı pay haqqını ödəyərək nəticədə, bina inşa edildikdən sonra həmin binada pay əldə edir. Məhz buna görədir ki, mənzil-tikinti kooperativləri istehlak kooperativləri hesab olunur. Podrat müqaviləsi isə müəyyən işləri görməyə və sifarişçiyə təhvil verməyə podratçını məcbur edən müqavilədir. Podrat müqaviləsi sifarişçi ilə podratçı arasında bağlanır, sifarişçi konkret işi sifariş edir, podratçı isə həmin işi görüb onun nəticəsini təhvil verir (bu, yaşayış evinin tikintisi, təmir və s. ola bilər.) MTK-da müqavilənin xarakteri gələcəkdə yaşayış sahəsi əldə etmək üçün yaşayış binasının inşası məqsədilə səy və maliyyələşmənin birləşdirilməsindən ibarət olduğu halda, podratda sifarişçi müəyyən haqq müqabilində konkret işin görülməsi üçün podratçı seçir. Beləliklə, hər iki müqavilə üzrə tərəflərin öhdəlikləri fərqli xarakter daşıdığından, onları eyniləşdirmək yolverilməzdir.

45. Hazırkı işdə istər iddiaçı, istərsə də cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh MTK ilə məhz podrat müqaviləsi bağlamışdır. Mülki Məcəllənin 762.1-ci maddəsinin tələbinə görə isə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Lakin cavabdeh MTK eyni mənzil barəsində iki şəxslə podrat müqaviləsi bağlamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, ** nömrəli mənzilə dair müqavilə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslə daha əvvəl, yəni ## #### 2012-ci ildə bağlanmış, mənzil ona təhvil verilmiş və o, mənzili təmir etməyə başlamaqla, faktiki ona sahiblənmiş, kommunal xidmətlərə dair müqavilələr onunla bağlanmış, 2019-cu ildə isə mərtəbə dəyişikliyi ilə bağlı mənzilin nömrəsi də dəyişmişdir. İddiaçı ilə MTK arasında isə müqavilə ## ###### 2015-ci ildə bağlanmışdır. Nəzərə almaq lazımdır ki, nə iddiaçının, nə də cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılmamışdır. MTK ilə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında müqavilə öhdəliyinin icra edilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə vəziyyətdə, mübahisə Mülki Məcəllənin 452ci maddəsinin şərtləri daxilində həll olunmalıdır. Həmin normaya görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İstinad olunan normanın təhlilindən belə aydın olur ki, iddiaçı mənzilin cavabdeh MTK-nın əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Lakin həmin mənzil MTK tərəfindən artıq cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verildiyindən, bu hüquq aradan qalxmışdır. Bu səbəbdən, iddiaçı mənzilin ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hətta hesab olunsa ki, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslə bağlanmış ##.##.2012-ci il tarixli müqavilə başqa, yəni ** nömrəli mənzili ehtiva edib və ##.##.2019-cu il tarixli müqavilə ilə ona digər, yəni ** nömrəli mənzil təhvil verilib, bu halda da vəziyyət dəyişməyəcək. Çünki iddiaçının tələbi müqavilənin daha əvvəl kiminlə bağlanması yox, məhz mənzilin cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs daha əvvəl təhvil verilməsi əsası ilə aradan qalxmış olur. Əgər mənzil hələ tərəflərdən heç birinə təhvil verilməmiş olsaydı, onda ##.##.2012-ci il tarixli müqavilənin mötəbərlik məsələsi aktual ola bilərdi. Hazırkı vəziyyətdə isə bunun heç bir əhəmiyyəti yoxdur.

46. Beləliklə, ** nömrəli mənzil daha əvvəl cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verildiyindən və sonuncu da həmin mənzilə yiyələnərək sahibləndiyindən və artıq təqribən 60-70 faiz təmir işlərini başa çatdırdığından, iddiaçı həmin mənzilin ona təhvil verilməsini MTK-dan tələb edə bilməz.

47. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 157, 337, 386, 389, 390, 406, 452.1, 452.2, 752, 762-ci, Mənzil Məcəlləsinin 1131, 113.2, 113.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

48. Qətnamədən iddiaçı (vəkil1 İlqar oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslə biri ** saylı mənzilə, digər isə ** saylı mənzilə dair olmaqla iki müqavilə bağlanıb. MTK həmin müqavilələri etibarlı əqd kimi təqdim edir və bildirir ki, ##.##.2012-ci il tarixli müqavilədə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılmış mənzilin nömrəsinin “66” göstərilməsinin səbəbi həmin vaxt yaşayış mərtəbəsinin “0” səviyyəsindən hesablanması olmuşdur. Halbuki “0” səviyyəsindən hesablandıqda 1-ci mərtəbədə qeyri-yaşayış sahələri yerləşmişdir. Məhkəmə bu dəyişikliyin edilməsi barədə hər hansı mötəbər sübutun olmamasını nəzərə almamışdır. Dəfələrlə, məhkəmə kollegiyasına mərtəbə dəyişikliyinin bilərəkdən cavabdeh tərəfindən öz təşəbbüsü ilə edildiyini, buna görə də heç bir sənəd təqdim edə bilməməsini bildirilsə də, nəzərə alınmamışdır.

50. Məhkəmə qanunsuz olaraq hesab etmişdir ki, ** nömrəli mənzilə dair müqavilə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslə daha əvvəl, yəni ## #### 2012-ci ildə bağlanmış, mənzil ona təhvil verilmiş və o, mənzili təmir etməyə başlamaqla, faktiki ona sahiblənmiş, kommunal xidmətlərə dair müqavilələr onunla bağlanmış, 2019-cu ildə isə mərtəbə dəyişikliyi ilə bağlı mənzilin nömrəsi də dəyişmişdir. Bu hal eyni zamanda Ali Məhkəmənin müəyyən etdiyi mövqe ilə tamamilə ziddiyyət təşkil edir. Hətta qeyriyaşayış sahəsi nəzərə alınmaqla hesablansa da, ** saylı mənzil yerində qalmalıdır. Həmin mənzil heç cür itə bilməz. Daha sonra, MTK-nın mənzil nömrəsinin dəyişdirilməsi ilə bağlı guya “yığıncağın qərarının” olması barədə dəlili mötəbər dəlil hesab edilə bilməz. Bu dəyişiklik qanunvericiliyə uyğun aparılmalı, müvafiq qaydada aidiyyəti orqanlarda qeydiyyat aparılmalıdır. Lakin bununla bağlı heç bir dəlil təqdim edilməmişdir.

51. MTK tərəfindən məhkəmə prosesi getdiyi müddətdə özünü müdafiə etmək məqsədi ilə sonradan tərtib edilmiş və təmsilçisi vəkil tərəfindən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs guya ki, MTK-ya ünvanlanmış ##.##.2019-cu il tarixli ərizəsi təqdim edilmişdir. Həmin ərizədə binanın mərtəbəsində sonradan guya ki, hansısa dəyişiklik olduğu üçün yeni alğı-satqı müqaviləsinin və xxxxnın verilməsi MTK rəhbərliyindən xahiş edilmişdir. Bu səbəbdən, MTK Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs adına qeydiyyata alınmış, ##.##.2012-ci il tarixli alğı-satqı müqaviləsini ləğv etmədən, ehtimal olunur ki, məhkəmə prosesi getdiyi müddətdə özünü müdafiə məqsədi ilə daha sonradan tərtib edilmiş ##.##.2019-cu il tarixli, ****** saylı alğı-satqı müqaviləsini məhkəməyə təqdim etmiş və həmin müqavilədə bu dəfə mənzilin nömrəsi ** saylı qeyd edilərək, müqavilə möhürlə təsdiq edilmişdir.

52. Məhkəmənin qəbul etdiyi qətnamənin mətnində binanın mərtəbəsinin hansı qanuni əsasla dəyişməsi, əgər mərtəbə həqiqətən də qanuni şəkildə dəyişibsə, iddiaçıya məxsus ** saylı mənzilin hansı nömrə ilə əvəz edilməsinə aydınlıq gətirilməmiş, sadəcə formal mülahizələrə əsasən münasibət bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi yanlış olaraq hesab etmişdir ki, hətta hesab olunsa ki, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslə bağlanmış ##.##.2012-ci il tarixli müqavilə başqa – ** saylı mənzili ehtiva edib və ##.##.2019-cu il tarixli müqavilə ilə ona digər – ** saylı mənzil təhvil verilib, bu halda da vəziyyət dəyişməyəcək, çünki iddiaçının tələbi müqavilənin daha əvvəl kiminlə bağlanması yox, məhz mənzilin cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs daha əvvəl təhvil verilməsi əsası ilə aradan qalxmış olur. Əgər mənzil hələ tərəflərdən heç birinə təhvil verilməmiş olsaydı, onda ##.##.2012-ci il tarixli müqavilənin mötəbərlik məsələsi aktual ola bilərdi. Hazırkı vəziyyətdə isə bunun heç bir əhəmiyyəti yoxdur. Bu mövqe ilə bağlı bildirilməlidir ki, həmin mənzilin Mövlayevə təhvil verilməsini təsdiq edəcək heç bir mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu halı sadəcə bununla əsaslandırmışdır ki, ** nömrəli mənzil daha əvvəl cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verildiyindən və sonuncu da həmin mənzilə yiyələnərək sahibləndiyindən və artıq təqribən 60-70 faiz təmir işlərini başa çatdırdığından, iddiaçı həmin mənzilin ona təhvil verilməsini MTK-dan tələb edə bilməz. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ** nömrəli mənzilə baxış keçirildikdə müəyyən təmir işlərinin görüldüyü məlum olmuşdur. Lakin məhkəmə həmin işlərin məhz Mövlayev tərəfindən görülməsini də təsdiq edəcək dəlillərin olmamasını nəzərə almamışdır. Belə ki, məhkəmə özü də bilavasitə müəyyən etmişdir ki, Mövlayev mənzilə tam sahiblik əldə etməmiş, sadəcə özünün dediyinə görə bəzi işlər aparmışdır. Bu halda da məhkəmə təmirin xərclərinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən MTK-dan tələb edilməli olmasını göstərə bilərdi. Lakin məhkəmə əsassız olaraq hesab etmişdir ki, həmin mənzil MTK tərəfindən artıq cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verildiyindən, bu hüquq aradan qalxmışdır. Cavabdehin qanunsuz olaraq iddiaçının razılığı olmadan həmin mənzilə dair 2019cu il tarixindən

53. başlayaraq bütün kommunal xidmətlərlə bağlı müqavilələri Mövlayevin adına rəsmiləşdirməsi və ya belə rəsmiləşdirməyə şərait yaratması mənzilin təhvil alınması kimi qəbul edilə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

54. Maddə 13. (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

55. Maddə 29. (İ hissə). Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

56. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

57. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

58. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

59. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

60. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

61. Maddə.157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

62. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

63. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

64. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

65. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

66. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

67. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

68. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

69. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

70. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

71. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə

72. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

73. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

76. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

82. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

83. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

84. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

85. Maddə 420. İşə kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra həmin iş kassasiya instansiyası məhkəməsinin qərarının təsdiq olunmuş surəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılır. Kassasiya baxışının hədləri:

86. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

87. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

89. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

90. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

91. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

92. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

93. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar