Məhkəmə qərarları › İş №2(1-8)-363/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-363/2026

30.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-363/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdehlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” institutuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ##.##.2017-ci il tarixli, **** nömrəli əmək müqaviləsinə əsasən İddiaçı cavabdeh qurumda korroziyadan mühafizə şöbəsinin layihənin baş mühəndisi vəzifəsinə işə qəbul edilmişdir;

3. İddiaçı ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət edərək sağlamlıq və ailə vəziyyəti ilə əlaqədar məzuniyyətin verilməsini xahiş etmiş, cavabdehin ##.##.2024-cü il tarixli, 14- ***/*-*M-***/**** nömrəli əmrinə əsasən iddiaçıya ##.##.2024-cü il tarixdən 183 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verilmişdir. Məzuniyyətin qurtardığı tarix ##.##.2024-cü il və işçinin işə başlamalı olduğu tarix isə ##.##.2024-cü il müəyyən edilmişdir;

4. Cavabdehin ##.##.2024-cü il tarixli, **-*-**/*-*M-****/**** nömrəli əmrinə əsasən iddiaçıya ##.##.2024-cü il tarixdən 21 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verilmişdir. Məzuniyyətin qurtardığı tarix ##.##.2024-cü il və işçinin işə başlamalı olduğu tarix isə ##.##.2024-cü il müəyyən edilmişdir;

5. İddiaçı 21.10.20224-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ailə və sosial məsələsini həll etmək məqsədi ilə ##.##.2024-cü il tarixdən etibarən 1 həftə (7 gün) müddətinə ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir;

6. “Neftqazelmitədqiqatlayihə” institutunun Korroziyadan mühafizə şöbəsinin rəisi Famil Vəliyevin ##.##.1024-cü il tarixli, **-*-**/*-*-****/**** nömrəli xidməti məruzəsindən görünür ki, Korroziyadan mühafizə şöbəsinin layihənin baş mühəndisi İddiaçı ##.##.2024-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən işə çıxmadığı təsbit edilərək məlumat verilmişdir;

7. “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Mübariz Quliyev tərəfindən Həmkarlar İttifaqı Komitəsinin sədrinə göndərilən məktubdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməsi xahiş edilmişdir;

8. İddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişlə o, ##.##.2024-cü il tarixdə, saat 14:00-da institutun Həmkarlar İttifaqı Komitəsinin yığıncağına dəvət edilmişdir;

9. İddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişlə o, ##.##.2024-cü il tarixdə, saat 14:00-da institutun Həmkarlar İttifaqı Komitəsinin yığıncağına dəvət edilmişdir;

10. ##.##.2024-cü il tarixli aktdan görünür ki, Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət olunması barədə bildirişi təqdim etmək üçün İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanına getmişlər. Qapını döydükdə mənzildən səslər eşidilmiş, qapının gözlüyündən baxılmış, lakin qapı açılmamış, bildirişi təqdim etmək mümkün olmamışdır. Aktı HİK sədri E.Axundova, HİK rəyasət heyətinin üzvü İ.İbrahimova, Hüquq şöbəsinin rəisi nümayəndə2, İqtisadiyyat və uçot departamentinin rəis müavini R.Qədirov və İnsan resursları şöbəsinin kadrlar üzrə aparıcı mütəxəssisi L.Cəlilova öz imzaları ilə təsdiq etmişlər;

11. “Neftqazelmitədqiqatlayihə” İnstitutu Həmkarlar İttifaqı Komitəsinin yığıncağının ##.##.2024-cü il tarixli, ** nömrəli protokoluna əsasən Korroziyadan mühafizə şöbəsinin ştat üzrə 16-cı dərəcəli layihənin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə HİK-nin münasibət bildirməsi gündəliyə qoyulmuşdur. Çıxış edən F.Vəliyev İddiaçı ##.##.2024-cü il tarixdən işə çıxmadığını, səbəbinini öyrənmək üçün sonuncu ilə telefon əlaqəsi yaratmağa cəhd etsələr də zənglərə cavab vermədiyini bildirmişdir. İclasda İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır;

12. “Neftqazelmitədqiqatlayihə” İnstitutu Həmkarlar İttifaqı Komitəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli qərarına əsasən Korroziyadan mühafizə şöbəsinin ştat üzrə 16-cı dərəcəli layihənin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir;

13. “Neftqazelmitədqiqatlayihə” İnstitutunun ##.##.2023-cü il tarixli, 14-2-16/3- *K***/**** nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə İddiaçı ilə bağlanmış ##.##.2017-ci il tarixli **** nömrəli əmək müqaviləsinin ##.##.2024-cü il tarixdə ləğv olunması əmr edilmiş, əsas olaraq İddiaçı barəsində xidməti məruzə, Həmkarlar İttifaqı Təşkilatının razılığı göstərilmişdir;

14. “xxxx” publik hüquqi şəxsinin M.Hüseynov adına * nömrəli Şəhər poliklinikası tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş SN0008 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı asteno-nevrotik sindrom diaqnozu qoyulmuş, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək işdən azad edilməsi göstərilmişdir;

15. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin “xxxx” publik hüquqi şəxsinin * nömrəli şəhər poliklinikası tərəfindən sorğuya cavab olaraq göndərilmiş ##.##.2025-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xarici ölkədə aldığı müalicə ilə bağlı əvəzedici əmək qabiliyyətinin olmaması vərəqi ilə təmin olunması məqsədilə ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Təqdim olunan sənədlərə * nömrəli şəhər poliklinikasının həkim məsləhət komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, İddiaçı əmək məzuniyyəti dövründə səfərdə olduğu zaman səhhətində yaranan problemlərlə əlaqədar ##.##.2024-cü il tarixdə Malayziya Respublikasının Penavar şəhərinin Penavar poliklinikasına müraciət etmiş, ona şəkərli diabet və dislipidemiya panik atak diaqnozları ilə ##.##.2024-##.##.2024-cü il tarixinədək tibbi məzuniyyət rejimi təyin olunmuşdur. “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrinin həkim məsləhət komissiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında ##.##.2024-cü il tarixli, **-*/*-*-***/**** nömrəli əmrinin 3.1.3 bəndinə əsasən İddiaçı həmin dövrləri əhatə edən günlər üçün ******* nömrəli əvəzedici ƏQOV ilə təmin olunmuşdur;

16. İddiaçı barəsində “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, o, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, ##.##.2024-cü il tarixdə Respublikaya qayıtmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı iddia ərizəsi, sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli, 14- ***/*-*K-***/**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəyə bərpa edilməsi, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 21 günlük xəstəlik ilə əlaqədar sosial sığorta ödənişinin, ##.##.2024-cü il tarixdən işə bərpa ediləcəyi tarixədək ştat cədvəli üzrə ödənilməli əmək haqqının, noyabr-dekabr 2024-cü il tarixlərində ödənilən 2023-cü il işçilərin performans əsaslı illik mükafatlandırması olaraq 2 misli əmək haqqı (3348,60 x 2), mediasiya xidməti üçün 60 manat, mənəvi zərərin əvəzi olaraq 33486 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun tərəfindən əmək müqaviləsinə əsasən iş vaxtı hər hansı qayda pozuntusuna yol verilməmiş, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallar baş verməmişdir. Digər tərəfdən mübahisələndirilən əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməyərək işçinin izahatı alınmamış, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmasına baxmayaraq, qanunvericiliyinin prosessual normaların tələbləri kobud şəkildə pozulmuşdur. O, 2024-cü ilin sentyabr ayında illik ödənişli əmək məzuniyyətini ##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək götürərək Malayziya Respublikasına getmişdir. ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsini ona ##.##.2025ci ildə * nömrəli Şəhər poliklinikasında əvəzedici sənəd kimi vermişlər. Malayziyadan xəstəlik ilə əlaqəli sənədini işə qayıdacağı zaman təqdim edəcəkdi. Ona şifahi verilən məlumat ondan ibarət idi ki, o “COP 29” ilə əlaqəli evdən işləyəcəkdi, lakin sonradan öyrənmişdir ki, onun əmək müqaviləsi ləğv edilmişdir.

19. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmiş, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət edərək ##.##.2024-cü il tarixindən 7 gün müddətinə ödənişsiz məzuniyyət istəmişdir. Rəhbərlik tərəfindən 7 gün müddətinə ödənişsiz məzuniyyət verilməsindən imtina edilmişdir. Korroziyadan mühafizə şöbəsinin rəisi Famil Vəliyev ##.##.2024-cü il tarixində xidməti yazı yazaraq institut rəhbərliyinə müraciət edərək bildirmişdir ki, şöbənin əməkdaşı İddiaçı ##.##.2024-cü il tarixindən işə çıxmır, işə çıxmama səbəbi haqqında məlumat vermir. İnstitut tərəfindən də İddiaçı ilə əlaqə saxlanılması mümkün olmamışdır. ##.##.2024-cü il tarixli məktub ilə institutun HİK-nə müraciət olunaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. HİK tərəfindən ##.##.2024-cü il tarixdə və ##.##.2024-cü il tarixində iclasda iştirak etmək üçün iddiaçının yaşadığı ünvana iki dəfə bildiriş göndərilsə də, evdə adam olmağına baxmayaraq qapını açmamışlar. ##.##.2024-cü il tarixdə HİK üzvlərindən ibarət komissiya yaşadığı mənzilə getmiş, evdən səslər gəlsə də qapını açmamışlar. Hər ehtimala məktubun bir surəti binanın komendantına verilmişdir, komendantın deməyinə görə evdə yaşayış vardır. Bundan sonra HİK qərar qəbul edərək əmək müqaviləsinə xitam verilməsinə razılıq bildirmiş və instituta daxil olmuş məktuba əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi vəsatətdən görünür ki, ##.##.2024-cü il tarixindən ## ###### 2024-cü il tarixinədək xəstə olduğunu sübut edən əvəzedici sənədi işə əlavə etmişdir. Həmçinin həmin vəsatətdə qeyd edir ki, ona bildirilmişdir ki, ##.##.2024-cü il tarixindən “COP 29” ilə əlaqəli evdən işləyəcəkdir və buna razılığını bildirmişdir. Eyni zamanda ərizə ilə instituta müraciət edərək ##.##.2024-cü il tarixindən ödənişsiz məzuniyyət istəmişdir. Əgər iddiaçı həqiqətən ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixədək Malayziyada xəstə idisə, nəyə görə ##.##.2024-cü il tarixindən “COP 29” ilə əlaqəli evdən işləyəcəyinə razılıq vermişdir və ##.##.2024-cü il tarixdən ödənişsiz məzuniyyət istəmişdir. Həmin ödənişsiz məzuniyyət haqqında şöbə rəisinin müavini Elşən Sultanov ilə 23, 24, ## ####### 2024-cü il tarixlərində “Whatsapp” yazışma platforması vasitəsi ilə yazışmalar apararaq ərizənin hansı mərhələdə olmasını maraqlanmışdır. Normalda xəstəlikdə olan adam işləməyəcəyini bildirməli idi və xəstəlikdə olan adama ödənişsiz məzuniyyət haqqında ərizənin hansı mərhələdə olması lazım deyildi. ##.##.2024-cü il tarixdə rəhbərliyə “e-mail” vasitəsi ilə müraciət edir, hər şeydən yazır, amma xəstə olması ilə əlaqədar bir kəlmə də yazmır. Daha sonra Mediasiya prosesində (##.##.2024-cü il) belə iddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Malayziyada xəstə olması ilə əlaqədar heç bir məlumat verməmişdir. Ən azından əlində belə bir sənədi olan adam məhkəməyə qədər müəssisəyə və ya Əmək Müfəttişliyinə müraciət etməli idi. İddiaçı tərəfindən xəstə olması ilə əlaqədar olan sənəd ancaq ##.##.2024-cü il tarixdə tərcümə mərkəzində sənədi tərcümə etdirərkən ortaya çıxarılmışdır. Demək ki, bu sənəd ona ancaq bu ərəfədə çatmışdır, digər halda, Malayziyada xəstə olan adam oradan qayıtdıqda (##.##.2024-cü il) sənəd özündə olmalı idi, olsa idi Mediasiya prosesində (##.##.2024-cü il) təqdim edərdi. ##.##.2024-cü il tarixində tərcümə mərkəzində tərcümə edilmiş sənəd ilə ##.##.2025-ci il tarixində M.Hüseynov adına * saylı Şəhər poliklinikasına müraciət edərək ##.##.2025-ci il tarixində əvəz edici sənəd almışdır. Məhkəmənin poliklinikaya ##.##.2025-ci il tarixli sorğusuna cavab olaraq ##.##.2024-cü il tarixli tərcümə mərkəzinin sənədini və ##.##.2025-ci il tarixli notariat təsdiqli sənədi əlavə etməklə göndərmişlər. ##.##.2025-ci il tarixdə əvəzedici sənədin verilməsinə ##.##.2025-ci il tarixli notariat təsdiqli sənəd necə əsas olmuşdur, bu da bir müəmmadır. Deməli, poliklinika tərəfindən normativin tələbləri pozularaq tərcümə mərkəzinin sənədi əsasında əvəzedici sənəd verilimişdir, daha sonradan məhkəmə sorğusuna cavab vermək üçün ##.##.2025-ci il tarixli notariat təsdiqli sənəd əlavə olunmuşdur. Bunun özü də iddiaçının qeyd olunan tarixlərdə “xəstə” olmasını şübhə altına alır. İddiaçı ##.##.2024-cü il tarixdə instituta “e-mail” ilə müraciət edir və işdən çıxarılmağı haqqında məlumatlı olmağını bildirir. Bunu bildiyi halda Azərbaycana “xəstəliyi” bitdikdən sonra deyil, ##.##.2024-cü il tarixdə qayıdır. Əgər xəstəliyi davam edirdisə sənədi hardadır? Qeyd etdiyi kimi, iddiaçının işə gəlməməsi və bununla əlaqədar özü və ailəsi tərəfindən heç bir məlumat verilməməsi, göndərilən məktubların qəbul edilməməsi, zənglərə cavab verilməməsi düşünülmüş şəkildə edilmişdir. İnstitut olaraq 17 gün gözlədikdən sonra və bütün prosedurlara əməl olunduqdan sonra əmək müqaviləsinə xitam verilmişdir.

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Aytəkin Əsədzadə).

21. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsası kimi işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi göstərilmişdir. İddiaçı isə üzrlü səbəbinin olduğunu – həmin tarixdə xarici ölkədə xəstəliyi ilə əlaqədar müalicə almasını bildirir. Odur ki, mübahisələndirilən əmrin qanuniliyi və əsaslılığı baxımından, iddiaçının istinad etdiyi halın mövcudluğu, bunun üzrlü səbəb kimi qiymətləndirilə bilib-bilməyəcəyi araşdırılmalıdır. İddiaçı tərəfindən Malayziya Respublikasının Penavar klinikasından əldə edilmiş xəstəlik sənədləri təqdim edilmiş, bunun əsasında * nömrəli Şəhər poliklinikası tərəfindən ##.##.2025-ci il tarixdə əvəzedici əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Hansı ki, bu vərəqədə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək iddiaçının işdən azad edilməli olması göstərilmişdir. Məhkəmə bu halın işin digər halları ilə təkzib olunduğunu qeyd edərək iddiaçı tərəfindən təqdim edilmiş bu sübutları mötəbər sübut kimi qəbul etməmişdir.

22. Məhkəmə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin ##.##.2021-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamənin 3.1.4-cü bəndinə istinad edərək qeyd etmişdir ki, vətəndaş xarici ölkədə ezamiyyətdə və məzuniyyətdə olduğu dövrdə təcili təxirəsalınmaz müalicə barədə əsaslı sənəd təqdim etdikdə və bu sənədlər şübhə doğurmadıqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı əvəzedici sənəd verilə bilər. Hazırkı iş üzrə iddiaçının xəstəlik vərəqəsi təqdim etdiyi dövr nə ezamiyyətdə, nə də məzuniyyətdə olduğu dövrə təsadüf edir. İddiaçının ödənişli məzuniyyəti ##.##.2024-cü il tarixdə sona çatmış, yeni ödənişsiz məzuniyyət verilməsi barədə ərizəsinə rəsmi cavab verilməmişdir. İddiaçı isə artıq işə başlamalı olduğu gündən etibarən xarici ölkədə olmuş, həmin dövrə aid xəstəlik sənədləri təqdim etmişdir. Digər tərəfdən, işçinin həqiqətən sağlamlıq vəziyyəti ilə əlaqədar xarici ölkədə qalması özü də şübhəlidir. Belə ki, iddiaçının rəsmi ödənişli məzuniyyəti ##.##.2024-cü il – ##.##.2024-cü il tarixləri aralığını ehtiva edirdi, yeni ödənişsiz məzuniyyətin verilməsi barədə ərizəsinin təmin olunub-olunmayacağı da məlum deyildi və bu halda həyatın normal axarında ən azından məzuniyyətin sonuncu günü işə başlamaq üçün Azərbaycan Respublikasında hazır olmalı, buna maneə olacaq hər hansı xəstəliyi var idisə əvvəlcədən bu barədə məlumat verməli idi. İddiaçı isə nəinki əvvəlcədən, hətta məzuniyyət dövründən sonrakı, təqdim etdiyi sənədlərdə xəstəlik dövrünə təsadüf edən vaxtlarda da xəstəliyi barədə hər hansı məlumat verməmişdir. Məzuniyyətin son günü - ##.##.2024-cü il tarixdə o, işəgötürəndən ona ödənişsiz məzuniyyət verilməsini xahiş etmiş, sağlamlıq vəziyyəti ilə bağlı hər hansı məsələni gündəmə gətirməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” yazışma platformasından çıxarışlardan görünür ki, o “Elşad Soltanov” adlı əməkdaşdan ##.##.2024-cü il tarixdə, ##.##.2024-cü il tarixdə, ##.##.2024-cü il tarixdə mesajlar yazaraq ərizəsinin taleyi ilə maraqlanmışdır. Halbuki, sonradan təqdim etdiyi sənədlərə görə onun əmək qabiliyyətini itirdiyi dövr artıq ##.##.2024cü il tarixdə başlamışdı.

23. İşin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsindən xəbərdar idi, təqdim etdiyi sənədlərə əsasən əmək qabiliyyətini itirməsi dövrü isə ##.##.2024-cü il tarixdə başa çatmışdı. İddiaçı isə bundan sonra yenə də ölkəyə qayıtmamış, ##.##.2024- cü il tarixdə ölkədən çıxdıqdan sonar ilk dəfə ##.##.2024-cü ildə geri qayıtmışdır. Odur ki, iddiaçının əmək qabiliyyətini itirdiyi dövr ərzində təqdim etdiyi sənədlər mötəbər qəbul olunsa belə, sonradan nəyə görə dərhal ölkəyə qayıtmadığı məlum deyil. Əgər iddiaçının Malayziyada olması həqiqətən sağlamlıq vəziyyəti ilə əlaqəli idisə təqdim edilən sənədlər yalnız ödənişli məzuniyyətinin bitdiyi gündən sonra başlayan qısa bir dövrü əhatə etməz, əvvəlki və sonrakı vaxtlara dair də sənədlər təqdim edilərdi.

24. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən əmrin əsası – üzrlü səbəb olmadan işçinin işə çıxmaması işin faktiki halları və məhkəmə qənaəti ilə öz təsdiqini tapır. Məhkəmə əlavə etmişdir ki, işəgötürən tərəfindən prosedur qaydalara da əməl edilmiş, Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmış, Komitə iclasında iddiaçının iştirakını təmin etmək üçün səylər göstərilmişdir.

25. İddiaçının “COP 29” ərəfəsində hazırlanmış siyahıda öz adının qarşısında “ödənişsiz məzuniyyət” yazılması barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işçiyə həmin tarixlər ərzində ödənişsiz məzuniyyət verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə əlavə etmişdir ki, iddiaçının əmək müqaviləsi ##.##.2024-cü il tarixdə ləğv edilmişdir, həmin vaxta qədər isə iddiaçı faktiki işdə olmasa da hüquqi müstəvidə müəssisənin əməkdaşı idi və işçilərin əmək funksiyalarının tənzimləməsi ilə bağlı daxili məsələlərdə onun da hesaba alınmaqla adının siyahıya daxil edilməsi normal olmuşdur. Lakin, nəzərə alınsa ki, həmin ərəfədə işçi artıq faktiki olaraq 7 aya yaxın müddət idi ki, iş yerində deyildi, belə olanda onun adının qarşısında hər hansı iş bölgüsü əvəzinə başqa məlumatın yazılması başa düşüləndir və yalnız texniki məsələ olaraq nəzərdən keçirilə bilər. Eyni zamanda iddiaçının şəkərli diabet xəstəsi olması və buna görə də Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən onunla əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması barədə dəlili də əsaslı deyil, ona görə ki, istinad olunan norma işçinin əmək müqaviləsinin yalnız şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə ləğv edilməsini qadağan edir. Hazırkı halda isə iddiaçının əmək müqaviləsi bu əsasla ləğv edilməmişdir.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin a, b, ç bəndləri,71.2, 71.3, 72-ci maddəsinin a, b, c, ç, d, e, ə, f bəndləri, 80.1, 80.2, 83.1, 83.2, 186.1, 186.2, 187.1, 300-cü maddəsinin 1-ci bəndi, 70-ci maddəsinin ç bəndi; Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin ##.##.2021-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamənin 3.1.4-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 119.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi işdə yoxdur, onun işdə olmamasının üzrlü və ya üzrsüz səbəbdən olması araşdırılmamış, özünün iştirakı olmadan qərar qəbul edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Hər nə qədər Məhkəmə tərəfindən işçinin təqdim etdiyi sənədlər əsaslı hesab edilməsə də, işçi işə çıxdıqdan sonra təqdim edəcəyi sənəd üzrlü səbəbdən işdə olmamasını sübut edən bir sənəd ola bilərdi. Bütün bu hallar araşdırılmadan normanın əsas məqamı araşdırılmadan işəgötürən tərəfindən prosesslər əmək hüquqlarının pozuntusu ilə icra edilmişdir. Məhkəmə də həmin məsələni araşdırmamış, işəgötürən tərəfindən proseslərin düzgün aparılmadığına dair münasibət bildirilməmişdir. İddiaçı, İddiaçı, bir işçi kimi öz fəaliyyətində peşakar biliklərə və bacarıqlara malikdir. İş fəaliyyəti müddətində elmi dərəcə, peşəkarlıq və göstərdiyi əməyə görə əmək haqqına əlavələr şəklində əlavə müavinətlər almışdır. İşlədiyi dövr ərzində heç bir tənbehi olmamışdır. Peşəkarlığından savayı bir şəxsiyyət kimi yüksək nüfuza malikdir. Beləliklə, məhkəmə qeyd olunan halların hamısını nəzərə alaraq, araşdırmanı tam, hərtərəfli və obyektiv aparmalıdır. Qarşı tərəfin qeyd etdiyi məlumatlar tamamilə yanlış və əsassızdır. Hər kəsin məhkəmə qaydasında hüquqlarının müdafiə olunması təmin edilməlidir. İşdən çıxarılma qərarı işəgötürənin qanunsuz və birtərəfli addımlarına əsaslanmışdır. Məhkəmə iddiaçının təqdim etdiyi əsas sübutları nəzərə almamış, işə birtərəfli yanaşmış və yalnız cavabdehin təqdim etdiyi əsassız məlumatlara əsaslanmış, iddiaçının işdən çıxarılması prosedurunun qanunsuz və etibarsız olduğunu göstərən faktları araşdırmamışdır. İddiaçı Korroziyadan mühafizə şöbəsinin 16-cı dərəcəli layihənin baş mühəndisi vəzifəsində ##.##.2017-ci il tarixindən etibarən Neftqazelmitədqiqatlayihə İnstitutunda işləmiş, qüsursuz xidmət göstərmiş və yüsək keyfiyyətli işinə görə maaşına əlavə olaraq alimlik dərəcəsi və peşakarlıq müavinəti almışdır. Buna baxmayaraq, qarşı tərəfdən işdən çıxarılma qanunsuz şəkildə, işçinin xəbəri olmadan və müvəqqəti xəstəlikdə olduğu tarixlə sənədləşdirilmişdir. İşdən çıxarılma ##.##.2024-cü il tarixi ilə əsassız olaraq rəsmiləşdirilmişdir, lakin bu barədə iddiaçıya heç bir məlumat verilməmişdir. İşdən çıxarılma səbəbi və əmri isə soruşulduqda, iddiaçıya heç bir rəsmi sənəd təqdim edilməmişdir. Əmrin surəti, əmək kitabçası və işdən çıxarılma barədə bildiriş təqdim edilməmişdir. Bütün bunlar AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 3-cü bəndinin pozulmasıdır. İşçinin tibbi sənədləri və ödənişsiz məzuniyyət ərizəsi mövcuddur. Cavabdeh tərəfindən işçinin işə gəlmədiyi iddiası heç bir sübutla təsdiq olunmamışdır. Cavabdeh işçinin əmək funksiyasını icra etmədiyini sübut edə bilməmişdir. İşəgötürən əmək müqaviləsinin ləğv edilməsini zəruriliyini əsaslandırmamışdır. AR Əmək Məcəlləsinin 83-cü maddəsinin (Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası) 3-cü bəndinə əsasən, “Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir”. Lakin işdən çıxarma əmri və əmək kitabçası qarşı tərəfdən ## ###### 2024-cü il tarixində iddiaçıya verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əlimizdə olan yeganə sübut e-sosial.gov.az saytında yerləşdirilən əmək müqaviləsinə xitam bildirişidir. İddiaçının işdən çıxarılma barədə qarşı tərəfdən verilən qərar əsassız və qanunsuzdur. İddiaçı tərəfindən əmək müqaviləsinə əsasən hər hansı qayda pozuntusuna yol verilməmiş, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməməsi kimi hallar baş verməmişdir. Digər tərəfdən mübahisələndirilən qərar verilərkən qanunvericiliyin tələblərinə əməl edilməyərək işçinin izahatı alınmamış, xəbərdarlıq edilməmişdır və buna görə də qanunvericiliyinin prosessual normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Yasamal rayon məhkəməsi sübutetmə yükünun iddiaçının üzərində olduğunu səhv tətbiq edərək, onun hüquqlarını pozmuş yalnız qarşı tərəfin təqdim etdiyi məlumatlar əsasındə yanlış qərar vermişdir. Məhkəmə həmçinin iddiaçının son haqq hesabın faktiki olaraq baş tutmaması ilə bağlı təqdim etdiyi sübutları nəzərə almamışdır. İddiaçı iddiasında ifadə etmişdir ki, onun Əmr və Əmək kitabçası ## ###### 2024-cü il tarixində verilmişdir. Qarşı tərəfin təqdim etdiyi protokollarda, Famil Vəliyev bildirir ki, iddiaçı ilə iclasın keçirildiyi 31 Oktyabr 2024-cü ilə qədər və 5 Noyabr 2024cü ilə qədər heç bir halda əlaqə yaratmaq mümkün olmamışdır. Famil Vəliyev qərəzli və səhv məlumat verərək hər kəsi aldatmışdır. Halbuki 25 Oktyabr tarixində iddiaçının SOCAR email vasitəsi ilə məktub alır və onunla əlaqənin qurulmasının mümkün olduğunu görür, amma təkzib olunmuş məlumat bildirir. Qarşı tərəf iddiaçının +60145237576 Malayziya ölkə kodlu nömrəsinə zəng barəsində heç bir sübut təqdim etməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “ Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad edilən hallar sübut edilmədiyindən iddia rədd edilməlidir.” İddiaçının Azərbaycan Respublikasında keçərli olan xəstəlik vərəqəsi işə əlavə olunmuşdur. Xəstəlik vərəqəsini tibbi komissiya öz imzaları ilə təsdiqləyib. Xaricdən gətiridiyi sənədlərini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq İdarəsində leqallaşdırmışdır. Qarşı tərəfin isə Etiraz ərizəsi zamanında təqdim olunmadığı qəbul olunmamalı idi. Qəbul olunsa belə orda iddiaçının Etiraz ərizəsində bildirdiyi şiddətli xətalar səhvlər və qanunsuzluqlar göz ardı edilib isbatına çalışmamışdır. İddiaçının elektron poçt ünvanına heç bir bildiriş məktub daxil olmamışdır. Yasamal Rayon Məhkəməsi qarşı tərəfin təqdim etdiyi məlumatları obyektiv qiymətləndirmədən qəbul etmiş, iddiaçı təqdim etdiyi sübutları isə mötəbər sayıb nəzərə almamışdır. Məhkəmə, qarşı tərəfin işdən çıxarılma haqqında əmrin sübutlarını isə araşdırmadan qəbul etmişdir. Bu iddianın sübut olunmaması işə birtərəfli yanaşıldığını göstərir. Bundan əlavə, bank hesabına köçürülən ödənişlərin “son haqq-hesab” kimi qiymətləndirilməsə də qarşı tərəf bununla bağlı heç bir rəsmi mühasibatlıq sənədi təqdim etməmişdir. Yəni fərziyyəyə əsaslanmışdır. MPM-in 154.1-ci maddəsinin tələblərinə zidd olaraq qarşı tərəf norma ilə nəzərdə tutulmuş 20 günlük müddətdən sonra a məhkəməyə ərizə və məlumatlar təqdim etmişdir. Qarşı tərəfin təqdim etdiyi ərizə, etiraz və məlumatlarda ciddi uygunsuzluq, təhrif olunmuş məlumatlar və qarışıqlıqlar var. Qarşı tərəf bu müddətə riayət etmədyi üçün, Qarşı tərəfin iddia ərizəsinə etirazı məhkəmə tərəfindən rədd edilməli olduğu halda, məhkəmə iddiaçının açıq məhkəmə iclasında etirazına baxmayaraq, bu ərizəni qəbul etmişdir və bu ərizədə olan qərəzli və səhv məlumatları işin halları kimi qətnaməyə əlavə etmişdir. Bundan əlavə işin predmetinə aid olmayan məlumatlar (Azərsu ASC-də işdən çıxardılma faktı üzərinə təhrif olunmuş məlumatlar, İlqar Məmmədovun izahat yazısı) da iddiaçının etirazına baxmayaraq işdə səsləndirilmişdir. Bundan başqa, məhkəmə həqiqətin müəyyən edilməsini təmin etməmiş, əksinə cavabdehin məhkəməyə bildirdiyi halların həqiqəti əks etdirməməsinə və işin faktiki halları ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlar üzrə araşdırma və hüquqi əsaslandırma aparmamış, işə səthi yanaşaraq, şablon, ümumi ifadələrlə iddianı rədd etmişdir. Yasamal rayon məhkəməsi sübutetmə yükünun iddiaçı üzərində olduğunu qətnamədə qeyd etsə də, iddiaçının rəsmi sənəd və qanunvericilik üzrə təqdim etdiyi tutarlı sübutları nəzərə almamışdır. Məhkəmə cavabdehin heç bir faktla sübut edilməyən, məntiqsiz və işin predmetinə aid olmayan arqumentlər əsasında detallı araşdırma aparmadan, sübutların tədqiq və təhlil etmədən, məntiqi uzlaşmaya dayanmadan və faktları tutuşturmadan işə səthi yanaşma göstərərək səhv qənaətə gəlmişdir. Beləliklə zəruri araşdırılmalı olan məsələləri, səbəblərin üzürlü olub-olmamasını işəgötürən müəyyən etməyib, daha sonra isə onların doğru olub-olmamasını qərara gəlməyib. Digər tərəfdən məhkəmənin mülahizəsinə əsasən, işçinin həqiqətən sağlamlıq vəziyyəti ilə əlaqədar xarici ölkədə qalması özü də şübhəlidir. Bu hal onu göstərir ki, məhkəmə iddiaçının əsl olduğu vəziyyəti araşdırmadan şübhələrlə dolu qərar qəbul edib. Bu hal konstitusiyada təsbit olunmuş hakimlərin işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmağı normasını kobud şəkildə pozmuşdur. Tibbi sənədin verildiyi gün iddiaçının məzuniyyətdə olduğu dövrün bir günüdür. Analizlər bundan əvvəl alındığını məhkəmə hakimi düşünə bilərdi yada həkim komissiyasının təqdim etdiyi ƏQOV sənədinə etimad edə bilərdi. İddiaçı şəxsən 3-cü hazırlıq iclasına ona verilən dərmanları və analiz nəticələrini də gətirmişdi, lakin məhkəmə hakimi analiz nəticələrini götürməkdən imtina etmiş, təkcə tibbi arayışlar bəs etdiyini şifahi olaraq ifadə etmişdir. Əgər daha sonra belə sübut əksikliyinə görə fikir yürüdəcəkdisə nə səbəbə tələb etməmişdi ki təqdim edə bilisin. Cavabdeh tərəf iddiaçının heç bir SOCAR emailinə məktub göndərib ona xəbərdarlıq etməyib və belə bildiriş də yoxdur. İşçinin işdə olmamasının üzrlü və ya üzrsüz səbəbdən olub-olmaması araşdırılmamışdır. Beləliklə iddiaçı lazımi bütün sübut və dəlilləri təqdim etsə də, Məhkəmə onların heç birini qiymətləndirməmiş, cavabdehin prosessual pozuntularına heç bir münasibət bildirməmişdir. Məhkəmə qeyd etmişdir ki, “İddiaçının “COP 29” ərəfəsində hazırlanmış siyahıda öz adının qarşısında “ödənişsiz məzuniyyət” yazılması barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, işçiyə həmin tarixlər ərzində ödənişsiz məzuniyyət verilməsi iş materialları ilə öz təsdiqini tapmır” Məhkəmə faktları dərindən araşdırmayaraq, səhv qənaətə gəlmişdir. Belə ki, cavabdehin özlərinin təqdim etdiyi qoşmadakı əlavələrdən görünür ki, iddiaçı ödənişsiz müraciətini əvvəlcədən hazırlayıb uyğun tarixlə evdə qoyub getmişdir.

29. Cavabdeh Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdehlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun ##.##.2023-cü il tarixli, **-*-**/*-*K-***/**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövr üçün müavinətin hesablanaraq ödənilməsi cavabdeh Cavabdehlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən təmin edilməsi qət edilmişdir (hakimlər Günay Axundova – sədrlik edən və məruzəçi, Günel Abbasova və Fərrux Qasımov).

31. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək sağlamlıq vəziyyəti ilə əlaqəli məzuniyyətdə, daha sonra ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək ödənişli illik məzuniyyətdə olmuşdur. ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət edərək ##.##.2024-cü il tarixindən 7 gün müddətinə ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir.

32. İddiaçı Malayziya Respublikasının Penavar klinikasına ##.##.2024-cü il tarixdə müraciət etmiş, ona verilmiş sənəddə İddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək ümumilikdə 21 gün müddətində tibbi məzuniyyət almalı olması qeyd olunmuşdur. Həmin klinika tərəfindən verilmiş Tibbi Şəhadətnamədə İddiaçı Diabet və dislipidemiya fonunda həyəcan pozuntuzu müvəqqəti diaqnozu qoyulmuş, onun 21 gün ərzində öz vəzifəsini yerinə yetirmək üçün yararsız olması qeyd olunmuşdur.

33. Həmçinin “Whatsapp” yazışma platformasından çıxarışlardan görünür ki, o, “Elşad Soltanov” adlı əməkdaşdan ##.##.2024-cü il tarixdə ərizəni təqdim edib-etməməsi barədə, daha sonra ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə mesajlar yazaraq ərizəsinin taleyi ilə maraqlanmış, xəstəliyi ilə əlaqədar ona təyin edilən dərmanların şəklini çəkib göndərmişdir (i.v.146-163).

34. Kollegiya qeyd etmişdir ki, iddiaçının 7 günlük ödənişsiz məzuniyyət verilməsi ilə əlaqədar ##.##.2024-cü il tarixli müraciətinə müsbət cavab verilməsə də, nəticədə iddiaçıya Malayziya Respublikasının Penavar klinikasından əldə edilmiş xəstəlik sənədləri əsasında * nömrəli Şəhər poliklinikası tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçının müraciəti əsasında ona ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək işdən azad edilməli olması barədə əvəzedici əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir.

35. Bundan başqa iş materiallarına əlavə edilmiş İddiaçı Məhərrəmli oğlunun müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd olunur ki, “araşdırmaya təqdim etdiyiniz sənədlərə əsasən əmək müqavilənizə əmək qabiliyyətinizi itirdiyiniz dövrdə (##.##.2024-##.##.2024) xitam verildiyi, bununla da Məcəllənin 79-cu maddəsinin birinci hissəsinin (məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır) tələbinin pozulduğu müəyyən edilmişdir.

36. Həmin məktubda qeyd olunur ki, Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi məqsədi ilə İnstitutun rəhbərliyinə ##.##.2025-ci il tarixli, *-**-*/******/**** nömrəli məktub ünvanlanaraq Məcəllənin 15-ci maddəsinin 5-ci hissəsinə (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir) əsasən icrası məcburi göstəriş verilmişdir.

37. Lakin qeyd olunan hüquq pozuntusu aradan qaldırılmadığından İnstitutun direktor müavini X2 barəsində AR İXM-nin 539.1-1 maddəsinə əsasən ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.

38. İnstitutun rəhbərliyi tərəfindən törədilmiş hüquq pozuntusu aradan qaldırılmadığından ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ##.##.2025-ci il tarixdə qüvvəyə minərək M.Quliyev 1000 manat məbləğində inzibati cərimə edilmiş və hazırda həmin məlumatlar “Asan Pay” ödəniş sistemində öz əksini tapmışdır.

39. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozularaq onun əmək qabiliyyətinin müvəqqəti itirdiyi (##.##.2024 - ##.##.2024-cü il tarixlər) ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının xəstəlik vərəqəsini təqdim etdiyi dövrün nə ezamiyyətdə, nə də məzuniyyətdə olduğu dövrə aid olmaması, buna görə də onun tərəfindən təqdim edilmiş xəstəlik vərəqəsinin mötəbər sübut kimi qiymətləndirməməsi ilə bağlı mövqeyini formal yanaşma kimi qiymətləndirərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı Malayziya Respublikasının Penavar klinikasına ##.##.2024-cü il tarixdə, məzuniyyətə olduğu müddət bitməmiş müraciət etmiş və həmin tarixdə faktiki olaraq tibbi yardıma ehtiyacı yaranmışdır. Bu isə onun tibbi müdaxiləyə məzuniyyətdə olduğu dövrdə ehtiyac duyması faktını təsdiq edir.

41. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin ##.##.2021-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamənin 3.1.4-cü bəndinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşların xarici ölkədə ezamiyyətdə və məzuniyyətdə olduğu dövrdə xarici ölkələrdə təcili təxirəsalınmaz müalicə barədə əsaslı sənəd təqdim etdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədləri şübhə doğurmadığı halda xəstəlik vərəqələri ilə əvəz etmək Həkim Məsləhət Komissiyasının vəzifəsidir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, * nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş əvəzedici əmək qabiliyyətinin olmaması vərəqəsi həm xarici klinikanın sənədlərinə, həm də həmin sənədlərin məzmununun uyğunsuzluq doğurmamasına əsaslanmışdır və bu sənədin qanuniliyi və etibarlılığı iş materiallarında başqa sübutlarla təkzib olunmamışdır.

44. Qeyd edilən kontekstdə kollegiya hesab edir ki, məhkəmənin iddiaçı tərəfindən təqdim edilən xəstəlik vərəqəsinin daha əvvəl təqdim edilməməsi səbəbindən mötəbər sübut kimi nəzərə almaması hər hansı normativ əsasa söykənməməklə prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır.

45. Kollegiya onu da əlavə etmişdir ki, * nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş, iddiaçının əvəzedici əmək qabiliyyətinin olmaması vərəqəsinin mötəbərliyini şübhə altına alan hər hansı bir başqa sübut təqdim edilməmiş, əksinə həmin sənəd əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən hazırkı iş üzrə cavabdeh İnstitutun direktor müavini X2 barəsində AR İXM-nin 539.1-1 maddəsinə əsasən ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, daha sonra İnstitutun rəhbərliyi tərəfindən törədilmiş hüquq pozuntusu aradan qaldırılmadığından ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ##.##.2025-ci il tarixdə qüvvəyə minərək M.Quliyev 1000 manat məbləğində inzibati cərimə edilmişdir.

46. Bu baxımdan birinci instansiya məhkəməsinin tibbi sənədləri mötəbər sübut kimi qəbul etməməsi Əmək Məcəlləsinin işçiyə münasibətdə təminat xarakterli normalarının tətbiqini məhdudlaşdırmış, işçinin müvəqqəti əmək qabiliyyətsizliyi dövründə ona qanunla verilmiş müdafiə mexanizmini nəzərdən qaçırmışdır. Halbuki qanunvericiiyin məqsədi işçinin faktiki səhhəti ilə bağlı vəziyyətinin obyektiv araşdırılmasını və bu dövrdə ona qarşı intizam məsuliyyətinin yolverilməzliyini təmin etməkdir.

47. Beləliklə kollegiya belə qənaətə gəlmişdir ki, iddiaçının Penavar klinikasından aldığı sənədlərin məzmunu, verilmə vaxtı, tibbi xarakteri, onun, * nömrəli Şəhər poliklinikası tərəfindən təsdiqlənərək əvəzedici vərəqə ilə rəsmiləşdirilməsi və bu sənədlərin etibarlılığını şübhə altına alan hər hansı əks-sübutun təqdim edilməməsi fonunda birinci instansiya məhkəməsinin yanaşması əsassızdır və sübutların qiymətləndirilməsi qaydalarının pozulması ilə nəticələnmişdir.

48. 67.Nəzərə alınmalıdır ki, işəgötürən ## #### 2024-cü il tarixli əmrlə 183 təqvim günü ödənişsiz məzuniyyət verərkən işçinin xəstəlik vərəqəsini əsas götürmüşdü. İşəgötürən işçinin ölkə hüdudlarından kənarda olmasından da məlumatlı idi. Hətta iddiaçının “Whatsapp” yazışma platformasından öz iş yoldaşları ilə yazışmalar aparmasına baxmayaraq, onunla əmək müqaviləsinə xitam veriləcəyi barədə, həmkarlar ittifaqının iclası barədə həmin platforma üzərindən heç bir məlumat vermədən, onun yaşadığı ünvana bildiriş göndərməsi və evdəkilərin qapını açmamaları ilə əsaslandırma aparması o qənaətə gəlməyə əsas verir ki, iddiaçıya qarşı qərəzli münasibət olmuşdur.

49. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iddianın rədd edilməsi üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

50. Beləliklə işin müəyyən edilmiş hallarında və qanuvericiliyin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun ##.##.2023-cü il tarixli, **-*-**/**K- ***/**** nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinə əsasən xitam verildiyindən mübahisələndirilən əmr qanunsuz olmuşdur.

51. Belə olan halda iddiaçı İddiaçı Məhərrəmli oğlunun cavabdehin ##.##.2024-cü il tarixli, **-***/*-*K-***/**** nömrəli əmrinin ləğv edilməsi barədə tələbi əsaslı olduğundan təmin edilməlidir.

52. Məhkəmə kollegiyası eyni zamanda Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən xitam verildiyindən iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxarıldığı tarixdən işə bərpa ediləcəyi tarixədək ştat cədvəli üzrə ödənilməli əmək haqqının ödənilməsi tələbi də əsaslı hesab edilərək təmin edilməlidir.

53. Kollegiya iddiaçını əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün müavinətin ödənilməsi tələbini də qismən əsaslı hesab etmişdir. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsinə əsasən, ...Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

54. Cavabdeh (vəkil – Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin ##.##.2021-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamənin 3.1.4-cü bəndinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşların xarici ölkədə ezamiyyətdə və məzuniyyətdə olduğu dövrdə xarici ölkələrdə təcili təxirəsalınmaz müalicə barədə əsaslı sənəd təqdim etdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədləri şübhə doğurmadığı halda xəstəlik vərəqələri ilə əvəz etmək Həkim Məsləhət Komissiyasının vəzifəsidir. İddiaçı xarici ölkədə ezamiyyətdə və məzuniyyətdə olduğu dövrdə təcili təxirəsalınmaz müalicə barədə əsaslı sənəd təqdim etdikdə və bu sənədlər şübhə doğurmadıqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı əvəzedici sənəd verilə bilər. Hazırkı iş üzrə iddiaçının xəstəlik vərəqəsi təqdim etdiyi dövr nə ezamiyyətdə, nə də məzuniyyətdə olduğu dövrə təsadüf edir. İddiaçının ödənişli məzuniyyəti ##.##.2024-cü il tarixdə sona çatmış, yeni ödənişsiz məzuniyyət verilməsi barədə ərizəsinə rəsmi cavab verilməmişdir. İddiaçı isə artıq işə başlamalı olduğu gündən etibarən xarici ölkədə olmuş, həmin dövrə aid xəstəlik sənədləri təqdim etmişdir. Həmçinin, iddiaçı həqiqətən ##.##.2024cü il tarixindən ##.##.2024-cü il tarixədək Malayziyada xəstə idisə, nəyə görə ##.##.2024cü il tarixindən “COP 29” ilə əlaqəli evdən işləyəcəyinə razılıq vermişdir və ##.##.2024-cü il tarixdən ödənişsiz məzuniyyət istəmişdir. Həmin ödənişsiz məzuniyyət haqqında şöbə rəisinin müavini Elşən Sultanov ilə 23, 24, ## ####### 2024-cü il tarixlərində “Whatsapp” yazışma platforması vasitəsi ilə yazışmalar apararaq ərizənin hansı mərhələdə olmasını maraqlanmışdır. İddiaçı nəinki cavabdehə heç Elşən Soltanov adlı əməkdaşla whatsapp yazışmalarında xəstəliklə, işə gələ bilməməsi ilə bağlı heç bir məlumat yazmamışdır. İddiaçıya yalnız ödənişsiz məzuniyyət haqqında ərizənin hansı mərhələdə olması lazım deyildi. ##.##.2024-cü il tarixdə rəhbərliyə “e-mail” vasitəsi ilə müraciət edir, hər şeydən yazır, amma xəstə olması ilə əlaqədar bir kəlmə də yazmır. Daha sonra Mediasiya prosesində (##.##.2024-cü il) belə iddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Malayziyada xəstə olması ilə əlaqədar heç bir məlumat verməmişdir. Ən azından əlində belə bir sənədi olan adam məhkəməyə qədər müəssisəyə və ya Əmək Müfəttişliyinə müraciət etməli idi. İddiaçı tərəfindən xəstə olması ilə əlaqədar olan sənəd ancaq ##.##.2024-cü il tarixdə tərcümə mərkəzində sənədi tərcümə etdirərkən ortaya çıxarılmışdır. Demək ki, bu sənəd ona ancaq bu ərəfədə çatmışdır, digər halda, Malayziyada xəstə olan adam oradan qayıtdıqda (##.##.2024-cü il) sənəd özündə olmalı idi, olsa idi Mediasiya prosesində (##.##.2024-cü il) təqdim edərdi. ##.##.2024-cü il tarixində tərcümə mərkəzində tərcümə edilmiş sənəd ilə ##.##.2025-ci il tarixində M.Hüseynov adına * saylı Şəhər poliklinikasına müraciət edərək ##.##.2025-ci il tarixində əvəz edici sənəd almışdır. İddiaçının təqdim etdiyi xəstəliyə dair sənəd yetərincə şübhəlidir və iddianın təmin edilməsi üçün mötəbər hesab edilməsi tam əsassızdır. Məhkəmə işi tam, obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin qətnamənin 66-cı bəndində “iddiaçı tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin etibarlığının şübhə altına alan hər hansı sübutun təqdim edilməməsinə” dair yanaşması Azərbaycan Respublikası MPM- maddələrinin tələblərinə ziddir. Göründüyü kimi məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş, yetərincə şübhə altında olan iddiaçı tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinə istinad edərək, iddianın təmin edilməsinə dair əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

56. Kassasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68.2, 70 (ç), 72 (a), 80.1, 186.1-ci maddələrinə, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamənin 3.1.4-cü bəndinə, Azərbaycan Respublikası MPM-nin 6,8, 9, 88, 217 və 220.4cü maddələrinə istinad olunmuşdur.

b) Kassasiya şikayətinə qarşı etiraz

57. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək MPM-nin 404-1, 407.2, 411, 414 və 415-ci maddələrinə əsasən kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

58. Etiraz onunla əsaslandırılmışdır ki, Malayziyada verilmiş tibbi sənədlər notarial qaydada tərcümə edilmiş, Malayziya Səfirliyi tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən leqallaşdırılmışdır. Bu sənədlər Azərbaycan Respublikasının ərazisində tam hüquqi qüvvəyə malikdir. TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsinin Həkim Məsləhət Komissiyası tərəfindən Əsasnaməyə uyğun olaraq iddiaçıya əvəzləyici ƏQOV sənədi təqdim edilmişdir. Bu sənəd əmək qabiliyyətinin müvəqqəti itirilməsi faktını rəsmi şəkildə təsdiq edir. İddiaçı işəgötürəni WhatsApp və korporativ elektron poçt vasitəsilə xəstəlik və xaricdə olması barədə məlumatlandırmışdır. Təqsirin sübuta yetirilməsi cavabdehin üzərinə düşsə də, belə sübut təqdim edilməmişdir. Buna görə kassasiya şikayətində MPM 407.2-yə əsasən faktlara təkrar baxılmamalıdır. X1 Xidməti tərəfindən cavabdehə hüquqpozmanın aradan qaldırılması barədə göstəriş verilmiş, göstəriş icra edilmədiyi üçün cavabdehin rəhbəri 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Bu hal işdən çıxarılma əmrinin hüquqazidd olduğunu təsdiq edir. Apellyasiya Məhkəməsi sübutları tam və hərtərəfli araşdırmış, xəstəlik faktını və üzrlü səbəbi müəyyən etmişdir. Qətnamə əsaslandırılmış və qanuni nəticəyə gəlmişdir.

59. Bundan başqa cavabdeh məhkəməyə yazılı mülahizə təqdim edərək bildirmişdir ki, ##.##.2024-cü il tarixdən etibarən iddiaçı (işçi) işə çıxmadığı halda, işə çıxmamasının üzürlü səbəbi olduğu təqdirdə, bu barədə işəgötürənə məlumat verməli idi, sonradan belə məlumat verildiyi halda isə, işə çıxmamasının səbəbini ##.##.2024-cü il tarixdə işəgötürənə bildirməsi imkanına malik olmamasına dair sübut təqdim etməli idi. İş günü işə çıxmayan işçinin işə çıxmamasının üzürlü səbəbi barədə işəgötürənə məlumat vermək vəzifəsi Əmək Məcəlləsində və əmək müqaviləsində işçinin vəzifəsi kimi nəzərdə tutulmasa da, əmək münasibətləri sahəsində geniş təşəkkül tapan və geniş tətbiq edilən qaydadır, həmin qayda qanunvericilikdə nəzərdə tutulmasa da, qanuna zidd deyildir və bu səbəbdən Mülki Məcəllənin 10-cu maddəsinin tələblərinə əsasən isgüzar adət sayılır. Yazılmamış (elementar və ya ümumtanınmış) qaydalara, o cümlədən işgüzar adətə riayət etmək də hər bir şəxsin vəzifəsidir və onlara riayət etməmək də məsuliyyətə səbəb olur.

60. ##.##.2024-cü il tarixdən etibarən iddiaçı işə çıxmamasının üzürlü səbəbi barədə işəgötürənə məlumat verməli olduğu halda bunu etməmiş, sonradan belə məlumat verildiyi halda, işə çıxmamasının səbəbinin ##.##.2024-cü il tarixdə işəgötürənə bildirməsi imkanına malik olmamasına dair sübut təqdim etməmiş, bununla da əmək münasibətlərində təşəkkür tapan işgüzar adəti pozmuşdur. Belə pozuntuya yol verilməsi isə onun işə çıxmamasını üzürlü edən səbəb (xəstəlik vərəqəsi) əsasında Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq işə bərpa edilməsini, bundan irəli gələrək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini istisna edir. Çünki işçinin işə çıxmamasının üzürlü səbəblərini işəgötürənə bildirməməsi (gizlətməsi) onun işə bərpa hüququndan sui-istifadə etməsinin göstəricisidir. Belə ki, həmin faktın gizlədilməsi işəgötürənə fayda (əmək icra etmədən) vermədən fayda götürmək (işə bərpa edilib işburaxmaya görə əməksiz pul almaq) barədə işçinin niyyətindən, süni məcburi iş buraxma müddəti yaratmasından xəbər verir. Yəni bu situasiyada işə bərpa hüququ subyektiv vicdanlılıq (hüquqi nəticə doğuran fakt barədə məlumatlı olduğu halda, bunu gizlətməsi) tələbinə uyğun deyil. Halbuki, xəstəlik vərəqəsini (əgər qanuni olsa belə) işçi gizlətməsəydi, Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə uyğun olaraq işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam verməyəcəkdi, işçi əməyini icra edəcəkdi, iş buraxma olmayacaqdı. Lakin xəstəlik faktını gizlətdiyi halda isə işçi üçün məcburi yox, könüllü işburaxma halı yaranır ki, bu işburaxmanın onun iradəsindən asılı olan səbəblərdən baş verməsi ilə əlaqədardır. Eyni zamanda, xəstəlik faktını gizlətdiyindən onun işə bərpa edilməsi halında, işçi işəgötürənə fayda (əmək icra etmədən) vermədən fayda götürmüş (işə bərpa edilib işburaxmaya görə əməksiz pul almaq) olur. Bu da işçinin hüquqlarını həyata keçirərkən Mülki Məcəllənin 425.1-ci maddəsinə uyğun olaraq vicdanlılığın tələb etdiyi tərzdə (işə çıxmamasının üzürlü səbəblərini işəgötürənə bildirmək kimi işgüzar adətə müvafiq surətdə) hərəkət etmədiyini göstərir. Yəni əmək vəzifəsini icra etmədən əmək hüququndan istifadə hüquqdan vicdanlı tərzdə istifadə sayılmır və hüquqdan sui-istifadə sayılır. Qeyd edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli, qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

61. Cavabdehin yazılı mülahizəsinə cavab olaraq iddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə xəstəlik faktı artıq apellyasiya məhkəməsi və digər rəsmi qurumlar tərəfindən araşdırılıb və hüquqi cəhətdən təsdiqlənib, buna görə kassasiya instansiyası həmin faktları yenidən qiymətləndirə bilməz. Cavabdehin şikayəti normativ hüquqi akt olmayan sənədə istinad edir və prosessual qaydalara zidd olaraq faktların yenidən araşdırılmasına yönəlib.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

62. Maddə 11.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.

63. Maddə 11.2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.

64. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

65. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) bəndi: Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

66. Maddə 70 “ç” bəndi: İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

67. Maddə 71. 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

68. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

69. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

70. Maddə 79, hissə 1. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

71. Maddə 300, 1-ci bənd: Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinə zidd olmuşdur.

81. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

82. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh təşkilat, həmin maddənin tələblərini pozaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi (##.##.2024 - ##.##.2024-cü il tarixlər) ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir.

83. Cavabdeh, iddiaçının həmin tarixdə əmək qabiliyyətinin olmaması barədə sənədin mötəbərliyini mübahisə etdiyi üçün apellyasiya instansiyası məhkəməsi həmin xüsusata dair araşdırma aparmış və məsələyə hüquqi qiymət vermişdir. Məhkəmə vurğulamışdır ki, nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş əvəzedici əmək qabiliyyətinin olmaması vərəqəsi xarici klinikanın sənədlərinə əsaslanmaqla məzmunu uyğunsuzluq doğurmamış, bu sənədin qanuniliyi və etibarlılığı başqa sübutlarla təkzib olunmamışdır. Əksinə həmin sənəd əsasında X1 Xidməti tərəfindən hazırkı iş üzrə cavabdeh İnstitutun direktor müavini X2 barəsində AR İXM-nin 539.1-1 maddəsinə əsasən ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, daha sonra İnstitutun rəhbərliyi tərəfindən törədilmiş hüquq pozuntusu aradan qaldırılmadığından ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ##.##.2025-ci il tarixdə qüvvəyə minərək M.Quliyev 1000 manat məbləğində inzibati cərimə edilmişdir.

84. Məhkəmə qeyd edilən faktları işdəki digər dolayı sübutlarla birlikdə qiymətləndirərək yekunda bu nəticəyə gəlmişdir ki, iddiaçının əvəzedici əmək qabiliyyətinin olmaması vərəqəsinin mötəbərliyini şübhə altına alan hal aşkar edilməmişdir.

85. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

86. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

87. Məhkəmə tərkibi onu da qeyd edir ki, iddiaçının əvəzedici əmək qabiliyyətinin olmaması vərəqəsinə hazırkı işdə hüquqi qiymət verildiyi üçün həmin sənədin inzibati məhkəmədə mübahisələndirilməsi ilə bağlı bu işin icraatının dayandırılması haqqında cavabdehin vəsatəti əsaslı sayılmır və təmin edilmir.

88. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

89. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

90. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar