Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-373/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: əşya hüquqlarının müdafiəsindən irəli gələn mübahisə, torpaq sahəsinin qanunsuz sahiblikdən alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında işə yazılı icraat qaydasında, Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması və digər tələbləri” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinə dair işə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.
2. ##.##.2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Sabirabad rayon Kooperativlər Cəmiyyəti mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 32,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini Cavabdeh satmışdır.
3. Işin mübahisəsiz halıdır ki, qeyd edilən daşınmaz əmlak sökülmüşdür.
4. Tərəflərin hər biri Sabirabad şəhəri, İ.Iskəndərov küçəsində yerləşən özünə məxsus torpaq sahəsinin digəri tərəfindən zəbt edildiyini iddia etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışı ilə yaşayış məntəqələri torpaqları üzrə ona məxsus ünvan 2 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi belə əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan torpaq sahəsi onun mülkiyyətindədir və torpaq sahəsinin sol yan hissəsi hazırkı iş üzrə cavabdeh Cavabdeh tərəfindən zəbt edilmişdir. Ona saxta sənəd təqdim edərək orada 40 kv.metr ərazisi olduğunu iddia edərək qərəzli olaraq oradan çıxmır. Onun isə əldə etdiyi çıxarış və evin texniki pasportuna dair torpaq sahəsinin planından da görünür ki, həmin cavabdehin iddia etdiyi yer strukturu rəsmi olaraq ona məxsusdur. O, dəfələrlə ona bu barədə şifahi xəbərdarlıq etməyinə baxmayaraq o, onun sözlərinə məhəl qoymamışdır. Hal-hazırda cavabdeh ona aid həyətyanı torpaq sahəsini qaytarmaqdan imtina edərək həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermə hüquqlarını pozur.
7. Eyni zamanda Cavabdeh - İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı heç bir məhkəmə qərarı olmadan sökdüyü hasarı bərpa etməklə, əvvəlki cavabdehlər tərəfindən sökülmüş mağazanın yerləşdiyi 0.03 ha ərazini boşaltması, onun bu əməli cinayət tərkibi yaratdığı üçün ona cəza verilməsi, həmçinin İddiaçı təcili olaraq sosial şəbəkələrdə yerləşdirilən elanın təkzib edilməsi, iddianın qaldırıldığı gündən onun hüquqlarının bərpa ediləcəyi günədək hər gün üçün 50 manat mənfəət hesablanaraq onun xeyrinə ödənilməsinə və köçürülən dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi belə əsaslandırılır ki, İddiaçı iddia ərizəsinə əsas olan çıxarışdan onun hüquqlarının pozulmadığı görünür. O, 0.06 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasını tələb etsə də, cavabdeh həmin torpaq sahəsinin heç bir hissəsini zəbt etmədiyini bildirir və faktiki olaraq 0.147 ha torpaqdan istifadə etdiyini, bunun 0.06 ha-nın mülkiyyətində, 0.087 ha-nın isə zəbt olunmuş sahə kimi texniki pasportda göstərildiyini qeyd edir. Həmçinin ünvan 3 ünvanında yerləşən mağazanın mülkiyyət hüququnun Sabirabad RKC-yə, sahiblik və istifadə hüququnun isə ona məxsus olduğu və bu halın Ali Məhkəmənin ##.##.2012 və ##.##.2020-ci il tarixli qərarları ilə təsdiq edildiyi bildirilir. Mübahisəli ərazinin əvvəlcə X2 tərəfindən zəbt edildiyi, sonradan həmin ərazinin iddiaçı tərəfindən alındığı və bu məsələ ilə bağlı əvvəlki məhkəmə qərarlarının mövcud olduğu göstərilir. Buna görə də 2018-ci il tarixli çıxarışın mübahisəli əraziyə aid olması mümkün hesab edilmir. Bundan başqa, iddiaçının ## ###### 2023-cü il tarixli icra aktı ilə təhvil verilmiş ərazinin hasarını sökdüyü və cavabdehə məxsus ərazini özününkü kimi təqdim edərək sosial şəbəkələrdə satışa çıxardığı qeyd olunur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin # ##### 2025ci il tarixli *-**-**/*-**/**/**** saylı ekspert rəyinə əsasən iddiaçının boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi iddiaçı İddiaçı məxsus deyil. Yəni iddiaçı İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin sərhədləri hüdudlarında (daxilində) yerləşmir. Sözügedən torpaq sahəsi faktiki olaraq istifadəsizdir və bələdiyyə mülkiyyətindədir. Iddiaçının boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi cavabdeh Cavabdeh istifadəsində və sahibliyində deyil, mübahisəli torpaq (torpaq sahəsində) yerləşmir. 10.Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı belə qənaətə gəlmişdir ki, ilk iddiaçı İddiaçı zəbt olunması istinad etdiyi və boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi Seriya RX ******* nömrəli Çıxarış əsasında iddiaçı İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin sərhədləri hüdudlarında (daxilində) yerləşmədiyindən, yəni mübahisəli torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşdiyindən, eyni zamanda sözügedən torpaq sahəsi faktiki olaraq istifadəsiz və bələdiyyə mülkiyyəti olduğundan, digər tərəfdən Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə onun mülkiyyət hüquqlarının və digər mənafeylərinin İddiaçı tərəfindən pozduğunu göstərsə də, hüquq və məhafeylərinin pozulması hallarının nədə ifadə olunmasını sübut edə bilmədiyindən məhkəmə ilkin və qarşılıqlı iddia tələbini təmin etməmişdir. 11.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 1137-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
12.Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 13.Apellyasiya şikayətində qətnamənin qərəzli və qanunsuz olduğunu bildirərək qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə məhkəməyə təqdim edilmiş yazılı və şifahi sübutlar araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş çıxarışın və alqı-satqı müqaviləsinin surətləri, 2011-ci il tarixli məhkəmə qətnaməsi, ## ###### 2018-ci il tarixli Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi, icra vərəqəsi, ərazinin təhvil verilməsinə dair akt və digər sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdehin fikrincə, təqdim edilmiş texniki pasportdan iddiaçının mübahisəli əraziyə dair hüququnun olmadığı aydın görünsə də, məhkəmə bu halları qiymətləndirməmişdir. Həmçinin qeyd olunmuşdur ki, mübahisə uzun illər davam etdiyindən iddiaçının əsas məqsədi prosesin süni şəkildə uzadılmasıdır; ekspertiza ilə bağlı qərardadların icra müddətləri və göndərilmə tarixləri arasındakı uyğunsuzluqlar da bunu göstərir. Bundan əlavə, məhkəmənin əsaslandırıcı hissədə torpaq sahəsinin faktiki istifadəsiz və bələdiyyə mülkiyyətində olması barədə nəticəsi təqdim olunmuş sübutlarla ziddiyyət təşkil edir və cavabdehin mövqeyinə görə, qarşılıqlı iddia üzrə lazımi araşdırma aparılmadan belə qənaətə gəlinmişdir. ## #### 2025-ci il məhkəmə iclasında İddiaçı hasarı sökdüyünü açıq şəkildə etiraf etməsi mübahisəli ərazinin faktiki olaraq X1 istifadəsində və sahibliyində olduğunu təsdiq edən mühüm sübutdur. Bundan əlavə, əvvəlki məhkəmə qərarları, o cümlədən qanuni qüvvəyə minmiş qətnamələr və ## ###### 2023-cü il tarixli icra aktı ilə həmin ərazinin X1 təhvil verilməsi təsdiqləndiyi halda, son qərarda bu sübutlara qiymət verilmədən ərazinin bələdiyyə mülkiyyəti kimi qəbul edilməsi hüquqi müəyyənlik prinsipinin kobud şəkildə pozulmasıdır. 14.Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər - Əhmədov Pərviz (sədrlik edən və məruzəçi), Əsədov Ilham və Heydərov Tofiq). 15.Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti verən tərəf olaraq yenidən ekspertiza təyin edilməsini xahiş etmişdir, lakin onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyildir. Beləcə, qətnamənin mübahisələndirilən hissəsi üzrə fərqli yekun qərarın qəbul edilməsini şərtləndirən müvafiq ekspertizanın aparılması zamanı Cavabdeh məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi qeyri-mümkün olacaqdı. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddia tələbinin rədd etməkdə haqlı olmuşdur. 16.Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə, 66-cı maddəsinin 2-ci hissəsinə, 67, 68, 84-cü maddəsinin 1-ci hissəsinə, 111-ci maddələrinin tələblərini rəhbər tuturaq əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
17.Iddiaçı qətnamədən kassasiya şikayəti verərək, onun ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 18.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməli olduğunu, nə kimi halların müəyyən edilməli olmadığını, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməli olmasına baxmayaraq nə birinci instansiya məhkəməsi və nə də apellyasiya məhkəməsi onun tələbləri üzrə heç bir faktiki halı araşdırmayaraq iddianı rədd etmişdir. Hər iki məhkəmə işi bir tərəfli (İddiaçı tələbi üzrə) araşdırmış, onun tələbi üzrə nə kimi halların müəyyən edildiyini və nə kimi halların müəyyən edilmədiyini araşdırmamışlar. Məhkəmələr onun tələbində qeyd etdiyi hasar sökülmüş olub-olmadığını, sökülmüşdürsə, kim tərəfindən sökülmüş olduğu, alqı-satqı müqaviləsi əsasında aldığı mağazanın yerləşdiyi 0,03 ha torpaq sahəsinə İddiaçı tərəfindən hər hansı qəsd olub-olmadığı və həmin əraziyə dair mübahisəsinin olub-olmadığı, eyni zamanda aldığı mağazanın yerləşdiyi 0,03 ha torpaq sahəsinin satılması barədə İddiaçı tərəfindən sosial şəbəkələrdə elan verilmiş olub-olmadığını araşdırmamışlar. Birinci və apellyasiya instansiya məhkəmələrində İddiaçı cavabdehin tələbində qeyd etdiyi hasarı o, uçurmuş və aldığı mağazanın yerləşdiyi ərazini o zəbt etdiyini etirafina baxmayaraq məhkəmələr qəbul etdikləri qətnamələrdə gəldikləri nəticə üçün mühüm əhəmiyyəti olan bu faktiki hallar barədə heç bir şey qeyd etməmişlər. 19.Birinci instansiya məhkəməsi iş üzrə müvafiq ekspertiza təyin etsə də, cavabdehin tələbi barədə ekspert qarşısında zəruri suallar qoymamış, qoyulmuş suallar isə İddiaçı tələbi üzrə qoymuşdur. Bundan başqa apellyasiya məhkəməsi məhkəmə baxışı zamanı ədalət mühakiməsinin çəkişmə prinsipini pozaraq cavabdehin izahatlarında qeyd etdiklərinə diqqət etməmiş, bir izahatını isə ümumiyyətlə yarımçıq kəsmiş və çəkişmə prinsipinin pozulmasını apellyasiya instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audio və video yazılarında əks olunmuşdur. 20.Birinci instansiya məhkəməsi zamanı alınmış mütəxəssis rəyində qeyd edilir ki, # ###### 2023-cü il tarixdə həmin mütəxəssisin iştirakı ilə icra məmurunun tərtib etdiyi akta əsasən həmin mübahisəli ərazinin cavabdehə təhvil verilməsinə baxmayaraq, mübahisəli torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində deyildir. Bütün bunlardan aydın olur ki, hər iki məhkəmə qətnamələrini tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, verilmiş izahatlarla və sənədlərlə əsaslandırmamışdır. 21.Eyni zamanda apellyasiya məhkəməsi apellyasiya şikayətini araşdıraraq hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxladığından Sabirabad rayon məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün şikayətinin dəlilləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. 22.Kassasiya şikayəti “Insan Hüquq və X9” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, Konstitusiyanın 13-cü və 29-cu maddəsinin İ və II hissəsi, MM-nin 146.1,157.8, 158.4, 162, 164.1, 243.1 və 243.2-ci maddəsi, MPM-nin 9.3, 14.1,14.2, 55.1, 77.3, 81, 82.3, 88, 89, 106.1 ,106.3, 167.1, 167.1.4-cü, 217.1, 217.3, 217.4,218.1-ci, 387.2.4, 418.4.6-cı maddələrinə istinadla əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23.Kassasiya şikayətinə etirazda qeyd edilmişdir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş, həmin dəlillərə hüquqi qiymət verilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24.Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 25.Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 26.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 27.Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 28.Maddə 162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 29.Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 30.Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 31.Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 32.Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 33.Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 34.Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 36.Maddə 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. 37.Maddə 64.1. Işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 38.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 39.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 40.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 41.Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 42.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
43.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 44.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. 46.Işdən görünür ki, apellyasiya məhkəməsinin baxış predmeti olan hissə qarşılıqlı iddia tələbinin rədd edildiyi hissə olmuşdur. 47.Kollegiya cavabdeh tərəfindən ona məxsus mağazanın yerləşdiyi ərazinin boşaldılması barədə tələb istisna olmaqla digər tələblərlə bağlı apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. 48.Həmin hissə ilə bağlı birinci instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, mülkiyyət hüquqlarının və digər mənafelərinin pozulmasının nədə ifadə olunması əsaslandırılmamış, qarşılıqlı iddianın əsaslı olduğu sübutlarla təsdiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qarşılıqlı iddiaçının ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi mağazanın koordinatlarına dair iş materiallarında sübut olmadığından iş üzrə ekspertiza təyin edilməklə apellyasiya şikayətinin dəlillərinin araşdırılması mümkün deyil. 49.Kollegiya məhkəmənin bu mövqe ilə razılaşmayaraq hesab edir ki, qeyd edilən hissədə qətnamə maddi və prosessual normaların tələbləri nəzərə alınmadan qəbul edildiyindən ləğv edilərək yeni baxışa qaytarılmalıdır. 50.Ilk növbədə məhkəmə tərəfindən təqdim edilmiş sübutlara əsasən qarşılıqlı iddia irəli sürmüş Cavabdeh hansı hüququnun pozulduğu müəyyən edilməli və bundan sonra mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları əsasında qarşılıqlı iddia tələbinin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır. 51.Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, Cavabdeh ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi ünvan 1 ünvanında yerləşən, 32,3 kv.m sahəsi olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmasa da, MM-nin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəldiyindən həmin daşınmaz əmlaka, o cümlədən MM-nin 243.2-ci maddəsinə əsasən altındakı torpaq sahəsinə istifadə və sahiblik hüququ yaranmış, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmaq hüququ olmuşdur. Sözügedən qeyri-yaşayış sahəsi söküldüyü üçün iddiaçı bu hüququnu həyata keçirə bilməsə də, həmin daşınmaz əmlakı əvvəlki yerində yenidən bərpa etmək hüququ olmuşdur. 52.Işdəki Sabirabad rayon Məhkəməsinin qanuni qüvvədə olan ##.##.2018-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh Sabirabad rayon Kooperativlər Cəmiyyəti ilə birgə qeyri-yaşayış sahəsinin (mağazanın) yerləşdiyi ərazinin X3 tərəfindən boşaldılması barədə iddia qaldırmış, iddia təmin edilmiş, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş, Sabirabad rayon Icra Şöbəsini icra məmuru tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli akta əsasən qətnamə icra edilərək qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi həmin tarixdə Cavabdeh təhvil verilmiş, qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə əsasən onun sahiblik hüququ sonradan cavabdeh İddiaçı tərəfindən pozulmuşdur. 53.Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddia tələbinin qanuniliyi və əsaslılığı qərarın məzmununda qeyd edilmiş maddi hüquq normaları əsasında yoxlanılmaqla tələbə hüquqi qiymət verilməlidir. 54.Mübahisəli torpaq sahəsinin koordinatları barədə işdə sübut olmadığı üçün apellyasiya şikayətinin dəlillərinin ekspertiza təyin edilməsi ilə yoxlanılmasının mümkün olmadığına dair məhkəmənin mövqeyi ilə bağlı kollegiya qeyd edir ki, satıcı Sabirabad rayon Kooperativlər Cəmiyyətinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona bu barədə MH seriyalı ******* saylı ##.##.2006-cı il tarixli çıxarış verilmişdir. Dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmış daşınmaz əmlakın koordinatları reyestrə daxil edilməli olduğundan məhkəmə ədalətli məhkəmə araşdırılması prinsipinin təmin edilməsi üçün MPM-nin 63.1 və 64.1-ci maddələrinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsindən mütəxəssis rəyi alınmasını təmin edərək iş üzrə ekspertiza təyin etməklə Cavabdeh müqavilə əsasında əldə etdiyi mağazanın yerini müəyyənləşdirə,bundan sonra mağazanın yerləşdiyi torpaq sahəsinin hazırda İddiaçı qanunsuz sahibliyində olan torpaq sahələrinə daxil olub-olmadığını araşdıraraq qarşılıqlı iddia tələbinin əsaslı olub-olmadığına qiymət verə bilər. 55.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi qismən-Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən sökülmüş mağazanın yerləşdiyi 0.03 ha. ərazinin boşaldılması barədə qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. 56.Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi qismən- Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən sökülmüş mağazanın yerləşdiyi 0.03 ha. ərazinin boşaldılması barədə qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. Iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.