Məhkəmə qərarları › İş №2(1-8)-439/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-439/2026

08.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-439/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MTK cəlb edilməklə) “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair ilk və iddiaçı cavabdeh1 cavabdeh Iddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, müqavilənin etibarsızlığı, hüquqdan sui-istifadə, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Bakı şəhəri Nəsimi Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2022-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, XXX, ev 12, mənzil 78 (yeni qaydalarla: AZ1010, ünvan 1) ünvanında inşa edilmiş çoxmərtəbəli binada yerləşən, ümumi sahəsi 268,2 kv.m olan 5 otaqlı mənzil DƏDRX-nin ********** nömrəli, ##.##.2022-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə vətəndaş X1 məxsusdur. Təqdim olunmuş eskizlərə (cizgilərə) uyğun olaraq mövcud mənzilin bölünməsinə, ümumi sahəsi 61,6 kv.m olan 1 ədəd 1 otaqlı, ümumi sahəsi 62,5 kv.m və 140,4 kv.m olan 2 ədəd 2 otaqlı müstəqil mənzillər kimi sənədləşdirilməsinə texniki imkan vardır. Nəsimi rayon Icra Hakimiyyəti nəzdində X8 X17 üzvləri tərəfindən ünvana baxış keçirilmiş və texniki imkan olduğunu nəzərə alaraq mənzilin bölünməsinə müsbət rəy verilmişdir.

2. ünvan 4 (yeni qaydalarla: AZ1010, ünvan 1) ümumi sahəsi 137 kv.metr olmaqla, X1 adına xüsusi mülkiyyət kimi ## ###### 2022-ci il tarixdə qeydiyyata alınmışdır.

3. ## ### 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1 (onun əvəzində müqaviləni etibarnamə ilə X2 imza etmişdir) Bakı şəhəri, Nəsimi rayonu, XXX ev 12, mənzil 78 (yeni qaydalarla: AZ1010, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 137 kv.metr olan mənzili 430.000 manata Iddiaçı satmışdır. Mənzil üzərində Iddiaçı mülkiyyət hüququ ## ### 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Ipoteka saxlayan “xxxx” ASC, borcalan XXX və ipoteka qoyan Iddiaçı (onun əvəzində müqaviləni etibarnamə ilə X2 imza etmişdir) arasında ## ######## 2023-cü il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsi ilə, sonrakı ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan yuxarıda qeyd olunan mənzil kredit limiti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə sonrakı ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. Bakı şəhəri, Nəsimi rayonu, XXX ev 12, mənzil 78 (yeni qaydalarla: AZ1010, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 137 kv.metr olan mənzildə cavabdeh1 ailəsi ilə birgə yaşayır.

6. “XXX Mebel” mağazasının 07069, 07075 və ***** nömrəli qaimələrinə görə cavabdeh1 tərəfindən 2021-ci ilin sentyabr ayında Çin səfirliyinin yanı/“xxxx” MTK ünvanına əşyalar sifariş verilmişdir.

7. XXXnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xətai RPI-nin IŞ-nin ## ###### 2024-cü il tarixli qərarı ilə cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Qərarın məzmununa əsasən XXX oğlunun etibarından istifadə edərək sonuncuya ünvan 4 ünvanında yerləşən evi satacağı adı ilə aldadıb 290.000 manat pulu ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 290.000 manat külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, ev 12 (yeni qaydalarla: AZ1010, ünvan 2) ünvanında yerləşən ** saylı mənzildən çıxarılmaları, həmin mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ### 2023-cü il tarixdə Bakı şəhəri ** saylı Notariat ofisində alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, ev 12 (yeni qaydalarla: AZ1010, ünvan 2) ünvanında yerləşən ** saylı mənzili tam təmirli vəziyyətdə pulunu ödəyərək keçmiş mülkiyyətçi X1 almışdır. Alqı-satqı müqaviləsi əsasında mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və iddiaçı ## ### 2023-cü il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ## ### 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 008011003795-05301-****** reyestr nömrəli çıxarış iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. Iddiaçı mənzili almamışdan əvvəl mənzilin əvvəlki sahibi tərəfindən həmin mənzil cavabdehlərə kirayəyə verilmişdir. Həmin şəxslər mənzildə yaşamalarının müqabilində mənzilin keçmiş mülkiyyətçisinin müəyyən etdiyi məbləğdə aylıq kirayə haqqı ödəmişlər. Iddiaçı sözügedən mənzili alarkən keçmiş mülkiyyətçi olan satıcı və cavabdehlər onlara mənzildən çıxmaq üçün bir neçə ay möhlət verməyi iddiaçıdan xahiş etmişlər. Bu səbəbdən iddiaçı həmin şəxslər, yəni cavabdehlərə mənzildən çıxmalarına möhlət vermişdir. Lakin, sonradan cavabdehlər mənzildən çıxmaqdan imtina etmişlər. Mənzilin mülkiyyətçisi olan iddiaçı mənzili boşaltmalarını, mənzildən çıxmalarını cavabdehlərdən dəfələrlə tələb etsə də, cavabdehlər mənzildən çıxmamışlar, əksinə mənzildən çıxmayacaqlarını, həmin mənzili boşaltmayacaqlarını bildirmişlər. Göründüyü kimi, cavabdehlər iddiaçının razılığı və xəbəri olmadan qeyri-qanuni olaraq mənzili zəbt etmişlər, mənzildən qanunsuz olaraq mənzildə yaşamağa davam edirlər. Mənzillə bağlı iş üzrə tərəflər arasında heç bir müqavilə bağlanmamış, cavabdehlər iddiaçının razılığı olmadan ona məxsus mənzildə qanunsuz olaraq yaşayırlar. Sözügedən mənzil “xxxx” ASC ilə XXX arasında bağlanmış ## ######## 2023-cü il tarixli L****** saylı kredit limiti təminatı olaraq “xxxx” ASC ilə Iddiaçı arasında bağlanmış ## ######## 2023-cü il tarixli L****** D nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə borc götürən ## ###### 2024cü il tarixdə kredit borcunu Banka qaytarmışdır. “xxxx” ASC DƏDKR-nin Bakı şəhər Ərazi Idarəsinə ## ###### 2024-cü il tarixli **** nömrəli məktubu əsasında iddiaçının mülkiyyətində olan və Bankın xeyrinə əvvəllər ipoteka ilə yüklü edilən mənzil bütün müqavilələr üzrə ipoteka və sonrakı ipotekadan azad edilmişdir. Cavabdehlər iddiaçının ailə üzvü deyil, qohumu deyil, iddiaçı ilə onların arasında heç bir hüquq münasibəti yaranmamış, iddiaçı ilə heç bir müqavilə bağlamamışlar. Cavabdehlərin bu mənzildə yaşamaları və ya mənzildən istifadə etmələri iddiaçının iradəsinə və mənafeyinə ziddir. Cavabdehlərin heç bir hüququ olmadan iddiaçıya məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi iddiaçının mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. Iddiaçı dəfələrlə cavabdehlər ilə danışıb onların mənzildən çıxmağını tələb etsə də, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.

10. Iddiaçı cavabdeh1 cavabdeh Iddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, Iddiaçı və XXXun şəriki X1 arasında bağlanan ## ### 2023-cü il tarixli, *ə-*** saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, ev 12 (yeni qaydalarla: AZ1010, ünvan 2) ünvanında yerləşən ** saylı mənzilə dair Iddiaçı verilən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı özünə şəxsi mənzil almaq üçün ev axtararkən Nərimanov rayonun XXX Yaşayış kompleksində (XXX) XXXndan mənzil almışdır. Sonradan o, XXX vasitəsi ilə bir sıra qohum və tanışlarına mənzil almış və aralarında etibar yaranmışdır. Həmin mənzildə yarımçıq qalan işlər olduğu üçün XXX həmin işləri tamamlayacağını bildirmiş, tərəflər arasında daha yaxın dostluq yaranmış və cavabdeh1 onun nömrəsini götürmüşdür. X4 cavabdeh1 başqa yerlərdə də evləri olduğunu bildirmişdir. 2021-ci ildə qarşılıqlı iddia üzrə iddiaçı ailə qurduqdan sonra daha böyük bir mənzilə ehtiyacı olduğu üçün XXXa müraciət etmiş və o, şəriki XXXa məxsus olan mənzili ona təklif etmişdir. Evə baxış keçirərkən mənzilin 310 kv.m-dən ibarət olub və mənzilin sonradan 3 yerə bölünəcəyi bildirilib. Mənzilin bölgüsü aparılarkən iddiaçı tərəfindən mənzilin hansı formada olmasına dair proqram vasitəsilə layihəsi verilib və XXXla razılaşdıqdan sonra mənzil onun tərəfindən təmir edilib. Ondan əvvəl XXX “XXX”da iddiaçının yaşadığı mənzili 200.000 manat dəyərləndirib və mənzil iddiaçı cavabdeh1 anası XXXya məxsus olduğu üçün XXXın qaynı X2 onu “XXX”un Nərimanovda yerləşən satış ofisinə aparıb və satış həyata keçirmişdir. Bundan sonra, köhnə yaşadıqları mənzilə gələrək Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, ev 12 ünvanında yerləşən mənzilinin dəyərini - 200.000 manat pulu XXXa vermişdir. Əlavə olaraq 70.000 manat hazırda yaşadığı mənzilin təmiri üçün XXX verilmişdir. Eləcə də, sonradan pul və yaşadığı evin təmiri ərəfəsində sonradan cəmi 20.000 manat pul verilmişdir. Mənzildə aparılmış bütün işlər iddiaçı cavabdeh1 nəzarətində XXXun ustaları tərəfindən görülmüşdür. Sonradan mənzilin təmiri prosesində XXXla olan danışıqlar və şəkillərdə mövcuddur. Təmirdən sonra XXXla həmin mənzilə “XXX”la müqavilə bağlanaraq arakəsmələr, cam balkon və pəncərə qoyulmuş və “XXX”dan mebel, “XXX” mağazadan elektronika məhsulları alınmışdır. Ev təmir olarkən divar kağızı, parket, hamam dəstləri çilçıraq, pərdə və evdə olan bütün əşyalar mağazalardan seçilmiş və XXXa göndərilmişdir. Mənzil hazır olduqdan sonra XXX evin bölünmə ev olduğu üçün torpaq idarəsinə sənədlərin təqdim olunduğunu bildirmiş və evin sənədinin gec hazır olacağını demişdir. Iddiaçı XXXa sənədlə bağlı hər dəfə soruşarkən, sonuncu hələ sənədləşmə işlərinin getdiyini və tezliklə hazır olacağını bildirmişdir. Bir müddət sonra XXX iddiaçıya zəng vuraraq sənədlərin həll olduğunu bildirmiş və DƏDRX-dən əməkdaş gəlib ölçü götürəcəyi məlumatını vermişdir. Əslində isə həmin mənzil (yəni artıq XXXun şəriki olan Iddiaçı adına rəsmiləşdirilmiş mənzil) girov qoyularaq XXX tərəfindən “xxxx”dan 150.000 manat kredit götürülmüşdür. Mənzilə DƏDXR əməkdaşı kimi təqdim edilən şəxs isə əslində “xxxx” ASC-nin əməkdaşı olmuşdur. Bundan sonra, XXX mənzilin çıxarışının tezliklə hazır olacağını bildirmişdir. Iddiaçının yaşadığı və ona məxsus olan mənzil Iddiaçı (etibarnamə əsasında XXXın qayını XXX) və XXX tərəfindən girov qoyularaq “xxxx”dan 150.000 manat kredit götürülmüşdür. Kredit götürülərkən tərtib edilmiş əmlakın qiymətləndirilməsi haqqında aktdan görsənir ki, girovu təklif edən fiziki şəxs bölməsində XXXnun adı qeyd edilib. Aktın əmlaka qarşı iddiaların olmaması ehtimalı bölməsində isə “ehtimal olunur” qeyd olunub. Göründüyü kimi hazırkı mənzil faktiki olaraq XXX tərəfindən idarə edilib və həmin əmlaka qarşı iddiaların ehtimal olunması riski də təsbit edilib. 2024-cü ilin noyabr ayında XXX həbs edildikdən sonra Iddiaçı qardaşı XXX binanın komendant otağına yaxınlaşaraq burda bir evlərinin olduğunu bildirmişdir. Bina nəzarətçisi iddiaçı cavabdeh1 aşağı çağıraraq bir nəfərin gəldiyini və ona məxsus olan mənzilin başqa şəxsə aid olduğunu bildirmiş və sənədin şəklini də göstərmişdir. Həmin şəxs heç mənzilin hansı blok və hansı mərtəbədə yerləşdiyindən belə xəbəri olmamışdır. Bu hadisədən sonra iddiaçıya məlum olmuşdur ki, XXX və şəriki Iddiaçı tərəfindən dələduzluğa məruz qalmışdır. Dörd ilə yaxın müddət ərzində yaşadığı mənzilin sahibi kimi təqdim edilən Iddiaçı iddiaçı ilə ilk dəfə XXX həbs edildikdən sonra əlaqəyə keçmiş və onun mənzilin geri alınmasında marağının olmadığını demiş, XXXın ona borclu olduğunu və əsas ona pulunun qaytarılmasının maraqlı olduğunu bildirmişdir. Lakin, Iddiaçı atasına verdiyi etibarnamə əsasında atası Nəsimi rayon Polis Idarəsinə yazılı ərizə yazmış və həmin mənzildə XXXun kirayə qalmaq üçün şəxs tapdığını və 1.500 manata razılaşdığını bildirmişdir. Eyni zamanda isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində isə mənzili alarkən iddiaçı cavabdeh1 guya kirayə qalan kimi tanıdığını bildirmiş və əvvəllər evi boşaltmaq üçün xəbərdarlıq etdiyini bildirmişdir. Əslində isə məhkəmə və polis orqanlarına verilmiş ərizələrində göstərilənlər tamamilə həqiqəti əks etdirmir və heç bir sübuta əsaslanmır. Ona görə ki, iddiaçı Iddiaçılə yalnız XXX tutulduqdan sonra telefon vasitəsi ilə danışdıqdan sonra mənzilinin onun adına olduğunu bilmişdir. X3 Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə ittiham edilərək onun barəsində Xətai rayon PI-nin IŞ-də cinayət işi açılmışdır. Istintaqı həyata keçirən müstəntiq XXXun ## ###### 2024-cü il tarixli qərarı ilə qarşılıqlı iddia üzrə iddiaçıya maddi ziyanın vurulması barədə kifayət qədər əsaslar olduğu üçün o, bu işdə zərərçəkən şəxs qismində tanınmışdır. Mübahisə predmeti olan ev cavabdeh1 məxsus olmuşdur. Hətta cavabdeh1 anası XXX tərəfindən 2021-ci ilin may ayında 50000 manat “xxxx” MTK-ya ödənilmişdir.

12. Ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinə qarşı etiraz vermiş və belə əsaslandırmışdır ki, işdə olan sənədlərdən görünür ki, mənzil tam mülkiyyət hüququ ilə XXXa məxsus olmuşdur. Mənzilin XXXun hüquqları ilə yüklü olması iş materialları ilə təsdiq olunmur. cavabdeh1 bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, mənzil üzərində XXX tərəfindən sərəncam vermək səlahiyyəti də olmamışdır. XXXun və ya Iddiaçı XXXun şəriki, tanışı olması faktı qəbul olunsa belə, bu hal sonuncuya mənzillə bağlı hər hansı şəxslə, o cümlədən cavabdeh1 ilə müqavilə bağlamaq hüququ qazandırmamışdır. Bundan başqa, cavabdeh1 qarşılıqlı iddia ərizəsində, habelə məhkəmə hazırlıq iclasında verdiyi izahatda qeyd edir ki, o, əvvəllər də XXX vasitəsilə mənzil alıb-satmış və bu zaman mütləq qaydada yazılı formada əqdlər bağlamışdır. Lakin, nədənsə hazırkı iddianın predmeti olan mənzillə bağlı 2021-ci ildə XXXla razılıq əldə etdiyini iddia edən cavabdeh1, XXXdan mənzilə aid hər hansı sənəd (müqavilə, çıxarış və sair) tələb etməmiş, keçən 3 ildən artıq müddət ərzində mənzilin onun adına rəsmiləşdirilməməsi onda şübhə yaratmamışdır. Mənzilə görə 200.000 manat, təmirə görə 70.000 manat, təmir ərəfəsində 20.000 manat ödədiyini bildirən cavabdeh1, bu barədə XXXdan hər hansı sənəd (məsələn qəbz) almamış, məhkəməyə bu barədə heç bir sənəd təqdim etməmişdir. cavabdeh1 bildirir ki, XXX ondan 200.000 manatı aldıqdan sonra ona 50.000 manat ödəniş barədə kassa mədaxil orderinin qəbzini vermişdir. cavabdeh1 istinad etdiyi həmin kassa mədaxil orderinin qəbzini məhkəməyə təqdim etmişdir. Sözügedən qəbzdən görünür ki, qəbzin “Kimdən” qrafasında - XXXnın adı, “Ünvan” qrafasında XXX küçəsi 12, “Nə üçün” qrafasında - ev alqı-satqı, “Ödəniş”xxxx“xxxx MTK” Kommunal xidməti ödənilib. ## ### 2021 sözləri əks olunan möhür vurulmuşdur. Göründüyü kimi, cavabdeh1 istinad etdiyi bu qəbz də (həqiqiliyi qəbul olunsa belə) onun Iddiaçı məxsus mənzil üzərində hər hansı hüququnun əmələ gəlməsi üçün əsas yaratmır. cavabdeh1 mənzilin əldə olunması üçün mülkiyyətçi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada yazılı formada mülki əqd bağlamamış, mülkiyyətçiyə mənzilin dəyərini ödəməmişdir. Bunun əksinə, Iddiaçı ## ### 2023-cü il tarixdə mənzili keçmiş mülkiyyətçi XXXdan almış, bu barədə alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, XXXun sənədlərin həqiqiliyi Bakı şəhəri ** saylı notariat ofisində yoxlanılmış, mənzilin 3-cü şəxslərin hüququ ilə yüklü olmaması və ya üzərində məhdudiyyət olmaması təsdiq olunmuşdur. Mənzilə dair yazılı formada alqı-satqı müqaviləsi bağlanmış, Iddiaçı mənzilin dəyərini təşkil edən 430.000 manatı notariusun bank depozit hesabı vasitəsilə XXXa ödəmiş, müqavilə notarius tərəfindən təsdiq edilmişdir. cavabdeh1 qarşılıqlı iddia ərizəsində həmçinin bildirir ki, “XXX ona zəng edərək, mənzilin sənədləşməsi ilə bağlı Əmlak Komitəsindən mütəxəssisin gəlib mənzilin ölçülərini götürəcəyini bildirmişdir. Əslində isə XXX “xxxx” ASC-dən kredit götürmüş, XXXun şəriki olan Iddiaçı adına rəsmilləşdirilmiş həmin mənzil isə girov qoyulmuşdur. Mənzilə gəlib baxış keçirən şəxs isə Bankın əməkdaşı olmuşdur”. cavabdeh1 qeyd etdiyi bu fakt da onun mənzillə bağlı bildirdiklərinin həqiqət olmasını şübhə altına alır. Çünki, ölçü işlərini aparmaq üçün Əmlak Komitəsindən mütəxəssis gözləyən cavabdeh1 həmin vaxt mənzilə gələn şəxsin mənzildə hər hansı ölçü işlərini aparmadığının şahidi olmuşdur. Lakin bu zaman 2021-ci ildən mənzillin sənədləşməsini gözləyən cavabdeh1 mənzilə gələn şəxslə hər hansı dialoqa girməməsi, onun hansı məqsədlə mənzilə baxış keçirməsini öyrənməməsi ağlabatan deyildir. Ipoteka müqaviləsi ilə bağlı “əmlakın qiymətləndirilməsi haqqında aktda “əmlaka qarşı iddiaların olmaması ehtimalı” qrafasında “ehtimal olunur” sözləri ilə bağlı isə onu qeyd etmişdir ki, həmin ifadə cavabdeh1 tərəfindən düzgün şərh olunmamışdır. Qeyd olunan ifadə mənzilə qarşı iddiaların olmamasının ehtimal olunduğunu nəzərdə tutur. Yəni, 2023-cü ildə mənzilin ipotekası zamanı mənzillə bağlı hər hansı iddianın olması qeyd olunmamışdır. Bu barədə cavabdeh1 göstərdikləri əsassız və “əmlakın qiymətləndirilməsi haqqında aktın özündə göstərilənlərlə təkzib olunur. Iddiaçı vicdanlı alıcıdır, mənzilin yeganə mülkiyyətçisidir. Mülkiyyət isə həm Insan hüquqları və vəzifələri üzrə Avropa Konvensiyası, həm də Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsinin normalarına görə toxunulmazdır və dövlət tərəfindən qorunur. Qeyd olunanlara əsasən hesab etmişdir ki, mənzilə dair XXX və Iddiaçı arasında bağlanmış ## ### 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. cavabdeh1 sözügedən mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Iddiaçı XXXla birlikdə ona qarşı dələduzluq etdiyini iddia edən cavabdeh1 bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Iddiaçı cavabdeh1 qarşı hər hansı qanunsuz əməl törətməmiş, onu aldatmamışdır. Xətai Rayon Polis Idarəsinin “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” ## ###### 2024-cü il tarixli qərarından isə görünür ki, cavabdeh1 XXXun barəsində CM-in 178.2-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu baxımdan, cavabdeh1 zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə özünün prosessual statusuna uyğun qanunun ona verdiyi bütün hüquqlardan, o cümlədən təqsirləndirilən şəxsin ona vurduğu zərərin əvəzini ödəməyi XXXdan tələb etmək hüququndan istifadə etməli, qanunsuz yaşadığı Iddiaçı məxsus mənzili isə ailə üzvləri ilə birlikdə tərk etməlidir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.Abbasov) ilk iddia təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 Iddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, ev 12 mənzil 78-dən (yeni qaydalarla: AZ1010, ünvan 2) çıxarılmaları və həmin mənzilin Iddiaçı təhvil verilməsi, iddiaçı cavabdeh1 cavabdeh Iddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, XXX, ev 12, mənzil 78 tikilisinin mülkiyyətçisi olmaqla, həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. Iş üzrə cavabdehlərin həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə hesab etmişdir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar.

15. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh1 ilk iddia üzrə iddiaçı ilə X1 arasında bağlanan ## ### 2023-cü il tarixli, *ə-*** saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinin əsasında XXXla sözügedən daşınmaz əmlakın ona satılması ilə bağlı şifahi razılaşmaları dəlilləri durmuşdur.

16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iş üzrə qarşılıqlı iddianın əsaslılığına dair heç bir mötəbər sübutlar təqdim edilməmişdir. XXXun barəsində açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması isə qarşılıqlı iddianın təmin edilməsi üçün mütləq əsas ola bilməz.

17. Məhkəmə hesab etmişdir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçının bu iddianın qaldırmasına subyektiv hüququ da mövcud deyildir. O, yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildiyi halda hazırkı iddia tələbi ilə çıxış edə bilər.

18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 337-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər F.Qasımov və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, ilk iddia üzrə cavabdeh cavabdeh1 mənzili XXXndan aldığını, dəyərini ona ödədiyini, mənzildə uzun müddət yaşamaqla mənzilin ona məxsus olduğunu bildirir. Işdən görünür ki, XXXnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4cü maddəsi

22. ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə irəli sürülmüş ittihama əsasən XXX oğlunun etibarından istifadə edərək sonuncuya ünvan 4 ünvanında yerləşən evi satacağı adı ilə aldadıb 290.000 manat pulu ələ keçirərək sonuncuya ümumilikdə 290.000 manat külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.

23. Işdən həmçinin müəyyən edilmişdir ki, artıq cavabdeh1 və X10 həmin məbləğin XXX, Iddiaçı və “xxxx” MTK-dan tələb olunması ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışlar.

24. Beləliklə müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh cavabdeh1 hazırda iddiaçı Iddiaçı məxsus ünvan 4-də yaşaması üçün qanuni və ya müqavilə əsası mövcud deyil.

25. Odur ki, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın cavabdeh cavabdeh1 aid təmin edilən hissəsi ilə bağlı mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, hazırkı iş üzrə qarşılıqlı iddianın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 140, 144.1, 148.2, 152.1, 157.2, 324.1, 337.1, 567-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

27. Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 340-cı, Mülki Prosessual Məcəllənin 9, 14, 88-ci maddələrin tələbləri pozulmuşdur.

29. Belə ki, kassatora məxsus evin qanunsuz olaraq alqı-satqısına dair uydurma əqdin bağlanılmasına baxmayaraq, məhkəmə həmin əqdi etibarlı əqd hesab edərək cavabdeh1 əleyhinə qətnamə çıxarmışdır. Qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən cavabdeh1 qarşı həyata keçirilmiş dələduzluq cinayəti üzrə proseslərin axarı aşağıdakı kimi olmuşdur: XXX cavabdeh1 məxsus olan mənzilin satılması nəticəsində onun 200.000 manat, sonradan isə 90.000 manat – ümumilikdə 290.000 manat pulunu ələ keçirir; XXX cavabdeh1 yeni mənzil - Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, ev 12 (yeni qaydalarla: AZ1010, ünvan 3) ünvanında yerləşən mənzili satır və bu heç bir rəsmiləşdirmə olmadan həyata keçirilir; XXX əslində X1 ilə şərik olduğundan yuxarıda qeyd edilən mübahisə predmeti olan mənzili XXXun adına rəsmiləşdirir; X1 etibarnamə üzrə nümayəndəsi və XXXın qaynı XXX ## ### 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq mənzili XXXun digər ortağı Iddiaçı satır. Beləliklə, X1 adından XXXın qaynı XXXun çıxış etməsi X5 XXXun əlbir olduğunu aşkar şəkildə göz önünə qoyur. Iddiaçı ilə XXX şərik olduqlarından, XXX “xxxx”dan 150.000 manat məbləğindən kredit götürür və Iddiaçı həmin mənzili öhdəliyin icrasının təmini üsulu mübahisə predmeti olan mənzili yüklü edir və ipotekaya qoyur. XXX 150.000 manat borc götürərkən Iddiaçı müqavilənin bağlanılmasında şəxsən iştirak etmir və onu bu müqavilədə yenə də XXXın qaynı X2 təmsil edir. Göründüyü kimi, XXXın qayını X2 Iddiaçı nümayəndəsi qismində çıxış etməsi Iddiaçılə XXXun əlbir olduğunu aşkar şəkildə sübuta yetirir. 2024-cü ilin noyabr ayında XXX həbs edildikdən sonra Iddiaçı qardaşı XXX binanın komendant otağına yaxınlaşaraq həmin binada bir evlərinin olduğunu bildirmişdir. Bina nəzarətçisi həmin mənzilin cavabdeh1 aid olduğunu Iddiaçı qardaşına bildirmişdir. Həmin şəxs heç mənzilin hansı blok və hansı mərtəbədə yerləşdiyindən belə xəbəri olmamışdır. Bu hadisədən sonra cavabdeh1 məlum olmuşdur ki, XXX və şəriki Iddiaçı tərəfindən dələduzluğa məruz qalmışdır. Dörd ilə yaxın müddət ərzində yaşadığı mənzilin sahibi kimi təqdim edilən Iddiaçı kassator ilə ilk dəfə XXX həbs edildikdən sonra əlaqəyə keçmiş və mənzilin geri alınmasında marağının olmadığını demiş, XXXın ona borclu olduğunu və əsas ona pulunun qaytarılmasının maraqlı olduğunu bildirmişdir. Göründüyü kimi, XXX, XXX və Iddiaçı qabaqcadan əlbir olaraq, planlı şəkildə cavabdeh1 aldadaraq 290.000 manat pulunu ələ keçirmiş, sonradan onun yaşadığı mənzili uydurma alqı-satqı müqavilələri bağlayaraq birinin adından digərinin adına keçirmişlər. Eləcə də, ipoteka saxlayan “xxxx” ASC, ipoteka qoyan Iddiaçı və borc alan XXX arasında bağlanmış ## ######## 2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən borc alan XXX “xxxx” ASC-dən 150.000 manat məbləğində kredit götürmüş, ipoteka qoyan Iddiaçı ona məxsus ipoteka predmetini kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Göründüyü kimi bu fakt özlüyündə X6 Alıyevin əlbirliyini sübut edir. XXX barəsində cinayət işi başlandıqdan və həbs edildikdən sonra onun ortağı Iddiaçı atası Alıyev Yaşar Xanlar oğlu ## ###### 2024-cü il tarixdə XXXun götürdüyü 150.000 manat kredit müqaviləsi üzrə borc məbləğini Bankın 28 may filialında onun əvəzinə ödəyir. Bütün bu sadalananlar sübut edir ki, Iddiaçı digər şəxslərlə birləşərək cavabdeh1 aldatmış və onun külli miqdarda pulunu məsimsədikdən sonra mübahisə predmeti olan mənzili öz adına keçirmişdir. Hazırkı iş üzrə məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənmiş, onları əlaqəli şəkildə şərh etməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməmişdir.

30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

31. Iddiaçı Iddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Mübahisəli mənzilə dair iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsaslar mövcud deyildir. Mənzilin kassatorun hüquqları ilə yüklü olması iş materialları ilə təsdiq olunmur. XXXun və ya Iddiaçı XXXun şəriki, tanışı olması faktı qəbul olunsa belə, bu hal sonuncuya mənzillə bağlı hər hansı şəxslə, o cümlədən cavabdeh1 ilə müqavilə bağlamaq hüququ qazandırmamışdır. Iddianın predmeti olan mənzillə bağlı 2021-ci ildə XXXla razılıq əldə etdiyini iddia edən cavabdeh1, XXXdan mənzilə aid hər hansı sənəd (müqavilə, çıxarış və sair) tələb etməmiş, keçən 3 ildən artıq müddət ərzində mənzilin onun adına rəsmiləşdirilməməsi onda şübhə yaratmamışdır. cavabdeh1 istinad etdiyi qəbz onun Iddiaçı məxsus mənzil üzərində hər hansı hüququnun əmələ gəlməsi üçün əsas yaratmır. cavabdeh1 mənzilin əldə olunması üçün mülkiyyətçi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada yazılı formada mülki əqd bağlamamış, mülkiyyətçiyə mənzilin dəyərini ödəməmişdir. Iddiaçı Iddiaçı vicdanlı alıcıdır və mənzilin yeganə mülkiyyətçisidir.

Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia tələbinə hüquqi qiymət verilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, tətbiq edilməli olman maddi hüquq normasının tətbiqi müzakirə olunmamışdır.

40. Belə ki, Iddiaçı mübahisələndirilən mənzili ## ### 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1 almasını, cavabdeh cavabdeh1 həmin mənzildə yaşamasının qanuni və ya müqavilə əsasının olmamasını iddia etməklə, sonuncunun mənzildən çıxarılmasını tələb edir.

41. cavabdeh1 isə qarşılıqlı iddiasında mübahisəli mənzili XXXndan dəyərini ödəməklə əldə etməsinə, mənzili təmir edərək orada yaşamasına, mənzilin faktiki olaraq ona məxsus olmasına istinad etməklə, qeyd olunan ## ### 2023-cü il tarixli alqı-satqı müqaviləsini uydurma əqd kimi etibarsız hesab edilməsini məhkəmədən xahiş edir.

42. Məhkəmə kollegiyası ilk olaraq qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək, bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

43. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: 1) bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; 2) əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması, birgə nikah dövründə əldə olunmuş əmlakın ər-arvad arasında bölünməsinin qarşısının alınması və s. istisna olunmur. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.

44. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə tərəfləri müqavilənin formal bağlanmasını inkar etdikləri halda, qeyd olunan əlamətlərini sübut etmək vəzifəsi bunu iddia edən şəxsin üzərinə düşür. Lakin, bununla bağlı hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

45. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

46. Digər tərəfdən, qeyd olunmalıdır ki, müqavilənin etibarsız hesab edilməsi kassatorun mübahisəli mənzil üzərində hər hansı hüququnun təsbit olunmasına əsas olmayacaqdır. Belə ki, bu halda mənzil üzərində əvvəlki mülkiyyətçinin - X1 mülkiyyət hüququ bərpa olunacaqdır ki, bununla kassator güdmək istədiyi hüquqi nəticəni hər bir halda nail ola bilməyəcəkdir. Bu səbəbdən ki, kassatorun mübahisəli mənzilə dair əvvəllər və ya hazırda hər hansı hüququnun yaranmasını təsdiq edən qanuni və ya müqavilə əsası müəyyən olunmur.

47. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi ilk iddiaya hüquqi qiymət verərkən işin faktiki hallarını tam araşdırmamış, kassatorun bu hissədə irəli sürdüyü dəlillərinə hüquqi qiymət verməmişdir.

48. Belə ki, bu tələb üzrə cavabdeh bildirir ki, o, mübahisəli mənzilin alınması ilə bağlı XXX ilə razılığa gəlmiş, mənzilin dəyərini sonuncuya ödəmiş, mənzili öz vəsaiti hesabına təmir etmiş və köçüb, uzun müddətdir ki, orada yaşayır. Mənzilin başqa şəxsin mülkiyyətində olması ona məlum olmamış, XXX törətdiyi cinayət əməllərinə görə həbs edildikdən sonra, iddiaçı bu mənzilə iddia etməyə başlamışdır.

49. Işin bu halları (mənzilin cavabdeh tərəfindən təmir edilməsi, onun uzun müddət bu mənzildə yaşaması) iddiaçı tərəf də mübahisələndirmir. Onun tələbi yalnız bu hala əsaslanıb ki, o, mənzili təmirli vəziyyətdə əldə edib, cavabdehin mənzildə yaşaması onun mülkiyyət hüququnu pozur.

50. Iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, mübahisəli mənzil əvvəllər (## ###### 2022-ci il tarixli Çıxarışla) X1 mülkiyyətində olmuş, sonuncu ## ### 2023-cü il tarixli müqavilə ilə həmin mənzili Iddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi satıcının adından etibarnamə əsasında X2 adlı şəxs tərəfindən imzalanmışdır. Bundan sonra, iddiaçı Iddiaçı mənzili XXXnun “xxxx” ASC-dən aldığı kreditin təminatı kimi ## ######## 2023-cü il tarixli müqavilə ilə ipoteka ilə yüklü etmişdir. Bu müqavilə Iddiaçı adından etibarnamə ilə həmçinin X2 tərəfindən imzalanmışdır.

51. Daha sonra, iş materiallarından müəyyən olunur ki, XXX bir neçə şəxsə, o cümlədən cavabdehə qarşı törətdiyi dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bundan sonra, iddiaçı Iddiaçı hazırkı iddia ilə ## ###### 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ilk iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarını, o cümlədən iddiaçı Iddiaçı və mənzilin əvvəlki mülkiyyətçisi olmuş X1 müxtəlif müqavilələrdə eyni şəxs - X2 tərəfindən təmsil olunmasını, iddiaçının mübahisəli mənzili cavabdehə qarşı cinayət əməlləri törətməsinə görə ittiham olunan XXXnun kredit öhdəliklərinə görə ipoteka ilə yüklü etməsini nəzərə almamış, bu şəxslərin əvvəllər də birbiriləri ilə 52.tanış olmalarını, cavabdehin mübahisəli mənzili təmir edib ora köçməsindən əvvəlki mülkiyyətçi və iddiaçının razılıqlarının olub-olmamasını araşdırmamış, belə razılıq olduğu halda isə iddiaçının mülkiyyət hüququna istinad edib, cavabdehin çəkdiyi zərəri və xərcləri ödəmədən mənzildən çıxarılması tələbini irəli sürməklə hüquqdan sui-istifadəyə yol veribverməməsinə hüquqi qiymət verməmişdir.

53. Halbuki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il ## #### tarixli Qərarları).

55. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

56. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh1 başqa icraatda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXXndan və Iddiaçı müştərək qaydada 240000 manat pulun, “xxxx” MTK-dan 50000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.

57. Həmin iddianın Iddiaçı münasibətdə uğurlu olması hazırkı iddianın icrasına da təsir edə biləcəyi nəzərə alınmalıdır.

58. Belə ki, bu halda, cavabdehin Mülki Məcəllənin 562.1-ci maddəsində nəzərdə tutulmuş ləngitmə hüququndan istifadə etmək hüququ yaranmış olacaqdır.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara hüquqi qiymət verməyərək ilk iddianı təmin etməklə, Mülki Prosessual Məcəllənin 88 və 217.3-cü maddələrini pozmuş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq edilməli maddi hüquq normasını tətbiqini müzakirə etməmişdir.

60. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

61. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

62. Odur ki, qətnamə ilk iddianın təmin olunması hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.

63. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi qismən, yəni ilk iddianın təmin olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar