Məhkəmə qərarları › İş №2(1-8)-451/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-451/2026

30.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-451/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ iş № *(1-8)-451/2026 Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək müqaviləsinə xitam verilməsi, müddətli müqavilənin müddətsiz hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və digər tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh publik hüquqi şəxsi tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə Ali Məhkəmənin binasında ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti arasında 2018-ci il ## ######## tarixdə müddətli (Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay) əmək müqaviləsi bağlanmış və o, X1 laborant vəzifəsinə işə qəbul edilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz ərizəsi ilə) əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 2020-ci il ## ###### tarixli əmrinə əsasən İddiaçı və digərlərinin əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxx ilə İddiaçı arasında ## ######## 2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən, o, 2020-ci il ## ######## tarixdən X1 orta və kiçik tibb heyəti üzrə poliklinika təlimatçısı vəzifəsinə qəbul edilmişdir.Əmək müqaviləsi 1 ay sınaq müddəti daxil olmaqla 3 (üç) ay müddətinə bağlanmışdır.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxx ilə İddiaçı arasında ## ######## 2020-ci il tarixli müddətli əmək müqaviləsi hər 3 (üç) aydan bir uzadılmışdır.

5. “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar” bölməsinə əsasən, əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni ## ######## 2022-ci il tarixədək bağlanmışdır.

6. xxxxnin AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qəbul etdiyi 2023-cü il ## #### tarixli əmrlə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin.2023-cü il ## #### tarixli, *(***)- ****/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, intizam tənbehi və əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər ləğv edilmiş, İddiaçı X3 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə bərpası və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi xxxxnin üzərinə qoyulmuşdur.

8. Qətnamə icra edilərək 2024-cü il # ###### tarixli əmrə əsasən İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, 2023-cü il ## ###### tarixli icra vərəqəsinin icrası ilə əlaqədar işə bərpa edilmişdir.

9. xxxxnin 2024-cü il ## ######## tarixli, əmrinə əsasən, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad etməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə yenidən müddətin bitməsi əsası ilə xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, gecikdirilmiş əmək haqqına görə azı 1% ödəncin tutulması, 2024cü il ## ######## tarixli xitam əmrinın ləğvi, əvvəlki vəzifəsinə bərpası, məcburi işburaxma müddəti üçün əmək haqqı və digər ödənişlərin verilməsi, eləcə də son haqq-hesabın düzgün aparılaraq 45 təqvim gününə görə ödənişin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Iddia tələbi işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2018-ci ilin sentyabr ayından etibarən əvvəlcə X1 laborant, 2020-ci ildən isə müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışmış, 2022-ci ilin sentyabr ayından X2 rotasiya olunmuşdur. 2023-cü il ## #### tarixdə əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2023-cü il ## #### tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, apellyasiya və kassasiya instansiyaları tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu əsasla o, 2024-cü il # ###### tarixdə əvvəlki vəzifəsinə bərpa olunmuşdur. Cavabdeh tərəfindən 2024-cü il ## ######## tarixli əmrlə əmək müqaviləsinə yenidən xitam verilmişdir. Iddiaçı göstərir ki, 2018–2024-cü illər ərzində fasiləsiz işlədiyindən əmək müqaviləsi Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətsiz hesab edilməli olduğu halda, əsassız olaraq müddətli müqavilə tətbiq edilmiş və xitam əmri qanunsuz verilmişdir. Bundan əlavə, xitam əmri ona vaxtında təqdim edilməmiş, məzuniyyət hüquqları tam hesablanmamış və son haqq-hesab düzgün aparılmamışdır. Iddiaçıya məcburi işburaxma dövrü üzrə əmək haqqı 488 gün gecikdirilməklə ödənilmişdir. Bu səbəbdən iddiaçı Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən gecikdirilmiş məbləğin hər günü üçün azı 1% ödənc tələb etmişdir. Göstərilən halları əsas götürərək, iddiaçı işdən çıxarılmasını qanunsuz və əsassız hesab etmiş, pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir.

12. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddianın əsassız və qanunsuz olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı 2018-ci il ## ######## tarixdə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş, 2020-ci il ## ###### tarixdə öz ərizəsi ilə işdən çıxmış və bu əmri mübahisələndirməmişdir. Daha sonra 2020-ci il ## ######## tarixdə Agentlik tərəfindən yenidən müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuşdur. Cavabdeh göstərmişdir ki, məhkəmə qərarına əsasən iddiaçı işə bərpa edilmiş və əmək müqaviləsinin müddəti 2024cü il ## ######## tarixədək uzadılmış hesab olunmuş, bu səbəbdən həmin tarixdə müqaviləyə xitam verilməsi qanuni olmuşdur. Həmçinin, məcburi işburaxma dövrü üçün ödənilmiş məbləğin gecikdirilmiş əmək haqqı sayılmadığı və bu səbəbdən 1% ödənc tələbinin əsassız olduğu bildirilmişdir. Bundan əlavə, cavabdeh qeyd etmişdir ki, əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan fasiləsiz 5 il müddət eyni işəgötürənlə mövcud olmamış, iddiaçı əvvəlki işindən çıxaraq sonradan Agentliklə yeni müqavilə bağlamışdır. Məcburi işburaxma müddəti üçün ödənilmiş məbləğə görə 1% ödənc tələbi məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin müvafiq qərarlarına əsasən əsassızdır. Həmçinin, cavabdeh qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinin də qanuni əsası yoxdur. Bu səbəbdən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim L.M.Məmmədova) 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, iddiaçı İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx (Xidmət) ilə bağlanmış 2018-ci il ## ######## tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin 2024-cü il ## ######## tarixli xitam əmrinin ləğv edilməsi; iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxndə əvvəlki vəzifəsinə - X2 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə bərpa edilməsi; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx tərəfindən məcburi işburaxma müddəti üzrə 2024-cü il ## ######## tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı İddiaçı ödənilməsi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2023-cü il Plenum qərarına əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (##.##.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (##.##.2024-cü il) Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxndən tutularaq iddiaçı İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxndən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı belə nəticəyə gəlmişdir ki,iddianın son haqqhesabın14.düzgün aparılmaması və məzuniyyətə görə 45 təqvim gününün ödənilməsi hissəsi isə sübuta yetirilmədiyindən təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbi əsaslıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yerinə yetirdiyi iş daimi xarakter daşıyır, lakin müqavilənin müddətli bağlanmasına onun həqiqi razılığı olmamışdır. Bu səbəbdən məhkəmə tərəflər arasında qarşılıqlı razılığın mövcud olmadığı qənaətinə gəlmişdir.

16. Məhkəmə xüsusilə vurğulamışdır ki, iddiaçının əvvəlki işdən çıxarılması və sonradan yeni qurumda işə qəbulu struktur dəyişiklikləri ilə bağlı olmuş, onun sərbəst iradəsinə əsaslanmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının fasiləsiz olaraq 5 ildən artıq müddətdə eyni qurumda (struktur dəyişiklikləri nəzərə alınmaqla) çalışması nəzərə alınaraq əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Buna görə də məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilməsini qanunsuz hesab etmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 45.1, 45.3, 45.4, 45.5, 47, 73.1, 74.2, 84.1, 172.5, 294, 296, 300-cü və “Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli, “Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə” dair 2023-cü il ## ##### tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18.

19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ƏM-nin 144-cü maddəsi pozulmuşdur. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəməyə təqdim etdiyi sənədlərdə və müəsissənin boşdayanmaya görə ödədiyi əmək haqqı cədvəlində açıq aşkar şəkildə görünür ki, ona istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi ödənilməyib. 2024-cü il ## ######## xitam əmrində də cəmi 4 gün kompensasiya günü hesablanmış, həmin 4 gün də işə bərpa günündən ##.##.2024-cü il tarixdən, ## ######## 2024-cü il tarixə kimi olan dövrdə yığılan 4 gün təşkil edir. Nədənsə məhkəmə bu gözlə görünən halın sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Mən tərəfindən təqdim edilən sənədlər və sübutlar məhkəmə tərəfindən yetərincə dəyərləndirilməmişdir. Bu isə sübutların tam və ədalətli qiymətləndirilməsi prinsipini pozmuşdur. ƏM-nin 132-ci maddə (b) görə qanunsuz və əsassız işdən çıxıralmış işçilər əmək məzuniyyətindən istifadə etmək hüququna malikdirlər, lakin məhkəmə bu halı da düzgün qiymətləndirməmişdir.

20. Cavabdeh Cavabdeh publik hüquqi şəxsi də öz növbəsində apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Şikayətdə qeyd olunmuşdur ki, iddiaçının əmək funksiyaları daimi xarakter daşımır və Agentliyin tabeliyində olan digər reabilitasiya müəssisələrində analoji iş yerləri mövcud deyil. Bu səbəbdən, iddiaçı ilə ##.##.2018 və ##.##.2020-ci il tarixlərində müddətli əmək müqavilələrinin bağlanması qanunvericiliyə uyğun olmuşdur. Həmçinin vurğulanmışdır ki, bu məsələyə artıq Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir; əlavə olaraq, Ali Məhkəmə də Əmək Məcəlləsinin 45 və 47ci maddələrinə istinad edərək müddətli əmək müqaviləsinin bağlanmasını hüquqauyğun hesab etmişdir. Həmçinin Əmək Məcəlləsinin 69 və 79-cu maddələrinə əsasən, işçi əmək müqaviləsini istənilən vaxt öz təşəbbüsü ilə ləğv edə bilər və analıq məzuniyyətində olması bu hüququ məhdudlaşdırmır. Bu səbəbdən, iddiaçı müqaviləni ləğv etdikdən sonra artıq işçi statusunu itirmiş və analıq məzuniyyəti hüququndan istifadə edə, habelə həmin dövrdə yenidən işə qəbul oluna bilməzdi. Bundan əlavə, iddiaçının Agentlikdə fasiləsiz beş ildən artıq işləməsi barədə iddia əsassızdır; belə ki, onunla bağlanmış ##.##.2018-ci il tarixli əmək müqaviləsi müddətli olmuş və o, öz ərizəsinə əsasən ##.##.2020-ci il tarixdə işdən azad edilmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı işdən azad edildikdən təxminən bir ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işlə təmin edilməyinə köməklik göstərilməsi barədə müraciət etmiş, müraciət əsasında Agentlik tərəfindən onunla əvvəlki əmək münasibətlərindən asılı olmayan yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, müddətli müqavilənin müddətsiz hesab edilməsi üçün onun 5 ildən artıq və fasiləsiz davam etməsi tələb olunduğundan, bu şərtlər mövcud olmamışdır. Eyni zamanda, Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ##.##.2024-cü il tarixində icra edilərək iddiaçı işə bərpa olunmuş və ona həmin tarixədək məcburi işburaxma müddəti üçün 14 943,51 manat əmək haqqı ödənilmişdir. Bu baxımdan, əmək haqqının gecikdirilməsi halı baş verməmiş, habelə qanunvericiliyə uyğun olaraq məcburi işburaxma dövrü üzrə ödənişin hesablanması məhkəmə qərarının qüvvəyə mindiyi tarixə deyil, işçinin faktiki işə bərpa olunduğu günədək aparılmışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – E.Kazımov (sədrlik edən), İ.Şirinov və N.Cəfərov) 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Cavabdeh publik hüquqi şəxsin apellyasiya şikayəti isə qismən təmin edilmiş, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2023-cü il Plenum qərarına əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (##.##.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (##.##.2024-cü il) Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxndən tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli Plenum qərarına əsasən müəyyən edilmiş qaydalar nəzərə alınaraq, yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (##.##.2024-cü il) iddiaçının işə bərpa olunduğu tarixədək (##.##.2024-cü il) olan dövr üçün Agentlik tərəfindən gecikdirilmiş əmək haqqına görə azı bir faiz məbləğində ödəncin tutulması barədə tələbin faktiki əsasları mövcud qanuni şərtlərə uyğun gəlmir. Belə ki, bu tələb dispozisiya əlamətləri ilə uzlaşmır. Bu səbəbdən birinci instansiya məhkəməsinin həmin hissə üzrə gəldiyi nəticə düzgün hesab edilə bilməz.

23. Belə ki, irəli sürülmüş iddia tələblərinin qanuni əsası mövcud olduqda və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşdıqda (habelə cavabdehin etiraz və müdafiə hüquqları ilə aradan qaldırılmadıqda), iddia əsaslı hesab edilə bilər. Əks halda, yəni bu uyğunluq mövcud olmadıqda, iddia əsassız sayılmalıdır. Bu halda məhkəmənin hüquqi dəyərləndirməsi başa çatmış hesab olunur və əlavə olaraq irəli sürülmüş dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki onların işin həlli üçün əhəmiyyəti olmur. Hazırkı iş üzrə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli Plenum qərarına əsasən, yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (##.##.2024-cü il) iddiaçının işə bərpa olunduğu tarixədək (##.##.2024-cü il) olan dövr üçün Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxndən tutularaq iddiaçı İddiaçı ödənilməsi, habelə təmin edilməyən digər hissələr üzrə faktiki hallar qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır. Bundan əlavə, həmin tələblər cavabdehin etiraz və müdafiə hüquqları ilə də aradan qalxır. Bu səbəbdən iddia göstərilən hissələr üzrə əsaslı hesab edilə bilməz.

24. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və qərəzsiz araşdırma aparmış, təqdim edilən sübutlar düzgün qiymətləndirilməklə gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin tutulması hissəsi istisna olmaqla, qalan hissələr üzrə düzgün nəticəyə gəlmişdir. Həmin hissələrdə qəbul edilmiş hüquqi qiymətləndirmə işin faktiki hallarına və tərəflərin münasibətlərinə uyğundur və maddi və ya prosessual hüquq normalarının pozuntusu müəyyən edilmir. Iddiaçının apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından və həmin hissələr üzrə qətnamənin ləğvi üçün qanuni əsaslar mövcud olmadığından, qətnamə bu hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin tutulması hissəsində maddi hüquq normasının düzgün tətbiq edilmədiyi, faktların səhv qiymətləndirildiyi müəyyən olunur ki, bu da həmin hissədə qətnamənin ləğvi üçün əsasdır.

25. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində, eləcə də 2020-ci ildən Xidmətin hüquqi varisi kimi əvəz edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh publik hüquqi şəxsdə fasiləsiz olaraq ümumilikdə 6 il müddətdə eyni xarakterli müxtəlif vəzifələrdə işləməsi işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalı idi.

26. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər.

27. Hətta bu hal Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarında da bir daha bir daha vurğulanmışdır. Belə ki, həmin Qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir və bu halda Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğun hesab edilir.

28. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilir ki,...Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. mənafelərinin Işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

29. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt- işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. Bir daha qeyd olunur ki, iddiaçı 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində, 2020-ci ildən Xidmətin hüquqi varisi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh publik hüquqi şəxsdə fasiləsiz olaraq ümumilikdə 6 il müddətdə eyni xarakterli işləri yerinə yetirərək müxtəlif vəzifələrdə işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq işəgötürən iddiaçının məhkəmə qərarına əsasən işə bərpa olunmasından sonra da qanunsuz olaraq əmək müqaviləsinin müddətli olduğu qənaətinə gələrək iddiaçı ilə əmək müqaviləsini ləğv etməklə Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin imperativ tələbini pozmuşdur. Çünki qeyd olunan maddənin tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

30. Bir sözlə, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı 6 illik əmək fəaliyyətində eyni nazirliyin tabeliyində və yanında olan qurumlarda eyni xarakterli işlər üzrə müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının təcrübəsi və gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalıdır. Iddiaçının məhkəmə qərarı ilə işə bərpa edildikdən sonra cavabdehin səlahiyyətli şəxsləri tərəfindən yenidən sınaq müddəti ilə müddətli əmək müqaviləsi bağlamağa məcbur edildiyini bəyan etməsinə baxmayaraq cavabdeh tərəf bu halları hər hansı bir formada ciddi arqumentlərlə təkzib etmir. Demək ki, bu hallar iddiaçının qərəzli olaraq yenidən əmək müqaviləsinə xitam verildiyi barədə gətirdiyi dəlilləri də açıq-aşkar təsdiq etmiş olur.

31. Əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmuşdur. Əslində iddiaçının məqsədi həm də buna nail olmaq olmuşdur.

32. Göstərilənlərlə yanaşı, birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissədə gəldiyi qənaət düzgün olmuşdur. Əvvəla, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi təmin edilmişdir. Əmək qanunvericiliyində məzuniyyət hüququnun həyata keçirilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydası müəyyən edilmişdir. Demək ki, iddiaçı işə bərpa edildiyindən istifadə etmədiyi məzuniyyət hüququndan istifadə edəcəkdir. Buna görə də, hazırkı vəziyyətdə ona istifadə etmədiyi, lakin işə bərpa edildiyi üçün istifadə etmək imkanını da itirmədiyi üçün əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməməlidir.

33. Bundan əlavə, iddia tələbinin “Agentlik tərəfindən 488 gün müddətində gecikdirilmiş 14943,51 manat əmək haqqının azı bir faizi məbləğində ödəncin ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” hissəsi əsassız olduğundan, onun qismən təmin edilməsi də əsaslı olmamışdır. Əvvəla qeyd olunan, yəni ##.##.2023-cü il tarixdən 2024-cü ilin iyul ayına kimi olan dövr iddiaçının məcburi işburaxma dövrü olub və yuxarıda qeyd olunan digər işdə məhkəmə aktlarına əsasən işə bərpa edildiyindən ona məhkəmə qətnaməsinin icra olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı, yəni 14943,51 manat ödənilmişdir. Iddiaçının məhkəmə qətnaməsinə əsasən tutulan həmin məbləğin gecikdirilməsinə görə ən azı bir faiz ödənc tələb etməsi, məhkəmənin isə bu hissənin qismən, yəni kassasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı tarixdən qətnamənin icra olunduğu vaxtadək olan dövr üzrə təmin etməsi əsassız olmaqla yanaşı Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin və Qeyd hissəsinin dispozisiya şərtlərinə uyğun olmamışdır. Çünki əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işçiyə son haqq-hesab ödənilir və işəgötürənin əmək haqqı ödənilməsi ilə bağlı işçi qarşısında hər hansı bir öhdəliyi də qalmır. Azı bir faiz məbləğində ödənc isə işəgötürənin təqsiri üzündən verilməsi gecikdirilən əmək haqqına hesablanır. Məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqı öhdəliyi isə işçinin vəzifəsinə bərpa edilməsi ilə əlaqədar yaranır.

34. Həmçinin iddiaçının gecikdirilmiş əmək haqqına görə hər gün üçün azı bir faiz ödənc tələbi maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olmadığından əsassızdır və birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlməmişdir.

35. Apellyasiya məhkəməsi xüsusilə vurğulamışdır ki,digər hissələr üzrə isə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti daimi xarakter daşıdığından onunla müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkəmə əmək müqaviləsinin ləğvini əsassız hesab etmişdir və iddiaçının işə bərpası, habelə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qanuni hesab etmişdir.

37. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məcburi işburaxma müddəti üçün ödənilmiş əmək haqqına görə əlavə olaraq hər gecikdirilmiş gün üçün bir faiz ödənc tələb edilə bilməz, bu öhdəlik əmək münasibətlərinin davam etdiyi hallara şamil olunur və konkret halda tətbiqi üçün hüquqi əsaslar mövcud deyildir.

38. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 45.1, 45.3, 45.4, 45.5, 47, 68.1, 68.2, 73.1, 73.2, 74.2, 84.1, 135.2, 139, 143, 144, 154.1, 172.4, 172.5, 294, 296, 300-cü və “Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli, “Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə” dair 2023-cü il ## ##### tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh Cavabdeh publik hüquqi şəxsi qətnamədən kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4 və 5-ci hissələrini, habelə 47-ci maddəsinin “f” bəndini düzgün təfsir və tətbiq etməmiş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeni nəzərə almamışdır. Cavabdeh qeyd etmişdir ki, məhkəmənin iddiaçının əmək funksiyalarının daimi xarakter daşıması barədə qənaəti işin faktiki halları ilə təsdiq olunmur. Iddiaçının çalışdığı vəzifə bütün struktur bölmələrdə mövcud olmamış və bu səbəbdən onunla müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyə uyğun olmuşdur. Bundan əlavə, əvvəlki məhkəmə aktları ilə də bu hal artıq hüquqi qiymətini almışdır. Həmçinin cavabdeh müddətli əmək müqaviləsinin bağlanması tərəflərin azad iradəsi və qarşılıqlı razılığı əsasında mümkün olduğunu qeyd edərək, qərarı əsaslı hesab etməmişdir. Cavabdeh Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin də düzgün tətbiq edilmədiyini qeyd etməklə bildirmişdir ki, həmin normaya əsasən müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün müqavilənin fasiləsiz olaraq 5 ildən artıq davam etməsi tələb olunur. Iddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsinə xitam verilmiş, müəyyən fasilədən sonra yeni müqavilə bağlanmışdır. Bu isə əmək münasibətlərində fasiləsizliyin olmadığını göstərir və yeni müqavilə üzrə isə 5 illik müddət tamam olmamışdır.

41. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli Plenum qərarına əsasən, əmək münasibətləri tərəflərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında tənzimlənməlidir. Bu baxımdan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi” müddəası fərdi əmək mübahisələrinə də şamil edilir. Ekspert rəyinə əsasən hesablanmalı olan 33.213,29 manat ödəncin məhkəmə tərəfindən tam təmin olunmaması və apellyasiya instansiyası tərəfindən əsassız olaraq ləğv edilməsi qanunsuzdur.

43. Kassator İddiaçı həmçinin qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilərkən işçiyə istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilməlidir. Təqdim olunmuş sübutlardan açıq şəkildə göründüyü halda, məhkəmə bu faktı düzgün qiymətləndirməmiş və sübutların tam araşdırılması prinsipini pozmuşdur. Bundan əlavə, qanunsuz işdən çıxarılmış işçilərin məcburi işburaxma dövrü üçün hüquqları, o cümlədən məzuniyyət hüququ və müvafiq ödənişlər təmin edilməlidir. Məhkəmə bu hallara da obyektiv hüquqi qiymət verməmişdir. Həmçinin, iddiaçı qanunsuz işdən azad edilmədiyi halda almalı olduğu mükafat və digər ödənişlərdən məhrum edilmişdir ki, bu da nəzərə alınmamışdır. Göstərilənləri nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassız hesab edilərək ləğv olunmalı, iddia tələbi tam həcmdə təmin edilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Cavabdehin kassasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz daxil olmuş, cavabdeh Cavabdeh publik hüquqi şəxsinin kasassiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

45. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

46. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

47. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

48. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

49. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

50. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.

51. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

52. Maddə 73 (2-ci hissə, ##.##.2024-cü ilə kimi qüvvədə olan variant). Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

53. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

54. Maddə 73 (2-ci hissə, ##.##.2024-cü ildən qüvvədə olan variant). Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

55. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

56. Maddə 135. (2-ci hissə). Işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

57. Maddə 139. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır (1). Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

58. Maddə 140. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir (1). 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır (2). Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur (3). Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir (4). Işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir (5). Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər (6). Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir (7).

59. Maddə 143. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir (1). Işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

60. Maddə 144. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (b. 2). Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir (3). Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

61. Maddə 154.1 Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

62. Maddə 172 (1-ci hissə). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

63. Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

64. Maddə 172 (5-ci hissə).Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

65. Maddə 172. Qeyd hissəsi: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

66. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə həm iddianın təmin edildiyi, həm də rədd edildiyi hissələrdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflərin dəlillərinə düzgün hüquqi qiymət vermiş və tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

70. Kollegiya iddia tələbinin rədd edildiyi hissədə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi və qətnamənin əsaslandırıcı hissəsi ilə razılaşaraq təkrar edilməsini zəruri hesab etmir.

71. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, kollegiya apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 41-ci bəndi ilə razı olmasa da (iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməməsi) iddiaçı ilə bağlanmış müddətli müqavilə fasiləsiz olaraq 5 ildən artıq davam etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci bəndinə əsasən müddətsiz əmək müqaviləsi hesab edilməli olduğuna dair iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

72. Iddiaçının əmək fəaliyyətinin fasiləsiz olmadığı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində tutduğu vəzifədən öz ərizəsi əsasında azad edildikdən 1 ay sonra onunla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxx arasında ## ######## 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlandığı, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin düzgün tətbiq edilmədiyinə dair dəlillə bağlı kollegiya qeyd edir ki, bir qayda olaraq qeyd edilən normanın tələbləri baxımından əmək müqaviləsinin “fasiləsiz” davam etməsi dedikdə müddətli müqavilənin müddətinin bitdiyi gündən sonra yeni müqavilənin bağlanması nəzərdə tutulur.

73. Lakin kollegiya hesab edir ki, hüquqi şəxsdə struktur dəyişiklikləri və ya təşkilatı hüquqi formanın dəyişməsi zamanı işçilərin əmək fəaliyyətində onların iradəsindən asılı olmayaraq yaranmış müvəqqəti fasilələri də ehtiva edir. Buna görə də, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, hazırkı halda iddiaçının Cavabdeh yaradılması ilə bağlı əvvəlki iş yerindən azad edilməsi və bir aydan sonra publik hüquqi şəxsdə işə qəbul edilməsi nəticəsində əmək fəaliyyətində işçinin iradəsindən asılı olmayaraq yaranmış fasilə ona münasibətdə Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tətbiqini istisna edə bilməz. Buna görə də iddianın təmin edildiyi hissələrdə qətnamənin kassasiya qaydasında ləğvi üçün əsaslar müəyyən edilmir.

74. Qeyd edilənlərə əsasən kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Cavabdeh İddiaçı və iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar