Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-459/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Beyləqan rayon Türklər bələdiyyəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Beyləqan rayon Türklər bələdiyyəsi cəlb edilməklə) su yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Hazırki iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinin kandarından keçən su yolunun təmizlənərək açılması və törədilən maneənin aradan qaldırılmasını tələb edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.16 ha həyətyanı torpaq sahəsinin kandarından keçən su yolunun təmizlənərək açılması və törədilən maneənin aradan qaldırılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı Qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun SarıSu qəsəbəsi ərazisində yerləşən həyətyanı torpaq sahələrindən 0.16 ha fərdi yaşayış evi, həyətyanı sahə və sair təyinatlı mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evi tikməklə həmin evdə ailəsi ilə birlikdə yaşayır. Lakin qonşusu olan Cavabdeh fərdi yaşayış evinin kandarından keçən dövlətin balansında olan su arxını qeyri-qanuni zəbt etməklə həmin su yolunu qəsdən zir-zibil və torpaqla dolduraraq tam yararsız vəziyyətə salmışdır. Həmin su yolundan nəinki onunla yanaşı kənd sakinləri, Beyləqan rayonu Türklər bələdiyyəsinin balansında olan örüş otlaq sahəsi, həmçinin dövlət mülkiyyətində əkilmiş ağaclar suvarılır. O və aidiyyəti qurumlar cavabdehdən su yolunun açımasını dəfərlərlə xahiş etslər də, cavabdeh öz qanunsuz hərəkətlərinə davam etməkdədir. Hətta onun və Türklər bələdiyyəsinin şikayəti əsasında * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müfəttişi X2 RPŞ-nin əməkdaşlarının iştirakı ilə birlikdə ##.##.2023-cü il tarixdə sözügedən əraziyə baxış keçirərkən Cavabdeh məxsus mal tövləsinin arxasından keçən su kanalının həqiqətən doldurulduğunu görmüşlər. Bu zaman Cavabdeh tövlənin arxasından çıxaraq uca səslə müfəttişin və Beyləqan rayon Türklər bələdiyyəsinin sədri Sabir Yunusovun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra bələdiyyə sədri Beyləqan RPŞ-yə Cavabdeh barəsində tədbir görülməsi üçün şikayət ərizəsi vermişdir. Həmin şikayət ərizəsi əsasında Cavabdeh Beyləqan Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qərarına əsasən 100 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Buna baxmayaraq, cavabdeh hazırda da su yolunu təmizləməkdən imtina edir və qanunsuz hərəkətlərinə davam edir. O, cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi dövlətə məxsus su yolunu açmasını xahiş etsə də, cavabdeh ona əhəmiyyət verməyərək öz qanunsuz əməllərinə davam etmişdir. O, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə müvafiq instansiyalara və aidiyyəti qrumlara müraciət etsə də, onun müraciətləri heç bir nəticə verməmişdir. 4.Məhkəmədə iştirak etmiş cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçının torpaq sahəsinə gedən su yolunu zəbt etməmişdir. Onun istifadəsində olan torpaq sahəsinə su iddiaçının sahəsindən gəlir. Su yolunu kol kos basmışdır. Həmin kolları təmizləmişdir. Istifadə etdiyi torpaq sahəsinin sənədləri yoxdur. Iddiaçının ona qarşı iddiası əsassızdır. Iddiaçıya torpağını suvarmağa heç bir maneçilik törətməmişdir. 5.Beyləqan Rayon Məhkəməsinin # #### 2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə Torpağın mülkiyyətə verilməsinə dair JN-001A, KOD ******** saylı şəhadətnamə əsasında verilmiş 0.16 ha həyətyanı torpaq sahəsinin kandarından keçən su yolunun təmizlənərək açılması və Cavabdeh tərəfindən İddiaçı törədilən maneənin aradan qaldırılması, Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir (hakim Ramiz Nurullayev). 6.Məhkəmə iclasında müəyyən edilmişdir ki, Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı Qərarı ilə iddiaçı və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Sarı Su qəsəbəsi ərazisində yerləşən həyətyanı torpaq sahələrindən 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Iddiaçı həmin həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evi tikməklə həmin evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh Cavabdeh isə fərdi yaşayış evinin kandarından keçən Dövlətin balansında olan su arxını qeyri-qanuni zəbt etməklə həmin su yolunu zir-zibil və torpaqla dolduraraq tam yararsız vəziyyətə salmışdır. Türklər bələdiyyəsinin şikayəti əsasında * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müfəttişi X2 rayon PŞ-nin əməkdaşlarının iştirakı ilə birlikdə ##.##.2023-cü il tarixdə sözügedən əraziyə baxış keçirərkən Cavabdeh məxsus mal tövləsinin arxasından keçən su kanalının həqiqətən doldurulduğu müəyyən edilmişdir. 7.Məhkəmə qeyd etmişdir ki, Beyləqan rayon Sarısu bələdiyyəsinin ## #### 2024-cü il tarixli arayışından görünür ki, Aqrar islahat zamanı Elçin Aslanov adına kolxozun ümumi sahəsi 800 kv metr olan silos quyusu Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı akt ilə 40513 manata ona əmlak payı kimi satılmışdır. Əmlaka gedən su arxı Cavabdeh tərəfindən doldurulmuşdur. 8.Bununla da müəyyən edilmişdir ki, cavabdeh həmin ərazidə qanunsuz olaraq torpaq sahəsi zəbt etmiş, onun həmin yerdə torpağın mülkiyyətində olmasına dair hər hansı bir sübut, sənəd mövcud deyildir. O, qanunsuz olaraq zəbt etdiyi ərazidə iddiaçının su yolunu doldurub bağlamışdır. 9.Məhkəmə hesab etmişdir ki, iddiaçının həyətinə gedən su yolu cavabdeh tərəfindən bağlandığından həmin su yolu açılmalıdır.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.1, 170.2-ci, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Beyləqan Rayon Məhkəməsində ona qarşı özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.16 ha həyətyanı torpaq sahəsinin kənarından keçən su yolunun təmizlənərək açılması və Cavabdeh tərəfindən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işdən göründüyü kimi, iddiaçı başqa bir ərazidə yaşamaqla digər bələdiyyənin ərazisində olan və mülkiyyətçi tərəfindən mübahisələdirilməyən ərazini mübahisələndirmişdir. Halbuki, ərazini mülkiyyətçi özü belə mübahisələndirməmiş, ərazinin onun tərəfindən istifadə olunmasını öz mülkiyyət hüququna qəsd kimi qəbul etməmişdir.
13. Cavabdeh Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisə olunan ərazini o, doldurmamışdır. Həmin sahə uzun müddət istifadəsiz qaldığı və su arxının istiqamətinin dəyişməsi nəticəsində təbii şəkildə dolmuşdur. Torpaq sahəsinin təmizlənməsi onun üçün maneə yaradır. Belə ki, göstərilən su arxı ilə ona məxsus tikili olan tövlə arasında cəmi yarım metr yaxud bir metr məsafə mövcuddur.
14. Cavabdehin nümayəndəsi və vəkil Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, doldurulmuş torpaq sahəsində heç bir tikili mövcud deyil. Su arxı sovet dövründə istifadə olunmuşdur, lakin sonradan yol çəkilməsi nəticəsində arxın qarşısı kəsilmiş və arxın axın istiqaməti dəyişdiyinə görə həmin ərazi istifadəsiz vəziyyətdə qalmışdır. Doldurulan hissə su arxının başqa istiqamətdə keçən qismidir. Sadəcə olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə gedən hissə doldurulmuşdur. Bu torpaq bələdiyyənin mülkiyyətində olduğundan həmin hissə ilə bağlı tələbin irəli sürülməsi yalnız bələdiyyənin səlahiyyətinə aiddir. Həmin ərazidə hər iki şəxs tərəfindən ağaclar əkilmişdir. Ağacların suvarılması Sarısu istiqamətində yolun altından keçən beton kanaldan su götürülməklə də mümkündür. Hazırkı iddia tələbi 0,16 ha torpaq sahəsinə aiddir və bu ərazi doldurulmuş hissədən təxminən 50 metr aralıda yerləşir. Həmin sahədə kanal mövcuddur və suvarma üçün tam əlverişlidir.
15. Iddiaçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli arxın qarşısının kəsilməsi səbəbindən ona məxsus torpaq sahəsinə su gəlmir və bu səbəbdən əkdiyi ağacları və torpaq sahəsini suvara bilmir. 60 metr uzunluqda doldurulmuş hissədən suyu kanalın üzərindən keçirməklə torpaq sahələrini və bağını sulayır.
16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beyləqan rayon Türklər bələdiyyəsinin sədri X1 məhkəmədə izahat verərək bildirmişdir ki, mübahisə olunan torpaq sahəsinin doldurulması onun bələdiyyə sədri seçilməyindən əvvəlki dövrdə baş verdiyindən həmin proses barədə məlumatı yoxdur. Cavabdehin zəbt etdiyi və su arxını doldurduğu ərazi bələdiyyənin örüş torpaq sahəsidir. Cavabdehin həmin sahəyə aid hər hansı sənədi yoxdur. Ancaq su arxına yaxın – 2 metr məsafədə onun tövləsi vardır. Məhz su arxı da ora hər hansı zərər dəyməməsi üçün doldurulmuşdur. Su arxının sonuncu olaraq çatdığı sahə İddiaçı məxsusdur. Belə ki, doldurulmuş arx həm onun mülkiyyətində olan 0,16 ha torpaq sahəsi, həm 800 kv.m əmlak payı, həm də bələdiyyə mülkiyyətində olan torpaq sahələri və orada əkilmiş ağacların suvarılması üçün nəzərdə tutulmuşdur. 1999-cu ildə çatışmayan torpaq sahəsinin kompensasiyası kimi iddiaçıya əmlak payı verilmişdir. Mübahisə edilən hissədən keçən arx vasitəsilə su İddiaçı həyətyanı sahəsinə və əkdiyi ağaclara yönəlir.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Pərviz Əhmədov-sədrlik edən və məruzəçi, Ilham Əsədov və Tofiq Heydərov).
18. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, mübahisəli olan və 60 m məsafəsi Cavabdeh tərəfindən yararsız hala salınaraq doldurulmuş su arxı vasitəsilə Aqrar islahat zamanı Elçin Aslanov adına kolxozun ##.##.1999-cu il tarixli ** saylı akt ilə 40513 manata İddiaçı Nusrət oğluna əmlak payı kimi satılmış sahə, İddiaçı Nusrət oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Sarısu qəsəbəsinin ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi, habelə İddiaçı Nusrət oğlu tərəfindən əkilmiş ağacların suvarılması və kənd təsərrüfatı işlərinin aparılması üçün nəzərdə tutulmuşdur.
19. Işə baxılan zaman mütəxəssis tərəfindən rəy verilməsi zəruriyyəti yaranmışdır.
20. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ## ####### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı rəyində qeyd olunmuşdur ki, mübahisəli su arxı ümumi istifadədə olmaqla iddiaçıya məxsus, həmçinin onun istifadəsində olan torpaq sahələrinə, eyni zamanda bələdiyyə mülkiyyətində olan torpaq sahəsində əkilmiş ağacların suvarılması üçün nəzərdə tutulmuşdur. Bu fakt mütəxəssis rəyində və ona əlavə edilmiş ölçü planda əksini tapmış cizgilərdə (onun qeydində) açıq şəkildə göstərilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli su arxı mütəxəssis rəyindən də görünür ki, ümumi istifadədə olmaqla iddiaçıya məxsusdur, həmçinin onun istifadəsində olan torpaq sahələrinə, eyni zamanda bələdiyyə mülkiyyətində olan torpaq sahəsində əkilmiş ağacların suvarılması üçün nəzərdə tutulmuşdur.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda adıçəkilən sahələrə suvarma üçün alternativ su mənbələrinin (kanal, artezian və s.) mövcudluğu belə, əvvəllər nəzərdə tutulmuş su arxının doldurulmasına əsas verə bilməz.
23. Göründüyü kimi, mübahisəli – doldurulmuş su arxı vasitəsilə həm iddiaçının faktiki istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsi və orada əkilmiş ağaclar, həm də iddiaçının mülkiyyətində olan 0,16 ha torpaq sahəsi və onun əmlak payı hissəyə suyun verilməsi həyata keçirilmişdir.
24. Eyni zamanda doldurulmuş su arxı iddiaçıya məxsus əmlak payı olan 800 kv.m sahəyə də suyun verilməsi üçün nəzərdə tutulmuşdur. Hətta, həmin sahənin yanından Sarısu kanalının keçməsi faktı da doldurulmuş su arxının açılmasına mane olmamalıdır.
25. Bununla da məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, yuxarıda göstərilənlər baxımından hazırki halda ümumi istifadədə olan su arxının açılması barədə iddiaçının subyektiv hüququnun mövcudluğu istisna edilmir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü, Torpaq Məcəlləsinin 47.2, 47.3, 111-ci maddələrinə, Insan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, Insan Hüquqlarının və X7 Haqqında Konvesiyanın * saylı Protokolunun 1-ci maddəsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 11-ci maddəsinin 3-cü bəndinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işə yenidən araşdırılması üçün həmin məhkəmə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya məhkəməsi iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən su yolunun mövcud olmasına baxmayaraq, iddia tələbi olmayan tələb üzrə (gələcəkdə mülkiyyət hüququ ilə ona məxsus olacaq əmlaka görə) qətnaməni özlərinin subyektiv fikirləri ilə əsaslandıraraq, apellyasiya şikayətini təmin etməmişlər. Mübahisəli su kanalı deyilən ərazi Beyləqan rayonu Türklər kəndinin ərazisi olmaqla, Beyləqan rayonu Sarısu qəsəbəsinin sakini olan iddiaçını özü tərəfindən öz hissəsi bağlanmış, kanal yararsız hala düşdüyü və faktiki olaraq öz təyinatını itirdiyinə görə, uzun müddət istifadə edilmədiyinə görə dolmuşdur. Iddiaçın həmin kanalın yenidən qazılmasında qanuni marağı mövcud deyil, belə ki, onun həm həyətyanı torpaq sahəsinə, həm də əkdiyi ağaclara su gəlir və bununla bağlı heç bir problem yoxdur. Iddiaçı həmin kanalı yenidən qazdırmaqla, su aparmaq yox (zatən həmin kanaldan iddiaçının istinad etdiyi ərazilərə suyun çıxması belə mümkün deyil, çünki həmin torpaq sahəsi relyef quruluşuna görə kanaldan hündürdə yerləşir), onun istifadəsidə olan Beyləqan rayonu Türklər kəndinin ərazisi olan torpaq sahəsinə daxil olmağını əngəlləmək və həmin torpaq sahəsini özü istifadə etmək istəməsi ilə bağlıdır. Bu hallar məhkəmə iclasında sübuta yetsə də, məhkəmə əmlaka gələcəkdə qanuni gözləntini əsas tutaraq, səhv nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki həmin torpaq sahəsi Beyləqan rayonu Türklər bələdiyyəsinin mülkiyyətində olmaqla, iddiaçıya gələcəkdə məxsus ola bilməz.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmələr bu normanın tələblərinə əməl etməmiş, sonda əsassız nəticəyə gəlmişlər.
30. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə qətnamə qəbul etməklə, həm iddia tələbindən kənara çıxmış, həm də işin halları ilə əlaqədar olmayan nəticəyə gəlmişdir. Belə ki, mülki iş üzrə təyin edilmiş ekspertiza nəticəsində verilmiş mütəxəssis rəyindən görünür ki iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən su yolu açıqdır. Mübahisəli su kanalının bir hissəsini isə iddiaçı özü dolduraraq su kanalını "kor" vəziyyətə gətirmişdir. Belə ki, Cavabdeh evinin yanından keçən su arxının davamı ondan qabaq elə iddiaçının özü tərfindən doldurulmuş, həmin hissədə ağac əkilmiş, həmin ağaclara isə Sarısu qəsəbəsinə gedən asfalt yola paralel olaraq əhalinin həyətyanı torpaq sahələrinin və pay torpaqlarının suvarılması üçün istifadə olunan beton kanaldan su verilmişdir. Məhkəmə kanalın bir hissəsinin elə iddiaçının həyətyanı torpaq sahəsinin yanında onun özü tərfindən doldurularaq "kor" vəziyyətə gətirilməsinə və həmin su kanalının yararsız vəziyyətdə olmasına və həmin kanalla iddiaçının iddia etdiyi torpaq sahəsinə suyun axıdılmasının mümükün olmamasına (belə ki iddiaçının torpaq sahəsi həmin kanalın özünün səviyyəsindən yüksək olmaqla, ora suyun axıdılması praktiki olaraq mümükün deyildir) nəzər yetirməmişdir. 31.Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyanın 60, 71-ci maddəsinin İ hissəsi, Mülki Prosessual Məcəllənin 76.1, 218.3, 385.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli * saylı Qərarına istinad edərək əsaslandırmışdır.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
34. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
38. Maddə 47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır.
39. 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir.
40. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
41. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbirstanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
“Torpaq islahatı haqqında” Qanun
42. Maddə 11 (bənd 3). Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir.
43. Maddə 14. (Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası) torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
38. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.