Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-465/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı6, iddiaçı3, iddiaçı1, iddiaçı5, iddiaçı2 və iddiaçı4 cavabdeh Neftçala rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakın vərəsələr arasında bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı6 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Neftçala rayon Aqrar Islahat Komissiyasının ## ######## 2002-cü il tarixli, ** saylı (JN- 1476 F kod ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) qərarı ilə miras qoyan mərhum X9 ünvan 1 ünvanında 0,04 hektar həyətyanı torpaq sahəsi verilmişdir.
2. Miras qoyan X9 ##.##.2004-cü ildə, onun həyat yoldaşı isə ##.##.1990-cı ildə vəfat etmiş, birgə nikahlarından iddiaçı6, iddiaçı3, iddiaçı1, X2 və X3 adlı 5 övladı olmuşdur.
3. Vərəsələrdən iddiaçı6, iddiaçı3 və iddiaçı1 sağdırlar. Lakin vərəsələr X2 ##.##.2009-cu, X3 isə ##.##.2018-ci il tarixlərində vəfat etmişdir.
4. ##.##.2009-cu ildə ölmüş X2 vəfatından sonra arvadı- iddiaçı5, övladları: iddiaçı2 və iddiaçı4 adında vərəsələri qalmışdır.
5. ##.##.2018-ci ildə ölmüş X3 isə X4 adında vərəsəsi qalmışdır.
6. Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı, ## #### 2010-cu il tarixli qətnaməsi ilə X3 atası X9 verilmiş ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 m2, yaşayış sahəsi 134,4 m2, köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı yaşayış evinin miras əmlakı kimi qəbul etməsi faktı müəyyən edilmiş, mərhum atasından qalmış həmin torpaq sahəsi və yaşayış evinin X3 adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi qət edilmişdir (X3 ##.##.2010-cu il tarixdə ******* nömrəli çıxarış verilmişdir).
7. X10 ## #### 2009-cu il tarixdə vəfat etmiş qardaşı X2 vərəsələri - maraqlı şəxslər iddiaçı5, iddiaçı2 və iddiaçı4 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı, ## #### 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2022-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı, ## #### 2010-cu il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, həmin qətnamə əsasında X3 verilmiş ##.##.2010-cu il tarixli çıxarış və Daşınmaz Əmlakın Texniki Pasportu ləğv edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçılar iddiaçı6, iddiaçı3, iddiaçı1, iddiaçı5, iddiaçı2 və iddiaçı4 # #### 2022-ci il tarixdə iddia ərizəsi və sonradan iddianın dəyişdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ### 2004-cü il tarixdə ölmüş X9 miras qalmış əmlakın qəbulu müddətinin üzrlü səbəbdən ötürülməsi, mirasın qəbul edilməsi müddətinin bərpa olunması və X9 məxsus ünvan 2 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 m2, yaşayış sahəsi 134,5 m2, köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı fərdi yaşayış evinə dair iddiaçılar : iddiaçı6 1/5, iddiaçı3 1/5, iddiaçı1 1/5, iddiaçı5 1/15, iddiaçı2 1/15 və iddiaçı4 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala Rayon Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2022-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı, ## #### 2010-cu il tarixli qətnaməsinin icrasında dönüş edilmiş və həmin qətnamə əsasında Mehtiyev Vidadiyə verilmiş ##.##.2010-cu il tarixli çıxarış və texniki pasport ləğv edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
11. Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2022-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – Ə.Tağıyev).
12. Məhkəmə tərəflərin izahatları və iş materiallarına ilə müəyyən etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1159.1.1, 1243, 1246, 1248.1, 1321.1, 1321.2-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Qətnamədən hüquq və maraqlarına toxunan şəxs X4 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb edilən fərdi yaşayış evi, ümumiyyətlə, mərhum Mehtiyev Məmmədin mülkiyyətində olmamışdır. Qətnamədə fərdi yaşayış evinin tikintisinin 1999-cu il olduğu göstərilsə də, evin tikintisi 2010-cu ildə başa çatdırılmışdır. Bu tarix də Mehtiyev Məmmədin ölümündən sonrakı dövrə təsadüf edir. Bu kimi halları araşdırmadan məhkəmənin fərdi yaşayış evinin paylara bölünməsi və mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul etməsi tamamilə qanunsuzdur. X3 şəhəri, Asif Mütəllimov küçəsi, ev 49 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqları tanındıqdan sonra həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmiş və ## #### 2010-cu il tarixində də həmin fərdi yaşayış evinə texniki pasport tərtib etdirmişdir. Həmin fərdi yaşayış evi də 2018ci ildə Vidadi Mehtiyevin ölümündən sonra qızı Luiza Mehtiyeva vərəsəlik qaydasında miras əmlak olaraq qalmışdır. Fərdi yaşayış evinin çıxarışı hal-hazırda X4 mənsubdur. Beləliklə, fərdi yaşayış evi X5 babası X9 qalan miras əmlak olmamışdır. Həmin fərdi yaşayış evi Mehtiyev Vidadi tərəfindən inşa etdirildiyindən, texniki pasport da məhz Mehtiyev Vidadinin adına tərtib edilmişdir. Onun ölümündən sonra da qızı X4 miras olaraq qalmışdır. Arvadı ilə sağ ikən boşandığından da ona miras əmlak qalmamışdır. Ümumiyyətlə ## #### 2010-cu il tarixində Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı qətnaməsindən başqa digər işlər üzrə mərhum X3 qızı X4 icraata cəlb edilməmişdir. Belə ki, nə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qərardadı qəbul edilən zaman, nə də Neftçala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi qəbul edilən zaman hüquqlarına və mənafelərinə toxunulan X4 (qanuni nümayəndəsi X7) işə cəlb edilməmiş, onun iştirakı olmadan hazırkı qətnamə ilə atasına məxsus olan fərdi yaşayış evi üzərində əsassız olaraq paylar müəyyən edilmişdir. Bu da hakim tərəfindən prosessual və maddi normaların pozulmasının bariz nümunəsidir. X4 qərəzli olaraq məhkəmə proseslərindən uzaq tutulmağa çalışılmışdır. Işlə bağlı iki məhkəmə iclası keçirilmiş olsa da, X4 və onun qanuni nümayəndəsi X7 heç bir məlumat verilməmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və iddia qismən təmin edilərək X9 məxsus ünvan 1 ünvanında yerləşən 0,04153 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı6 1/5 hissə, iddiaçı3 1/5 hissə, iddiaçı1 1/5 hissə, X2 1/5 hissə və X3 1/5 hissədə paylarının müəyyən edilməsinin və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala rayon notariat ofisinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər: C.Imanov – sədrlik edən və məruzəçi, Q.Əliyev və T.Kərimov).
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların iddia ərizəsi ##.##.2022-ci il tarixdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Lakin məhkəmə birinci növbə olan vərəsəni – Luiza Mehtiyevanı nə cavabdeh qismində, nə də ki, üçüncü şəxs kimi işə cəlb etməmiş, iddiaçı5 və onun qanuni nümayəndəsi X7 məhkəmə iclasının yeri və vaxt barədə hər hansı məlumat verməməklə iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Göründüyü kimi qətnamə qəbul edilərkən MPM-in tələblərinin kobud surətdə pozulması hallarına yol verilmişdir.
18. Məhkəmə kollegiyası vurğulamışdır ki, mübahisəli torpaq sahəsində inşa edilmiş yeni 220,4 m2 olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evi miras qoyanın sağlığında inşa edilmiş ev olmamış, həmin ev 2008-2010-cu illərdə inşa edilmiş, bu səbəbdən də həmin fərdi yaşayış evi miras əmlakı hesab edilməyindən məhkəmə tərəfindən həmin ev üzərində iddiaçıların payı müəyyən edilə bilməzdi.
19. Birinci instansiya məhkəməsi torpaq üzərində iddiaçıların payını müəyyən edərkən miras qoyanın miras açılan 2004-cü il tarixinə oğlu Vaqifin və Vidadinin sağ olmasını nəzərə almamış, miras əmlakı olan torpaq üzərində Vaqifin arvadı - iddiaçı5 1/15, övladları iddiaçı2 1/15 və iddiaçı4 1/15 hissədə paylarını müəyyən etmiş, Vidadinin övladı Luiza Mehtiyevaya münasibətdə isə payını müəyyən etməmişdir.
20. Neftçala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, 2(053) ***/**** saylı qətnaməsi üzrə iddia ərizəsində ümumi sahəsi 220,4 m2, yaşayış sahəsi 134,5 m2, köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı ikimərtəbəli yaşayış evinin 1999-cu ildə tikilməsi göstərilmişdir. Lakin kollegiyanın iclasında müəyyən edilmişdir ki, mübahisəli 0,04 ha torpaq sahəsi üzərində fin evi mövcud olmuş, həmin ev mərhum X9 məxsus olmuşdur. Lakin həmin köhnə fin evi vərəsələrdən Vidadi tərəfindən 2008-ci ildə sökülmüş və 2008-2010-cu illər ərzində həmin həyətdə yeni 220 m2-lik fərdi yaşayış evi inşa edilmişdir. Bu halı tərəflərin heç biri mübahisələndirmədiyi üçün bu hal işin mübahisəsiz halını təşkil edir.
21. Apellyasiya baxışında, həmçinin müəyyən edilmişdir ki, miras qoyandan mirasa açılan əmlak yalnız ünvan 1 ünvanında yerləşən 0,04153 ha həyətyanı torpaq sahəsindən ibarətdir. Miras qoyanın vərəsələri isə iddiaçı6, iddiaçı3, iddiaçı1, X2 və X3r.
22. Belə olduqda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ###### 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyandan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,04153 ha həyətyanı torpaq sahəsi üzərində hər bir vərəsənin 1/5 payı movcud olacaqdır.
23. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Mülki Məcəllənin 225.1, 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1243, 1245, 1255 1301.1-1301.3cü, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Iddiaçı iddiaçı6 kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 m2, yaşayış sahəsi 134,5 m2, köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı ikimərtəbəli yaşayış evinə münasibətdə olan hissəsinin ləğv edilməsi və iddiaçı iddiaçı6 tərəfindən irəli sürülmüş iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsi, Mülki Məcəllənin 1151, 1256 və 1301-ci maddələri üzrə - yaşayış evi ilə bağlı məhkəmənin mövqeyi işin faktiki halları, miras hüququnun prinipləri və ədalət meyarı ilə uzlaşmır. Belə ki, miras əmlakı olan torpaq sahəsi üzərində hələ 1999-cu ildə yaşayış evi mövcud olmuş, yəni daşınmaz əmlak mərhum Məmməd Mehtiyevin sağlığında formalaşmışdır. Bu yaşayış evi miras qoyanın vəfatı anında mövcud olduğundan qanunvericilikdə mirasın açılması və tərkibinin müəyyən edilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalara əsasən miras əmlakı hesab edilir. Sonradan 2008–2010-cu illərdə həmin yaşayış evinə dair təmir tikinti işləri aparılmışdır. Sözügedən yaşayış evinin tikintisində digər vərəsələr, xüsusilə də iddiaçı6 tərəfindən kömək olsun deyə müəyyən miqdarda maliyyə vəsaiti və əmək sərf edilmiş, tikinti prosesi qardaşlıq və ailə həmrəyliyi prinsipləri əsasında həyata keçirilmişdir. Sözügedən əmlak heç vaxt yalnız bir vərəsənin şəxsi mülkiyyəti kimi formalaşmamış və ya bütün xərclər bir vərəsə tərəfindən qarşılanmamışdır. Təmir-tikinti işləri həyata keçirildikdən sonra Vidadi Mehtiyev sözügedən yaşayış evini öz adına rəsmiləşdirmək üçün məhkəməyə müraciət etmişdir. iddiaçı6 da daxil olmaqla, digər vərəsələr mərhum qardaşlarının evin Vidadi Mehtiyevin adına sənədləşdirilməsi ilə bağlı etirazlarının olmadığına dair ifadənin məhkəmədə deyilməsinə ehtiyac yarandığından, heç bir etirazları olmadıqlarını qeyd etmişlər. Iddiaçı qardaşına olan etimadına, ailə münasibətlərinə və birgə çəkilmiş zəhmətə güvənərək 2010-cu ildə aparılmış qeydiyyata qarşı etiraz etməmişdir. Lakin bu hal mirasdan və ya mülkiyyət payından imtina kimi qiymətləndirilə bilməz, çünki iddiaçı tərəfindən mirasdan imtina ilə bağlı heç bir yazılı və hüquqi qüvvəyə malik iradə ifadəsi təqdim edilməmişdir. Digər tərəfdən isə Vidadi Mehtiyev qeydiyyatın aparılması zamanı digər ailə üzvlərinin, o cümlədən iddiaçının razılığının zəruri olduğunu bildirərək, özü də həmin əmlakın yalnız ona məxsus olmadığını faktiki olaraq etiraf etmişdir. Əgər bu əmlak doğrudan da miras əmlakı deyildisə və yalnız Vidadi Mehtiyevə məxsus idisə, həm onun, həm də məhkəmənin digər vərəsələrin razılığını tələb etməsi hüquqi baxımdan izahsız qalır. X8 özü də miras əmlaklarını dövlət qeydiyyatına aldırmaq üçün məhkəməyə müraciət edən zaman həmin yaşayış evinin 1999-cu ildə tikildiyini qeyd etmiş və bunun əksini göstərəcək heç bir ifadə verməmişdir. Əgər həqiqətən də həmin yaşayış evi miras əmlakı deyildisə, hansı səbəbdən Vidadi Mehtiyev tərəfindən məhkəmə prosesi ərzində bununla bağlı heç bir ifadə işlətməmişdir, halbuki həmin yaşayış evinin miras əmlakına aid olmadığını qeyd etsə idi, məsələ onun xeyrinə daha rahat həll olunardı. X1 məhkəməyə müraciət edərkən sözügedən fərdi yaşayış evini miras əmlakı olaraq bildirərək və məhkəmə prosesi ərzində də bunun əksini göstərəcək heç bir ifadə işlətməyərək birbaşa olaraq həmin fərdi yaşayış evinin miras əmlakı olduğunu öz iradə ifadəsi ilə təsdiqləmişdir.
26. Məhkəmə tərəfində də qeyd edildiyi kimi sözügedən yaşayış sahəsi 2008-2010-ci illərdə tikilmişdirsə, 1999-cu ildə tikilən və mərhum Məmməd Mehtiyevə məxsus, vəfatından sonra isə miras açılan zaman isə miras əmlakına daxil olan faktiki yaşayış sahəsinin aqibəti necə oldu? Həmin fərdi yaşayış evinə dair müəyyən təmir-tikinti işlərinin aparılması miras əmlakının ortadan yoxa çıxması demək deyildir. Əksinə digər vərəsələr də həmin evin tikintisinə maliyyə vəsaiti qoymuş və hər biri bu evin əslində miras qalan əmlak olduğunu bilirdilər. Məhkəmə öz mövqeyini əsaslandırarkən Vidadi Mehtiyevin uzun müddət həmin evdə yaşadığı qeyd etmişdir. Lakin bunu təsdiq edəcək heç bir sübuta əsaslanmamışdır. Məhkəmə tərəfindən kifayət qədər araşdırma aparılsa idi, Vidadi Mehtiyevin 2011-ci ildən etibarən xaricdə yaşadığını müəyyənləşdirərdi. Məhkəmənin biganə yanaşdığı yeganə məsələ bu da deyildir, israrla həmin evin miras əmlakına daxil olmadığını, miras açıldıqdan sonra tikildiyini qeyd etsə də, bu mövqeyini heç bir arqumentlə əsaslandırmamış, apellyasiya şikayəti verən tərəfin sözlərinə “etimad” etmişdir.
27. Mübahisənin daha obyektiv həll edilməsi üçün nəzərə alınmalı digər bir məsələ sözügedən miras əmlakları ilə bağlı mübahisə nə vaxt yaranmışdır və bu mübahisənin yaranmasına təkan verən hal nə olması ilə bağlıdır. Miras açılmasından sonra, həmin fərdi yaşayış evində təmir-tikinti işləri aparılmışdır, bu müddət ərzində normal olaraq digər vərəsələrin də bundan xəbəri olmuş, hətta müəyyən qədər maddi vəsait yatırmaqla ata ocaqlarının yaxşılaşdırılmasına köməklik göstərilməsindən geri durmamışdırlar. Daha sonra isə sözügedən əmlakla bağlı gələcəkdə hər hansı bir problem yaşanmaması üçün qardaşlarına etibar nəticəsində həmin əmlaklar Vidadi Mehtiyevin adına rəsmiləşdirilmişdir. Bundan sonrada hər hansı bir problem yaşanmamış, Vidadi Mehtiyev xaricə gedərək orada yaşamağa başlamışdır. Lakin sonuncunun vəfatından sonra artıq sözügedən əmlakla bağlı mübahisələr yaranmışdır. Bunun əsas səbəbi də Qanuni nümayəndə sözügedən yaşayış evini satmaq üçün atdığı addımlardır. Məhz Qanuni nümayəndə tərəfindən mərhum Vidadi Mehtiyevə məxsus olan digər əmlakların da satılmasına dair məlumatlar mövcuddur. Məhz vərəsələrin atalarından yadigar qalan və bu qədər maddi vəsait qoyduqları bir yaşayış evinin başqa şəxslərin mülkiyyətinə keçməsini istəməmələri normal hal olmaqla, həmçinin onların qanunla təsbit edilən hüquqlarıdır. Məhkəmənin bütün bu məsələləri gözardı edərək heç bir əsaslı səbəb olmadan həmin yaşayış evinin miras əmlakı hesab edilməməsi qənaətinə gəlməsi heç də düzgün bir yanaşma deyildir.
28. MPM-in 9.1, 9.3, 14.1, 14.2, 217.1-217.3 və 220.4-cü maddələri üzrə - məhkəmə tərəfindən işə baxılan zaman bir sıra prosessual pozuntulara yol verilmiş, mülki prosessual qanunvericiliyin əsas prinsiplərinə riayət edilməmiş, bu isə qəbul edilmiş qətnamənin qanuniliyinə və əsaslılığına ciddi şəkildə xələl gətirmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə faktiki halları lazımi səviyyədə araşdırmamış, mühüm əhəmiyyət kəsb edən sübutlara və arqumentlərə hüquqi qiymət verməmiş, nəticədə qərarını birtərəfli və natamam qiymətləndirmə əsasında formalaşdırmışdır. Eyni zamanda, qəbul edilmiş qətnamədə məhkəmənin gəldiyi nəticələrin hansı faktiki hallara və hansı sübutlara əsaslandığı aydın şəkildə göstərilməmiş, yaşayış evinə münasibətdə iddianın rədd edilməsinin motivləri kifayət qədər əsaslandırılmamışdır.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
32. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
34. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
35. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
36. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
37. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
38. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.
39. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.
40. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.
41. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 m2, yaşayış sahəsi 134,5 m2, köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı ikimərtəbəli yaşayış evi ilə bağlı hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, ünvan 1 ünvanda yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 m2, yaşayış sahəsi 134,5 m2, köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı ikimərtəbəli yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilərək iş həmin hissədə təkrar apellyasiya baxışına qaytarılmalıdır.
50. Belə ki, mülki prosesdə sübutetmə predmeti dedikdə, işin düzgün həlli üçün sübut edilməli olan halların məcmusu başa düşülür. Sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə həmin mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunu ilə müəyyən olunur.
51. Mülki prosesdə işin mübahisəsiz halları dedikdə isə MPM-in 82-ci maddəsində göstərilən hallar, habelə tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Sonuncu ilə bağlı qeyd edilir ki, MPM-də həmin məsələ birbaşa tənzimlənməsə də, məhkəmə təcrübəsi belə formalaşmışdır ki, belə hallar işin mübahisəsiz halları kimi qiymətləndirilir. Eyni zamanda, işin mübahisəsiz halları müəyyən edilərkən MPM-in 81-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Ona görə də, tərəflərin mübahisələndirmədiyi hallar və ya etiraf etdiyi faktlar MPM-in 81-ci maddəsində göstərilən hallara aid olduqda, həmin hallar tərəflərin mövqeyi ilə deyil, yalnız müvafiq qanunda və ya digər normativ hüquqi aktlarda müəyyən edilən sübutetmə vasitələri ilə təsdiq edilməlidir.
52. Apellyasiya instansiyası qətnaməsində qeyd etmişdir: “Kollegiyanın iclası zamanı qətnamə hüquq və maraqlarına toxunan şəxsin nümayəndəsi (vəkili) X6, iddiaçılar iddiaçı6, iddiaçı1, iddiaçı5, iddiaçı2, həmçinin iddiaçı iddiaçı6 nümayəndəsi (vəkili) Nümayəndə izahatları nəticəsində müəyyən edilmişdir ki, mübahisəli 0,04 ha torpaq sahəsi üzərində fin evi mövcud olmuş, həmin ev mərhum X9 məxsus olmuşdur. Lakin həmin köhnə fin evi vərəsələrdən Vidadi tərəfindən 2008-ci ildə sökülmüş və 2008-2010-cu illər ərzində həmin həyətdə yeni 220,4 kv/m-lik fərdi yaşayış evi inşa edilmişdir. X3 bir müddət həmin evdə yaşamışdır. Bu hal işin mübahisəsiz halını təşkil edir”.
53. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışında olarkən ##.##.2024, ##.##.2024 və ##.##.2025-ci il tarixlərində 3 dəfə baxış iclası keçirilmiş və ilk baxış iclasının protokolundan görünür ki, iddiaçı iddiaçı6 və onun vəkili Nümayəndə (sonuncu iclasda iştirak etməmişdir) mübahisə olunan fərdi yaşayış evinin miras əmlaka daxil olması və həmin evin iddiaçıların da köməkliyi sayəsində tikilməsi ilə bağlı izahatlar (bax: iş materialları II cild, səhifə 11-12) vermişlər.
54. Həmçinin, digər baxış iclaslarında apellyasiya instansiyası məhkəməsinin işin mübahisəsiz halı kimi müəyyən etdiyi, fərdi yaşayış evinin Vidadi tərəfindən inşa edilməsi halı ilə bağlı iddiaçılar tərəfindən hər hansı izahat verilməmiş, bu hal yalnız Luiza Mehtiyevanın vəkili Sübhan Əliyevin izahatlarında öz əksini tapmışdır.
55. Yuxarıda da qeyd olunduğu kimi mülki prosesdə işin mübahisəsiz halları dedikdə, MPMin 82-ci maddəsində göstərilən hallar, habelə tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Lakin hazırkı iş üzrə iddiaçılar Luiza Mehtiyevanın vəkili Sübhan Əliyevin miras əmlakın Vidadi tərəfindən tikilməsi, iddiaçılar tərəfindən yardımın edilməməsi ilə bağlı izahatlarını təsdiqləməmiş, əksinə mübahisələndirmişlər. Lakin həmin halın apellyasiya instansiyası məhkəməsi tərəfindən işin mübahisəsiz halı kimi qiymətləndirilməsi doğru olmamışdır.
56. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, miras qoyan vəfat edən tarixdə mübahisəli torpaq sahəsində ümumi sahəsi 69 kv.m olan köhnə 3 otaqlı ev olmuş və bu ev 2008-ci ilədək mövcud olmuşdur. Belə ki, 2008-ci ildə qeyd edilən köhnə ev sökülərək məhv edilmiş və 2008-2010-cu illərdə həmin həyətyanı torpaq sahəsində yeni 220,4 m2 ev inşa edilmişdir.
57. Bunun davamı olaraq apellyasiya instansiyası belə nəticəyə gəlmişdir ki, göründüyü kimi ümumi sahəsi 69 m2 olan köhnə ev sökülərək məhv edildiyindən yeni inşa edilmiş 220,4 m2 ev mirasa açılmış ev hesab edilə bilməz.
58. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
59. Bundan başqa Mülki Məcəllənin 1157-ci maddəsinə görə əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur.
60. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz hallarından biri miras qoyanın vəfat etdiyi tarixdə mübahisəli torpaq sahəsində yaşayış evinin mövcud olması və bu evin miras əmlakına aid olmasıdır.
61. Hazırkı işdə də miras qoyan X9 2004-cü ildə vəfat etdikdən sonra miras əmlak, yəni mübahisəli torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi onun qanun üzrə birinci növbəli vərəsələri olan 5 övladına mənsub olmuşdur.
62. Belə ki, vərəsələr tərəfindən miras əmlakın (məsələn yaşayış evi) yaxşılaşdırılması, sökülərək yenidən tikilməsi və ya genişləndirilməsi həmin əmlakın hüquqi təbiətini dəyişmir və onu miras kütləsindən çıxarmır. Çünki miras əmlakının tərkibi miras qoyanın ölüm anına əsasən müəyyən edilir və sonradan vərəsələrin onlara mənsub olmuş miras əmlakı üzərində həyata keçirdikləri dəyişikliklər həmin əmlakın hüquqi statusuna deyil, yalnız faktiki vəziyyətinə təsir göstərir.
63. Hazırkı mübahisədə isə apellyasiya instansiyası məhkəməsi yeni tikilinin əvvəl mövcud olmuş yaşayış evinin əvəzinə istifadə edilən yaşayış obyekti olub-olmamasına, tikintidə Mehtiyev Vidadidən başqa digər vərəsələrin iştirak və köməyinin olub-olmamasına hüquqi qiymət verməmişdir. Halbuki göstərilən hallar müəyyən edilmədən yalnız əvvəlki yaşayış evinin sökülməsi və daha böyük ölçülü yeni evin tikilməsi faktına əsasən mübahisəli əmlakın miras əmlakına aid olmaması qənaətinə gəlinməsi miras hüquq münasibətlərinin mahiyyətinə və vərəsələrin qanunla qorunan əmlak hüquqlarına uyğun hesab edilə bilməz.
64. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
65. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).
66. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli fərdi yaşayış evi ilə bağlı halların tam və hərtərəfli araşdırılmaması nəticəsində iş üzrə mövcud ziddiyyətli məqamlar tam aradan qaldırılmamış, mübahisəli hüquq münasibətində isə hüquqi müəyyənlik təmin edilməmişdir.
67. Beləliklə, yuxarıdakı hüquqi mövqelər nəzərə alınmaqla kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 m2, yaşayış sahəsi 134,5 m2, köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı ikimərtəbəli yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilərək iş həmin hissədə təkrar apellyasiya baxışına qaytarılmalıdır.
68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi qismən, ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 m2, yaşayış sahəsi 134,5 m2, köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı ikimərtəbəli yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilərək iş həmin hissədə təkrar apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.