Məhkəmə qərarları › İş №2(1-8)-475/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-475/2026

08.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-475/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları:

1. Iddiaçı ## ##### 2012-ci il tarixdən “xxxx” ASC-nin Nərimanov RETSI-nin 110/35/20 kV-luq Istismar şöbəsinə y/st. xidməti üzrə elektrik çilingəri təyin olunmuş, ## ###### 2014-cü il tarixli əmək müqaviləsi ilə Nizami RETSI-nin 10/6/0.4 kV-luq Istismar sahəsinə elektrik qazqaynaqçısı vəzifəsinə keçirilmişdir.

2. Iddiaçı ## ###### 2025-ci il tarixdə “xxxx” ASC-nin sədrinə belə məzmunda ərizə ilə müraciət etmişdir: “Yazıb sizdən xahiş edirəm ki məni işdən azad edəsiniz ##.##.2025”. Bu mətnin aşağı hissəsində imza edilmiş, “Iddiaçı, ##.##.2025-ci il” göstərilmişdir.

3. “xxxx” ASC-nin ## ###### 2025-ci il tarixli K/**-***** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə Nizami RETSI-nin Istismar şöbəsinin elektrik qazqaynaqçısı Iddiaçı əmək müqaviləsinə öz xahişi ilə ## ###### 2025-ci il tarixdən Azərbaycan Respublikası ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

4. Iddiaçı ## ###### 2025-ci il tarixdə “xxxx” ASC-nin sədrinə yeni ərizə ünvanlamış və işə bərpa olunmasını, az yaşlı uşağının və uşağında böyrək xəstəliyinin olmasını nəzərə alınmasını xahiş etmişdir.

5. “xxxx” ASC tərəfindən Iddiaçı ünvanlanmış ## ###### 2025-ci il tarixli məktuba əsasən onun işə bərpa olunmağına köməklik edilməsi barədə müraciətinə baxılmış, ona hazırda müvafiq vəzifə üzrə ştat vahidinin olmadığı, uyğun vakansiya olduğu təqdirdə ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsi nəzərə alınmaqla müraciətinə baxıla bilməsi bildirilmişdir.

6. “xxxx” ASC tərəfindən Iddiaçı ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubla ona ərizəsini geri götürmək və ya onun etibarsız hesab edilməsi barədə ## ###### 2025-ci il tarixli müraciətin ƏM-in 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi ləğv edildikdən sonra hüquqi qüvvəsinin olmadığı barədə məlumat verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı Iddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində verilmiş əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2012-ci ildə əmək müqaviləsi bağlamış və Nizami rayon Enerji Təchizatı və Satışı Idarəsi Istismar şöbəsində elektrik qazqaynaqçısı vəzifəsində tam ştatlı işləməyə başlamışdır. Cavabdehlə olan müqavilə müddətsiz əmək müqaviləsi olmuşdur. Iddiaçı tərəfindən ## ###### 2025-ci il tarixdə “öz xahişi ilə işdən azad olunması” barədə ərizə ilə cavabdeh “xxxx” ASC-yə müraciət ünvanlanmışdır. Işdən azad olunmaq istəməyində məqsəd ailəsinin dolanacaq xərcləri ilə bağlı əmək haqqının onu qane etməməsi, nisbətən yüksək əmək haqqı alacağı bir idarədə işləmək olmuşdur. Buna baxmayaraq, 1 ay müddətə yaxın yeni iş axtarmağa çalışsa da, yeni iş tapa bilməmişdir. Ərizədə isə işdən ayrılmağının hər hansı bir əsaslandırıcı səbəbi (yaşa, əlilliyə görə əmək pensiyasına çıxmaq, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olmaq, yeni yaşayış yerinə köçmək, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda) göstərilməmişdir. Bu səbəbdən, iddiaçı ## ###### 2025-ci il tarixdə ## ###### 2025-ci il tarixli “işdən azad olunmağı” ilə bağlı ərizəsini geri götürməsi ilə əlaqədar yeni ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2025-ci il tarixli cavab məktubundan sonra iddiaçıya məlum olmuşdur ki, onunla olan əmək müqaviləsinə artıq xitam verilmişdir. Buna baxmayaraq, bu barədə iddiaçıya son haqq-hesab, əmək kitabçası və ya əmək müqaviləsinə xitam verilməsinə dair əmr təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2025-ci il tarixli digər cavab məktubundan aydın olmuşdur ki, iddiaçı ilə olan əmək müqaviləsinə elə ərizə yazıldığı gün, yəni ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bu barədə iddiaçının məlumatı olmamış, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona əmr, əmək kitabçası və ya son-haqq hesab sənədi təqdim edilməmişdir. Halbuki, cavabdeh Əmək Məcəlləsinin 69 və 83-cü maddələrinin tələblərini gözləməli idi. Iddiaçı bu müddətdə işsiz qalmış, əmək haqqı almamış, cavabdeh orqan onu işdən azad etdikdən sonra bu barədə haqq-hesab sənədi təqdim etməmişdir. Çalışdığı müddətdə iddiaçının net əmək haqqı (vergi ödənişlərindən sonra olan əmək haqqı/işçiyə verilən məbləğ) 562 manat olmuşdur. ## ###### 2025-ci il tarixdən etibarən iddiaçıya əmək haqqı ödənilməmişdir. Beləliklə, işəgötürən tərəfindən ƏM-in tələblərinə əməl olunmamış və iddiaçının əmək hüquqları pozulmuşdur. Iddiaçı ## ###### 2025-ci il tarixdə işəgötürənə ərizə yazdıqdan sonra xəbərdarlıq müddəti bitənədək, yəni 1 təqvim ayınadək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilərdi. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Iddiaçı tərəfindən ## ###### 2025-ci ildə ərizə yazıldıqdan sonra 1 təqvim aylıq xəbərdarlıq müddəti ərzində iddiaçıya həmin vəzifəyə yeni işçinin götürülməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq edilməmişdir. ƏM-in 69-cu maddəsinin 3-cü hissəsində qeyd edilən halların heç biri mövcud olmadığı üçün ərizədə dəqiq tarix göstərilsə belə işəgötürən tərəfindən əmək müqaviləsinə həmin gün (ərizədə göstərilən gün) xitam verilə bilməzdi. Iddiaçı mübahisənin həlli məqsədilə X1 Xidmətinə müraciət ünvanlamışdır. Mübahisənin həlli məqsədilə ## ###### 2025-ci il tarixdə qarşı tərəfə, yəni cavabdehə təklif göndərmiş, ## ###### 2025-ci il tarixdə Bakı * saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli X4 (IMS) X2 Arayış təsdiq etmişdir ki, cavabdehin səlahiyyətli nümayəndəsi ilkin mediasiya prosesində iştirak etməmişdir.

9. Cavabdeh “xxxx” ASC birinci instansiya məhkəməsində ərizə təqdim edərək, iddia tələbi üzrə iddia müddəti keçdiyinə görə rədd edilməsini xahiş etmişdir.

10. Ərizə belə əsaslandırılmışdır ki, “xxxx” ASC-nin ## ###### 2025-ci il tarixli K/**- ***** nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə öz xahişi ilə ## ###### 2025-ci il tarixdən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra ona son haqq-hesabı təqdim edilmişdir. Bundan sonra iddiaçı ## ###### 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, ## #### 2025ci il tarixdə Bakı * saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və tərəflərə ## #### 2025-ci il tarixli MŞB/*-***** saylı arayış verilmişdir. Iddiaçının iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində ## #### 2025-ci il tarixdə qeydiyyata alındığını nəzərə aldıqda onun 1 aylıq iddia müddətini ötürdüyü məlum olur

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.Abidova) iddia təmin edilərək, “xxxx” ASC-nin ## ###### 2025-ci il tarixli, K/**-***** nömrəli əmrinin ləğv edilməsi, Iddiaçı “xxxx” ASC-də Nizami RETSInin Istismar şöbəsinin elektrik qazqaynaqçısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının “xxxx” ASC-dən tutularaq Iddiaçı ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

13. Belə ki, iddiaçı 10 ildən çoxdur ki, cavabdeh müəssisədə işləyir. ## ###### 2025ci il tarixdə iddiaçı ərizə yazaraq öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.

14. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, iddiaçı ## ###### 2025-ci il tarixdə işdən azad olunduğu barədə məlumatlı olmuşdur. Buna görə də, ## ###### 2025-ci il tarixdən işə gəlməmişdir.

15. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı ərizəsində ## ###### 2025-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. O, başqa işə düzəlmək istəyinin olduğu üçün ərizə yazaraq işdən azad edilməsini xahiş etmiş, ərizəyə həmin günün tarixini ərizənin yazılma tarixi kimi yazdığını, həmin gün işdən çıxmaq istəmədiyini bildirmişdir. Daha sonra işdən çıxarıldığını və işə gəlməməli olduğunu ona bildirmişlər. Buna görə də, iddiaçı ## ###### 2025-ci il tarixdən işə getməmişdir. Onun başqa işə qəbul olmaq cəhdi uğursuz olmuş və cavabdehə ## ###### 2025-ci il tarixli ərizə yazaraq “işdən azad edilməsi” barədə ərizəsini geri götürmək istədiyini bildirmişdir.

16. Iddiaçının ərizəsinin məzmununa dair işəgötürənin mülahizəsinə əsasən işçinin ## ###### 2025-ci il tarixdə işdən azad edilməsi istəyinin olduğu nəticəsinə gəlmək ədalətsiz olmaqla yanaşı, əmək münasibətləri çərçivəsində işçinin sərbəst iradəsini ifadə etməsinə zidd mövqe olar. Bundan başqa ərizənin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan iddiaçının savadının aşağı səviyyədə olduğu müəyyən olunmuşdur. Ərizənin məzmunu birmənalı olaraq onun həmin tarixdə işdən azad edilmək istəyinin olmasını ehtiva etmir.

17. Məhkəmə əmək hüququnun təməl prinsiplərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrini nəzərə alaraq hesab etmişdir ki, qeyri-müəyyən hallar işçinin ziyanına şərh edilə bilməz. Məhkəmə iddiaçının “öz xahişi ilə işdən azad edilməsi” barədə ərizəsinə münasibətdə hesab etmişdir ki, həmin ərizənin məzmununda iddiaçının məhz ## ###### 2025-ci il tarixdən işdən azad edilməsi xahiş edilməmişdir. Iddiaçı ərizəni yazmış və sonda həmin günün tarixini qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı ərizəni təqdim etdikdə ona aşağıdan da tarixin qoyulmalı olmasını bildirmişlər, buna görə də ərizəçi bir daha ərizənin aşağı tərəfində də tarix qoymuşdur.

18. Məhkəmə qeyd etmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Hazırkı iş üzrə işçinin əmək müqaviləsi ərizəsini yazdığı gün işəgötürən tərəfindən ləğv edilmişdir. Halbuki, işəgötürən işçinin əmək münasibətlərini dayandırmaq istədiyi günü ərizəsində göstərməməsinə diqqət yetirmədən, xəbərdarlıq müddəti bitməmiş əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin xəbərdarlıq müddətinin mahiyyəti işəgötürənin işdən azad ediləcək olan işçinin yerinə yeni işçi tapmasından ibarətdir. Əgər işçi ərizəsində məhz bu tarixdə işdən azad edilməsini istədiyini qeyd etmişdirsə və həmin tarix işçinin ərizəsini verdiyi gündən etibarən bir ay müddətindən daha qısa müddəti ehtiva edirsə, belə olan halda işəgötürənin həmin işçi ilə əmək müqaviləsini ləğv etmək istəyi öz mülahizəsinə əsasən müəyyən edilir.

20. Belə ki, hazırkı iş üzrə iddiaçı ilə işəgötürən arasında ## ###### 2025-ci il tarixdə iddiaçının işdən azad edilməsi barədə razılıq olsa idi, bu halda işəgötürən əmək müqaviləsini ləğv etməkdə haqlı olardı. Halbuki, tərəflər arasında belə bir razılıq olmamış, iddiaçı işdən azad edilmək istədiyi günü ərizəsində qeyd etməmişdir. Buna baxmayaraq işəgötürən öz təşkilati-sərəncamverici səlahiyyətindən və iddiaçının məlumatsızlığından sui-istifadə edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmiş və iddiaçıya işdən azad edildiyini bildirmişdir. Daha sonra iddiaçı hüquqlarının pozulduğunu bildikdə pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmişdir.

21. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı ## ###### 2025-ci il tarixdə işdən azad edildiyi barədə məlumatlı olmuş və sonuncu iş günü həmin gün olmuşdur. Onun iddia müddətinin axımı ## ###### 2025-ci il tarixdən (## ###### 2025-ci il tarix daxil olmaqla) başlamışdır. Hələ bir təqvim ayı tamam olmamış, ## ###### 2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş və həmin tarixdə iddia müddətinin axımı dayanmışdır. ## #### 2025-ci il tarixdə iddiaçı “X4 Iştirak Edilməməsi” barədə arayışı aldıqda iddia müddətinin axımı bərpa olmuş və iddiaçı ## #### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu bildiyi gündən bir təqvim ayı ərzində (iddia müddətinin axımının dayanması nəzərə alınmaqla) sonuncu gün məhkəməyə müraciət etmişdir.

22. Iddiaçının niyə məhz iddia müddətinin son günlərində müraciət etməsi, işdən azad edildiyi gündən bir neçə gün sonra əmri mübahisələndirməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, pozulmuş hüquqlarının bərpa edilməsini istəyən şəxs istədiyi vaxt məhkəməyə müraciət edə bilər. Bu, onun qanunla müəyyən edilmiş hüququdur. Iddia müddətinin tətbiqi məsələsinə yalnız cavabdehin müvafiq ərizəsi əsasında məhkəmədə baxılır. Iddiaçının hüquqlarının pozulduğunu bildiyi gündən 1-2 gün sonra deyil, 25 gün sonra məhkəməyə müraciət etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirmək olmaz.

23. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə işəgötürənin səlahiyyətli nümayəndəsi işçinin ərizəsini qəbul edərkən ərizədə sual doğuran məqamları aydınlaşdırmalı, məzmunu dəqiq olmayan ərizənin yazılı qaydada dəqiqləşdirilməsini tələb etməli idi. Buna baxmayaraq, cavabdeh (işəgötürən) ərizənin məzmununda dəqiq qeyd olunmayan halı özünə sərf edən formada şərh edərək işçinin qanunla müəyyən olunmuş hüquqlarını pozmuşdur. Tərəflər arasında olan əlaqələrin yazılı qaydada aparılmasının məqsədi gələcəkdə baş verə biləcək mübahisələrin sübut edilməsində əhəmiyyətli dərəcədə rol oynayır. Belə ki, qanunvericiliyin tələblərində ərizənin yazılı qaydada verilməsinin imperativ qaydada müəyyən edilməsi mübahisələrin qarşısının alınmasına və sübutların əldə edilməsinə yönəlmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmədə iştirak edən tərəflərin hər biri öz mülahizələrini sübut etməlidir. Halbuki, cavabdeh heç bir mötəbər sübut təqdim etmədən işçinin ## ###### 2025-ci il tarixdə işdən azad edilməsini xahiş etdiyini, həmçinin onun yerinə başqa işçinin işə qəbul edildiyini bildirmişdir. Lakin həmin sübutların təqdim edilməsi üçün məhkəmə iclaslarının təxirə salınmasına baxmayaraq, bu mülahizələri sübut edəcək heç bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə mülahizələr əsasında deyil, mötəbər sübutlar əsasında yekun qənaətə gəlir.

24. Mübahisəsiz məsələdir ki, işçi əmək münasibətlərinin daha zəif tərəfidir. Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq, işçinin Əmək Məcəlləsində təsbit olunmuş əsas hüquqlarından biridir. Işçinin qanunla təminat altına alınmış hüquqlarını onun savadsızlığına (ərizənin tarixini düzgün yerə yazmamasına) görə işəgötürənin xeyrinə şərh etmək hüququn və məhkəmələrin mövcud olma səbəbinə, qanunun aliliyinə zidd mövqe olar. Buna görə də qeyd olunan bütün diqqətəlayiq halları və təqdim edilən sübutları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı iddiaçıya ödənilməlidir.

25. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 9, 11, 68, 69, 83, 297, 300-cü, “Mediasiya haqqında” Qanunun 29, 32, 35-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

26. Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Səmədov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.

28. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Iddiaçı cavabdeh “xxxx” ASC-nin sədrinə ərizə ünvanlayaraq işdən azad edilməsini xahiş etmiş və ərizədə ərizənin tarixi, eləcə də iddiaçının əmək münasibətlərini dayandırmaq istədiyi gün, yəni ## ###### 2025-ci il tarix qeyd edilmişdir.

29. Birinci instansiya məhkəməsi isə həmin ərizənin məzmununu birmənalı olaraq iddiaçının həmin tarixdə işdən azad edilmək istəyinin olmasını ehtiva etməməsini qeyd etmişdir.

30. Halbuki iddiaçı əmək münasibətlərini dayandırmaq istədiyi günü dəqiq göstərməklə, işdən azad edilməsini xahiş etmişdir.

31. Iddiaçı kollegiyada verdiyi izahatında ərizədə sözlərin qabağında yazılan ## ###### 2025-ci il tarixinin ərizənin tarixi olduğu, onun həmin gün işdən çıxmaq istəyinin olmadığını bildirsə də, işin hallarından görünmüşdür ki, işdən azad olduğu günün sabahısı işə gəlməmişdir. Bu hal onun işdən azad olunmağı ilə razılaşmasının təsdiqidir.

32. Bu həmçinin iş materiallarında onun izahatında göstərdikləri ilə təsdiqlənmişdir. Belə ki, o, 1 ay müddətə yaxın yeni iş axtarmağa çalışsa da yeni iş tapa bilməmiş, bu səbəbdən ## ###### 2025-ci il tarixdə ## ###### 2025-ci il tarixli “işdən azad olunmağı” ilə bağlı ərizəsini geri götürməsi ilə əlaqədar yeni ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Bir sözlə, ## ###### 2025-ci il tarixli “işdən azad olunmağı” ilə bağlı ərizə başqa iş axtarmaq niyyəti ilə işdən çıxmaq olmuşdur.

33. Apellyasiya kollegiyası daha sonra qeyd etmişdir ki, iddia ərizəsində də konkret olaraq göstərmişdir ki, işdən azad olunmaq istəməyində məqsəd ailəsinin dolanacaq xərcləri ilə bağlı əmək haqqının onu qane etməməsi, nisbətən yüksək əmək haqqı alacağı bir idarədə işləmək olmuşdur. Bu xüsusatları iddiaçı kollegiyada izahat verərkən dəfələrlə təsdiq etmişdir.

34. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən “işdən azad edilməsi barədə” ərizədə qeyd edilən tarixi əsassız olaraq iddiaçının həmin tarixdə işdən azad edilmək istəyinin olmasını ehtiva etməməsi kimi yanlış qiymətləndirmiş və bununla da maddi hüquq normalarının tələblərini pozmuşdur.

35. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh “xxxx” ASC-nin ## ###### 2025-ci il tarixli K/**-***** nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi üçün əsaslar olmamışdır.

36. Bununla yanaşı, iddia tələbi qeyd olunan hissədə əsassız olduğundan digər hissələrdə, yəni işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində də təmin edilməsi üçün əsaslar olmamışdır.

37. Belə olan halda apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz.

38. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlili olmasa da, iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin ərizəçi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı ## ###### 2025ci il tarixdə işdən azad edildiyi barədə məlumatlı olduğundan və sonuncu iş günü də həmin gün olması baxımından onun iddia müddətinin axımı ## ###### 2025-ci il tarixdən (## ###### 2025-ci il tarix daxil olmaqla) başlamışdır.

39. Belə ki, işdən görünmüşdür ki, hələ bir təqvim ayı tamam olmamış, ## ###### 2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş və həmin tarixdə iddia müddətinin axımı dayanmışdır. ## #### 2025-ci il tarixdə iddiaçı X4 X2 arayışı aldıqda iddia müddətinin axımı bərpa olmuş və iddiaçı ## #### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu bildiyi gündən bir təqvim ayı ərzində (iddia müddətinin axımının dayanması nəzərə alınmaqla) sonuncu gün məhkəməyə müraciət etmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 2, 9, 11, 68, 69, 83, 297, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

41. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 35, 60-cı maddələri, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 69-cu maddəsinin 3 və 4-cü hissələrinin, Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 14.2, 76, 217.1-ci maddələrin tələbləri pozulmuşdur.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, işə qərəzli, birtərəfli yanaşmış və əsassız, qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “iddiaçı kollegiyada verdiyi izahatında ərizədə sözlərin qabağında yazılan ## ###### 2025-ci il tarixinin ərizənin tarixi olduğu, onun həmin gün işdən çıxmaq istəyinin olmadığını bildirsə də, işin hallarından görünmüşdür ki, işdən azad olduğu günün sabahısı işə gəlməmişdir. Bu hal onun işdən azad olunmağı ilə razılaşmasının təsdiqidir”. Buna münasibətdə iddiaçı qeyd etmişdir ki, işçi ərizə yazdığının sabahı günü də işə getmiş, lakin onu işə buraxmamışlar. Bundan sonra o, özünə iş axtarmış, sonradan 1 aylıq müddət tamam olmadan öz ərizəsini geri götürmüşdür. Işəgötürən tərəfindən də iddiaçıya son haqq-hesab sənədlərinin və əmək kitabçasının göndərilməsi barədə hər hansı məktubun mövcud olmaması onu göstərmişdir ki, işəgötürən onun yerinə başqa işçi işə götürməmişdir. Bu halda isə iddiaçı öz işdən çıxma barədə ərizəsini geri götürməkdə haqlı olmuşdur.

44. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

45. Cavabdeh “xxxx” ASC kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəiyşdirilmədən saxlanılmasını xahiş etmişdir.

46. Etiraz belə əsaslandırılmışdır ki, iş materiallarında olan işçinin ərizəsindən aydın şəkildə görünür ki, işçi işdən çıxdığı günü dəqiq göstərmiş və işdən azad olduğu günün sabahısı işə gəlməməklə işdən azad olunmağını bir növ qəbul etmişdir. Digər tərəfdən, iddiaçının əgər işdən azad olunması barədə konkret iradə ifadəsi olması idi, əmrlə tanış olduqdan dərhal sonra işə gəlməkdə israr edərək (“xxxx” ASC-yə, Əmək Müfəttişliyinə və digər müvafiq orqanlara müraciət etməklə) bu barədə işəgötürənə öz etirazın bildirməsi daha məntiqli görünərdi. Kassator şikayətdə işçinin ərizə yazdığının sabahı günü işə getdiyini, lakin onun işə buraxılmadığını qeyd etsə də, bu mövqeyini hər hansı sübut və dəlillərlə əsaslandırmamışdır. Kassasiya şikayəti məzmun etibarilə formal mülahizələr əsasında tərtib edilmiş, kassator Azərbaycan Respublikasının Konstitusiyasının, Insan Hüquqlarının və X3 X5, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum Qərarlarını, Ali Məhkəmənin Plenum qəralarını və digər normativ-hüquqi aktlarda öz əksini tapan müddəaları şikayətdə sadalamaqla kifayətlənmiş, şikayətdə apelyasiya məhkəməsi tərfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin konkret nədən ibarət olmasını əsaslandırmamış, bu halların nə ilə nəticələndiyinə dair mövqeyini aydın şəkildə ifadə edən izah verməmişdir.

Kassasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

48. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

49. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin : 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 5-ci hissəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin, habelə iddiaçının iddia ərizəsindəki dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

53. Kassasiya şikayətinin dəlillərinə görə, ərizədə göstərilən tarixdə əmək müqaviləsinə xitam verilməsi iddiaçının iradəsinə uyğun olmamış, onun Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş xəbərdarlıq müddətində ərizəsini geri götürmək və ya onu etibarsız hesab edilməsini xahiş etmək hüququ işəgötürən tərəfindən təmin olunmamışdır.

54. Məhkəmə kollegiyası şikayətin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində müəyyən etmişdir ki, iddiaçı müvafiq ərizəni tərtib edərkən konkret tarixdən əmək müqaviləsinə xitam verilməsinə dair iradəsini bildirmişdir. Onun sonrakı tarixdən işə gəlməməsi də bunun bariz göstəricisi olmuşdur. Əks halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 2-ci hissələrinin mənasına görə, onun xəbərdarlıq müddətində işə gəlmək vəzifəsi qalmışdır.

55. Belə olan halda, işəgötürən olan cavabdehin müqavilə azadlığı prinsipinə uyğun olaraq, iddiaçının xahiş etdiyi tarixdən əmək müqaviləsinə xitam verməsinə razılıq verib müvafiq əmrin qəbulu ilə əmək qanunvericiliyin tələblərinin pozulmasına yol verməmişdir.

56. Bunun nəticəsi olaraq, işəgötürənin müvafiq əmrinin qəbulundan sonra iddiaçının ərizəsinin geri götürülməsi və ya onun etibarsız sayılması barədə müraciətinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin sonuncu cümləsinə uyğun olaraq hüquqi qüvvəsi olmamışdır.

57. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar