Məhkəmə qərarları › İş №2(1-8)-477/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-477/2026

30.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-477/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququndan istifadəyə yaradılmış maneənin aradan qaldırılması, özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Tərəflər qonşudurlar. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 367,4 kv.m olan fərdi yaşayış evi və 0,0538 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və həmin əmlak üzərində hüquq ## #### 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Eyni ünvanda yerləşən, ümumi sahəsi 92,0 kv.m olan mənzil isə ## ###### 2013cü il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh verilmiş və ## ###### 2014-cü il tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır.

2. Tərəflər arasındakı mübahisə cavabdeh tərəfindən 2021-ci ildə müvafiq icazələr alınmadan öz torpaq sahəsində həyata keçirdiyi tikinti işləri nəticəsində daşınmaz əmlaklar arasındakı məsafənin azalması, tikilinin iddiaçının fərdi yaşayış evinə baxan divarında nəfəsliklər və pəncərə qoyulması ilə bağlıdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Cavabdeh (qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan tələbi dəqiqləşdirərək ünvan 5 ünvanda yaşayan cavabdeh Cavabdeh tərəfindən qeyri-qanuni aparılmış özbaşına tikintilərin onun öz hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılması, cavabdehə aid ünvanda cavabdeh tərəfindən tikinti işləri aparılarkən Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi işin faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən qonşu torpaq sahələrinin mülkiyyətçiləridir. Iddiaçıya məxsus ümumi sahəsi 367,4 kv.m olan fərdi yaşayış evi və 0,05388 ha torpaq sahəsi 2017-ci il ## #### tarixdə dövlət qeydiyyatına alınmışdır. Iddiaçı bildirir ki, əvvəllər tərəflər arasında mövcud olmuş hasar saxlanılmaqla, tikinti zamanı müəyyən məsafələrin qorunması barədə razılıq əldə olunmuş, lakin 2021-ci ildə iddiaçı tərəfin müvəqqəti olaraq ünvanda olmamasından istifadə edən cavabdeh hasarı sökərək sərhəd xətti boyunca əlavə tikinti işləri aparmış, yaşayış sahəsini genişləndirmiş və müxtəlif kommunikasiya xətlərini (yağış suları üçün borular, qaz xətti və s.), həmçinin pəncərələri iddiaçının həyəti istiqamətinə yönəltmişdir. Iddiaçı qeyd etmişdir ki, cavabdeh təxminən 0,85 metr enində və 20 metr uzunluğunda torpaq sahəsini zəbt etmiş, bu zaman iddiaçının əmlakına ziyan vurmuşdur. Qismən müdaxilələr aradan qaldırılsa da, bəzi kommunikasiya xətləri və açılışlar hələ də qalmaqdadır və zəbt olunmuş sahə boşaldılmamışdır. Göstərilən hallarla əlaqədar olaraq iddiaçı hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuş və bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Cavabdehin vəkil və nümayəndəsi nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli daşınmaz əmlakda 37 ildir yaşayırlar və həmin əraziyə dair sərhəd mübahisəsi əvvəllər mövcud olmamışdır. Yaşadığı mənzil 1988-ci ildə atası tərəfindən alınmış, ## ###### 2013-cü il tarixli bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə keçmiş və 2014-cü il ## ###### tarixində dövlət qeydiyyatına alınmışdır. Əmlaka dair texniki pasportlar 1996 və 2014-cü il ## ###### tarixlərində təqdim olunmuş, mübahisəli sahə həmin sənədlərdə öz əksini tapmışdır.1961-ci ildə inşa edilmiş mətbəx, hamam, ayaqyolu və yardımçı tikilinin dam örtüyü yararsız vəziyyətə düşdüyündən, həmin divarların yenidən qurulmasına zərurət yaranmışdır. Bu zaman köhnə divar saxlanılmaqla, yeni divar 40–45 sm cavabdehə məxsus sahə daxilinə çəkilərək inşa edilmişdir və bu hal foto materiallarla təsdiq edilmişdir. Məhkəmə prosesində aparılmış ilkin ekspertiza və Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidmətinin rəyində cavabdehə məxsus tikilinin iddiaçıya aid torpaq sahəsinə daxil olmadığı göstərilmişdir. Təkrar ekspertiza isə cavabdehin iştirakı olmadan aparılmışdır və obyektivliyi şübhə doğurur. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin əsassız və qanunsuz olması səbəbindən iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim F.F.Mirzəyeva) 2025-ci il # #### tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,0538 ha torpaq sahəsi iddiaçı İddiaçı, həmin ünvanda yerləşən 92,0 kv.m sahəsi olan mənzil isə cavabdeh Cavabdeh mülkiyyətindədir və tərəflər qonşudurlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehə məxsus tikilinin iddiaçıya aid torpaq sahəsində yerləşməsi və ya həmin sahənin zəbt olunması halları sübuta yetirilməmişdir. Ekspert və mütəxəssis rəylərinə əsasən, cavabdehə məxsus tikili və kommunikasiya xətləri iddiaçının torpaq sahəsinin hüdudlarına daxil deyil.

8. Məhkəmə iddiaçının tikilinin sökülməsi və ya dəyişdirilməsi ilə bağlı tələbi üzrə xüsusilə vurğulamışdır ki, belə tələbləri irəli sürmək səlahiyyəti müvafiq icra hakimiyyəti orqanlarına aiddir və iddiaçının bu hissədə subyektiv hüququ müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən qonşuluq hüquqlarının pozulması, o cümlədən pəncərələrin açılması, ara məsafənin pozulması və kommunikasiya xətlərinin maneə yaratması halları ilə bağlı əsaslı sübutlar təqdim edilməmiş, bu hallar məhkəmə tərəfindən də təsdiq edilməmişdir. Mövcud təsirlərin iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozduğu müəyyən olunmamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyində yalnız Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin tələblərinin pozulması qeyd olunsa da, bu hal iddia tələbinin təmin edilməsi üçün kifayət hesab edilmir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməli və rədd olunmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin (bundan sonra – MM) 139.1, 139.3,140,170,171.1,171.2,171.3,176.1, 176.2, 176.3-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1.72.2, 95.1.1, 95.1.1, 95.1.3, 95.1.4, 95.3-1, 95.4,9, 95.5, 95.6, 95.7, 97.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,77,88,115,119.1,124-cü, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının # ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon məhkəməsi, iddiaçının bu kimi iddianı qaldırmağa subyektiv hüquqa malik olmaması qənaətinə gələrkən nəzərə almamışdır ki, cavabdehin subyektiv hüququ var, çünki cavabdehin evinə aid bütün kommunikasiya xətləri, axan yağış sularının boruları, navalça, qaz xətti, hamamın, tualetin və mətbəxin pəncərələri, kombinin və mətbəxin hava təmizləyicisi cavabdehin həyətinə çıxır və iddiaçının mülkiyyət, şəxsi həyat və sağlam yaşamaq hüququnu pozur.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər –M.A.Məmmədov (sədrlik edən və məruzəçi hakim), F.Ş. Talışınski və A.N.Imanov) 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qətnamənin qismən, yəni iddianın tam həcmdə rədd edilməsi və iddia tələbinin cavabdehə məxsus evin iddiaçı İddiaçı məxsus həyətinə açılan pəncərələr və navalçaya aid tələbin həll edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı irəli sürdüyü iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 14a ünvanında yerləşən evinin həyətinə cavabdeh Cavabdeh evindən açılan pəncərələrin cavabdeh Cavabdeh hesabına bağlanılması, cavabdeh Cavabdeh evinin iddiaçı İddiaçı həyətinə tərəf olan hissədə navalçaların cavabdeh Cavabdeh hesabına saz vəziyyətə gətirilməsi, cavabdeh Cavabdeh evinin navalçasından iddiaçı İddiaçı ərazisinə suyun axıdılmasına səbəb olan halların cavabdeh Cavabdeh hesabına aradan qaldırılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyinə əsasən, cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin üzərində (iddiaçıya məxsus yaşayış evi istiqamətində) qaz xəttinin və yağış sularının axıdılması üçün nəzərdə tutulan (su novu) borunun mövcud olduğu müşahidə olunmuş, lakin, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində cavabdehə məxsus kommunikasiya xəttləri aşkar edilməmişdir. Həmçinin, mütəxəssis rəyinə əsasən, cavabdehə məxsus evin (mənzilin) və ya onun müəyyən hissəsinin iddiaçıya məxsus torpaq sahəsində yerləşmədiyi bildirilmişdir. Bununla yanaşı, rayon məhkəməsi tərəfindən sözügedən ünvanda yerləşən torpaq sahəsi və mənzili yerində müayinə edilmiş, hasarın cavabdehin evinin divarı olması, qonşunun həyətinə hündürdə yerləşən cavabdehin evinə məxsus mətbəxin və sanitar qovşağın 2 balaca və 1 böyük dəmirlə bağlanmış pəncərələrin və hava təmizləyicisinin açılması müəyyən edilmişdir. Eyni zamanda, hasarın yuxarı hissəsindən navalça keçməsi, evdə mətbəxin, hamam və sanitar qovşağının divarının hasarla birləşməsi, daxildən mətbəxin yuxarı hissəsində pəncərənin olması, sanitar qovşağının pəncərəsinin olmaması müəyyən edilmişdir.

15. Bununla əlaqədar, rayon məhkəməsi tərəfindən yenidən ekspertiza təyin edilmiş, ekspert tərəfindən verilən rəyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən, iş üzrə cavabdehə məxsus fərdi yaşayış evinin iddiaçıya məxsus həyətyanı torpaq sahəsi ilə sərhəd xəttinin üzərində inşa edildiyi nəzərə alınaraq, həmin tikilinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının, həmçinin evlərin arasında ara məsafəsinin normaya uyğun olub-olmaması müəyyənləşdirilərək, bu halların aradan qaldırılmasını – qonşu torpaq sahəsinin mülkiyyətçisi o vaxt tələb edə bilər ki, qonşunun inşa etdiyi tikili onun hər hansı hüququnu və qanunla qorunan mənafeyini əhəmiyyətli dərəcədə pozmuş olsun, maneçilik yaratsın. Lakin bu halların mövcud olması ilə bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir və eyni zamanda məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin irəli sürülməsi üçün iddiaçı subyektiv hüquqa malik deyil. Bu cür tələbi irəli sürmək səlahiyyəti, qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Rayon Məhkəməsinin bununla bağlı mövqeyi düzgündür.

16. Rayon məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının həyətinə qoyulmuş pəncərələr artıq bağlanılmışdır. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, sanitar qovşağı və mətbəxinin pəncərələri (nəfəslikləri) iddiaçının həyətinə açılır. Iddiaçı da özünün iddia ərizəsində pəncərələrin ikisinin bağlanmadığını göstərmiş və bu halın onun hüquqlarını pozduğunu qeyd etmişdir. Qeyd edilən bu halın iddiaçının şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməsi, müəyyən narahatlığa səbəb olması, iddiaçının yaşadığı evdən və həyətyanı sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. Odur ki, həmin açıq pəncərələr cavabdehin hesabına bağlanmalıdır.

17. Bundan əlavə, ekspert rəyinə əsasən, cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin üzərində (iddiaçıya məxsus yaşayış evi istiqamətində) qaz xəttinin və yağış sularının axıdılması üçün nəzərdə tutulan (su novu) borunun mövcud olduğu müşahidə olunmuş, lakin, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində cavabdehə məxsus kommunikasiya xətləri aşkar edilməmişdir. Buna görə də, mövcud kommunikasiya xətləri ilə bağlı Mülki Məcəlləsinin 171.1.-ci maddəsinin tələbləri baxımından, həmin kommunikasiya xətləri vasitəsilə qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin iddiaçının sahəsinə təsiri məqbul hesab edilməlidir. Belə ki, belə təsir iddiaçıya maneçilik yaratmadıqdan və ya hüququnu əhəmiyyətli dərəcədə pozmadıqdan (bunula bağlı sübutlar təqdim edilmədikdən), iddia tələbi bu hissədə əsassızdır. Bununla belə yağış sularının axıdılması üçün nəzərdə tutulan navalça (su novu) iddiaçının həyətinə su axıdılmaması üçün cavabdeh tərəfindən saz vəziyyətə gətirilməli və həmin navalçasından iddiaçının ərazisinə suyun axıdılmasına səbəb olan hallar cavabdehin hesabına aradan qaldırılmalıdır.

18. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, MM-nin 139.1, 139.3, 140, 170.1, 170.2, 171.1, 171.2, 171.3, 176.1, 176.2, 176.3-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1, 72.2, 79, 80, 95.1.1, 95.1.2, 95.1.3, 95.1.1.4-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə kollegiyasının 2007-ci il # ### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il ## #### tarixli * nömrəli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, binalar arasında ara məsafəsi saxlanılmalı, sərhəd xəttində yerləşən yanaşı divarlarda hər hansı əlavə tikinti yalnız qonşunun notariat qaydasında təsdiq edilmiş razılığı ilə aparılmalıdır. Mövcud halda cavabdeh tərəfindən bu tələblər pozularaq tikinti birbaşa sərhəd xəttində aparılmışdır. Mülkiyyətçi öz hüquqlarının pozulması hallarında həmin pozuntuların aradan qaldırılmasını tələb etmək hüququna malikdir, həmçinin qonşular bir-birinin mülkiyyətinə zərər vuran təsirlərdən çəkinməlidirlər. Cavabdehin hərəkətləri nəticəsində qaz, su və kanalizasiya xətlərinin, həmçinin pəncərələrin iddiaçının həyətyanı sahəsinə yönəldilməsi normal yaşayışa mane olur. Hər kəs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir, lakin ekspert rəyinə əsasən, cavabdehə məxsus tikilinin sərhəd xəttində inşa edildiyi və bununla da qanunvericiliyin tələblərinin pozulduğu təsdiq edilmişdir. Bundan əlavə, kassator qeyd etmişdir ki, cavabdehin tikinti işləri zamanı iddiaçının əmlakına ziyan vurulmuş, kommunikasiya xətləri zədələnmiş və sanitar-gigiyenik şərait pisləşmişdir. Göstərilənlər nəzərə alınaraq cavabdeh tərəfindən qanunsuz quraşdırılmış pəncərələr, qaz, su və kanalizasiya xətləri sökülməli, habelə tualet və hamam nəfəslikləri bağlanmalıdır. Iddiaçı kassasiya şikayətini AR Konstitusiyasının 29-cu, MMin 152.1,157,170,176-cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 72-ci, MPM-in 14.2, 88, 217.2, 217.3-cü, “Insan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissələrində ləğv edilməsi və iddia tələbinin tam şəkildə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki hüquq pozuntusunun (deliktin) mövcudluğu üçün zərərin olması və həmin zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə sübut edilməlidir. Iddiaçı tərəfindən nə zərərin mövcudluğu, nə də bu zərərin cavabdehin hərəkətləri ilə bağlılığı sübuta yetirilməmişdir. Mülkiyyət hüququ qanunla qorunur və məhkəmə qərarı olmadan məhdudlaşdırıla bilməz. Hazırkı işdə isə kifayət qədər sübut olmadan cavabdehin mülkiyyət hüququna müdaxilə edilmişdir. Qonşuluq münasibətlərində qarşılıqlı hörmət prinsipi gözlənilməli və müdaxilə yalnız real zərər sübuta yetirildikdə mümkün sayılmalıdır. Iddiaçı tərəfindən nə su axınının dəyişdirilməsi, nə də real zərərin mövcudluğu sübut edilmişdir. Məhkəmə sübutları hərtərəfli, obyektiv və qərəzsiz qiymətləndirməlidir, lakin apellyasiya instansiyası sübutları yenidən araşdırmadan nəticəyə gəlmişdir. Kassator qeyd etmişdir ki, ekspertiza zamanı cavabdehin iştirakı təmin edilməmişdir. Ekspert rəyləri arasında ziddiyyət olduqda əlavə və ya təkrar ekspertiza təyin edilməlidir, apellyasiya instansiyası məhkəməsi bu tələbi nəzərə almamışdır. Apellyasiya məhkəməsi tərəfindən cavabdehin üzərinə qoyulmuş öhdəliklər (pəncərələrin bağlanması, navalçaların saz vəziyyətə gətirilməsi və su axınının aradan qaldırılması) sübutlara əsaslanmır, qeyri-müəyyən xarakter daşıyır və cavabdehin mülkiyyət hüququnu əsassız məhdudlaşdırır.

23. Cavabdeh kassasiya şikayətini AR Konstitusiyasının 29-cu, MM-nin 170,1096,1097-ci, MPM-in 88,99,102.1-102.3,217-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

28. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

29. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

30. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

31. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

32. Maddə 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir.

33. Maddə 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.

34. Maddə 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir.

35. Maddə 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edildiyi və rədd edildiyi hissələrdə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyasının mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə qismən- iddiaçı İddiaçı ünvan 4 ünvanında yerləşən evinin həyətinə cavabdeh Cavabdeh evindən açılan pəncərələrin cavabdeh Cavabdeh hesabına bağlanılması hissəsində ləğv edilməlidir.

41. Kollegiya iddia tələbinin rədd edildiyi və cavabdeh Cavabdeh evinin navalçasından iddiaçı İddiaçı ərazisinə suyun axıdılmasına səbəb olan halların cavabdeh Cavabdeh hesabına aradan qaldırılmasına dair tələbin təmin edildiyi hissədə apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmin hissədə qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən etmir.

42. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, sanitar qovşağı və mətbəxinin pəncərələri (nəfəslikləri) iddiaçının həyətinə açılır. Iddiaçı da özünün iddia ərizəsində pəncərələrin ikisinin bağlanmadığını göstərmiş və bu halın onun hüquqlarını pozduğunu qeyd etmişdir. Qeyd edilən bu halın iddiaçının şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməsi, müəyyən narahatlığa səbəb olması, iddiaçının yaşadığı evdən və həyətyanı sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. Odur ki, həmin açıq pəncərələr cavabdehin hesabına bağlanmalıdır.

43. Apellyasiya instansiyası məhkəməsi iddiaçının evinin həyətinə cavabdehin evindən açılan pəncərələrin cavabdeh Cavabdeh hesabına bağlanılmasına dair iddia tələbinin təmin edildiyi hissədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ekspert rəyi ilə cavabdehə məxsus sanitar qovşaqda və mətbəxdə 2 nəfəsliyin iddiaçının həyətinə açıldığı müəyyən edilmişdir. Qeyd edilən bu hal məhkəmə tərəfindən iddiaçının şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilərək iddiaçının yaşadığı evdən və həyətyanı sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsinin aşkar olduğu qeyd edilmişdir.

44. Kollegiya hesab edir ki, məhkəmənin bu tələblə bağlı hissədə gəldiyi nəticə maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.5-ci maddələrində yaşayış sahələrində özbaşına həyata keçirilmiş yenidən qurulma və yenidən planlaşdırma nəticəsində hüquq və mənafeləri pozulmuş şəxslərin özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmaq hüququ müəyyən edilsə də bu iddialar özbaşına tikililərin mövcudluğunun iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozduğu təsdiq edildiyi halda təmin edilə bilər. Nəzərə alınmalıdır ki, MM-nin 171-ci maddəsində qonşunun digər qonşu sahənin əhəmiyyətli olmayan təsirlərinə dözmək vəzifəsi müəyyən edilmişdir.

45. Hazırkı halda məhkəmə qətnamədə cavabdehin hesabına bağlanması qət edilən iki ədəd nəfəsliyin (ventilyasiya üçün nəzərdə tutulan və yerində müayinə protokoluna əsasən divarın yuxarı hissəsində yerləşən kiçik pəncərə) yerləşdiyi hündürlükdən iddiaçının həyətinin davamlı müşahidə edilməsinin mümkünlüyünün hansı sübut əsasında müəyyən edildiyini əsaslandırmamış, nəticədə iddianın təmin edildiyi bu hissədə məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi MPM-nin 77.1, 88-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməmişdir.

46. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi qismən- iddiaçı İddiaçı ünvan 4 ünvanında yerləşən evinin həyətinə cavabdeh Cavabdeh evindən açılan pəncərələrin cavabdeh Cavabdeh hesabına bağlanılması hissəsində ləğv edilməli, iş həmin hissədə yeni baxışa qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi qismən- iddiaçı İddiaçı ünvan 4 ünvanında yerləşən evinin həyətinə cavabdeh Cavabdeh evindən açılan pəncərələrin cavabdeh Cavabdeh hesabına bağlanılması hissəsində ləğv edilsin. Iş həmin hissədə yeni baxışa qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar