Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-478/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Ərizəçi maraqlı şəxs Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2i Filialına qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi; iş stajı faktı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), X5 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2i Filialına qarşı “əmək stajının mövcud olması faktının müəyyən olunması” barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi Ərizəçi (bundan sonra - ərizəçi) güzəştli şərtlə pensiya almaq üçün maraqlı şəxs Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2i Filialına (bundan sonra – maraqlı şəxs) müraciət etmiş, müraciətindən ərizəçinin iş stajının 25 ildən az olması və pensiya kapitalının kifayət qədər olmaması əsası ilə imtina edilmişdir.
2. Ərizəçi ##.##.1981-##.##.1982 və ##.##.1984-##.##.1993-cü il tarix aralıqlarında “Kommuna” Üzümçülük Sovxozunda işləməsini təsdiq etmək üçün Zəngilan Rayon Dövlət Arxiv İdarəsinə müraciət etmiş, sonuncu Zəngilan rayonunun 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edildiyini, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmasını və qeyd edilən səbəbdən rayonun heç bir idarə və müəssisəsinin, o cümlədən, Zəngilan Rayon “Kommuna” Üzümçülük Sovxozunun sənədləri arxivə daxil olmadığı üçün sorğunu cavablandıra bilmədiklərini qeyd etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi məhkəməyə müraciət edərək, məhkəmədən onun ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il və ##.##.1984-cü il tarixdən ##.##.1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləməsi müəyyən edilməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, o, ##.##.1964-cü il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində anadan olmuş, ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək Zəngilan rayonunda yerləşən “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləmişdir. Sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra yenidən həmin sovxozda əmək fəliyyətinə başlamışdır. Belə ki, ##.##.1984-cü il tarixdən ##.##.1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləmişdir. Məlum hadisələr nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərində məskunlaşaraq daimi qeydiyyata götürülmüşdür. Bundan başqa digər sahələrdə də əmək fəaliyyətini davam etdirmişdir. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X2 Filalına müraciət etmişdir. Müraciətinin məqsədi güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq olmuşdur. Lakin rayonda işlədiyi əmək stajı nəzərə alınmadığından onun ümumi stajı 25 ildən az olduğundan, güzəştli stajı olmadığına görə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. O, orada işləyərkən onunla bir çox insanlar işləmişdir. Ona görə onunla işləyənlər onun ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixə kimi və ##.##.1984-cü il tarixdən ##.##.1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləməsini şahid qismində də təsdiq edə bilərlər. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ümumi 25 il əmək stajı və həmin əmək stajının 12 il 6 ayı güzəştli işlərdə çalışmaq lazımdır. Onun Zəngilan rayonunda işlədiyi təsdiq olunarsa, onun pensiya hüququ təmin olunur. Lakin Zəngilan rayonunda işlədiyi yuxarıda göstərdiyi əmək stajı iş stajına daxil edilmədiyindən məhkəməyə müraciət etməyə məcburdur. Zəngilan rayonunda işlədiyi illərə dair sənədlərin əldə edilməsi mümkünsüzdür. Çünki Zəngilan rayonu işğal olunduqdan sonra düşmən tərəfindən məhv edilmişdir. Artıq həmin sənədləri başqa cür əldə edə bilmir. Bu barədə arxiv arayışı da almışdır. Onun hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini xahiş etdiyi ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixə kimi və ##.##.1984-cü il tarixdən ##.##.1993-cü il tarixədək “Kommuna” Üzümçülük Sovxozunda əl ilə qaynaqçı işləməsi”ni təsdiq edən sənədləri başqa qaydada ala bilməsi qeyri-mümkündür. Çünki həmin sənədlərin Zəngilan rayonu ## ####### 1993-cü il tarixində işğal olunan zaman işğal zonasında qalması arxiv arayışı ilə təsdiq edilir.
5. Ərizəçi tərəfindən təqdim edilmiş 3 nəfər şahid (X3, X9 və İmanov Əsəd İmaş oğlu) özlərinin “Kommuna” Üzümçülük Sovxozunda işləməsini təsdiq edən əmək kitabçasını və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini təqdim etməklə ərizəçini birgə işdən tanıdıqlarını, o cümlədən ərizəçinin 1981-1982-ci və 1984-1993-cü illərdə həmin sovxozda əl ilə qaynaqçı vəzifəsində işlədiyini təsdiq etmişlər.
6. Maraqlı şəxs ərizəyə qarşı etiraz təqdim edərək ərizənin təmin olunmamasını xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçinin işlədiyini iddia etdiyi dövrləri onunla birgə işləmiş şahidləri təsdiq edə bilər. ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək və ##.##.1984-cü il tarixdən ##.##.1993-cü il tarixədək “Komuna üzümçülük” sovxozunda hazırki iş üzrə ərizəçinin işləməsi faktının təsdiq edilməsi yalnız onunla eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Ərizəçi müvafiq sənədləri hansı səbəbdən əldə etmədiyini sübut edə bilməmişdir.
7. Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir (hakim Starə Əliyeva).
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi açıq və aşkardır. Həmin dövrə aid iş stajı barədə sənədlərin nəinki arxivdə saxlanılmaması, məlum səbəblərlə bağlı onların ümumiyyətlə arxivə verilməməsi (bu məqsədlə Azərbaycan Respublikasına təhvil verilməsi) təkzib olunmaz faktdır. Qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası da nəzərdə tutulmamışdır.
9. Belə olan halda, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından ərizəçinin ərizədə göstərilən müddət üzrə iş stajı ərizəçi ilə birlikdə həmin sovxozda ərizədə göstərilən müddətdə işləmiş ən azı iki şahidin ifadələrinə əsasən müəyyən edilə bilər.
10. İştirakı ərizəçi tərəfindən təmin edilmiş və iltizama imza etməklə cinayət məsuliyyəti haqqında xəbərdar edilmiş 3 nəfər şahid özlərinin “Kommuna” sovxozunda işləməsini təsdiq edən əmək kitabçasını məhkəməyə təqdim etməklə ərizəçini birgə işdən tanıdıqlarını, o cümlədən ərizəçinin 1981-1982-ci və 1984-1993-cü illərdə həmin sovxozda əl ilə qaynaqçı vəzifəsində işlədiyini təsdiq etmişlər.
11. Məhkəmə qeyd etmişdir ki, ərizəçi “Kommuna” sovxozunda 1981-ci ilin iyul ayında əmək fəaliyyətinə başladığını bildirmiş, şahid Məmmədov Bayram özünün 1981-ci ilin fevral ayında sovxozda işləməyə başladığını və ərizəçinin isə ondan sonra əmək fəaliyyətinə başladığını, 1982-ci ildə hərbi xidmətə getdiyini bildirmiş, şahid Məmmədalıyev Zakir isə özünün 1981-ci ilin oktyabr ayında sovxozda yenidən əmək fəaliyyətinə başalayan zaman ərizəçinin sovxozda işlədiyini, 1982-ci ildən hərbi xidmətə getdiyini bildirmişdir.
12. Yəni, şahid ifadəsi ilə dəqiq ay müəyyən edilməsə də, hər iki şahidin verdiyi ifadəyə əsasən ərizəçinin 1981-ci ilin iyul ayında əmək fəaliyyətinə başlaması ilə bağlı məhkəməyə bildirdiyi tarix ağlabatan hesab edilmişdir.
13. Ərizəçi hərbi xidmətdən qayıtdıqdan sonra-##.##.1984-cü il tarixindən yenidən “Kommuna” sovxozunda əmək fəaliyyəti ilə məşğul olmağa başladığını bildirmiş, şahidlərin hər biri dəqiq ayı göstərməsələr də, ərizəçinin hərbi xidmətdən qayıtdıqdan sonra 1984-cü ildən yenidən sözügedən sovxozda əmək fəaliyyəti ilə məşğul olmağa başladığını bildirmişlər.
14. Həmçinin ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizəçiyə məxsus “hərbi bilet”ə əsasən müəyyən olunur ki, ərizəçi ##.##.1982-ci il tarixindən ##.##.1984-cü il tarixinədək hərbi xidmətdə olmuşdur. Belə olan halda ərizəçinin hərbi xidmətdən qayıtdıqdan sonra yenidən sovxozda əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı məhkəməyə bildirdiyi tarix- ##.##.1984-cü il məhkəmə tərəfindən ağlabatan hesab edilmişdir.
15. Ərizəçinin ##.##.1984-cü il tarixindən 1993-cü il ## ####### tarixinədək, Zəngilan rayonun işğalınadək sovxozda əmək fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, şahidlər Məmmədov Bayram və Məmmədalıyev Zakir tərəfindən qeyd edilən hal təsdiqlənmişdir. 55. Müəyyən edilmişdir ki, şahid X6 rayonunun işğalınadək, şahid Məmmədalıyev Zakir isə ##.##.1993-cü ilədək sözgedən sovxozda əmək fəaliyyəti ilə məğul olmuşlar. Odur ki, ərizəçinin məhkəməyə bildirdiyi ##.##.1993-cü il tarix məhkəmə tərəfindən ağlabatan hesab edilmişdir.
16. Ərizəçinin sovxozda əl ilə qaynaqçı vəzifəsi üzrə əmək fəaliyyəti ilə məğul olması isə hər üç şahidin ifadəsi ilə təsdiq edilmişdir. Həmçinin ərizəçinin peşəsinin qaynaqçı olması faktı ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ona məxsus **** nömrəli ##.##.1980-ci il tarixli attestat ilə də öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçinin Zəngilan rayonunda qeydiyyatda olmaqla, məcburi köçkün statusuna malik olması faktı yuxarıda qeyd edilənləri təsdiq edir.
17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1, 307.1, 307.2, 307.2.11, 308, 309.1, 310.1, 311-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 1.2, 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat:
18. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasını əldə bilməməsini iddia etməsi şübhə doğurur. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Rəşid Səmədov).
21. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki işdə 3 şahid məhkəməyə əmək kitabçalarını təqdim etmiş, özlərinin həmin sovxozda işlədiklərini təsdiqləmiş və ərizəçini birgə işdən tanıdıqlarını bildirmişlər. Həmçinin əmək kitabçasının itməsi, zədələnməsi, arxivdə qalmaması və ya başqa səbəblərdən əldə olunmaması mümkündür. Bu, şəxsin həmin yerdə işləməməsinə dair bir dəlil deyil, ancaq sənədin fiziki olaraq mövcud olmaması faktıdır. Bununla yanaşı qeyd edilməlidir ki, şahidlərin təqdim etdiyi əmək kitabçalarının əsas məqsədi onların ərizəçini "birgə işdən tanıma" iddialarının etibarlılığını təsdiq etməkdir. Onların əmək kitabçaları göstərir ki, onlar həqiqətən də həmin sovxozda işləyiblər və buna görə də ərizəçini iş yerdən tanıyırlar.
22. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır və birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən ərizənin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir.
23. Məhkəmə Kollegiyası hesab edir ki, maraqlı şəxs apellyasiya şikayətinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən apellyasiya şikayəti göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz.
24. Məhkəmə kollegiyası mövqeyini MPM-in 305.1.1, 307.1, 307.2.11, 308, 309.1, 310.1, 3011-ci maddələrinə, istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Maraqlı şəxs (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə birlikdə işlədiklərini iddia edən şahid qismində məhkəmə iclasında iştirak etmiş şəxslərin hər birinin əmək kitabçası mövcuddur. Belə olan halda ərizəçinin əmək kitabçasının olmaması şübhə doğurur. Ərizəçi Zəngilan rayonunun işğal olması və buna görə də əmək kitabçasının olmadığını bildirsə də, iş üzrə sübut qismində təqdim etdiyi şahidlərin əmək kitabçalarının olması və onların da işğal zamanı ərizəçi ilə eyni taleyi paylaşması nəzərə alındıqda hazırki tələb üzrə iddianın əsaslılığını heçə endirir.
27. İşə apellyasiya instansiyası qismində baxmış məhkəmə maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman formal mülahizələrə əsaslanmış, şahidlərin əmək kitabçalarının olduğu halda ərizəçinin əmək kitabçasının olmaması halına lazımi qiymət verməmişdir.
28. Apellyasiya instasiyası məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə sübutlara qiymət verən zaman obyektiv və qərəzsiz olmamış, eyni zamanda işi hərtərəfli və tam şəkildə araşdırmamışdır. Belə ki, iş üzrə çıxarılmış apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin təsviri hissəsindən də görünür ki, məhkəmə iclasının gedişində maraqlı şəxsin nümayəndəsi tərəfindən verilmiş izahat tam şəkildə qeyd olunmamış və onun həmin dövrlərin, yəni ərizəçinin ərizə tələbi üzrə hüquqi əhəmiyyəti olan fakt qaydasında təsdiq olunması üçün tələbində qeyd etdiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməli olması halını apellyasiya instansiyası məhkəməsində bildirilməsinə baxmayaraq, izahat növündə sübut kimi qiymətləndirilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarı:
30.Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 31.Bənd 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamə:
32.Bənd 17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 37.Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 38.Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 39.Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 40.Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 41.Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 42.Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 43.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 44.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri 45.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 46.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi 47.Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 48.Məhkəmə kollegiyası, hazırkı ərizənin inzibati mübahisə olması barədə kassasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizələrə mülki məhkəmə icraatı çərçivəsində, xüsusi icraat qaydasında baxılır. Bu baxımdan məhkəmələr ərizəyə baxılması zamanı məhkəmə aidiyyətinin pozulmasına yol verməmişlər. Məhkəmələrin hazırkı ərizəyə mülki icraat çərçivəsində, xüsusi icraat qaydasında baxması MPM-in 308-ci maddəsində uyğun olmuşdur. 49.Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. 50.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. 51.Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.