Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-48/2026 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxslərin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət (on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədildikdə)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(106)-1439/2025 nömrəli, 16 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hadisə yerinə baxış keçirilməsi haqqında 03 iyul 2024-cü il tarixli protokola əsasən, 24 iyun 2024-cü il tarixdə saat 22:59 radələrində Ağstafa-Bakı istiqamətində hərəkətdə olan 731 saylı DŞİ-001 nömrəli qatar Puta-Abşeron mənzilinin 32-ci km 2-ci piketində, Lökbatan avtomobil keçidində olarkən sözügedən qatarın hərəkət istiqamətinin sağ tərəfindən 1-ci və 5-ci vaqonlarına atılan daş parçaları qatarın dəmir hissələrinə dəymişdir. Nəticədə sözügedən qatara 7003,62 AZN (yeddi min üç manat altmış iki qəpik) ziyan dəymişdir.
2. Hadis ə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi X15 şöbəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində Ağstafa - Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus DŞİ-001 nömrəli sürətli elektrik qatarının Puta-Abşeron mənzilinin 32-ci km piket 2-də, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən qatarın sağ yan şüşə hissələrinə zərər verən şəxslərin xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 olması müəyyən olunmuşdur. 3. 07 noyabr 2024-cü il cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərara əsasən, Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olmuş məktub Şöbənin “Cinayətlər haqqında daxil olmuş ərizə və məlumatların uçotu kitabı”nda HK- 1/51 sıra sayı ilə 02 iyul 2024-cü il tarixdə qeydiyyata alınaraq həmin tarixdə araşdırma başlanılmışdır. X3 cinayət məsuliyyətinə imkan verən yaş həddinə çatmadığını nəzərə alaraq DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsində istintaqı aparılan HK-1/51 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.4-cü maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və X8 bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir.
4. Beyləqan Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(020)76/20 saylı qətnaməsi ilə X4 ilə Cavabdeh arasında 04 oktyabr 2012-ci il tarixdə Beyləqan rayon İHBnin Kəbirli kəndi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 17 avqust 2009-cu ildə anadan olmuş X3, 31 iyul 2012-ci ildə anadan olmuş X5 anaları X1 yanında qalmaları müəyyən edilmiş və Cavabdeh 05 sentyabr 2019cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 (yüz) manat tutularaq 31 iyul 2012-ci ildə anadan olmuş Sənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş 7003,62 (yeddi min üç manat 62 qəpik) manat məbləğində zərərin və 91.00 (doxsan bir) manat məbləğində dövlət rüsumunun, cəmi 7094,62 (yeddi min doxsan dörd manat 62 qəpik) manat yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi Cavabdeh tərəfindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə öd ənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 22:59 radələrində 731 saylı Ağstafa-Bakı marşrutu ilə hərəkət edən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus DŞİ-001 nömrəli sürətli sərnişin qatarı PutaAbşeron mənzilinin 32-ci km piket 2-də, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən sözügedən qatarın hərəkət istiqamətinin sağ tərəfindən 1-ci və 5-ci vaqonlarına daş atılması nəticəsində qatarın şüşə hissələri əhəmiyyətli dərəcədə zədələnmişdir. Hadisə nəticəsində ADY-yə 7003,62 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi X15 şöbəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. Biləcəri X14n ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 1/6-3-13-15-1/2-6088/2024 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus DŞİ-001 nömrəli sürətli elektrik qatarının Puta-Abşeron mənzilinin 32-ci km piket 2-də, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən qatarın sağ yan şüşə hissələrinə zərər verən şəxslərin xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq X7 və X3 valideynləri X15 şöbəsinə dəvət olunaraq onların iştirakı ilə izahatları alınmış və izahatlarında hər ikisi qatara daş parçası və boş butulka atdıqlarını etiraf etmişlər. Eyni zamanda X15 şöbəsi tərəfindən müvafiq olaraq prot okollar tərtib olumuşdur. Məlumat üçün bildirilmişdir ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2022-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Sözügedən qatarlar həm bölgələrdə, həmçinin Sumqayıt - Pirşağı - Bakı marşrutu ilə hərəkət edərək paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılmasında, o cümlədən sərnişinlərin mənzil başına vaxt itkisi olmadan təhlükəsiz və rahat bir şəkildə çatmalarına böyük töhfə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində lənginə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. Ona görə də, vurulmuş 7003,62 (yeddi min üç manat 62 qəpik) manat məblə ğində zərərin və 91.00 (doxsan bir) manat məbləğində dövlət rüsumunun, cəmi 7094,62 (yeddi min doxsan dörd manat 62 qəpik) manat yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi Cavabdeh tərəfindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, xx.xx.2009-cu ildə anadan olan Kənanı övladlığına götürmüşdür. Kənan Aynurənin birinci ərindən olan uşağıdır. Uşağa atalıq vermişdir. O, həyat yoldaşı Aynurə Binnətovadan 2020-ci ildə ayrılmış və hazırda bir yerə yaşamırlar. Onun iki uşağı var və hər iki uşağı ana himayəsində yaşayır. Həmin uşaqlar üçün aliment ödəyir. O, Beyləqan rayonunda qeydiyyatda olsa da, hazırda Bakı şəhərində yaşayır. Onun baş vermiş hadisədən xəbəri olmamışdır. Belə ki, o, Aynurə və uşağın harada yaşamalarından xəbərsizdir. Aynurə ona uşaqları ilə görüşməyə icazə verməmişdir. Uşaqları ondan gizlətmiş və o, uşaqların tərbiyəsi ilə məşğul ola bilməmişdir. Hadisə ilə bağlı polis şöbəsində araşdırma aparılsa da, o, polis şöbəsinə çağırılmamışdır. Məhkəmə bildirişini aldıqdan sonra hadisədən xəbərdar olmuşdur. Kənanın sözügedən qatarın yan şüşəsini sındırması da sübut olunmamışdır. İddia ilə razı deyildir.
8. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-761/2025 saylı qətnaməsi ilə (hakim R.Nurullayev) iddia təmin edilməmiş, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı təşkilata zərər vuran şəxs azyaşlı olmuş, ona görə də iddia onun atası olan iş üzrə Cavabdeh qarşı verilmişdir. Halbuki məhkəmədə müəyyən edilmişdir ki, Cavabdeh uşağın digər valideyni olan anası Ağalarova (Binnətova) Aynurə Mirağa qızından 2020-ci ilin yanvar ayında boşanmış, həmin vaxtdan Kənan anasının himayəsində qalmış, hazırda da anasının yanında qalıb yaşayır. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi X15 şöbəsinin İstintaq və Təhqiqat qrupunun baş təhqiqatçısı tərəfindən Kənan Binnətovun izahatı alınarkən onun anasının yanında qalması müəyyən edilmiş və Kənan Binnətovun izahatı da anasının iştirakı ilə alınmışdır. Cavabdeh isə boşandıqdan sonra ayrı-ayrı yerlərdə yaşamaql a uşaqla və onun anası ilə heç bir əlaqə saxlamamış və onların heç bir ata-oğul münasibətləri olmamışdır. Beləliklə məhkəmədə zərərin cavabdehin təqsiri üzündən yaranmadığı müəyyən edilmişdir. Belə ki, cavabdeh arvadından boşandıqdan sonra o, uşağının tərbiyəsi ilə məşğul olmaq, onu böyütmək iqtidarında olmamış, uşaqla görüşməsi mümkün olmamışdır. Ona görə də cavabdehin həmin yetkinlik yaşına çatmayan uşağın vurduğu zərərin əvəzini ödəməsi əsaslı sayıla bilməz.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən dövlət rüsumu özünə aid edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1104.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan so nra – MPM) 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, ADY-yə məxsus STADLER DŞİ731saylı dşi-001 nömrəli Ağstafa-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı PutaAbşeron mənzilinin 32-ci km piket 2-də Lökbatan avtomobil keçidində hərəkətdə olan zaman qatarın sağ yan şüşələrinə daş atılması nəticəsində zədə alması faktı aşkar olunmuşdur. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsinin Biləcəri X14 araşdırma aparılmışdır. Biləcəri X14n ADY-yə d axil olmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində saat 23:00 radələrində DŞİ-001 nömrəli, 731 saylı sürətli elektrik qatarı PutaAbşeron istiqamətinin 32-ci km piket 2-də hərəkətdə olarkən sağ yan şüşəsinə kənardan daş atılması nəticəsində yan şüşə hissəsinə zərər verən şəxsin xx.xx.2009-cu il təvəllüdlü X8 olması müəyyən olunmuşdur. Bununla əlaqədar, onun valideynləri bölməyə dəvət olunmuş və onların iştirakı ilə X3 izahatı alınmışdır. O isə verdiyi izahatında qatarın yan sağ şüşəsinə daş atdığını etiraf etmişdir. Göründüyü kimi ilkin olaraq hadisəni Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsinin X15 Şöbəsi araşdırmış və iddiaçı olaraq ADY baş vermiş hadisəni araşdırmaq səlahiyyətində olmadığı üçün tədqiq olunmuş sənədlərə (cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, izahat və s.) istinad etmişdir. Polis orqanlarının apardığı ilkin araşdırmalar nəticəsində tərtib olunmuş sənədlər rəsmi sənədlər hesab olunur və onların hüquqi qüvvəsi vardır. Məhkəmənin bu sənədləri nəzərə almaması və ya onların əsasında qərar qəbul etməməsi hüquqi baxımdan əsaslandırılmalıdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-761/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, cavabdehin məsuliyyəti istisna edilmişdir. Qətnamədə əsas kimi göstərilmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixindən etibarən boşandığı üçün artıq uşağın tərbiyəsi ilə məşğul olmur, bu vəzifəni anası yerinə yetirir və bu əsasla cavabdehin məsul iyyət daşımamalı olduğu qənaətinə gəlinmişdir. Məhkəmənin gəldiyi bu qənaət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən, yetkinlik yaşına çatmayanın vurduğu zərərə görə onun valideynləri-həm ata, həm də ana birgə məsuliyyət daşıyırlar. Boşanma faktı isə valideynlik məsuliyyətindən azad etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən, valideynlər uşağın tərbiyəsi və təhlükəsizliyinə görə birgə məsuliyyət daşıyırlar, hətta boşandıqdan sonra belə bu məsuliyyət onların üzərindən götürülmür. Bildirilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməmişdir. Belə ki, ata ilə ananın boşanma faktı yalnız işin sonuncu baxış iclasında müəyyən edilmiş və bu hal qanunvericiliyin tələblərinin pozulması ilə nəticəl ənərək prosessual pozuntuya səbəb olmuşdur. Halbuki qeyd olunan məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər. Lakin məhkəmə nəinki hazırlıq iclaslarında qətnamənin çıxarılmasına əsas olan məsələləri müzakirə etməmiş, hətta iclasın keçirilməli olduğu gün heç bir məlumat vermədən onu təxirə salmışdır. Bütün bunlar məhkəmənin işə qeyri-peşəkar yanaşdığını v ə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərini kobud şəkildə pozduğunu göstərir. Nəticədə məhkəmə sübutlara birtərəfli yanaşmış, təqdim olunan hüquqi sənədlərə və dəymiş ziyanın təsdiqinə lazımi hüquqi qiymət verməmiş, habelə faktiki halların tam və obyektiv araşdırılması vəzifəsini yerinə yetirmədən qətnamə qəbul etmişdir ki, bu da ciddi prosessual pozuntu hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14cü və 77.1-ci maddələrinə əsasən, mülki işlər üzrə sübutların toplanmasında məhkəmənin təşəbbüskar rolu yoxdur. Yəni, məhkəmə iş üzrə əlavə izahatlar və ya şahid ifadələri almağa cəhd göstərmədən, yalnız boşanma faktına istinad etməklə qətnamə qəbul etmişdir. Halbuki hadisəni ilkin mərhələdə araşdıran polis əməkdaşları prosesin baş lanğıcında əlavə şahid qismində işə cəlb olunmalı və məhkəmənin qətnamədə istinad etdiyi hallar birgə araşdırılmalı idi. Bütün bu məsələlər hazırlıq iclaslarında müzakirə edilməli, həmin mərhələdə müəyyən olunmalı və məhkəmə iddiaçıya cavabdehi ana ilə əvəz etməyi tövsiyə etməli idi. Lakin məhkəmə bu faktı yalnız işin sonuncu baxış iclasında cavabdehin öz izahatında qeyd etməsi nəticəsində öyrənmişdir. Beləliklə məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, təqdim olunan hüquqi sənədlərə və ziyanın təsdiqinə lazımi hüquqi qiymət verməmiş, məhkəmənin öz vəzifəsi olan faktiki halların tam və obyektiv araşdırılması öhdəliyini yerinə yetirmədən qətnamənin qəbulunda prosessual pozuntuya yol vermişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1439/2025 nömrəli mülki iş üzr ə 16 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), M.Sadıqov və A.Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə xx.xx.2009cu il təvəllüdlü X3 iddiaçı "xxxx" QSC-yə maddi ziyan vurması faktı 07 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edilmişdir. Bu isə onu göstərir ki, uşağın hərəkətləri cinayət məsuliyyəti yaratmasa da, həmin hərəkətlər mülki hüquqi məsuliyyətin tətbiq edilməsinə əsas verir.
16. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, yetkinlik yaşına çatmayanın vurduğu zərərə görə onun valideynləri – həm ata, həm də ana - birgə məsuliyyət daşıyırlar. Boşanma faktı isə valideynlik məsuliyyətindən azad etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən, valideynlər uşağın tərbiyəsi və təhlükəsizliyinə görə birgə məsuliyyət daşıyırlar, hətta boşandıqdan sonra belə bu məsuliyyət onların üzərindən götürülmür.
17. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, valideynlər uşaqların hüquq və mənafelərini qorumaqla yanaşı, onların hərəkətlərinə nəzarət etməyə də borcludurlar. Yuxarıda qeyd edilmiş hüquq normalarından müəyyən olunur ki, hüquqda belə bir yanaşma mövcuddur: əgər valideyn uşağın davranışına vaxtında müdaxilə və ya ona nəzarət etsəydi, həm in zərər baş verməyəcəkdi, dolayısı ilə, uşağın təqsirli hərəkətləri nəticəsində yaranan məsuliyyət valideynin üzərinə düşür. Bu nöqteyi-nəzərdən əgər valideyn Cavabdeh uşaq X6 lazımi nəzarəti etsəydi, hadisə baş verməyəcək, dolayısı ilə zərər vurulmamış olacaqdı. X3 maddi ziyan vurması bilavasitə valideynin nəzarət etmə öhdəliyini lazımınca icra etməməsinin nəticəsidir.
18. Lakin iş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(020)76/20 saylı qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında 04 oktyabr 2012-ci il tarixdə Beyləqan rayon İHB-nin Kəbirli kəndi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 17 avqust 2009-cu ildə anadan olmuş X3, 31 iyul 2012-ci ildə anadan olmuş X5 anaları X1 yanında qalm aları müəyyən edilmiş və Cavabdeh 05 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 (yüz) manat tutularaq 31 iyul 2012-ci ildə anadan olmuş Sənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir.
19. Bundan əlavə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi X15 şöbəsinin İstintaq və Təhqiqat qrupunun baş təhqiqatşısı tərəfindən Kənan Binnətovun izahatı alınarkən onun anasının yanında qalması müəyyən edilmiş və Kənan Binnətovun izahatı da anasının iştirakı ilə alınmışdır.
20. Məhkəmə tərkibi hesab etmişdir ki, uşağın anası X4 faktiki olaraq Kənan Binnətovun yanında yaşadığından, uşağın davranışına və tərbiyəsinə gündəlik nəzarət etmək, onun təhlükəsizliyini təmin etmək və üçüncü şəxslərə zərər vura biləcək hərəkətlərin qarşısını almaq vəzifəsi məhz onun üzərinə düşmüşdür. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsində göstərilən “yetkinlik yaşına çatmayanın vurduğu zərərə görə onun valideynləri birgə məsuliyyət daşıyırlar” müddəası nəzərə alınmaqla belə nəticəyə gəlmək olar ki, bu məsuliyyətin reallaşması üçün vacib element-nəzarətin faktiki həyata keçirilməsi nəzərə alınmalıdır. İş materialları əsasında müəyyən edilir ki, X8 hadisə baş verdiyi zaman anasının yanında yaşamış, onun tərbiyə və nəzarəti altında olmuşdur. Bu səbəbdən də, uşağın davranışına lazımi nəzarətin həyata keçirilməməsinə görə mülki məsuliyyət X1 üzərinə düşmüşdür. Bu baxımdan, Cavabdeh faktiki nəzarət imkanının olmaması səbəbindən onun uşağın hərəkətlərinə görə mülki məsuliyyət daşınması hüquqi cəhətdən əsassızdır.
21. Beləliklə məhkəmə tərkibinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tələblərini Cavabdeh yönəltməkdə haqlı olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Belə ki, Mülki-Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apelly asiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Odur ki, iddiaçıya iddia tələbini əsl cavabdehə qarşı yönəltməklə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilir.
22. Apellyatorun apellyasiya şikayətində qeyd etdiyi digər dəlillər-hazırlıq iclaslarında qətnamənin çıxarılmasına əsas olan məsələlərin-ana və atanın boşanmış olması, uşağın ananın himayəsində qalması kimi halların müzakirə edilməməsi kimi dəlillər düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmədiyindən, mübahisələndirilən qətnamənin ləğvi əsası hesab edilə bilməz.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edil miş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1097.1, 1104.2 və 1104.4-cü, MPM-in 14.2, 54.1, 77.1, 372, 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(106)-1439/2025 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci, 1104cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.4-cü, Azərbaycan Respub likası MPM-in 76.1, 76.2, 77.1 və 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən qətnamədə əsas kimi göstərilmişdir ki, uşaq faktiki olaraq anasının yanında yaşadığından, uşağın davranışına və tərbiyəsinə gündəlik nəzarət etmək, onun təhlükəsizliyini təmin etmək və üçüncü şəxslərə zərər vura biləcək hərəkətlərin qarşısını almaq vəzifəsi məhz onun üzərinə düşmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixindən etibarən boşandığı üçün artıq uşağın tərbiyəsi ilə məşğul olmur, bu vəzifəni anası yerinə yetirir və bu əsasla cavabdehin məsuliyyət daşımamalı olduğu qənaətinə gəlinmişdir. Hesab edirlər ki, məhkəmənin gəldiyi bu qənaət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.2-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən, yetkinlik yaşına çatmayanın v urduğu zərərə görə onun valideynləri – həm ata, həm də ana - birgə məsuliyyət daşıyırlar. Boşanma faktı isə valideynlik məsuliyyətindən azad etmir, eyni zamanda nəzərə almaq lazımdır ki, cavabdeh valideynlik hüquqlarından məhrum edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən, valideynlər uşağın tərbiyəsi və təhlükəsizliyinə görə birgə məsuliyyət daşıyırlar, hətta boşandıqdan sonra belə bu məsuliyyət onların üzərindən götürülmür.
27. Məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, təqdim olunan hüquqi sənədlərə və ziyanın təsdiqinə lazımi hüquqi qiymət verməmiş, məhkəmənin öz vəzifəsi olan faktiki halların tam və obyektiv araşdırılması öhdəliyini yerinə yetirmədən qətnamənin qəbulunda prosessual pozuntuya yol vermişdir. Həmçinin, boşanma faktı apellyasiya instan siya məhkəməsi üçün kifayət etmişdir. Belə olan halda, hesab edirlər ki, artıq apellyasiya instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsinin vacib prinsiplərindən biri olan "obyektiv həqiqətin müəyyən edilməsi prinsipi” pozulmuş olur. Nəticədə prosessual hüquq normaları pozulmuş və bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Hesab edirik ki, bu kimi pozuntular qətnamənin ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyi n normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər.
32. Maddə 1104.4. Valideynlərin (övladlığa götürənlərin), himayəç inin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instan siyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)1439/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.