Məhkəmə qərarları › İş №2(1-8)-488/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-488/2026

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-488/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliklərin icrası, əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “dəyəri tam ödənilmiş mənzilin təhvil verilməsinin təmin edilməsi” tələbinə dair iddiası barədə mülki iş üzrə Azərbaycan Respublikasının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “xxxx” MMC-nin direktoru X2 (“Icraçı”) ilə iddiaçı İddiaçı arasında (“Payçı”) bağlanılmış ##.##.2018-ci il tarixli, ***** nömrəli müqaviləsinə əsasən ünvan 3 2538 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan ** nömrəli mənzili “Payçı” İddiaçı verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Mənzilin dəyərinin tam ödənilməsi haqqında ## ###### 2018-ci il tarixdə maliyyə arayışı “Icraçı” tərəfindən “Payçı”ya təqdim olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında ##.##.2018-ci il tarixdə bağlanmış ***** saylı müqavilədə nəzərdə tutulmuş mənzilin - ünvan 3 2538 ünvanda MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbəsində yerləşən 3 otaqlı ** nömrəli mənzilin MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 2538 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan ** nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzil “xxxx” MMC tərəfindən ona satılmışdır. Bu barədə bir tərəfdən “xxxx” MMC-nin direktoru X2 (“Icraçı”), digər tərəfdən İddiaçı (“Payçı”) ##.##.2018-ci il tarixli, ***** nömrəli müqavilə imzalamışlar. Bağlanmış müqavilənin 1-ci bəndinin 1.1. hissəsinə əsasən “Icraçı” ünvan 4 2538 ünvanda inşa olunan yüksək mərtəbəli binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan ** nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzili “Payçı”ya bir pay kimi verir. Müqavilənin 4-cü bəndində ödəniş qaydası göstərilmiş, həmin qaydaya görə göstərilən ünvandakı mənzilin “Icraçı” tərəfindən müəyyən olunmuş qiymətlərlə “Payçı” tərəfindən tam ödənilmiş və müqavilənin 4.2-ci bəndində göstərildiyi kimi kassamədaxil qəbzi ilə əsas sayıldığı üçün mənzilin dəyərinin tam ödənilməsi haqqında ## ###### 2018-ci il tarixdə maliyyə arayışı “Icraçı” tərəfindən “Payçı”ya təqdim olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə görə tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi “Icraçı” mənzili təhvil verir, “Payçı” isə qəbul edir. Qeyd olunan ünvanda tikilən binanın inşası başa çatdıqdan sonra məlum olmuşdur ki, ##.##.2018-ci il tarixli ***** nömrəli müqavilə ilə ona satılmış və dəyəri onun tərəfindən tam ödənilmiş mənzil şirkət tərəfindən başqa bir şəxsə satılmışdır. O, bu barədə “xxxx” MMC-nin direktoru X2 etirazını bildirmiş və ona satılmış mənzilin dərhal və qeyri-şərtsiz ona təhvil verilməsini və aralarında bağlanmış müqavilə şərtlərinə əməl edilməsini tələb etmişdir. “xxxx” MMC-nin direktoru X2 bu keçən müddət ərzində ona yalan vədlər verərək, etibarından sui-istifadə etmiş, onu aldatmış, sonra gizlənmiş, çox saylı telefon zənglərinə cavab verməmiş, müxtəlif bəhanələrlə vaxtı uzatmış və bu məsələni mütləq həll edəcəyi barədə yalan vədlər verərək qanuni əmlakını başqa bir şəxsə sataraq, ona qarşı dələduzluq etmişdir. Bağlanmış müqavilə ilə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, Azərbaycan Respublikası qanunvericiliyini pozmuşdur, həmin müqavilənin 7.2-ci bəndinə görə mübahisəli məsələlər hər iki tərəfin razılığı ilə həll edilir. Bu mümkün olmadıqda tərəflərdən hər hansı biri məhkəmə orqanlarına müraciət etmək hüququna malikdir. “xxxx” MMC-nin rəhbərliyi onu aldadaraq tərəfindən dəyəri tam ödənilmiş mənzili başqa şəxsə satmış, ona təslim etməkdən imtina etmiş və onunla razılığa gəlməkdən müxtəlif bəhanələrlə yayınmışdır. O, məhkəməyə müraciət hüququndan istifadə etmək qərarına gəlmişdir.

5. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, mənzili bir il ərzində ona təhvil verməli idilər. O, evi alanda həmin mərtəbə tikilməmişdir və tez-tez gedib tikintinin necə getdiyinə baxırdı, amma yuxarı çıxmağa icazə vermirdilər. O gedib mənzilə baxanda məlumatı olmuşdur ki, həmin mənzili başqasına satmışlar və həmin şəxs mənzili təmir etdirir və hazırda orada yaşayır. Mənzilin kimə satılması barədə məlumatı yoxdur, müqaviləsinin onun müqaviləsindən əvvəl olub-olmadığını da bilmir. MTK-dan Rauf adlı şəxs hər dəfə onu aldadaraq düzələcəyini, ya başqa mənzil verəcəklərini, ya da pulunu qaytaracaqlarını demiş, amma heç nə verməmişlər. O, mənzili 4 ildir ki, gözləyir. O, 143.000 manat ödəmişdir. Mübahisələndirilən mənzil 143,84 kvadrat metrdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Həqiqət Əhmədova) *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 2538 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan ** nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzilin cavabdeh “xxxx” tərəfindən müqavilə şərtlərinə uyğun İddiaçı təhvil verilməsi “xxxx” MMC-yə həvalə edilmişdir.

7. Məhkəmə bildirmişdir ki, iddiaçı İddiaçı “xxxx” MMC ilə bağladığı ##.##.2018-ci il tarixli müqaviləsinə əsasən, ünvan 2 2538 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan ** nömrəli mənzili “payçı” İddiaçı verməyi “payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin 3 otaqdan, ümumi sahəsinin 143,84 kv.m.-dən ibarət olması göstərilmiş, mənzilin ümumi dəyəri 143.840 manat məbləğində müəyyən olunmuşdur. Iddiaçı tərəfindən ##.##.2018-ci il tarixli arayış ilə həmin məbləğin ödənilməsi təsdiq edilmişdir. Cavabdeh “xxxx” MMC müqavilə üzrə öhdəliklərini yerinə yerinə yetirməmiş, mənzili iddiaçını istifadə və sahibliyinə verməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı ünvan 2 2538 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan ** nömrəli mənzil ona məxsus olduğundan İddiaçı sifarişi əsasında hazırlanmış və payçısı olduğu ünvan 2 2538 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının l-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan ** saylı mənzilin cavabdeh “xxxx” tərəfindən müqavilə şərtlərinə uyğun təhvil verilməsi “xxxx” MMC-yə həvalə edilməsi üçün əsasdır.

9. Məhkəmə iddiaçı İddiaçı “xxxx” MMC-nin rəhbərliyinin qanunsuz əməlləri barədə tədbir görülməsi barədə qərar qəbul edilməsi” barədə vəsatətinə münasibətdə bildirmişdir ki, hazırkı mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə “xxxx” MMC-nin əməlində cinayət tərkibi olmadığından, onlar barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən vəsatət təmin edilə bilməz.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 158.2, 165.1, 178.8, 752.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 360, 265.4-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Işdə iştirak etməyə cəlb edilməmiş, maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs, onunla MMC arasında ##.##.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ünvan 1 2538 ünvanda MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbəsində yerləşən 3 otaqlı ** nömrəli mənzili almış və mənzilin dəyərini təşkil edən 165.416 manatı MMC-yə ödəmişdir. MMC tərəfindən ona verilmiş ##.##.2017-ci il tarixli “xxxx” da görünür ki, o, mənzilin dəyərini MMC-yə tam həcmdə ödəmişdir. Bu səbəbdən də MMC həmin mənzili ona təhvil vermiş, o isə öz növbəsində mənzili təmir etdirərək, mənzilə köçmüşdür. Lakin birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qiyabi qətnamənin icrası ilə bağlı, o, Bakı şəhəri Nizami Rayon Icra Şöbəsinin icra məmurları tərəfindən həmin mənzildən çıxarılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkili (nümayəndəsi) vəkil3 vəsatəti qismən təmin edilərək, iş üzrə sənədlərin texniki ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli, ## ###### 2025-ci il tarixli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir:

15. - Tədqiqata təqdim edilmiş, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli müqmavilənin, iddiaçının adına verilmiş ##.##.2018-ci il tarixli “xxxx”, apellyator ilə MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilənin, apellyatorun adına verilmiş ##.##.2017-ci il tarixli “xxxx” üzərilərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdur.

16. - Iddiaçıya aid olan və apellyatora aid olan həmin sənədlərin üzərilərində olan möhür əksləri eynilik təşkil etmirlər.

17. - Iddiaçıya aid olan və apellyatora aid olan həmin sənədlərin üzərilərində olan imzalar texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişlər.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.Məmmədov sədrlik edən və məruzəçi, A.Imanov və F.Talışinski) *(***)-****/**** nömrəli, ## ####### 2025ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə, cavabdeh “xxxx” MMC-dən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manatın tutularaq iddiaçı İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manatın tutularaq apellyator Maraqlı şəxs, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş üzrə toplanmış sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, həm iddiaçının, həm də apellyatorun istinad etdikləri müqavilələr və “xxxx” saxta deyil. Bu hal cavabdeh MMC-nin vəkilinin (nümayəndəsinin) izahatı ilə də təsdiq edilmişdir. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) iddiaçıya aid olan sənədlərin saxta olmadığını bildirsə də, həmin sənədlərin etibarsız olduğunu bildirir. Buna baxmayaraq o, istinad etdiyi halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, hazırkı vəziyyətdə məhkəmə kollegiyası hər 2 müqaviləni və hər 2 “Maliyyə arayışını” etibarlı hesab etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, fərdi-müəyyən əşya mübahisəli mənzil cavabdeh MMC tərəfindən apellyatora təhvil verilmiş, o da öz növbəsində mənzili təmir edərək, bir neçə ildir ki, həmin mənzildə yaşayır. Buna görə də, iddiaçının iddiası təmin edilə bilməzdir.

21. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 452.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Iddiaçı İddiaçı (vəkili X1 oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi hissəsində gəldiyi nəticəni belə əsaslandırmışdır ki, fərdi-müəyyən əşya olan mübahisəli mənzil cavabdeh MMC tərəfindən G. Məmmədovaya təhvil verilmiş, o da öz növbəsində mənzili təmir edərək, bir neçə ildir ki, həmin mənzildə yaşayır. Buna görə də, iddiaçının iddiası təmin edilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının da mübahisələndirilməmiş və ləğv edilməmiş cavabdehlə müqaviləsi mövcuddur. Bu günə qədər nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmamışlar. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən müqavilə üzrə götürdüyü öhdəliyin icra edilməməsini iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxartmışdır.

24. Işə baxmış apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən səsləndirilən izahatlara tənqidi yanaşmamasını əsaslandırmamışdır. Həmçinin cavabdehin istinad etdiyi heç bir hal məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Eyni zamanda iş üzrə ## ### 2025-ci il tarixli məhkəmənin qərardadı ilə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmişdir. Iş üzrə ekspert isə iş üçün əhəmiyyət kəsb edən sənədlərin hansının daha əvvəl hansının isə daha sonra hazırlanması ilə bağlı suala cavab vermədiyindən tərəfindən əlavə ekspertizanın keçirilməsi ilə bağlı vəsatət təqdim edilmiş, lakin məhkəmə əsassız olaraq vermiş olduğu vəsatəti təmin etməyərək iş tam, hərtərəfli və obyektiv araşdırmasını təmin etməmiş, həmçinin prosessual hüquq normaları qismində MPM-nin 14.1-ci maddəsini pozmuş və bu pozuntu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

34. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

39. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq mübahisəli mənzilin daha əvvəl üçüncü şəxsə təhvil verildiyi, onun təmir edərək yaşadığına və daha əvvəl onunla müqavilə bağlanmasına əsaslanaraq iddianın təmin olunmasının istisna olunduğu nəticəsinə gəlmişdir. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qəbul edilmiş qərarın nəticələri ilə razılaşır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

41. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar