Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-493/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Fizuli oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən və tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Goranboy rayon Aqrar Islahat Komissiyasının ## ###### 2005-ci il tarixli, ** saylı qərarına əsasən JN-0372, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə, 0.0029 hektar torpaq sahəsi Goranboy rayon Rəhimli kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir.
2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş *** nömrəli, ## ###### 2006-cı il tarixli qeyri-yaşayış binasının texniki pasportu İddiaçı adına tərtib edilmişdir.
3. Hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh torpaq sahəsindən və tikilidən çıxarılmasını tələb edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Heydər Əliyev küçəsində yerləşən 0.0029 ha torpaq sahəsindən və tikilidən cavabdeh Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, Goraboy rayon Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarına əsasən, ona Goranboy rayonu, Heydər Əliyev küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün 0.0029 ha torpaq sahəsi satılmış və mülkiyyət hüququna dair JN:*** nömrəli, KOD:50901004 olan şəhadətnaməyə əsasən torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyatının aparılması barədə müraciət etsə də, cavabdehin qanunsuz müdaxiləsi nəticəsində daşınmaz əmlakın dövlət reyestri orqanının əməkdaşları tərəfindən heç bir müayinə və ölçü işləri aparılması mümkün olmamışdır. Bununla bağlı Goranboy rayon polis şöbəsinə müraciət etsə də, araşdırma aparılaraq müvafiq məhkəməyə müraciət edilməsi ona bildirilmişdir. Həmçinin həmin torpaq sahəsində tərəfindən də qeyri-yaşayış sahəsi inşa etdirilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmçinin qeyri-yaşayış sahəsi üzərində hüquqlarının təmin edilməsini həyata keçirə bilmir. Qeyd olunan tikili üzərində onun gözlənilən mülkiyyət hüququ vardır ki, həmin hüququnda qeydiyyatı daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən icra edilməlidir ki, cavabdeh bu hüququnun da təmin edilməsinə maneə yaradır. Cavabdeh ona məxsus əmlakını boşaldılmamasının səbəbi kimi həmin torpağın ona məxsus olduğunu göstərsə də onun iddiası heç bir əsasa söykənmir.
6. Cavabdeh Cavabdeh iddia ərizəsinə dair etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Goranboy şəhəri, Heydər Əliyev küçəsində 0.0029 ha torpaq sahəsində iki ədəd qeyri-yaşayış binası yerləşir. Həmin tikililərdən yol hissədə olan tərəfindən 2018-ci ildə inşa olunub, arxa hissədəki isə 2020-ci ildə inşa edilib. Həmin tikililərin yerləşdiyi torpaq sahəsinə dair heç bir mülkiyyət sənədi yoxdur, altındakı torpaq sahəsi dövlətə məxsusdur. Həmin tikililərdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin ünvana vergi uçotuna düşərək sahibkar kimi həmin obyektdən istifadə edir, kassa qeydiyyatı da həmin ünvanadır. Hazırda həmin qeyri-yaşayış sahələrinə çıxarış alınması, istismara qəbul edilməsi üçün müvafiq dövlət qurumlarında proses gedir.
7. Goranboy Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, JN-0372, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş *** nömrəli, ## ###### 2006-cı il tarixli qeyri-yaşayış binasının texniki pasportuna əsasən İddiaçı mülkiyyətində olan Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.0029 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş qeyri-yaşayış binasından cavabdeh Cavabdeh çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı İddiaçı mülkiyyətində Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.0029 ha torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində İddiaçı JN-0372, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin üzərində İddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış binası inşa edilmişdir. Hazırda mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış binası cavabdeh Cavabdeh tərəfindən istifadə olunur.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan Goranboy şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0029 ha torpaq sahəsinə qanunsuz sahiblik etməklə və həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə, iddiaçının 0.0029 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız və qanunsuz müdaxilə etməklə, onun mülkiyyət hüquqlarını pozur. Ona görə də, cavabdeh qanunsuz istifadə etdiyi iddiaçı İddiaçı mülkiyyətində olan mübahisəli torpaq sahəsindən və üzərindəki tikilidən çıxarılmaqla iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 139.3, 139-1.1.5, 140, 146.1, 146.2, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 238.1, 238.2, 238.3, 239.2, 240.1, 240.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Goranboy şəhəri, Heydər Əliyev küçəsində 0.0029 ha torpaq sahəsində iki ədəd qeyri-yaşayış binası yerləşir. Həmin tikililərdən yol hissədə olan cavabdeh tərəfindən 2018-ci ildə inşa olunub, arxa hissədəki isə 2020-ci ildə inşa edilmişdir. Həmin tikililərin yerləşdiyi torpaq sahəsinə dair heç bir mülkiyyət sənədi yoxdur, altındakı torpaq sahəsi dövlətə məxsusdur. Həmin tikililərdə cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin ünvana vergi uçotuna düşərək sahibkar kimi həmin obyektdən istifadə edir, kassa qeydiyyatı da həmin ünvanadır. Hazırda həmin qeyri-yaşayış sahələrinə çıxarış alınması, istismara qəbul edilməsi üçün müvafiq dövlət qurumlarında proses gedir. Iddiaçının mülkiyyətlə bağlı iddiası heç bir əsası olmamışdır, əksinə qanunvericiliyin tələbləri baxımından cavabdehin həmin tikililərə mülkiyyətə dair “qanuni gözlənti” hüququ, həmçinin tikililərin yerləşdiyi torpaq sahəsinə dair əşya hüquqları olmuşdur. Iddiaçıya JN-0372, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında verilmiş torpaq sahəsinin məhz Goranboy şəhəri, Heydər Əliyev küçəsində yerləşməsi həmin akt ilə təsdiq edilmir. Belə ki, həmin torpaq sahəsinin akta əlavə edilmiş cizgi daxilində yerləşməsi ilə bağlı aktda qeyd vardır, həmin cizgiyə (döngə nöqtələrinə) əsasən torpaq sahəsi kənar ərazidə yerləşir. Cavabdehə məxsus 257.8 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsini tərəfindən təsdiq edilmiş “yerquruluşu planı”ndan görünür ki, həmin torpaq sahəsi 0.0171 ha təşkil edir, tikintialtı sahə isə 105.6 kv.mdir. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü isə dövlət torpağıdır. Baxmayaraq ki, iddiaçı JN-0372, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsaslanır, iş materiallarından görünür ki, həmin aktdakı torpaq sahəsinin cavabdehə məxsus tikililərin yerləşdiyi torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, tamamilə başqa ərazidə yerləşir, cavabdehin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətidir, həmin topraq sahəsini satın almaqda və ya icarəyə götürməkdə cavabdeh üstünlük hüququna malikdir. Belə olan halda, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Cavabdeh qeyd edilən 0.0171 ha torpaq sahəsinin ƏMDX-dan mülkiyyətə alınması və ya icarəyə götürülməsi təklif olunmuşdur.
13. Məhkəmə həmçinin bir halı da nəzərdən qaçırmışdır ki, JN-0372, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Goranboy rayonunda yerləşən 0.0029 ha (29 kv.m.) torpaq sahəsi iddiaçının adına rəsmiləşsə də, həmin torpaq sahəsi iddiaçının əri, cavabdehin isə atası olmuş mərhum Əhmədov Fizuli Əli oğlu ilə birgə nikah dövründə əldə olunmuşdur. Əhmədov Fizuli Əli oğlu ##.##.2020-ci il tarixdə vəfat etmiş, cavabdeh miras əmlakları faktiki olaraq qəbul edərək sahiblənmişdir. Fərz edilsə ki, iddiaçının adına qeydə alınmış JN-0372, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Goranboy rayonunda yerləşən 0.0029 ha (29 kv.m.) torpaq sahəsi məhz cavabdehə məxsus Goranboy şəhəri H.Əliyev küçəsində 0.0171 ha torpaq sahəsində yerləşən 257.8 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsidir, bu halda belə cavabdehə qarşı verilmiş iddia təmin edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Cavabdeh həmin torpaq sahəsini miras əmlak kimi qəbul etdiyindən, mülki qanunvericiliyə əsasən mülkiyyətçi sayılır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-***/*-****/**** saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: -Iddiaçı İddiaçı Goranboy rayon Aqrar Islahat Komissiyasının ## ###### 2005-ci il tarixli, ** saylı qərarına əsasən JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən mülkiyyətinə verilmiş 0.0029 ha torpaq sahəsinin və ## #### 2025-ci il tarixli *(***)- ***/**** saylı məhkəmə məktubuna əlavə edilmiş sənədlərə və Goranboy şəhərinin baş planından çıxarışa, Goranboy bələdiyyəsi tərəfindən təsdiq edilmiş ortofoto materillarına uyğun mübahisəli ərazinin koordinatları naturada təyin edildiyi müəyyən edilmişdir. - Goranboy rayon Aqrar Islahat Komissiyasının ## ###### 2005-ci il tarixli, ** saylı qərarına əsasən JN-**** nömrəli ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Goranboy rayon Rəhimli kənd sakini İddiaçı mülkiyyətinə verilmiş 0.0029 hektar torpaq sahəsi cavabdeh Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli 29 oktyabr 2025- ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Goranboy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən və tikilidən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir (hakimlər: Şamil Rzaquliyev-sədrlik edən və məruzəçi, Günay Cavadova və Rüfət Məcidov).
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün iddiaçı İddiaçı Goraboy rayon Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarına əsasən Goranboy rayonu, Heydər Əliyev küçəsində 0.0029 ha torpaq sahəsi satılmış və mülkiyyət hüququna dair JN:*** nömrəli, KOD:50901004 olan şəhadətnaməyə əsasən həmin torpaq sahəsi ona məxsusdur.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mülkiyyət hüquq əsasında ona məxsus həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyini göstərmiş olsa da, məhkəmə araşdırması zamanı əldə olunmuş mütəxəssis və ekspert rəyi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə aidiyyətinin olmadığı, yəni həmin torpaq sahələrinin üst-üstə düşməməklə birinin digərindən kifayət qədər aralıda yerləşdiyi müəyyən edilmişdir.
18. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hazırda cavabdehin faktiki istifadəsində olan tikililərin də ona məxsus olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsinin zəbt edildiyini bildirsə də, ekspert rəyi ilə cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı məxsus torpaq sahəsinə hər hansı müdaxilənin edilməsi təsdiqini tapmamışdır.
20. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin cavabdeh tərəfindən həqiqətən də zəbt edilib-edilməməsinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edərək müvafiq rəy almalı olduğu halda bunu etməmiş, sonda düzgün olmayan nəticəyə gəlmişdir.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 171.1, 372.7-ci maddələrinə, Tоrpаq Мəcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə, Insan hüquqları haqqında Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi ona Goranboy Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı əsasında verilmişdir. Həmin Qərarda qərara alınmışdır ki, Goranboy Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən alqı-satqı qaydasında Rəhimli kənd sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 28.8 kv.m torpaq sahəsi satılması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınsın. Rəhimli kənd sakini İddiaçı Goranboy Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə torpaq sahəsi ayrılsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli *** saylı qərarına müvafiq olaraq 28.8 kv.m əkinə yarasız torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilsin. Daha sonra ona “Torpaqların Alqı- Satqısına Dair “ Akt verilmişdir. Və həmin aktdan da görünür ki, Goranboy Bələdiyyə ərazisində 0.00288 ha torpaq sahəsinin satılması barədə 2005-ci il ## ###### tarixində ** saylı qərar qəbul edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin müdiri tərəfindən onun adına verilmiş rəydən görünür ki, Goranboy Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan şəhərin 26-cı kvartalında yerləşən torpaq sahəsindən 28.8 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün Rəhimli kənd sakini İddiaçı alqı-satqı qaydasında satılmasına etiraz etmir. Goranboy Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarının hüquqi nəticəsi olaraq, Goranboy rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin nümayəndəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi, Goranboy Şəhər Icra Nümayəndəliyi, Goranboy rayon GEM-in nümayəndəsi, Goranboy rayon Elektrik Şəbəkəsinin nümayəndəsi, Goranboy rayon X4 xidmətinin nümayəndəsi, Goranboy rayon Telekommunikasiya Qovşağının nümayəndəsi,** saylı Yol idarəsinin nümayəndəsi, Goranboy Rayon Qaz Idarəsinin nümayəndəsi, Goranboy Bələdiyyəsinin nümayəndəsi və tərəfindən “X2“ tərtib edilərək ona verilmişdir. Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün ayrılmış torpaq sahəsinin şəhərin baş planından Çıxarış da ona verilmişdir. Habelə, ## ###### 2006-cı il tarixdə qeyri-yaşayış binasının texniki pasportu da tərtib edilərək ona verilmişdir. Qeyd edilən torpaq sahəsi şəhərin baş planında göstərilən Çıxarışa əsasən ona təhfil verilmişdir. O, həmin torpaq sahəsi üzərində qeyri-yaşayış binası inşa etdirmiş, həmin əmlaka dair mülkiyyət hüququnu təsbit edən JN *** saylı 50901004 kodlu “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktı tərtib edilmiş və ona verilmişdir. Hazırda onun, sözügedən əmlaka dair mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata alınaraq tanınmalıdır. Lakin, JN *** saylı 50901004 kodlu “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktında koordinatlar düzgün qeyd edilməmişdir. Hansı ki, Goranboy Bələdiyyəsinin sədri tərəfindən təstiq edilmiş Azərbaycan Respublikası Goranboy rayonu Heydər Əliyev prospektində yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin “Google Foto“ görüntüsündə sözügedən qeyri-yaşayış obyektinin şəhərin baş planından Çıxarışla üst-üstə düşdüyü izlənilir (X2 ilə ## ###### 2005-ci il tarixdə ona təhfil verildiyi kimi). Belə olan halda, JN *** saylı 50901004 kodlu “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktındakı koordinatlarda dəyişiklik (düzəliş) edilməlidir. Odur ki, o, Gəncə Inzibati Məhkəməsində cavabdeh inzibati orqana-Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsinə qarşı “Mülkiyyət hüququnu təstiq edən Dövlət reyestrindən çıxarış və plan – cizgi sənədinin verilməsi tələbinə dair“ iddia irəli sürmüşdür. Iddia tələbi üzrə hüquqi marağı Goranboy rayonu Heydər Əliyev prospektində yerləşməklə ona məxsus qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun təsbit edildiyi JN *** saylı 50901004 kodlu “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktının koordinatlarında düzəliş edilməklə (ona ayrılmış qeyri-yaşayış obyektinin Şəhərin Baş Planından Çıxarışda göstərilən cizgilərlə və Goranboy Bələdiyyəsinin təstiq etdiyi “Google Foto“ görüntüsü ilə üst–üstə düşməklə) onun mülkiyyət hüququnu təstiq edən Dövlət reyestrindən Çıxarış və plan – cizgi sənədinin verilməsi ilə bağlıdır. Iddia tələbi Gəncə Inzibati Məhkəməsinin icraatına qəbul edilmişdir. Onun inzibati orqana qarşı iddia tələbi konkret olaraq ona Goranboy rayon Aqrar Islahat Komissiyasının ## ###### 2005-ci il tarixli ** saylı qərarına əsasən JN **** nömrəli “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktı ilə ayrılmış 0.0029 ha torpaq sahəsinin koordinatlarının düzgün qeyd edilməməsi, o cümlədən koordinatlarda düzəliş edilməsi ilə bağlıdır.
24. Bütün bunlara əsaslanaraq, iddiaçı qeyd etmişdir ki, məhkəmə kollegiyası işə birtərəfli və səthi yanaşmışdır. Belə ki, iddia ərizəsinin predmetini təşkil edən daşınmaz əmlak mübahisəli olmaqla, həmin məkandan cavabdeh (oğlu) Cavabdeh Füzuli oğlu istifadə edir. Cavabdehlə arasındakı mübahisə, məhz JN **** nömrəli “Torpağa mülkiyyət hüququna dair “Dövlət aktı ilə ayrılmış 0.0029 ha torpaq sahəsinin koordinatlarının düzgün qeyd edilmədiyinə görə yaranmışdır. Hansı ki, iş materiallarında olan JN **** nömrəli “Torpağa mülkiyyət hüququna dair “Dövlət aktı ilə ayrılmış 0.0029 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə istinadən bildir ki, həmin torpaq sahəsinə dair koordinatlar düzgün işlənməmişdir. Iddiaçı qeyd etmişdir ki, qətnamənin 4-cü səhifəsi, abzas 8-də göstərilmişdir ki, Goranboy rayonu Aqrar Islahat Komissiyasının ## ###### 2005-ci il tarixli ** saylı qərarına əsasən JN **** nömrəli ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair “dövlət aktına əsasən Goranboy rayon Rəhimli kənd sakini İddiaçı mülkiyyətinə verilmiş 0.0029 hektar torpaq sahəsi cavabdeh Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Qətnamənin 6-cı səhifəsi, abzas 4-də qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd edir ki, Goranboy rayon Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli ** saylı ərarına əsasən iddiaçı İddiaçı Goranboy şəhəri Heydər Əliyev küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün 0.0029 ha torpaq sahəsi satılmış, ona həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququna dair JN *** nömrəli, 50901004 kodlu şəhadətnamə verilmişdir. Iddiaçı ona məxsus torpaq sahəsinin zəbt edildiyini bildirsə də, ekspert rəyi ilə cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı məxsus torpaq sahəsinə hər hansı müdaxilənin edilməməsi təstiqini tapmır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının istinad etdiyi ekspert rəyi mütəxəssis rəyinə əsasən tərtib edilmişdir. Mütəxəssis rəyi və ekspert rəyi ziddiyyətlidir. Belə ki, rəylərin birində yazılmışdır:Gəncə Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı ## ##### 2025ci il tarixli məktubu ilə əlaqədar ##.##.2025- ci il tarixdə rəy yazılaraq Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadının 2-ci sualına aşağıdakı kimi cavab verilmişdir:torpaq sahəsinə aid JN **** saylı Dövlət Aktı elektron məlumat bazasında mövcud olmadığından və koordinatlar WGS84 koordinat sistemində olmadığından elektron məlumat bazasında natura ilə tam uyğunsuzluq olduğundan həmin Dövlət Aktının hazırlanmasında əsas olan təstiqlənmiş formada ilkin torpaq ayırma sxemi, bələdiyyənin qərarı, sahə seçmə aktı təqdim edilərsə bu sualın cavablandırılması mümkün olar. Tərəfindən qeyd edilən bütün sənədlər mülki iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsinə təqdim edilmişdir. Həmin sənədlər aşağıdakılardan ibarət olmuşdur: 1) Goranboy Rayon Bələdiyyəsinin Qərarı 2) X1. 3)Torpaq sahəsinin satılmasına dair rəy, 4)Torpaqların alqı-satqısına dair Aktı, 5)Şəhərin Baş planından Çıxarış, 6)Qeyri-yaşayış obyektinin “X3”, 7)Texniki pasport. 8)Dövlət Aktı. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsi ziddiyyətli mövqe nümayiş etdirərək təqdim etdiyi ilkin sənədlərə düzgün qiymət verməmişdir və işə baxan məhkəmə kollegiyası işin bu və digər hallarına tənqidi yanaşmamışdır.
25. Kassator şikayətini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununa, Mülki Məcəllənin 12.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
Azərbaycan Respublikasının Tоrpаq Мəcəlləsi
30. Maddə 111 (hissə 1). Azərbaycan Respublikasında tоrpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Insan hüquqları haqqında Avropa Konvensiyasının * saylı Protokolu
31. Maddə 1. Mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin Insan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
42. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya instansiya məhkəməsi təqdim olunmuş sübutlar əsasında haqlı olaraq mübahisəli torpaq sahələrinin üst-üstə düşmədiyini qeyd edərək tikilinin iddiaçıya aid olması təsdiq edən sübutların olmaması nəticəsinə gəlmişdir. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qəbul edilmiş qərarın nəticələri ilə razılaşır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
44. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.