Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-494/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, miras payların müəyyən edilməsi, mirasdan imtina edilməməsi, evə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bərdə Ərazi İdarəsinə qarşı “mirasda pay, mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2**5-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 şikayətinə ## ##### 2**6-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ##.##.1962-ci ildə Tərtər rayon Seydimli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X1, ana qrafasında X14 göstərilmişdir.
2. ##.##.2010-cu ildə Bərdə rayon * saylı Notariat Kontoru tərəfindən tərtib və təsdiq edilmiş vəsiyyətnamə ilə, Tərtər rayonu, Seydimli kəndində yaşayan X8 rayonu, Seydimli kəndində yerləşən yaşayış evini, torpaq sahəsi ilə birlikdə övladı Abbasova Kubra Abbas qızına vəsiyyət etmişdir.
3. X8 ##.##.2013-cü ildə vəfat etdikdən sonra Abbasova Kubra Abbas qızına miras əmlakla bağlı ##.##.2015-ci il tarixli *V-** saylı vəsiyyətnamə üzrə X23 şəhadətnamə verilmişdir.
4. Daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarış ilə Tərtər rayonu, Seydimli kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsnidə inşa edilmiş ümumi sahəsi 53,1 kv.metr, o cümlədən 45,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahəsən və 2 otaqdan ibarət fərdi yaşayış evi Abbasova Kubra Abbas qızının adına ##.##.2015-ci ildə 1815003284 sayla qeydə alınmışdır.
5. Tərtər rayonu, Seydimli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin verdiyi *** saylı ##.##.2**3-cü il tarixli arayışa əsasən İddiaçı Tərtər rayonu, Seydimli kəndində qeydiyyatdadır. Onun ailə üzvləri bacısı Abbasova Kubra Abbas qızı, oğlu X9, gəlini İsmayılova Əfsanə Vahid qızı, nəvəsi X10, nəvəsi Abbaslı İnci Arzuman qızı, nəvəsi X11, oğlu X12, gəlini X17, nəvəsi X18, nəvəsi X5 ibarətdir.
6. Tərtər rayonu, Seydimli kənd İƏD-i üzrə nümayəndənin İddiaçı verdiyi *** saylı ##.##.2**4-cü il tarixli arayışa əsasən onun atası X1 və anası X8 birgə nikahdan - qardaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, bacısı X2, bacısı X13, bacısı X6 və bacısı X7 adlı qardaş və bacıları vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) cavabdeh Abbasova Kubra Abbas qızına qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək hazırda qeydiyyatda olduğu Tərtər Rayonu, Seydimli kəndində həyətyanı torpaq sahəsində yerləşən evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırlıq iclasında qarşı tərəfin təqdim etdiyi sübutlara əsasən notariat orqanının cavabdeh olduğu müəyyən edildiyindən Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi cavabdeh qismində cəlb edilməklə cavabdeh Abbasova Kubra Abbas qızına qarşı vəsiyyətnamə üzrə X23 şəhadətnaməsinin ləğv edilməsi, vərəsəlik hüququnun tanınaraq vərəsəlik payının müəyyən edilməsi, notariat orqanının üzərinə yeni şəhadətnamənin verilməsi vəzifəsi qolyulması, ##.##.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və onun evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Tərtər rayonu, Seydimli kəndində yerləşən ata-baba yurdunda yaşamaq istəsə də, bacısı olan Abbasova Kubra Abbas qızı iddiaçıya həmin evdə yaşamağa imkan verməmişdir. İddiaçı 2015-ci il tarixədək həmin ünvanda oğlu Asiman Abbasov ilə birlikdə yaşamışdır. Torpaq sahəsində iki yaşayış evi mövcuddur. Biri əvvəlcədən mövcud olmuş, yaşamaq üçün tam yararlı, digər isə əvvəllər iddiaçı tərəfindən özbaşına tikinti kimi inşa edilmiş olsa da, tam yararlı olmuş, sonradan təmir üçün sökülmüş, yenidən bərpa edilən müddətdə oğlu Asimana, onun ailə üzvlərinə və iddiaçıya həmin mənzildə yaşamağa cavabdeh imkan vermədiyi üçün yarımçıq tikili kimi qalmışdır. İddiaçı həmin yarımçıq tikilidə 1988-ci ildən yaşamışdır və həmin ünvanda qeydiyyatdadır. İddiaçının başqa yaşayış yeri yoxdur. İddiaçının ata və anasına məxsus olmuş torpaq sahəsindən, mənzildən istifadə hüququ vardır. Onlarda olan məlumata görə cavabdeh hansısa üsul və vasitə ilə çıxarış əldə etmiş, həmin çıxarışı isə qanunsuz əldə etmişdir. İddiaçı atası və anasına məxsus torpaq sahəsindən, evdən hər hansı payı bacısı Kubra Abbasovaya verməmiş və bu paydan imtina etməmişdir. İddiaçı dəfələrlə özünə məxsus mənzilə köçüb yaşamağa cəhd etsə də, cavabdeh bununla bağlı ona şərait yaratmamışdır. Tam əksi olaraq cavabdeh onun və ailə üzvlərinin qeydiyyatdan çıxması ilə bağlı Gəncə İnzibati Məhkəməyə müraciət etmişdir. Qeyd olunan səbəblərə görə iddiaçı hazırda qeydiyyatda olduğu mənzilə köçürülməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Kubra Abbasova iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı ilə bacıqardaşdırlar.
10. İddiaçı ilə 1995-ci il tarixədək yaxşı münasibətdə olmuşlar. Lakin həmin vaxtdan sonra iddiaçı evdən çıxıb getmiş və münasibətləri pisləşmişdir. Atası 1996-cı ildə, anası isə 2013-cü ildə vəfat etmişdir. Valideynləri vəfat etdikləri zaman iddiaçıya zəng edib dəfn mərasiminə çağırmış, lakin iddiaçı yas mərasimlərinə gəlməmişdir. İddiaçı 2015-ci ildə miras evdə yaşadığını bildirsə də, lakin 2015-ci ildən əvvəllər orada yaşamışdır. Mübahisəli fərdi yaşayış evi ona məxsusdur. Belə ki, həmin ev, həyətyanı torpaq sahəsi ilə birlikdə ona vəsiyyət edilmişdir. Anası vəfat etdikdən sonra o, vəsiyyətnamə üzrə X23 şəhadətnamə almışdır. Bundan sonra anasına məxsus olan evi adına sənədləşdirmiş və çıxarış sənədi almışdır.İddianı qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir.
11. Cavabdeh Kubra Abbasovanın vəkili və nümayəndəsi İsayeva Xanım Yusif qızı göstərmişdir ki, cavabdeh 2017-ci ildə cavabdehin (qardaşının) hazırda ona məxsus olan evdən qeydiyyatdan çıxarılması barədə müraciət etmiş, lakin ərizəsi texniki sənədlər olmadığından mümkünsüz hesab edilmişdir. Mübahisəli ev cavabdehə məxsusdur. İddiaçı uzun illərdir ki, evdən çıxıb getmişdir, hazırda onun cavabdehə məxsus fərdi yaşayış evində yaşamaq istəməsi qanunsuzdur. İddiaçının cavabdehə məxsus evdə yaşamaq üçün iddia müddəti keçmişdir. İddia, iddia müddətinin ötməsi ilə əlaqədar əsassız olduğu üçün, iş üzrə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
12. Tərtər Rayon Məhkəməsinin ## #### 2**4-cü il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Abbasova Kubra Abbas qızının adına verilmiş # ##### 2**5-ci il tarixli vəsiyyətnamə üzrə X23 şəhadətnamə və ##.##.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın etibarsız edilməsi, iddiaçının mərhum X8 İ dərəcəli vərəsəsi kimi tanınması, Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X8 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evindən qanun üzrə iddiaçının 1/12 hissədə, qanun və vəsiyyətnamə üzrə vərəsə cavabdeh Abbasova Kubra Abbas qızının payının 7/12 hissədə müəyyən edilməsi, iddiaçının Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X8 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. (hakim Kamil Rzayev)
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı və cavabdeh bacı qardaşdırlar. Onların aralarında valideynlərindən miras qalmış daşınmaz əmlakla bağlı mübahisə yaranmışdır. Tərəflərin valideynləri ölmüş, ona görə də həmin miras əmlak qəbul edilmiş sayılmalıdır. Bununla yanaşı iddiaçı da mərhum valideynlərinin birinci dərəcəli vərəsəsidir.
14. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı həmin evdə doğulmuş, uzun illər orada yaşamışdır. İddiaçının müvəqqəti olaraq evdən getməsi onun həmin evə görə hüquqlarını itirməsi anlamına gəlmir. O, mərhum valideynlərinin vərəsəsi kimi miras qalmış əmlakdan pay almaq və həmin paydan qanunun tələblərinə əsasən istədiyi qaydada istifadə etmək hüququna malikdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1134.1, 1145,1146, 1159, 1243.2, 1243.3-cü, MülkiProsessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1962-ci il təvəllüdlü olmaqla, 1980-ci illərin axırlarında ailə qurmuş, 1 il sonra arvadı ilə birlikdə evdən çıxıb, həmin kənddə satılan uşaq bağçasının binasını alıb, ora köçmüş, bir neçə il orada yaşamışdır. Sonra ailəsindən ayrılıb, oradan çıxıb Rusiyaya getmiş, İvanova vilayətində yaşamış və orada pasport qeydiyatında olmuşdur. 1994-cü ildə müvəqqəti Azərbaycana gəlib, Şəmkirdən olan Xalidə adlı qadınla ailə qurub, onu da Rusiyaya aparmışdır. Az bir müddət sonra onlar ayrılmışlar. 1996-cı ildə atası Abbas vəfat edən zaman iddiaçı Rusiyada yaşamış və yas mərasiminə gəlməmişdir. İddiaçı 1998-ci ildə qayıdıb əvvəlki arvadı və uşaqları ilə barışıb, əvvəlcə Naftalan şəhərində kirayədə, sonradan Naftalanda torpaq alıb, ev tikib orada yaşamış, evi sənədləşdirməmişlər. Oradakı evləri qalmaqla, son 15 ilə yaxın müddətdə Bakı şəhərində yaşayırlar və orada ticarətlə məşğul olurlar. 2013-cü ildə anaları Səkinə vəfat edəndə iddiaçı Bakıda olmağına baxmayaraq, yas mərasiminə gəlməmişdir. Yas mərasimi xərclərini cavabdeh qarşılamışdır. Mübahisəli ev və 0.11 ha həyətyanı torpaq sahəsi DƏDRX-in * saylı Bərdə Ərazi İdarəsinin verdiyi ##.##.2008-ci il tarixli Çıxarışa əsasən anası X8 məxsus olmuşdur. Bərdə rayonu * saylı Notariat Kontorunun ##.##.2010-cü il tarixli vəsiyyətnaməsinə əsasən X8 evini və torpaq sahəsini qızı cavabdeh3 vəsiyyət etmişdir. X8 2013-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra notariusun verdiyi ##.##.2015-ci il tarixli vəsiyyətnamə üzrə “X23” Şəhadətnaməyə əsasən, həmin ev torpaq sahəsi ilə birlikdə Bərdə rayonu Ərazi İdarəsindən cavabdeh3 adına qeydə alınaraq, ##.##.2015-ci il tarixli ********** nömrəli Çıxarış verilmişdir. Bundan 8 il sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı 2013-cü ilədək və ondan sonra, hal-hazıradək Bakı şəhərində ailəsi ilə birlikdə yaşamaqla, anasının vəfatından sonra miras əmlakın qəbuluna dair heç bir hərəkət etməmişdir. İddiaçı anasının vəfatından 10 il sonra Tərtər rayon Məhkəməsinə müraciət edərək, həmin evə köçürülməsini xahiş etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2**4-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, İslam Həsənov)
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ##.##.2**3-cü ildə məhkəməyə daxil olmuş iddia ərizəsində Tərtər Rayonu, Seydimli kəndində qeydiyyatda olduğu həyətyanı torpaq sahəsində yerləşən evə köçürülməsini xahiş etmiş və həmin ərizə Tərtər Rayon Məhkəməsinin ##.##.2**3-cü il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi tərəfindən ##.##.2**4-cü il tarixli vəsatət verilərək, vəsiyyətnamə üzrə X23 şəhadətnamənin ləğv ediməsi, vərəsəlik hüququ tanınmaqla, payının müəyyən edilməsi, ##.##.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və evə köçürülmə ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İşin 90-91-ci vərəqələrində olan məhkəmə hazırlıq iclasının protokolundan və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərardaddan görünür ki, iddiaçının mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə işin məhkəmə iclasında baxılması ##.##.2**4-cü il tarixə təyin edilmiş və həmin tarixdə işə mahiyyəti üzrə baxılaraq, yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən vəsatətdə xahiş olunan məsələ məhkəmə baxışına çıxarılmamış, icraata qəbul edilməmişdir.
21. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, həmin vəsatətdə xahiş olunan məsələ iddianın predmetinin dəyişdirilməsi ilə bağlıdır ki, bu məsələ vəsatətlə yox, MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilmiş iddia ərizəsi olmaqla, tələbin yönəldiyi cavabdehlərin dairəsi göstərilməli və əsaslandırılmalıdır ki, bundan sonra həmin ərizənin məhkəmə icraatına qəbul edilməsi mümkün olsun.
22. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı bildirmişdir ki, cavabdeh Abbasova Kubra Abbas qızının adına verilmiş sözügedən şəhadətnamə və çıxarışın etibarsız edilməsi, iddiaçının mərhum X8 İ dərəcəli vərəsəsi kimi tanınması, Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X8 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evindən qanun üzrə iddiaçının payının 1/12 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə üzrə vərəsə cavabdeh Abbasova Kubra Abbas qızının payının 7/12 hissədə müəyyən edilməsi hissələri birinci instansiya məhkəməsinın baxış predmeti olmamış və ona görə də, həmin hissələr qətnamədən xaric edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2001-ci il tarixli qərarının tələblərinə uyğun olaraq, mübahisə ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Hazırkı vəziyyətdə iddiaçı öz yaşayış yerini daimi əsaslarla altı aydan artıq müddətdə tərk etmişdir və qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə onun istifadə hüququ artıq mövcud deyildir. Birinci instansiya məhkəməsi isə iddiaçının 1992-ci ildə Rusiyaya getməsinə, 2000-ci ildə Naftalan şəhərində məskunlaşmasına düzgün hüquqi qiymət verməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü, ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123-cü maddələrinə və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2**5-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2**4-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır.
27. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - MPM-nin 53-cü maddəsində iddiaçının işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişmək, o cümlədən iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüququ müəyyən edilmişdir; - işdən görünür ki, iddiaçı tərəfindən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşmadan birinci instansiya məhkəməsinə iddia tələblərinin artırılması və bununla əlaqədar yeni cavabdehlərin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bərdə ərazi İdarəsi) işə cəlb ediməsi barədə ərizə verilmişdir; - işdə olan məhkəmə iclas protokollarından görünür ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək ##.##.2**4-cü il tarixli hazırlıq iclasında bu ərizəni elan etməmiş, ərizənin icraata qəbul edilib-edilmədiyi, surətinin qarşı tərəfə təqdim edildiyi protokolda qeyd edilməmiş, ərizənin surətinin digər cavabdehlərə göndərilməsi və həmin cavabdehlərin prosesə cəlb edilməsi təmin edilməmiş, hazırlıq mərhələsində artırılmış iddia tələbləri müzakirə edilməmiş, işin məhkəmə baxışına təyin edilməsi barədə qərardadda iddiaçının yalnız “mənzilə köçürülmə” tələbi üzrə iddiasının məhkəmə baxışına təyin edilməsi qeyd edilmiş, lakin məhkəmə baxışı iclasında iddianın dəyişdirilməsi barədə tələblərə iddiaçı və cavabdeh Abbasova Kubra Abbas qızının iştirakı ilə baxaraq notariat orqanının üzərinə yeni vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması barədə tələb istisna olmaqla, digər tələblər üzrə qətnamə qəbul edilmişdir; - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi bu pozuntunu müəyyən etsə də, hesab etmişdir ki, iddia tələbinin dəyişdirilməsi barədə ərizə 149cu maddəsinin tələbinə uyğun tərtib edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmədiyindən və məhkəmənin baxış predmeti olmadığından həmin tələblərə baxılmamalı və bu tələblərlə bağlı hissələr qətnamədən xaric edilməlidir; - qeyd edilməlidir ki, MPM-də iddianın dəyişdirilməsi barədə ərizənin MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmunda verilməli olduğuna dair tələb olmadığından apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi hər hansı prosessual norma ilə əsaslandırılmamışdır; - halbuki iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra iddiaçı tərəfindən MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizənin əlavə cəlb edilməli olan cavabdehlər və onların hər birinə qarşı yönəlmiş tələb göstərilməklə vəsatət formasında verilməsi mümkündür; - bundan əlavə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarı). Hazırkı halda iddiaçı həm iddia ərizəsində, həm də iddia ərizəsinin dəyişdirilməsi barədə ərizədə cavabdehin mülkiyyətində olan mənzil və yerləşdiyi torpaq sahəsinin onun valideynlərindən qaldığı üçün özünün də həmin əmlaka pay hüququ olduğuna və bu paydan imtina etmədiyinə istinad etdiyindən müəyyən olunur ki, hər iki ərizədə iddianın predmetini mənzildən istifadə hüququ deyil, vərəsəlik hüququ təşkil etmişdir; - iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu barədə qərardadın qəbul edilməməsi və ərizədə qeyd edilmiş cavabdehlərin prosesə cəlb edilməməsinin məhkəmə tərəfindən yol verilmiş pozuntu olduğu, MPM-nin 151.3-cü maddəsinin tələbinə əsasən iddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində qaytarılmadıqda icraata qəbul edilmiş hesab olunduğunu, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışı iclasında iddianın dəyişdirilməsi barədə tələblər üzrə izahatlar dinlənililərək bu tələblərə mahiyyəti üzrə baxıldığı nəzərə alınarsa apellyasiya instansiyası məhkəməsi tərəfindən bu tələblərlə bağlı hissənin qətnamədən çıxarılması prosessual qanunvericiliyin tələblərinə uyğun deyil; - MPM-nin 372.1 apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmaq hüququna malik olduğundan birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntuları aradan qaldıraraq iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsində qeyd etdiyi cavabdehləri prosesə cəlb etməklə həmin ərizədəki tələblər üzrə yenidən araşdırma apararaq bu tələblərin əsaslı olubolmamasına hüquqi qiymət verməli idi; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2**3-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarı qəbul edilərkən hazırkı iş məhkəmənin icraatında olduğundan (iddia ərizəsinin ##.##.2**3-cü il tarixdə məhkəməyə daxil olduğu nəzərə alınaraq) iddiaçının iddia ərizəsinin dəyişdirilməsi barədə iddia tələblərinə bu qərardakı hüquqi mövqe nəzərə alınmaqla qiymət verilməli idi; - apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə birinci instansiya məhkəməsinin yol verdiyi pozuntulara görə iddiaçını vərəsəlik münasibətindən irəli gələn mübahisə üzrə tələblərinə istinad edilən qərardakı hüquqi mövqe nəzərə alınmaqla baxılması imkanından məhrum etdiyindən ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu hesab edilməli, bu səbəbdən qətnamə ləğv edilərək iş yeni baxışa qaytarılmalıdır; - işə yenidən baxılarkən məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, iddiaçının mənzilə köçürülmə tələbi onun vərəsəliklə bağlı irəli sürdüyü digər tələblərə verilən hüquqi qiymətdən asılı olaraq həll edilməlidir; - hazırkı halda apellyasiya instansiyası məhkəməsi iddiaçının X23 şəhadətnamənin ləğv edilməsi, vərəsəlik hüququnun tanınaraq vərəsəlik payının müəyyən edilməsi və digər tələblərini məhkəmənin icraata qəbul etmədiyi tələblər kimi qəbul edərək həmin tələblərə baxmadan mənzilə köçürülmə ilə bağlı tələbi yalnız Mənzil Məcəlləsinin (##.##.2009-cu il tarixədək qüvvədə olmuş) normaları əsasında həll etdiyindən maddi hüquq normasının tətbiqində də səhvə yol verilmişdir ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Təkrar apelyasiya baxışında digər dörd nəfər vərəsə – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Abbasova (Əliyeva) Əsmaya Abbas qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxslə qismində işə cəlb edilmişlər.
29. Apellyasiya baxışında müəyyən edilmişdir ki, anaları X8 ##.##.2013-cü ildə vəfatından sonra, vərəsələrdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2014-cü il tarixdə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ## #### 2014-cü il tarixdə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## #### 2014-cü il tarixdə ərizə verərək Tərtər rayonu, Seydimli kəndində yerləşən fərdi yaşayış evinin miras qaldığını, həmin fərdi yaşayış evindən düşən payı nə ərizə, nə də faktiki qəbul etmədiklərini və etmək fikrlərinin olmadıqlarını, gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqlarını bildirmişlər.
30. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2**5-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2**4-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin olunmuş, cavabdeh cavabdeh3 adına verilmiş reyestrdə 2-38 nömrəsi ilə qeydə alınmış ## ##### 2015-ci il tarixli vəsiyyətnamə üzrə X23 şəhadətnamə və Tərtər rayon Seydimli kəndində 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 46,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin mülkiyyət hüququna dair * nömrəli reyestr kitabının ** nömrəli vərəqində, 611013000573-10301 reyestr nömrəsi, 1815003284 qeydiyyat nömrəsi ilə ## ##### 2015-ci il tarixdə cavabdeh3 adına aparılmış qeydin ləğv edilməsi, Tərtər rayon Seydimli kəndində yerləşən, tam mülkiyyət hüququ ilə * nömrəli reyestr kitabının ** nömrəli vərəqində, 611013000573-10301 reyestr nömrəsi, 1808003347 qeydiyyat nömrəsi ilə ##.##.2008-ci il tarixdə X8 adına qeydə alınmış və ondan miras qalmış 1 mərtəbəli, 2 otaqlı 46,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evində və evin yerləşdiyi 0,11 ha həyətyanı torpaq sahəsində vərəsələr cavabdeh3 payı 7/12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 payı 1/12, İddiaçı payı 1/12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 payı 1/12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 payı 1/12, Abbasova (Əliyeva) Əsmaya Abbas qızının payı 1/12 olmaqla müəyyən olunması, iddiaçı İddiaçı Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X8 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 46,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. (hakimlər Mustafa Mustafayev (sədrlik edənməruzəçi), Fikrət Mehtiyev, Rəhman Muradov)
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq göstərib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2**3-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
33. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.
34. İş materiallarından görünür ki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı qəbul edilərkən hazırkı mübahisəyə dair mülki iş məhkəmənin icraatında olmuşdur. Bu baxımdan Konstitusiya Məhkəməsinin qərarı hazırkı işə şamil edildiyindən iş üzrə bütün vərəsələr mirası qəbul etmiş sayılır.
35. Apellyasiya instansiyasl məhkəməsi göstərmişdir ki, iş materiallarına əsasən anaları X8 ##.##.2013-cü ildə vəfatından sonra, vərəsələrdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2014-cü il tarixdə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ## #### 2014-cü il tarixdə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## #### 2014-cü il tarixdə ərizə verərək Tərtər rayonu, Seydimli kəndində yerləşən fərdi yaşayış evinin miras qaldığını, həmin fərdi yaşayış evindən düşən payı nə ərizə, nə də faktiki qəbul etmədiklərini və etmək fikrlərinin olmadığını, gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqlarını bildirmişlər.
36. Apellyasiya instansiyasl məhkəməsi mərhum X8 vərəsələri olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mirasdan imtina etmələrinə dair ərizələri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2**3-cü il tarixli Qərarına əsasən vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
37. Göründüyü kimi, vərəsənin imtinası qanunla müəyyən olunmuş müddət ərzində həyata keçirilməlidir. MM-nin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.
38. Apellyasiya instansiyasl məhkəməsi hesab etmişdir ki, vərəsələrdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiklərindən və hazırkı iş üzrə vərəsələrin miras açıldığı vaxtdan mirası qəbul etdikləri müəyyən olunduğundan onların mirasdan imtinaları qəbul edilməməlidir.
39. Apellyasiya instansiyasl məhkəməsinin vərəsələrin miras əmlakdakı payları ilə bağlı mövqeyi belə olmuşdur ki, iş materiallarında olan ## ###### 2010-cu il tarixli, 2V-** reyestr nömrəli vəsiyyətnaməyə əsasən X8 ona məxsus olan Tərtər rayonu, Seydimli kəndində yerləşən yaşayış evinin, torpaq sahəsi ilə birlikdə qızı cavabdeh3 vəsiyyət etmişdir və həmin vəsiyyətnamə ləğv edilməmişdir. X8 ona məxsus olan Tərtər rayonu, Seydimli kəndində yerləşən yaşayış evini, torpaq sahəsi ilə birlikdə qızı cavabdeh3 vəsiyyət etdiyindən Mülki Məcəllənin 1193-cü maddəsinin tələblərinə uyğun olaraq digər vərəsələrin məcburi payı müəyyən olunmalıdır.
40. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
41. Apellyasiya instansiyasl məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, bütün vərəsələr tərəfindən Tərtər rayonu, Seydimli kəndində 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən, tam mülkiyyət hüququ ilə * nömrəli reyestr kitabının ** nömrəli vərəqində, 611013000573-10301 reyestr nömrəsi, 1808003347 qeydiyyat nömrəsi ilə ##.##.2008-ci il tarixdə X8 adına qeydə alınmış və ondan miras qalmış 1 mərtəbəli, 2 otaqlı 46,4 kvm yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi bütün vərəsələr tərəfindən qəbul olunduğundan və həmin ev cavabdeh3 vəsiyyət edildiyindən, miras əmlakda cavabdeh3 payı 7/12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, oğlu İddiaçı, qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, qızı Abbasova (Əliyeva) Əsmaya Abbas qızının hər birinin payı 1/12 olmaqla müəyyən olunmalıdır.
42. Apellyasiya instansiyasl məhkəməsi həmçinin iddiaçının Tərtər rayonu, Seydimli kəndində yerləşən miras qalmış evə köçürülməsi tələbi ilə bağlı vurğulamışdır ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, miras əmlak açıldığı gündən vərəsənin mülkiyyəti hesab edilir və iddiaçının paylı mülkiyyətçilərdən biri olaraq həmin evdən istifadə hüququ vardır.
43. Apellyasiya instansiyasl məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 1133, 1243.2, 1255, 1159.1.1, 1166, 1193, 1196-cı və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 215.2, 1243, 1243.1, 1243.2, 1243.3, 1255, 1272-ci, Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı məcburi payının tamamlanmasını 10 il ərizdə tələb etməmişdir, bununla bağlı mübahisə açmamışdır. Eyni zamanda iddiaçının mirası qeyri-rəsmi üsulla, yəni miras əmlakını faktiki idarə etməklə və ona yiyələnməklə faktiki qəbul etməsi müəyyən edilmir, eyni zamanda notariat orqanına mirası qəbul etmək barədə ərizə də verilməmişdir, bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, məcburi payın tamamlanmasını tələb etmək də özlüyündə mirasın qəbulu institutuna daxildir və Mülki Məcəllənin 1272-ci maddəsinin hazırki mübahisəyə aidiyyatı müəyyən edilir və mübahisə açılması ilə bağlı kəsici müddət məhkəmə tərəfindən tətbiq edilməli idi. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən 53.1 kv.metr olan fərdi yaşayış evinin 1/12 hissəsinə, yəni 4.425 kv.metr hissəsinə əsassız olaraq iddiaçının payının müəyyən edilməsinə baxmayaraq, bu halın özü belə iddiaçının həmin fərdi yaşayış sahəsinə köçürülməsinə əsas vermir. Belə ki, onun payı cox cüzi cəmi 4.425 kv.metr təşkil edir və belə olan halda fərdi yaşayış sahəsinin böyük hissəsinə sahib olan cavabdehin mülkiyyət hüquqlarının pozulması baş verir və həmin hissədə də məhkəmə aktı ədalətsizdir. İddiaçı yalnız öz payına uyğun hissəsinin, yəni 4.425 kv.metr hissənin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malik ola bilərdi, bu da mümkün olmadığı üçün, yəni 4.425 kv.metr hissənin onun istifadəsinə verilməsi və ya həmin hissəyə köçürülmə imkansız olduğundan müvafiq əvəz ödəməyi tələb edə bilərdi. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin əmlak üzərində olan mülkiyyət hüquqlarını əhəmiyyətsiz etmişdir.
a) Kassasiya şikayətinə etirazın dəlilləri
46. Kassasiya şikayətinə etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayətin dəlil və məzmunundan görünür ki, qətnamə iddiaçının miras payı və onun evə köçürülməsi barədə iddianının təmin edilən hissəsində mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
52. İddia tələbi mirasda payın müəyyən edilməsi və miras əmlak olan evə köçürülmə barədədir.
53. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçı mirasdan imtina etməyib.
54. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və mirasın iddiaçı tərəfindən qəbul edilməməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə diqqəti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2**3-cü il tarixli Qərarına çəkir.
55. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.
56. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
57. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında o da göstərilib ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
58. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir.
59. İşdən görünür ki, iddiaçı mirasdan imtina etməyib və Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilən müddətdə hazırki iddia icraatda olub.
60. Nəzərə alınsa ki, iddiaçının mirasdan imtina etməməsi onun mirası qəbul etməsi deməkdir və Mülki Məcəllənin 1255-ci maddəsinə görə də qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır, belə olan halda iddiaçının 1/12 hissədə mülkiyyətində olan evə köçürülməsi də düzgün olmuşdur.
61. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə qiymətləndirməsi ilə razılaşır.
62. Belə ki, apellyasiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, iddiaçının mirasdan imtina etməməsi, iddianın icraatda olduğu vaxtla bağlı işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPMin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmiş və həmçinin gəlinən nəticə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında əks edilən hüquqi mövqeyə də uyğun olmuşdur.
63. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
64. Miras əmlak olan evin 1/12 hissəsinə, yəni 4.425 kv.metr hissəsinə əsassız olaraq iddiaçının payının müəyyən edilməsinə baxmayaraq, bu halın özü belə iddiaçının həmin fərdi yaşayış sahəsinə köçürülməsinə əsas verməməsi, iddiaçının payının cox cüzi, cəmi 4.425 kv.metr təşkil etməsi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, iddiaçı 1/12 hissədə mülkiyyətçi olmaqla, onun həmin evdən istifadə hüququ da vardır. Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
65. Kassasiya şikayətinin digər dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddia tələbinə etirazın və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə iddiaçının mirası qəbul etməməsi ilə bağlıdır. Məhz həmin dəlillərə də müvafiq olaraq təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib. Üstəlik, bu dəlillər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2**3-cü il tarixli qərarına əsasən əhəmiyyətsiz olmaqla, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.
66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2**5-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.