Məhkəmə qərarları › İş №2(1-8)-496/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-496/2026

02.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-496/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “mağazadan çıxarılma və istifadəyə maneələrin aradan qaldırılması”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Sahiblik hüququnun müdafiəsi ilə bağlı tələblər; Sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qаrşı mağazadan çıxarılma və istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi Idarəsindən İddiaçı ünvanladığı ## #### 2023-cü il tarixli məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı İddiaçı tərəfindən 366 kv.m sahibkarlıq torpaq sahəsinin ayrılması barədə Bərdə rayonu, Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** nömrəli qərarı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə təqdim olunmuş, lakin Bərdə Rayon Icra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin rəyi, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamışdır. Qeyd olunan çatışmazlıqlara görə torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur.

2. ## #### 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətinə əsasən, icarəyə verən Bərdə Bələdiyyəsi sədri X12 tərəfindən mağaza binası tikintisi üçün 366 kv.m torpaq sahəsi 30 il müddətində icarəçi İddiaçı icarəsinə verilmişdir.

3. Bərdə rayonu, Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** nömrəli iclas protokolundan çıxarışa əsasən, Bərdə Bələdiyyəsinin ehtiyat torpaq fondundan Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13,55 m, cəmi 366 kv.m olan torpaq sahəsi İddiaçı 30 il müddətinə icarəyə verilmişdir.

4. Bərdə rayonu, Bərdə Bələdiyyəsinin ## ###### 2024-cü il tarixli, ** nömrəli məktubuna əsasən, İddiaçı Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** nömrəli qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi ## #### 2019-cu il tarixli AR-İ****** nömrəli etibarnamə əsasında Cavabdeh ## ###### 2019-cu il tarixli Bərdə Bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən, sözügedən ərazi Bərdə Bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən ərazi hal-hazırda Bərdə Bələdiyyəsinin mülkiyyətinə aiddir.

5. ## #### 2019-cu il tarixli, AR-İ-****** nömrəli etibarnaməyə əsasən, İddiaçı etibarnamə əsasında səlahiyyətlərini Cavabdeh ötürmüşdür. Etibarnamənin etibarlılıq müddəti ## ###### 2021-ci il tarixədək müəyyənləşdirilmişdir.

6. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinin ## ####### 2024-cü il tarixli məktubuna əsasən, Cavabdeh ********** saylı VÖEN-i əsasında ## ###### 2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-***** saylı obyekt kodu müəyyən edilmişdir.

7. Bərdə rayon Bərdə Bələdiyyəsinin ## ####### 2024-cü il tarixli məktubuna əsasən, İddiaçı Bərdə bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** nömrəli qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi ## #### 2019-cu il tarixli AR-İ****** nömrəli etibarnamə əsasında Cavabdeh ## ###### 2019-cu il tarixli Bərdə bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən sözügedən ərazi Bərdə bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmış və ## ###### 2019-cu il tarixdən ## #### 2006-cı il tarixli icarə müqaviləsi dayandırılmış, lakin icarə müqaviləsinin ləğvi barədə qərar qəbul edilməmişdir. Hal-hazırda sözügedən ərazi mübahisəli olduğu üçün hər hansı sənədləşdirilməsi işlərinin aparılması mümkün olmamış və başqa şəxslərə icarəyə və ya mülkiyyətinə verilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

8. Iddiаçı cavabdeh cavabdehə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** nömrəli qərarı ilə onun xüsusi mülkiyyətində olan Bələdiyyənin torpaq fondundan şəhərin Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsini mağaza binası tikmək üçün 30 il müddətinə istifadəyə verilmişdir. 2006-cı ildən həmin ərazidə mağaza tikib, oradan gəlir əldə edərək, mağazanı istifadə edir. Lakin uzun zamandır ki, cavabdeh ona məxsus olan mağazanı zəbt edərək, mağazanın qıfılını dəyişib mağazadan istifadə edir. Onun isə həmin mağazaya yaxınlaşaraq, oradan istifadə etməsinə maneəçilik törədir. Dəfələrlə qardaşı cavabdehə xəbərdarlıq etsə də, onun sözlərinə məhəl qoymayaraq, öz istədiyini etmişdir. Buna görə də, iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz etmiş və etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dərizöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağaza binası yoxdur. Bərdə rayon Bərdə Bələdiyyəsinin ## ###### 2024-cü il tarixli, ** nömrəli məktubuna əsasən iddiaçıya Bərdə Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi ##.##.2019-cu il tarixli AR-İ-****** nömrəli etibarnamə əsasında Cavabdeh ##.##.2019-cu il tarixli Bərdə Bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən sözü gedən Bərdə Bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmışdır və halhazırda Bərə Bələdiyyəsinin mülkiyyətindədir. Əlavə olaraq bildirmişdir ki, Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə İddiaçı 30 il müddətinə icarəyə verilməsinə baxmayaraq, həmin torpaq sahəsi və mağaza binası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsində qeydiyyatdan keçməmişdir. Həmin torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanında qeydiyyatda alınmadığından mübahisəli torpaq sahəsi sayılır və iddiaçının mülkiyyətində hesab oluna bilməz. Həmçinin bildirir ki, mübahisəli torpaq sahəsi barədə Bərdə rayonu Bərdə Bələdiyyəsinin müvafiq qərarı verilməsinə baxmayaraq, həmin torpaq sahəsini o əldə etmiş, torpaq sahəsi üzərində mağazanı o inşa etdirmiş və mağazadan istifadə etmişdir. Sadəcə olaraq qardaşı olduğu üçün həmin dövrdə sözügedən torpaq sahəsini onun adına almışdır. Bildirir ki, göstərdiyi faktları, X14, X2, X7, X1, X3, X23, X13 da şahid kimi təsdiq edə bilərlər.

11. Iddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, həmin torpaq sahəsini 17000 manat Qədirə pul verib almışdır. Sonralar isə ümumilikdə 200000 manat pul xərcləmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şahid dindirilməsinə etiraz etdi.

12. Cavabdeh iddianı qəbul etmədiyini bildirirək, göstərmişdir ki, sözügedən mağaza iddiaçıya aid deyildir. Həmin mağaza Bələdiyyə fondunda tikilib, mağazanı özü tikdirmiş və istifadə etmişdir. Bununla bağlı qardaşından borc pul almışdır, daha sonra isə həmin borcu qaytarmışdır. Buna görə də, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi X8 iddiaya etiraz edərək, bildirmişdir ki, sözügedən mağaza iddiaçının mülkiyyətində deyil, bələdiyyə mülkiyyətindədir. Iddiaçı həmin mağazadan istifadə etmək üçün cavabdehə etibarnamə vermişdir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.

14. Şahid qismində dindirilən X14 bildirmişdir ki, sözügüdən mağaza əvvəllər aptek olub, 24000 min manata Elşənə satmışdır. Pulu ona Elşən vermişdir.

15. Şahid qismində dindirilən X2 bildirmişdri ki, sözü gedən mağazanın tikintisini aparmışdır və bunun müqabilində pulu ona Elşən vermişdir.

16. Bərdə Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə Bərdə rayonu, Bərdə Bələdiyyəsi mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

17. Bərdə Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh qeyriqanuni hərəkətlərinə son qoyulmaqla, həmin şəxsin Bərdə şəhəri, Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13,55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılması və iddiaçının mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılması; Ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı iddia tələbini sübut etmişdir. Belə ki, sahənin ilk başdan iddiaçıya ayrılması və orada mağazanın tikintisi, habelə mağazanın iddiaçının sahiblik və istifadəsində olması, həmin mağazanın cavabdehin qanunsuz istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olduğundan iddia tələbi təmin edilməlidir.

19. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, onlar iş üçün əhəmiyyət kəsb edən doğru və dəqiq məlumat və informasiya verə bilməmişdır. Belə ki, onların ifadələrində qeyd edilmiş mağazanın mübahisə edilən həmin və ya başqa mağaza olması, pulun miqdarı və nə vaxt cavabdeh tərəfindən onlara verilməsini ayırd etmək və dəqiqləşdirmək məhkəmə tərəfindən mümkün olmamışdır. Buna görə məhkəmə həmin ifadələri mötəbər sübut hesab etməmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.4-cü maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə, Torpaq Məcəlləsinin 49cu maddəsinin 1-ci bəndinə, 55, 66, 82, 84 və 11-ci maddələrinə istinadla əsaslandırmışdır

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

21. Qətnamədən narazı qalan cavabdeh birinci instansiya məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mağazaya dair tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışları mövcud deyil və mağaza binası rəsmi reyestrdə qeydə alınmamışdır. Həmin binanın tikintisi üçün əhəmiyyətli məbləğdə xərc çəkilmişdir və uzun illərdir ki, oradan istifadə olunur. Reyestr qeydiyyatı olmadığına görə daşınmaz əşya kimi heç kimin mülkiyyətində olmasa da, həmin mağazanın tikintisində istifadə olunan daşınan əşyalar komplekti ciddi iqtisadi dəyərə malik olmaqla həmin tikinti xərclərini çəkən şəxsin mülkiyyətindədir Həmin şəxs mağazanın “gözlənilən mülkiyyət hüququ” ilə sahibidir. Mülki Məcəllənin 166.1-ci maddəsinə əsasən, onun mağazaya “gözlənilən mülkiyyət hüququ” ilə sahiblik etdiyi ehtimal edilməlidir. Uzun illər ərzində cavabdeh tərəfindən ona heç bir ödəniş həyata keçirilməmiş, əksinə o, mağazadan fərdi sahibkar kimi gəlir əldə etmiş, daha sonra həmin mağazanı üçüncü şəxslərə icarəyə verərək icarə ödənişləri almışdır. Xüsusilə diqqət yetirilməlidir ki, o, fərdi sahibkar kimi gəlirlərdən iddiaçıya hər hansı ödəniş həyata keçirməmiş, iddiaçı tərəfindən də tələb edilməmişdir. Deməli o “gözlənilən mülkiyyət hüququ” ilə sahibliyi həyata keçirmişdir. Əgər iddiaçı “gözlənilən mülkiyyət hüququ”nun ona məxsus olduğunu və cavabdehin onun razılığı əsasında fəaliyyət göstərdiyini iddia edirsə, o zaman bu halı sübuta yetirmək məcburiyyətində olmuşdur. Onun ********** saylı VÖEN-i əsasında ##.##.2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-***** saylı obyekt kodu müəyyən edilmişdir. Bu fakt da onun uzun illər mağazaya qanuni əsaslarla vasitəsiz sahiblik etdiyini təsdiq etmişdir.

23. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, həmçinin göstərmişdir ki, torpaq sahəsində olan aptek tikilisini Qədir adlı şəxsdən 24.000 manata almış, sonra həmin tikilini öz vəsaiti hesabına sökərək, orada 2012-ci ildə hazırkı mağaza tikmiş və həmin vaxtdan da, heç bir maneə olmadan istifadə etmişdir. Iddiaçı qardaşı da, təsdiq edə bilər ki, tikilini öz vəsaiti ilə tikmişdir. Torpaq sahəsinin iddiaçının adına sənədləşməsi formal olmuşdur. 2019-cu ildə torpaq sahəsini bələdiyyəyə təhvil vermiş və icarə müqaviləsi qüvvədən düşmüşdür. 24.

25. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün icarə hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.

26. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

27. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin (icarədarın) öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

28. Cavabdeh mübahisəli torpaq sahəsində yerləşən apteki 24.000 manat verərək əldə etmiş, daha sonra isə apteki sökərək hazırkı mübahisələndirilən mağazanı tikdirmişdir. Cavabdehin ********** saylı VÖEN-i əsasında ##.##.2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********- ***** saylı obyekt kodu müəyyən edilmişdir. Bu fakt cavabdehin uzun illər mağazaya qanuni əsaslarla vasitəsiz sahiblik etdiyini təsdiq etmişdir. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X14 və X2 verdikləri izahatlarında qeyd olunanları təsdiqləmişlər.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyasındakı birinci icraat:

30. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli (hakimlər V.Ə.Baxışova (məruzəçi), Z.Ə.Əliyev və Z.B.Babayev) qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

32. Məhkəmə kollegiyası kassasiya şikayətini əsaslı hesab edərək qeyd edib ki, işin mübahisəsiz halı olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi Bərdə Bələdiyyəsinin mülkiyyətində olmaqla ## #### 2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında məhz mağaza tikintisi üçün iddiaçıya icarəyə verilmişdir.

33. Iddiaçı sahiblik hüququnun müdafiəsi ilə bağlı tələb irəli sürərək onun qanuni istifadəsində və sahibliyində olmuş daşınmaz əmlak üzərində sahiblik hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia etmiş və əmlakın qanunsuz sahiblikdən geri qaytarılmasını xahiş etmişdir.

34. Icarəyə verilmiş torpaq sahəsində icarəyəverənin razılığı ilə həyata keçirilmiş tikililər üzərində icarəçinin hüquqları “Icarə haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsində qeyd edilir ki, əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir.

35. Qeyd edilən normaya əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmazsa və əksi mötəbər sübutlarla təsdiq edilməzsə, icarəyə verilmiş boş torpaq sahəsi üzərində icarə müddəti ərzində inşa edilmiş tikili icarəçiyə məxsusdur.

36. Məhkəmə kollegiyası kassasiya şikayətini əsaslı hesab edərək qeyd edir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi tələbin hüquqi əsasını təşkil edən normaları düzgün müəyyən etməməklə yanaşı, sübutların qiymətləndirilməsi zamanı MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini nəzərə almamışdır.

37. “Qavazov Bolqarıstana qarşı iş üzrə” ## #### 2008-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

38. MPM-nin 76.2-ci maddəsində şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları sübut növləri olsa da, məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş sübutlar MPM-nin 88ci maddəsinə əsasən əlaqəli şəkildə yoxlanılaraq qiymətləndirilməlidir.

39. Işdən görünür ki, tərəflərin məhkəməyə verdiyi məlumatlarla şahid F.Bəndəliyevin ifadəsi arasında uyğunsuzluq olduğu halda, məhkəmə sübutların qiymətləndirilməsini həyata keçirərkən bu hala əhəmiyyət verməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya icarəyə verilmiş bələdiyyə torpağının əvvəllər “Qədir” adlı şəxsin istifadəsində olduğunu və həmin şəxsin torpağa istifadə hüququnu şifahi alqı-satqı müqaviləsi əsasında ötürdüyünü qeyd edərək həmin şəxsə pul vəsaitinin kim tərəfindən ödənildiyinin məhkəmə tərəfindən araşdırılmalı olduğunu qeyd etmişdir. Halbuki şahid qismində ifadə vermiş X14 isə torpaq sahəsinin onun tərəfindən cavabdehə satıldığı bildirmişdir. Şahidin bu ifadəsinin işdəki digər sübutlarla təsdiq edilmədiyindən müəyyən olunur ki, iddiaçının icarəsində olmuş torpaq sahəsindəki mağazanın cavabdehin vəsaiti hesabına tikilməsi bu ifadə və cavabdehin izahatı əsasında müəyyən olunmuşdur.

40. Digər şahid X2 isə tikinti işlərinin həyata keçirilməsi üçün pulun ona cavabdeh tərəfindən verildiyini qeyd edərək həmin vəsaitin tərəflərdən kimə məxsus olması barədə məlumat verməmişdir. 41.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

42. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, bələdiyyə mülkiyyətində olan qeyri-yaşayış sahəsini özünün vəsaiti hesabina almışdır. Belə ki, aptekə bitişik torpaq sahəsini 17500 manata almış, apteki isə 24000 manat Famildən almışdır. 2013-cü ildə isə icra hakimiyyətini göstərişi əsasında söküb yerində hazırkı mövcud mağaza binasını tikdirmişdir. Iddiaçı tərəfindən istər əvvəlki tikilinin alınmasına, eləcədə mövcud tikilinin inşasına heç bir vəsait qoyulmamışdır. Həmçinin qardaşı İddiaçı 11000 manat borc almış və 1 ildən sonra, yəni 2016-cı ildə geri qaytarmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

43. Cavabdehin etibarnamə üzrə nümayəndəsi, vəkil nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şəxs aptek binasını 24000 manata, qalan hissəni isə 17500 manata başqa şəxsdən almışdır. Obyekt alınandan bir müddət sonra sökülüb və yerində hazırkı mövcud mağaza binası tikilib. Iddiaçı obyektin alınmasına, eləcədə tikilməsinə görə pul verməyib. Bütün xərclər cavabdeh tərəfindən ödənilib. nümayəndə1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

44. Iddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, sözügedən obyekt onundur. Torpaq sahəsində 4 ədəd 3x4 ölçülü tikililər, aptek, çayxana, ticarət və valyuta dəyişmə məntəqəsi olmuşdur. Torpaq və tikili Qədir adlı şəxsin olub və 17000 ABŞ dollara ondan almışdır. Həmin şəxs hazırda sağ deyil. Torpaq və tikili Qədir tərəfindən zəbt edildiyi üçün hüquqmüəyyənedici sənədlər olmamışdır. Ona görədə aralarında alqı-satqı müqaviləsi şifahi bağlanmışdır. Obyekti alana qədər Famil orada icarəçi olmuşdur. Familə aptekdən çıxması üçün 11000 manat Elşən vasitəsi ilə vermişdir. Həmin obyekti aldıqdan sonra qardaşı Elşənlə oğlu Tural oranı topdan ərzaq satılan yer kimi işlətmişdir. Özü başqa yerdə işlədiyi üçün oranı idarə etməyi qardaşı Elşən və oğlu Turala həvalə etmişdir. Icra hakimiyyəti köhnə tikililəri sökülməsi ilə bağlı göstəriş verdiyi üçün tikililəri sökmüş və təxminən 200000 manat xərcləyərək yenisini tikdirmişdir. Tikintiyə nəzarəti isə qardaşı Elşən etmişdir. Obyektin tikintisi üçün Elşənə pul verməyini təsdiq edən hər hansı subutu yoxdur. 2015-ci ildən sonra Elşən obyektləri zəbt edərək tək işlətməyə başlamışdır. Halbuki ərzaq anbarının içini doldurmaq üçün təxminən 100000 manat sərmayə qoymuşdur. Obyekti Elşən işlətdiyi üçün vergi və qaimə onun adına olmuşdur. Həmçinin ustalara verilən pulu da Elşən vaisitəsi ilə ödəmişdir. Elşən ondan 11000 manat borc almamışdır. 11000 manat pulu aptekin alınması üçün qardaşına vermişdir. Elşən apteki 24000 manata alınmasını bildirsə də düz demir. Çünki o özü Famillə 11000 manata razılaşmış və pulu da qardaşı Elşən vastəsilə ona göndərmişdir. Ticarəti oğluna deyil Elşənə həvalə etməsinə səbəb oğlunun həmin vaxt əsgərlikdən təzə gəlməsi olmuşdur. Elşənin obyekti satmasını eşitdiyi üçün bu iddianı 2024-cü ildə qaldırmışdır. Əslində əmlakın yarısını öz oğluna, yarısını isə cavabdehin oğluna vermək fikri olmuşdur. Lakin oğlu barəsində cavabdehin hədələyici sözlər deməsini eşitdikdən sonra bu fikrindən daşınmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

45. Iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Lakin cavabdeh iddiaçının ona verdiyi etibarnamədən istifadə edib adından torpağın Bələdiyyəyə geri qaytarılmasına dair ərizə vermişdir. Halbuki, etibar edilən şəxs etibar edən şəxsin mənafeyinə zidd addım ata bilməz. Əslində belə bir ərizə verilsə də torpaq icarə müqaviləsi ləğv edilməmişdir və hazırda qüvvədədir. Iki mərtəbəli mağaza binası iddiaçının vəsaiti hesabına tikilib. Cavabdeh tərəfindən həmin obyektə pul qoyulmayıb. Tikinti 2013-cü ilin əvvəlində aparılıb. Pandemiyaya qədər iddiaçının oğlu Tural cavabdehlə şərik işləyib. Pandemiya dövründə isə obyekt işləməyib.

46. Şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, 24 ildir tikinti işi ilə məşğuldur. Təxminən 20122013-cü illərdə Elşən yolun qırağında tikinti işlərinin aparılmasını ona sifariş etmiş və tikinti aparılacaq yeri ona göstərmişdir. Tikinti mağaza binası kimi nəzərdə tutulmuşdur. Elşənin sifarişi əsasında köhnə tikilini sökərək yerində 2 mərtəbədən və 1 padvaldan ibarət mağaza binasını tikib ona təhvil vermişlər. Tikinti üçün lazım olan bütün materialın siyahısını da yazıb Elşənə vermiş, sonuncuda alıb gətirmişdir. Eləcədə tikinti üçün onlara ödəniləcək muzd da Elşən tərəfindən verilmişdir. Tikinti işləri təxminən 5-6 ay davam etmiş və həmin müddətdə iddiaçı Şahin həmin əraziyə gəlməmişdir. Iddiaçını əvvəllər tanımamış və onu yalnız məhkəmədə görmüşdür. Tikintinin kosmetik işlərini isə başqa adam görmüş və o həmin şəxsi tanımır.

47. Şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. Köçəri adlı həkimdən aptek binası almış və 2000-ci ildən 2012-ci ilədək oranı işlətmişdir. Abadlaşma ilə əlaqədar icra hakimiyyəti tərəfindən aptekin söküləcəyini bilmiş, ona görədə 2012-ci ildə apteki 24000 manata Elşənə satmışdır. Aptekin yanında olan çayxananı da Elşən Qədir adlı şəxsdən almış və oranı mağaza kimi işlədirdi. Aptekin satılması ilə bağlı Şahin onunla heç bir danışıq aparmamışdır. Bütün danışıqları Elşən aparmış sonuncuyada etibarnamə vermişdir. Elşənin qardaşı Şahinlə şərik olması barədə onda məlumat olmamış, nədə Elşən ona bu barədə deməmişdir. Aptekin yerində inşa edilmiş yeni tikilini də bildiyi qədər Elşən tikdirmişdir.

48. Şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. 1993-cü ildən Şahinə məxsus köhnə bazarda yerləşən anbarda fəhlə kimi işləmişdir. Həmin anbar sonradan sökülmüş və anbarın tikinti materialı (ferması) hazırkı mübahisəli binanın tikintisində istifadə olunmaq üçün aparılmışdır.

49. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə, (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruizəçi) F.Ə. Mehtiyev və M.Ə.Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir və birinci instansiya məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddiaçının cavabdehə qarşı Bərdə şəhəri, Nizami küçəsində dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 366 kv.m torpaq sahəsində inşa edilmiş mağaza binasından çıxarılması və istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməsi və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

50. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsaslıdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsasdır və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.

51. Kollegiya qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində iddiasının qanuni əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II hissəsi, Mülki Məcəllənin 157.2. maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir.

52. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II hissəsində qeyd olunmuşdur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət qanunla qorunur.

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2. maddəsində isə göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

54. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur.

55. Işdən isə müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış obyekti istər iddiaçının, istərsə də cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin tikilinin yerləşdiyi 366 kv.m torpaq sahəsi isə Bərdə Bələdiyyəsinin mülkiyyətindədə olmaqla ## #### 2006-cı il tarixli icarə müqaviləsi əsasında 30 il müddətinə İddiaçı icarəyə verilmişdir.

56. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinə, eləcədə onun yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yoxdur.

57. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Işin hallarına əsasən kollegiya hesab etmişdir ki, iddia tələbinin əsaslı olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı mübahisəli ərazidə ilkin olaraq 3x4 ölçüdə 4 ədəd tikililər, yəni aptek, çayxana, ticarət və valyuta dəyişmə məntəqəsi olmasını, Qədir adlı şəxsdan 17000 ABŞ dollara almasını, aptek binasından çıxmaq üçün qardaşı Elşən vastəsilə Famil adlı şəxsə 11000 manat verdiyini, icra hakimiyyəti tərəfindən rayonda abadlaşdırma işlərinin aparıldığı üçün onların göstərişi əsasında həmin tikililəri söküb yerində şəxsi vəsaiti hesabına (deməsinə görə 200000 manat xərc çəkib) hazırkı mübahisələndirilən mağaza binasını tikdirdiyini qeyd edir. Cavabdeh tərəf isə iddiaçının dəlilini qəti şəkildə qəbul etmir.

59. Kassasiya instansiya məhkəməsinin işin yeni apellyasiya baxışına qaytarılması barədə ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarında qoyulmuş göstərişlərə uyğun olaraq apellyasiya icraatı zamanı X14, X2, həmçinin iddiaçı tərəfin təşəbbüsü ilə X4 şahid qismində dindirilmişlər. Işdə adı keçən digər Qədir adlı şəxsin isə şahid qismində dindirilməsi mümkün olmamışdır. Çünki iddiaçının bildirməsinə görə həmin şəxs ölmüşdür.

60. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.

62. X2, ifadəsində bildirmişdir ki, təxminən 2012-2013-cü illərdə Elşən yolun qırağında mağaza binası tikməyi ona sifariş etmiş və tikinti aparılacaq yeri də aparıb ona göstərmişdir. O da Elşənin sifarişi əsasında köhnə tikililəri sökərək yerində 2 mərtəbədən və 1 padvaldan ibarət mağaza binasını fəhlələrlə birlikdə tikib təhfil vermişlər. Tikinti işlərinin aparılması üçün lazım olan bütün materialın siyahısını da yazıb Elşənə vermiş, sonuncuda alıb gətirmişdir. Eləcədə tikinti üçün onlara ödəniləcək muzd da Elşən tərəfindən verilmişdir. Tikinti işləri təxminən 5-6 ay davam etmiş və həmin müddətdə iddiaçı İddiaçı həmin əraziyə gəlməmişdir. Iddiaçını yalnız məhkəmədə görmüşdür.

63. X14 isə ifadəsində bildirmişdir ki, tərəfləri hər iksini tanıyır. Köçəri adlı həkimdən aptek binası almış və 2000-ci ildən 2012-ci ilədək oranı işlətmişdir. Sonradan icra hakimiyyəti tərəfindən ona abadlaşma ilə əlaqədar aptekin söküləcəyi bilmiş, ona görədə 2012-ci ildə 24000 manata apteki Elşənə satmışdır. Aptekin satılması ilə bağlı Şahin onunla heç bir danışıq aparmamış, bütün danışıqları Elşən aparmışdır, ona görə də sonuncuya etibarnamə vermişdir. Elşənin qardaşı Şahinlə şərik olması barədə onda məlumat olmamış, nə də Elşən ona bu barədə deməmişdir.

64. Iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş X4 isə ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. 1993-cü ildən Şahinə məxsus köhnə bazarda olan anbarda fəhlə kimi işləmişdir. Həmin anbar sonradan sökülmüş və anbarın tikinti materialı (ferması) hazırkı mübahisəli binanın tikintisində istifadə olunmaq üçün aparılmışdır.

65. X24 və X2 vermiş olduğu ifadəni sübut növü kimi qəbul etmişdir. Çünki, adları qeyd olunan şəxslərin tərəflərin heç biri ilə xüsusi münasibətləri, yəni xidməti asılılıq, qohumluq, dostluq və.s müəyyən olunmamışdır. Iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş X4 vermiş olduğu ifadəni isə kollegiya sübut növü kimi qəbul etməmişdir. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi şahid 1993-cü ildən iddiaçının yanında (köhnə bazarda) işlədiyini qeyd edir. Sonuncunun şəxsiyyət vəsiqəsindən isə görünür ki, o, ## ### 1983-cü ildə anadan olmuşdur. 1993-cü ildə Yunis Quliyev 10 yaşında olmuşdur. Qeyd olunan yaşda uşağın isə anbar şəraitində işləməsi özlüyündə inandırıcı gəlmir, eləcədə 10 yaşında uşaqların əməyə cəlb olunması qanunvericiliklə qadağa olunur.

66. Göründüyü kimi, Iddiaçı İddiaçı hazırkı mövcud tikilinin yerində əvvəllər mövcud olmuş tikililərin və boş torpaq sahəsinin onun tərəfindən Qədir adlı şəxsdən 17000 ABŞ dollara alınması, aptek binasını icarəyə götürən Famil adlı şəxsin həmin yerdən çıxması üçün qardaşı Elşən vastəsilə ona 11000 manat verməsi, eləcədə mübahisələndirdiyi iki mərtəbəli mövcud qeyriyaşayış binasının (mağaza binası) onun qoyduğu 200000 manat vəsait hesabina tikilməsi barədə dəlili onun özünün deməsindən başqa digər mötəbər sübutlarla təsdiq olunmur. Əksinə hazırkı məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X14 verdiyi ifadə ilə müəyyən olunmuşdur ki, aptek binasını Köçəri adlı şəxsdən almış və 2012-ci ildə 24000 manata Elşənə satmışdır. Iddiaçı İddiaçı isə bildirir ki, Famil adlı şəxsə icarəyə götürdüyü aptek binasından çıxmaq üçün onunla söhbətlər aparmış və razılaşdıqdan sonra qardaşı Elşən vastəsilə ona 11000 manat vermiş o da aptek binasindan çıxmışdır. X2 isə bildirmişdir ki, iki mərtəbəli mağaza binasını Elşənin sifarişi əsasında inşa etmişlər, tikitiyə sərf olunan mal-materialın hamısını Elşən alıb gətirmiş, eləcədə gördükləri işə görə muzd Elşən tərəfindən ödənilmişdir. Tikinti aparılan ərəfədə iddiaçı İddiaçı həmin əraziyə gəlməmiş, sonuncunu yalnız məhkəmədə görmüşdür. Göründüyü kimi aptek binasının və onun yanındakı digər daşınmaz əmlakların (torpaq və tikililərin) Cavabdeh tərəfindən alınması, eləcədə mübahisələndirilən iki mərtəbəli mövcud qeyri-yaşayış binasının cavabdeh Cavabdeh özünün şəxsi vəsaiti hesabına inşa edilməsi sübut olunur. Iki mərtəbəli mağaza binası hazırda da onun sahibyində və istifadəsindədir.

67. Bu baxımdan məhkəmə kollegiyası sahiblik və sahibliyin qorunmasına dair normaların mahiyyətini və təyinatını nəzərdən keçirməyi zəruri hesab etmişdir. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

68. Beləliklə işin yuxarıda qeyd olunan hallarını nəzərə alan kollegiya hesab etmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi iddiaçıya icarəyə verilsə də, həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli mağaza binası cavabdehin vəsaiti hesabına inşa edilmiş və inşa edildiyi vaxtdan da onun sahibliyində və istifadəsindədir, belə olan halda da cavabdehin həmin binanın materiallarına mülkiyyət hüququ vardır. Iddiaçı İddiaçı ona icarəyə verilmiş torpaq sahəsində cavabdeh Cavabdeh tərəfindən mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin tikilməsini bilmiş və tikinti işlərinin aparılmasını qəbul etmişdir. Düzdür, iddiaçı qeyri-yaşayış sahəsinin onun özünün şəxsi vəsaiti və göstərişi əsasında qardaşı Elşən tərəfindən aparıldığını desə də, lakin onun bu dəlili yuxarıda da qeyd olunduğu kimi sübuta yetirilməmişdir. Belə olan təqdirdə kollegiya hesab etmişdir ki, torpağa icarə hüququ olan şəxs tərəfindən həmin tikiliyə görə (çəkilən xərclə bağlı) müvafiq kompensasiya ödənilmədən cavabdeh qeyri-yaşayış sahəsindən çıxarıla bilməz.

69. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verməyərək iddianı təmin etmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

70. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2, 159, 160-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 119.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

j) Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

Kassasiya şikayətinin dəlilləri

71.

72. Kassasiya şikayəti belə əsaslandırılmışdır, tamamilə qeyri-müəyyən və nəticəsiz şəkildə iddiaçının tələbinin hüquqi və faktiki əsasına istinad etməsi və bu istinadı izah etməməsi məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə fokuslanmış qeyriobyektiv mövqeyi kimi nəzərdən keçirilməlidir. Halbuki, Mülki Məcəllənin tələblərində sahiblik hüququnun (faktiki sahiblik hüququnun) mülkiyyət hüququ ilə eyni dərəcədə qorunmasına dair tələblər müəyyən olunmuşdur. Belə ki, Mülki Məcəllənin 152.2-ci maddəsində anlayış verilərək, qeyd edilir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmçinin 159-cu maddədə sahibliyin mahiyyəti açıqlanaraq, qeyd edilir ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Hər iki maddədə ifadə olunmuş hüquqi mənadan görünür ki, sahiblik hüququ konkret hüquqi əsası deyil, əşyaya faktiki sahiblik etməyi əhatə edir. Bundan əlavə Mülki Məcəllənin 157.8-ci maddəsinə görə “Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur”. 157.8-ci maddə konkret olaraq mülkiyyətçi olmayan, əmlaka sahiblik edən (152.2-ci maddənin hüquqi mənası baxımından “faktiki sahiblik” edən) şəxsin də əmlak hüquqularını qoruyur və təmint altına alır. 157.8-ci maddənin mətnində “bu Məcəllədə və müqavilədə nəzərdə tutulan əsasla” ifadəsi isə xüsusi diqqət çəkir.

73. Iş materiallarından görünür ki, iddiaçı ilə Bərdə Bələdiyyəsi arasında ## #### 2006-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin hüquqi əsası kimi Bərdə Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli protokolu vardır. Protokolda torpaq sahəsinin uzun müddətdir ki, iddiaçının (İddiaçı) istifadəsində olduğu nəzərə alınaraq, üzərində tikinti tikmək məqsədi ilə ona ayrılması konkret olaraq protokolda qeyd edilmişdir. Bu hallar iddianın faktiki əsasının təşkil etməklə yanaşı, onların hüquqi əsası məhz Mülki Məcəllənin 152.2-ci və 157.8-ci maddələrinə dayanmışdır. Tələb hüququnun (iddia tələbinə dair subyektiv hüququn) əsasını isə Mülki Məcələnin 157.8-ci maddəsi ilə yanaşı 157.2-ci və 158.4-cü maddələri təşkil etmişdir. Belə ki, 157.2-ci maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4-cü maddəyə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hər üç maddənin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, iddiaçının həmin əmlaka dair tələb hüququ qanunidir və əsaslıdır. Həmçinin bu sahiblik hüququ qanunsuz deyil, Bərdə Bələdiyəsinin qərarına və aralarında bağlanmış müqaviləyə əsaslanmışdır. O da nəzərə alınmalıdır ki, Bərdə Bələdiyyəsi ilə bağlanmış müqaviləyə və Bələdiyyənin qərarına əsasən yaranmış sahiblik hüququ, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun əldə olunmasına ağlabatan və “qanuni gözləntisi”ni, yəni gözlənilən mülkiyyət hüququnu, maraqlarını əhatə edir. Bələdiyyə qərarında torpaq sahəsinin iddiaçının uzun müddət istifadəsində olduğu nəzərə alınaraq, orada tikinti tikmək məqsədi ilə iddiaçıya icarəyə verilməsi qeyd edilmişdir. Iddiaçının isə orada tikinti işləri aparması onun həmin əmlak üzərində “gözlənilən mülkiyyət hüququnu” özündə ehtiva edir.

74. AR Konstitusiya Məhkəməsi isə Avropa Məhkəməsinin bir sıra qərarlarına (X9rşı, Saghinadze və başqalarıGürcüstana qarşı və s) istinad etməklə, öz qərarlarında Konstitusiyanın 29-cu maddəsinə əsaslanaraq bu hüququnun müdafiəsini təmin etmişdir. X15rşı işdə qeyd edildiyi kimi torpaq sahəsində inşa edilmiş binanın mövcudluğuna dövlət orqanlarının dözümlülük nümayiş etdirmələri, həmin binaya dair Cavabdeh deyil məhz onun mülkiyyət hüququnun etirafı kimi qiymətləndirilməlidir. Bütün bu qeyd edilənlərə baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 152.2-ci, 157.2-ci, 157.8-ci, 158.4-cü, 159-cu maddələrini nəzərə almamış, həmin maddələrinin tələblərinə və həmin maddələrin işin faktiki hallarına tətbiq edilməsinin vacibliyinə diqqət yetirməmişdir. Bununla da hüquqununun pozulması ilə nəticələnən qətnamə çıxartmışdır. Iş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli, ** saylı protokolundan və Bələdiyyə ilə arasında bağlanmış ## #### 2006-cı il tarixli icarə müqaviləsindən görünür ki, Bərdə şəhəri, Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 X 13.55m olan 366 kv.m ibarət torpaq sahəsi ona icarəyə verilmişdir. Bələdiyyənin qərarından açıq şəkildə görünür ki, torpaq sahəsi mağaza binasının inşası məqsədi ilə 30 il müddətinə ona icarəyə verilmişdir. Bələdiyyə qərarının 3-cü bəndində qeyd edilmişdir ki, “Ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması, tikiləcək obyektin layihəsi və mühəndis kommunikasiya pasportu hazırlanması üçün Rayon Icra Hakimiyyəti ilə razılaşdırılsın”. Həmin protokola əlavə edilmiş, Bərdə rayon Icra hakimiyyətinin Memarlıq şöbəsinin memarı M.Qasımov tərəfindən verilmiş “İddiaçı ərizəsi barədə rəy”ə əsasən “....Həmin ərazidə istifadəsində olan tikintilərin və torpaq sahəsinin qanuniləşdirilməsini xahiş etmişdir. Torpaq sahəsi şəhərin Nizami küçəsində yolun şərqində, Dəri-Zöhrəvi xəstəxanasına dönən yolun cənubunda yerləşir. Torpaq sahəsi daxilində 27 X 14 m., cəmi 378 kv.m – 12 kv.m = 366 kv.m təşkil edir. 12 kv.m həmin sahənin daxilində olan başqa şəxsə məxsus aptek binasına aiddir....”.

75. Həmin rəyə torpaq sahəsinin və tikintilərin faktiki planı əlavə edilmişdir. Torpaq sahəsinin sağ hissəsində iddiaçı tərəfindən inşa edilmiş tikililər, sol hissəsində isə 12 kv.m ibarət aptek binası açıq şəkildə görünür. Lakin Məhkəmə qətnamənin 62-ci bəndində işdə şahid qismində dindirilmiş X14 ifadəsinə istinad etmişdir. F.Bəndəliyev qeyd etmişdir ki, “....tərəflərin hər ikisini tanıyır. Köçəri adlı həkimdən aptek binasını almış və 2000-ci ildən 2012-ci ilədək oranı işlətmişdir. Sonradan Icra hakimiyyəti oranı abadlaşdırma ilə əlaqədar olaraq söküləcəyini bildirmiş, ona görə də 2012-ci ildə 24 000 manata apteki Elşənə satmışdır......”.

76. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, həmin aptek binası ümumiyyətlə inşa etdiyi 366 kv.m ibarət qeyri-yaşayış binasının daxilində olmamış, nə də qeyri-yaşayış binası həmin aptek sökülməklə onun yerində inşa edilməmişdir. Bu fakt Bərdə rayon Memarlıq idarəsinin memarı M.Qasımovun rəyində və eləcə də həmin rəyə əlavə edilmiş, Icra hakimiyyətinin möhürü ilə təsdiq edilmiş “Torpaq sahəsinin Sxemin”də açıq şəkildə öz təsdiqini tapır. Halbuki, məhkəmə iclasında izahat verən cavabdeh Elşən Ismayov güya ki, bu aptek binasını alaraq sökmüş yerində isə mübahisəli qeyri-yaşayış binasını inşa etmişdir. Halbuki, qeyd etdikləri rəy və sxemdə açıq şəkildə görünür ki, inşa edilmiş qeyri-yaşayış binası və aptek torpaq sahəsinin ayrı-ayrı səmtlərində (sağ və sol künc hissədə) yerləşir. Eyni zamanda həmin rəydə qeyd edilən ifadələrdən görünür ki, tikilinin sənədləşdirilməsi üçün məhz iddiaçı İddiaçı Icra hakimiyyətinə müraciət etmişdir. Məhkəmə isə bu fakta diqqət yetirməmişdir. Bu faktları təsdiq edən sənədlər iş materiallarında olsa da məhkəmə həmin sənədlərə diqqət yetirilməmişdir. Eyni zamanda hazırkı tərəflər arasında Gəncə Inzibati Məhkəməsində olan inzibati iş üzrə məhkəmə tərəfindən Bərdə Bələdiyyəsinə və Bərdə rayon Dövlət Arxiv Idarəsinə sorğu verilərək, Arxiv idarəsinin ## ###### 2025-ci il tarixli müşayət məktubu ilə Torpaq sahəsinin icarə müqaviləsi, Bələdiyyənin protokolu, Memarlıq idarəsinin rəyi və Torpaq sahəsinin Sxemi əldə edilmişdir. Həmçinin Bələdiyyə ## ###### 2025-ci il tarixli məktubu göndərərək məsələ barədə münasibətini bildirmişdir. Bələdiyyənin məktubunda qeyd edilmişdir ki, X5 AR-İ ****** saylı etibarnamə ilə İddiaçı adından ##.##.2006-cı il tarixli, ** nömrəli qərar ilə ayrılmış torpaq sahəsini istifadə edə bilmədiyini üçün bələdiyyə fonduna qaytarılmasına dair ##.##.2019-cu il tarixdə bələdiyyəyə müraciət etmişdir. Lakin sözü gedən ərazidə qeyri-yaşayış binası olduğu üçün bələdiyyənin qərarının ləğv edilməsi mümkün olmamışdır.

77. Bələdiyyənin oxşar mətnli məktubunu həm cavabdeh və həm də onlar məhkəməyə təqdim etmişlər. X10 adından Bələdiyyəyə bu formada müraciəti və etibarnaməsi hazırkı iş materiallarında da var. Cavabdeh özünü əmlakın sahibi kimi təqdim etsə də ortaya çıxan bir sualı cavablandırmaqdan yayınmış və məhkəmə də bu məsələyə dair heç bir münasbt bildirməmişdir. Belə ki, əgər bina həqiqətən də E.Ismaylovundursa, o zaman niyə binasının yerləşdiyi torpaq sahəsini Bələdiyyəyə qaytarılmasını xahiş edir? Cavabdeh icarəsində olan torpaq sahəsi üzərində onun icarə hüququnun ləğvinə dair verdiyi ##.##.2019-cu il tarixli ərizəsi iradəsini əks etdirməmiş, etibarnamədə müqavilə bağlamaq səlahiyyəti nəzərdə tutulsa da müqavilənin ləğvi səlahiyyəti olmamışdır. Cavabdeh səlahiyyət həddini aşmaqla, etibarnamədə nəzərdə tutulmayan formada adından ərizə verməklə, eyni zamanda başqasının adına verilmiş etibarnaməni Bələdiyyəyə təqdim etməklə icarə müqaviləsini ləğv etdirməyə cəhd göstərmişdir. Cavabdeh həmin vaxt ona etibarnamə əsasında verdiyi səlahiyyətləri tam şəkildə X11 ötürdüyü üçün onun adımdan heç müqavilə bağlamaq və ya onu ləğv etdirmək səlahiyyəti olmamışdır. Cavabdeh öz etibarnaməsi olmadığı üçün (həmin etibarnamə üzrə səlahiyyət tam formada X11 ötürdüyü üçün notarius ondan etibarnaməni təhvil almışdır) ərizəyə X11 adına olan etibarnaməni əlavə etməklə Bələdiyyəyə təqdim etmişdir. Bələdiyyə isə A.R.Isgəndərovun adına verilmiş etibarnaməni və E.Ə.Ismaylovun imtina ərizəsini əlində rəhbər tutaraq, müqaviləni ləğv etdiyini bildirmişdir. Halbuki, həmin mağaza binasında bir çox işləri görmək üçün səlahiyyətlərini etibarnamə əsasında Cavabdeh vermişdir, Cavabdeh isə həmin səlahiyyətləri tam şəkildə etibar edilmişi etibar etmə formasında A.R.Isgədərova vermişdir. Bununla da özündə heç bir səlahiyyət qalmamışıdır. Gəncə Apellyasiya Məhkəməsi hazırkı iş üzrə qətnamə çıxardarkən onun Mülki Məcəllənin 157.2ci maddəsinə əsasən özgəsinin qanunsuz sahibliyindən öz əmlakımı geri tələb etmək hüququna, 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək hüququna düzgün hüquqi qiymət verməmiş, əmlakın qanunsuz tikili olması, onun cavabdeh tərəfindən inşa edilmiş olması qənaətinə gəlmişdir.

78. Hesab edirlər ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini bir neçə halda pozmuş, sübutları və iş üzrə faktiki halları düzgün qiymətləndirməmişdir. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi şahidin -X2 ifadəsinə istinad etmiş, şahid ifadəsini qiymətləndirərkən birtərəfli yanaşma nümayiş etdirmiş, tərəflərindənn verilmiş suallara dair ortaya çıxmış faktları heç bir münasibət bildirməmiş və araşdırma aparmamışdır. Belə ki, Məhkəmə qətnamənin 61-ci bəndində Q.Xəlilovun ifadəsində onun “fəhlələrlə birlikdə” işi gördüyünü qeyd etməklə, sanki əsl həqiqəti ört basdır etmək üçün maksimum səy göstərmişdir. Əvvəla Qədir özünü iş icraçısı(briqadir) kimi təqdim etmiş və bildirmişdir ki, o tikinti işləri ilə məşğul olan briqadırdir və xeyli sayda usta və fəhlələr cəlb etməklə sifariş əsasında işlər görmüşdür. Vəkilin (nümayəndə3) verdiyi suala cavab olaraq Q.Xəlilov usta və fəhlələrin onun tərəfindən tikintiyə cəlb edildiyi, onların maaşını da özü verdiyini bildirmişdir. Vəkil “bəs sizin ixtisasınızı təsdiq edən sənədiniz varmı?” sualına Q.Xəlilov, “xeyir, yoxdur” cavabını vermişdir. Eyni zamanda vəkil tərəfindən verilmiş “siz cəlb etdiyiniz usta və fəhlələrlə əmək ya xidmət müqaviləsi” bağlamısınızmı?” sualına da “xeyir” cavabı vermişdir. Həmçinin Q.Xəlilov cavabdeh Cavabdehla aralarında hər hansı podrat müqaviləsi olmadığını da bildirmişdir. Maraqlıdır ki, məhkəmə tikintinin qanunsuz olması qənaətinə gəldiyi halda, Q.Xəlilovun tikintidə xeyli sayda insanı qanunsuz işlətməsi (əgər həqiqətən də işlətmişdirsə), onlarla nə əmək, nə də xidmət müqaviləsi bağlamaması, həmçinin Cavabdehla aralarında podrat müqaviləsi olmaması məsələlərinə toxunmamış, yalnız Q.Xəlilovun ifadəsini mötəbər hesab edərək, obyektin əsl sahibinin Cavabdeh olması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası sifarişçi (E.Ismaylov) və icraçı(Q.Xəlilov) arasında podrat müqaviləsi bağlanmadan işin necə, hansı sənəd əsasında, heç bir çertyoj, layihə olmadan inşa edilməsinə düzgün hüquqi qiymət verməmişdir. Halbuki, binanın “xxxx” MMC tərəfindən çəkilmiş çertyoju, layihəsi iş materiallarından göründüyü kimi iddiaçının adına (sifarişçi qismində) tərtib edilmişdir (həmin layihə iş materiallarında vardır). Bütün bunlar onu deməyə əsas verir ki, Məhkəmə iş üzrə halları şahid ifadəsi ilə yanaşı düzgün qiymətləndirməmiş və bu isə MPM-in 81-ci maddəsinin pozulması ilə nəticələnmişdir.

79. Iş üzrə məhkəmənin yanlış hüquqi qiymət verdiyi digər məsələ iddiaçının şahid qismində təqdim etdiyi növbəti şahid – X14 ifadəsi ilə bağlıdır. Belə ki, F.Bəndəliyev tərəflərin hər ikisini tanıdığını, Köçəri adlı həkimdən aldığı aptek binasını 2000 –ci ildən 2012-ci ilədək işlətdiyini, sonradan icra hakimiyyəti tərəfindən ona abadlaşdırma ilə əlaqədar aptekin söküləcəyinin bildirildiyini, buna görə də 2012-ci ildə apteki Elşənə 240000 manata satdığını, aptekin satılması ilə bağlı iddiaçın onunla heç bir danışıq aparmadığını, bütün danışıqları Elşənin apardığını, ona görə də sonuncuya etibarnamə verdiyini, Elşənin qardaşı Şahinin şərik olması barədə onda məlumat olmadığını, Elşənin ona bu barədə demədiyini bildirmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş 1999-cu il tarixli texniki pasportdan görünür ki, mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinə yaxın ərazidə X33 məxsus tikinti altı sahəsi 13.8 kv. m, faydalı sahəsi 10.9 kv.m ibarət aptek binası var. Texniki pasportu məhkəməyə cavabdeh təqdim etmişdir. Həmin texniki pasportda qeyd edilən aptekin ölçüləri cavabdehin və şahid F.Bəndəliyevin bildirdikləri aptekin ölçüləri ilə üst-üstə düşmür. Bundan əlavə texniki pasportdan və F.Bəndəliyevin bildirdiyindən aydın olur ki, aptek binası X33 məxsusdur. F.Bəndəliyev apteki cavabdehə satdığını və ona etibarnamə verdiyini qeyd etsə də, məhkəməyə əmlakın Köçəri Süleymanovdan aldığını təsdiq edən alqı-satqı müqaviləsini, nə Elşənə satmasına dair alqı-satqı müqaviləsini, nə də Elşənə verdiyi etibarnaməni təqdim etməmişdir. Halbuki, o əgər bu apteki Köçəridən aldığını bildirirsə o zaman mütləq alqı-satqı müqaviləsini təqdim etməli idi. Çünki əmlakın faktiki olaraq texniki pasportu var və bu sənəd əsasında qeyri-yaşayış sahəsinin alqı-satqı mümkündür (bu gün Bakı şəhərində mövcud olan çoxmənzilli binaların həyətlərində yerləşən qeyri-yaşayış binaları və ya sahələri, mülkiyyət hüququna dair çıxarışı olmasa belə, texniki pasporta əsasən alqı-satqı əməliyyatları aparılır). Sənədi olan əmlakı F.Bəndəliyev necə alıb, necə cavabdehə satıb və etibarnamə verib? F.Bəndəliyev həmin apteklə bağlı öz adına sənəd və ya etibarnamə almadan, həmin əmlaka dair cavabdehə necə etibarnamə verib və ya satıb? Bütün bu məsələlər iş üzrə faktiki hallarla birbaşa bağlı olmasına, şahidin ifadəsinin ziddiyyətli və həqiqətə uyğun olmamasına baxmayaraq, məhkəmə əmlakın Köçəridən alınmasına və cavabdehə satılmasına dair nə etibarnamə nə də alqı-satqı müqaviləsinin mövcudluğunu nəinki araşdırmamış, ümumiyyətlə bu məsələnin üstündən sükutla keçmişdir.

80. Məhkəmənin hazırkı işdə qərəzli olmasına dair bir fakt diqqətlərini çəkmişdir. Belə ki, iddiaçı və vəkili məhkəmə iclasında iştirak etdiyi halda, cavabdehin şahidi (Q.Bəndəliyev) məhkəmənin çağırışına 2 dəfə gəlməmiş, buna görə də onun dindirilməsi ilə bağlı məsələ təxirə salınmışdır. Lakin ##.##.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında vəkil e-məhkəmə kabineti vasitəsi ilə ərizə daxil edərək, səhhəti ilə bağlı(kardioloji problemi olduğu üçün) iclasın qısa müddətli təxirə salınmasını xahiş etməsinə baxmayaraq, məhkəmə məhz həmin gün şahidi (Q.Bəndəliyevi) iştirakımız olmadan dindirmiş və bununla da onların şahidə sual vermək, onun Köçəri və Elşənlə hər hansı müqavilə bağlaması, etibarnamə alması və sonuncuya etibarnamə verməsi məsələlərinə dair sualları aydınlaşdırmaq imkanından məhrum olmuşlar, məhkəmə özü isə bu sualları nədənsə aydınlaşdırmaq marağında olmamışdır. Bu isə məhkəmənin işə obyektiv baxmaması təəssüratını yaratmışdır.

81. Məhkəmə iclasları zamanı iddiaçı X6 bildirmişdir ki, bütün işlərin görülməsi üçün pulu o vermişdir, bir çox işləri cavabdeh Cavabdeh gördürüb. Bu fakt Elşən Ismaylov tərəfindən də təsdiq edilib. Belə ki, Apellyasiya Məhkəməsinin qətnaməsinin 23-cü bəndində E.Ismaylovun ifadəsində qeyd edilir ki, qardaşı Şahin Ismaylovdan (iddiaçıdan) 11 000 manat borc almış və 1 ildən sonra, yəni 2016-cı ildə qaytarmışdır. Tərəflərindən borc müqaviləsinin təqdim edilməsi təklif edilsə də cavabdeh tərəfindən nə müqavilə, nə də pulun borc məqsədi ilə verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmədə bu faktiki halı araşdırmamışdır.

82. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş X4 ifadəsinə tənqidi və qərəzli yanaşmışdır. Belə ki, iclas zamanı şahid dindirilərkən ona sərt və yüksək tonla təpki verərək (kamera görüntülərinə baxıla bilər), şahidin normal ifadə verməsinə şərait yaratmamışdır. Bu azmış kimi şahidin Bərdə bazarı ərazisində söküntülərlə əlaqədar olaraq fermaların (dəmir konstruksiyaların) daşınaraq sözü gedən torpaq sahəsinə tikinti işlərində onlardan istifadə edilməsi barədə heç bir fikrini qətnamədə qeyd etməmişdir. Y.Quliyev ifadəsində qeyd etmişdir ki, o uzun müddətdir ki, iddiaçının yanında işləmiş, Bərdə bazarında söküntü zamanı oradakı bir çox materialların torpaq sahəsinə daşınmasında, boşaldılmasında iştirak etmişdir. Bu zaman (2013-cü ildə) onun 20 yaşı olmuşdur. Məhkəmə bu faktları, yəni Bərdə bazarının sökülməsi, oradan materialların daşınması, hara gətirilməsi, iddiaçı tərəfindən daşınmış bu materialların tikintidə istifadə edilib-edilməməsi kimi faktları araşdırmaq əvəzinə, 64-cü bənddə qeyd etmişdir ki, “.......Kollegiya Y.Quliyevin ifadəsini sübut kimi qəbul etmir. Belə ki, Y.Quliyev 1993-cü ildən iddiaçının yanında (köhnə bazarda) işlədiyini qeyd edir. Sonuncunun şəxsiyyət vəsiqəsindən isə görünür ki, o, ## ### 1983-cü ildə anadan olmuşdur. 1993-cü ildə Yunis Quliyev 10 yaşında olmuşdur. Qeyd olunan yaşda uşaqların anbar şəraitində işləməsi özlüyündə inandırcı gəlmir, eləcə də 10 yaşında uşaqların əməyə cəlb edilməsi qanunvericliklə qadağan olunur....”.

83. Maraqlıdır ki, şahid qismində dindirilmiş, briqadir kimi tikinti aparmış X2 vöen açmadan qanunsuz olaraq işçi işlətməsi, podrat müqaviləsi bağlamadan (aydındır ki, müqavilə olmadığı üçün vergi də ödənilməmişdir) Elşən Ismaylovdan pul alması, əmək müqaviləsi bağlamadan xeyli sayda usta və fəhlələri tikintidə işlətməsi qanunsuz deyil, amma idiaçının yanında 10 yaşlı uşağı işlətməsi məhkəmə kollegiyasının təbirincə, qanunsuzdur. Bütün araşdırlmalı halları kənara qoyub, Yunis Quliyevin anbarda 10 yaşı olanda işləyə bilib-bilməməsi məsələsini araşdırması, 20 yaşı olanda materialların bazardan daşınaraq torpaq sahəsinə gətirilməsi və tikintidə istifadə edilməsinə isə əhəmiyyət verməməsi məhkəmənin məsələyə obyektiv qiymət verməməsi anlamına gəlir.

84. Məhkəmə maddi hüquq normaları ilə yanaşı, prosessual hüquq normalarını da pozmuş, onlara əhəmiyyət verməmiş, icraatın obyektiv aparılması üçün cavabdehin təqdim etdiyi şahidə suallar vermək imkanından bizi məhrum etmiş, təqdim etdiyimiz şahidin ifadəsindəki faktları qiymətləndirməmiş, iş üzrə əsaslı və konkret hallara düzgün hüquqi qiymət verməmiş, bunula da prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

85. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 157.2, 157.8, 158.4, 159-cu maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ###### 2004-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 76.1, 81, 88, 217.1-ci maddələrinə istinad etmişdir.

ç) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

86. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

87. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

88. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

89. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.

90. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

91. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

92. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

93. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

94. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

95. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

96. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

97. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

98. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

99. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

100. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

101. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

102. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

103. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

104. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

105. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

106. Iddaçı kassasiya şikayətinə bələdiyyə iclasının protokolundan çıxarış, sxem, rəy və s.sənədlər əlavə etsə də, məhkəmə kollegiyası bildirir ki, kassasiya məhkəməsi sübut qəbul etmir və sübutlara qiymət vermir, işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

107. Məhkəmə kollegiyası kassasiya şikayətinin ##.##.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında vəkilin e-məhkəmə kabineti vasitəsi ilə ərizə daxil edərək, səhhəti ilə bağlı(kardioloji problemi olduğu üçün) iclasın qısa müddətli təxirə salınmasını xahiş etməsinə baxmayaraq, məhkəmənin məhz həmin gün şahidi (Q.Bəndəliyevi) iştirakları olmadan dindirdiyi və bununla da onların şahidə sual vermək, onun Köçəri və Elşənlə hər hansı müqavilə bağlaması, etibarnamə alması və sonuncuya etibarnamə verməsi məsələlərinə dair sualları aydınlaşdırmaq imkanından məhrum olduqları barədə dəlili ilə kollegiya razılaşmır. Belə ki, apellyasiya məhkəməsinin ## ######## 2025-ci il tarixli məhkəmə iclasının protokolu (II cild, iş v. 69-70) ilə təsdiq edilir ki, iş üzrə iddiaçın nümayəndəsi və vəkilinin səhhəti ilə əlaqədar ## ######## 2025-ci il tarixli məhkəmə iclasının təxirə salınması barədə olan ## ######## 2025-ci il tarixli ərizəsi məhkəmə tərəfindən müzakirə edilərək məhkəmə iclasının iddiaçı və nümayəndəsinin iştirakı olmadan hələlik davam etdirilməsi qərara alınmışdır. Iddiaçının nümayəndəsi və vəkilinin üzrlü səbəbdən məhkəmə iclasına gəlməməsinin təsdiq edən sübut təqdim etməsi isə iş materialları ilə təsdiqlənmir.

108. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

109. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozuntusuna yol vermiş və bu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.

110. Əvvəla apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 vermiş olduğu ifadəni sübut növü kimi qəbul etməmiş və qeyd etmişdir ki, şahid 1993-cü ildən iddiaçının yanında (köhnə bazarda) işlədiyini qeyd etmişdir. Sonuncunun şəxsiyyət vəsiqəsindən isə görünür ki, o, ## ### 1983-cü ildə anadan olmuşdur. 1993-cü ildə Yunis Quliyev 10 yaşında olmuşdur. Qeyd olunan yaşda uşağın isə anbar şəraitində işləməsi özlüyündə inandırıcı gəlmir, eləcə də 10 yaşında uşaqların əməyə cəlb olunması qanunvericiliklə qadağa olunur.

111. Kassasiya kollegiyası göstərilən əsaslandırma ilə razılaşmır. Belə ki, iş üzrə əhəmiyyətli olan şahidin şahidlik etdiyi halların nə vaxt baş verməsidir. Konkret şahidin ifadəsinə qiymət verərkən apellyasiya məhkəməsi şahidin anbarın sökülməsi və anbarın tikinti materialının (fermasının) hazırkı mübahisəli binanın tikintisində istifadə olunmaq üçün aparılmasına dair bildirdiklərinin hansı vaxtda baş verməsini dəqiqləşdirməli və dəqiqləşdirmənin nəticəsindən asılı olaraq şahidin ifadəsinə hüquqi qiymət verməli idi. Yəni, şahidin şahidlik etdiyi halın baş verdiyini bildirdiyi vaxt nəzərə alınmaqla ifadəsinə hüquqi qiymət verilməli idi.Lakin apelyasiya instansiyası məhkəməsi bu istiqamətdə hüquqi dəyərləndirmə aparmamışdır.

112. Kollegiya hesab edir ki, iş üzrə 1993-cü ildə Yunis Quliyevin 10 yaşının olması, eləcə də 10 yaşında uşaqların əməyə cəlb olunmasının qanunvericiliklə qadağa olunmasının birbaşa olaraq şahidin ifadəsinin mötəbər olmamasına dəlalət edən hal kimi qiymətləndirilməsi prosessual hüquq normalarının tələbinə uyğun deyil.

113. Azərbaycan Respublikasının 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.

114. Nəzərə almaq lazımdır ki, şahid yetkinlik yaşına çatmadığı müddətdə baş vermiş hallarla əlaqədar da şahid kimi dindirilə bilər.

115. Bundan əlavə işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibi qeyd etmişdir ki, icarəyə verilmiş torpaq sahəsində icarəyəverənin razılığı ilə həyata keçirilmiş tikililər üzərində icarəçinin hüquqları “Icarə haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsində qeyd edilir ki, əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. Qeyd edilən normaya əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmazsa və əksi mötəbər sübutlarla təsdiq edilməzsə, icarəyə verilmiş boş torpaq sahəsi üzərində icarə müddəti ərzində inşa edilmiş tikili icarəçiyə məxsusdur.

116. Işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibi onu da qeyd etmişdir ki, MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Işə birinci instansiya qaydasında baxılarkən ##.##.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında isə cavabdeh özü tikintinin qardaşından aldığı vəsait hesabına həyata keçirildiyini təsdiq etmiş, lakin həmin vəsaiti borc kimi aldığını və sonradan qaytardığını bildirmişdir. Cavabdehin tikinti üçün xərclənən vəsaiti iddiaçıdan aldığını təsdiq etməsi iddiaçını bu halı sübut etmək vəzifəsindən azad etdiyi və artıq həmin vəsaitin iddiaçıya qaytarıldığını sübut etmə vəzifəsi (sübut etmə yükü) MPMnin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşdüyü halda məhkəmə sübutların qiymətləndirilməsini həyata keçirərkən prosessual normaların tələblərini nəzərə almamışdır.

117. Əvvəlki iki bənddə qeyd edilənlərə baxmayaraq işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə almamış və həmin bəndlərdə qeyd edilən kassasiya məhkəməsinin göstərişlərini icra etməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

118. Yuxarıda qeyd edlənlərə əsasən kassasiya kollegiyası belə qənaətə gəlir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılması və qiymətləndirilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbini pozmuş və bu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Prosessual hüquq normaları göstərilən qaydada pozulduğuna görə maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmək mümkün deyil.

119. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

120. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

121. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin

122. səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

123. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.

124. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən hazırkı qərarda qeyd edilən və işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri tam icra edilərək, şərh edilmiş nöqsanlar aradan qaldırılmalı, sübutlara məcmu şəklində, prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilməli, maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

125. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar