Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-511/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” X2 və Regional Su Meliorasiya Xidməti X2rşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (Işə bərpa tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” X2 və Regional Su Meliorasiya Xidməti X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli məcburi köçkün vəsiqəsindən müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür.
2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 X3 Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi ilə bağlı ##.##.2024-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Dövlət X17 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» ## ###### 2023-cü il tarixli **** nömrəli fərmanına əsasən «xxxx» ASC-in çevrilmə formasında yenidən təşkil yolu ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n yaradılması, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n ##.##.2024-cü il tarixli ** nömrəli əmri ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n strukturuna daxil olan tabeli qrumların təsdiq edilmiş strukturu və ştat cəvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi ##.##.2024-cü il tarixdən ixtisara düşməsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilməsi, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə ona əlavə məlumat veriləcəyi bildirilmişdir.
3. Azərbaycan Dövlət X17 ##.##.2024-cü il tarixli *** saylı əmrinə əsasən “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Idarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n Idarə Heyətinin sədr müavini T.M.Xəlilova həvalə edilmişdir.
4. *** saylı X7 ##.##.2024-cü il tarixli, *** nömrəli arayışından müəyyən olunur ki, İddiaçı *** saylı X7 ** saylı məntəqə seçki komissiyasının üzvüdür. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1- ci maddəsinə uyğun olaraq Bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı ## ###### 2024-cü il - ## ###### 2025-ci il tarixlərdə 65 gün olmaqla əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq vəzifəsinin icrasından azad edilməlidir.
5. İddiaçı Azərbaycan Respublikası xxxx ASC-in X3 Idarəsinə ünvanladığı ##.##.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, ##.##.2024-cü il tarixdən başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası xxxx ASC-in X3 Idarəsinin ##.##.2024-cü il tarixli, 666 K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən İddiaçı – Istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ##.##.2024-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi olmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” X2 və Regional Su Meliorasiya Xidməti X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X2 ## ###### 2024-cü il tarixli qanunsuz əmrinin ləğv edilərək, onun işə bərpa edilməsi və ## ###### 2024-cü il tarixindən bu günədək ona ödənilməli olan əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir çalışdığı “xxxx” ASC-nin X3 Idarəsinin Ağdam sahəsində qanunsuz olaraq ## ###### 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, ## ######## 2024-cü il tarixdə rəsmi məktubla ona müraciət edilərək, ştat vahidinin ixtisara düşəcəyini və 9 həftə sonra əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Bu hesabla 2024-cü ilin noyabr ayında əmək müqaviləsinə xitam verilməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2024-cü il tarixli, *** nömrəli Qərarı ilə “xxxx” ASC ləğv edilmiş və “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 yaradılmışdır. Qeyd edilənlə bağlı daha obyektiv və düzgün araşdırma aparılacağını düşündüyü üçün Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə şikayətlər etdi. Sonuncu müraciəti üzrə ona bildirilmişdir ki, işəgötürən tərəfindən sənədlər tam təqdim edilmədiyindən araşdırılma aparıla bilməmiş, eləcə də işəgötürənin əmək müqaviləsinə xitam vermə hüquqları ona izah edilmişdir. Əmək Müfəttişliyinin məsələni daha operativ, hərtərəfli araşdıracağına ümid edərək gözlədi. Bu səbəbdən də məhkəməyə indi müraciət edə bilir. Əgər işəgötürən tərəfindən tam obyektiv olaraq bütün sənədləşmə qaydasında aparılmış olsaydı, heç onun ixtisar edilməyinə də zərurət qalmazdı. Belə ki, himayəsində 2 azyaşlı övladı var, ailədə tək işləyən şəxs odur və məcburi köçkün statusu var.
9. Iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ü.A.Xəlil) iddia tələbi tam təmin edilərək “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” X2 ##.##.2024-cü il tarixli ***/K nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, ##.##.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X17 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında ## ###### 2023-cü il tarixli, **** nömrəli fərmanına əsasən Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “Regional Su Meliorasiya Xidməti” X2, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 yaradılmışdır. Regional Su Meliorasiya Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxs kimi, Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxs kimi müəyyən olunmuşdur. Azərbaycan Dövlət X17 Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X2n ##.##.2024-cü il tarixli, ** nömrəli əmri ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. ##.##.2024-cü il tarixli “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 tərəfindən İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlığa əsasən ##.##.2024-cü il tarixdən ixtisara düşməsi və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi ilə bağlı xəbərdar olunmuşdur. Iddiaçı *** saylı X7 ** saylı məntəqə seçki komissiyasının üzvü olmaqla ##.##.2024- cü il tarixdən ##.##.2025-ci il tarixədək əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsinin icrasından azad edilmişdir. Iddiaçı ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası “xxxx” ASC X3 Idarəsinə ərizə yazaraq ##.##.2024-cü il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ünvanlamış və işəgötürənin ##.##.2024-cü il tarixli ***/K nömrəli əmrinə əsasən İddiaçı - istismarın təşkili və idarə edilməsinə nəzrət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ##.##.2024-cü il tarixdən ləğv edilmişdir.
12. Məhkəmə iş materiallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəsi könüllü şəkildə deyil, işəgötürənin göstərişi və təsiri ilə yazılmış, iddiaçının həqiqi və azad iradəsini ifadə etməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçıya ##.##.2024-cü il tarixdə ixtisara düşməsi və 9 təqvim həftəsi sonra onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq etişdir. Lakin həmin müddətin başa çatdığı tarixdə iddiaçı bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı müvəqqəti olaraq vəzifəsinin icrasından azad edildiyindən onun tərəfindən başqa işəgötürənlə əmək müqaviləsi bağladığından onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi barədə formal ərizə yazılmış və həmin ərizə işçinin həqiqi iradə ifadəsini əks etdirməmişdir. Buna baxmayaraq, işəgötürən tərəfindən həmin ərizə əsasında işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilmişdir. Belə ərizə könüllü verilmiş iradə ifadəsi kimi qiymətləndirilə bilməz və bu əsasla əmək münasibətlərinə xitam verilməsi qanuni hesab edilə bilməz.
13. Bundan başqa məhkəmə iddiaçının tutuduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi ilə bağlı etdiyi xəbərdarlıqla bağlı qeyd etmişdir ki, işçilərinin sayının və ştatının ixtisarı zamanı aşağıdakı şərtlər mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvi üçün hüquqauyğun əsas qismində çıxış edir: müəssisədə həqiqətən işçilərin sayı və ya ştatı ixtisar olunmalıdır; işçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalıdır; işdə saxlanmaq üçün üstünlük hüququna riayət olunmalıdır (ƏM-in 78-ci maddəsi); işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyyən olunan əmək stajından asılı olaraq müəyyənləşdirilən müddətlərdə rəsmi xəbərdar edilməlidir (ƏM-in 77-ci maddəsi); xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməlidir (ƏM-in 77-ci maddəsi); işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məcburi köçkün olmaqla, himayəsində ##.##.2019-cu il təvəllüdlü və ##.##.2016-cı il təvəllüdlü iki yetkinlik yaşına çatmayan övladı var. Baxmayaraq ki, iddiaçı öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur, lakin məhkəmə qeyd edir ki, cavabdehin əsas məqsədi onunla bağlanmış əmək müqaviləsinə ştat vahidinin ixtisara düşməsi ilə bağlı xitam verilməsi olmuşdur. Yuxarıda qeyd olunan hallar da bu zaman nəzərə alınmamışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə, 69-cu maddəsinin 1-ci və 7-ci hissələrinə, 78-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 83-cü maddəsinə, 179-cu maddəsinin 1-ci hissəsinə, 179-cu maddəsinin 2-ci hissəsinin ç bəndinə, 292-ci maddəsinin 1ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2023-cü il Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2021-ci il tarixli Plenum Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən narazı qalan cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya ikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi əxsi və “Regional Su Meliorasiya Xidməti” publik hüquqi əxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi əxsinin ## ###### 2024-cü il tarixli qanunsuz əmrinin ləğv edilərək, onun işə bərpa edilməsi və ## ###### 2024-cü il tarixindən bu günədək ona ödənilməli olan əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən qətnamə qəbul edilmişdir. “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi əxsinin ##.##.2024-cü il tarixli ***/K nömrəli əmri ləğv edilsin. Iddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. ##.##.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq iddiaçıya ödənilsin. Iş üzrə məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Dövlət X17 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət X17 tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il *** nömrəli qərarı ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə olaraq bildir ki, həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərmanın 3-cü hissəsi və 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “Regional Su Meliorasiya Xidməti” X2 yaradılmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən “Regional Su Meliorasiya Xidməti” meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət X17 tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il *** nömrəli qərarı ilə “Regional Su Meliorasiya Xidməti” X2n Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ## ### 2024-cü il tarixli ***/* nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi əxsinin strukturu təsdiq edilmiş, X2n ştat vahidlərinin sayı 14.000-dən 7.700-dək azaldılmış, publik hüquqi əxsin aparatının ştat vahidi isə 180 olmuşdur. (Əmr iş materiallarına əlavə edilmişdir.) Həmin strukturda Ağdam rayon Sukanal Sahəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsə həvalə edilmişdir. Iddiaçının çalışmış olduğu Ağdam rayon Sukanal Sahəsi “Regional Su Meliorasiya xidməti” X2n tərkibinə verilərək Ağdam rayon Sukanal Sahəsi meliorasiya sistemlərinin Istismarı Idarəsi yaradılmışdır. “Regional Su Meliorasiya Xidməti” X2 “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. Iddiaçının işlə təmin edilib-edilməməsi “Regional Su Meliorasiya xidməti” X2n daxili işidir. Hal-hazırda cavabdehin Ağdam rayon Sukanal Sahəsi adında struktur təşkilatı mövcud deyil, həmçinin iddiaçının ştat vahidi də mövcud deyildir. Bu kimi hallar olmasına və cavabdehin Ağdam rayonuna xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. Iddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir. Əlavə olaraq bildirir ki, cavabdeh öz istəyi ilə ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası “xxxx” ASC X3 Idarəsinə ərizə yazaraq ##.##.2024-cü il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ünvanlamış və işəgötürənin ##.##.2024-cü il tarixli ***/K nömrəli əmrinə əsasən İddiaçı istismarın təşkili və idarə edilməsinə nəzrət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ##.##.2024-cü il tarixdən ləğv edilmişdir.
17. Cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Dövlət X17 fəaliyyətini təmin etməsi ilə bağlı, bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2023-cü il tarixli fərmanına əsasən “xxxx” ASC çevirmə yolu ilə Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti kimi fəaliyət göstərmişdir. Onların xidmət dairəsinə Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt, Bakı, bir də Naxçıvan şəhərləri aiddir, digər rayonlar isə Regional Meliorasiya Xidmətinə keçirilmişdir. X5rın strukturuna daxil deyil, Meliorasiya Xidməti isə onların tabeliyində olan bir qurum deyildir. X1 Meliorasiya Xidmətinə aid olmaqla artıq onların strukturuna aid deyildir. Meliroasiya Xidməti onların tabeliyində olmadığından əməkdaşı işə götürmə barədə göstəriş verə bilmirlər. Iddiaçının öz təşəbbüsü ilə işdən çıxması barədə ərizə yazmasının səbəbi ona məlum deyildir. Iddiaçı öz istəyi ilə ## ###### 2024-cü ildə xxxx ASC-nin X3 Idarəsinə ərizə yazıb və başqa işəgötürənlə əmək müqaviləsi bağlandığına görə onun işdən azad edilməsini xahiş etmişdir, həmin tarixdən də ***K nömrəli əmrə əsasən iddiaçı işdən azad edilmişdir. Yeni işəgötürən barəsində iddiaçı onlara məlumat verməmişdir. Başqa işəgötürən dedikdə iddiaçı Regional Meliorasiya Su Idarəsini nəzərdə tutur, ona söz veriblər ki, işə götürəcəklər, sonra götürməyiblər.
18. Iddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb, izahatında göstərmişdir ki, “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 indi onların qurumu sayılmır. O, X5 17 il 6 ay işləmişdir. Idarələr ixtisar olunanda region ad olaraq dəyişmiş, onlar Xankəndiyə tabe olmuşlar. Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində olmuşlar. Oradan çıxanda 60 nəfərin hamısından başqa işə keçməklə bağlı ərizələr alınmışdır. Ağdam Meliorasiya Idarəsinə gələndə başqa işə keçməklə bağlı o da, ərizə yazmışdır. O, elektrik avadanlıqlarının təmiri üzrə montyor işləmiş, ona başqa iş təklif olunmuşdur. Onun himayəsində 6 və 9 yaşlı iki azyaşlı övladı var, işəgötürən onu seçkildə iştirakı ilə bağlı işdən azad edildiyi vaxt işdən çıxarmışdır. Hamı kimi ondan da bir qrumdan digər qruma işə keçmək üçün ərizə alınmışdır. Belə ki, Ağdam Sukanal Idarəsi ləğv olunmuş, 65 nəfər işçidən Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərizə alıb işdən çıxarmış, başqa işə, Meliorasiya Xidmətinə gələrkən hamıya uyğun iş versələr də, ona ixtisasına uyğun vakant yer olmadığını demişlər. Işdən azad olunarkən əmək kitabçası ona verilməmişdir. Ona ərizə yazması təklif olunarkən o, 2024-cü ilin ######ın ##-dən, 2025ci il ######ın ##-na kimi bələdiyyə seçkilərində olmasını desə də, bu hal nəzərə alınmamışdır. Dekabr ayının 14-dən sonra onun tutduğu ştata işçi götürülmüşdür. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
19. Cavabdeh “Regional Su Meliorasiya Xidməti” X2 nümayəndəsi nümayəndə1 izahatında göstərmişdir ki, “xxxx” ləğv olunmuş, onların yaranması Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASCdən qaynaqlanır, amma “xxxx” ASC-in ləğv olunmasından Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaranmışdır. Fərmana görə 5 iri şəhər qeyd olunur, amma o zaman xxxx ləğv olunanda bütün Respublika üzrə, sukanal idarələri də daxil olmaqla işdən çıxma, işə qəbul əmrləri, hamısı Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həyata keçirilmişdir. Iddiaçının əvvəlki iş yeri olan idarə, ümumiyyətlə, ləğv olunub, yəni bugünkü gündə həmin idarə yoxdur, X3 Idarəsi yoxdur. “xxxx”dan keçid Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə olmuşdur, artıq Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hansı qərarları qəbul edib, hansı işçini saxlayıb, hansı işçini ixtisara salıb, bu barədə onlarda məlumat yoxdur. Iddiaçını ixtisara düşməsi barədə xəbərdar ediblər. Iddiaçıdan ərizəni kimin, hansı təşkilatın almasını onlar bilmirlər. Struktur vahidi olaraq Qarabağ Sukanal Idarəsi “xxxx”ya aid olmuş, “xxxx” ASC əsasında yaranan təşkilat Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətidir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər S.R.Səlimova (sədrlik edən və məruzəçi), A.Ə.Isgəndərov, G.M.Abbasova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, 01.08. 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 X3 Idarəsində (əvvəlki «xxxx» ASC-in X3 Idarəsində) istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işləyən, Ağdam rayonundan məcburi köçkün olan iddiaçıya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 X3 Idarəsi ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə aşağıdakıları bildirmişdir: «Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Dövlət X17 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» ## ###### 2023-cü il tarixli **** nömrəli fərmanına əsasən «xxxx» ASC-in çevrilmə formasında yenidən təşkili yolu ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 yaradılmışdır; Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n ##.##.2024-cü il tarixli ** nömrəli əmri ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n strukturuna daxil olan tabeli qrumların təsdiq edilmiş strukturu və ştat cəvəlinə əsasən, İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ##.##.2024-cü il tarixdən ixtisara düşdür; Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir; və s.»
22. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, *** saylı X7 ** saylı məntəqə seçki komissiyasının üzvü olan iddiaçı İddiaçı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq Bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı ## ###### 2024-cü il - ## ###### 2025-ci il tarixlərdə 65 gün olmaqla əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq vəzifəsinin icrasından azad edilməlidir.
23. İddiaçı Azərbaycan Respublikası xxxx ASC-in X3 Idarəsinə ünvanladığı ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, iddiaçı ##.##.2024-cü il tarixdən başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
24. xxxx ASC-in X3 Idarəsinin (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 X3 Idarəsi) ##.##.2024-cü il tarixli, 666 K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən, istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ##.##.2024-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi olmuşdur.
25. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsindən irəli gələn hüquq münasibətlərində olan cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 əvvəl iddiaçıya Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n ##.##.2024-cü il tarixli ** nömrəli əmri ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n strukturuna daxil olan tabeli qrumların təsdiq edilmiş strukturuna və ştat cəvəlinə daxil olan tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsini bildirmiş, bundan sonra hüquqi savadı olmayan, hüquqi vəziyyətinə görə işəgötürəndən asılı vəziyyətdə, yəni əmək müqaviləsinin zəif tərəfi olan iddiaçıdan sonuncunun öz təşəbbüsü ilə işdən azad olunması görüntüsü yaratmaq məqsədi ilə ondan başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə işdən azad olunmasına dair ərizə alaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməklə əslində iddiaçının etibarından sui-istifadə etmişdir.
26. Belə ki, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək, yəni 65 gün ərzində əsas iş yeri üzrə aylıq əmək haqqının saxlanmaqla müvvəqqəti olaraq vəzifəsinin icrasından azad olunmasını bilən, ailəsinin yeganə qazanc gətirəni olan iddiaçının öz təşəbbüsü ilə tutduğu vəzifəsindən azad olunmasına dair ##.##.2024-cü il tarixdə ərizə yazması məntiqə uyğun deyildir.
27. Cavabdehin isə işçidən bu məzmunda ərizə almaqda məqsədi apardığı ixtisar zamanı məcburi köçkün olaraq işdə saxlanılmasına görə üstünlük hüququ olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə özünün, yəni işəgötürənin təşəbbüsü ilə xitam verə bilməməsi olmuşdur.
28. Istinad olunanlara əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 35, 60-cı maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-3-cü hissələrinə, 10-cu maddəsinə, 11-ci maddəsinin 1 və 2-ci hissələrinə, 12-ci maddəsinin 1-ci hissəsinə, 14, 68-ci maddəsinə, 69-cu maddəsinin 1-3 və 7-ci hissələrinə, 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1 və 3-cü hissələrinə, 76-cı maddəsinə, 77-ci maddəsinin 1-4cü hissəsinə, 78-ci maddəsinə, 80-ci maddəsinin 1 və 2-ci hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 38.1-ci maddəsinə, Azərbaycan Dövlət X17 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli № **** Fərmanının 5 və 6-cı bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
Kassasiya şikayətinin dəlilləri:
30. Cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” X2 (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsininin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, iş üzrə məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Dövlət X17 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət X17 tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il *** nömrəli qərarı ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə olaraq bildiririk ki, həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “Regional Su Meliorasiya Xidməti” X2 yaradılmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən “Regional Su Meliorasiya Xidməti” meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət X17 tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il *** nömrəli qərarı ilə “Regional Su Meliorasiya Xidməti” X2n Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ## ### 2024-cü il tarixli ***/* nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturu təsdiq edilmiş, X2n ştat vahidlərinin sayı 14000 dən 7700–dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. (Əmr iş materiallarına əlavə edilmişdir.) Həmin strurkturda Ağdam rayon Sukanal Sahəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsə həvalə edilmişdir. Iddiaçını çalışmış olduğu Ağdam rayon Sukanal Sahəsi “Regional Su Meliorasiya Xidməti” X2n tərkibinə verilərək Ağdam rayon Sukanal Sahəsi meliorasiya sistemlərinin Istismarı Idarəsi yaradılmışdır. “Regional Su Meliorasiya Xidməti” X2 “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2n alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. Iddiaçının işlə təmin edilib-edilməməsi “Regional Su Meliorasiya Xidməti” X2n daxili işidir. Halhazırda cavabdehin Ağdam rayon Sukanal Sahəsi adında struktur təşkilatı mövcud deyil, həmçinin iddiaçının ştat vahididə mövcud deyil. Bu kimi hallar olmasına və cavabdehin Ağdam rayonuna xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. Iddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir. Əlavə olaraq bildirik ki, cavabdeh öz istəyi ilə ##.##.2024-cü il tarizdə Azərbaycan Respublikası “xxxx” ASC X3 Idarəsinə ərizə yazaraq ##.##.2024-cü il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ünvanlamış və işəgötürənin ##.##.2024-cü il tarixli ***/K nömrəli əmrinə əsasən İddiaçı istismarın təşkili və idarə edilməsinə nəzrət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən işi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ##.##.2024-cü il tarixdən ləğv edilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəməyə tərəfimizdən işin hallarını sübut edən bütün dəlillər təqdim edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutlara qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.
32. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin“ Azərbaycan Dövlət X17 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## ###### 2023-cü il tarixli **** nömrəli fərmanına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etmişdir.
33. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Cavabdeh “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin müraciəti
34. Cavabdeh (etiraz edən) “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin etibarnamə əsasında nümayəndəsi nümayəndə1 kollegiyaya “Etiraz” başlıqlı müraciət ünvanlayaraq bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 və “Regional Su Meliorasiya Xidməti” X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən təmin edilmiş iddia tələbinə aşağıdakı əsaslarla etiraz edirik: 1. Iddia tələbi tam əsassızdır: Iddiaçı İddiaçı tərəfindən təqdim edilmiş hallar reallığı əks etdirmir. Belə ki, Azərbaycan Respublikası “xxxx” ASC-nin X3 Idarəsi tərəfindən əmək qanunvericiliyinin heç bir maddəsinin tələbi pozulmamışdır. Əmək qanunvericiliyə əsasən ilk olaraq İddiaçı rəsmi qaydada ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq elan edilmiş və sonuncu həmin xəbərdarlıq bildirişini ##.##.2024-cü il tarixində imza edərək qəbul etmişdir. Lakin ##.##.2024-cü il tarixdə başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün qeyd edilən tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə “xxxx” ASC-nin X3 Idarəsinin Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Iqbal Xəlilovun adına ərizə ilə müraciət etmişdir. İddiaçı ərizəsi əsasında “əmək müqaviləsinin ləğv edilməsi haqqında” ##.##.2024-cü il tarixli ***/K nömrəli əmr verilmişdir. 2. Qanuni əsaslar: Hesab edirik işəgötürən tərəfindən verilən əmrin qanuni əsasları var. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri düzgün tətbiq edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinin tələblərinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. İddiaçı isə tam fəaliyyət qabiliyyətli yetkin şəxsdir və anlaqlı vəziyyətdə olmaqla öz hərəkətlərinə qiymət vermək iqtidarındadır. Bu baxımdan onun ##.##.2024-cü il tarixli ərizəsini yazmaqda hər hansı təzyiq və ya təsirin olmasını mümkün hesab etmirik. 3. Sübutlar iddiaçının arqumentlərini təkzib edir: Iddiaçı İddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddia edilən vəziyyəti təsdiq etmir. Yuxarıda qeyd edildiyi kimi İddiaçı tam anlaqlı, fəaliyyəti qabiliyyətli şəxs olaraq başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün ##.##.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etmişdir. Bununla bağlı iddiaçı İddiaçı iddiasını təkzib edən sübutlar (xəbərdarlıq bildirişi, ərizə, əmr) məhkəməyə təqdim edilmişdir. 4. Əmək münasibətləri düzgün tənzimlənmişdir: Iddiaçı İddiaçı hüquqları pozulmamış, əmək münasibətlərində nəzərdə tutulan öhdəliklər işəgötürən tərəfindən düzgün yerinə yetirilmişdir.
5. Maddi – hüquq normalarının tətbiq edilməsi: Iş üzrə məhkəmə maddi hüquq normalarını düzgün tətbiq edilməməsi ilə bağlı Azərbaycan Dövlət X17 (bundan sonra – ADSEA) tabeliyində “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in təqdim etdiyi arqimentləri əsassız hesab edirik. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ, Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “Regional Su Meliorasiya Xidməti” PHŞ yaradılmışdır. Nəzərə alsaq ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”dir və Ağdam rayon Sukanal Sahəsi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan qurum olmaqla işdən azad edilən əməkdaşların əmək müqavilələrinə xitam həmin qurum tərəfindən verilmişdir. Beləliklə də cavabdeh olaraq “Regional Su Meliorasiya Xidməti” PHŞ-in iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmış olmur. Iddiaçının əmək müqaviləsinə xitam verilməsi, o cümlədən xitamın hansı əsaslarla verilməsi tərəfimizdən icra edilmədiyi üçün “Regional Su Meliorasiya Xidməti” PHŞ olaraq tərəfimizdən hər hansı öhdəliyin daşınmasını əsassız hesab edirik. Yuxarıda göstərilənləri nəzərə alaraq, Xahiş edirik: Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsini ləğv edərək, iddiaçı İddiaçı tərəfindən verilmiş iddianı əsassız hesab edəsiniz.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
35. Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsininyolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
36. Maddə 10 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a)əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b)əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c)əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d)dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e)iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
37. Maddə 11. 1.Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a)bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; 2.Işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Işəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.
38. Maddə 12 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). 1.Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;
39. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
40. Maddə 69 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). 1.Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2.Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3.Işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
7. Işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
41. Maddə 70 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
42. Maddə 71 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). 1.Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 3.Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
43. Maddə 76 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). 1.Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 2.Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
44. Maddə 77 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). 1.Işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2.Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3.Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4.Işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
45. Maddə 78(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). 1.Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 2.Işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
46. Maddə 80(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). 1.Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
47. Maddə 300 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). 1.Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi:
48. Maddə 38.1. Məntəqə seçki komissiyasının sədri, katibləri və üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.
Azərbaycan Dövlət X17 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli № **** Fərmanı:
49. Bənd 5. Agentliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: 5.1. bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti; 5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti; 5.3. tabeliyindəki Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin X12 Institutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X12 Institutu; 5.4. tabeliyindəki Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X18 Müdiriyyəti; 5.5. tabeliyindəki Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət Institutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə Institutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi Institutu.
50. Bənd 6.Müəyyən edilsin ki: 6.1.Agentlik yanında Suların Istifadəsinə və X20 Xidməti, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariyagigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən Agentliyin strukturuna daxil olan qurumdur; 6.2.Regional Su Meliorasiya Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir; 6.3.Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir; 6.7. bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər “ HYPERLINK "http://e-qanun.az/framework/5403" \h Hüquqi HYPERLINK "http://eqanun.az/framework/5403" \h şəxslərin HYPERLINK "http://e-qanun.az/framework/5403" \h dövlət HYPERLINK "http://e-qanun.az/framework/5403" \h qeydiyyatı HYPERLINK "http://eqanun.az/framework/5403" \h və HYPERLINK "http://e-qanun.az/framework/5403" \h dövlət HYPERLINK "http://e-qanun.az/framework/5403" \h reyestri HYPERLINK "http://eqanun.az/framework/5403" \h haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyəti və “xxxx” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır;
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
52. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
59. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətin əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
66. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.