Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-296/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı sanitar mühafizə zonasında aparılan tikintilərin cavabdehin hesabına sökülməsi və həmin sahənin boşaldılması tələbinə dair mülki iş üzrə Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı İddiaçı MMC-nin direktoru nümayəndə2, cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı sanitar mühafizə zonasında aparılan tikintilərin cavabdehin hesabına sökülməsi və həmin sahənin boşaldılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI:
1. Əmlak Məsələləri Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri X1n Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il tarixdə verilmiş çıxarışa əsasən ünvan 1ndə 0,1664 ha torpaq sahəsində yerləşən 1687,5 kv.m. ümumi sahəsi olan əmlak kompleksi İddiaçı MMC-nin adına dövlət qeydiyyatına alınmışdır.
2. Əmlak Məsələləri Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri X1n Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixdə verilmiş çıxarışa əsasən ünvan 1ndə yerləşən 0.07 ha torpaq sahəsi tam pay hüququ ilə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.
3. “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli *** saylı rəyindən görünür ki, təqdim olunmuş sənədləri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsinin və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın “istehsalat ərazisi, sənaye zonası (rayonu)” bölməsinin tələblərini nəzərə alaraq, Şamaxı rayonu, Sabir qəsəbəsi, Mərzəndiyə kəndi, Pirsaat məscidinin arxasında yerləşən İddiaçı MMC-nin istifadəsində olan 13516.1 kv.m torpaq sahəsində yerləşən cəmiyyətə məxsus əmlak kompleksi kimi müəssisənin (metal dam örtükləri istehsalı sahəsi) sanitar-mühafizə zonasının, səs-küy və titrəmə baxımdan minimal məsafəsinin 60 metr, ekoloji təhlükəlilik baxımdan isə 100 metr müəyyən olunur. Cavabdeh mülkiyyətində olan 0.07 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahəsi 1687.5 kv.m olan əmlak kompleksi kimi müəssisənin sənəd üzrə sərhədi arasında ən yaxın məsafənin təqribən 20 metr təşkil etdiyini nəzərə alaraq, tikinti aparılan ərazinin İddiaçı MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin (metal dam örtükləri istehsalı sahəsi) sanitar-mühafizə zonasında yerləşməsi müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsinin və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın “istehsalat ərazisi, sənaye zonası (rayonu)” bölməsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli “səs və titrəmənin müayinə protokolu”na və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən razırlaşdırılmış və təsdiq edilmiş 2024cü il tarixli “X3 Həddi” normativ sənədinin tələblərinə müvafiq olaraq, Cavabdeh və ya digər şəxsin torpaq sahəsində aparılan tikinti işlərinin İddiaçı MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin (metal dam örtükləri istehsalı sahəsi) sanitar-mühafizə zonasında yerləşməsi sanitar-gigiyena, tikinti-texniki və texniki-təhlükəsizlik baxımdan mənfi nəticələr doğura bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsinin və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın “istehsalat ərazisi, sənaye zonası (rayonu)” bölməsinin tələblərinə müvafiq olaraq, İddiaçı MMC yə məxsus əmlak kompleksi kimi müəssisənin (metal dam örtükləri istehsalı sahəsi) sanitar-mühafizə zonasında yaşayış təyinatlı tikililərin (yaşayış evi və ona aid köməkçi tikililər) inşası qeyrimümkündür və yolverilməzdir. Sanitar norma və qaydalara əsasən, istehsalat sahəsinin sanitar-mühafizə zonasında insanların daimi və ya müvəqqəti olması gigiyenik və ekoloji baxımdan yolverilməzdir. Zavodun fəaliyyətindən yaranan tullantılar, səs-küy, titrəmə və digər mənfi təsirlər səbəbindən, tədqiq olunan ərazidə yaşayış, qeyri-yaşayış, ambar və ya hər hansı digər təyinatlı obyektlərin inşası və istifadəsi qeyri-mümkündür. Beləliklə, sanitarmühafizə zonasında insanların iştirakı və hə yolverilməz hesab edilməlidir. İddiaçı MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin təyinatını (metal dam örtükləri istehsalı sahəsi) nəzərə alıb, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli “səs və titrəmənin müayinə protokolu”na və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən razırlaşdırılmış və təsdiq edilmiş 2024-cü il tarixli “X3 həddi” normativ sənədinin tələblərinə istinadən, tikinti aparılan ərazidə tikintinin mövcud vəziyyətdə davam etdirilməsi İddiaçı MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin (istehsalat sahəsi) normal istismarına, texnoloji prosesinə və təhlükəsizliyinə mənfi təsir göstərməsi müəyyən edilir. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-nin sanitar-mühafizə zonasında həyata keçirdiyi fərdi yaşayış evi tikintisinin qanunsuz hesab edilməsi, cavabdehin torpaq sahəsində aparılan tikintisinin dayandırılması və aradan qaldırılması (sökülməsi) üçün öhdəlik qoyulması, cavabdehə gələcəkdə sanitargigiyena normalarına və sanitar mühafizə zonası tələblərinə riayət etmədən hər hansı tikinti işləri aparmasının qadağan olunması və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-yə məxsus olan zavod istehsalat sahəsi ünvan 1 ünvanında yerləşir. Müəssisənin fəaliyyəti nəticəsində yaranan səsküy, vibrasiya və digər istehsalat riskləri nəzərə alınaraq, ##.##.2024-cü il tarixində “xxxx” PHŞ tərəfindən istehsalat sahəsinin Sanitar-Mühafizə Zonası müəyyən olunmuş və bu zona 60 metr məsafəni əhatə edir. Cavabdehə məxsus ünvan 1ndə olan torpaq sahəsi, təyin edilmiş 60 metrlik sanitariya-mühafizə zonasının daxilində yerləşir. Bununla belə, cavabdeh bu sahədə fərdi yaşayış evi tikintisinə başlamışdır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunması zərurəti yaranmışdır.
6. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1, Pirsaat məscidinin arxasında yerləşən iddiaçı İddiaçı MMC-nin mülkiyyətində olan 1687,5 kv.m. əmlak kompleksi kimi müəssisənin yerləşdiyi və onun istifadəsində olan 13516,1 kv.m. torpaq sahəsinin səs-küy və titrəmə baxımdan müəyyən olunmuş 60 metrlik, ekoloji təhlükəlilik baxımdan isə müəyyən olunmuş 100 metrlik sanitarmühafizə zonasında cavabdeh X4 tərəfindən aparılan tikintilərin öz hesabına sökülməsi və həmin sanitar mühafizə zonasının cavabdeh tərəfindən boşaldılması, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı sanitar mühafizə zonasında aparılan tikintilərin cavabdehin hesabına sökülməsi və həmin sahənin boşaldılması tələbinə dair iddiası təmin olunmamış və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının sanitar mühafizə zonasında aparılan tikintilərin sökülməsini və həmin sahənin boşaldılmasını tələb etdiyi torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 148.2, 152.1, 152.5-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti mülkiyyət hüququnun müdafiəsi ilə bağlı maddi hüquq normalarının tələbləri ilə əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus metal dam örtüklərinin istehsalı sahəsi ünvan 1ndə yerləşir. Müəssisənin fəaliyyəti nəticəsində yaranan səs- küy, titrəmə və ekoloji təsirlər nəzərə alınaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx" PHŞ tərəfindən ##.##.2024-cü il tarixli sənədlə müəssisə üçün sanitar-mühafizə zonası müəyyən edilmişdir. Həmin sanitar-mühafizə zonası səs-küy və titrəmə baxımından 60 metr, ekoloji təhlükəlilik baxımından isə 100 metr təşkil edir. Cavabdeh Cavabdeh məxsus 0,07 ha torpaq sahəsi göstərilən sanitar-mühafizə zonasının daxilində yerləşməsinə baxmayaraq, cavabdeh bu sahədə fərdi yaşayış evi tikintisinə başlamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək sanitar-mühafizə zonasında aparılan tikintinin dayandırılması, sökülməsi və sahənin boşaldılması barədə iddia qaldırmışdır. Lakin iddia tələbi əsassız şəkildə təmin olunmamışdır. Məhkəmə tərəfindən təkzib olunmayan və qarşı tərəfin mübahisə etmədiyi hallar bundan ibarətdir ki, iddiaçı İddiaçı MMC 2023-cü il də fəaliyyətə başlamış ümumiyyətlə həmin ərazidə 1952-ci ildə Şamaxı Tikinti Montaj idarəsi yaradılmışdır və həmin ərazi hər zaman Şamaxı şəhərinin və ətraf ərazilərin tikinti-təmir ehtiyaclarının təmin edilməsi üçün istifadə edilmişdir, cavabdehə məxsus torpaq isə 2024-cü il də kateqoriyasını kommersiyadan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına dəyişdirməsi baş vermişdir. Məhkəmə hazırki qərarını cavabdeh tərəfinin istinad etdiyi məhkəmə praktikasının imperativ göstərişlərini nəzərə almadan və cavabdehin əsassız və mötəbər olmayan dəlilləri əsasında çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı MMC-nin direktoru nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. (...)
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu:
16. 19.1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...) Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. (...) 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.(...)
Maddə 240. Torpaq sahəsində tikinti 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.
Torpaq Məcəlləsi
20. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər (...) 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (...) 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı 68.1. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
21. Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür.[120] 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qanun
22. Maddə 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.7ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini müəyyən edir.
Maddə 2. Tikinti obyektlərinin sökülməsi üçün əsaslar 2.1. Məcəllənin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 2.1.1. tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi aidiyyəti icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 2.1.2. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi gündən 6 (altı) ay ərzində tikintiyə icazə alınmadıqda; 2.1.3. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda; 2.1.4. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda; 2.1.5. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 1 (bir) il müddətində aradan qaldırılmadıqda; 2.1.6. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.
Maddə 3. Tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilən obyektin və ya onun hissəsinin sökülməsi qaydası
3.1. Tikinti obyektində bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən hallar mövcud olduqda, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs dərhal həmin ana olan vəziyyəti əks etdirən və texniki baxış aktının tərkib hissəsi olan müvafiq fotoşəkillər çəkərək, iki nüsxədən ibarət texniki baxış aktı tərtib edir və həmin fotoşəkilləri texniki baxış aktına əlavə edir. Texniki baxış aktının bir nüsxəsi onu tərtib edən vəzifəli şəxs tərəfindən imzalanmaqla sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edilir, sifarişçi (sahib) və ya onun nümayəndəsi isə onun ikinci nüsxəsində adı, soyadı və tarix göstərilməklə texniki baxış aktını qəbul etməsi barədə imza edir. 3.17. Söküntü işlərinin aparılması faktı yerində Agentlik tərəfindən aktlaşdırılır və aktın bir nüsxəsi sökülən tikinti obyektinin sifarişçisinə (sahibinə) və ya onun nümayəndəsinə verilir.
Maddə 5. Məhkəmə qaydasında sökülən tikinti obyektləri ilə bağlı Agentliyin vəzifələri Bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir.
“Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” barədə Dövlət şəhərsalma norma və qaydalarının
23. 3.2-ci bəndinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məskənləri Azərbaycan Respublikasının məskunlaşma sisteminin, ona daxil olan muxtar qurumların, iqtisadi regionlarının, həmçinin rayonlararası və təsərrüfatlararası məskunlaşma sistemlərinin tərkib hissəsi kimi layihələndirilməlidir. Bununla yanaşı məskunlaşma sistemləri üçün vacib olan vahid sosial, istehsal mühəndis-nəqliyyat təminatı obyektləri və digər infrastrukturların formalaşması həmçinin məskunlaşma sisteminin mərkəzi və ya köməkçi mərkəz olan yaşayış məskənlərinin təsir zonası hüdudlarında perspektivdə inkişaf etdiriləcək əmək, mədəni-məişət və rekreasiya əlaqələri və obyektləri nəzərə alınmalıdır. 3.6-cı bəninə əsasən şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin inkişafı üçün ərazinin seçilməsi torpaqların təyinatı üzrə səmərəli istifadə olunmasını nəzərə alan memarlıqplanlaşdırma həlli variantlarının müqayisəsi, texniki-iqtisadi və sanitar-gigiyena göstəriciləri, yanacaq-enerji, su təchizatı mənbəi və ərazi ehtiyatları, perspektivdə təbii və digər şəraitin deyişdirilməsi proqnozu ətraf mühitin vəziyyəti nəzərə alınmaqla yerinə yetirilməlidir. 5.1-ci bəndinə əsasən sənaye müəssisələrini, bir qayda olaraq, şəhərlərin sənaye zonalarının (rayonlarının) ərazilərində ümumi köməkçi istehsalat və ya infrastruktur obyektləri olan müəssisələr qrupu (sənaye qovşaqları) tərkibində, qəsəbə və kənd yaşayış məskənlərində isə istehsalat zonalarının tərkibində yerləşdirmək lazımdır. Qanunun sənaye zonalarının funksional-planlaşdırılma təşkilini, bir qayda olaraq, müəssisələrin xüsusiyyətlərindən asılı olaraq, əsas və köməkçi istehsalatın tikililəri şəkilində nəzərə almaq lazımdır. Onların yerləşdirilməsində gigiyena-epidemioloji və yanğın təhlükəsizliyi tələbləri, yükdaşıma dövriyyəsi və nəqliyyat növləri, o cümlədən tikintinin növbəliyi nəzərə alınmalıdır. Bununla yanaşı, bu müəssisələrdə işləyənlər və sənaye zonasının yaxınlığında məskunlaşmış yaşayış rayonlarının əhalisi üçün qarşılıqlı əlaqəli xidmət sistemi formalaşmalıdır. 5.5-ci bəndinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin məskunlaşma ərazisində istehsalat prosesində havaya zərərli tullantılar buraxmayan, yanğın və partlayış təhlükəsi olmayan, qəbul olunmuş normadan artıq səs yaratmayan və dəmir yolu tələb olunmayan sənaye müəssisələrini yerləşdirmək olar. Bununla yanaşı, sənaye müəssisələri sahəsinin sərhədlərindən yaşayış binalarına, məktəbəqədər və ümumi təhsil, tibb və istirahət müəssisələrinədək olan məsafə 50 m-dən az olmamalıdır. Yaşayış tikililəri hüdudlarında yerləşən sənaye müəssisəsinin ətraf mühitə zərərli təsirinin aradan götürülməsi mümkün olmadıqda, müəssisənin istehsal gücünün azaldılması, istehsalat yönümünün zərərsiz istehsala dəyişdirilməsi və ya yaşayış tikililəri zonasından köçürülməsi nəzərdə tutulmalıdır. 5.6-cı bəndinə əsasən zərərli tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi, həmçinin səsin azaldılması üzrə bütün texniki və "texnoloji tədbirlər görüldükdən sonra, məskunlaşma ərazisində zərərli tullantıların konsentrasiyası və səsin hədd səviyyəsi təmin edilmirsə, sanitarmühafizə zonaları nəzərdə tutulmalıdır. Sanitar-mühafizə zonalarının ölçüləri, sənaye müəssisələrinin yerləşdirilməsi üzrə qüvvədə olan sanitar normalarına və Azerdövləthidrometkom tərəfindən təsdiq olunan "Müəssisələrin atmosfer havasına atılan tullantılarının tərkibindəki zərərli maddələrin konsentravsivasının hesablanması metodikası”na əsasən. həmçinin bu normaların 11-ci bölməsində göstərilən səsdən mühafizə və digər tələblər nəzərə almaqla təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İş materiallarından müəyyən olunur ki, ünvan 1ndə 0,1664 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1687,5 kv.m olan əmlak kompleksi İddiaçı MMC-nin adına dövlət qeydiyyatına alınmış və həmin obyekt metal dam örtüklərinin istehsalı sahəsi kimi fəaliyyət göstərir. xxxxnin ##.##.2025-ci il tarixli *** saylı rəyinə və xxxxnin ##.##.2024-cü il tarixli *** nömrəli müayinə protokoluna əsasən, müəssisə üçün 60 metr radiusda sanitar-mühafizə zonasının müəyyən edilməsi tövsiyə edilmişdir. Rəydə göstərilmişdir ki, istehsalat fəaliyyəti zamanı yaranan texniki və texnoloji proseslər, habelə sanitar-gigiyenik tələblərə riayət olunmaması ətraf mühitə və yaxınlıqda yaşayan əhaliyə mənfi təsir göstərə bilər.
28. Eyni zamanda müəyyən edilmişdir ki, ünvan 1ndə yerləşən 0,07 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla Cavabdeh mülkiyyətindədir və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, cavabdehə məxsus torpaq sahəsi və orada aparılan tikinti işləri müəssisənin sanitar-mühafizə zonasına düşdüyündən, bu tikinti şəhərsalma və tikinti normalarının tələblərinə ziddir və bu səbəbdən dayandırılmalı, tikili isə sökülməlidir.
29. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1ndə yerləşən 0,07 ha torpaq sahəsi isə yaşayış məntəqələri torpağına aid olmaqla Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İddiaçının boşaldılmasını tələb edilən torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunan daşınmaz əmlak cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa olunmaqdadır. MMC-nin onunla qonşu torpaq sahəsində yerləşən mülkiyyətçinin mülkiyyət hüquqlarına dair dövlət reyestrindəki qeyd tamamlığı prezumpsiyası daşıdığı halda, yəni həmin qeydin əsassız olub-olmamasını bilməsi, yaxud həmin qeydlərə dair etirazın reyestrə daxil edildiyi mötəbər sübutlarla təsdiqlənmir.
30. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Buna görə də, məhkəmə kollegiyası nəzərə alır, iddiaçının torpaq sahəsinin boşaldılması və tikinti işlərinin dayandırılmasını tələb etdiyi torpaq sahəsi cavabdehin daşınmaz əmlakın dövlət reyestrində təsdiqlənmiş mülkiyyət hüququ ilə təsdiq olunur və iddiaçının qeyd olunanlara əsasən tələbi əsaslı hesab edilə bilməz.
32. Cavabdehə məxsus torpaq sahəsində yerləşən tikilinin MMC-nin mülkiyyətində olan 1687,5 kv.m. əmlak kompleksi kimi müəssisənin yerləşən və onun istifadəsində olan 13516,1 kv.m. torpaq sahəsinin səs-küy və titrəmə baxımdan müəyyən olunmuş 60 metrlik, ekoloji təhlükəlilik baxımdan isə müəyyən olunmuş 100 metrlik sanitar-mühafizə zonasında yerləşməsi halına gəldikdə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171.1-ci bəndinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi, əgər qonşu sahədən gələn təsirlər onun öz əmlakından istifadəsinə maneçilik törətmirsə və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, bu təsirlərin qarşısının alınmasını tələb edə bilməz. Mövcud vəziyyətdə tikinti işlərinin iddiaçının torpaq sahəsində aparılmaması və yalnız dolayı təsirlərin mövcudluğu bu normanın tətbiqini zəruri edir.
33. Eyni zamanda, 171.2-ci bəndə görə, təsir əhəmiyyətli hesab olunsa belə, əgər bu təsir digər torpaq sahəsindən adi istifadə nəticəsində yaranırsa və texniki-iqtisadi baxımdan qarşısı alına bilmirsə, mülkiyyətçi bu təsirə dözməyə borcludur. Tikinti fəaliyyəti hüquqi baxımdan torpaq sahəsindən adi və qanuni istifadə formasıdır və belə fəaliyyət zamanı müəyyən səviyyədə səs-küy və titrəmənin yaranması qaçılmazdır. Əgər cavabdeh tərəfindən aparılan tikinti işləri qüvvədə olan normativ-hüquqi aktlara və texniki tələblərə uyğun şəkildə həyata keçirilirsə, bu fəaliyyət “adi istifadə” kimi qiymətləndirilməlidir.
34. Belə zonalar preventiv xarakter daşımaqla potensial təsirlərin əvvəlcədən qiymətləndirilməsi və mümkün risklərin qarşısının alınması məqsədilə müəyyən edilir. Bu səbəbdən, sanitar-mühafizə zonasında yerləşmə faktının mövcudluğu avtomatik olaraq həmin ərazidə hər hansı tikinti və ya fəaliyyətin qadağan edilməsi üçün hüquqi əsas yaratmır.
35. Hüquqi qiymətləndirmə zamanı əsas meyar ondan ibarətdir ki, həmin tikinti və ya fəaliyyət nəticəsində yaranan təsirlər real olaraq mövcud olmalı, qanunvericiliklə müəyyən edilmiş normativ hədləri aşmalı və bunun nəticəsində digər şəxsin mülkiyyət hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə maneçilik törədilməlidir. Belə hallar isə yalnız ehtimallarla deyil, konkret və mötəbər sübutlarla təsdiq olunmalıdır.
36. Bu baxımdan, iş üzrə müəyyən olunmuş işin halları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, cavabdeh əsaslı olaraq bildirə bilər ki, iddiaçı MMC-nin fəaliyyəti ilə bağlı yaranan münasibətlər Mülki Məcəllənin qonşuluq hüquqlarını tənzimləyən müddəalarının tətbiq dairəsinə ziddir, yəni, iddiaçı tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində cavabdehin torpaq sahəsinə müəyyən təsirlər mövcuddursa, bu təsirlərin hüquqi qiymətləndirilməsi həmin normalar çərçivəsində aparılmalı, yalnız normativ hədlərin aşılması və hüquqların əhəmiyyətli məhdudlaşdırılması sübuta yetirildiyi halda müvafiq hüquqi nəticələr doğurmalıdır.
37. Tikilinin sökülməsi tələbi ilə bağlı isə qeyd edilməlidir ki, onun meyarları Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilmişdir. Belə ki, özbaşına tikili, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, qurğu və ya başqa tikilidir.
38. Göründüyü kimi, sadalanan meyarlarda tikinti məqsədi üçün ayrılmayan sahələrdə aparılan tikinti işləri qeyd edilmişdir ki, hazırki vəziyyətdə cavabdehin mübahisəli sahə ilə bağlı rəsmi reyestrdən qeydiyyatdan keçmiş torpaq sahəsi mövcuddur. Odur ki, şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində lazımi inzibati prosedurlara uyğun şəkildə inşa etdiyi, lakin hələ reyestrdən qeydiyyatdan keçirmədiyi tikinti özbaşına tikili sayıla bilməz.
39. Digər tərəfdən, tikilinin sanitar-mühafizə zonasında yerləşməsi özü-özlüyündə onun qanunsuzluğu və ya sökülməsi üçün avtomatik əsas yaratmır. Sanitar zonaların hüquqi mahiyyəti preventiv xarakter daşıyır və onların məqsədi tikintini dərhal qadağan etmək deyil, potensial riskləri azaltmaq və əlavə nəzarət mexanizmləri tətbiq etməkdir. Buna görə də, yalnız zonaya düşmə faktı tikilinin hüquqi mövcudluğunu aradan qaldırmır və söküntü üçün yetərli əsas sayılmır.
40. “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 2.1-ci maddəsində isə söküntü üçün konkret və məhdudlaşdırılmış əsaslar müəyyən edilmişdir. Bu əsaslara icazəsiz tikinti, təhlükəsizlik üçün ciddi və aradan qaldırılmayan qüsurlar, dövlət və ya bələdiyyə torpağında qanunsuz tikinti və digər açıq hüquq pozuntuları daxildir. Göründüyü kimi, bu siyahı geniş deyil. Bu isə o deməkdir ki, həmin hallardan biri sübut olunmadan söküntü qərarı qəbul edilə bilməz.
41. Məhkəmə kollegiyasının yanaşması da məhz bu hüquqi çərçivəyə əsaslanır. Tikilinin təhlükəli olması, şəhərsalma normalarına uyğun olmaması və ya ekoloji təsir göstərməsi kimi texniki məsələlər birbaşa məhkəmə tərəfindən deyil, səlahiyyətli icra orqanları və tikinti nəzarəti qurumları tərəfindən araşdırılmalı olan məsələlərdir. Qanunvericilik bu səlahiyyəti inzibati orqanlara həvalə etməklə, məhkəmənin funksiyasını hüquqi qiymətləndirmə ilə məhdudlaşdırır.
42. “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci maddəsi də bu bölgünü təsdiq edir. Həmin maddəyə əsasən, müəyyən hallarda söküntü ilə bağlı məhkəməyə müraciət etmə səlahiyyəti ilkin olaraq müvafiq icra hakimiyyəti orqanına (həmin qanunun 1.1-ci maddəsində əksini tapan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyəti kimi müəyyən edilmişdir. Bu o deməkdir ki, tikilinin təhlükəli olub-olmaması, normativ tələblərə uyğunluğu və ya istismar baxımından yararlılığı ilk mərhələdə texniki-inzibati qiymətləndirmə predmeti olmalıdır. Yalnız bu qiymətləndirmə nəticəsində qəbul edilmiş rəsmi qərar olduqda söküntü məsələsi məhkəmə müstəvisinə çıxarıla bilər. Bu tələbi də, məhz qeyd olunan orqan məhkəmə qarşısında qaldıra bilər.
43. Beləliklə, konkret mübahisədə iddiaçının tələbi birbaşa məhkəmə qaydasında söküntü yönümlü olduğundan, bu tələb hüquqi prosedur baxımından düzgün ardıcıllığa əməl etmir. Çünki əvvəlcə tikilinin hüquqi statusu və texniki uyğunluğu inzibati qaydada müəyyən edilməli, yalnız bundan sonra söküntü məsələsi müzakirə oluna bilər. Bu səbəbdən, iddiaçının birbaşa məhkəmə qaydasında tikilinin sökülməsini tələb etməsi hüquqi prosedurun və səlahiyyət bölgüsünün pozulması ilə nəticələnir və qanunvericiliyin tələbləri baxımından yolverilməz hesab edilməlidir.
44. Eyni zamanda sadalananları davamı olaraq qeyd olunmalıdır ki, “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib-abadlaşdırılması” barədə Dövlət şəhərsalma norma və qaydalarının 5-ci bəndinə uyğun olaraq, yaşayış məskənləri daxilində yerləşən sənaye müəssisələrinin fəaliyyətində müəyyən məhdudiyyətlər mövcuddur. Konkret olaraq, yaşayış ərazilərində sənaye müəssisələri yalnız aşağıdakı şərtlərə cavab verdikdə yerləşdirilə bilər: istehsalat prosesi zamanı havaya zərərli tullantılar buraxmamalıdır; yanğın və partlayış təhlükəsi yaratmamalıdır və qəbulu normadan artıq səslə təsir etməməlidir.
45. Əgər müəssisə bu tələblərə cavab vermirsə və onun fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsir yaranırsa, belə hallarda müəssisə ya istehsal gücünü azaldaraq ətraf mühitə təsiri minimuma endirməli, ya istehsal yönümünü zərərsiz və ətraf mühitə təsirsiz istiqamətə dəyişməli, ya da yaşayış zonalarından tamamilə köçürülməlidir. Bu yanaşma yalnız texniki tədbirlər və istehsal prosesinin dəyişdirilməsi ilə məhdudlaşmır, eyni zamanda ekoloji və şəhərsalma normalarına riayət olunmasını təmin edir, ətraf mühitin qorunmasına və insan sağlamlığının müdafiəsinə xidmət edir.
46. Ekspert rəyləri və müvafiq dövlət şəhərsalma normativləri MMC-nin fəaliyyətinin ətraf mühitə, torpaq və hava resurslarına, həmçinin ətrafda yaşayan əhaliyə mənfi təsirinin qarşısını almağa yönəlmiş tədbirləri tələb edir. Məqsəd yalnız müəssisənin texniki fəaliyyətini yoxlamaq deyil, həm də yaşayış məskənlərində sağlam və təhlükəsiz mühitin qorunmasını təmin etməkdir. Bununla yanaşı, sanitar-mühafizə zonalarının müəyyən edilməsi ətraf mühitin qorunması, əhalinin sağlamlığının təmin edilməsi və yaşayış sahələrinin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
47. Bundan əlavə isə məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki işin materiallarına əsasən cavabdeh 0.07 ha torpaq sahəsini satıcı X2 ##.##.2024-cü il tarixdə əldə etmiş, sonuncu isə həmin sahəyə ## ##### 2007-ci il tarixli Mərzəndiyə Bələdiyyəsinin ** nömrəli qərarı ilə hüquqlar əldə etmişdir. Hazırki iddiaçı isə həmin əraziyə (daşınmaz əmlak üzrə) ##.##.2023-cü il tarixdə mülkiyyət hüququ əldə etmiş, əldə etdiyi daşınmaz əmlakın altındakı torpaq sahəsi isə dövlət mülkiyyətində olmuşdur. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçı həmin sahədə cavabdehdən (əvvəlki mülkiyyətçiyə münasibətdə) sonra fəaliyyətə başlamışdır .
48. Nəticə etibarilə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbi cavabdehin xüsusi mülkiyyət hüququnun müdafiəsi, qonşuluq münasibətləri və şəhərsalma normalarının tətbiqi baxımından hüquqi əsaslara söykənmədiyindən, iddia təmin oluna bilməz.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.