Məhkəmə qərarları › İş №2(1-8)-515/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-515/2026

14.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qərar Bakı̈şəhəri İş̈№̈2(1-8)-515/2026 14.04.2026 ALÏMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan̈ibarəẗtərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya ödənilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdehn kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı̈icraaẗqaydasındäbaxaraq,̈aşağıdakı̈qərarı̈qəbul̈etdi. İşin halları

1. Cavabdeh (bundan sonra “cavabdeh”) ilə X1 ##.##.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş,̈2013-cü̈ildə̈isə̈onların̈nikahları̈pozulmuşdur.

2. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 501, ev 6A-da yerləşən ** saylı mənzil İddiaçı (bundan sonra “iddiaçı”) xüsusi mülkiyyətindədir. Mənzil 2 otaqlı olmaqla, ümumi sahəsï59,3̈kvm-dir.

3. Həm̈iddiaçı,̈həm̈də̈cavabdeḧmübahisəlïmənzildə̈qeydiyyatdadır.

4. Cavabdeḧmübahisəlïmənzildə̈yetkinlik̈yaşınäçatmayan̈övladı̈ilə̈birlikdə̈yaşayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 12500 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanına (bundan sonra “mübahisəli mənzil”) istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsinïxahiş̈etmişdir.̈

6. İddia tələbi əsaslandırılmışdır ki, cavabdehlə iddiaçının oğlu X1 ##.##.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 2013-cü ildə isə nikahları pozulmuşdur. Mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair cavabdehin istifadə hüququ olmasa da, iddiaçı nəvəsinin cavabdehlə yaşamasını nəzərə alaraq, cavabdehin istifadə hüququna 12500 manat kompensasiyämüqabilində̈xitam̈verilməsïvə̈cavabdehin̈mənzildən̈çıxarılması̈xahiş̈edir.̈

7. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli mənzilin iddiaya məxsus olmasını bilir. Lakin iddiaçının ona bu mənzilin əvəzində təklif etdiyi ev şəraitsiz olduğundan və şəhərin mərkəzindən kənarda yerləşdiyindən mübahisəıli mənzildən köçmək istəmir. Himayəsində yetkinlik yaşına çatmayan uşağı var, uşağın sağlamlığındäproblem̈var,̈özü̈xəstədir,̈əmək̈fəaliyyətïilə̈məşğul̈oläbilmir.̈̈

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ##### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçı tərəfindən cavabdehə 12500 (on iki min beş yüz) manat kompensasiya ödənilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam̈verilmiş̈və̈cavabdehin̈həmin̈mənzildən̈çıxarılması̈qəẗedilmişdir.̈(hakim Fariz Əlizadə)

9. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, cavabdehlə iddiaçının oğlu Hikmət İddiaçı ##.##.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 2013-cü ildə isə nikahları pozulmuşdur. Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır və o, həmin ünvanda yetkinlik̈yaşınäçatmayan̈övladı̈ilə̈birlikdə̈yaşayır.̈

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə mübahisəyə münasibətlərin yarandığı tarixdə qüvvədə olmuş maddi hüquq norması qismində Azərbaycan Respublikası Mənzil̈Məcəlləsinin̈30-cümaddəsinin̈tələblərïtətbiq̈edilə̈bilər.

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə̈üzvlərïkimïyaşayış̈sahəsinə̈köçürüldükdə,̈onun̈ailə̈üzvlərïhesab̈edilə̈bilərlər.̈

12. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasındäsaxlanıläbilər.̈

13. Birinci instansiya məhkəməsi işin hallarına, qeyd edilən hüquq normalarına, eləcə də Mülki Məcəlləsinin 157.4-cü, “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 2-ci maddələrinə istinadən hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. İddiaçının cavabdehə kompensasiya ödəmək barədə iradə ifadəsi onun hüququdur və məhkəmənin həmin hüququn həyata keçirilməsini mümkün hesab etməməsi yolverilən deyildir. Mülkiyyətçinin̈mülkiyyəẗhüquqlarının̈müdafiəsinə̈dövləẗtəminaẗverir̈

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.4, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü və “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 2-ci maddələrinə istinadläəsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv̈olunmasını̈xahiş̈etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaq hüquqları üstün tutularaq ən azından iddiaçının nəvəsi atasının evi və anasının gəlin köçdüyü evdə yetkinlik yaşına çatana qədər yaşamalı və cavabdeh onun anası olaraq, uşaq ananın öhdəliyində olduğundan anası ilə birlikdə həmin evdə yaşamağa davam etməli və ya başqa yaşayış sahəsi ilə təmin olunmalıdır. Belə ki, cavabdehin hal-hazırda maddi imkanları məhdud olduğundan, eyni zamanda uşağının, yəni iddiaçının nəvəsinin həmin mənzilə yaxın məktəbə uzun müddətdir getdiyini nəzərə alaraq, uşağın 18 yaşına çatanadək həmin mənzildə yaşamalarına davam etmələri məqsədəuyğun olardı. Uşaq artıq ana və atasının boşanması səbəbindən sarsıntılar keçirmişdir, bununla yanaşı məktəbin dəyişməsi uşağa əlavə psixoloji problemlər yarada bilər və bu da qarşısıalınmaz fəsadlara gətirib çıxara bilər. Bütün hallarda yetkinlik yaşına çatmamış uşağın hüquqları və mövqeyi üstün tutulmalıdır. Eyni zamanda cavabdeh heç bir yerdə işləmir və uşağını hər hansı bir yaşayış sahəsi təmin etmək imkanında deyil. Faktiki olaraq yetkinlik yaşına çatmamış övladı küçədə̈qalmaq̈ehtimalı̈ilə̈üz-üzədir.

17. Apellyasiya baxışında mübahisəli mənzilin bazar dəyəri və həmin mənzilə uyğun orta aylıq kirayə haqqını miqdarını müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası̈təyin̈edilmişdir.

18. “xxxx” MMC-nin *** saylı, ##.##.2025-ci il tarixl rəyinə əsasən mübahisəli mənzilin bazar dəyərï150000̈manatdır.̈Həmin̈mənzilin̈ortäaylıq̈kirayə̈haqqı̈isə̈400̈manaẗtəşkil̈edir.̈

19. Apellyasiya baxışında iddiaçı kompensasiya məbləğini 3 illik kirayə haqqı həddində artıraraq 14400 manat məbləğində kompensasiya ödənilməsini təklif etmiş və bu məbləği ödəməyə̈hazır̈olduğunübildirmişdir.̈

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi mübahisəli mənzilə cavabdehin istifadə hüquqlarına xitamın əvəzi kimi 12500 manat kompensasiya ödənilməsi hissəsində dəyişdirilmiş və istifadə hüququnun əvəzi kimi cavabdehə ödənilməli olan kompensasiyanın məbləğinin 14400 manat müəyyən edilməsi qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi),̈Azad̈İmanov,̈SəadəẗSəlimova)

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüququ olub-olmamasından asılı olmayaraq ona kompensasiya təklif etmişdir. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüququ olub-olmamasına münasibət bildirməyə zərurət yoxdur. Hazırkı vəziyyətdə mübahisəli məsələ yalnız təklif olunan kompensasiyanın̈məbləğïilə̈bağlı̈oläbilər.

22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə kompensasiya ödənilməsi ilə bağlı̈təklif̈irəlïsürmək̈iddiaçının̈hüququdur̈və̈onun̈iradə̈ifadəsinïəks̈etdirir.

23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı iddiaçının kompensasiya məbləğini 3 illik kirayə haqqı həddində artıraraq 14400 manat məbləğində kompensasiya ödənilməsi barədə təklifini nəzərə alaraq kompensasiya məbləğini 14400 manat həddində müəyyən olunmasını ədalətli hesab edərək göstərmişdir ki, iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi 14400 manat kompensasiya ilə cavabdeh təqribən 3 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə̈alındığındäağlabatan̈dövr̈kimïqəbul̈edilə̈bilər.̈̈

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. İddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini,̈özünün̈mülkiyyəẗvə̈cavabdehin̈isə̈istifadə̈hüquqlarını̈nəzərə̈almışdır.̈

25. Analoji məhkəmə işləri üzrə məhkəmə təcrübəsini nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kompensasiyanın məbləğinin 14400 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə̈müqayisədə̈oxşar̈yaşamaq̈imkanı̈verən...”̈məbləğdir.̈̈

26. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə almaqla istifadə hüququna xitamın əvəzi kimi kompensasiya məbləğini 14400 manat müəyyən edərək hesab etmişdir ki, bu məbləğ̈ödənilməklə̈cavabdehin̈mübahisəlïmənzildən̈istifadə̈hüquqlarınäxitam̈verilməlidir.̈

27. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən iddiaçının hazırda 88 yaşı olduğunu, mülkiyyətçi kimi öz əmlakından istifadə edə bilmədiyini, cavabdehin iddiaçının keçmiş ailə üzvü olduğunu, iddiaçının oğlu ilə nikah münasibətlərinə 2013-cü ildə xitam verildiyini, buna baxmayaraq bu günə qədər mənzildə yaşamağa davam etdiyini, eləcə də mübahisəli hüquq münasibətinin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsiri altına düşdüyünü, lakin iddiaçının könüllü̈şəkildə̈kompensasiyätəklif̈etməsinïvə̈s.̈halları̈nəzərə̈aldığını̈dävurğulamışdır.̈

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kompensasiya ödənilməsi ilə bağlı təklif̈irəlïsürmək̈iddiaçının̈hüququdur̈və̈onun̈iradə̈ifadəsinïəks̈etdirir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən, eləcə də mübahisəli mənzildən istifadə hüququ olan cavabdehlərin sayını, iddiaçının kompensasiya məbləğini artırmasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsininin qətnaməsi cavabdehin mənzildən istifadə hüququna 12500 (on iki min beş yüz) manat kompensasiya verilməklə xitam verilməsi hissəsində dəyişdirilməli, istifadə hüququna xitamın əvəzi kimi ödənilməli olan kompensasiyanın məbləği 14400 (on dörd min dörd yüz) manat müəyyən edilməlidir.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.4-cü, Mənzil Məcəlləsinin̈30.1̈və̈30.4-cü̈maddələrinə̈istinadläəsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (vəkil Əsədullayev İrfan İlyas oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılmaq üçün Bakı ApellyasiyäMəhkəməsinə̈göndərilməsinïxahiş̈etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv araşdırma aparılmamış, işə qərəzli yanaşılmış, bununla da cavabdehin qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququ, həmçinin mənzildən istifadə hüquqları pozulmuş, bu səbəbdən mülkiyyət hüquqlarının bərpa olunması zərurəti meydana gəlmişdir. Apellyasiya instnansiyası məhkəməsinin qərardadına əsasən qiymətləndiricinin rəyi alınmış və mənzilin aylıq kirayə haqqı 400 manat göstərilmişdir. Halbuki həmin ərazidə təmirsiz belə olsa, 400 manata kirayə mənzil mövcud deyil. Məhkəmə də 3 illik 400 manatdan hesablamaqla 14400 manat kompensasiya verilməsi qənaətinə gəlmişdir. Lakin bu kifayət qədər aşağı məbləğdir. 14400 manat ilə həmin ərazidə 1 il yarım belə kirayədə yaşamaq mümkün deyil. Məhkəmə iş üzrə sübutların qiymətləndirilməsində yanlışlığa və qanunsuzluğa yol vermiş, iş üzrə hansı əhəmiyyətli halların müəyyən edildiyini, tərəflərin hansı hüquq münasibətində olduğunu, iş üzrə hansı qanunun (maddi hüququn) tətbiq edilməli olduğunu müəyyən etməmişdir. Qətnamədə məhkəmə bir tərəfdən, yalnız iddiaçının formal mülahizələrini və gümanlarını qeyd etməklə gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmamış, digər tərəfdən, cavabdehin istinad etdiyi halları hansı səbəbdən nəzərə almadığını̈qeyd̈etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə̈qərar̈qəbul̈olunmasını̈xahiş̈etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə̈vasitəsilə̈tələb̈edə̈bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvlərïhesab̈edilə̈bilərlər.̈ Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən̈müəyyən̈müddətə̈istifadə̈hüquqüməhkəmənin̈qərarı̈əsasındäsaxlanıläbilər.̈ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə̈etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə̈yol̈verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual̈hüquq̈normalarının̈düzgün̈tətbiq̈edilməsinïyoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin̈hədlərindən̈və̈dəlillərindən̈asılı̈olmayaraq̈yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə̈və̈yäqərardadını̈dəyişiklik̈edilmədən,̈şikayətïtəmin̈etmədən̈saxlayäbilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə̈və̈yäqərardadınädəyişiklik̈edə̈bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq̈üçün̈apellyasiyäinstansiyası̈məhkəməsinə̈göndərə̈bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində̈müəyyən̈edilmiş̈hallar̈və̈sübutlar̈əsasındäyenïqərar̈qəbul̈edə̈bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsïüçün̈əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə̈qəbul̈edilməməsïilə̈nəticələnsin̈və̈yänəticələnə̈bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin̈faktikïhalları̈araşdırması̈kimïqiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası̈qətnamənïtam̈yoxlayır.̈

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını̈qəraräalmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası̈məhkəməsinin̈qətnaməsinin̈̈ləğv̈olunması̈və̈yädəyişdirilməsïüçün̈əsas̈yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə̈gəlmişdir.

37. İddia tələbi iddiaçının xüsusi mülkiyyətdə olan mənzilə 14400 manat kompensasiya müqabilində̈cavabdehin̈istifadə̈hüququnäxitam̈verilməsïbarədədir.̈

38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki,̈mübahisədə̈adı̈keçən̈mənzil̈iddiaçının̈mülkiyyətindədir.̈

39. Apellyasiya məhkəməsi cavabdehin həmin mənzildən istifadə hüququnun olubolmamasından asılı olmayaraq iddiaçının ona kompensasiya təklif etməsini, həmçinin işin digər hallarını, qiymətləndiricinin rəyini nəzərə alaraq iddiaçının cavabdehə təklif etdiyi 14400 manat kompensasiya məbləğini mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiyähesab̈etmişdir.̈̈

40. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2007-ci il tarixli qərarına da istinad̈etmişdir.̈

41. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 21-29cübəndlərində̈əks̈edilən̈mövqeyïilə̈razılaşır.

42. Belə ki, həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı işin bütün hallarını araşdırmış, kompensasiyanın məbləğini işdəki sübutlara əsasən müəyyən etməklə iddia tələbinə tətbiq edilməli olan maddi hüquq normaları əsasında düzgün hüquqïqiyməẗvermişdir.̈

43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, bu dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin də dəlilləri olmuş və hər iki instansiya məhkəməsi həmin dəlillərə qiymət verməklə, onları əsassız saymışlar. Məhkəmə kollegiyası bu qiymətləndirmə̈ilə̈razılaşdığı̈üçün̈onlarätəkrar̈qiyməẗverməyə̈zərurəẗgörmür.̈

44. Kompensasiya məbləğinin müəyyən edilməsi üçün istinad edilən qiymətləndirmə rəyinin reallığı əks etdirməməsi, həmin ərazidə təmirsiz mənzillərin belə, aylıq kirayə haqqının 400 manat deyil, daha çox olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, əvvəla cavabdeh, işə mahiyyəti üzrə baxan məhkəməyə bununla bağlı etirazını bildirməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olub-olmamasından asılı olmayaraq ona kompensasiya təklif etmişdir.̈̈

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə̈kollegiyası Qərara aldı: CavabdeḧCavabdeḧkassasiyäşikayətïtəmin̈edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixlïqətnaməsïdəyişdirilmədən̈saxlanılsın. Qərar̈qəbul̈edildiyïandan̈qüvvəyə̈minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar