Məhkəmə qərarları › İş №2(1-8)-517/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-517/2026

14.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-517/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. X3 ilə Cavabdeh arasında bağlanmış ##.##.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi * saylı binada yerləşən ** saylı mənzil cavabdeh Cavabdeh satılmış və ##.##.1999-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmışdır.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsinə əsasən, Cavabdeh ilə X1 arasında bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş ##.##.2009-cu il təvəllüdlü X4 anası X1 yanında saxlanılması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X1 cavabdeh Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması tələbi barədə” iddiasının təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsinə əsasən ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə cavabdehlər X1, X2 və X5 (qanuni nümayəndəsi X1) ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzildən çıxarılması qət edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi * saylı binada ** saylı mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq 60000 manat pul və dövlət rüsumuna görə ödənilmiş 270 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, sözügedən mənzil faktiki olaraq hazırda vərəsəsi olduğu mərhum əri Şaiq Muradov tərəfindən sağlığında öz vəsaiti hesabına özləri üçün alınmış, lakin alqı-satqı və mülkiyyət sənədi onun keçmiş kürəkəni (həm də qardaşı oğlu) olan cavabdehin adına rəsmiləşdirilmişdir, bununla da cavabdeh onların hesabına əsassız varlanmışdır.

7. Cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaya etirazda qeyd etmişdir ki, mərhumun başqa qohumları olduğu təqdirə iddiaçının mərhum ərinin (Şaiq Muradovun) öz qohumuna deyil, arvadının qardaşı oğlu olaraq ona ev almasını məntiqsizdir, evi özü almışdır, iddianın rədd olunmasını xahiş edir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, onun iddiaçı İddiaçı ilə münasibəti olmamışdır. 1999-cu ildə Şaiq ondan ev almışdır. Şaiq vasitəçi ilə gələrək evi bəyənmiş, ** saylı Notariat Ofisində alqı-satqı etmişlər. Təxmini 18000000 köhnə manat ona pul vermişdi. Şaiq, arvadı, hazırkı cavabdeh və bir də qohumu gəlmişdi. Ona pulu Şaiq vermişdi. Hələ soruşmuşdur ki, nə yaxşı evi qohumun adına alır, dedi, çox etibarlı adamdır, qohumudur. Iddiaçı ilə əlaqəsi olmamışdır.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, iddiaçının qardaşıdır. 19-cu Polis Bölməsinin şöbə rəisi işləmişdir. Şaiq Muradov tez-tez Bakıya qızıl satmağa gəlirdi. Bir gün gəldi ki, ev almaq istəyir. Aygün xanımın evinə baxmışlar və razılaşmışdır, evi Rahibin adına almışdır. Dedi ki, qaynı oğludur, güvəndiyi adamdır. Sonra qızını ona verdi. Onda kömək etmişdir, Rahibi polisə işə düzəltdirmişdir. Sonra Rahib işdən çıxıb Rusiyaya getmişdir. Sonra da boşanmışdır. Deyir, evdən çıxın. Evi yeznəsi alıb. Rahibin heç bir pulu olmayıb. Şaiq Rusiyada da işləyib. Cavabdeh də onun yanında olub. Evdə 1999cu ildən bacısıgil yaşayıblar. Rahib Göyçayda yaşayıb. Onun nə özünü, nə də atasının ev almağa elə pulu olmayıb.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia tələbinin rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, evin bilavasitə satışını həyata keçirən keçmiş mülkiyyətçi şahid Aygün Qasımovanın ifadəsi, habelə tərəflər arasında danışıqları özündə əks etdirən və CD diskdə təqdim edilmiş səs yazısı ilə mübahisəli mənzilin dəyərinin cavabdehin keçmiş qayınatası Şaiq Muradov tərəfindən ödənildiyi, yəni cavabdehin həmin mənzili öz vəsaiti hesabına almadığı öz təsdiqini tapsa da, mərhumun evi alarkən alınmış əmlakın cavabdehin adına rəsmiləşdirməklə niyyətinin, mənzilin alınması üçün nəzərdə tutulmuş pulun sonradan qaytarılmaq şərtilə verilməsini və ya alınmış mənzilin sonradan mərhumun və ya onun göstərdiyi şəxsin adına keçirmək şərtilə cavabdehin adına alınmasını müəyyən etmək mümkün olmamışdır.

12. Belə ki, mənzilin 1999-cu ildə alınması, keçən uzun müddət ərzində Şaiq Muradovun öldüyü günədək (ölüm tarixi: ##.##.2021-ci il) mənzilin cavabdehin adından öz və ya ailə üzvlərinin adına keçirilməsi imkanına malik olması, lakin bu imkandan istifadə etməməsi nəzərə alındıqda, əri vəfat etdikdən sonra iddiaçının hazırkı iddianı qaldıraraq sağlığında ərinin cavabdehin adına aldığı mənzilin dəyərini tələb etməsinin hər hansı əsası yoxdur. Odur ki, qeyd edilənlər, mübahisəli mənzilin alınması üçün ödənilmiş pulun mərhumun qızının nişanlısı və gələcək həyat yoldaşı olaraq cavabdehə bağışlanması qənaətinə gəlməyə əsas verir.

13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 660.1, 660.2, 1091.1 və 1090.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, iş materiallarında bağışlama barədə yazılı müqavilə və ya digər hər hansı sübut mövcud deyildir. Cavabdeh Cavabdeh da məhkəməyə belə bir sənəd təqdim etməmişdir. Məhkəmə iclasında da bu barədə hər hansı hal müəyyən edilməmişdir. Halbuki, məhkəmə öz qətnaməsində mərhum Şaiq Muradovun 1999-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi * saylı binada yerləşən ** nömrəli mənzilin alınması üçün ödənişi həyata keçirdiyini, lakin həmin mənzili cavabdeh Cavabdeh adına rəsmiləşdirdiyini qeyd etmiş və bunu guya Şaiq Muradov tərəfindən Cavabdeh mənzilin bağışlanması kimi qiymətləndirmişdir. Bağışlama əqdi üçün qanunvericilik yazılı müqavilənin mövcudluğunu tələb edir. Iş materiallarında belə bir müqavilə və ya digər sübut yoxdur, tərəflərin izahatları və təqdim olunan sübutlar da bağışlama faktını təsdiq etmir. Məhkəmənin gəldiyi nəticə hüquqi cəhətdən əsassızdır. Cavabdeh bağışlama barədə heç bir sübut təqdim etmədiyi halda, məhkəmənin öz təşəbbüsü ilə belə bir nəticə çıxarması MPM-nin 9.3 və14-cü maddələrində nəzərdə tutulmuş çəkişmə və dispozitivlik prinsiplərinə ziddir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən audioyazıda İddiaçı ilə Cavabdeh arasındakı telefon danışığı zamanı cavabdeh açıq şəkildə bildirir: “Mənim o evdə haqqım, payım yoxdur, mən necə o kişinin evini alım? Ev barəsində mən sənə 100 faiz söz verirəm, tam arxayın ol, necə deyirsiz, kimin adına deyirsiz keçirim. O ev mənə heç lazım olmayıb, lazım da deyil, ehtiyacım da yoxdur”. Bu ifadələrdən aydın görünür ki, cavabdeh Cavabdeh mənzil üzərində hər hansı mülkiyyət iddiasını qəbul etmir və onu özünə aid saymır. Belə olduğu halda, məhkəmənin mənzilin guya mərhum Şaiq Muradov tərəfindən Cavabdeh bağışlandığı nəticəsinə gəlməsi ziddiyyətlidir. Çünki əgər bağışlama faktı doğrudan da mövcud olsaydı, cavabdeh özünün telefon danışığında açıq şəkildə mənzili qəbul etmədiyini, heç bir haqqının olmadığını və mənzili lazım bilmədiyini ifadə etməzdi. Deməli, işdə mövcud olan bu audioyazı sübut kimi bir daha göstərir ki, bağışlama faktı nə tərəflərin izahatları ilə, nə də digər sübutlarla təsdiqlənmir. Belə şəraitdə iddiaçının mənzillə bağlı hüquqlarının təmin ediləcəyinə dair bu təminata güvənməsi tamamilə məntiqli olmuşdur. Bu səbəbdən iddiaçı iddia müddətini ötürmədiyini əsaslandıra bilər. Cavabdehin audioyazıda verdiyi təminatlar iddia müddətinin axımını dayandıran və ya ötürülməsini istisna edən hallardır. Məhkəmə özü də iş materiallarını araşdırarkən və audioyazını tədqiq edərkən gördü ki, cavabdeh Cavabdeh ədalətsiz mövqe tutur. Çünki cavabdeh açıq şəkildə mənzili özünə aid saymadığını, heç bir haqq və payının olmadığını, istənilən vaxt qaytarmağa hazır olduğunu etiraf etmişdir. Bu halda məhkəmənin belə şəraitdə mənzilin guya bağışlandığı nəticəsinə gəlməsi ədalət prinsiplərinə ziddir. Belə qərar nəticə etibarilə mərhumun ailəsini – yəni iddiaçını – onun qanuni haqqından məhrum edir, cavabdehin isə özünün belə qəbul etmədiyi mülkiyyət hüququ ilə əsassız şəkildə təmin olunmasına gətirib çıxarır. Bu, yalnız maddi hüquq normalarının yanlış tətbiqi deyil, eyni zamanda ədalət mühakiməsinin məqsədinə – hüquqi həqiqətə və ədalətə nail olmağa ziddir. Odur ki, qəbul edilmiş qətnamə daxili inam doğurmur və ümid edir ki, apellyasiya instansiyası belə nəticəni ədalətsiz hesab etməlidir. Məhkəmənin gəldiyi nəticə maddi hüquq normasının - Mülki Məcəllənin 666-cı maddəsinin tətbiqində səhvə yol verilməsi ilə bağlıdır. Belə ki, göstərilən norma daşınmaz əmlakın bağışlanmasının yalnız yazılı, notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında mümkün olduğunu nəzərdə tutur. Iş materiallarında bağışlama barədə yazılı müqavilə və ya digər sübut mövcud deyil, cavabdeh tərəfindən də belə bir sənəd təqdim edilməyib. Məhkəmə iclasında da bağışlama faktını təsdiq edən hər hansı hal müəyyən edilməyib. Buna baxmayaraq, məhkəmə mərhum Şaiq Muradovun mənzili cavabdeh Cavabdeh bağışlaması barədə nəticəyə gəlmişdir. Bu isə maddi hüquq normasının düzgün tətbiq edilməməsi deməkdir və qətnamənin qanuniliyini istisna edir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5526/2025 nömərli # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Ikram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia rədd olunsa da, cavabdehin istədiyi əsasla deyil, mənzili satan şəxsin ifadəsini və cavabdehin iddiaçı ilə olan səs yazısını mötəbər sübut kimi qəbul edərək mübahisəli mənzilin dəyərinin cavabdehin keçmiş qaynatası, mərhum Şaiq Muradov tərəfindən ödənildiyi, cavabdehin həmin mənzili öz vəsaiti hesabına almadığının təsdiqini tapdığı, mərhumun evi alarkən alınmış əmlakın cavabdehin adına rəsmiləşdirməklə niyyətinin mənzilin alınması üçün nəzərdə tutulmuş pulun sonradan qaytarılmaq şərtilə verilməsini və ya alınmış mənzilin sonradan mərhumun və ya onun göstərdiyi şəxsin adına keçirmək şərtilə cavabdehin adına alınmasını müəyyən etməyin mümkün olmadığını, çünki mənzilin 1999-cu ildə alınması, keçən uzun müddət ərzində Şaiq Muradovun öldüyü günədək (ölüm tarixi: ##.##.2021-ci il) mənzilin cavabdehin adından öz və ya ailə üzvlərinin adına keçirilməsi imkanına malik olması, lakin bu imkandan istifadə etməməsi nəzərə alındıqda, əri vəfat etdikdən sonra iddiaçının hazırkı iddianı qaldıraraq sağlığında ərinin cavabdehin adına aldığı mənzilin dəyərini tələb etməsinin hər hansı əsası olmadığı, mübahisəli mənzilin alınması üçün ödənilmiş pulun mərhumun qızının nişanlısı və gələcək həyat yoldaşı olaraq cavabdehə bağışlanması qənaətinə gəlməyə əsas verdiyini göstərmişdir. Ancaq cavabdeh iddia rədd olunsa da, rəddin əsasını, yəni məhkəmənin müəyyən etdiyini mübahisələndirməmiş, dolayısı ilə nəticə onu qane etdiyi üçün bununla razılaşaraq apellyasiya şikayəti verməmişdir.

18. Bundan başqa, mübahisəli mənzilin cavabdehin mülkiyyətinə keçməsi ##.##.1999-cu il tarixli alqı-satqı müqaviləsi əsasında olmuşdur. Iddiaçı qeyd olunan mənzilin alınması üçün mərhum ərinin ödədiyi pulun cavabdehə bağışlanmadığını, cavabdehin onların hesabına əsassız varlandığını iddia edir. Lakin qeyd olunan dövrdə qüvvədə olan Mülki Məcəllənin tələbinə görə də qanunla və ya əqdlə müəyyən edilmiş əsaslar olmadan başqasının hesabına əmlak əldə edən şəxs əsassız əldə etdiyi əmlakı həmin şəxsə qaytarmağa borcludur. Əmlakın əldə edilmə əsası sonradan öz qüvvəsini itirdikdə də bu cür vəzifə yaranır. Hazırkı işdə cavabdehin iddiaçı tərəfin hesabına hüquqi əsas olmadan varlanması(əmlak əldə etməsi) təsdiq olunmamışdır. Yəni, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur, yaxud da bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonradan aradan qalxmış əsasa söykənir.

19. Burada tərəflər arasında mövcud olan (cavabdehin iddiaçının qardaşı oğlu olması), sonradan da bir qədər dərinləşmiş (iddiaçının qızı ilə cavabdehin ailə qurması) qohumluq münasibətləri də iddianın əsaslılığını təkzib edən hallar hesab edilir. Çünki bu cür qohumluq münasibəti zamanı, yəni iddiaçının qızı ilə cavabdehin ailə quracağı ilə əlaqədar tərəflər bir-birinin hesabına nə əsassız varlanma barədə düşünür, nə də aralarında öhdəlik və məsuliyyət yaradan hansısa mülki hüquq münasibətləri yaranmır. Ən azından bu cür vəziyyətdə onları qohum kimi gələcəkdə daha da yaxınlaşdıracaq münasibətləri buna imkan verməzdi, üstəlik bu cür münasibətlər zamanı həm də aralarında iddia edilən formada əsassız varlanma ilə bağlı mülki hüquq münasibətlərinin yaranması da həyatda həmişə baş verən hallara uyğun gəlmir.

20. Həmçinin, iddiaçının cavabdehə qarşı xoş olmayan münasibəti işin hallarından və tərəflərin qarşılıqlı münasibətlərindən açıq-aydın bəlli olur. Belə ki, iddiaçının qızı ilə cavabdehin nikahının pozulması, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının qızının mübahisəli mənzilə istifadə hüququnun tanınmasının rədd edilməsi, başqa bir məhkəmə qətnaməsi ilə iddiaçının qızının övladları ilə birlikdə həmin mənzildən çıxarılması ilə əlaqədar iddiaçının həm də ana olaraq mövcud vəziyyəti və keçirdiyi hislər anlaşılan olsa da, bu vəziyyət iddianın və apellyasiya şikayətinin təmin edilməsini labüd etmir. Çünki bütün bu baş verənlərdən, üstəlik 25 il keçdikdən sonra iddiaçının mübahisəli mənzilin alınması üçün mərhum ərinin ödədiyini iddia etdiyi vəsaitin əvəzini cavabdehdən tələb etməsi hüquqa uyğun olmamışdır. Başqa sözlə, bağışlamadan imtina üçün qüvvədə olan Mülki Məcəllədə nəzərdə tutulan müddət də ötürülmüşdür.

21. Bundan başqa, iddiaçının cavabdehlə aralarındakı telefon danışığı zamanı sonuncunun dedikləri də iddianın əsaslı olduğuna və birmənalı təmin edilməli olduğuna əsas vermir. Çünki cavabdeh iddiaya etiraz edərək, apellyasiya baxışı zamanı da bu mövqeyində qalmışdır. Demək, cavabdehin yalnız telefon danışığı zamanı yazılan səsindəki sözlərə görə iddia təmin oluna bilməz. Çünki bu danışıqların məzmunu 1999-cu ildə mənzilin alınması ilə əlaqədar ödənilən vəsaitin əvəzsiz olduğunu və hansısa öhdəliklə əlaqədar olmadığını istisna etmir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Iddiaçı (vəkil vəkil1 Sirac oğlu) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq ##.##.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 77.Iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə... tərəfindən tətbiq olunur.

26. Maddə 82.Iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.

27. Maddə 245. Bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunur.

28. Maddə 472. Qanunla və ya əqdlə müəyyən edilmiş əsaslar olmadan başqasının hesabına əmlak əldə edən şəxs əsassız əldə etdiyi əmlakı həmin şəxsə qaytarmağa borcludur. Əmlakın əldə edilmə əsası sonradan öz qüvvəsini itirdikdə də bu cür vəzifə yaranır. Əsassız əldə edilmiş əmlakı eyni ilə qaytarmaq mümkün olmadıqda, onun əvəzi həmin əmlak əldə edilən vaxtdakı dəyəri ilə ödənilməlidir. Əsassız əmlak əldə edən şəxs, həmin əmlakı qaytarmalı və ya bu əmlakı əsassız olaraq əldə etdiyini bildiyi və ya bilməli olduğu vaxtdan, həmin əmlakdan əldə etdiyi və əldə edə biləcəyi gəlirlərin hamısını ödəməlidir. Bu qaydalar, qanunla və ya müqavilə ilə müəyyən edilmiş əsaslar olmadan, başqasının hesabına əmlakın saxlandığı hala aid edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

30. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

31. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: Maddə 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;

32. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

33. Maddə 673.3. Imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

34. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) s. sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

37. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

43. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar