Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-519/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı, X1 və Cavabdeh ünvan 1 ünvanda ** №-li mənzildə daimi qeydiyyatdadırlar. Cavabdeh Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km, 1-ci dalan, ev 6 mənzil 79 ünvanında qeydiyyatda olsa da, heç vaxt həmin ünvanda yaşamayıb və hal-hazırda yaşamır.
2. Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyəti başçısının ##.##.2009-cu il tarixli *** №-li Sərəncamı ilə X2 iştirakçısı İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhərinin Sabunçu, Xəzər, Yasamal və Qaradağ rayonlarında inşa olunmuş hər biri 81 mənzilli beş yaşayış binasında ehtiyatda saxlanılan mənzillərin X2 əlilləri və iştirakçılarına (1941-1945-ci illər əlilləri və iştirakçıları) bölgüsünün həyata keçirilməsi məqsədilə ## ###### 2010-cu il tarixli 11/7-*** №-li əmrlə yaradılmış komissiyanın 29 aprel və ## ### 2011-ci il tarixli iclaslarının qərarına əsasən, ünvan 2 ünvanda faydalı sahəsi 42,24 kv.m., ümumi sahəsi 91.69 kv.m. olan ** №-li mənzil ilə təmin edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Sabunçu rayonunda inşa olunmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin imtiyazlı şəxslərə bölgüsünün həyata keçirilməsi məqsədilə 2010-cu il # ###### tarixli **/*-*** nömrəli əmrlə yaradılmış komissiyanın 29 aprel və # ### 2011-ci il tarixli iclaslarının qərarı ilə İddiaçı ünvan 3 ünvanında ** nömrəli, ümumi sahəsi 91,69 kv.m olan ikiotaqlı mənzillə təmin olunmuşdur.
4. Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı Departamenti * saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı birliyinin ** saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, Zabrat qəsəbəsi, Zabrat- Pirşağı yolu, 1-ci km, 1-ci döngə, ev 6, mənzil 79 ünvanı Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsi, ev 6, mənzil 79 ilə eyni ünvandır. Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsi tərəfindən verilmiş Cavabdeh şəxsi uçot kartoçkasından görünür ki, o, İddiaçı ərizəsi əsasında Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu, 1-ci km, 1-ci döngə, ev 6, mənzil 79 ünvanına qeydiyyata düşmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ünvan 1 ünvanda ** №-li mənzildə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov Rayon Icra Hakimiyyəti başçısının ##.##.2009-cu il tarixli Sərəncamı ilə X2 iştirakçısı kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunmuş ünvan 1 ünvanda ** №-li mənzillə təmin olunmuşdur. Nərimanov Rayon Icra Hakimiyyəti başçısının ##.##.2009-cu il tarixli Sərəncamına əsasən iddiaçı 2 nəfərlik ailə tərkibilə (özü və mərhum oğlu Səttarov Ramiz) X2nin iştirakçısı kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilmişdir. Mənzil iddiaçıya oğlu ilə yaşamaq üçün verilmişdir. Iddiaçı 2017-ci il tarixdə qızı Cavabdeh yaşadığı mənzilə qeydiyyata düşə bilmədiyinə görə sahibliyində olan ünvan 1 ünvanda ** №-li mənzilə qeydiyyata saldırmışdır. Lakin, Cavabdeh bir gün də olsun həmin mənzildə yaşamayıb. Bu halı MKIS-dən verilən ##.##.2023-cü il tarixli ** №-li arayış da təsdiq edir. Cavabdeh iddiaçının mənzilində formal olaraq qeydiyyatda qaldığına görə iddiaçı əmlak üzərində sərbəst şəkildə sərəncam verə bilmir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Hüseyn qızının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km, 1-ci dalan, ev 6, ** saylı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi, hazırkı qətnamənin cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir (hakim - A.Paşayeva).
8. Məhkəmə qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını nəzərə alaraq şəxsin hər hansı ünvan üzrə qeydiyyatda olması onun həmin yaşayış yerinə istifadə hüququnun olması anlamına gəlmir, əsasən şəxslərin uçota alınmasının təmin edilməsi məqsədi daşıyır. Bu baxımdan cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km, 1-ci dalan, ev 6, ** saylı mənzilində qeydiyyatda olması onun həmin mənzilə dair istifadə hüququnun olmasına dəlalət edə bilməz. Lakin, göründüyü kimi, cavabdehin sözügedən mənzildə qeydiyyatda olması səbəbindən iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehin mənzildə qeydiyyatda olması maneçilik törədir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəlləsinin 152.1, 157.4, 228.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi, iddia ərizəsi verilən vaxtı cavabdeh mübahisəli ünvanda yaşamamışdır. Lakin, işə baxan məhkəmə cavabdehin iştirakını təmin etmək üçün heç bir hərəkət etməmiş və bildirişləri mübahisəli ünvana göndərməklə kifayətlənmişdir. Bununla da məhkəmə prosessual hüquq normasını pozmuşdur.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı hüquqi varisi qismində cəlb edilmiş Hüquqi varis vəkili və nümayəndəsi vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir (hakimlər - S.Bəhrəmzadə (məruzəçi), V.Sadıqov və X.Mərdanova).
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əgər iddiaçı tərəf məhz qeydiyyatın formal olduğunu iddia edərək yalnız qeydiyyatın ləğv edilməsini tələb edirsə, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Inzibati orqan tərəfindən imtina edildikdə isə iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin qeydiyyatdan çıxarılmasını mübahisələndirərək şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini məhkəmənin müvafiq qərarı əsasında həmin orqanın üzərinə qoya bilər.
15. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ######## 2000-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Iddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis (vəkil vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı verilmiş ünvan 1 ünvanda yerləşən ** №-li mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının istifadəsində olan mənzildən istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını əsassız və qanunsuz olaraq pozmuşdur. Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı Departamenti * saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı birliyinin ** saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ** saylı arayışdan görünür ki, iddiaçıya məxsus Cavabdeh Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km, 1-ci dalan, ev 6 mənzil 79 ünvanında qeydiyyatda olsa da, heç vaxt həmin ünvanda yaşamayıb və hal-hazırda da yaşamır. Bu hal cavabdeh Cavabdeh iddiaçıya məxsus mənzildən istifadə hüququnun faktiki olaraq itirilməsi üçün əsas olsa da, məhkəmə bunu nəzərə almamışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin birinci hissəsi. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən çıxarılır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ######## 2000-ci il tarixli qərarına əsasən də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
34. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarı).
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.