Məhkəmə qərarları › İş №2(1-8)-524/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-524/2026

02.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-524/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilk iddia üzrə iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh Cəfərov İsmayıl Ramiz oğluna, qarşılıqlı iddia üzrə iddiaçı Cəfərov İsmayıl Ramiz oğlunun cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və yeni tikiləcək binada qeyri-yaşayış sahəsinin verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh Cəfərov İsmayıl Ramiz oğluna qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və yeni tikiləcək binada qeyriyaşayış sahəsinin verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cəfərov İsmayıl Ramiz oğlunun cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərti ilə yeni, çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx” Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamı ilə ##.##.2021-ci il tarixli *** saylı Sərəncamın 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tərəfindən tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx” Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilsin.”

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 009011000556-05101-****** reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 122,3 m2 olan qeyri-yaşayış sahəsi Cəfərov İsmayıl Ramiz oğlunun xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi onun adına ##.##.2020-ci il tarixli, 1120002286 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 122,3 m2-dir. Azərbaycan Respublikası FHN Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə" Azərbaycan Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən ünvan 2 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir.

4. Cəfərov İsmayıl Ramiz oğlu ilə X1 arasında bağlanmış ## #### 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1 icarəyə verilmişdir. Müqavilə 3 il müddətinə bağlanmışdır. Aylıq icarə haqqı 1000 manatdır.

5. ## ###### 2024-cü il tarixli aktdan görünür ki, ünvan 4 ünvanında yerləşən binanın zirzəmisinə baxış zamanı orada 1 ədəd şkaf, xalça toxumaq üçün 3 ədəd taxtadan hazırlanmış dəzgah (1 ədədi qırıq), 1 ədəd dəmir seyf, 5 ədəd toxuculuq üçün dəzgah (balaca), 1 ədəd dəmir vitrin, 30 kisə toxuculuq üçün istifadə olunan ip olduğu müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin ##.##.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəydə qeyd edilmişdir ki, binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranmış, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülüb, armatur karkası korroziyaya məruz qalıb, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınıb, köhnəlib, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranıb, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bugünkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir.

7. ## ###### 2024-cü il tarixli akta əsasən, ünvan 4 ünvanında yerləşən binanın zirzəmisinə baxış zamanı orada 1 ədəd şkaf, xalça toxumaq üçün 3 ədəd taxtadan hazırlanmış dəzgah (1 ədədi qırıq), 1 ədəd dəmir seyf, 5 ədəd toxuculuq üçün dəzgah (balaca), 1 ədəd dəmir vitrin, 30 kisə toxuculuq üçün istifadə olunan ip olduğu müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İlk iddia üzrə iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi cavabdeh Cəfərov İsmayıl Ramiz oğluna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdeh Cəfərov İsmayıl Ramiz oğluna məxsus ünvan 3 ünvanda olan 122 kv.m. yararsız vəziyyətdə olan zirzəminin boşaldılaraq “xxxx” MTK-nə təhvil verilməsi, həmin zirzəminin əvəzinə ona “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq * saylı binada 160 kv.m qeyri-yaşayış sahəsinin (zirzəmi sahəsinin) verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamı ilə “xxxx" Mənzil Tikinti Kooperativinin ##.##.2021-ci il tarixli, */** saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2021-ci il tarixli, XO-01-02-2021- ***** saylı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2021-ci il tarixli, 21********** saylı rəyləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun ##.##.2021-ci il tarixli, **/**-***** saylı razılıq məktubu, eləcə də Azərbaycan Respublikası Prezidentinin ## #### 2012-ci il tarixli *** saylı fərmanı ilə təsdiq olunmuş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin və torpaq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərti ilə yeni, çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx” Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. “xxxx" Mənzil Tikinti Kooperativi həmin sərəncamların icrası ilə əlaqədar mühüm işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksəkmərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən daha artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. Lakin binalar üzrə sakinlərin əksəriyyəti ilə müqavilələr bağlansa da tikinti işlərinə hələ də başlanmamışdır. Bunun səbəbləri cavabdehlər tərəfindən törənən maneələrdir. Belə ki, cavabdehlər istifadələrində olan qeyri-yaşayış sahələrinin əvəzinə onlara 2-3 dəfə artıq qeyri-yaşayış və ya yaşayış sahəsi, eləcə də dəyərindən 2-3 dəfə artıq Kompensasiya tələb edirlər. Əgər şirkət həmin tələbləri yerinə yetirərsə, nəinki gəlir əldə edə bilər, hətta ziyanla işləyər. Cavabdehlərin qanunazidd, qeyri-humanist, hüquqdan sui-istifadəyə uyğun hərəkətləri ilə əlaqədar MTK ilə razılığa gələn sakinlər getdikcə yaxın zamanda yeni mənzil əldə etmək ümidlərini itirirlər. Kooperativ onlarla bağlanmış müqavilələrin şərtlərinə müəyyən edilmiş müddət ərzində əməl etməzsə, külli miqdarda zərərlə üzləşə bilər. Belə olan halda, kooperativin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Cavabdehin tamamilə yararsız vəziyyətdə olan, uzun illər istifadəsiz qalmış 122 kv.m yarımzirzəmi qeyri-yaşayış sahəsi vardır. Onun əvəzinə “xxxx" MTK cavabdehə həmin ölçüdə tam təmirli yarımzirzəmi təklif edir. Nəzərə alınsa ki, 1 kv.m qeyri-yaşayış sahəsinin təmir qiyməti 200 manatdan çoxdur, təklif etdikləri güzəşt təqribən 25000 manat dəyərindədir.

10. Qarşılıqlı iddia üzrə iddiaçı Cəfərov İsmayıl Ramiz oğlu cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MTK-nın iddia ərizəsinin rədd edilməsi, ona vurulmuş 25150 manat məbləğində maddi zərərin, 20000 manat məbləğində əldən çıxmış faydanın və 30000 manat məbləğində mənəvi zərərin, cəmi 75150 manat məbləğin “xxxx” MTK tərəfindən ödənilməsi, ünvan 1 ünvanda yerləşən 280,2 kv.m qeyri yaşayış sahəsinin hər kvm-ni 3500 manat, cəmi 980700 manatdan qiymətləndirilməsinə razıdırlarsa, “xxxx” MTK ilə alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməyi barədə, əks təqdirdə alqı-satqı müqaviləsinin rədd edilməsi və dövlət rüsumu 316 manat məbləğin “xxxx” MTK hesabına ödənməsi barədə qətnamə, “xxxx” MTK tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinin dağıdılması və əmlaklarının oğurlanması ilə əlaqədar cavabdehlər barəsində Azərbaycan Respublikası CM-nin 309.1-ci və 322-ci maddələri ilə cinayət işi başlanması üçün xüsusi qərardad qəbul edib istintaq orqanına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia üzrə iddiaçı Cəfərov İsmayıl Ramiz oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “xxxx” MTK-nın iddia ərizəsinin rədd edilməsini, ona vurulmuş 25150 manat məbləğində maddi zərərin, 20000 manat məbləğində əldən çıxmış faydanın və 30000 manat məbləğində mənəvi zərərin, cəmi 75150 manat məbləğin “xxxx” MTK tərəfindən ödənilməsini, ünvan 2 ünvanda yerləşən 280,2 kv.m qeyri-yaşayış sahəsinin hər kv.m-ni 5500 manat, cəmi 1541100 (bir milyon beş yüz qırx bir min yüz) manatdan qiymətləndirilməsinə razıdırlarsa, “xxxx” MTK ilə alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməyi barədə, əks təqdirdə alqı-satqı müqaviləsinin rədd edilməsi və dövlət rüsumu 316 manat məbləğin “xxxx” MTK hesabına ödənməsi barədə qətnamə, “xxxx” MTK tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinin dağıdılması və əmlaklarının oğurlanması ilə əlaqədar cavabdehlər barəsində Azərbaycan Respublikası CM-nin 309.1-ci və 322-ci maddələri ilə cinayət işi başlanması üçün xüsusi qərardad qəbul edib istintaq orqanına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MTK-nın təqdim etdiyi iddia ərizəsi tamamilə qanunsuz və əsassız olmaqla mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Mübahisənin nədən ibarət olduğu iddia ərizəsində açıqlanmamışdır. İddianın məzmunundan görünür ki, əgər mənzil tikintisi haqqında Bakı şəhər İHB-nın qərarı oldusa, bina sakinləri yaşamaq hüququnu itirməlidir. MTK rəhbərliyi onların heç bir hüququna məhəl qoymamalıdır. İddianın əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1ci maddəsinə istinad edilmişdir, hansı ki, Konstitusiyanın 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan belə bir normativ-hüquqi akt mövcud deyildir. Hesab edir ki, “xxxx” MTK-nın iddiası tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddiasının mahiyyəti aşağıdakı kimidir: ünvan 2 ünvanda onun mülkiyyətində ##.##.2020ci il tarixli, ********** saylı Çıxarış əsasında 122,3 kv.m, sonradan 20 kv.m də əlavə edilmiş, faktiki olaraq MTK-nın nümayəndəsi ilə birgə ölçülmüş akt əsasında içəri hissədən 155,64 kv.m, çöl hissədən isə ümumi sahəsi 215,54 kvm təşkil edən qeyri-yaşayış sahəsi vardır. 2023-cü ilin noyabr ayında “xxxx" MTK-nın sədri Elnur Hüseynov bildirdi ki, tikinti işləri aparmaq üçün obyektiniz sökülməlidir. Sahənin əvəzində 20% artıq ölçüdə mənzillə əvəz edilməsi təklif edilmişdir. Yaxud da burada yerləşən mənzil sahələrinin hər kv.m-nə 2000 manatdan pulunun ödənilməsi, razıdırsa onunla müqavilə bağlasınlar. O və etibarnamə ilə nümayəndəsi olan qardaşı Cahangir bildirdilər ki, onlar burada yaşamırlar, mənzilə də ehtiyacları yoxdur. Bu sahəni alqı-satqı yolu ilə sata bilərlər. Sahələri təmirlidir, içərisində fəaliyyət göstərmək üçün hər şəraiti var, onlardan əvvəl buranı toxucu sexi kimi hər ayı 1000 manatdan icarəyə vermişdilər. 2023-cü ilin may ayında icarəçilər eşidəndə ki, buranı sökəcəklər başqa yer taparaq köçüb getmişlər. Bildirdi ki, sahəsinin hər kv.m-i üçün MTK 3500 manatdan ödəyərsə alqı-satqıya razıdır. Əsaslandırdı ki, qonşu rayon olan Papanində sakinlər qeyri-yaşayış sahəsinin hər kv.m-ni 6000-7000 manatdan satmışlar. Bunu ATV kanalında çıxış edərkən özləri bildirmişlər. Bakının hər yerində qeyri-yaşayış sahələrinin dəyəri, mənzillərin dəyərindən 2 dəfə artıq olur, bəzi yerlərdə isə daha artıq məbləğ ödənilir. İnsafla və ədalətlə MTK-ya təklif edir ki, rəsmi “ÇIXARIŞ”ı olan qeyri-yaşayış sahəsinin hər kv.m-i üçün 3500 manat, yəni mənzil üçün ödədikləri məbləğdən 2 dəfədən də az məbləğ ödəsələr, onlarla razı olar. Lakin onlar razı olmadılar, dedilər ki, yeri zirzəmidir. İzah etdi ki, sahəni niyə dəyərdən salırsız, dövlətin rəsmi “ÇIXARIŞ”ı ilə bura normal təmir olunmuş və fəaliyyət göstərən obyektdir, ərazini sənədə uyğun adlandırmalıyıq. Sənədlə tikintinin altındakı torpaq sahəsi də **** saylı inventar nömrəsi ilə onun istifadəsindədir. Göstərdiyi şərtlər barəsində onlara 3 dəfə yazılı təklifini vermiş, onlar isə yalnız sahənin müqabilində mənzil və ya hər kv.m üçün 2000 manat pul təklif etmişlər. Sonuncu dəfə MTK-nın Anar müəllim adlı nümayəndəsi ilə söhbət edərkən ona bildirdi ki, son variant kimi qeyri-yaşayış sahəsini onlar nümayəndə ilə ölçsün içəridən içəriyə hansı ölçü olacaqsa ona 20% əlavə etməklə hər kv.m-nin dəyərini danışarıq. İzah etdi ki, o, sahə satır həmin sahənin içərisi və çöl divarına qədər olan bütün hissəsi onun mülkiyyətindədir. Ona görə hesablanmanı çöl divardan etməlidirlər. O, isə bildirdi ki, ölçünü aparın, qiyməti sonra danışarıq. Lakin ölçünü aparandan sonra danışığa gəlmədilər. Elnur Hüseynov onlarla qonşuluqda yaşayan və 70 kv.m qeyri-yaşayış sahəsi olan İmanov Mehman adlı şəxsə 245000 manat, yəni hər kv.m-i üçün 3500 manatdan pul təklif etmişdir və bu məbləği qardaşına göstərərək bildirmişdir ki, bura birinci mərtəbə olduğuna görə belə təklif edirlər. Həmin qeyri-yaşayış sahəsinin sahibi İmanov Mehman isə onlardan hər kv.m üçün 5500 manat tələb edir. Qardaşı da izah etmişdir ki, həmin ərazi onlara bina tikintisi üçün lazımdır və bizim yerlə, hər kv.m-ə 5500 manat tələb edən şəxsin sahəsi arasında qiymət baxımından heç bir fərq yoxdur, tikinti aparılarkən hər iki sahədən eyni məqsəd üçün eyni səviyyədə istifadə ediləcəkdir. Əgər oranı zirzəmi hesab edirlərsə, onda bünövrə də hazır vəziyyətdədir və əlavə olaraq qazılmağa 10- 15 min manat xərc çəkməyəcəklər. Buna baxmayaraq, onunla razılaşmadan, ərazini özbaşına hasara aldılar və uzun müddət onun sahəsinə toxunmadılar. 2024-cü il dekabrın ortalarında sexin dəmir qapıları sökülmüş, sahəsində olan 8 ədəd toxucu dəzgahları özbaşına, MTK-nın əməkdaşları tərəfindən götürülmüş, sexin divarlarından lambirinlər sökülərək dağıdılmış, 4 ədəd dəmir seyflər, 4 ədəd dəmir qapılar, 5 ədəd plastik qapılar və 2 ədəd stollar götürülmüş, sexin içərisi tamamilə uçurularaq istifadəyə yararsız vəziyyətə gətirilmişdir. O, “xxxx” MTK-nın rəhbəri Elnur Hüseynovdan soruşduqda bildirdi ki, guya onların xəbəri yoxdur, yəqin tanımadığı şəxslər dəzgahları və seyfləri oğurlayıb aparmışlar. Bildirdi ki, buranı MTK hasarlamışdır və buranın mühafizəsinə də onlar cavab verirlər. Bundan bir neçə gün sonra Elnur Hüseynov bildirdi ki, söküntünü onlar aparmışlar və aktlaşdırmışlar. O, bildirdi ki, obyekti sökməyə heç bir səlahiyyətləri yoxdur, saxta akt tərtib etmişlər. Onların bu əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci vəzifə səlahiyyətini aşma və 322- ci özbaşınalıq cinayətinin əlamətləri vardır. Bu barədə dərhal qardaşı Cahangir Nizami rayon PŞ-nin 25-ci PB-nə ərizə ilə rəsmi məlumat vermişdir. “xxxx” MTK-nın bu hərəkətləri ona məxsus olan qeyri-yaşayış sahəsinin onlara istədikləri qiymətə satmağa məcbur etmək xarakteri daşıyır və bu yolla onun sahəsini onlara sərf edən aşağı qiymətə satmağa məcbur edirlər. Ona məxsus olan qeyri-yaşayış sahəsindən hər birinin qiyməti 3500 manat, cəmi 7000 manat təşkil edən 2 ədəd, eni 3 metrlik dəmir toxucu dəzgahı, hər birini 1000 manata aldığı, cəmi 2000 manat təşkil edən eni 2 metrlik 2 ədəd dəmir toxucu dəzgahı, hər birini 500 manata, cəmi 2000 manata aldığı 4 ədəd, eni 1 metrlik toxucu dəzgahları, hər birini 500 manata, cəmi 2000 manata aldığı 4 ədəd dəmir seyflər, hər biri 200 manata, cəmi 1000 manata düzəldilmiş, 5 ədəd plastik qapılar, 200 manat dəyərində 1 ədəd stol və 150 manat dəyərində 1 ədəd plastik stol MTK-nın əməkdaşları tərəfindən özbaşına götürülmüş, sexin bütün divarlarının lambirinləri tamamilə uçurdulmuş, hər biri 200 manata düzəldilmiş, cəmi 800 manat dəyəri olan 4 ədəd dəmir qapılar çıxarılıb aparılmışdır. Nəticədə, ona toxucu dəzgahları, seyflər və digər avadanlıqlarla əlaqədar 15150 manat, lambirinlərin dağıdılması ilə əlaqədar 10000 manat, cəmi 25150 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə, “xxxx” MTK-nın binanı alması ilə əlaqədar o, həmin qeyri-yaşayış sahəsini ayda 1000 manata icarəyə vermək imkanından məhrum olundu, bu minvalla 2023-cü ilin may ayından bu günədək olan 20 ay müddətində 20000 manat məbləğində (əldən çıxmış fayda) maddi qazancı əldən çıxmışdır (Sexin dağıdılmazdan əvvəl və sonrakı şəkilləri və videogörüntüləri iddiaya əlavə edilir). Bundan əlavə, qeyri-yaşayış sahəsinin zorla, özbaşına uçurdulması nəticəsində, onun nüfuzuna mənəvi ziyan dəymiş, edilən zorakılıq onu sarsıtmış, ailəsi və tanışları yanında onun mənəvi durumuna ciddi xələl gətirmişdir. Bu minvalla ona 30000 manat mənəvi zərər dəymişdir. Beləliklə, ona 25150 manat maddi zərər, 30000 manat mənəvi ziyan və 20000 manat əldən çıxmış fayda, cəmi 75150 manat zərər dəymişdir. Ona dəymiş bu zərər mülki qanunvericiliyin tələblərinə əsasən “xxxx” MTK tərəfindən tam məbləğdə ödənməlidir. Bununla yanaşı “xxxx” MTK alqı-satqı barədə onun şərtlərinə razı deyilsə, həmin MTK ilə alqı-satqı müqaviləsi bağlamağı məqbul hesab etmir. Qanunvericiliyin bu tələblərinə əsasən onun qeyri-yaşayış sahəsinin ərazisi 30%, yəni 215,54x30%=64,6 kv.m əlavə olunaraq 280,2 kv.m hesablanmalıdır. Bunun da hər kv.m-i 3500 manatdan 980700 manat təşkil edir.

13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən ilk iddia üzrə iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi nümayəndə5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işə baxılarkən Cəfərov İsmayıl Ramiz oğlu məhkəməyə qarşılıqlı iddia vermişdir. Aşağıda istinad edəcəyi arqumentlərə əsasən qarşılıqlı iddia ərizəsini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Qarşılıqlı iddiaçı qeyd etmişdir ki, onun əmlakının ümumi sahəsi 215,54 m2 təşkil edir. Halbuki, istənilən yaşayış və ya qeyri-yaşayış sahəsinin ölçüsü müvafiq icra hakimiyyəti tərəfindən rəsmi qaydada təsdiq edilmiş çıxarışla və bu çıxarışa əlavə olunmuş texniki pasportla müəyyən olunur. Cəfərov İsmayıl Ramiz oğlunun özünün məhkəməyə təqdim etdiyi sənədlərdə əmlakın sahəsi 122,3 m2 göstərilmişdir. Bundan başqa Cəfərov İsmayıl Ramiz oğlu qeyd edir ki, guya ona hər m2 üçün 2000 manat təklif etmişlər. Bu da həqiqətə uyğun deyil. Hamıya məlumdur ki, Bakı şəhərində tikinti şirkətləri qeyriyaşayış sahələri (xüsusilə də zirzəmilər) üçün əlavə sahə təklif etmirlər. Buna baxmayaraq “xxxx” Mənzil Tikinti Kooperativi ona 122,3 m2 əvəzinə 160 m2 , yəni 37,7 m2 əlavə qeyri-yaşayış sahəsi təklif edir. 37,7 m2 əlavə qeyri-yaşayış sahəsi 30% -dən də çox edir. “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən ona maddi ziyan dəyməsi ilə bağlı qarşılıqlı iddiaçının dəlilləri də əsassızdır. Belə ki, Cəfərov İsmayıl Ramiz oğlu iddia ərizəsində özü qeyd edir ki, “2023-cü ilin may ayında icarəçilər eşidəndə ki, buranı sökəcəklər, onlar da başqa yer taparaq köçüb getmişlər”. Cəfərov İsmayıl Ramiz oğlunun məhkəməyə təqdim etdiyi ##.##.0217-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 3 il müddətinə icarəyə verilmişdir. Hətta belə bir hal öz təsdiqini taparsa belə, qeyd etdiyi kimi icarəçilər özləri könüllü olaraq çıxıb gediblər. Bununla əlaqədar şirkət tərəfindən onlara təzyiq və ya zor tətbiq olunmamışdır. O ki, qaldı orada olan dəzgahların və ya avadanlıqların şirkət tərəfindən “mənimsənilməsi” bu fakt da yalandır.

14. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cəfərov İsmayıl Ramiz oğlunun nümayəndəsi nümayəndə3 İsmayıl oğlu ilk iddianı qəbul etməmiş və rədd olunmasını, qarşılıqlı iddianı isə müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, “xxxx” MTK tərəfindən sökülməli olan Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanda olan qeyri-yaşayış sahəsi tam təmir olunmuş, döşəməsi metlax, bütün otaqların divarları və tavanı lambirin örtüklə işlənmiş, sanitar qovşağı tam təmir edilmiş abad obyekt idi. “xxxx” MTK tərəfindən obyekt özbaşına qəsdən sökülərək tam yararsız vəziyyətə salınmış və obyektin görkəmi onlar tərəfindən, qiyməti süni surətdə aşağı salmaq üçün dağıdılmış vəziyyətə gətirilmişdir. Sənədlə qeyri-yaşayış sahəsi olan Mehman İmanova məxsus obyektə görə sahibi tərəfindən “xxxx” MTK-dan hər m2 -nə 5500 manat tələb edilir. Müqayisə edərkən bəlli olur ki, onun obyektinin vəziyyəti ilə İmanov Mehmanın obyekti arasında heç bir fərq yoxdur, əksinə onun qeyri-yaşayış sahəsində katlavan üçün zəruri olan qazıntı işləri aparılaraq, “xxxx” MTK-nın xeyrinə xeyli işlər görülmüş olur, bu da onların xərcini azaltmaqla onun obyektinin dəyərini daha da artırır. Eyni zamanda “xxxx” MTK tərəfindən obyektinin özbaşına dağıdılaraq qiymətdən salınması və onu onlara sərf edən şərtlərlə müqavilə bağlamağa vadar edilməsi ona mənəvi cəhətdən ciddi təsir etmişdir. Ona görə də hesab edir ki, ona məxsus olan qeyri-yaşayış sahəsinin də hər m2 -nin dəyəri 3500 manat deyil, 5500 manatdan qiymətləndirilməlidir. Bu hesabla 280,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin alqı-satqı qiymətini 280,2x5500=1541100 manat dəyərləndirərək “xxxx” MTK ilə bu qiymətə alqı-satqı müqaviləsi bağlamağa razı olar. O, yeni bina tikilməsinə etiraz etmir sadəcə onun qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsini istəyir. Hətta çöldən-çölə ölçülməklə 3500 manatdan versələr də razı olar. Əks halda ünvan 2 ünvanda yerləşən 280,2 m2 qeyri-yaşayış sahəsinin hər m2-ni 5500 manat, cəmi 1541100 manat verilməsini və dövlət rüsumu 316 manat məbləğin onlara ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) ilk iddia təmin edilmiş, Cəfərov İsmayıl Ramiz oğlu tərəfindən ona məxsus ünvan 2 ünvanda olan 122,3 m2 yararsız vəziyyətdə olan qeyri-yaşayış sahəsinin boşaldılaraq “xxxx” MTK-ya təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinin əvəzinə ona “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq * saylı binada 160 m2 qeyriyaşayış sahəsinin verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə əsassız sayılaraq rədd olunmuşdur.

16. Birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası FHN Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə" Azərbaycan Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən **/** saylı yaşayış binasının texniki vəziyyəti barədə ## ######## 2024-cü il tarixli rəydən görünür ki, həmin ünvanda yerləşən binanın vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir.

17. Göründüyü kimi tərəflər arasında sökülməli olan qeyri-yaşayış sahəsinin ölçüsü və əvəzində veriləcək qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun veriləcək kompensasiya məbləği barəsində mübahisə vardır.

18. Hazirki halda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 009011000556-05101- ****** reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən Cəfərov İsmayıl Ramiz oğluna məxsus qeyriyaşayış sahəsinin ölçüsü 122,3 m2 -dir. “xxxx” Mənzil Tikinti Kooperativi isə ona məxsus qeyriyaşayış sahəsinin əvəzinə 160 m2 ölçüdə qeyri-yaşayış sahəsi təklif edir.

19. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Cəfərov İsmayıl Ramiz oğlu tərəfindən ona məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 47/13 ünvanda olan 122,3 m2 yararsız vəziyyətdə olan qeyri-yaşayış sahəsi boşaldılaraq “xxxx” MTK-ya təhvil verilməli, qeyri-yaşayış sahəsinin əvəzinə ona “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq * saylı binada 160 m2 qeyri-yaşayış sahəsi verilməlidir.

20. Məhkəmə qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi **/** saylı ünvanda yerləşən 280,2 kv.m qeyri-yaşayış sahəsinin hər kv.m-ni 5500 manat, cəmi 1541100 (bir milyon beş yüz qırx bir min yüz) manatdan qiymətləndirilməsinə razıdırlarsa, “xxxx” MTK ilə alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməyi barədə, əks təqdirdə alqı-satqı müqaviləsinin rədd edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi bu hissədə rədd edilməlidir. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 009011000556-05101-****** reyestr nömrəli çıxarışda Cəfərov İsmayıl Ramiz oğluna məxsus qeyri-yaşayış sahəsi 122,3 m2dir. Lakin Cəfərov İsmayıl Ramiz oğlu tələbində qeyri-yaşayış sahəsinin ölçüsünü 280,2 m2 qeyd etmişdir və qeyri-yaşayış sahəsinin 1 m2-nə 5500 manat tələb edir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tələbin bu hissəsini yetərincə əsaslandırmamış və məhkəməyə sübutlar təqdim etməmişdir.

21. Həmçinin “xxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Cəfərov İsmayıl Ramiz oğlunun mülkiyyətində olan 122,3 m2 qeyri-yaşayış sahəsinin əvəzinə 160 m2 , yəni 37,7 m2 əlavə qeyri-yaşayış sahəsi təklif edir. Göründüyü kimi 37,7 m2 əlavə qeyri-yaşayış sahəsi Cəfərov İsmayıl Ramiz oğlunun mülkiyyətində olan 122,3 m2 qeyri-yaşayış sahəsindən 30% -dən də çox təşkil edir.

22. Məhkəmə qarşılıqlı iddia tələbinin ona vurulmuş 25150 manat məbləğində maddi zərərin, 20000 manat məbləğində əldən çıxmış faydanın və 30000 manat məbləğində mənəvi zərərin, cəmi 75150 manat məbləğin “xxxx” MTK tərəfindən ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin bu hissəsini də sübut edə bilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 9, 13, 29, 43, 71-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2.1, 17.1, 17.2, 17.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İlkin iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ona dəymiş 25.150 manat mləğində maddi ziyan, 20.000 manat məbləğində əldən çıxmış fayda və 30.000 manat məbləğində mənəvi ziyanın “xxxx MTK” tərəfindən ödənilməsi, 280.2 kv.m qeyri-yaşayış sahənin hər kv.m-i üçün 3500 manatdan, cəmisi 980700 manat məbləğində ödənməsi barədə alqı-satqı müqaviləsi bağlanması, əks təqdirdə müqavilə bağlamaqdan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, məhkəmə işə tam, obyektiv və ədalətli baxmamış, birtərəfli və ədalətsiz baxaraq qətnaməni yalnız “xxxx MTK”-nın maraqlarını müdafiə etmək, iddiaçının mənzil hüquqlarını isə yalnız kobud surətdə məhdudlaşdırmaq istiqamətini götürmüş və bütün normativ aktlara da bu niyyətlə müraciət etmişdir. Mənzil hüquqlarının hansı səbəbdən məhdudlaşdırmağın zəruri olmasını əsaslandırmamışdır. Hansı zərurət yaranmışdır ki, onun əsas qanunda birbaşa təsbit olunmuş, əmlakının dəyəri kimi kompensasiya almaq barədə konstitusion hüququ kobud surətdə pozularaq, yalnız özlərinin də təsdiq etdiyi kimi külli miqdarda qazanc əldə etmək məqsədində olan “xxxx MTK”-nın mənafeyini müdafiə etmişdir. Burada nə dövlət mənafeyi, nə hərbi məqsəd, nə də ki, qanunda göstərilən digər zəruri vəziyyət mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsində göstərilən xüsusatların heç biri araşdırılmamış, yalnız tərəflərin izahatları alınaraq səthi qətnamə qəbul edilmişdir. Əldən çıxmış faydanın mövcudluğu, ona məxsus olan toxucu sexinin MTK nümayəndələri tərəfindən özbaşına dağıdılması, toxucu dəzgahlarının oğurlanması, ərazinin sökülüb dağıdılması faktı təsdiq olunduğu halda, məhkəmə bu faktları qətiyyən araşdırmamış və onların əməlinə lazımi hüquqi qiymət verməmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), S.Səlimova və M.Rüstəmli) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cəfərov İsmayıl Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmiş, Bakı şəhəri Nizami Rayom Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın əldən çıxmış fayda tələbinin rədd olunması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cəfərov İsmayıl Ramiz oğlunun cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinin qismən təmin edilərək, ## ####### 2024-cü il tarixdən başlayaraq 160 kvm qeyri-yaşayış sahəsi təhvil verilən günədək "xxxx” Mənzil Tikinti Kooperativindən hər ay 1000 (bir min) manat məbləğində icarə haqqının tutulub cavabdeh1 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 2 ünvanında yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə razılaşma əldə olunmuş və 20 % əlavə sahə təklif edilməklə müvafiq müqavilələr bağlanmışdır. Yeganə razılıq əldə olunmayan şəxs həmin binanın zirzəmisində yerləşən 122,3 kvm qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cəfərov İsmayıl Ramiz oğludur. “xxxx” MTK həmin qeyri-yaşayış sahəsinin əvəzinə İsmayıl Cəfərova 160 kv m. ölçüdə, yəni 37,7 kvm artıq qeyri-yaşayış sahəsi təklif edir ki, bu da hüquqmüəyyənedici sənədlərə əsasən ona məxsus olan sahədən 30 %-dən çoxdur. İsmayıl Cəfərov isə təklif olunan sahəni qaneedici saymır və apellyasiya baxışı zamanı da bildirdiyi kimi son nəticədə ona 215 kvm qeyri-yaşayış sahəsi verilməsini, yaxud həmin qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun dəyərinin ödənilməsini tələb edir. Cavabdeh bu tələbini onunla əsaslandırır ki, mübahisəli qeyri-yaşayış sahəsinin ümumi sahəsi hesablanarkən yükdaşıyan çöl divarların sahəsi də ümumi sahəyə daxil edilməli, yəni sahə çöldən-çölə hesablanmalı və yeni tikiləcək binada həmin sahəyə uyğun qeyri-yaşayış sahəsi verilməlidir.

28. Göründüyü kimi, tərəflər arasında sökülməli olan qeyri-yaşayış sahəsinin ölçüsü və əvəzində veriləcək qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun veriləcək kompensasiya məbləği barəsində mübahisə vardır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, iddiaçının cavabdehə təklif etdiyi 122,3 kvm qeyri-yaşayış sahəsinin əvəzinə təklif olunan 160 kvm qeyri-yaşayış sahəsi mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır.

30. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdeh bu davranışı ilə öz əmlak hüquqlarından sui-istifadə edir. Belə ki, həmin binanın əksər sakinləri ilə iddiaçı arasında razılıq əldə edildiyi və iddiaçının hər ay onlar qarşısında üzərinə düşən öhdəliyini icra etməyə məcbur olması cavabdehə məlumdur. Əgər iddiaçı üzərinə götürdüyü öhdəliyini icra edə bilməzsə, həmin şəxslərin hüquqları pozulacaqdır. Bununla belə, cavabdeh öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törədir, qeyri-yaşayış sahəsinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışır.

31. Avropa Məhkəməsinin presedent hüququna əsasən, * saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il ## #### tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il ## #### tarixli Qərar § 93).

32. Avropa İnsan Hüquqları Məhkəməsi Lyudmila Yuryevna Siqunova və Marina Yuryevna Siqunovanın Rusiyaya qarşı iş üzrə ## ###### 2019-cu il tarixində qərarında da oxşar iş üzrə eyni nəticəyə gəlmiş və qeyd etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar, bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir və bu baxımdan tədbir mütənasib və uyğundur. Avropa Məhkəməsi həmin qərarında məhz bu mütənasibliyi nəzərə alaraq şikayətin açıq-aşkar əsaslandırılmadığı qənaətinə gəlmiş və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq ərizəçilərin şikayətini rədd etmişdir.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin ilk iddia ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, həmin hissədə məhkəmənin gəldiyi nəticə işin müəyyən edilən hallarına uyğundur və həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya eyni zamanda birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi ilə bağlı hissədə gəldiyi nəticəni də əldən çıxmış faydanın ödənilməsi hissəsi istisna olmaqla qanuni və əsaslı saymış və hesab etmişdir ki, qətnamə həmin hissələrdə də dəyişdirilmədən saxlanımalıdır.

35. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi qarşılıqlı iddianın əldən çıxmış faydanın ödənilməsi hissəsini tamamilə rədd etməklə həmin hissədə yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, hələ ## #### 2017-ci il tarixdə mübahisəli 122,3 kvm qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Cəfərov İsmayıl Ramiz oğlu ilə X1 arasında müqavilə bağlanmış və həmin müqavilədə aylıq icarə haqqının 1000 (min) manat olduğu qeyd edilmişdir.

36. Məhkəmə kollegiyası iş materiallarına, o cümlədən X1 mülki işə əlavə olunmuş ərizəsində (1-ci cild, i.v.184) göstərilənlərə əsasən müəyyən etdi ki, onların arasında olan bu icarə münasibətləri mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın söküntüsünə başlanana qədər davam etmişdir. Bu isə o deməkdir ki, binada söküntü işlərinə başlanılması və binanın istifadə üçün tam yararsız vəziyyətə düşməsi nəticəsində İsmayıl Cəfərov 1000 manat aylıq icarə haqqından məhrum olmuşdur və bu, onun üçün əldən çıxmış fayda əhəmiyyəti daşıyır.

37. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, 160 kvm qeyri-yaşayış sahəsi İsmayıl Cəfərova təhvil verilənədək 1000 manat aylıq icarə haqqı əldən çıxmış fayda kimi hər ay "xxxx” MTK-da tutulub ona verilməlidir.

39. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi əvvəllər icarəyə verilməmiş olsaydı belə, bu, MTK-nı sahə mülkiyyətçisinə dəyən zərəri ödəmək vəzifəsindən azad etmir.

40. 1000 manat aylıq icarə haqqının tutulmasının əvvəlinin hansı vaxtdan hesablanmasına gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, bu tarix ## ####### 2024-cü il kimi qəbul edilməlidir. Belə ki, hazırkı işə əlavə olunmuş digər əlaqədar işlər üzrə məhkəmə qərarlarından da görünüdüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, e- **(***)-***/**** nömrəli qərardadı ilə "xxxx” MTK-nın müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin olunaraq Bakı şəhəri Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və **/** saylı yaşayış binalarının əlavə tikililərlə birlikdə istismarının dərhal dayandırılması, bu barədə əlaqədar təşkilatların məlumatlandırılması, 39, 41, 43 və **/** saylı yaşayış binalarının sakinləri binalardan və onların mənzillərindən köçürülməsi, həmin mənzillərin tam boşaldılması, binalara giriş qadağan edilməsi və binaların ətrafının şərti olaraq çəpərlənməsi və müvafiq xəbərdarlıq nişanları qoyulması, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və **/** saylı yaşayış binalarının mövcud sakinlərinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri vəzifəsinin “xxxx” MTK-ya həvalə olunması qərara alınmışdır. Həmin qərardad sonradan ləğv edilsə də, ləğv edilənədək onun icrası istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş və nəticə etibarilə ## ####### 2024-cü il tarixdən etibarən sakinlər binanı tərk etmişlər.

41. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirərəkən bu halın həqiqətən baş verdiyini müəyyən etmişdir.. Belə ki, baxış zamanı binanın yarıuçuq, dağılmış vəziyyətdə olduğu, mübahisəli qeyri-yaşayış sahəsindən istifadənin qeyri-mümkün olduğu müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia əldən çıxmış fayda hissəsində qismən təmin edilməli, ## ####### 2024-cü il tarixdən başlayaraq qeyri-yaşayış sahəsi təhvil verilən günədək "xxxx” MTK-dan Cəfərov İsmayıl Ramiz oğlunun xeyrinə hər ay 1000 manat məbləğində icarə haqqı tutulmalıdır.

43. Kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin digər hissələrinə münasibətdə qarşılıqlı iddia üzrə iddiaçının tələbini sübuta yetirə bilməməsi nəticəsi ilə razılaşmışdır.

44. Həmçinin, apellyasiya baxışı zamanı Nizami Rayon Prokrorluğuna edilən sorğuya cavabdan aydın olmuşdur ki, həmin prokurorluqda Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 47/13 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “xxxx” MTK tərəfindən qanunsuz söküntü işlərinin aparılması və oğurluq hadisəsinin baş verməsi barədə müraciəti üzrə araşdırma aparılır.

45. Göstərilənləri nəzərə alaraq kollegiya toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cəfərov İsmayıl Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə apellyasiya baxışının predmeti olan qarşılıqlı iddianın təmin olunmamış - əldən çıxmış fayda tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilməli, ## ####### 2024-cü il tarixdən başlayaraq qeyriyaşayış sahəsi təhvil verilən günədək "xxxx” MTK-dan hər ay 1000 manat məbləğində icarə haqqı alınıb Cəfərov İsmayıl Ramiz oğluna ödənilməli, mübahisələndirilən qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 21, 152.6, 560.1, 560.2,-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2.1, 17.1, 17.2, 17.3, 17.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikasının MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. İlkin iddia üzrə cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli *** saylı qərarının 4.1ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1, 247.1, 247.2, 1096, 1097.1, 1097.3, 1099.1-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən hər vəchlə MTK-nın qanunsuz mövqeyini müdafiə edilməyə çalışılmışdır. Apellyasiya instansiyası məhkəməsinin, həm də birinci instansiya məhkəməsinin istinad etdiyi Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli ** saylı qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli *** saylı qərarının 3-cü bəndi ilə qüvvədən düşmüşdür. Bununla da məhkəmələr tətbiq olunmalı olmayan qanunu tətbiq etmişlər.

49. Mülkiyyətində olan qeyri-yaşayış sahəmin altındakı torpaq sahəsi də**** saylı inventar sənədinə və mövcud qanunvericiliyin tələbinə əsasən onun istifadəsindədir.Qeyri-yaşayış sahəsinin əvəzində qanunlara uyğun olaraq həmin ərazidə mövcud olan torpaq sahəsinin və qeyri yaşayış sahəsinin bazar qiymətilə, dəyərini tələb edir, iddiaçının isə əsassız olaraq kompensasiya ödəməkdən imtina etməsinin səbəb və əsasları qətnamədə heç bir normativ hüquqi aktla izah olunmur.

50. Qanunlara uyğun olaraq aparılan ölçüyə heç bir etirazı və narazılığı yoxdur. Mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ölçüsü texniki pasporta əsasən və “xxxx” MTK-nın Süleyman adlı nümayəndəsi ilə ölçülərinə əsasən içəridən 155,5 kv.m, çöldən 215.54 kvm-dir. Əmlak üzrə ekspert Anar Nəsirovun “Ölke.az” saytında ##.##.2025-ci il tarixli rəyində geniş əhali kütləsinə verdiyi izahatda, çoxmərtəbəli binalar sökülərkən sahələrin ölçülməsinin çöldən-çölə aparılmasını, o cümlədən orta divarların da ölçüyə daxil edilməsini xüsusi olaraq izah etmişdir.

51. Həmin qeyri-yaşayış sahəsini əldə edəndə və ondan əvvəlki dövrdə orada olan artıq sahə barədə heç kəsin tələbi və narazılığı olmamışdır. Faktiki olaraq 25 ildən artıq mülkiyyətində olan 60 kvm-dən çox həmin artıq sahə nə üçün və hansı qanuna əsasən “xxxx” MTK-ya əvəzsiz verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə ##.##.2007-ci il tarixli Qanunun tətbiq edilməsi barədə Prezidentin ##.##.2007-ci il tarixli Fərmanının 2.3-cü maddəsində deyilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

52. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində deyilir ki, bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun VII fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir. Lakin bu zaman torpağı könüllü qaydada satmağı həvəsləndirmək məqsədilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 %-i miqdarında əlavə ödəniş həyata keçirilir.

53. Birinci instansiya məhkəməsinin qətnaməsinin 8-ci vərəqəsində ona aid olmayan mülkiyyət barədə qeyd etdiyi “xxxx” MMC-nin rəsmi rəyindən görünmüşdür ki, həmin binada yerləşən 74 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 245.000 manat edir, yəni hər kvm-i 3.310 manat təşkil edir. Həmin qeyri-yaşayış sahəsi onun sahəsilə qonşuluqda yerləşməklə faktiki olaraq onun qeyri-yaşayış sahəsilə eyni statusa malikdir və ekspertin müəyyən etdiyi bu məbləğ də, tamamilə tələbinə uyğundur. Birinci instansiya məhkəməsində iddiaçının vəkili nümayəndə5 ifadəsində etiraf edərək bildirmişdir ki, ona məxsus olan qeyri-yaşayış sahəsinin hər kv.m-ni 3500 manatdan ödəməyə razıdırlar, lakin yalnız kupçada göstərilən sahənin dəyərini ödəyə bilərlər. O isə etiraz edərək sahənin faktiki olaraq sənəddə göstəriləndən xeyli artıq olduğunu bildirmişdir. İddiaçı tərəfin Süleyman adlı nümayəndəsinin iştirakı ilə ərazi ölçülərkən sahənin ölçüsü içəridən 155.64 kv.m, çöldən isə 215 kv.m olmuşdur. Məhkəmədə bunu iddiaçı tərəf də təsdiq etmişlər. Artıq 60 kv.m sahəsinin nə üçün MTK-ya əvəzsiz verilməsinin səbəbi və əsasları göstərilməmişdir. Göründüyü kimi o, qeyri-yaşayış sahəsinin əvəzində qanunlara uyğun olaraq həmin ərazidə mövcud olan bazar qiymətilə dəyərini tələb edir, iddiaçının isə əsassız olaraq kompensasiya ödəməkdən imtina etməsinin səbəb və əsasları qətnamədə izah olunmur.

54. Apellyasiya məhkəməsi qətnaməsinin 39-cu bəndində məhkəmənin gəldiyi nəticə heç bir hüquqi normaya və ya obyektiv düşüncəyə əsaslanmır. Açıq-aşkar qeyri-yaşayış sahəsinin kompensasiyasını ödəməkdən nümayişkəranə surətdə imtina edən “xxxx” MTK-nı intizama dəvət edib, qanuni hüququnu təmin etməsini tələb etmək əvəzinə məhkəmə ədalətsiz olaraq işin ləngidilməsində mənim baiskar olduğumu, tənasübsüz əvəz istədiyimi sübut etməyə çalışmışdır. Məhkəmənin bu məntiqindən belə nəticə çıxır ki, söküntü-abadlıq işlərinin aparılması haqqında müvafiq orqanların qərarı varsa, deməli müvafiq MTK-larla yalnız əmlakın əvəzləşdirilməsi barədə razılığa gəlinməlidir, əmlakın bazar qiyməti ilə dəyərinin tələb edilməsi barədə konstitusion hüquqlarından isə imtina etməlidir. Belə hüquqi nəticə Konstitusiyaya və digər qanunlara tamamilə zidd olmaqla heç bir vaxt ədalətli və obyektiv mövqe kimi qiymətləndirilə bilməz.

55. Birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən ona dəymiş mənəvi ziyan məsələsinə heç bir hüquqi qiymət verilməmişdir. Belə nəticə alınır ki, “xxxx” MTK tərəfindən mənim obyektimin özbaşına dağıdılması, toxucu dəzgahlarımın, seyflərin və digər avadanlıqların oğurlanması, işgüzar nüfuzuna belə ağır ziyan vurulması nəticəsində dəymiş mənəvi ziyan adi bir haldır, bu əməllərə heç bir hüquqi qiymət vermək lazım deyil. Hansı ki, hamıya bəllidir ki, oxşar hadisə Bakı şəhərinin Yasamal rayonunda “Sovetski” adlanan ərazidə “xxxx” MTK tərəfindən binanın sakinlərinə qarşı törədildiyinə görə MTK-nın rəhbəri Qalib Məmmədov və digər əməkdaşları cinayət məsuliyyətinə cəlb olundular. Lakin mənim başıma gətirilən oxşar hadisəyə lazımi qiymət verilmir, keçirdiyim sarsıntı və əzab-əziyyət nəticəsində mənə vurulmuş mənəvi ziyanın məbləği dəqiqləşdirilərək, ”xxxx” MTK-nın maddi məsuliyyət daşımağına da hüquqi qiymət verilməlidir.

56. Apellyasiya məhkəməsinin qətnaməsinin 46-47-ci bəndlərində haqlı olaraq göstərilmişdir ki, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi qarşılıqlı iddianın əldən çıxsmış faydanın ödənilməsi hissəsini tamamilə rədd etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından göründüyü kimi hələ ## #### 2017-ci ildə mübahisəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Cəfərov İsmayıl Ramiz oğlu ilə X1 arasında müqavilə bağlanmış və həmin müqavilədə aylıq icarə haqqının 1000 manat olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarına, o cümlədən X1 mülki işə əlavə olunmuş ərizəsində göstərilənlərə əsasən müəyyən etmişdir ki, onların arasında olan bu icarə münasibətləri mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın söküntüsünə başlanana qədər davam etmişdir. Bu isə o deməkdir ki, binada söküntü işlərinə başlanması və binanın istifadə üçün tam yararsız vəziyyətə düşməsi nəticəsində İsmayıl Cəfərov 1000 manat aylıq icarə haqqından məhrum olmuşdur və bu onun üçün əldən çıxmış fayda əhəmiyyətini daşıyır. 51-ci bənddə qeyd edilmişdir ki, məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi əvvəllər icarəyə verilməmiş olsaydı belə, bu MTK-nı sahə mülkiyyətçisinə dəyən zərəri ödəmək vəzifəsindən azad etmir. Apellyasiya məhkəməsinin bu qənaətini tamamilə haqlı hesab edərək razılaşır. Lakin qətnamənin 52-ci bəndində qeyd olunmuşdur ki, 1000 manat aylıq icarə haqqının tutulmasının əvvəlinin hansı tarixdən hesablanmasına gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, bu tarix ## ####### 2024-cü il kimi qəbul edilməlidir. Belə ki, hazırkı işə əlavə olunmuş digər əlaqədar işlər üzrə məhkəmə qərarlarından da göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərardadı ilə “xxxx” MTK-nın ərizəsilə 2519-cu məhəllədən 39,41,43 və **/** saylı binaların istismarının dayandırılması, sakinlərin müvəqqəti yaşayış sahələri ilə təmin edilmələri vəzifəsinin “xxxx” MTK-ya həvalə olunması qərara alınmışdır. Həmin qərardad sonradan ləğv olunsa da, ləğv edilənədək onun icrası istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş və nəticə etibarı ilə ## ####### 2024-cü ildə sakinlər binanı tərk etmişlər. Məhkəmə bu əsasla əldən çıxmış faydanın ##.##.2024-cü ildən hesablanması qənaətinə gəlmişdir. Məhkəmənin bu qənaətini aşağıdakılara əsasən haqlı hesab oluna bilməz. Hər şeydən əvvəl ona görə ki, qətnamədə qeyd olunduğu kimi icarəçi Fatimə Sadikova ilə icarə müqaviləmiz ##.##.2017-ci ildən bağlanmış və binanın söküntüsü başlanana qədər davam etmişdir. Lakin faktiki olaraq ”xxxx” MTK və Mənzil İstismar İdarəsinin işçiləri tərəfindən 2023-cü ilin aprel-may aylarında obyektin sənədləri sakinlərdən yığılandan sonra icarəçi Sadikova Fatimə bildirdi ki, artıq xalça sifarişi qəbul edə bilmirik, çünki bir xalçanın əl ilə toxunuşu 5-6 ay çəkir, sifariş götürsək söküntü başlayanda yarımçıq qalacaq və yarımçıq qalan xalçanı da dəzgahın üstündən çıxarmaq və ya dəzgah qarışıq onu başqa yerə köçürmək mümkün deyildir. Ona görə də, 2023-cü ilin may ayında başqa icarə yeri taparaq köçüb getməyə məcbur oldular. “xxxx” MTKnın mübahisəli binada söküntü abadlıq barədə gördüyü hazırlıq işləri də 2022-ci ilin sonlarından başlamışdır. Mənzil İstismar idarəsinin işçiləri tərəfindən 2023-cü ildən başlayaraq sakinlərin mülkiyyət sənədləri toplananda hamıya bildirdilər ki, binaların sökülməsi Bakı şəhər İHB tərəfindən qərarlaşdırılmışdır. Bu faktı bina sakinləri də təsdiq edərlər. Eyni zamanda həmin binanın sökülməsi barədə Bakı şəhər İHB-nın sərəncamı ##.##.2021-ci ildə verilmiş və ##.##.2022-ci ildə ona dəyişiklik edilmişdir. Qərarda həmçinin MTK-nın üzərinə vəzifə qoyularaq qeyd olunmuşdur ki, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “xxxx” MTK-nın icarə əsasında istifadəsinə verilsin. Yəni sakinlərlə qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılıq vəzifəsi “xxxx” MTK-nin üzərinə qoyulmuşdur. Məhkəmə özü də təsdiq etmişdir ki, mənzillərin alqı-satqısına başlanandan xeyli müddət sonra yəni 2024-cü il #######ın ##-də “xxxx” MTK ərizə ilə müraciət edərək 39, 41, 43, və **/** saylı binaların sakinlərinin icarə haqları ödənməklə mənzillərdən çıxmaları barədə qərardad qəbul olunmuş, hansı ki, həmin qərardad da məhkəmənin qeyd etdiyi kimi sonradan ləğv olunmuşdur. Əldən çıxmış faydanın söküntü başlanan andan hesablanması heç bir qanunvericilik aktında nəzərdə tutulmamışdır. Faktiki olaraq əldən çıxmış faydanın əvvəli sakinlərlə müqavilə bağlanması prosesində icarəçinin məcburən başqa yerə köçməsi və mənə icarə haqqını verməyi dayandırdığı andan, yəni 2023-cü ilin may ayından hesab edilməlidir. Çünki həmin vaxtdan Sadıkova Fatimə ilə aralarında bağlanmış ##.##.2017-ci il tarixli müqavilə söküntü başlanana qədər, yəni 2023-cü ilin may ayında ləğv edilmişdir, bunun nəticəsində də onun aylıq gəliri əlindən çıxmışdır. Ona görə də, qanunun tələbinə uyğun olaraq əldən çıxmış faydanın əvvəli 2023-cü ilin may ayından hesablanmalı və “xxxx” MTK-nın qeyri-yaşayış sahəsini satın almasına dair onunla müqavilə bağlayacağı günədək davam etməlidir.

57. Apellyasiya baxışı zamanı onların hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyan tələbi araşdırılmamış, ziyanın məbləği dəqiqləşdirilməmiş və bu barədə konkret qərar qəbul edilməmiş, cinayət törətmiş şəxslərin əməllərinə hüquqi qiymət verilməmişdir.

58. Məhkəmə baxışı zamanı ona məxsus olan toxucu sexinin MTK nümayəndələri tərəfindən özbaşına dağıdılması, toxucu dəzgahlarının oğurlanması, ərazinin sökülüb dağıdılması faktlarına lazımi hüquqi qiymət verilməmiş, dəymiş ziyanın ödənməsi barədə heç bir tədbir görülməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

60. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

61. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

62. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

63. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

64. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

65. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

66. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

67. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

68. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

69. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir.

70. Maddə 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi.

71. Maddə 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.

72. Maddə 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir.

73. Maddə 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.

74. Maddə 17.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu ## ### 2002-ci il tarixli Qərarı

75. “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

81. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

85. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

88. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ona dəymiş 25.150 manat mləğində maddi ziyan, 20.000 manat məbləğində əldən çıxmış fayda və 30.000 manat məbləğində mənəvi ziyanın “xxxx MTK” tərəfindən ödənilməsi, 280.2 kv.m qeyri-yaşayış sahənin hər kv.m-i üçün 3500 manatdan, cəmisi 980700 manat məbləğində ödənməsi barədə alqı-satqı müqaviləsi bağlanması, əks təqdirdə müqavilə bağlamaqdan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qətnamə qəbul edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın maddi və mənəvi zərər tələbinin təmin edilməməsi, əldən çıxmış faydanın ödənilməsi müddətinin əvvəlinin hesablanması, 280,2 m2 qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 3500 manatdan, cəmi 980700 (doqquz yüz səksən min yeddi yüz) manat ödənilməsi barədə alqı-satqı müqaviləsi bağlanması hissəsinin təmin edilməməsinə aid hissədə və ilk iddianın təmin edilməsinə aid hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

89. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

90. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin, həm də birinci instansiya məhkəməsinin istinad etdiyi Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli ** saylı qərarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli *** saylı qərarının 3-cü bəndi ilə qüvvədən düşdüyü, bununla da məhkəmələr tətbiq olunmalı olmayan qanunu tətbiq etdiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi gəldikləri qənaətin qanuni əsası kimi Nazirlər Kabinetinin müvafiq qərarına istinad etməmişlər.

91. Məhkəmə kollegiyası kassasiya şikayətinin ərazinin sahəsinin ölçüsünün içəridən 155.64 kv.m, çöldən isə 215 kv.m olması barədə dəlili ilə əlaqədar bildirir ki, iş materialları ilə cavabdehin ərazinin ölçüsünün dəlildə göstərilən kimi olmasını təsdiq edən sübutlar təqdim etməsi təsdiqlənmir və məhkəmələr tərəfindən də ərazinin ölçüsünün dəlildə göstərilən kimi olması müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən ünvan 2 ünvanında yerləşən Cəfərov İsmayıl Ramiz oğluna məxsus qeyri-yaşayış sahəsinin ölçüsünün 122,3 m2 olduğu müəyyən edilmişdir.

92. Məhkəmə kollegiyası kassasiya şikayətinin birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən ona dəymiş mənəvi ziyan məsələsinə heç bir hüquqi qiymət verilmədiyi barədə dəlili ilə əlaqədar bildirir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissəsi ilə əlaqədar qənaəti ondan ibarət olımuşdur ki, iddiaçı iddia tələbinin bu hissəsini sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi ilə bağlı hissədə gəldiyi nəticəni əldən çıxmış faydanın ödənilməsi hissəsi istisna olmaqla qanuni və əsaslı saymış və hesab etmişdir ki, qətnamə həmin hissələrdə də dəyişdirilmədən saxlanımalıdır.

93. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissələrdə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

94. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

95. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi qarşılıqlı iddianın maddi və mənəvi zərər tələbinin təmin edilməməsi, əldən çıxmış faydanın ödənilməsi müddətinin əvvəlinin hesablanması, 280,2 m2 qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 3500 manatdan, cəmi 980700 (doqquz yüz səksən min yeddi yüz) manat ödənilməsi barədə alqı-satqı müqaviləsi bağlanması hissəsinin təmin edilməməsinə aid hissədə və ilk iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

96. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cəfərov İsmayıl Ramiz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi qarşılıqlı iddianın maddi və mənəvi zərər tələbinin təmin edilməməsi, əldən çıxmış faydanın ödənilməsi müddətinin əvvəlinin hesablanması, 280,2 m2 qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 3500 manatdan, cəmi 980700 (doqquz yüz səksən min yeddi yüz) manat ödənilməsi barədə alqı-satqı müqaviləsi bağlanması hissəsinin təmin edilməməsinə aid hissədə və ilk iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar