Məhkəmə qərarları › İş №2(1-8)-532/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-532/2026

01.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-532/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhəri, Həzi Aslanov adına ** saylı tam orta məktəbə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 noyabr 2*25-ci il tarixli, 2(1*5)- 1428/2*25 saylı qətnaməsindən cavabdeh Sumqayıt şəhəri, Həzi Aslanov adına ** saylı tam orta məktəb tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 1 may 2*26-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. 15.*9.2*1*-cu ildən 11.*6.2*25-ci il tarixədək İddiaçı Sumqayıt şəhəri, Həzi Aslanov adına ** saylı tam orta Məktəbdə gözətçi vəzifəsində işləmişdir.

2. 23.*6.2*25-ci il tarixli İttiham Aktına əsasən İddiaçı ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərərək xuliqanlıq etdiyi, yəni ictimai qaydanı kobud şəkildə pozduğu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etdiyi üçün ona qarşı AR Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə ittiham irəli sürülmüşdür.

3. Sumqayıt şəhəri, Həzi Aslanov adına ** saylı tam orta Məktəb üzrə 11.*6.2*25-ci il tarixli, ** saylı əmrdən görünür ki, Məktəbin gecə gözətçisi işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “f”bəndinə əsasən xitam verilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin *8.12.2*25-ci il tarixli, 2(*6*)-496/2*25 saylı hökmü ilə İddiaçı AR Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona *1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təmin edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1*.*3.2*26-cı il tarixli, 1(3-8)- 1*/2*26 saylı qərarı ilə İddiaçı Gürsət oğlunun apellyasiya şikayəti təmin edilərək, Sumqayıt şəhər məhkəməsinin *8.12.2*25-ci il tarixli, 1(*6*)-496/2*25 saylı hökmünə dəyişiklik edilmiş, “Konstitusiya və Suverenlik ili” münasibəti ilə bağlı AR Mülki Məclsinin 19 dekabr 2*25-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən İddiaçı Gürsət oğlu qeyd olunan hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Sumqayıt şəhəri, H.Aslanov adına ** saylı tam orta Məktəbə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, işlədiyi dövrdə öz iş öhdəliklərini yerinə yetirməməyinə və ya vəzifəsindən sui-istifadə etməsinə dair heç bir şikayət və ya narazılıq olmamışdır. 11.*6.2*25-ci il tarixdə işlədiyi məktəbin ** saylı əmri ilə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç“ və 72- ci maddəsinin “f” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən bilərəkdən onun barəsində əsassız olaraq şikayət etmiş və cinayət işi başladılmışdır. Lakin bu şikayət tamamilə əsassız və yalandır. O, cinayət tərkibi yaradacaq heç bir hərəkət elməmiş, onun təqsirli olması sübuta yetirilməmişdir. İşlədiyi dövrdə hər zaman işinə və kollektivə hörmətlə yanaşmış, vəzifəsini layiqincə yerinə yetirmişdir. Bu səbəbdən işdən çıxarılması barədə əmr qanunsuz və əsassız olmuşdur.

8. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı ilə iş yoldaşı arasında insident baş vermiş və nəticədə işin ahəngi pozulmuşdur. Bu səbəbdən də iddiaçı işəgötürən tərəfindən işdən azad edilmişdir. Bu barədə əmr qanunidir və onun ləğv edilməsinə zərurət yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2*25-ci il tarixli, 2(*6*)-5*71/2*25 saylı qətnaməsi ilə (hakim X1) iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə iş yoldaşı X2 arasında işlədikləri Sumqayıt şəhəri, H.Aslanov adına ** saylı tam orta Məktəbin inzibati binasında insident baş vermişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X2 15.*5.2*25-ci il tarixdə ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək 14.*5.2*25-ci il tarixdə xadimə işlədiyi Sumqayıt şəhəri, H.Aslanov adına ** saylı tam orta məktəbdə gözətçi işləyən İddiaçı onun qolunu sıxaraq, sağ qolunun dirsəkdən yuxarı hissəsinə yumruqla zərbələr vuraraq ona xəsarət yetirdiyini bildirmiş və polisdə toplanmış material üzrə fakta görə cinayət işi başlanmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən 11.*6.2*25-ci il tarixli, ** saylı əmr verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “f” bəndinə istinad etmişdir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, 14.*5.2*25-ci il tarixdə İddiaçı iş vaxtı ərzində bilavasitə iş yerində iş yoldaşı X3 qolundan sıxmaqla ona xəsarət yetirmiş və faktla bağlı cinayət işi başlanmışdır. Doğrudur, idiaçının təqsirli olması barədə hazırda hər hansı məhkəmə hökmü mövcud deyil.

13. Bununla belə, təhsil müəssisəsində bu tip hərəkətlər oradakı tədris prosesinə, işin ahənginə, təhsil alan şagirdlərin əxlaq və psixologiyasına mənfi təsir göstərdiyindən məhkəmə qeyd etmişdir ki, İddiaçı AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuş pozuntunu törətmişdir.Ona görə də işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 7*ci maddəsinin “ç” bəndinə istinad edilməklə iddiaçının işdən azad olunması barədə əmri qanuni və əsaslı hesab olunmalıdır.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işdən azad olunması barədə əmr ləğv olunmadığından, onun işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqı tələb etməsindən söhbət gedə bilməz.

15. Məhkəmə öz hüquqi mövqeyini AR Konstitusiyasının 35.1-ci, Əmək Məcəlləsinin 7.1, 7.2, 7*.ç, 83.2-ci, hağelə MPM-in 14.2,77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti işin hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 15.*9.2*1*-cu ildən 11.*6.2*25-ci ilədək Sumqayıt şəhəri, Həzi Aslanov adına ** saylı tam orta Məktəbində gözətçi işləmişdir. İşəgötürənin 11.*6.2*25-ci il tarixli, ** saylı əmrindən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” və 72-ci maddəsinin “f” bəndinə əsasən xitam verilmişdir. Həmin Məcəllənin 72ci maddəsinin “f” bəndində işçinin işdən azad edilməsi əsaslarından biri kimi onun iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əsası göstərilmişdir. Hazırkı işdə inzibati xətadan deyil, cinayət tərkibi olan əməldən söhbət gedə bilər. Belə ki, iddiaçıya qarşı AR CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə ittiham irəli sürülmüşdür. O, təqsirləndirilən şəxs qismində cəlb olunduqdan bir gün sonra işdən azad edilmişdir. Halbuki, şəxsin təqsirləndirilən şəxs qismində işə cəlb olunması onun hər hansı bir cinayət törətməsi onun cinayətkar olması demək deyil. Hər kəsin Konstitusiya ilə təminat verilən təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Göründüyü kimi, məhkəmənin qətnaməsi ilə həm də iddiaçının təqsirsizlik hüququ pozulmuşdur. AR Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Bu isə, o deməkdir ki, hazırkı iş üzrə işəgötürən işçini barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan işdən azad edə bilməzdi, ən yaxşı halda, müəyyən müddətə işdən kənarlaşdıra bilərdi. AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə istinad olunmaqla 7*-ci maddənin “ç” bəndi ilə işçinin işdən azad olunması o, halda qanuni hesab oluna bilər ki, işçinin barəsində onun inzibati xətanın və ya cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı olsun. Əks halda, işçinin həmin maddə ilə işdən azad edilməsi tamamilə qanunsuz və əsassızdır. Qeyd olunan müddəa kifayət qədər açıq-aydın müddəadır və əgər şübhə doğurursa AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinin şərh olunması üçün AR Konstitusiya Məhkəməsinə sorğu verilə bilər.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 noyabr 2*25-ci il tarixli, 2(1*5)- 1428/2*25 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov sədrlik edən, məruzəçi, Səyyad Qaffari və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, işəgötürənin 11.*6.2*25-ci il tarixli, ** saylı əmri ləğv edilmiş, iddiaçının cavabdehdə gözətçi vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz göstərilən əsasla xitam vermişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqsirli olması barədə hazırda hər hansı məhkəmə hökmünün mövcud olmadığını göstərsə də, iddiaçının işdən çıxarıldığı əsasa deyil, əmrdə göstərilməyən əsaslara istinad etmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, iddianın əsaslı olub-olmadığına ilk növbədə mübahisələndirilən əmrin özünün əsaslı olub-olmaması, əmrdə kobud səhv kimi qeyd olunan halların əmək müqaviləsinin xitamına əsas verib-vermədiyi baxımından qiymət verilməlidir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi işəgötürənin sözügedən əmrinin məzmununu AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi, 72-ci maddənin “f” bəndi, 84-cü maddənin və 189-cu maddənin 1-ci hissəsi üzrə əlaqəli şəkildə təhlil, təfsir etmədən, qanunvericilikdə nəzərdə tutulmuş yanaşmanın mahiyyətinə uyğun olmayan nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı barəsində iş yoldaşına, yəni məktəbdə xadimə işləyən X2 qarşı törətdiyi hərəkətlərə görə Sumqayıt Şəhər Poils İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və o, təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Bundan sonra iddiaçının əməli 17.*6.2*25-ci il tarixdə AR Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif edilmiş və ona yeni ittiham elan edilmişdir.

24. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçı barəsində cinayət qanununun müvafiq maddəsi ilə cinayət işinin başlanması ilə bağlı qərar olmuşdur. Belə olan halda işəgötürən müvafiq iddiaçının barəsində aparılan cinayət işi üzrə yekun aktın nəticəsini və qanuni qüvvəyə minməsini gözləmədən iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əsasını tətbiq etməklə onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, işəgötürən cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilməmişdir. Odur ki, işəgötürənin 11.*6.2*25-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.

26. Məhkəmə öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 5, 11, 42, 45.1, 62, 71, 3**-cü, habelə MPM-in 14.2,77 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı barəsində cinayət qanununun müvafiq maddəsi ilə cinayət işinin başlanması barədə qərar olmuşdu. Belə olan halda işəgötürən, iddiaçı barəsində aparılan cinayət işi üzrə yekun aktın nəticəsini və onun qanuni qüvvəyə minməsini gözləmədən, iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əsasını tətbiq etməklə onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Halbuki həmin əsasla işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iddiaçının müvəqqəti olaraq işdən kənarlaşdırılması mümkün idi. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ona görə əsassız hesab edilmişdir ki, məhkəmə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndini təqsirsizlik prezumpsiyası ilə eyniləşdirərək onun tətbiq sahəsini daraltmış və nəticədə maddənin məqsədinə və Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə zidd şərh vermişdir. Hazırkı işdə əmək müqaviləsinə xitam verilməsi iddiaçının cinayət məsuliyyətinin müəyyən edilməsi kimi deyil, təhsil müəssisəsində təhlükəsiz mühitin və əmək intizamının qorunması məqsədilə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə uyğun intizam-hüquqi tədbir kimi tətbiq edilmişdir. Belə ki, iş yerində cinayət tərkibi olan ictimai təhlükəli əməli törətmiş şəxs barəsində həmin hadisə ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa və işəgötürən əmək müqaviləsinin ləğvi barədə əmri yalnız səlahiyyətli orqanın yekun qərarından sonra qəbul etsəydi, uzun müddət davam edən inzibati və ya cinayət işlərinin yekunlaşmasının gözlənilməsi Əmək Məcəlləsində intizam tənbehinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddətə əməl edilməsini mümkünsüz edərdi. Bu isə əmək hüququnun mahiyyəti və təyinatına zidd olduğundan, AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində məhz “cinayət tərkibi olan ictimai təhlükəli əməl” ifadəsi işlədilmişdir. Buna görə də işəgötürən inzibati və ya cinayət işlərinin yekun qərarını gözləmədən, mülki hüquqi təqsirin mövcudluğunu təsdiq edən sənədlər əsasında əmək müqaviləsini ləğv edə bilərdi. Vurğulanmışdır ki, iş yerində törədilmiş cinayət tərkibi olan ictimai təhlükəli əməlin cinayət və ya inzibati xəta kimi qiymətləndirilməsi əmək müqaviləsi üzrə yaranan hüquq və öhdəliklərin mahiyyəti baxımından müstəqil hüquqi əhəmiyyət kəsb etmirdi. Burada əsas məsələ hadisənin işçinin qəsdi nəticəsində baş verib-verməməsi idi. Qəsd isə işçinin əmək vəzifələrinin pozulmasına yönəlmiş şüurlu davranışını ehtiva edirdi. Göstərilənlər belə nəticəyə gəlməyə əsas vermişdi ki, işəgötürən işçinin hadisəni qəsdən törətməsini təsdiq edən sübutlar (xidməti məlumat, izahat, akt, səs və video yazı və s.) əsasında əmək müqaviləsini ləğv edə bilərdi. AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə görə işçi bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə, hüquqlarından sui-istifadə etdikdə və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirdi. Beləliklə, işəgötürən tərəfindən qəbul edilmiş əmr yalnız əmək intizamının təmin edilməsinə deyil, həm də təhsil müəssisəsinin ictimai əhəmiyyət daşıyan funksiyasına, yəni uşaqların təhlükəsiz və mənəvi sağlam mühitdə təhsil almaq hüququnun qorunmasına xidmət etmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

31. Maddə 63. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

32. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

33. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

34. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

35. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

36. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

37. Maddə 62. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə.

38. Maddə 71.2. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

39. Maddə 3**. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını arasışdıraraq sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, maddi hüquq normalarının təfsirində səhvə yol verib.

52. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehdə “gözətçi” işləyib və 14.*5.2*25-ci il tarixdə o, iş vaxtı ərzində bilavasitə iş yerində iş yoldaşı X3 qolundan sıxmaqla, ona xəsarət yetirməklə, habelə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq etdiyi üçün istintaq orqanı tərəfindən onun barəsində AR Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi üzrə cinayət işi başlanıb. Bundan sonra, işəgötürənin 11.*6.2*25-ci il tarixli, ** saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “f” bəndinə əsasən 11.*6.2*25-ci il tarixdən xitam verilib.

53. Hazırda iddiaçı, iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan hər hansı ictimai-təhlükəli əmələ yol vermədiyini, əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etdiyini, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsasların olmadığını göstərib, işəgötürənin əmrinin ləğv edilərək əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsini iddia edir.

54. Cavabdeh isə iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində iş yoldaşına qarşı cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verdiyini, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulduğunu göstərib, iddiaya etiraz edir.

55. Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının təqsirli olması barədə hazırda hər hansı məhkəmə hökmünün mövcud olmamasına istinad edərək, iddiaçının işdən çıxarıldığı əsasa deyil, əmrdə göstərilməyən əsaslara istinad edib. Halbuki, iddianın əsaslı olub-olmamasına ilk növbədə mübahisələndirilən əmrin özünün əsaslı olubolmaması, əmrdə kobud səhv kimi qeyd olunan halların əmək müqaviləsinin xitamına əsas verib-verməməsi baxımından qiymət verilməlidir. Birinci instansiyası məhkəməsi, işəgötürənin sözügedən əmrinin məzmununu AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi, 72-ci maddənin “f” bəndi, 84-cü maddəsinin və 189-cu maddəsinin 1-ci hissəsi üzrə əlaqəli şəkildə təhlil, təfsir etmədən, qanunvericilikdə nəzərdə tutulmuş yanaşmanın mahiyyətinə uyğun olmayan nəticəyə gəlib. Belə ki, istintaq orqanı iddiaçı barəsində cinayət qanununun müvafiq maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edib. Belə olan halda işəgötürən, iddiaçı barədə aparılan cinayət işi üzrə yekun məhkəmə aktının nəticəsini və qanuni qüvvəyə minməsini gözləmədən iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verməsi əsasını tətbiq etməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verib və bununla da yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozub.

56. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, mülki qanunverciliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

57. O, da qeyd edilməlidir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək işə baxan məhkəmənin vəzifəsidir. Çünki, hüququn tətbiqinə bilavasitə işə baxan məhkəmə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi məhkəmə üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “mənə faktları ver, sənə uyğün hüququ verim” (da mihi factum, dabo tibi ius) prinsipinə əsaslanır.

58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, hazırkı tələbin hüquqi əsasının yoxlanılması üçün ilk növbədə iddiaçının tələbinə uyğun gələn AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinin, habelə 72-ci maddəsinin “f” bəndinin dispozisiya şərtlərinin nəzərdən keçirilməsini zəruri hesab edir.

59. Məlum olduğu kimi “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” AR Əmək Məcəlləsinin X fəslində təsbit edilib və həmin fəsil AR Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir.

60. Həmin Məcəllənin 7*-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanır və Maddənin ç) bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

61. Həmin Məcəllənin 72-ci maddəsində isə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan söhbət açılır və Maddənin f) bəndində göstərilir ki, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

62. Normanın mənasına görə işçinin iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verməsi onun tərəfindən əmək vəzifəsinin kobud şəkildə pozulması hesab edilir və bu hal işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç) bindində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə əsas verir ki, müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymiş olsun.

63. Əvvəla, işçinin iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verməsi, ilk növbədə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması ilə nəticələnməlidir.

64. İşdən görünür ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç) bəndi, 72-ci maddəsinin f) bəndi üzrə xitam verilərkən, onun barəsində AR Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətini törətməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmasa da, o iş vaxtı ərzində bilavasitə iş yerində yəni, təhsil müəssisəsində təhsil alan şagirdlərin əxlaq və psixologiyasına mənfi təsir göstərən intizam xətasına yol verib və nəticədə təhsil müəssisində işin, əmək və icra intizamının normal ahəngi və müəssisədaxili intizam qaydaları pozulub. Bu fakt istintaq orqanı tərəfindən aparılan cinayət işinin materialları ilə də istisna olunmur. Həmçinin işdən görünür ki, iddiaçının iş yerində- təhsil müəssisəsində iş yoldaşlarına qarşı fiziki zorakılıq tətbiq etməsi, habelə müəssisədaxili ictimai qaydanı pozması faktı, özüözlüyündə

65. təhsil mühitinin təhlükəsizliyinə də zərər vurub. Bu isə son nəticədə təhsil müəssisində həm əmək intizamına, həm də təhsilalanların hüquqlarına yönəlmiş bir təhlükə yaratdığı üçün, işəgötürən tərəfindən haqlı olaraq iddiaçı ilə bağlanmış əmək əmək müqaviləsinə xitam verilib və bu işəgötürənin hüququ deyil, həm də təhsilalanların qanunla nəzərdə tutulmuş müdafiəsini təmin etməyə yönəlmiş vəzifəsidir.

66. AR Əmək Məcəlləsinin 1*-cu maddəsinin b), e), f) bəndlərində göstərilir ki, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, habelə əmək qanunverciliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sayılır.

67. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsində göstərilir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv etməklə işçiyə intizam tənbeh tədbiri verə bilər.

68. “Təhsil haqqında” AR Qanunun 32.3.3 və 32.3.11-ci maddələrində göstərilir ki, təhsilalanların- mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə keyfiyyətli təhsil almaq, habelə şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi, psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq hüquqları vardır.

69. Sadalanan normaların mənasına görə təhsil müəssisələrində zorakılıq, aqressiv davranış və ya psixoloji təzyiq hallarına yol verilməməlidir və hər bir halda işçilər əmək intizamına və müəssisədaxili intizam qaydalarına ciddi əməl etməklə iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaqla, əmək qanunverciliyinin tələblərinə ciddi əməl etməlidirlər. Əks halda, işəgötürənin hüququ var ki, AR Əmək Məcəlləsinin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işçi ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*ci maddəsinin “ç” bəndinə əsasən xitam versin. Digər tərəfdən nəzərə alınmalıdır ki, işçi iş vaxtı ərzində bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaya və ya cinayət tərkibi olan ictimaitəhlükəli

70. əmələ yol verdikdə, onu işdən kənarlaşdırmaq hüququ AR Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin c) bəndinə əsasən işəgötürənə məxsusdur və bu işəgötürənin vəzifəsi deyil, hüququdur.

71. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların təfsirində səhvə yol verib və belə qənaətə gəlir ki, iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimaitəhlükəli əmələ yol verməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmaması, işəgötürənin onun barəsində AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində sadalanan intizam tənbeh növlərindən birini verə bilməsinə mane ola bilməzdi.

72. Belə ki, işəgötürənin işçi ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç) bəndi üzrə xitam verməsi üçün, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud da 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması tələb olunur. Yəni, Əmək Məcəlləsinin 72-ci maddəsinin f) bəndi qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmasını mütləq şəkildə ehtiva etmir və işçinin iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verməsi onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç) bəndi üzrə xitam verilməsi üçün əsasdır.

73. Bundan başqa işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *8 dekabr 2*25-ci il tarixli hökmü ilə iddiaçı, AR Cinayət Məcəlləsinin 221-2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sonradan iddiaçının apellyasiya şikayətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1* mart 2*26-cı il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin *8 dekabr 2*25-ci il tarixli hökmünə dəyişiklik edilərək, “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı AR Milli Məclisinin 19 dekabr 2*25-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən iddiaçı, hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilib və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilib.

74. Göründüyü kimi iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verməsi faktı, artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də öz təsdiqini tapıb.

75. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin gəlidyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Ona görə də apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbləri təmin oluna bilməz.

76. AR MPM-nin 417.1 və 417.1.4-cü maddələrinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini...tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Sumqayıt şəhəri, Həzi Aslanov adına ** saylı tam orta məktəbin kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 noyabr 2*25-ci il tarixli, 2(1*5)-1428/2*25 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhəri, Həzi Aslanov adına ** saylı tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar