Məhkəmə qərarları › İş №2(1-8)-547/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-547/2026

14.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-547/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, vindiksiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli 2(103) ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh 2010-cu il tarixdə xxxla nikaha girərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən tikilinin iki otağına gəlin köçmüş və hazırkı vaxtadək orada yaşayır.

2. xxx ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.085348 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.036948 ha sahəni ##.##.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən əmisi qızı İddiaçı bağışlamışdır.

3. ünvan 2 nömrəli sahə ##.##.2022-ci il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) X2 və X3 ilə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.036948 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini və orada yerləşən fərdi yaşayış evini zəbt edərək qanunsuz olaraq həmin evdə yaşayır. Bir neçə dəfə cavabdehdən sözü gedən torpaq sahəsini və orada yerləşən fərdi yaşayış evini tərk etməsini tələb etsə də, cavabdeh evi və torpaq sahəsini tərk etməmişdir.

6. Cavabdeh iddiaya etiraz vermişdir. Etiraz onunla əsaslandırılıb ki, iddiaçı onun baldızı, yəni mərhum həyat yoldaşı X1 doğma bacısıdır, həmçinin əmisi oğlu xxxBakı Inzibati Məhkəməsində iddia qaldıraraq, cavabdehi və iki azyaşlı qız uşaqlarını daimi yaşadıqları mənzildən çıxartmağa cəhd etmiş, lakin nə Sabunçu Rayon Polis idarəsi, nə də Bakı Inzibati Məhkəməsi onun qanunsuz iddiasını təmin etməmişdir. Bununla kifayətlənməyərək, xxxxxxəmisiqızı olan iddiaçı ilə əlbir olub onu və iki qız uşağını daimi yaşadıqları fərdi yaşayış evindən çıxarmağa çalışırlar. Belə ki, 1990-cı ildən mərhum nənəsi xxx qızı guya mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini oğlan nəvələrindən biri xxxxxxa vermişdir. Halbuki, 853.28 ha kv.m torpaq sahəsində onun digər oğlu xxxvə onun da oğlu, yəni cavabdehin mərhum əri X1 rəsmi qeydiyyatda olmuşdur. xxxla 2010-cu ildə nikaha girdikdən sonra cavabdeh hazırda yaşadığı evə gəlin gəlmiş, xxx 2018-ci ildə vəfat etmişdir. Qeyd olunan ünvanda yaşayır, iki azyaşlı qız övladlarını ailə başçısını itirməsi ilə bağlı müavinət və yardımla böyüdür. Ərinin doğma bacısı olan iddiaçı cavabdehi iki yetkinlik yaşına çatmayan qız uşağı ilə küçəyə atmaq istəyir.

7. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən evə yerli baxış keçirmiş, baxış zamanı cavabdehin yaşadığı sahənin daş hasarla ayrılaraq, ayrıca həyətə giriş-çıxış qapısının olmasını, işıq, su və qaz sayğacları quraşdırıldığının müəyyən edildiyini qeyd etmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Ruslan Mirzəliyev)

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavavbdeh 2010-cu il tarixdə xxxla nikaha girərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən tikilinin iki otağına gəlin köçmüş və hazırki vaxtadək orada yaşayır. Qeyd olunan tikili iddiaçının izahatına əsasən 1988-ci il tarixdə tikilmişdir. Eyni zamanda iş materiallarında olan ##.##.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən hədiyyə verən xxxBakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.085348 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.036948 ha hissəsini əmisi qızı olan iddiaçıya bağışlamışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bağışlama müqaviləsinin məzmununa görə iddiaçıya yalnız 0.036948 ha torpaq sahəsi bağışlanmışdır. Yəni iddiaçının cavabdehi və uşaqlarını özünə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.036948 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yoxdur.

11. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, araşdırma zamanı cavabdehin hazırda yaşadığı tikilinin iddiaçıya bağışlanmış 0.036948 ha torpaq sahəsi hüdudları daxilində olması barədə iddiaçı heç bir sübut təqdim etməmişdir.

12. Bundan əlavə, iddiaçının yaşadığı sahənin baxımsız vəziyyətdə olması ilə bağlı Bələdiyyə tərəfindən cavabdehin yaşadığı sahənin dam hissəsinin bələdiyyə vəsaiti hesabına təmir olunması müəyyən edilmişdir

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 666.1, 666.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla belə əsaslandırılmışdır ki, məhkəmə işi tam və hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Belə ki, cavabdehin yaşadığı sahənin Bələdiyyə vəsaiti hesabına təmir olunması həmin sahənin onun mülkiyyətində olması mənasına gəlmir və iş üzrə sübut kimi qəbul edilə bilməz.

16. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin yaşadığı evin iddiaçının mülkiyyətində olan torpaqda yerləşibyerləşməməsini

17. müəyyən edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyi almışdır.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən torpaq sahəsi faktiki olaraq hasardaxili 369 kv.m təşkil edir. Torpaq sahəsində yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsi 005013043073 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyətində olsa da, faktiki olaraq istifadəçisi cavabdehdir. Qeydiyyatsız tikili iddiaçıya məxsus torpaq sahəsində yerləşir. Qeydiyyatdan keçməyən yaşayış evinin tikintialtı sahəsi 125 kv.m təşkil edir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin olunmuşdur. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Ikran Şirinov, Məhəmməd Rüstəmli)

20. Apellyasiya instansiyası məhkəməsi müətəxəssis rəyinə istinadən göstərmişdir ki, cavabdehin yaşadığı qeydiyyatsız tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bununla da cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qanunsuz sahiblik edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, iddiaçı cavabdehin övladıları ilə birlikdə həmin torpaq sahəsindən və torpaq sahəsində yerləşən qeydiyyatsız tikildən çıxarılmasını tələb etməyə haqlıdır.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh qeydiyyatsız tikilidə yaşamaqla torpaq sahəsinə qanunsuz sahiblik edir. Odur ki, cavabdehin tikilidən çıxarılması qət olunmadan iddiaçının torpaq sahəsinə olan mülkiyyət hüququnun müdafiəsi mümkün deyil. Lakin bu qətnamə həmin tikiliyə iddiaçının hüququnun tanınması ilə nəticələnmir. Cavabdeh tikilinin inşasına və təmirinə xərc çəkibsə, müvafiq əvəz ödənilməsi üçün qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

23. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti işin faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

31. Iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

32. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.

34. Işin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli ev iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsindədir, cavabdeh isə hazırda da iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərindəki evdə yaşamaqla iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarını pozur.

35. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.

36. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.

37. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları, o cümlədən mütəxəssis rəyini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

38. Iddiaçnın subyektiv hüququnun olmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, iddiaçı cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisisidr. Belə olan halda, mülkiyyətçinin öz hüquqlarının müdafiəsi ilə bağlı subyektiv hüququnun olmaması barədə dəlil əsaslı sayıla bilməz.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

40. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar