Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-550/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İsmayılov Abid Nadir oğlunun cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## ###### 2023cü il tarixli **** nömrəli fərmanına əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında” Əsasnamə, Agentliyin strukturu təsdiq edilmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin Hidrogoloji- Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət Xidməti yaradılmış, Agentliyin aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və X21 Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilmiş, Agentlik tabeliyində: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə X15 Xidməti, “xxxx” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X19 İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X19 İnstitutu, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə olan Obyektlərin Müdiriyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstituti “Azdövlətsulayihə”nin və tabeliyindəki “xxxx” ASC-nin “Sukanal” Elmi Təhqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılmışdır; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun ## ### 2024cü il3. tarixli, ***/f saylı əmri ilə 1. Agentliyin tabeliyindəki “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidəmti” X4n strukturu və ştat cədvəlinin təsdiq edilməsi; 2. “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidməti X4 işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin aparatı üzrə 180 ştat vahidinin müəyyən edilməsi; 3. “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidəmti” X4n İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edənə (K.Həsənova)– təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində struktura daxil olan qurumların ştat cədvəllərinin hazırlanması,- ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə təqdim edilməsi,- yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsini və bu əmrdən irəli gələn digər məsələlərin həllini təmin etməsi; 4. Aparat rəhbəri (F.Quliyev) əməkdaşların yerləşdirilməsi barədə təklifləri razılaşdırılması üçün Agentliyin sədrinə təqdim etməsi əmr edilmişdir;
4. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ * nömrəli Regional Sukanal İdarəsinin İsmayılov Abid Nadir oğluna ünvanlanmış ## #### 2024-cü il tarixli məktubuna əsasən “Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatı Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## ###### 2023cü il tarixli, **** nömrəli fərmanına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi ##.##.2024-cü il tarixdən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcək. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün Siz bir iş günü işdən azad edilirsiniz, xəbərdarlıq müddəti ərzində ixtisasınıza uyğun olan iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığın olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəliyə ödəməklə sizinlə bağlanmış əmək müqaviləsinə müraciət etdiyiniz gündən ləğv edilə bilər”;
5. X9 Sistemlərinin İstismarı İdarəsinin ## ####### 2024-cü il tarixli, ***/a nömrəli əmrinə əsasən, X5 “Nasos istismarı sahəsi üzrə 4-cü dərəcəli nasos qurğularının maşinisti” vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in * №-li Regional Sukanal İdarəsinin # ###### 2024-cü il tarixli, ***-K nömrəli Əmrdən görünür ki, İsmayılov Abid Nadir oğlu ilə bağlanmış əmək müqaviləsinə əsasən # ###### 2024-cü il tarixdən X11nin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ehtiyatda olan işçinin nasos qurğularının maşinisti vəzifəsindən azad edilmişdir;
6. ******* saylı Əmək kitabçasının surətinə əsasən # ###### 2024-cü il tarixli, ***-K nömrəli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir;
7. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in * №-li Regional Sukanal İdarəsinin # ###### 2024-cü il tarixli, ***-K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinə əsasən, “İsmayılov Abid Nadir oğlu - X11nin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ehtiyatda olan işçinin nasos qurğularının maşinişti ilə bağlanılmış əmək müqaviləsinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndində əsasən ##.##.2024-cü il tarixdən ləğv edilməsi, İsmayılov Abid Nadir oğluna Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən “xxxx” ASC-də 23 il 11 ay 3 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinətinin verilməsi, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 25 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə 0# ###### 2024-cü il tarixli, ***-K nömrəli əmrin ləğv edilməsi; onun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 işə bərpa edilməsi, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 tərəfindən ona işdən çıxarıldığı 0# ###### 2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi; İşə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xərci 60 manat cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 tutularaq ona ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla “xxxx” ASC-nin “xxxx” MMC arasında ##.##.2007-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanıb, əmək müqaviləsi üzrə usta vəzifəsində çalışıb. Sonradan onunla “xxxx” ASC-nin “xxxx” MMC arasında ##.##.2019-cu il tarixində yenidən müddətsiz əmək müqaviləsi bağlanıb. 2019-cu ilin avqust ayında ona və digər iş yoldaşlarına idarədə struktur dəyişikliyi olacağı deyilərək iddiaçı ilə yenidən müqavilə bağlanacağı, işlərinə davam edəcəkləri bildirilmişdir. “xxxx” ASC-nin strukturu ilə bağlı məsələlər barədə” Nazirlər Kabinetinin ## #### 2019-cu il tarixli, *** nömrəli Qərarına əsasən 2-ci bəndinə əsasən, “xxxx” ASC-nin tabeliyində, “xxxx” ASC-nin “xxxx” MMC-nin Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında * №-li regional sukanal idarəsi yaradılıb. ## ######## 2019cu il tarixdə onunla yeni, lakin müddətli əmək müqaviləsi bağlandı. Əmək müqaviləsinin müddəti 1 (bir) il olub. Beləliklə, 2019-cu ildə yeni müqavilə bağlamaq üçün onunla bağlanmış müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilib. Səbəb kimi iddiaçının başqa işə götürənlə əmək müqaviləsi bağladığı göstərilib. “xxxx” ASC * №-li regional sukanal idarəsinin ## ######## 2023-cü il tarixli, K-** nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Əmri qanunsuz və əsassız hesab etdiyi üçün “Əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin qəbul edilməsi” tələbi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edib. Naftalan Şəhər Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilib. Məhkəmə qərarından sonra “xxxx” ASC * №-li Regional Sukanal İdarəsinin X11nin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ehtiyatda olan işçinin nasos qurğularının maşinisti” vəzifəsinə işə bərpa olunub, onunla əmək müqaviləsi bağlanıb. Bildirir ki, burda da pozuntu var çünki ƏMAS sistemində olan məlumata əsasən iddiaçı Abid İsmayılov ##.##.2024-cü il tarixində işə bərpa edilib, ancaq əmək kitabçasına nəzər salanda ##.##.2024-cü il olaraq qaralanmışdır. Cavabdeh faktiki olaraq əsas sənəd olan əmək kitabçasında qaralama edərək tarix dəyişdirirsə bu qurumun fəaliyyəti artıq hamıya məlumdur. Bir işçi ilə qisasçılıq aparan, işində heç bir nöqsanı olmadığı halda sırf məhkəmə işini udduğu üçün onunla prinsip aparan bir qurumun olması ürək ağrıdıcıdır. ## #### 2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam veriləcəyi barədə ona Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in * №-li Regional Sukanal İdarəsinin rəis müavini Xaqani Vəliyev tərəfindən imzalanmış “Ştat vahidinin ixtisara düşməsi barədə” xəbərdarlıq təqdim edilib. Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in * №-li Regional Sukanal İdarəsinin 0# ###### 2024-cü il tarixli, ***-K nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. O cavabdehə qarşı “Əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin qəbul edilməsi tələbi” ilə Mediasiya Şurasının Bakı * saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməyib. Ona ## ###### 2024-cü il tarixli, *-*****/**** saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilib. Cavabdehin 0# ###### 2024-cü il tarixli, ***-K nömrəli əmrini qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, o 15 ildən artıq müddətdir ki, fasiləsiz olaraq cavabdeh qurumla işləyib. Əmək müqaviləsi üzrə əmək funksiyalarını həmişə vicdanla yerinə yetirib, işinin öhdəsindən layiqincə gəlib, hər hansı nöqsana yol verməyib. Qeyd edir ki, Yevlax rayonunda bütün işçilərə ştatlarının ixtisara düşəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq gəlmişdir ancaq onların hər biri ilə yenidən əmək müqaviləsi bağlandığı halda qərəzli olaraq iddiaçı Abid İsmayılovla yenidən əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh bu vəziyyətdən sui-istifadə edərək onun ştat vahidini ləğv edərək ayrılıqda yaranmış vəzifələr üzrə başqa bir iş ona təklif edilməmişdir.
10. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## #### tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən, bu Fərmanın 3-cü hissəsi və 5.3– 5.5-ci bəndləri nəzərə alınmaqla, Agentliyin tabeliyindəki Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X15 Xidməti yaradılmışdır. Həmin fərmanın 6.3-cü bəndinə əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat)– içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərilməsi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə həvalə edilmişdir. Həmin fərmanın 6.2-ci bəndinə əsasən, meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat)– içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərilməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həvalə edilmişdir. Fərmanlardan göründüyü kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkənin 5 şəhərində xidmət göstərir. İddiaçının işlədiyi X11 İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin struktur tərkibinə daxil deyil. Qeyd edim ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun ***/f nömrəli, ##.##.2024-cü il tarixli əmrinə əsasən, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X4 işçilərin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir. Həmin əmrə * nömrəli əlavədə X4n strukturu təsdiq edilmişdir. Həmin struktura 27 idarə daxildir, X11 isə həmin struktura daxil deyil. Hazırda həmin sahə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tabeliyindədir. Göründüyü kimi həmin ştat vahidi faktiki olaraq onlarda mövcud olmadığından iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 tərəfindən verilmiş əmr düzgündür və Prezidentin fərmanına uyğun verilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər həmin ştat vahidi onların strukturuna daxil olduğundan və əmr verilənədək iddiaçı cavabdeh qurumun işçisi olduğundan əmək müqaviləsinə də cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 tərəfindən xitam vermişdir. İddiaçını başqa maddə ilə işdən çıxarmaq mümkün deyildi. İddiaçının müqaviləsi müddətsiz olaraq bağlanmışdı. Onlar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 işçini işə götürməsi barədə göstəriş verə bilməzlər.
11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X15 Xidməti PHŞ tərəfindən ##.##.2025-ci il tarixli, 3-53-#/# ****/**** nömrəli cavab məktubundan görünür ki, İsmayılov Abid Nadir oğluna əmək stajına uyğun olaraq 9 təqvim həftəsi öncədən xəbərdarlıq bildirişi təqdim edilməklə * saylı regional Sukanal İdarəsinin 0# ###### 2024-cü il tarixli, ***-K nömrəli əmrinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Keçmiş “xxxx” ASC-nin * saylı Regional Sukanal İdarəsi ləğv edildikdən sonra İdarənin 106 nəfər işçi heyətinin 105 nəfəri ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsn X9 sistemlərinin İstismarı İdarəsi arasında əmək müqavilələri bağlanmışdır. İsmayılov Abid Nadir oğlu ilə yenidən əmək müqaviləsinin bağlanmamasına səbəb onun pensiya yaşına çatması olmuşdur. X9 Sistemlərinin İstismarı İdarəsinin ##.##.2024-cü tarixli, ***/a nömrəli əmrinə əsasən, X5 “Nasos İstismarı sahəsi üzrə 4-cü dərəcəli nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4 İsmayılov Abid Nadir oğlu ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında ##.##.2024-cü il tarixli, ***-K saylı əmrin ləğv edilməsi, İsmayılov Abid Nadir oğlunun "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4 əvvəlki vəzifəsinə bərpa edilməsi, ##.##.2024cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqının cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı göstərilmişdir. İddiaçı müəssisədə uzun illər çalışmış, fəaliyyətinə görə fəxri fərmanla təltif edilmiş nümunəvi işçi olmasına baxmayaraq, o, ixtisara düşmüşdür. Həmçinin müəssisənin 106 nəfər işçi heyətinin 105 nəfəri ilə ixtisardan sonra əmək müqaviləsi bağlanmasına baxmayaraq, yalnız Abid İsmayılova ixtisardan sonra işəgötürən tərəfindən əvvəlki işinə uyğun vəzifə təklif edilməmişdir.
14. Həmçinin işəgötürən tərəfindən işçi ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə işdən çıxarılarkən həmin Məcəllədə nəzərdə tutulmuş qaydada həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almadan əmək müqaviləsinə xitam verilmişdir. Həmin razılaşmanın mövcud olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının bildirdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam veriləcəyi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3n * №-li Regional Sukanal İdarəsinin rəis müavini Xaqani Vəliyev tərəfindən imzalanmış, “Ştat vahidinin ixtisara düşməsi barədə” xəbərdarlıq ona ## #### 2024-cü il tarixdə verilmişdir. * №-li Regional Sukanal İdarəsinin Həmkarlar İttifaqı təşkilatının sədri Nizami Qasımovun razılığı ## ####### 2024-cü il tarixdə alınmışdır. Göründüyü kimi cavabdeh tərəfindən qanunvericilik normaları pozulmaqla əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr verilmişdir.
15. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbi “işə bərpa olunduğu günədək hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Belə ki, hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1, 70, 71, 71.3, 77.1, 77.3, 78, 80.1, 83.1, 83.2, 84, 172.5 və 300-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən verilmiş ## ### 2024-cü il tarixli ***/* nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturu təsdiq edilmiş, X4n ştat vahidlərinin sayı 14000-dən 7700-dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur (Əmr iş materiallarına əlavə edilmişdir). Həmin strukturda Yevlax rayon Sukanal İdarəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs publik hüquqi şəxsə həvalə edilmişdir. İddiaçını çalışmış olduğu Yevlax rayon Sukanal İdarəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4n tərkibinə verilərək X9 sistemlərinin İstismarı İdarəsi yaradılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4n alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. İddiaçının işlə təmin edilib-edilməməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4n daxili işidir. Hal-hazırda cavabdehin Yevlax rayon Sukanal İdarəsi adında struktur təşkilatı mövcud deyil, həmçinin iddiaçının ştat vahidi də mövcud deyil. Bu kimi hallar olmasına və cavabdehin Yevlax rayonuna xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. İddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə istinad edərək iddiaçının əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqının rəyi alınmadığını və bununla da qanunun tələbi pozulduğunu qeyd etmişdir. Məhkəmə bu halda da düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə həmkarlara müraciət ünvanlanmış və həmkarların ##.##.2024-cü il tarixli cavabında əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Bunu əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən görmək mümkündür.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İsmayılova Günay Abid qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X7 bildirmişdir ki, iddiaçı onların təşkilatının əməkdaşı olmamışdır. “xxxx” ASCnin çevrilməsi ilə əlaqədar "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4 yaradılmışdır. Əmr də cavabdeh təşkilat tərəfindən verilmişdir. Su Kanal İdarəsi varislik qaydasında verilməmişdir. Onlar hamısı Dövlət Su Ehtiyatlarının tabeliyindədirlər. Onların təşkilata işçilər götürülən zaman iddiaçı pensiya yaşına çatdığı üçün işə götürülməmişdir. Onların burada qərəzi yoxdur. Əmr "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi tərəfindən verilmişdir. Bu işdə cavabdeh olaraq "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4 iştirak etməlidir. İddiaçını işdən onlar azad etməmişlər.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Cəmilə Musayeva - sədrlik edən və məruzəçi, Fuad Babayev və Fuad Abdıyev).
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işçilərin sayının və ya ştatların işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edibetməməsinə dair məsələləri nəzərdən keçirməlidir.
24. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. İxtisar real olmalıdır.
25. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının yazılı qərar formasında qabaqcadan əsaslandırılmış razılığı, işçiyə ixtisar olunacağı barədə əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli miqdarında ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr, işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat.
26. Beləliklə də, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilibedilməməsinə diqqət yönəlməsi zəruri hesab olunur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir.
27. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən müvafiq qanun pozuntularına yol verilməsi aşkar edilmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmamış, ixtisarın məqsədəuyğunluğu məsələsi əsaslandırılmamış, nəticələri barədə sənədlər tərtib olunmamış, həmkarlar ittifaqı təşkilatının yazılı qərar formasında qabaqcadan əsaslandırılmış razılığı alınmamış, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verildiyi müəyyən edilməmiş, iddiaçının işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizi aparılmamış, işlədiyi idarənin digər əməkdaşlarından fərqli olaraq onun stajına, ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilməmişdir. Apellyasiya şikayətində həmçinin, iddiaçının fəaliyyət göstərdiyi Yevlax rayon Sukanal İdarəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4n tərkibinə verilərək X9 sistemlərinin İstismarı İdarəsinin yaradılması halına istinad etmişdir. Qeyd etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4n alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. İddiaçının işlə təmin edilibedilməməsi
28. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4n daxili işidir. Hal hazırda cavabdehin Yevlax rayon Sukanal İdarəsi adında struktur təşkilatı mövcud deyil, həmçinin iddiaçının ştat vahidi də mövcud deyil. Bu kimi hallar olmasına və cavabdehin Yevlax rayonuna xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. İddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir.
29. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanına əsasən, tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4; tabeliyindəki Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 yaradılmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ## ### 2024-cü il tarixli ***/* nömrəli əmr verilmiş, həmin əmrə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturunda Yevlax rayon Sukanal İdarəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır.
30. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir, hüquqi şəxsin yenidən təşkilinin çevrilmə formasında həyata keçirilməsi mümkündür. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına əsasən yeni yaranmış hüquqi şəxsə keçir. Bu məntiqə uyğun olaraq hazırkı “işə bərpa və s.” tələbi işçinin əmək müqaviləsi üzrə hüquq və vəzifələrinin keçdiyi hüquqi şəxsə qarşı qaldırılmalıdır.
31. İşin materiallarından da görünür ki, İsmayılov Abid Nadir oğluna ##.##.2024-cü il tarixli məktubla ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in * №-li Regional Sukanal İdarəsi tərəfindən təqdim edilmiş, onunla bağlanmış əmək müqaviləsinə eyni PHŞ tərəfindən # ###### 2024-cü il tarixli, ***-K nömrəli əmr ilə xitam verilmişdir.
32. Bu isə onu göstərir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ iddiaçının tərəf olduğu əmək münasibətləri üzrə hüquqi varis kimi çıxış edir. Əksini sübut etmək, habelə özünü həmin əmək münasibətləri üzrə hüquqi varis olmadığını əsaslandırmaq vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, tərəfindən bu münasibətlərdə hüquqi varisliyinin olmamasını təsdiq edən hər hansı sübut, o cümlədən öhdəliklər üzrə digər PHŞ-nin hüquqi varisliyi haqqında müddəaları özündə əks etdirən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri sayır ki, ixtisara məruz qalmış iddiaçı ilə əmək münasibətlərinin onun pensiya yaşına çatması ilə əlaqədar davam etdirilməməsi mövcud əmək qanunvericiliyinin əsas prinsipləri ilə uzlaşmır. Belə ki, əmək qanunvericiliyinə əsasən yaranmış hüquqi vəziyyətdə yaş amili seçim meyarı kimi istifadə edilə bilməz və bu hal yolverilməz ayrı-seçkilik kimi qiymətləndirilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 11, 70, 71, 77, 78, 79, 80, 86, 300.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 14.2, 88, 217-ci maddələrinə istinadən əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən faktları nəzərə almamış, nəticədə maddi hüquq normalarının pozulması ilə əsassız qətnamə qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı kasassiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
38. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
39. Maddə 71, 1-ci hissə. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
40. Maddə 77.1-77.3. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda– azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda– azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda– azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda– azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda– orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda– orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda– orta aylıq əmə khaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
41. Maddə 77, 4-cü hissə. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
42. Maddə 78, 1 və 2-ci hissələr. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvləri; müharibə iştirakçıları; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslər; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslər; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir.
43. Maddə 79, 1 və 2-ci hissələr. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
44. Maddə 80, 1 və 2-ci hissələr. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
45. Maddə 86, 2-ci hissə. Müəssisə ləğv edildikdə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.
46. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən müvafiq qanun pozuntularına yol verilməsi aşkar edilmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmamış, ixtisarın məqsədəuyğunluğu məsələsi əsaslandırılmamış, nəticələri barədə sənədlər tərtib olunmamış, həmkarlar ittifaqı təşkilatının yazılı qərar formasında qabaqcadan əsaslandırılmış razılığı alınmamış, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verildiyi müəyyən edilməmiş, iddiaçının işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizi aparılmamış, işlədiyi idarənin digər əməkdaşlarından fərqli olaraq onun stajına, ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilməmişdir.
56. Məhkəmə qeyd etmişdir ki, İsmayılov Abid Nadir oğluna ##.##.2024-cü il tarixli məktubla ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in * №-li Regional Sukanal İdarəsi tərəfindən təqdim edilmiş, onunla bağlanmış əmək müqaviləsinə eyni PHŞ tərəfindən # ###### 2024-cü il tarixli, ***-K nömrəli əmr ilə xitam verilmişdir. Bu isə onu göstərir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ iddiaçının tərəf olduğu əmək münasibətləri üzrə hüquqi varis kimi çıxış edir. Əksini sübut etmək, habelə özünü həmin əmək münasibətləri üzrə hüquqi varis olmadığını əsaslandırmaq vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, tərəfindən bu münasibətlərdə hüquqi varisliyinin olmamasını təsdiq edən hər hansı sübut, o cümlədən öhdəliklər üzrə digər PHŞ-nin hüquqi varisliyi haqqında müddəaları özündə əks etdirən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.
57. Məhkəmə kollegiyası onu da vurğulamışdır ki, ixtisara məruz qalmış iddiaçı ilə əmək münasibətlərinin onun pensiya yaşına çatması ilə əlaqədar davam etdirilməməsi mövcud əmək qanunvericiliyinin əsas prinsipləri ilə uzlaşmır. Belə ki, əmək qanunvericiliyinə əsasən yaranmış hüquqi vəziyyətdə yaş amili seçim meyarı kimi istifadə edilə bilməz və bu hal yolverilməz ayrı-seçkilik kimi qiymətləndirilməlidir.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.