Məhkəmə qərarları › İş №2(1-8)-557/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-557/2026

01.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-557/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin və üzərindəki evin boşaldılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ### 2026cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Abşeron rayonu, S. Əliyev adına südlük-maldarlıq üzrə X3 Təsərrüfatı Müəssisəsinin ##.##.2000-ci il tarixli * nömrəli əmrinə və Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı Ramana Südçülük sovxozu ərazisində fərdi yaşayış evi tikmək məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır.

2. Həmin torpaq sahəsində bir və iki mərtəbəli fərdi yaşayış evləri inşa edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsindən cavabdehlər Abdullayev Natiq Şamil oğlu və cavabdeh1 (bundan sonra- cavabdehlər) həmin torpaq sahəsində olan bir mərtəbəli evdən cavabdeh Abdullayev Natiq Şamil oğlunun və iki mərtəbəli evdən cavabdeh1 çıxarılması, evlərin və ərazinin boşaldılması, torpaq sahəsinin və evlərin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə o, Taley Alaverdiyev adlı şəxslə razılaşaraq torpaq sahəsi və evləri ona təhvil vermişdir. X11 müəyyən əmlaklar verməli idi. Bu razılaşma əsasında ##.##.2012-ci il və ##.##.2020-ci il tarixlərdə Taley Alaverdiyevin adına etibarnamələr rəsmiləşdirmişdir. Lakin, TaleyAlaverdiyev razılaşmanın şərtlərinə əməl etməmiş, əmlaklardan birinə dair sənədi təqdim etməmiş, digərləri isə qaytarılmışdır. Bu səbəbdən də ##.##.2021-ci ildə notariusa ərizə verməklə həmin etibarnamələri ləğv etmişdir. Taley Alaverdiyev torpaq sahəsini və evləri ona qaytarmamış, əksinə, həmin əraziyə qardaşı cavabdeh2 və arvadı cavabdeh1 yerləşdirmişdir. Hazırda bu şəxslər bir və iki mərtəbəli evlərdə qanunsuz olaraq yaşamaqdadırlar. Cavabdehlər bu hərəkətləri ilə onun torpaq sahəsinə mülkiyyət hüququnu pozur, çünki onların həmin ərazilərə dair heç bir hüquqmüəyyənedici əsasları yoxdur.

5. İddiaçı tərəfin təqdim etdiyi “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli məktubunda olan koordinatlarla eynilik təşkil edir.

6. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron rayon İH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından, həmin torpaq sahəsinin koordinatlar üzrə sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, iddiaçıya məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron rayon İH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından, həmçinin torpaq sahəsinin faktiki texniki parametrləri ilə Abşeron rayon İH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə qeyd olunan parametrlər arasında uyğunsuzluq olduğundan (torpaq sahəsinin faktiki eni 18,6 metr, sənəd üzrə 21,2 metr) həmin torpaq sahəsinin koordinatlar üzrə hüdudlarına X1 və ya digərləri tərəfindən hər hansı bir müdaxilə olunubolunmamasının müəyyən edilməsi mümkün olmamışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilməmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə təqdim edilmiş sənədlərlə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması təsdiq olunsa da, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin iddiaçıya məxsus həmin torpaq sahəsi olması sübuta yetirilməmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının istifadəsinə verilmiş 0,08 ha torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən təsdiq olunmuş cizgi tərtib edilməmişdir və belə bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər mübahisəli evin tikintisində iştirak etmiş olsalar da, mübahisəli hal olan məhz həmin evin cavabdehlər tərəfindən zəbt olunması onların ifadəsində öz təsdiqini tapmamışdır.

10. Məhkəmə öz hüquqi mövqeyini AR Torpaq Məcəlləsinin 81, 83 və 84-cü, Mülki Məcəllənin 158.1.2 və 158.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, tam və obyektiv araşdırma aparılmamış, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir.

13. xxxxnin ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli (naturada 880 kv.m-dir) torpaq sahəsinin sərhədləri dəqiqləşdirilərək, iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olduğu müəyyən edilmişdir. Rəyə plan-sxem və foto cədvəl əlavə olunmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov - sədrlik edən, məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, mübahisəli torpaq sahəsində olan bir mərtəbəli evdən Abdullayev Natiq Şamil oğlu və iki mərtəbəli evdən cavabdeh1 çıxarılması, torpaq sahəsi və evlərin boşaldılaraq iddiaçının sahibliyinə qaytarılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsinin istinad etdiyi ##.##.2024-cü il tarixli ekspert rəyi natamamdır, demək olar ki, işin tam və hərtərəfli həlli üçün zəruri suallara cavab verməmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində əlavə ekspertiza keçirilməsi barədə vəsatət verilsə də, təmin edilməmişdir.

16. Məhkəmə kollegiya xxxxnin ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə istinadən qeyd etmişdir ki, Abşeron rayon İH-in ##.##.1995-ci il tarixli sərəncamına əsasən mübahisəli (naturada 880 kv.m-dir) torpaq sahəsinin sərhədləri dəqiqləşdirilərək iş üzrə cavabdehlərin məskunlaşdığı tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahə olduğu müəyyən olunduğundan, cavabdehlərin həmin torpaq sahəsi və tikilidə məskunlaşması və istifadə etmələri üçün hər hansı bir hüquqi əsas (icarə, kirayə və ya hər hansı başqa bir razılaşma) müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

17. Məhkəmə kollegiyası iddiaya etiraz edən cavabdehlərin iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərlə əlaqədar irəli sürdükləri dəlillərə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı və cavabdehlər hər biri mülki hüququn müstəqil subyektləridir. Bu baxımdan cavabdehlərlə iddiaçı arasında onların bilavasitə iddiaçıya məxsus torpaq sahəsi və tikilidə yerləşmələrinə dair hər hansı razılaşmanın olması (icarə, kirayə və ya hər hansı başqa bir razılaşma) müəyyən edilmədiyindən, iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərin hazırkı mübahisənin həlli ilə bağlı hər hansı hüquqi əhəmiyyəti yoxdur.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstutisiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh Abdullayev Natiq Şamil oğlu (vəkil vəkil6) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi torpaq sənədlərində ciddi uyğunsuzluqlar vardır; torpaq sahəsinin koordinatları və aidiyyəti hüquqi sənədlər dəqiq və uyğun deyil. Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən evə dair Abşeron rayon İH-in məktubu və ekspert rəyi əsassızdır. Məhkəmə iddiaçının tələb etmədiyi bir qərar çıxarmış və yalnız iddiaçının maraqlarını əsas tutmuşdur. Məhkəmə ekspertiza və sübutlara düzgün qiymət verməmişdir. Belə ki, iki ziddiyyətli ekspert rəyindən biri (müstəqil ekspertin rəyi) əsas götürülmüş, lakin dövlət ekspertizasının rəyi nəzərə alınmamışdır. Bu da obyektivlik və ədalət prinsiplərinin pozulması deməkdir. Həmçinin iddiaçı iddia etdiyi əmlak üzərində hüquqlarını sübut edə bilməmişdir. Bu baxımdan, onun tələb irəli sürmək səlahiyyəti yoxdur. Məhkəmə iclas protokolu natamam və qeyri-dəqiq tərtib olunmuşdur, vəkilin izahatları və əsas fikirləri protokolda tam əks olunmamışdır. Bu isə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə işə hərtərəfli, obyektiv və qərəzsiz yanaşmamışdır. Qətnamə sübutlara əsaslanmamış, iddiaçının qeyridəqiq və təsdiqlənməmiş məlumatları ilə qəbul edilmişdir.

21. Cavabdeh cavabdeh1 (vəkil vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsini və evləri daha əvvəl cavabdeh1 həyat yoldaşı Taley Alaverdiyevə faktiki olaraq satmış, buna dair alqı-satqı müqaviləsi və iki etibarnamə verilmişdir. Torpaq sahəsi müqabilində mənzillər və əlavə ödənişlər edilmişdir. Taley Alaverdiyev həmin ərazidə iki mərtəbəli ev tikmiş, özü və ailəsi orada yaşamışdır. Bu evlər iddiaçının deyil, cavabdehin və onun ailəsinin vəsaiti və əməyi ilə tikilmişdir. İddiaçı, əvvəlcə könüllü razılaşma ilə verilmiş əmlakın yenidən geri alınması üçün şikayət verərək hüquqdan sui-istifadə edir. Bu davranış AR Mülki Məcəlləsinin 560.1, 560.2 və 560.3.4-cü maddələrinə ziddir. Taley Alaverdiyev həmin ərazidə iki mərtəbəli ev tikmiş, özü və ailəsi orada yaşamışdır. Bu evlər iddiaçının deyil, cavabdehin və onun ailəsinin vəsaiti və əməyi ilə tikilmişdir. İddiaçı, əvvəlcə könüllü razılaşma ilə verilmiş əmlakın yenidən geri alınması üçün şikayət verərək hüquqdan sui-istifadə edir. Bu davranış AR Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-cü maddələrinə ziddir. Apellyasiya instansiyası məhkəməsi torpağın kimə məxsus olduğu ilə bağlı dəqiq araşdırma aparmamışdır. Belə ki dövlət ekspertizası torpaq sahəsinin sərhədlərinin qeyri-müəyyən olduğunu təsdiqləmiş, müstəqil ekspert rəyinin əsassız və qeyridəqiq olduğu sübut olunmuşdur. Məhkəmə kollegiyası işin hallarını və sübutları tam və hərtərəfli araşdırmamış, etibarnamələr və müqavilələr nəzərə alınmamışdır. Məhkəmə kollegiyası mübahisəni obyektiv araşdırmadan yekun qətnamə çıxarmışdır. Qeyd olunanlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin sübutların qiymətləndirilməsi haqqında ## ###### 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, istintaq zamanı şahid qismində dindirilmiş iddiaçı Bakı şəhəri, Ramana qəsəbəsində 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinə dair fərdi yaşayış evinin tikintisi üçün sovxozun çıxarışı olduğunu, torpaq sahəsindən 4 sotunu təxminən 2009-cu ildə 12.000 manata X4, ancaq sonuncunun adına torpaq rəsmi qaydada keçmədiyini bildirmişdir. İddiaçı özü etiraf edərək bildirmişdir ki, 2012-ci ildə Taley Alaverdiyev (Natiqin qardaşı, Leylanın həyat yoldaşı) həmin torpaq sahəsini ondan almaq istədiyini demiş, həmin razılaşma əsasında Taley göstərilən vaxt işlədiyi “xxxx” MTK-dan 2 otaqlı 84 kv.metr sahəli mənzili onun adına rəsmiləşdirmiş, o da həmin zaman 8 sot torpaq sahəsi ilə bağlı Taleyə etibarnamə vermişdir. Taleylə həmin razılaşmaları baş tutanda sonuncu ilə ona məxsus torpağın dəyərini, habelə onun müqabilində ona verdiyi mənzilə hansısa dəyər müəyyənləşdirməmiş, torpaq müqabilində mənzil verilməsi kimi razılaşmışdır. Taley həmin zaman Salman Vəliyevədə “xxxx” MTK-dan 2 otaqlı 84 kv. metr sahəli mənzil vermiş, əlavə olaraq 5.000 manat verilməsini və evin təmirindən 5.000 manat kömək edilməsini razılaşdırmışdır. Taley həmin zaman 5.000 manatı Salmana vermişdir. Salmanın həmin torpaq sahəsində 1 mərtəbəli köhnə evi olmuş, Taleyin ona verdiyi “xxxx” MTKdakı həmin evi sonradan “xxxx” MTK-da başqa mənzilə dəyişmişdir. Salmanın evinə görə təxminən 10.000 manat dəyər “xxxx” MTK-ya ödənilmədiyi üçün oradakı mənzil Salmana bu günə qədər verilməmişdir. Sonradan Taley “xxxx İnşaat” MTK-dan 33 kv. metr sahəli qeyriyaşayış sahəsi vermiş, ancaq həmin sahənin təyinatı daha çox maşın üçün nəzərdə tutulmuş dayanacaq yerinə uyğundur. Göründüyü kimi, iddiaçı ona aid olduğu qeyd edilən 0.04 ha torpaq sahəsinin əvəzi olaraq Taley Alaverdiyevdən “xxxx” MTK-dan 2 otaqlı 84 kv. metr sahəli mənzili, 0.04 ha torpaq sahəsinin əvəzi olaraq Salman Vəliyevə “xxxx” MTK-dan 2 otaqlı 84 kv. metr sahəli mənzil vermişdir. Sonradan mənzillə bağlı MTK arasında problem olduğu üçün X9 özünün inşa etdiyi hündür mərtəbəli binadan 33 kv. metr sahəli qeyri-yaşayış sahəsi vermişdir. Bu faktlar iddiaçının öz ifadəsi ilə təsdiqini tapır. Lakin nədənsə iddiaçı bu günkü gündə Taleylə aralarında olan ədavətə görə bu cür addım atır. Həmin torpaq sahəsində iki mərtəbəli ev Taley Alaverdiyev tərəfindən tikilmişdir. O evin iddiaçıya heç bir aidiyyatı olmamışdır. İddiaçı Korrupsiyaya qarşı Mübarizə İdarəsində şahid qismində dindiriləndə özü etiraf etmişdir ki, ona qalan 0,04 ha torpaq sahəsində köhnə bir mərtəbəli ev olmuşdur. O da sökülüb yerində iki mərtəbəli ev tikilmişdir. Həqiqətən iki mərtəbəli ev mövcud olsaydı, iddiaçı 2022-ci ildə şahid qismində dindiriləndə qeyd edərdi. Ən azından iddiaçı şahid qismində ifadə verərkən iki mərtəbəli evi olduğunu və ya onu özünün tikdirdiyini bildirməli idi. O sadəcə hazırda sökülmüş olan bir mərtəbəli evinin olduğunu qeyd etmişdir. Çünki iki mərtəbəli evi Taley Alaverdiyev tərəfindən tikilmişdir. Həmçinin tərəflər arasında ## ### 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılaraq iddiaçının 0.08 ha torpaq sahəsini Taley Alaverdiyevə satdığını, əvəzində isə 100.000 manat (mənzil və qeyri-yaşayış sahəsinin məbləği) alması göstərilmişdir. İddiaçı torpağı satmaq niyyəti olmuşdur. 2012-ci il tarixdə torpağı satdıqdan sonra Taley Alaverdiyev orada iki mərtəbəli fərdi yaşayış evi inşa etmiş, hətta bununla bağlı iddiaçının həyat yoldaşı da razılıq vermişdir. Taley Alaverdiyev evi inşa etdikdən sonra onun özü və ailə üzvləri köçüb orada yaşamağa başlamış, sənəd olaraq öz aralarında bunu ## ### 2020-ci il tarixdə rəsmiləşdirmək məqsədi ilə müqavilə bağlamışlar. Daha sonra iddiaçı tərəfindən ## ### 2020ci ildə təkrar olaraq 10 il müddətinə etibarnamə verilmişdir. Hətta iddiaçının həyat yoldaşı Nahidə Səfiquliyeva da razılıq ərizəsi vermişdir. Daha sonra Taley Alaverdiyev ilə aralarında olan ədavətə görə etibarnaməni ləğv etdirmiş Taleyin tikdirdiyi iki mərtəbəli evi almaq qərarına gəlmişdir. Hesab edir ki, bu hüquqdan sui-istifadədir. Belə ki, Taley Alaverdiyev kifayət qədər böyük məbləğdə fərdi yaşayış evini tikdirmişdir. Lakin hazırda iddiaçı onun ailə üzvlərini həmin evdən çıxartdırmaq istəyir. İddia ərizəsində iddiaçı bildirir ki, guya evi onun özü tikib. Halbuki, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

23. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə (hakimlər Zaur Əliyev məruzəçi, Vüsalə Baxışova və Zəki Babayev) kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlakların iddiaçı ilə Taley Alaverdiyevin qarşılıqlı razılaşması əsasında 2012-ci ildə sonuncuya təqdim edilməsi, on ildən artıq müddət ərzində onun və qohumları olan cavabdehlərin sahibliyində olması hər iki tərəfin verdiyi məlumatlarla təsdiqlənir. Belə olan halda, apellyasiya məhkəməsinin “iddiaçı ilə üçüncü şəxslər arasında olan münasibətlərin hazırkı mübahisənin həlli ilə bağlı hər hansı hüquqi əhəmiyyətinin olmaması” barədə mövqeyi əsaslı bir yanaşma sayıla bilməz.

26. Ona görə ki, hazırkı məqamda cavabdehlər mübahisəli əmlaka dair hüquqtəsdiqedici sənədlərə malik olmasalar da, həmin əmlakın onların sahibliyinə Taley Alaverdiyev tərəfindən verildiyi və sonuncunun da bu imkana iddiaçının özünün iradəsi əsasında malik olduğu işdə mübahisə edilmir. Belə olan halda, cavabdehlərin əmlakdan çıxarılması haqqında iddiaya iddiaçı ilə Taley Alaverdiyev arasındakı mübahisəli hüquq münasibətləri nəzərə alınmadan baxılması tərəflər arasındakı münasibətlərin həqiqi vəziyyətinə uyğun olmamışdır.

27. Odur ki, iddiaya hüquq haqqında mübahisə kimi baxılarkən əmlaka dair iddiaçının malik olduğu sənədlər əsasında cavabdehlərin torpaq sahəsindən və evlərdən çıxarılması tələbinin qanuni əsası müəyyənləşdirilməli, müvafiq normaların dispozisiya şərtləri əsasında iddianın və ona etirazların əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir.

28. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, torpaq sahəsinin Taley Alaverdiyevin sahibliyinə verilməsi müqabilində iddiaçıya başqa bir əmlakın (mənzil və s.) verilib-verilmədiyi, habelə torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinin iddiaçı, yoxsa cavabdehlər tərəfindən tikilməsi işin mübahisə olunan hallarıdır. Bu hallar mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir.

29. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə hər iki tərəfin istinad etdiyi dəlillər və mübahisəli halların aydınlaşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir.

30. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini AR Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissənə, “İnsan Hüquqlarının və X12 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 16.1, 152.1, 152.5, 157.2, 157.8, 560.1, 560.2, 560.3.4-cü maddələrinə, habelə MPM-in 14.1, 77.1, 88, 217.1, 217.3, 416.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov sədrlik edən, məruzəçi, Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdar.

32. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər mübahisəli əmlaka dair hüquqtəsdiqedici sənədlərə malik olmasalar da, həmin əmlakın onların sahibliyinə Taley Alaverdiyev tərəfindən verildiyi və sonuncunun da bu imkana iddiaçının özünün iradəsi əsasında malik olduğu işdə mübahisə edilmir. Belə olan halda, cavabdehlərin əmlakdan çıxarılması haqqında iddiaya iddiaçı ilə Taley Alaverdiyev arasındakı mübahisəli hüquq münasibətləri nəzərə alınmaqla qiymət verilməlidir. Mübahisəli torpaq sahəsinə iddiaçının malik olduğu sənədlər nəzərə alınaraq cavabdehlərin torpaq sahəsindən və evlərdən çıxarılması tələbinin qanuni əsası kimi AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbləri nəzərdən keçirilməlidir.

33. Həmin maddənin dispozitiv şərtini təşkil edən cavabdehlərin əmlaka qanunsuz sahiblik etdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İşdə olan sübutlardan müəyyən edilir ki, torpaq sahəsinin və onun üzərində yerləşən 1 və 2 mərtəbəli tikililərin Taley Alaverdiyevin sahibliyinə verilməsi müqabilində iddiaçıya başqa bir əmlak (mənzil) verilmiş, lakin sonradan həmin mənzil iddiaçı tərəfindən qaytarılmışdır. 2012-ci ildə sahibliyə qəbul edilmiş torpaq sahəsinin və üzərindəki tikililərin əvəzinin iddiaçıya ödənilməsini, habelə mübahisəli tikililəri inşa etmələrini təsdiq edən hər hansı sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı etibarlı olmayan (notarial qaydada təsdiqlənməmiş müqavilələr, yaxud əmlaka dair təmsil səlahiyyəti verən etibarnamələr və s.) bu konteksdə hüquqi bir əsas kimi nəzərə alına bilməz. Bununla belə, iddiaçının adına ayrılmış torpaq sahəsinin iddiaçının Taley Alaverdiyevləaralarında olan razılaşmaya əsasən iddiaçı tərəfindən öz iradəsi ilə cavabdeh tərəfə təqdim olunduğu müəyyən edilir. Torpaq sahəsində yerləşən tikililər cavabdehlər tərəfindən iddiaçının məlumatı daxilində və etirazı olmadan uzun müddətdir sahiblik və istifadə edilir. On ildən artıq müddət keçdikdən sonra iddiada göstərilən səbəblərlə, cavabdehlərin gözləntiləri nəzərə alınmadan torpaqdan və tikililərdən çıxarılması tələbi dürüstlük qaydasına və hüquqdan sui-istifadə qadağasına uyğun hesab edilə bilməz. Çünki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən (gözlənilən) mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi dürüstlük qaydası və ədalətlə uzlaşmır.

35. Məlum olduğu kimi, bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

36. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ekspert rəy, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il mütəxəssis rəyindən və “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən daha üstün sübut gücünə malikdir. Çünki Məhkəmə Ekspertizası Mərkəzinin rəyi xüsusi biliyə malik olan şəxs tərəfindən, qeyd edilən həmin MMC-lərin rəyi isə zəruri biliyə malik olan şəxslər tərəfindən verilmişdir.

37. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 16.1, 152.1, 152.5, 157.2, 157.8, 560.1, 560.2, 560.3.4-cü, habelə MPM-in 384, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsini qanunsuz məhdudlaşdırmış, iddiaçının əmlakının cavabdehlərin qanunsuz sahibliyində olmasını qəbul etsə də onun geri tələb edilməsini qanunsuz hesab etmişdir. Həmçinin iddiaçı hüquqdan sui-istifadəyə yol verməmişdir. Kassasiya instansiyası məhkəməsində işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburi olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu göstərişlərə riayət etməmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı cavabdehlər iddiaçının adına ayrılmış torpaq sahəsinin əvəzinin ödənilməsini (“xxxx” MTK-da iki mənzil,“xxxx” MTK-da mənzil) iddia etsə də bu halı təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişlər. Əksinə, iddiaçının verdiyi sorğuya cavab olaraq “xxxx” MTK-nın ## ######## 2025-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, 2012ci ilin iyun ayında Taley Alaverdiyev “xxxx” MTK-nə müraciət edərək, Bakı şəhəri, Ramana qəsəbəsində iddiaçıdan aldığı evə görə ona borcu olduğu üçün həmin şəxsin adına “xxxx” MTKnın Xırdalan şəhəri, * saylı ünvanda inşa etdiyi binadan hər birinin sahəsi 84 kv.m olan 2 ədəd iki otaqlı mənzil sənədləşdirilməsini xahiş etmiş və həmin mənzillərin dəyərinin özü tərəfindən nağd şəkildə ödəniləcəyini öhdəsinə götürmüşdür. Buna görə də kooperativ binanın mənzil tikintisi haqqında ## #### 2012-ci il tarixli müqaviləyə əsasən göstərilən binanın 1-ci giriş, 7-ci mərtəbəsindən ümumi sahəsi 84,53 kv.m olan 2 otaqlı ** saylı mənzili iddiaçının adına, ## ######## 2012-ci il tarixli müqaviləyə əsasən binanın 1-ci giriş, 8-ci mərtəbəsindən ümumi sahəsi 86,94 kv.m olan 2 otaqlı dəyəri 35776 manat olan ** saylı mənzili isə iddiaçının istəyi ilə X5 adına sənədləşdirilmişdir. X6 həmin mənzillərin pulunu ödəməmişdir. Məhz bu səbəbdən MTK ilə iddiaçı arasında bağlanmış ## #### 2012-ci il və X5 arasında bağlanmış ## ######## 2012-ci il tarixli müqavilələr ləğv olunmuş və göstərilən mənzillər başqa şəxslərə satılmışdır. Göründüyü kimi, bu məktubla Taley Allahverdiyevin iddiaçını aldatdığı və “xxxx” MTK-dən ona hər hansı mənzil verilmədiyi öz təsdiqini tapmışdır. Cavabdehlər heç bir əsas gətirmədən həmin sənədlərin saxta olduğunu iddia etmiş, məhkəmə kollegiyası buna heç bir münasibət bildirməmişdir. Araşdırma zamanı cavabdehlərin, yəni Taley Alaverdiyevin iddiaçıya ## ### 2020-ci il tarixli müqavilə ilə rəhbəri olduğu “xxxx İnşaat” MMC-nin Bakı şəhəri, Suraxanı r-nu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış massivində inşa edilən yaşayış binasının 2-ci mərtəbəsindən ümumi sahəsi 117 kv.m, dəyəri 93.600 manat olan 3 otaqlı mənzilin verməsi barədə dəlili öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş “xxxx” MTK ilə X2 arasında bağlanmış # ### 2021-ci il tarixli müqavilə ilə müəyyən edilmişdir ki, iddiaçının adına sənədləşdirilmiş “xxxx İnşaat” MMC-nin Bakı şəhəri, Suraxanı r-nu, Yeni Günəşli qəsəbəsi, “A- B” yaşayış massivində inşa edilən yaşayış binasının 2-ci mərtəbəsindən ümumi sahəsi 117 kv.m, dəyəri 93.600 manat olan 3 otaqlı mənzil sonradan Taley Alaverdiyev tərəfindən başqa şəxsə, yəni Günel Ömərovaya satılmışdır. İddiaçının dəfələrlə Taley Alaverdiyev tərəfindən aldadıldığını görməzdən gələn məhkəmə kollegiyası həmçinin nəzərə almamışdır ki, Taley Alaverdiyev 96 nəfər zərərçəkmiş şəxsin hər birini ona rəhbəri olduğu “xxxx” MTK-nın inşa etdiyi binada mənzil verəcəyi adı ilə aldadaraq dələduzluq etdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə məsuliyyətinə verilmişdir və iddiaçı növbəti “qurban”dır. Göründüyü kimi, məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini tam icra etməsə də araşdırılan sübutlarla təsdiq olunmuşdur ki, 2012-ci ildə sahibliyə qəbul edilmiş torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş evlərin əvəzi nə Taley Alaverdiyev, nə də cavabdehlər tərəfindən iddiaçıya ödənilməmişdir. Həmçinin cavabdehlərin rəsmi sənədlə iddiaçının adına ayrılmış torpaq sahəsinə və üzərindəki evlərə hansı hüquqi əsasla sahiblik etdikləri əsaslandırılmamış qalmışdır. Cavabdehlərin sözügedən əmlaklar üzərindəki sahiblikləri nə qanuna, nə də müqaviləyə əsaslanmasını sübut etməmişlər və Ali Məhkəmənin qərarında göstərildiyi kimi, istinad olunan qanuni əsas üzrə konkret normativ hüquqi aktın adı və norması, habelə bu normanın dispozisiya şərtləri ilə işin müəyyən edilmiş halları arasındakı uyğunluq, müqavilə əsasında isə etibarlı bir razılaşmanın mövcudluğu sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası dürüstlük və ədalət barədə Ali Məhkəmənin mövqeyini düzgün qiymətləndirməmişdir. Ali Məhkəmə vurğulamışdır ki, əgər iddiaçının adına ayrılmış torpaq sahəsinin əvəzi ona ödənilmişsə, bu səbəbdən sahə iddiaçının öz iradəsi ilə cavabdehlərə təqdim olunmuşsa, üstəlik torpaqda yerləşən tikililər Taley Alaverdiyev və ya cavabdehlər tərəfindən iddiaçının məlumatı daxilində və etirazı olmadan inşa edilmişsə, on ildən artıq müddət keçdikdən sonra iddiada göstərilən səbəblərlə, özü də cavabdehlərin əmlaka sərf etdikləri vəsaitin əvəzi ödənilmədən torpaq sahəsindən və evlərdən çıxarılması tələbinin dürüstlük qaydasına və hüquqdan sui-istifadə qadağasına uyğun olub-olmadığı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalıdır. Məhkəmə kollegiyasının özü iddiaçının adına ayrılmış torpaq sahəsinin əvəzinin ona ödənilməməsi, tikililərin iddiaçı tərəfindən cavabdehlərə təqdim edilməsi, habelə cavabdehlərin tikililəri inşa etmələri barədə heç bir sübut təqdim etmədikləri qənaətinə gəldiyi halda, nəzərə almamışdır ki, bu şərtlər olmadığı üçün dürüstlük haqqında müddəanın da tətbiq edilməsi mümkün deyil. Əksinə, iddiaçının cavabdehlərin qanunsuz sahibləndikləri torpaq sahəsindən və evdən çıxarılması tələbi dürüstlük qaydasına və ədalətə uyğun olmaqla hüquqdan sui-istifadə deyildir. Dürüstlük qaydasının yalnız iddiaçıya şamil olunması qənaətinə gələn məhkəmə kollegiyası bu zaman nəzərə almamışdır ki, iddiaçı öz torpaq sahəsini və tikililəri Taley Alaverdiyevə əvəzsiz verməmişdir və Taley Alaverdiyevin həmin əmlakların əvəzini ödəməməsinin və onlara qanunsuz sahiblik etməsinin özü də dürüstlük qaydalarına uyğun hesab edilə bilməz. Taley Alaverdiyev uzun müddət iddiaçının aldığı torpaq sahəsi və tikililərin əvəzinə ona “xxxx” MTK-dan, daha sonra isə “xxxx” MTK-dan mənzil verəcəyini vəd etməklə aldatmış, sonuncu adına sənədləşdirilmiş “xxxx İnşaat” MMCnin Bakı şəhəri, Suraxanı r-nu,Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış massivində inşa edilən yaşayış binasının 2-ci mərtəbəsindən ümumi sahəsi 117 kv.m, dəyəri 93.600 manat olan 3 otaqlı mənzilin # ### 2021-ci ildə Taley Alaverdiyev tərəfindən başqa şəxsə, yəni Günel Ömərovaya satıldığını bildikdən sonra 2# ### 2021-ci ildə Taley Alaverdiyevə verdiyi etibarnaməni ləğv etdirmişdir. Lakin məhkəmə kollegiyası bu mühüm xüsusatları nəzərə almamışdır. Bundan əlavə, vicdanlı sahibin (yəni cavabdehlərin) çəkdiyi xərcləri ödəmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsini dürüstlük qaydası və ədalətlə uzlaşmayan hal hesab edən məhkəmə kollegiyaı bu xərclərin nədən ibarət olmasını və bununla bağlı mövqeyini əsaslandıra bilməmişdir. Araşdırma zamanı məhkəmə kollegiyası bir sıra prosessaul pozuntulara da yol vermişdir. Belə ki, tərəfimizdən məhkəməyə iddiaçı tərəfindən özünə məxsus mobil telefonda yenicə Taley Alaverdiyev və cavabdeh2 arasında aparılmış danışıqlar barədə səsli mesajların və yazışmaların aşkar edildiyini, həmin yazışamaların mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini, həmin mesajların göstərilən səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilmədiyini bildirərək onların sübut kimi iş materiallarına əlavə olunması barədə vəsatətə versə də məhkəmə kollegiyası formal bəhanə ilə (birinci instansiya məhkəməsinə təqdim edilməməsi) onları qəbul etməkdən imtina etmişdir. Halbuki ## ###### 2023-cü il tarixli səs yazısında cavabdeh2 qardaşı Taleyin və iddiaçının dələduz olduğunu və onun kimi halal adamı aldatdığını dəfələrlə vurğulamış, Taley Alaverdiyev isə iddiaçının haqlı olduğunu etiraf etmiş, ona borclarını yığması və pulunu götürdükdən sonra qalan pulları özünə qaytarması üçün etibarnamə verməyi təklif etmişdir. Məhkəmə kollegiyası səs yazılarının sübut kimi qəbuledilməsi ilə bağlı müşavirəyə getdikdən sonra iclas zalına qayıdıb bu barədə vəsatətin rədd edilməsini elan etməklə yanaşı, digər prosessual pozuntuya yol verərək ardınca iş üzrə qətnaməni elan etmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

41. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

İnsan Hüquqlarının və X12 X14

42. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

46. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

47. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

48. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

49. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

50. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. İddiaçının kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

60. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya məkəməsi kassasiya məhkəməsinin bundan əvvəlki qərarında şərh edilən göstərişləri tam, hərtərəfli və obyektiv araşdırmayıb.

61. Belə ki, kassasiya məhkəməsi bundan əvvəlki qərarında təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatlarının, dəlillərinin dinlənilməsi, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükünün düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsinin əsaslandırılması, habelə ədalətli məhkəmə araşdırması hüququnun təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun hüquqi qiymət verilməsinə dair göstərişlər verib, lakin həmin göstərişər apellyasiya məhkəməsi tərəfindən lazımı qayadada araşdırılmayıb. Halbuki, AR MPM-in 420-ci maddəsinin mənasına görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

62. Digər tərəfdən, işdən görünür ki, Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X3 Təsərrüfatı Müəssisəsinin ## ###### 2000-ci il tarixli, ** saylı əmrinə və Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ###### 1995-ci il tarixli sərəncamına əsasən, iddiaçıya Bakı şəhəri, Ramana Südçülük sovxozu ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılıb.

63. Hazırda iddiaçı, iddia edir ki, 2012-ci ildə cavabdeh1 əri, cavabdeh2 isə qardaşı Taley Alaverdiyevlə razılaşaraq torpaq sahəsini və onun üzərində olan evləri sonuncuya təhvil verib və X11 müəyyən əmlaklar verməli idi. Hətta bu razılaşmaya əsasən ## ######## 2012-ci il və ## ### 2020-ci il tarixlərdə Taley Alaverdiyevin adına etibarnamələr verib. Lakin, Taley Alaverdiyev razılaşmanın şərtlərinə əməl etməyib, yəni əmlaklardan birinə dair onun adına sənəd verməyib, digərini isə sonradan geri alıb. Bu səbəbdən də 2# ### 2021-ci il tarixdə onun adına verdiyi etibarnamələri ləğv edib. Buna baxmayaraq TaleyAlaverdiyev torpaq sahəsini və evləri ona qaytarmayıb, əksinə həmin evlərdən birinə qardaşı cavabdeh2, digərinə isə arvadı cavabdeh1 köçürüb. Cavabdehlər isə iddiaya etiraz edərək bildiriblər ki, iddiaçı mübahisəli torpaq sahəsini və evləri daha əvvəl cavabdeh1 əri TaleyAlaverdiyevə faktiki olaraq satıb və buna dair alqısatqı 64.müqaviləsi və iki etibarnamə verib. Torpaq sahəsinin müqabilində iddiaçıya mənzillər verilib və əlavə ödənişlər edilib. Taley Alaverdiyev həmin torpaq sahəsində iki mərtəbəli ev tikib, özü və ailəsi orada yaşayır. Bu evlər iddiaçının deyil, cavabdehlərin və onların ailəsinin vəsaiti və əməyi hesabına tikilib. İddiaçı, əvvəlcə könüllü razılaşma ilə verdiyi əmlakların yenidən geri alınması üçün şikayət verərək hüquqdan sui-istifadə edir.

65. Cavabdehlər bildirdikləri halları təsdiqləyən sübut kimi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ## ###### 2022-ci il tarixli qərarına istinad edərək göstəriblər ki, istintaq zamanı şahid qismində dindirilmiş iddiaçı qeyd edib ki, 2012-ci ildə Taley Alaverdiyev mübahisəli torpaq sahəsini ondan almaq istədiyini bildirib və razılaşma əsasında Taley Alaverdiyev göstərilən vaxt işlədiyi “xxxx” MTK-dən 2 otaqlı, sahəsi 84 kv.metr olan mənzili iddiaçının adına rəsmiləşdirib, sonuncu isə torpaq sahəsi ilə bağlı Taley Alaverdiyevin adına etibarnamələr verib. Taley Alaverdiyevlə razılaşma baş tutanda iddiaçı torpaq sahəsinin dəyərini, habelə torpaq sahəsinin müqabilində ona verilən mənzillərin dəyərini müəyyənləşdirməyib və torpaq sahəsinə görə mənzilin verilməsi razılaşdırılıb.

66. Göründüyü kimi, cavabdehlər mübahisəli əmlaklara dair bu günədək hər hansı hüquqtəsdiqedici sənədlərə malik deyillər, həmin əmlaklar cavabdehlərin faktiki sahibliyinə məhz Taley Alaverdiyev tərəfindən verilib.

67. Apellyasiya məhkəməsi ümumiyyətlə bu hala, habelə mübahisəli torpaq sahəsinin sənədlərə əsasən iddiaçıya məxsus olmasına diqqət yetirməyib və işin obyektiv həlli üçün Taley Alaverdiyevi üçüncü şəxs qismində işə cəlb etməklə onun hazırkı mübahisəli məsələyə münasibətini öyrənməyib.

68. AR Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlmə əsaslarından bəhs olunur və həmin Məcəllənin 139-1.1.3-cü maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində hüququn əmələ gəlməsi əsaslarından biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilədir.

69. İşdən görünür ki, cavabdehlər iddiaçının mübahisəli torpaq sahəsini, evləri Taley Alaverdiyevə faktiki olaraq satdığını və buna dair alqı-satqı müqavilələrinin, etibarnamələrin olduğunu, başqa sözlə mübahisəli əmlakların əvəzinə iddiaçıya “xxxx” MTK-dan 2 mənzil,“xxxx” MTK-dan isə 1 mənzil verilməklə ödənildiyini iddia etsələr də, bu hallar mülki iş materialları ilə təsdiq olunmur.

70. Əksinə, “xxxx” MTK-in ## ######## 2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, 2012-ci ilin iyun ayında Taley Alaverdiyev “xxxx” MTK-nə müraciət edərək, Bakı şəhəri, Ramana qəsəbəsində iddiaçıdan aldığı evə görə ona borcu olduğu üçün, həmin şəxsin adına Xırdalan şəhəri, * saylı ünvanda inşa etdiyi binadan hər birinin sahəsi 84 kv.m olan 2 ədəd iki otaqlı mənzil sənədləşdirilməsini xahiş edib və həmin mənzillərin dəyərinin özü tərəfindən nağd şəkildə ödəniləcəyini öhdəsinə götürüb. Buna görə də MTK ## #### 2012-ci il tarixli müqaviləyə əsasən qeyd olunan binanın 1-ci giriş, 7-ci mərtəbəsindən ümumi sahəsi 84,53 kv.m olan 2 otaqlı ** saylı mənzili iddiaçının adına, ## ######## 2012-ci il tarixli müqaviləyə əsasən isə həmin binanın 1-ci giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 86,94 kv.m olan 2 otaqlı, dəyəri 35776 manat olan ** saylı mənzili iddiaçının istəyi ilə Telman Vəliyevin adına sənədləşdirib. Lakin, Taley Alaverdiyev həmin mənzillərin dəyirini ödəməyi üçün MTK ilə iddiaçı arasında bağlanmış ## #### 2012-ci il və Telman Vəliyev arasında bağlanmış ## ######## 2012-ci il tarixli müqavilələr ləğv edilib və göstərilən mənzillər başqa şəxslərə satılıb.

71. Apellyasiya məhkəməsi qeyd olunan hallar, habelə cavabdehlərin sözügedən əmlakları əvəzi ödənilməklə əldə edib-etməmələri, Taley Alaverdiyevin həmin əmlakların əvəzinə iddiaçıya verdiyi mənzillərin sonrakı talehi ilə maraqlanmayıb və barədə tərəflərin qarşılıqlı irəli sürdükləri dəlillərlə bağlı lazımı araşdırma aparmayıb.

72. Həmçinin, cavabdehlər heç bir əsas gətirmədən həmin sənədlərin saxta olduğunu iddia etsələr də, apellyasiya məhkəməsi onların bu dəlilinə də heç bir münasibət bildirməyib.

73. Bandan başqa, cavabdehlərin, o cümlədən Taley Alaverdiyevin mübahisəli əmlakın əvəzinə iddiaçıya ## ### 2020-ci il tarixli müqavilə üzrə “xxxx İnşaat” MMC tərəfindən Bakı şəhəri, Suraxanı r-nu, Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış massivində inşa etdiyi yaşayış binasından ümumi sahəsi 117 kv.m, dəyəri 93.600 manat olan 3 otaqlı mənzil verməsi də mülki iş materialları ilə öz təsdiqini tapmır.

74. Belə ki, “xxxx” MTK ilə X2 arasında bağlanmış # ### 2021-ci il tarixli müqavilədən görünür ki, sözügedən mənzil sonradan Taley Alaverdiyev tərəfindən başqa şəxsə, yəni Günel Ömərovaya satılıb. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlər, habelə Taley Alaverdiyev tərəfindən aldadılmaya məruz qalıb-qalmadığını, onun Taleh Alaverdiyevin təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıbtanınmadığını, cavabdehlərin rəsmi sənədlə iddiaçının adına ayrılmış torpaq sahəsinə və üzərindəki evlərə hansı hüquqi əsasla sahiblik etmələrini lazımı qaydada araşdırmayıb.

75. Apellyasiya məhkəməsi həmçinin dürüstlük və ədalət barədə kassasiya məhkəməsinin bundan əvvəlki qərarında şərh olunan hüquqi mövqeyi də düzgün qiymətləndirməyib. Belə ki, həmin qərarda vurğulanıb ki, əgər iddiaçının adına ayrılmış torpaq sahəsinin əvəzi ona ödənilmişsə, bu səbəbdən sahə iddiaçının öz iradəsi ilə cavabdehlərə təqdim olunmuşsa, üstəlik torpaqda yerləşən tikililər Taley Alaverdiyev və ya cavabdehlər tərəfindən iddiaçının məlumatı daxilində və etirazı olmadan inşa edilmişsə, on ildən artıq müddət keçdikdən sonra iddiada göstərilən səbəblərlə, özü də cavabdehlərin əmlaka sərf etdikləri vəsaitin əvəzi onlara ödənilmədən torpaq sahəsindən və evlərdən çıxarılmaları barədə tələbin dürüstlük və hüquqdan sui-istifadə qadağasına uyğun olub-olmadığı apellyasiya məhkəməsi tərəfindən lazımı qaydada yoxlanılmayıb.

76. Əksinə, apellyasiya məhkəməsi özü iddiaçının adına ayrılmış torpaq sahəsinin əvəzinin ona ödənilmədiyi, tikililərin iddiaçı tərəfindən cavabdehlərə təqdim edilmədiyi, habelə cavabdehlərin tikililəri inşa etmələri barədə heç bir sübut təqdim etmədikləri qənaətinə gəldiyi halda, nəzərə almayıb ki, bu şərtlər olmadığı halda dürüstlük haqqında müddəanın tətbiq edilməsi mümkün deyil.

77. Dürüstlük qaydasının yalnız iddiaçıya şamil olunması qənaətinə gələn apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı öz torpaq sahəsini və onun üzərində olan tikililəri Taley Alaverdiyevə əvəzsiz verməyib.

78. Göründüyü kimi, apellyasiya məhkəməsi Taley Alaverdiyevin torpaq sahəsi və onun üzərində olan tikililərin əvəzinə iddiaçıya “xxxx” MTK-dan, daha sonra isə “xxxx” MTK-dan mənzil verəcəyini vəd etməklə aldadıb-aldatmadığını dəqiqləşdirmədən, iddiaçının adına sənədləşdirilmiş 3 otaqlı mənzilin 0# ### 2021-ci il tarixli müqaviləyə əsasən Taley Alaverdiyev tərəfindən başqa şəxsə, yəni Günel Ömərovaya satıldığını bildikdən sonra iddiaçının 2# ### 2021-ci il tarixdə onun adına verdiyi etibarnaməni ləğv etməsini nəzərə almadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb.

79. Bundan əlavə, vicdanlı sahibin (yəni cavabdehlərin) çəkdiyi xərcləri ödəmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsini dürüstlük qaydası və ədalətlə uzlaşmayan hal hesab edən apellyasiya məhkəməsi bu xərclərin nədən ibarət olduğunu və bununla bağlı hüquqi mövqeyini lazımı qaydada əsaslandıra bilməyıb. Halbuki, iddiaya hüquq haqqında mübahisə kimi baxılarkən əmlaklara dair iddiaçının malik olduğu sənədlər əsasında cavabdehlərin torpaq sahəsindən və onun üzərində olan evlərdən çıxarılması tələbinin qanuni əsası müəyyənləşdirilməli, müvafiq normaların dispozisiya şərtləri əsasında iddianın və ona etirazların əsaslı olub-olmamasına hüquqi qiymət verilməli idi.

80. Hazırkı işdə hər iki tərəfin istinad etdiyi dəlillər və mübahisəli halların aydınlaşdırılması işin düzgün həlli üçün əhəmiyyətlidir. Buna baxmayaraq, apellyasiya məhkəməsi təkrar baxış zamanı da həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının tələblərinə tam əməl etməyib.

81. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

82. Kassasiya məhkəməsi vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

83. Bu qaydalara riayət edilməməsi AR Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X12 X14 əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur. AR Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin

84. səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).

85. Qeyd olunanları nəzərə alaraq, kassasiya məhkəməsi bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar yeni apellyasiya baxışına göndərilməli və təkrar apelyasiya baxışında tərəflərin izahatları, dəlilləri tam, hərtərəfli dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla, mübahisəyə qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilməlidir.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar