Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-558/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi və “xxxx” ASC cəlb olunmaqla) cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “müqavilələrin, maliyyə arayışının, ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi, reyestrdən çıxarışların ləğv olunması, ümumi yığıncağın keçirilərək üzvlüyinə qəbul edilmə, maliyyə arayışının verilməsi, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: inşa olunan binada mənzil sahəsinə sahiblik və istifadə hüququnun tanınması, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), XXX Vüqar Təvəkgül oğlundan və X5 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## #### 2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, XXX və XXX küçələrinin kəsişməsindəki 1058-ci məhəllədə özəlləşdirilmiş 17264,5 kv.m torpaq sahəsində 10 girişli yaşayış binalarının tikintisinin layihələndirilməsinə cavabdeh3 MMC-yə icazə verilmişdir.
2. cavabdeh3 MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC arasında bağlanmış ## ###### 2008-ci il tarixli podrat müqaviləsi ilə podratçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ünvan 2 məhəllədə 17264,5 kv.m sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir. Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla ümumi sahəsinin 25%-i sifarişçinin cavabdeh3 MMC-nin, 75%-i podratçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-nin mülkiyyətinə verməklə tərəflər arasında bölünəcəkdir.
3. Iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC cavabdeh cavabdeh3 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, XXX, 1058-ci məhəllədə yerləşən 17264,5 kv.m torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli yaşayış binasından cavabdeh tərəfindən təhvil verilməmiş 18837,99 kv.m yaşayış, 11551,42 kv.m qeyri-yaşayış sahələrinin və 213 ədəd qarajın ona naturada təhvil verilməsi, 21408,85 kv.m yaşayış, 12816,62 kv.m qeyri-yaşayış sahələrinin və 274 ədəd qarajın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı ## #### 2008-ci il tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı cavabdeh3 MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, XXX, 1058-ci məhəllədə yerləşən 17264,5 kv.m torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli, ümumi sahəsi qarajlarla birlikdə 81867,58 kv.m olan yaşayış binasının yaşayış sahəsindən 11804 kv.m hissəsinin naturada təhvil verilməsi vəzifəsinin, eləcə də, 11804 kv.m yaşayış sahəsinin cavabdehin mülkiyyətinə verilməsi ilə bağlı ## ###### 2008-ci il tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi vəzifəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## #### 2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
4. ## ### 2015-ci il tarixli, *** nömrəli müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC tərəfindən X6. Həmin tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri tam ödənilmişdir.
5. ## ####### 2015-ci il tarixli, *** nömrəli müqavilə ilə eyni, yəni Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC tərəfindən Iddiaçı satılmışdır. Həmin tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri tam ödənilmişdir.
6. ## ######## 2019-cu il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə cavabdeh3 MTK Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzili cavabdeh4 satılmışdır. Həmin tarixli maliyyə arayışına əsasən qeyd olunan mənzil cavabdeh4 məxsusdur və heç bir borcu yoxdur.
7. cavabdeh3 MTK-nın üzvlərinin ümumi yığıncağının *** nömrəli protokolu ilə cavabdeh4 kooperativə üzv qəbul edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzil tam mülkiyyətinə verilməsi qərara alınmışdır.
8. ünvan 2 məhəllə, ev 110A, mənzil 8 (Yeni qaydalarla: AZ 1022, ünvan 3) ünvanında yerləşən mənzil üzərindən cavabdeh4 mülkiyyət hüququ ## #### 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. ## ###### 2024-cü il tarixli alqı-satqı müqaviləsi ilə cavabdeh4 göstərilən mənzili cavabdeh2 satılmış, sonuncunun mülkiyyət hüququ ## ######## 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. ## ######## 2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə cavabdeh2 mübahisələndirilən mənzili cavabdeh1 satmış, həmin mənzil sonuncunun kredit öhdəliklərinin təminatı olaraq “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 Mənzil Tikinti Kooperativinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə və “xxxx” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2əhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh3 MTK (cavabdeh3 MMC) ilə cavabdeh4 arasında ## ######## 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilə dair müqavilənin, onun əsasında verilmiş ## ######## 2019-cu il tarixli maliyyə arayışının, ## ######## 2019-cu il tarixli ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi, mənzilə dair verilmiş (qeydiyyat nömrəsi: XXX, qeydiyyat tarixi: ##.##.2024) çıxarışın ləğv olunması, mənzilə dair Bakı şəhəri ** saylı notariat ofisində cavabdeh4 ilə cavabdeh2 arasında bağlanmış ## ###### 2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdeh2 ilə cavabdeh1 arasında bağlanmış ## ######## 2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, cavabdeh cavabdeh3 MTK-nın ümumi yığıncağın keçirilərək onu MTK-nın üzvlüyünə qəbul edilməsi, həmin mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh3 MTK-nın üzərinə qoyulması, mənzilin cavabdeh1 alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ####### 2015-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-dən Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzili almışdır. Həmin tarixdə *** №-li müqavilə və mənzilin dəyərini tam ödədiyi üçün maliyyə arayışı verilmişdir. Mənzil iddiaçıya naturada təhvil verildikdən sonra, o, 2018-ci ildə tam təmir etdirmiş, mətbəx mebeli, qarderob, işıq lyustraları, kombi və sair yığdırmışdır. “xxxx” ASC-nin ## ######## 2023-cü ilin və ## ### 2024-cü il tarixli qəbzlərindən göründüyü kimi bina mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-yə məxsus idi. ## ###### 2024-cü il tarixdə iddiaçının oğlu XXX mənzilə gedərək qapını açmaq istəmiş, lakin görmüşdür ki, qapının kilidi dəyişdirilib və dərhal DIN-in 102 xidmətinə şikayət vermişdir. Binaya Nəsimi RPI-nin 20 PB-nin polis əmakdaşları gəldikdən sonra binanın komendantı dəvət olunmuş, sonra bir şəxs gələrək həmin mənzili guya təmirli aldığını deyərək müqaviləsini və maliyyə arayışını və sair sənədlərini təqdim etmişdir. Həmin tarixdə ona məlum olmuşdur ki, onun təmirli mənzili qanunsuz olaraq cavabdeh3 MTK tərəfindən ## ######## 2019-cu il tarixdə cavabdeh cavabdeh4 satmışdır. Ümumiyyətlə cavabdeh3 MTK-nın mənzilləri satmaq səlahiyyəti olmadığı halda, satışlar etmişdir. cavabdeh3 MTK əvvəllər cavabdeh3 MMC kimi fəaliyyət göstərmiş, sonradan MTK yaradılmışdır. cavabdeh3 MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC arasında bağlanmış ## ###### 2008-ci il tarixli podrat müqaviləsinin 1.1ci bəndində göstərilmişdir ki, “Podratçı” Bakı şəhəri, Nəsimi rayonu, XXX, 1058-ci məhəllədə yerləşən 17264,5 kv.m sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan tam təmirli və mebel avadanlıqları ilə təchiz olunmuş * nömrəli mənzil təkrarən ## ######## 2019-cu il tarixdə cavabdeh3 MTK (cavabdeh3 MMC) tərəfindən qanunsuz cavabdeh cavabdeh4 satılmışdır. Onların vəsatəti əsasında mübahisəli mənzilin hüquqi vəziyyətinin öyrənilməsi və sənədlərin tələb olunması ilə bağlı dövlət reyestri xidmətinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixdə məhkəməyə ünvanladığı sənədlərdən görünür ki, məhkəmədə mülki işə baxılan zaman cavabdeh cavabdeh4 mübahisəli olan Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzili ## ###### 2024-cü il tarixində Bakı şəhəri ** saylı notariat ofisində 4Ə-*** reyestr nömrəli alqısatqı müqaviləsi əsasında cavabdeh2 satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh2 adına ## ######## 2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi 1124124457, reyestr nömrəsi 008011004628-05301-093093 olan çıxarış verilmişdir. Sonradan cavabdeh2 mübahisəli olan Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzili tez-tələsik ## ######## 2024-cü il tarixində Bakı şəhəri ** saylı notariat ofisində 4Ə-*** reyestr nömrəli alqısatqı və ipoteka müqaviləsi əsasında cavabdeh1 satmışdır. Həmçinin, cavabdeh3 MTK-nın ## ######## 2019-cu il tarixli *** №-li protokolundan görünür ki, “Gündəlikdə olan məsələ pay haqqını tam ödəmiş kooperativ üzvlərinə avtodayanacağın özəlləşdirib mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış alınması haqqında olmuşdur. Həmin MTK-nın üzvlərinin ümumi iclası qanunsuz olsa belə, göründüyü kimi mənzilin özlləşdirilməsində söhbət getməyib. Baxmayaraq ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə *(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək Bakı şəhəri, Nəsimi rayonu, XXX XXX, 1058-ci məhəllədə yerləşən ***A nömrəli evin, * saylı mənzilinin (yeni qaydalarla: AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, XXX XXX, giriş 152, M4. M3) özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardadın icrası Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Göründüyü kimi, məhkəmənin qərardadı ilə həbsdə olan mübahisəli olan mənzil 1 ay ərzində 2 dəfə satılmışdır, cavabdeh cavabdeh4 qısa zamanda mübahisəli olan mənzili cavabdeh2 satması, daha sonra cavabdeh2 isə cavabdeh1 satılması planlı şəkildə atılmış bir addımdır, burada bir məqsəd güdülmüşdür, mənzili guya vicdanlı alıcı qisminə gətirib çıxartmaq məqsəd olmuşdur.
13. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh3 MTK-nın nümayəndəsi vəkil1 iddiaya etiraz edərək göstərmişdir ki, cavabdeh3 MMC də satış edə bilərdi və mənzili cavabdeh4 cavabdeh3 MMC satmışdır. “xxxx” MMC-nin faktiki rəhbəri iddiaçının əri XXX olmuşdur. Mənzilin ilk müqaviləsi formal olaraq iddiaçının oğlu X6 adına olsa da, həmin vaxt o, yetkinlik yaşına çatmamışdır. “xxxx” MMC ilə cavabdeh3 MTK arasında podrat müqaviləsi olmuşdur. Gəlirin 75% “xxxx” MMC-yə, 25%-i isə cavabdeh3 MMC-yə bölünməli idi. XXX mənzili arxa tarixlə satmışdır. Müqaviləni direktor deyil, XXX müəllimin qohumu – satış şöbəsinin müdiri XXX imzalamışdır. Mənzilin iddiaçıya məxsus olması heç vaxt bildirilməyib. Mənzil cavabdeh4 tərəfindən təmir olunmuşdur.
14. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, mənzili ## ###### 2024-cü il tarixdə 119000 manata əmlakçı vasitəsi ilə cavabdeh4 almış, ## ######## 2024-cü il tarixdə isə 139000 manata cavabdeha satmış, həmin mənzildə yaşamamışdır.
15. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddiaya etiraz edərək göstərmişdir ki, Küveytdə Neft Şirkətində mühəndis vəzifəsində çalışır, bir ay Bakıda, bir ay Küveytdə olur. O, Nəsimi rayonunda ev axtararkən təxminən sentyabr ayında bina.az saytı vasitəsi ilə həmin mənzili tapmışdır. Evin mülkiyyətçisini, yəni cavabdehi tapdıqdan sonra, bank gəlib qiymətləndirmə keçirərək razılıq vermişdir. Mənzili cavabdehdan ## ######## 2024-cü ildə 139000 manata, “xxxx”ın daxili ipotekası ilə almışdır. Mənzil alınanda təmirli vəziyyətdə olmuşdur. Bundan sonra o, ölkədən gedərək qayıtdıqdan sonra “xxxx” vasitəsi ilə həmin mənzilə həbs qoyulduğunu öyrənmişdir.
16. Şahid qismində dindirilmiş X6 bildirmişdir ki, mənzili 2015-ci ildə ailə büdcəsinin vəsaiti hesabına alıblar. Təmirə 2018-ci ildə başladılar. Təmirə 20000-22000 manat məbləğində xərc çəkilib. O, evin təmirinə nəzarət edirdi, çoxdan tanıdığı XXX isə təmir etdirirdi. Təmir işlərinin, alınan materialların şəkillərini telefon vasitəsi ilə ona göndərirdi. Mənzili alanda onun 17 yaşı olub. cavabdeh3 MTK-nın direktoru XXX olub. XXX bibisi oğludur. Şirkətin atasına məxsus olub-olmamasını bilmir. O, həmin zaman təhsili ilə məşğul idi. Ailənin razılığı ilə mənzilə dair müqavilə 2015-ci ildə anası ilə bağlandı. Müqavilə rəsmiləşdikdə o, orada iştirak etmişdir. Evi alandan 3-4 ay sonra müqavilə anası ilə bağlandı. cavabdehi çoxdan tanıyır, uzaqdan qohumdurlar. Sərbəst şəkildə mənzilə ən son təmir başlayanda getmişdir. Həmin binada qohumları qalırdı. Qapının kilidinin dəyişməsini o, deyib. Bu məsələ onlara keçən il bəlli olub. Mənzilin açarı onda olub.
17. Şahid qismində dindirilmiş X2 bildirmişdir ki, mənzilin təmirini o, edib. Mənzili sıfırdan təmir elətdirmişdir. Təmir üçün vəsaiti Iddiaçı və XXX bəydən almışdır. Həmin blokda başqa mənzilləri də təmir eləmişdir. Təmirə görə təxmini 20000-22000 manat məbləğində xərc çəkilib. Təmir barədə iddiaçıya və həyat yoldaşına məlumat verirdi. Oğlu XXXa isə təmirlə bağlı şəkilləri göndərirdi. XXX təmirin gedişatına nəzarət edirdi. XXX bəyi çoxdan tanıyır, amma münasibətləri sırf işgüzar olub. Binanın kim tərəfindən inşa olunduğunu bilmir. XXX bəylə uzaqdan uzağa qohumdurlar. XXX bəyin bina tikdirib-tikdirməməsi barədə məlumatı yoxdur. Təmirə görə ödənişləri iddiaçı edirdi. Ödəniş nağd şəkildə olub. Təmirdən sonra açarı iddiaçıya vermişdir. Təmirə 2018-ci ildə başlamışlar.
18. Şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, əvvəl “xxxx” MMC-nin direktoru olmuşdur. XXX MMC-nin təsisçisi olub. Şirkət bina tikintisi ilə məşğul olurdu. XXX XXX isə sahibkar olub. Şirkət “xxxx” MTK-nın sifarişi ilə evlər tikirdi. XXX satış şöbəsinin müdiri idi satışla o, məşğul olurdu. Binada 10 blok olub. O, faktiki direktor olmuşdur yəni tikinti işi ilə məşğul olurdu. Binanı təhvil verib, getmişdir. O, mənzillərin kimə satılmasını bilmir. X9rdaşdırlar. “xxxx” MMC-nin faktiki sahibi XXX XXX olub, onu işə qəbul edən XXX müəllim olub o, onun tapşırıqlarını yerinə yetirirdi. Sənəd üzərində təsisçi XXX gedirdi. Sənədlərdə olan imza onun deyil. Aralarındakı razılaşmaya görə 75%-i “xxxx” MMC-nin, 25%-i “xxxx” MTK-nın olub. Tikililərin bölgüsü isə qeyri-rəsmi olub, heç yerdə yazılmayıb.
19. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ## #### 2025-ci il tarixli yerində müayinə aktına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanında yerləşən ***A saylı binanın 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda X3 və özünü təqdim etməkdən imtina edən bir xanım yaşayır. Baxış zamanı iştirak edən cavabdeh1 mənzilin mülkiyyətçisi olduğunu qeyd etmiş, həmçinin bildirmişdir ki, X3 və digər xanımla mənzilin alqı-satqısına dair razılığa gəlib və mənzilə dair beh alıb. Faktiki olaraq bu səbəbdən həmin iki xanım qeyd olunan mənzildə yaşayırlar.
20. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)***/**** nömrəli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia qismən təmin olunaraq, cavabdeh3 MTK ilə cavabdeh4 arasında ## ######## 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilə dair bağlanmış müqavilə, maliyyə arayışı, ## ######## 2019cu il tarixli ümumi yığıncağının *** №-li protokolu etibarsız hesab edilməklə, cavabdeh4 həmin mənzilə dair verilmiş çıxarışın ləğv olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir
21. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh3 MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC arasında bağlanmış ## ###### 2008-ci il tarixli podrat müqaviləsinə əsasən, ünvan 2 məhəllə ünvanında yerləşən binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirmək yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-nin səlahiyyətindədir, cavabdeh3 MTK-nın belə səlahiyyəti yoxdur. Həmin müqaviləsinin 1.2-ci bəndinə əsasən 1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla ümumi sahəsinin 25%-i sifarişçinin cavabdeh3 MMC-nin, 75%-i podratçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-nin mülkiyyətinə verməklə tərəflər arasında bölünəcəkdir.
22. Müqavilənin “1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra” hissəsinə münasibətdə məhkəmə bildirmişdir ki, müqavilənin 1.1-ci bəndində açıqaydın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-nin “həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir.” qeyd olunub. Yəni satış etmək hüququ yalnız podratçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-yə verilmişdir. Həmçinin müqavilənin hər hansı bəndində cavabdeh3 MMC-nin satış etmək hüququ olmasına dair qeyd yoxdur.
23. Lakin, buna baxmayaraq, cavabdeh3 MTK iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilini cavabdeh4 satmış, həmçinin ona borcunun olmamağına dair maliyyə arayışı vermişdir.
24. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə X6 arasında bağlanmış ## ### 2015-ci il tarixli, *** nömrəli müqavilənin surətindən görünür ki, mənzil X6. Müqavilə satış şöbəsinin müdiri XXX tərəfindən imzalanmışdır. Həmçinin, ## ### 2015-ci il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri tam ödənilmişdir.
25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, mənzili 2015-ci ildə ailə büdcəsinin vəsaiti hesabına alıblar. Həmin vaxt onun 17 yaşı olub. Ailənin razılığı ilə mənzilə dair müqavilə 2015-ci ildə anası ilə bağlandı. Müqavilə rəsmiləşdikdə o, orada iştirak etmişdir. Evi alandan 3-4 ay sonra müqavilə anası ilə bağlanmışdır.
26. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.
27. X6 mənzilin 2015-ci ildə ailə büdcəsinin vəsaiti hesabına alındığını və ailənin razılığı ilə mənzilə dair müqavilənin 2015-ci ildə anası ilə bağlandığını bildirmişdi. Qanunvericiliyin də tələbindən göründüyü kimi, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar əqd bağlayarkən öz valideynlərinin razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri tərəfindən bəyənildikdə də etibarlıdır. Beləliklə, 17 yaşı tamam olmuş X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə bağladığı ## ### 2015-ci il tarixli, *** nömrəli müqavilə anası Iddiaçı tərəfindən bəyənildiyindən, bir neçə ay sonra mənzilə dair müqavilə onunla bağlanmışdır.
28. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə Iddiaçı arasında bağlanmış ## ####### 2015-ci il tarixli, *** nömrəli müqavilənin surətindən görünür ki, həmin mənzil Iddiaçı satılmışdır.
29. cavabdeh3 Mənzil Tikinti Kooperativi ilə cavabdeh4 arasında bağlanmış ## ######## 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzil cavabdeh4 satılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri binanın tikintisi başa çatdıqdan sonra dəyəri müəyyənləşəcəkdir məbləğində müəyyən olunur. (mənzilin ümumi sahəsinin artıb azalmasına uyğun olaraq). Lakin buna baxmayaraq ## ######## 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilə dair cavabdeh4 heç bir borcu olmaması qeyd olunub.
30. Göründüyü kimi, müqavilə ilə maliyyə arayışı arasında ziddiyyət mövcuddur. Belə ki, müqavilədə mənzilin dəyəri binanın tikintisi başa çatdıqdan sonra müəyyənləşəcəkdir yazılsa da müqavilə ilə eyni tarixdə verilmiş ## ######## 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilə dair cavabdeh4 heç bir borcu olmaması qeyd olunub.
31. Bundan başqa, ## ###### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış materiala dair cinayət işinin başlanması rədd edilmişdir. “cavabdeh4 izahatında bildirmişdir ki, o, 2019-cu ildə cavabdeh3 MTK-nın maliyyə arayışı ilə Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi 105 ünvanında yerləşən ***A saylı binanın 1-ci girişinin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli yaşayış mənzilini 80000 manat məbləğində təmirli vəziyyətdə almışdı.”
32. Lakin, cavabdeh3 Mənzil Tikinti Kooperativi ilə cavabdeh4 arasında bağlanmış ## ######## 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin 2.2-ci bəndində “mənzil daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən “Payçı”ya təhvil veriləcəkdir” qeyd olunub.
33. Göründüyü kimi, cavabdeh3 Mənzil Tikinti Kooperativi ilə cavabdeh4 arasında bağlanmış ## ######## 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə məhkəmədə müəyyən olunmuş hallar arasında ziddiyyətlər var və cavabdehlər bunun əksini sübuta yetirəcək heç bir mötəbər sübut məhkəməyə təqdim etmədilər.
34. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2024-cü il tarixli qərardan görünür ki, X6 DIN-in 102 xidmətinə şikayət etdikdən sonra mübahisəli mənzili 7 gün sonra, yəni ## ###### 2024-cü il tarixdə cavabdeh4 Bakı şəhəri ** saylı notariat ofisində 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdeh2 satmışdır.
35. Mülki Məcəllənin normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
36. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
37. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
38. Beləliklə, cavabdeh3 MTK-nın mənzili satmağa səlahiyyəti olmadığından və yuxarıda qeyd olunan ziddiyyətlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh3 MTK ilə cavabdeh4 arasında ## ######## 2019-cu il tarixdə bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilə dair müqavilə etibarsız hesab edilməlidir.
39. cavabdeh3 MTK ilə cavabdeh4 arasında bağlanmış ## ######## 2019-cu il tarixli müqavilə etibarsız olduğundan onun doğurduğu hüquqi nəticələr də etibarsızdır. Odur ki, müqavilə əsasında mənzilə dair cavabdeh cavabdeh4 verilmiş maliyyə arayışı və ## ######## 2019-cu il tarixli ümumi yığıncağının *** №-li protokolu etibarsız hesab edilməlidir.
40. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, ## ######## 2019-cu il tarixli ümumi yığıncağının *** №-li protokoluna diqqət yetirilsə “gündəlik”də qoyulan məsələ ilə “qərara alındı” hissəsi ziddiyyətlidir.
41. Belə ki, yığıncağın gündəliyində “pay haqqını tam ödəmiş kooperativ üzvlərinə avtodayanacağın özəlləşdirib mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış alınması” olsa da, qərara alındı hissəsində cavabdeh4 kooperativə üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzil tam mülkiyyətinə verilməsi qeyd olunmuşdur.
42. ## ######## 2019-cu il tarixdə bağanmış müqavilə etibarsız hesab edildiyindən cavabdeh cavabdeh4 verilmiş çıxarış da ləğv olunmalıdır.
43. Məhkəmə, iddia tələbinin digər hissələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin həmin hissələrinə dair cavabdehlər cavabdeh2 və cavabdeh1 cavabdeh3 MTKnın mənzili cavabdeh4 satmağa səlahiyyəti olmadığını bilmələri barədə kifayət qədər sübutlar təqdim edilməmişdir.
44. Beləliklə, əqdin etibarlı olması üçün 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur.
45. Mülki işin hallarından cavabdehlər cavabdeh2 və cavabdeh1 əldə etdikləri mənzili qısa müddətdə özgəninkiləşdirmək istəmələri şübhə doğurur. Belə ki, cavabdeh2 mübahisəli mənzili 1 ay 4 gündən sonra ## ######## 2024-cü il tarixində Bakı şəhəri ** saylı notariat ofisində 4Ə-*** reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında cavabdeh1 satmışdır, cavabdeh1 ## ######## 2024-cü il tarixdə artıq “xxxx” ASC-yə kredit üçün müraciət etmişdir. Halbuki, cavabdeh2 mənzilə dair çıxarışı ## ######## 2024-cü il tarixdə almışdır. cavabdeh1 isə qısa müddətdə “xxxx” ASC-dən, mənzili ipotekaya qoyaraq kreditlə almasına baxmayaraq mənzili satmaq niyyətində olduğunu bildirmiş və X1 ilə aralarında bağlanmış ## ###### 2025ci il tarixli beh müqaviləsini məhkəməyə təqdim etmişdir.
46. Lakin qeyd olunanlar mübahisələndirilən ## ###### 2024-cü il tarixli və ## ######## 2024-cü il tarixli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd olması və görünüş üçün bağlanmasını təsdiq etmir və etibarsız hesab olunmasına əsas vermir.
47. Məhkəmə, mübahisəli mənzilin hazırda cavabdeh1 mülkiyyətində olduğundan və “xxxx” ASC-də yüklü olduğundan iddiaçıya cavabdeh3 MTK-dan mənzilin dəyərini tələb etmək hüququnun olmasını izah etməyi zəruri hesab edir.
48. Həmçinin məhkəmə iddia tələbinin “cavabdeh cavabdeh3 MTK-nın ümumi yığıncağı keçirilərək onun MTK-nın üzvlüyünə qəbul edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyin cavabdeh3 MTKnın üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh3 MTK-nın mənzilləri satmaq və maliyyə arayışı vermək hüququ olmadığından onun üzərinə belə öhdəlik qoyula bilməz.
49. Məhkəmə, cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi nümayəndə1 etirazında və çıxışında iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətinin buraxılmasını bildirməsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının 2024-cü ildə qapının kilidi dəyişdikdən sonra mənzilin digər şəxslərə satılması barədə məlumatı olması müəyyən olundu. Ona görə məhkəmə hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, maraqlı şəxs Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir.
50. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1-337.5, 338, 354.2, 385.1, 386.1, 389.1, 390,1, 399.1, 404.1, 425.1, 425.2-ci, Mənzil Məcəllənin 113.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
51. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
52. Həmçinin cavabdehlər cavabdeh3 MTK və cavabdeh4 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunduğu hissələrdə ləğv edilərək, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
53. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Axundova və K.Əkbərov) cavabdehlər cavabdeh3 MTK və cavabdeh4 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd edilmişdir.
54. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, mübahisənin predmetini 2 əqd təşkil edir: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə Iddiaçı arasında bağlanmış ## ####### 2015-ci il tarixli, *** nömrəli müqavilə; cavabdeh3 MTK ilə cavabdeh4 arasında bağlanmış ## ######## 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə.
55. Mübahisənin düzgün həlli üçün ilkin olaraq bu əqdlərin etibarlılıq şərtlərinə cavab verib-verməməsi aydınlaşdırılmalıdır.
56. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdeh3 MTK ilə cavabdeh4 arasında ## ######## 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi 1058 ünvanda yerləşən, ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilə dair bağlanmış müqavilə, maliyyə arayışı, ## ######## 2019-cu il tarixli ümumi yığıncağının *** №-li protokolu etibarsız hesab edilməklə cavabdeh4 həmin mənzilə dair verilmiş çıxarış ləğv olunması qənaətinə gəlməsi barədə nəticəni əsaslandırarkən ilkin olaraq qeyd etmişdir ki, cavabdeh3 MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC arasında bağlanmış ## ###### 2008-ci il tarixli podrat müqaviləsinə əsasən, ünvan 1 məhəllə ünvanında yerləşən binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirmək yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-nin səlahiyyətindədir, cavabdeh3 MTK-nın belə səlahiyyəti olmadığı halda cavabdeh4 ilə müqavilə bağladığından bu əqd etibarsızdır.
57. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən həmin müqavilənin 1.1-ci bəndinə istinad etmişdir. Həmin bəndin məzmunu isə aşağıdakı kimidir: “Podratçı” ünvan 1 məhəllədə 17264.5 kv.m sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir.
58. Müqavilənin adından və məzmunundan da göründüyü kimi bu müqavilə podrat müqaviləsidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
59. Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## #### 2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, XXX və XXX küçələrinin kəsişməsindəki 1058-ci məhəllədə özəlləşdirilmiş 17264,5 kv.m torpaq sahəsində 10 girişli yaşayış binalarının tikintisinin layihələndirilməsinə cavabdeh3 MMC-yə icazə verilmiş, binanın istismarına ## #### 2019-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilərkən də tikinti obyektinin sahibi kimi də həmin hüquqi şəxs göstərilmişdir.
60. Buna görə də, müqavilənin 1.1-ci bəndinə əsasən müəyyən olunmuş şərtin satış hüququnun yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-yə məxsus olması, həmin binaların sahibi olmasına baxmayaraq cavabdeh3 MMC-nin belə bir hüququnun olmaması barədə gəlinən nəticə əsaslı hesab oluna bilməz.
61. cavabdeh3 MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC arasında bağlanmış müqavilə podrat müqaviləsidir, həmin müqaviləyə əsasən tikinti tam başa çatdıqdan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-nin mülkiyyətinə verilməsi nəzərdə tutulan binanın ümumi sahəsinin 75%-i isə məhz razılaşdırılmış muzd hesab olunur. Mülki qanunvericiliyin podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən normalara əsasən “razılaşdırılmış muzd” olaraq “binanın ümumi sahəsinin 75% hissəsi” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-yə verilmədiyi halda sonuncunun muzdun ödənilməsi ilə bağlı tələbi mövcud ola bilər. Müqavilənin 7.1-ci bəndində qeyd olunmuşdur ki, “Əgər sifarişçi bu müqavilənin 1.1.-ci bəndində qeyd edilmiş və lazımınca yerinə yetirilmiş işləri qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”
62. Işin müəyyən olunmuş digər halı ondan ibarətdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC tərəfindən satışı həyata keçirilmiş digər mənzillərlə bağlı müqavilələr sonradan dəyişdirlərək cavabdeh3 MMC ilə bağlanılmış, sonuncu tərəfindən maliyyə arayışı, ümumi yığıncağının protokolu tərtib olunduqdan sonra mənzillər üzərində hüquqlar qeydə alınmışdır. Iddiaçının “cavabdeh cavabdeh3 MTK-nın ümumi yığıncağın keçirilərək onu MTK-nın üzvlüyünə qəbul edilməsi, həmin mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh3 MTK-nın üzərinə qoyulması” barədə tələblər irəli sürməsi də bu xüsusatı təsdiq edir. Yəni, hər hansı bir mənzilin satışı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC tərəfindən həyata keçirilirsə, bu barədə əqd cavabdeh3 MTK tərəfindən bəyənildikdən sonra etibarlı hesab olunur. Digər tərəfdən isə, müqavilədə cavabdeh3 MTK-nın mənzillərin satışını həyata keçirməsinə hər hansı bir qadağanın qoyulması barədə şərt də mövcud deyildir. Həmçinin, yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə bağlanmış hər hansı bir müqavilə əsasında mülkiyyət hüququnun qeydə alınması mümkün deyildir. Belə ki, Mülki Məcəllənin Maddə 139-1.1. və 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin sənədin isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC tərəfindən verilməsi mümkün deyildir, çünki bina üzərində hüquqlar məhz cavabdeh3 MTK-nın adına qeydə alınmışdır. Buna görə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu əsasla müqavilənin etibarsız hesab edilməsi barədə gəldiyi nəticə əsaslı və qanuni deyildir.
63. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdeh3 MTK-ya qarşı qeyd olunan tələbləri (cavabdeh3 MTK-nın ümumi yığıncağın keçirilərək onu MTK-nın üzvlüyünə qəbul edilməsi, həmin mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh3 MTK-nın üzərinə qoyulması) irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh3 MTK (MMC) arasında hər hansı bir öhdəlik münasibətləri mövcud olmamış, iddiaçı qarşısında öhdəliklərin daşıyıcısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-dir. Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır.
64. Digər tərəfdən qeyd etmək lazımdır ki, iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə müqavilənin ## ####### 2015-ci il tarixdə bağlandığını iddia edir, mənzilin yerləşdiyi bina isə ## #### 2019-cu il tarixdə istismara qəbul edilmişdir. Bundan başqa, işin hallarından görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə “xxxx NN” MTK arasında 2021-ci ildən məhkəmə mübahisələri mövcud olmuş, həmin mübahisə üzrə hər 2 tərəfin iddiasının rədd olunma səbəbi bu olmuşdur ki, çoxmərtəbəli yaşayış binasının yaşayış, qeyri-yaşayış və qaraj sahələrinin hamısının satıldığı nəzərə alındıqda, bu fakt onlara məlum olan tərəflərin bir-birindən hansı yaşayış, qeyri-yaşayış və qaraj sahələrinin naturada təhvil verilməsini tələb etdiyi aydın olmur. Iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-nin rəhbər şəxsləri qohumluq münasibətlərində olması da nəzərə alınarsa onun və ya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-nin ## ###### 2024-cü il tarixə qədər qeyd olunan tələbləri (cavabdeh3 MTK-nın ümumi yığıncağın keçirilərək, onu MTK-nın üzvlüyünə qəbul edilməsi, həmin mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh3 MTK-nın üzərinə qoyulması) irəli sürməməklə mənzil üzərində hüquqlarını qeydə aldırması istiqamətində hər hansı hərəkət etməməsi də anlaşılan deyildir.
65. Cavabdeh cavabdeh3 MTK apellyasiya şikayətində ona istinad edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə Iddiaçı arasında bağlanmış ## ####### 2015-ci il tarixli, *** nömrəli müqavilənin giriş hissəsində müqaviləni “xxxx” MMC-nin adından direktor X7 bağladığı qeyd olunur, buna baxmayaraq müqavilə satış şöbəsinin müdiri XXX tərəfindən imzalanır. X7 ## ###### 2008-ci ildən ## ####### 2021-ci il tarixədək “xxxx” MMC-nin direktoru olmuşdur. Həmçinin, mənzilin ilk müqaviləsi ## ### 2015ci il tarixə iddiaçının oğlu X6 adına tərtib olunmuş, sonradan isə ## ####### 2015-ci il tarixdə iddiaçı Iddiaçı adına dəyişdirilmişdir.
66. Apellyasiya kollegiyası qeyd etmişdir ki, qeyd olunan hallar müqavilənin sonradan tərtib olunmasına əsaslı şübhələr yaratsa da, müqavilənin tərəfləri Iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC olduğundan, müqavilə sonuncu tərəfindən bəyənildiyindən, mübahisələndirilmədiyindən bu müqavilənin etibarsızlığı üçün əsas ola bilməz.
67. Birinci instansiya məhkəməsi daha sonra müqavilənin etibarsızlığı qənaətinə gələrkən qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi 1058 ünvanda yerləşən, ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzil cavabdeh4 satılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən “mənzilin ümumi dəyəri binanın tikintisi başa çatdıqdan sonra dəyəri müəyyənləşəcəkdir məbləğində müəyyən olunur.” (mənzilin ümumi sahəsinin artıb azalmasına uyğun olaraq). Lakin buna baxmayaraq ## ######## 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi 1058 ünvanda yerləşən, ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilə dair cavabdeh4 heç bir borcu olmaması qeyd olunub. Göründüyü kimi müqavilə ilə maliyyə arayışı arasında ziddiyyət mövcuddur. Belə ki, müqavilədə mənzilin dəyəri binanın tikintisi başa çatdıqdan sonra müəyyənləşəcəkdir yazılsa da, müqavilə ilə eyni tarixdə verilmiş ## ######## 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi 1058 ünvanda yerləşən, ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli mənzilə dair cavabdeh4 heç bir borcu olmaması qeyd olunub.
68. Apellyasiya kollegiyası bu əsaslandırmaya münasibətdə qeyd etmişdir ki, qeyd olunan xüsusatlar müqavilənin etibarsızlığına əsas verə bilməz. Mübahisənin predmeti olan hər 2 müqavilənin müqayisəli təhlili aparıldığı təqdirdə qeyd etmək lazımdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə Iddiaçı arasında bağlanmış ## ####### 2015-ci il tarixli, *** nömrəli müqavilə də müqavilənin dəyəri göstərilməmiş, 4.1-ci bəndində “Müqavilə bağlandıqdan sonra 5 gün ərzində payçı tərəfindən mənzil üçün müəyyən məbləğdə avans ilk haqq ödənilir”, 4.2-ci bəndində “Son haqq-hesab tikinti işlərinin son etapı qurtardıqdan sonra 10 gündən gec olmayaraq mənzil hesablaşma sahəsinin dəqiqləşdirilməsi yolu ilə aparılır” şərtləri qeyd olunsa da, eyni tarixə tərtib olunmuş maliyyə arayışında mənzilin dəyərinin tam ödənilməsi qeyd olunur. Hər 2 müqavilədə mənzilin dəyərinin nə qədər təşkil etməsi qeyd olunmamış, heç bir müqavilə üzrə ödəniş olunmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Buna görə də, bu dəlillər baxımından müqavilələrdən hər hansı birinin etibarsızlığı barədə nəticəyə gəlinməsi mümkün olmasa da, birinci instansiya məhkəməsi iddianın təmin olunması baxımından əsaslandırma apararkən qeyd olunan hallar etibarsızlığın əsasları kimi qiymətləndirmiş, digər müqaviləyə münasibətdə isə bu hallar üzrə qiymətləndirmə aparmamışdır.
69. Yuxarıda qeyd olunan müqavilələr üzrə tərəflər, xüsusilə də mənzilin təhvil verilməsi öhdəliyi üzərində olan tərəflər müxtəlif olsa da, apellyasiya kollegiyası işin hallarını Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından da qiymətləndirərək qeyd etmişdir ki, həmin normaya əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
70. Işin hallarını bu normanın dispozisiya şərtləri baxımından qiymətləndirən məhkəmə kollegiyası qeyd etmişdir ki: mübahisənin predmeti fərdi-müəyyən əşya – yaşayış sahəsidir; həmin əşyanın kreditorun – cavabdeh4 mülkiyyətinə verilməsi öhdəliyi cavabdeh3 MTK tərəfindən icra edilmişdir, əşya üzərində digər şəxsin – iddiaçının deyil, məhz onun mülkiyyət hüququ qeydə alınmışdır; digər kreditor – iddiaçı qarşısında cavabdeh3 MTK-nın hər hansı bir öhdəliyi yaranmamışdır, öhdəlik yarandığı təqdirdə bu zaman kreditor mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC olacaqdır.
71. Göründüyü kimi, hazırkı mübahisə üzrə Mülki Məcəllənin 452.1-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur. Yəni, əmlak üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyindən iddiaçının mənzilin ona verilməsini tələb etmək hüququ aradan qalxmışdır.
72. Bu zaman iddiaçı həmin Məcəllənin 452.2-ci maddəsinə müvafiq olaraq öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-dən tələb edə bilər. Həmçinin, qətnamənin 51-ci bəndində qeyd olunduğu kimi, hüquq sahibi cavabdeh3 MTK olduğundan “mülkiyyət hüququ ilə verilmə” onun tərəfindən təqdim olunmuş sənədlər əsasında həyata keçirilə bilərdi.
73. Apellyasiya kollegiyası həmçinin birinci instansiya məhkəməsində alınmış şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, həmin şahidlərdən biri - X6 iddiaçının oğlu, həmçinin, müqavilə əvvəl adına rəsmiləşdirilmiş şəxsdir, ifadəsində müqavilələri imzalayan – satış şöbəsinin müdiri XXXin bibisi oğlu olduğunu qeyd etmişdir. Digər şahid X2 da ifadəsində iddiaçının əri ilə qohum olduğunu, təmirə XXX tərəfindən nəzarət edildiyini, ödənişlərin isə iddiaçı tərəfindən aparıldığını, təmirdən sonra açarı iddiaçıya təhvil verməsini bildirmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təmirə X6 tərəfindən nəzarət edildiyi, sonuncunun atasının binanın idarə olunmasında iştirak etdiyi halda ödənişin məhz onlar tərəfindən deyil, iddiaçı Iddiaçı tərəfindən ona verilməsi inandırıcı deyildir və qeyd olunan ifadə məhz evin sonuncuya təhvil verilərək onun tərəfindən təmir olunmasını təsdiq etmək məqsədilə verilmişdir. Buna görə də, həmin şahidlərin bitərəf mövqe tutması inandırıcı deyildir, onlar tərəfindən verilmiş ifadələr əsaslı şübhədən kənar sübut kimi qiymətləndirilə bilməz.
74. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, cavabdeh3 MTK ilə cavabdeh4 arasında bağlanmış ## ######## 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin, maliyyə arayışının, ümumi yığıncağın protokolunun etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir şərt mövcud deyildir, əqdin etibarlı olması üçün bütün şərtlər (əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və formasına dair şərtlər) mövcud olduğundan həmin hissələrdə qətnamə ləğv olunaraq iddia rədd edilməlidir.
75. Iddia həmin hissədə rədd edildiyindən artıq iddiaçının apellyasiya şikayətində göstərilən dəlillərin – mübahisə predmeti olan mənzili sonradan əldə etmiş şəxslərin vicdanlı olub-olmaması məsələsinin araşdırılmasına zərurət qalmır. Lakin, məhkəmə kollegiyası bu hissələrdə də qətnamənin ləğvini zəruri hesab etmişdir. Çünki, iddianın bu hissədə rədd olunması həmin şəxslərin vicdanlı alıcı kimi qəbul olunması ilə bağlıdır. Məhkəmə kollegiyası bu əsasla iddianın rədd olunması ilə razılaşmayaraq qeyd etmişdir ki, həmin hissələrdə də qətnamə ləğv olunaraq, iddia cavabdeh3 MTK ilə cavabdeh4 arasında bağlanmış ## ######## 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin, maliyyə arayışının, ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi üçün əsasların olmaması əsası ilə rədd edilməlidir.
76. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 139-1.1, 140, 331.1, 337.1, 339.1, 355.1, 389.1, 399.1, 404.1, 452.2, 752.1-ci, Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2, 113.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
77. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
78. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8, 337, 405.1, 452.1, 752-ci, Mülki Prosessual Məcəllənin 62, 106.1-ci maddələrin tələbləri pozulmuşdur.
79. Belə ki, podrat müqaviləsində bütün şərtlər aydın yazılmış və satış hüququ yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-yə verilmişdir. Göründüyü kimi gəlirin 75% hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-yə məxsusdur. Məhkəmə tərəfindən həmin podrat müqaviləsi şərh edərək cavabdeh3 MMC-nin də satış həyata keçirilməsinə qadağa qoyulmaması göstərilməsi qanunsuzdur. Podrat müqaviləsindən aydın görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-nin mənzillərin satışını həyata keçirmək hüququ olmuşdur, bu hal mübahisəsizdir. Iddiaçı mənzili ## ####### 2015-ci tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-də almış, apellyasiya instansiya məhkəməsi Iddiaçı 2015-ci ildə bağlanmış müqaviləsini etibarlı müqavilə saydığı halda həmin mənzilin 2019-cu ildə təkrarən cavabdeh3 MTK tərəfindən cavabdeh4 satmasına qanuni olması barədə gəldiyi nəticə absurddur və qanunsuzdur. Faktiki olaraq cavabdeh3 MTK 2019-cu ildə yüklü olan mənzili, hətta təmirli və əşyalı olduğu halda, təkrarən cavabdeh4a satmışdır. Məhkəmə isə bu hala düzgün hüquqi qiymət verməmişdir. Qanunun tələbinə görə tərəflər azad qaydada müqavilə bağlaya bilərlər. Mülki iş materiallarında olan cavabdeh3 MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC arasında bağlanmış podrat müqaviləsinin 1.1-ci bəndəndə göstərilmişdir ki, “Podratçı” Bakı şəhəri, Nəsimi rayonu, XXX, 1058-ci məhəllədə yerləşən 17264,5 kv.m sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına lahiyələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir. Podrat müqaviləsinin 1.2-ci bəndində göstərilmişdir ki, 1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra. Həmin binanın yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla ümumi sahənin 25% Sifarişçinin, 75% isə Podratçının mülkiyyətinə verməklə Tərəflər arasında bölünəcəkdir. Podrat müqaviləsindən aydın görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC öz vəsait hesabına binanı tikdiyi üçün satışlarında yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC həyata keçirəcəyinə razılaşdırılmış, cavabdeh3 MMC isə yalnız gəlirin 25% əldə edəcəkdir. Əgər hər iki şirkətə satışı həyata keçirilməsi icazəsi verilsəydi burada kim hansı mənzili satılmasında ziddiyyət yarana bilərdi, ona görə müqavilədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-yə satışı icazə verilmişdir. Həmçinin, müqavilənin hər hansı bəndində cavabdeh3 MMC-nin satış etmək hüququ olmasına dair qeyd yoxdur. Hətta cavabdeh3 MMC-nin satmaq hüququ olsa belə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC tərəfindən 2015-ci ildə satılmış mənzili təkrarən cavabdeh3 MMC tərəfindən 2019-cu ildə eyni mənzili təkrarən satılması qanunsuzdur. Lakin, buna baxmayaraq cavabdeh3 MTK iddiaçı Iddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 1058 ünvanda yerləşən ***A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46,4 kv.m olan * nömrəli təmirli və əşyalı mənzilini cavabdeh4 satmış, həmçinin ona borcunun olmamağına dair maliyyə arayışı vermişdir. Məhkəmə şahid ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. X4 məhkəmədə dindirilməsi zərurəti yalnız cavabdeh cavabdeh3 MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə sonuncunun həmin mübahisəli olan mənzilə 2015-ci il tarixli müqaviləsi təqdim edilməsindən sonra yaranmışdır. Yəni əgər cavabdeh tərəf XXX XXXun müqaviləsini təqdim etməsəydi, həmin şahidin dindirilməsinə zərurəti olmayacaqdır. Məhkəmə tərəfindən şahid XXX XXXun verdiyi izahatına şübhə ilə yanaşması absurddur. Məhkəmə tərəfindən mənzili təmir edən şahid X2 verdiyi izahatının da inandırıcı sayılmaması düzgün deyil və əsaslandırması qanuna uyğun deyil. Çünki şahid X2 olaraq göstərmişdir ki, mənzil onun tərəfindən təmir edilmiş, təmirə iddiaçının oğlu XXX tərəfindən nəzarət edilməsi normaldır. Anası qadın olduğundan oğlu mənzilin təmirinə nəzarət etməsi Azərbaycan mentalitetinə uyğundur, məhkəmə tərəfindən bunu qəbul etməməsi özü özlüyündə şübhə yaradır.
80. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
81. Cavabdeh cavabdeh1 nümayəndəsi, vəkil nümayəndə1 kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
82. Etiraz belə əsaslandırılmışdır ki, mübahisəli mənzil cavabdeh cavabdeh1 tərəfindən alqı-satqı yolu ilə ## ######## 2024-cü il tarixdə əldə edilərkən real vaxt rejimində mənzil ilə bağlı “Forma 1” arayış alınmış və həmin mənzilin üzərində hər hansı yüklülüyün və qadağanın olmadığı müəyyən edilmişdir. Bu cavabdehin vicdanlı alıcı olaraq mənzilin keçmişi ilə bağlı məlumatlardan xəbərsiz olduğunu təsdiq edir. Iddiaçının iddia ərizəsində mübahisəli mənzilin guya ## ###### 2024-cü il tarixədək onun sahibliyində olması haqqında göstərdikləri əsassızdır. Belə ki, mübahisəli mənzilə cavabdeh cavabdeh4 hüquqları ## #### 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Iddiaçının guya ## ###### 2024-cü il tarixədək mübahisəli mənzilə sahiblik etməsi və həmin mənzili təmir etməsi ağlabatan deyildir və iddiaçı tərəfində bununla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Hazırkı iş üzrə iddiaçının cavabdeh qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-ni qoymaması maraq kəsb edir. Belə ki, iddia ərizəsindən görünür ki, mübahisəli mənzilin satılmasına dair mənzil tikinti müqaviləsi iddiaçı ilə cavabdeh3 MTK arasında deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC arasında bağlanmışdır. Hazırkı iş üzrə cavabdeh cavabdeh3 MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC arasında əvvəllər məhz mübahisəli mənzilin yerləşdiyi binada paylarla bağlı məhkəmə mübahisəsinin olması, hazırkı mülki işdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMCnın cavabdeh qismində deyil üçüncü şəxs qismində işə cəlb edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə iddiaçı Iddiaçı əlbir olduğunu birgə maraqlara xidmət etdiklərini və nəticə etibarı ilə hazırkı iddia tələbinin əsassız və qondarma iddia tələbi olmasını müəyyən etməyə əsas verir. Belə ki, müəyyən olunmuşdur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC-nin təsisçisi və faktiki sahibi hazırkı iş üzrə iddiaçının əri olmuşdur. Cavabdeh mübahisə predmeti olan mənzilin vicdanlı sahibidir və həmin mənzilin əvvəlki sahibi olan cavabdeh2 həmin mənzilin qanuni mülkiyyətçisi və sahib olduğunu bilib ondan mənzil almışdır. Belə olan halda, onun mənzil və mülkiyyət hüquqlarının hər hansı formada pozulmasına və ya məhdudlaşdırımasına yol verilməməlidir.
Kassasiya baxışının hədləri:
83. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
84. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC də kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə onun kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
85. Hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
86. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 452.1-ci maddəsinə əsasən fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
89. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə işdə olan sübutlara və işin hallarına uyğun hüquqi qiymət vermiş, qanuni və əsaslı nəticəyə gəlmişdir.
90. Izah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi.
91. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı ilə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC ilə arasında müqavilə daha əvvəl bağlandığı və mənzilin ona təhvil verildiyi üçün, cavabdeh cavabdeh3 MTK ilə cavabdeh cavabdeh4 arasındakı müqavilə etibarsız olmuşdur.
92. Lakin, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin təqdim etdikləri sübutları, o cümlədən cavabdeh3 MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC arasında bağlanmış podrat müqaviləsinin şərtlərini qiymətləndirərək, cavabdehlər cavabdeh3 MTK və cavabdeh4 arasında bağlanmış ## ######## 2019-cu il tarixli müqavilənin və həmin müqavilə əsasında tərtib olunmuş sonrakı sənədlərin etibarsız hesab olunmasına əsas müəyyən etməmişdir.
93. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının cavabdeh3 MTK ilə hər hansı müqavilə münasibətləri olmadığı üçün onun həmin MTK-ya qarşı tələb irəli sürməsinin heç bir hüquqi əsası yoxdur.
94. Işin hallarının düzgün müəyyən edilməməsi, sübutların qiymətləndirilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
95. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
96. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.