Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-564/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri, mülkiyyət hüququnun müdafiəsinə dair tələblər, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilə dair istifadə hüquqlarının tanınması, mənzilə köçürülmə və mövcud maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ilə “xxxx” MMC arasında bağlanan ##.##.2006-cı il tarixli ** nömrəli müqaviləsinə əsasən, MMC Gəncə prospekti 2935A ünvanda tikəcəyi yaşayış binasının 1-ci blokunun, 11 mərtəbəsində yerləşən 1 otaqlı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 17.317 manat müəyyən edilmişdir.
2. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2008-ci il tarixli */** nömrəli maliyyə arayışına görə, İddiaçı həmin mənzilin (Xətai rayonu, 2935A ünvanında tikilən 2 bloklu yüksəkmərtəbəli binanın 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 53.47 kv.m ümumi, o cümlədən yaşayış sahəsi 50.47 kv.m, qeyri-yaşayış sahəsi 39 kv.m olan mənzilin) tikintisi üçün müqavilə şərtlərinə uyğun bütün dəyəri - 17.317,66 manatı ödəmişdir, müqavilə üzrə heç bir borcu qalmamışdır.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2024-cü il ## ### tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2017-ci il # #### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh cavabdeh X3 qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddiası təmin olunmuş, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh X3 qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
4. Azəraycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2024-cü il # ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə müstəqil tələb irəli sürən üçüncü şəxslər X1 və İddiaçı kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2024cü il ## ### tarixli *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh X4 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m. olan bir otaqlı mənzilə (bundan sonra - mübahisəli mənzil) dair istifadə hüquqlarının tanınması, iddiaçının həmin mənzilə köçürülməsi və bununla bağlı mövcud maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, “xxxx” MMC tərəfindən mübahisəli mənzil ##.##.2006-cı il tarixdə müqavilə ilə iddiaçıya satılmış və mənzilin dəyəri iddiaçı tərəfindən ##.##.2008-ci il tarixdə tam ödənilmişdir. Daha sonra həmin mənzillə bağlı məhkəmə mübahisəsi yaranmış və yekun olaraq X3 və ailə üzvlərinin mənzildən çıxarılması, mənzilin hazırkı cavabdehə təhvil verilməsi qət edilmişdir. ##.##.2025-ci il tarixli icraata başlamaq qərarına əsasən, icra sənədi üzrə X3 borclu şəxs kimi icraata cəlb edilmiş, lakin X3 və iddiaçı arasında bağlanan ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən mənzil artıq iddiaçıya təhvil verilmişdir. Buna baxmayaraq, Xətai rayon Icra şöbəsi tərəfindən ##.##.2025-ci il tarixində mənzil məcburi qaydada boşaldılmış və iddiaçı qanuni əsas olmadan mənzildən çıxarılmışdır. Hazırda mənzil cavabdehin istifadə və sahibliyindədir.
7. Cavabdehin vəkil və nümayəndəsi vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.C.Hacıyeva) 2025-ci il # ###### tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il ## ### tarixli qətnaməsindəki mövqeyi əsas götürmüş, həmçinin MMC-nin direktorunun dələduzluq etməsinin müəyyən olunduğu məhkəmə aktları ilə cavabdehə mübahisəli mənzilin verilməsi, olmadıqda isə 23.788 manat məbləğində kompensasiya ödənilməsi tələbinin təmin edildiyi qeyd edilmişdir. Məhkəmə bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmləri ilə cavabdeh Cavabdeh zərərçəkmiş kimi tanınmış və mübahisəli mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ əldə etdiyi müəyyən edilmişdir. Bu hallar faktiki olaraq cavabdehə mübahisəli mənzilə münasibətdə üstün hüquqa malik olduğunu göstərmişdir. Beləliklə, üçüncü şəxsin, yəni hazırkı iddiaçının MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış müqavilənin əhəmiyyətsiz sayılması tələbi əsaslı hesab edilə bilməz.
10. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hazırkı cavabdehin mübahisəli mənzilə hüququnun əsasını təşkil edən müqavilə etibarlı sayılmış və bununla onun həmin mənzili qanunsuz sahibliyindən tələb etmək hüququ tanınmışdır. Eyni zamanda məhkəmə tərəfindən cavabdehin mənzilin mülkiyyətçisi olduğu, faktiki sahibliyindən məhrum edildiyi, əmlakın naturada mövcud olduğu və digər tərəfin əsassız olaraq onun istifadəsində saxladığı müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının hüquqi əsası olmadan mənzildən istifadə etməsi cavabdehin mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaratdığı üçün yolverilməz hesab edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktı ilə cavabdeh mübahisəli mənzilin “mülkiyyətçisi” kimi tanınmışdır.
11. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi ##.##.2006-cı il tarixli ** saylı müqavilə və ##.##.2008-ci il tarixli maliyyə arayışına məhkəmə qərarında hüquqi qiymət verilmişdir. Həmin qərarla iddiaçıya, göstərilən bina üzrə sərəncamvermə səlahiyyətlərinə malik olmuş keçmiş hüquqi şəxsə qarşı dəymiş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 152.1, 152.5, 157.2, 178.1, 178.8-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra - MPM) 82-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2015-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2010-cu il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququna malikdir. Iş materialları ilə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun alqı-satqı müqaviləsi ilə təsdiq edildiyi müəyyən olunur. Buna baxmayaraq, iddiaçı qanuni əsas olmadan icra məmurunun hərəkətləri nəticəsində mənzildən çıxarılmışdır. Iddia tələbi mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə ilə bağlı olsa da, məhkəmə icra hərəkətlərinin qanuniliyinə və iddiaçının mənzildən çıxarılmasının əsaslılığına hüquqi qiymət verməmişdir. MM-in 152-ci maddəsinə əsasən mülkiyyət hüququ dövlət tərəfindən qorunur və mülkiyyətçiyə əmlaka sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək səlahiyyətləri verir. Iddiaçının mülkiyyət hüququnu təsdiq edən alqı-satqı müqaviləsi qüvvədədir və mübahisələndirilməmişdir. Lakin məhkəmə bu hüququn tanınmamasının əsaslarını göstərməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmünə və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarına istinad etmişdir. Lakin həmin məhkəmə aktları yalnız X3 ilə bağlı hüquqi münasibətləri tənzimləyir və iddiaçının hüquqlarına şamil edilə bilməz. Beləliklə, iddiaçının 2008-ci ildən əldə etdiyi mülkiyyət hüququ və onun mənzildən çıxarılmasının qanuniliyi məhkəmə tərəfindən qiymətləndirilməmiş, bu isə qətnamənin əsassızlığını göstərmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - S.R.Səlimova (sədrlik edən və məruzəçi hakim), A.Ə.Isgəndərov və A.N.Imanov) 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, MPMin 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar eyni tərəflər arasında başqa işdə yenidən mübahisələndirilə və sübut edilə bilməz. Bu, məhkəmə aktının preyudisial əhəmiyyətini və hüquqi müəyyənliyi təmin edir. Preyudisiallıq yalnız məhkəmənin əsaslandırıcı hissəsində müəyyən edilmiş hallara şamil olunur və eyni subyekt tərkibi olduqda tətbiq edilir. Bu institut eyni faktların təkrar araşdırılmasının qarşısını alır.
17. Bu baxımdan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, “xxxx” MMC həm iddiaçı, həm də cavabdehlə eyni mənzil üzrə oxşar alqı-satqı müqavilələri bağlamış, hər iki şəxs aldadılaraq ödəniş etmiş, lakin mənzil onlara təqdim edilməmişdir.
18. Məhkəmə kollegiyası bildirmişdir ki, iş üzrə mübahisələndirilməyən hallardan biri də qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarı ilə “xxxx” MMC-nin direktoru Kazım-zadə Kazım Ələsgər oğlunun iddiaçıya məxsus pul vəsaitini mübahisəli mənzili satmaq adı ilə ələ keçirməklə dələduzluq etdiyinin müəyyən edilməsi ilə bağlıdır. Həmin məhkəmə aktları ilə hazırkı cavabdehin mülki iddiası təmin edilərək, ona mübahisəli mənzilin verilməsi, bu mümkün olmadıqda isə pul vəsaitinin ödənilməsi qərara alınmışdır.
19. Beləliklə,qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçı zərərçəkmiş kimi tanınmış, həmin hökmlə Cavabdeh mübahisəli mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyi müəyyən edilmiş, bu mənzilin ona təhvil verilməli olması barədə nəticəyə gəlinmişdir. Müəyyən edilən bu hallar da ona faktiki olaraq mübahisəli mənzilə münasibətdə üstün hüquqa malik olmasına dəlalət edir. Bu halda, üçüncü şəxsin MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması barədə tələbi əsaslı hesab edilə bilməz.
20. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehin mübahisəli mənzilinin qanuni sahibi statusunun yaranmasına əsas olan müqavilənin etibarlılığı məhkəmə qaydasında öz təsdiqini tapdığına görə onun digər şəxsin qanunsuz sahibliyindən bu mənzili tələb etmək üzrə subyektiv hüququ tanınmışdır.
21. Bu baxımdan “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra edilməməsi, iddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vermişdir. Nəticə etibarilə, MM-in 178.8-ci (əvvəlki redaksiyada) və 157.2-ci maddələrinə əsasən iddiaçı pay haqqını tam ödədiyindən mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və həmin əmlakı özgəsinin qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır.
22. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddia tələbinin təmin edilməsi üçün zəruri hüquqi əsaslar mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət və ya istifadə hüququnun yaranması təsdiq olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçının “xxxx” MMC ilə bağladığı müqavilə üzrə ona konkret mənzilə dair hüquq deyil, öhdəliyin icra edilməməsi ilə bağlı zərərin ödənilməsi tələbi irəli sürmək hüququ yaranmışdır.
23. Kollegiya sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil üzərində hüquq cavabdehə məxsusdur və iddiaçının həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə tələblərinin hüquqi əsası yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirərək iddianı təmin etməməklə əsaslı nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində pozuntuya yol verməmişdir.
24. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 33, 60-cı maddələrinə, MM-in 152.1, 152.5, 178.1, 178.8, 324.1ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1, 113.1-ci, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 82.3, 88, 106.1, 217.1, 217.3, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2, 403.1, 405.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2007ci il, ##.##.2010-cu il, ##.##.2016-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli * nömrəli Qərarlarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
25. Iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnun alqı-satqı müqaviləsi ilə təsdiq olunduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı mənzili 2008-ci ildə əldə etmiş, müqavilə qüvvədə qalmaqla mübahisələndirilməmişdir. Buna baxmayaraq, məhkəmə qeyd edilən normalara istinad etsə də, iddiaçının mülkiyyət hüququnun hansı əsasla tanınmadığını əsaslandırmamışdır.
27. Iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun alqı-satqı müqaviləsi ilə təsdiq olunduğu mübahisəsizdir. Buna baxmayaraq, o, qanuni əsas olmadan icra məmurunun hərəkətləri nəticəsində mənzildən çıxarılmışdır. Hazırkı iddia tələbi mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə ilə bağlı olduğu halda, məhkəmə icra hərəkətlərinin qanuniliyinə və iddiaçının mənzildən çıxarılmasının əsaslılığına hüquqi qiymət verməmişdir.
28. Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmünə və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarına istinad etmişdir. Lakin həmin məhkəmə aktları cavabdeh ilə X3 arasında yaranmış hüquqi münasibətlərinə aiddir və yalnız sonuncunun mənzildən çıxarılmasına aiddir. Həmin məhkəmə aktlarında iddiaçının hüquqları, onun mənzildən çıxarılması və ya adına olan alqı-satqı müqaviləsinin etibarlılığı məsələləri araşdırılmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 25, İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
31. Maddə 33, İ hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
32. Maddə 33, II hissə. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
33. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
37. Maddə 178.8 (hüquq münasibəti yarandığı vaxt qüvvədə olmuş redaksiya). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
46. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
51. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
53. Işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə, həm iddiaçı, həm də cavabdehlə “xxxx” MMC arasında podrat müqavilələri bağlanmışdır. MMC tərəfindən öhdəliklər icra edilməmiş və MMC-nin vəzifəli şəxsləri barədə cinayət təqibi başlanmışdır.
54. Həmin cinayət təqibi üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)- ***/**** saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin X2 və qeyriləri haqqındakı ##.##.2015-ci il tarixli qərarının nəticəvi hissəsində anlaşılmazlıq aradan qaldırılaraq "Cavabdeh Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 13cü mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 111.708 manat pul tələblərinə dair mülki iddiaları təmin olunsun" ifadəsi "Cavabdeh Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 27.920 manat, həmin binanın birinci mərtəbəsində 50 kv.m qeyri-yaşayış sahəsi və ya 60.000 manat, həmin binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil və ya 23.788 manat pul tələblərinə dair mülki iddiaları təmin olunsun" ifadəsi kimi oxunması qərara alınmışdır.
55. Eyni zamanda mübahisəli mənzillə bağlı tərəflərin iştirakı ilə bundan əvvəl məhkəmə mübahisəsi olmuşdur və həmin iş üzrə məhkəmələrin mövqeyi, hazırki işə baxılanda nəzərə alınmalıdır. Belə ki, bundan əvvəl iddiaçı Cavabdeh cavabdeh X3 qarşı “yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 59,47 m olan 1 otaqlı mənzildən cavabdehin ailə üzvləri və əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbi; Üçüncü şəxs X1 Cavabdeh qarşı ““xxxx” MMC ilə bağlanmış ## ####### 2009-cu il tarixli, *** saylı müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh yaşayış binasının 1-ci blok, 10-cu mərtəbədəki ümumi sahəsi 59.47 kv.m olan ** saylı mənzilin qanunsuz sahibliyindən geri alınması, onun tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılması, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və həmin mənzilin Raya Cəfərovaya təhvil verilməsi” tələbi; Müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh qarşı, ““xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsindəki 59,47 kvm mənzilə dair bağlanmış ##.##.2009-cu il tarixli *** saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddialara baxılmışdır.
56. Həmin mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il ## ### tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2017-ci il # #### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh cavabdeh X3 qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddiası təmin olunmuş, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh X3 qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
57. Qeyd olunan mülki işdə İddiaçı Cavabdeh qarşı iddia tələbi onunla əsaslandırmışdı ki, ##.##.2006-cı il tarixdə aralarında bağlanmış ** saylı müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən tikiləcək bir bloklu binanın 11–ci mərtəbəsində bir otaqlı mənzili “xxxx” MMC-dən almış və 2008-ci ilin may ayında həmin mənzilə dair ödəniləcək bütün məbləği-yəni 17317,6 manat pulu ödəyib qurtardı. Həmin mənzilə köçmək istədikdə oranın mübahisəli olduğunu və həmin mənzilin Cavabdeh “xxxx” MMC tərəfindən ##.##.2009-cu il tarixli *** saylı müqavilə ilə satıldığını öyrəndi. Hesab edir ki, mübahisələndirilən mənzilə dair onun da hüquqları var. “xxxx” MMC tərəfindən qeyd olunan mənzilin cavabdehə satıldığı və həmin əmlaka dair ona 2006-cı ildə müqavilə verildiyi halda, sonradan vətəndaş Cavabdeh da bu formada müqavilə verilmişdir. Təbii ki, bu həmin vaxtı binanı tikən "xxxx” MMC-nin səhvi olmuş və həmin mənzil ilk olaraq onun faktiki mülkiyyətimə verilmişdir. Belə olan halda hesab edir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2009-cu il tarixli *** saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur. Faktiki olaraq şirkət onunla müqavilənin olduğunu bildiyi halda Cavabdehla müqavilə imzalamış və qanunuszluğa yol vermişdir.
58. Məhkəmələr həmin iş üzrə yekun olaraq qeyd ediblər ki, “xxxx” MMC ilə həm müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı, həm də da iddiaçı Cavabdeh arasında eyni formada, eyni məzmunda, alıcıların iradə ifadəsinə, əqdin məzmununa uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə müqavilələr bağlanmışdır. Həmçinin hər ikisinin eyni qaydada MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlu tərəfindən aldadılmaqla, müqavilə üzrə məbləğlərin ələ keçirildiyi, müqabilində razılaşdırılmış şəkildə yaşayış sahəsinin verilmədiyi müəyyən edilmişdir.
59. Lakin məhkəmələr həmin mülki iş üzrə eyni zamanda bildiriblər ki, işin digər bir mübahisələndirilməyən halına görə, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-**/**** saylı hökmünə və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-***/**** saylı qərarına əsasən MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlunun Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzili iddiaçıya satmaqla ona məxsus pul vəsaitinin ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmişdir. Həmin məhkəmə aktları ilə Cavabdeh binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzilin verilməsi, olmadığı təqdirdə 23.788 manat məbləğində pul ödənilməsi tələblərinə dair mülki iddiasının təmin olunması qərara alınmışdır. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçı zərərçəkmiş kimi tanınmış, həmin hökmlə Cavabdeh mübahisəli mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyi müəyyən edilmiş, bu mənzilin ona təhvil verilməli olması barədə nəticəyə gəlinmişdir. Müəyyən edilən bu hallar da ona faktiki olaraq mübahisəli mənzilə münasibətdə üstün hüquqa malik olmasına dəlalət edir. Bu halda, üçüncü şəxsin MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması barədə tələbi əsaslı hesab edilə bilməz.
60. Qeyd olunan mülki iş üzrə məhkəmələr bu nəticəyə gəliblər ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə sonuncuya razılaşdırılmış mənzilin təhvil verilməməsi barədə öhdəliyin icra edilməməsi ona mülki qanunvericiliyə uyğun olaraq göstərilən bina üzərində sərəncamvermə səlahiyyətləri keçmiş hüquqi şəxsə qarşı dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə məhkəməyə müraciət etmək üzrə hüququnu yaradır.
61. Hazırkı tələb üzrə işə baxmış məhkəmələr də haqlı olaraq tərəflərin arasında olan əvvəlki mülki iş üzrə müəyyən olunan hallara istinad etmişlər. Iddiaçının cavabdehin sahibliyində olan mənzilə köçürülməsini şərtləndirən hüquqi əsaslar müəyyən edilməmişdir.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.