Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-566/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İsmayılov Mikayıl Qibləli oğlunun cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” Publik Hüquqi Şəxsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; əmrin ləğv edilməsi, işə bərpa və vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İsmayılov Mikayıl Qibləli oğlunun cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi, cavabdeh2 Publik Hüquqi Şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 Publik Hüquqi Şəxsi (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İsmayılov Mikayıl Qibləli oğlu ##.##.2016-cı il tarixdə “xxxx” MMC-nin Şamaxı Sukanal İdarəsində 2-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə təyin edilmiş, ##.##.2017-ci il tarixdə 4-cü dərəcə ilə Müştəri Xidmətlər qrupunun su kəməri təsərrüfatına nəzarətçi peşəsinə təyin edilmiş, ##.##.2018-ci il tarixdə 4-cü dərəcə ilə “xxxx” MMC-nin 2№-li Regional Sukanal İdarəsinin Şamaxı abonent işləri sahəsinin iş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmiş, ##.##.2018-ci il tarixdə 4-cü dərəcə ilə * saylı Regional Sukanal İdarəsinin Şamaxı SKS-nin iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmiş, ##.##.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmiş, ##.##.2019-cu il tarixdə “xxxx” ASC-nin * №-li Regional Sukanal İdarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən X6 iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna 4-cü dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmiş, ##.##.2020-ci il tarixdə X6 Abonentlərlə iş qrupuna 4-cü dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanına əsasən Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə cavabdeh2 Publik Hüquqi Şəxsi, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi yaradılmışdır. X5 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan X12 (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən Publik Hüquqi Şəxs kimi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən Publik Hüquqi Şəxs kimi müəyyən olunmuşdur.
3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin ##.##.2024-cü il tarixli, ** nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür.
4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsinin * nömrəli Regional Sukanal İdarəsinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin * nömrəli Regional Sukanal İdarəsinin X6 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi İsmayılov Mikayıl Qibləli oğluna ünvanladığı ##.##.2024-cü il tarixli, *** nömrəli “ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## ###### 2023-cü il tarixli, **** nömrəli fərmanına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin ##.##.2024-cü il tarixli, 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi ##.##.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bağlanmış əmək müqaviləsi 6 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilməklə, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 1,4 misli miqdarında bir dəfəyə ödəməklə bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər.
5. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxs * nömrəli Regional Sukanal İdarəsinin ##.##.2024-cü il tarixli, 518 – K nömrəli əmri ilə İsmayılov Mikayıl Qibləli oğlu - * nömrəli Regional Sukanal İdarəsinin X6 abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ##.##.2024-cü il tarixindən ləğv edilmişdir.
6. İsmayılov Mikayıl Qibləli oğluna Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən * №-li Regional Sukanal İdarəsində 8 il 4 ay 22 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarı işdənçıxarma müavinəti verilib, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 27 təqvim günü pul əvəzi ödənilib.
7. Keçmiş * №-li Regional Sukanal İdarəsinin 92 nəfər işçisi ixtisara düşmüş, onlardan 86 nəfəri ilə cavabdeh2n Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi arasında yenidən əmək müqaviləsi bağlansa da, İsmayılov Mikayıl Qibləli oğlunun daha əvvəl “X10” filialının Şamaxı poçtunun ##.##.2001-ci il tarixli, *** nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi onunla digər işçilər arasında qiymətləndirmənin aparılması zamanı mənfi xarakterizə edildiyinə görə onunla yenidən əmək müqaviləsi bağlanmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İsmayılov Mikayıl Qibləli oğlu (bundan sonra iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsinə (bundan sonra cavabdeh, yaxud Publik Hüquqi Şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Publik Hüquqi Şəxs və “xxxx” publik şəxsi Şamaxı Su və Meliorasiya sistemlərinin istismarı idarəsində əvvəlki işinə bərpa edilməsi, ## ###### 2024-cü il tarixdən hal-hazıra kimi qalan əmək haqqının ona ödənilməsi, ## #### 2024-cü tarixli xəbərdarlıq məktubu və ## ###### 2024-cü il tarixli işdən azad edilmə əmrinin əslini təqdim etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin fevral ayında “xxxx” ASC-nin * nömrəli Regional Sukanal İdarəsinin Şamaxı Sukanal sahəsinə nəzarətçi peşəsinə qəbul edilmişdir. Bu peşədə 8 il 10 ay qüsursuz işləmiş, hər gün işdə olmuş, işinin öhdəsindən layiqincə gəlmiş, heç bir töhmət və ya xəbərdarlıq almamışdır. ## ####### 2024-cü il tarixdə “xxxx” Publik Hüquqi X1 və meliorasiya sistemlərinin istismarı idarəsinin yeni rəisi Əhəd Əzizov birləşmə ilə əlaqədar * saylı Regional Sukanal İdarəsinin X6 işçilərini yenidən işə qəbul etsə də, bəzilərinin adlarının qarşısına “imtina" sözü yazılmış siyahını Regional İdarəyə göndərərək həmin işçiləri işə qəbul etməyəcəyini bildirmişdir. Həmin siyahıda onun da adının qarşısına imtina yazılmışdır. Sonradan, həmin işçiləri işə qəbul etsə də, onu qərəzli şəkildə işə qəbul etməmişdir. Buna görə, dəfələrlə Əhəd Əzizovun qəbulunda olmuş, şikayət ərizələri ilə müraciət etsə də, Əhəd Əzizov ona bildirmişdir ki, “hara istəyirsən get, kimə istəyirsən yaz mən səni işə qəbul etməyəcəm”. ## ###### 2024-cü ilə kimi hər gün işdə olmuş və işə davamiyyət jurnalına imza etmişdir. ## ###### 2024-cü il tarixdə onu qanunsuz olaraq işdən azad etmişlər. Ona ## ###### 2024-cü il tarixdə * saylı Regional Sukanal İdarəsinin ## #### 2024-cü il tarixli *** saylı “Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” məktubunu verib bildirmişlər ki, ona həmin tarixdə xəbərdarlıq məktubu verilmiş, məktub idarədə qalmışdır. O bildirmişdir ki, bu xəbərdarlıqdakı imza və xətt onun deyil. X6 rəisi Eldəniz Şeydayev bildirmişdir ki, xəbərdarlıq iyul ayından idarədə qalmışdır. “xxxx” Publik Hüquqi X1 və meliorasiya sistemlərinin istismarı idarəsinin ştat cədvəlində onun işlədiyi ştat ixtisara düşmədiyi halda onu ixtisar adı altında işdən azad etmişlər. Ona heç bir iş təklif edilməmişdir. Birinci işə o, qəbul edilməli olduğu halda qıraqdan 15-dən çox işçi işə qəbul edilmişdir. Hətta onun ştat vahidi olan nəzarətçi peşəsinə də işçi qəbul edilmişdir. Dəfələrlə ADSEA-ya işdən qanunsuz işdən çıxarılmağı ilə bağlı yazılı müraciət etmiş, müraciətinə cavab olaraq Agentlikdə vakansiya ilə bağlı işlər müvəqqəti dayandırıldığı, işlə bağlı Məşğulluq idarəsinə müraciət edilməsi barədə yazılmış rəsmi məktubla cavab vermişlər. Yenidən Agentliyə məktubla müraciət etmişdir ki, əgər yazılan kimi işə qəbul dayandırılıbsa, niyə onu işdən azad edəndən sonra qıraqdan 15dən çox işçini işə qəbul etmisiz? Bu barədə ona heç bir cavab verilməmiş, işə bərpa edilməyi ilə bağlı ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qəbulunda olmuş, vəziyyətini ərizə ilə birlikdə Mehriban xanıma bildirmişdir. Ona deyilmişdir ki, işinə bərpa ediləcək və eyni zamanda Administrasiyadan ADSEA-ya işə bərpa edilməyi ilə bağlı məktub da göndərilmişdir. Daha sonra,## ###### 2025ci il tarixdə Quba şəhərində ADSEA sədri Zaur Mikayılovun qəbulunda olmuş, Zaur Mikayılov da bildirmişdir ki, 3 ya 4 gündən sonra əlaqə saxlanılacaq və nəticə barədə məlumat veriləcək. Lakin bu günə kimi bir zəng də edilməmişdir. Odur ki, işinə bərpa edilməklə qalan əmək haqqının alınması ilə bağlı mediasiyaya müraciət etmişdir. Cavabdeh tərəflər mediasiyaya gəlməkdən imtina etmişlər.
10. İddiaçı Mikayıl İsmayılov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Publik Hüquqi Şəxs və “xxxx” publik şəxsi Şamaxı Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsində əvvəlki işinə bərpa edilməyi barədə iddia tələbinin təmin olunması, ## ###### 2024-cü il tarixdən hal-hazıra kimi qalan əmək haqqının ona ödənilməsi, ## #### 2024-cü tarixli xəbərdarlıq məktubu və ## ###### 2024-cü il tarixli işdən azad edilmə əmrinin əslini təqdim etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə də iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Publik Hüquqi Şəxsin ***-K saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında olan əmrinin ləğv olunması, əvvəlki işinə bərpa olunmağı və məcburi iş buraxılmaya görə əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddiaçı daha sonra məhkəməyə müraciət edərək, “xxxx” publik şəxsi Şamaxı Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən “xxxx” publik şəxsi Şamaxı Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsi (bundan sonra cavabdeh İdarə) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbi təmin edilərək cavabdeh Publik Hüquqi Şəxsinin * nömrəli Regional Sukanal İdarəsinin ## ###### 2024-cü il tarixli, ***-K nömrəli əmrinin ləğv edilməsi; iddiaçının əvvəlki vəzifəsinə, yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin cavabdeh2 Publik Hüquqi Şəxsinin * nömrəli Regional Sukanal İdarəsinin X6 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməsi; məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə iddiaçı Mikayıl İsmayılovun əmək müqaviləsi ləğv edilərkən, ona başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilməmiş, ixtisardan sonra * №-li Regional Sukanal İdarəsinin Şamaxı Sukanal sahəsində 7 nəfər nəzarətçi vəzifəsinə bərpa edilmiş, nəzarətçilərdən yalnız iddiaçı Mikayıl İsmayılov ilə yenidən əmək müqaviləsi bağlanmamış, sonradan idarədə yeni ştat cədvəli tərtib edilmiş və ştat vahidləri artırılmışdır. İddiaçının uzun illər xidmət etməsinə baxmayaraq, onun müqaviləsinə ixtisarla bağlı xitam verilməsi, sonradan digər şəxslərlə əmək müqavilələri bağlanaraq onların işə götürülməsi, həmin işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özüözlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır.
16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh2 Publik Hüquqi Şəxsinin, o cümlədən * №-li Regional Sukanal İdarəsinin X6 hazırkı strukturu və ştat cədvəli, ştat vahidi barədə məlumatların əldə olunması ilə əlaqədar məhkəmə tərəfindən sorğu verilsə də, sorğuya cavab verilməmişdir.
17. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmkarlar ittifaqı təşkilatı işçinin işdən azad olunmasına razılıq vermədiyi halda, işəgötürən Həmkarlar ittifaqı təşkilatının qərarı ilə razılaşmırsa və işçi ilə bağlanmış müqaviləsinin ləğv olunmasında israrlıdırsa o, bu halı əsaslandırmaqla qərar qəbul etməlidir.
18. Göründüyü kimi, həmkarlar ittifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda, qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin qərarı təqdim etməmiş, işəgötürənə məktub ünvanlamaqla məsələyə münasibət bildirmişdir.
19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi, 11-ci maddəsinin 1-ci hissəsi, 45-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 78-ci maddəsinin 1-ci hissəsi, 83-cü maddəsi, 292-ci maddəsinin 1-ci hissəsi, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2023-cü il Qərarı, “ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir.
21. Cavabdeh cavabdeh2 Publik Hüquqi Şəxsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunmuşdur.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cavabdeh2 ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli sorğuya cavab məktubuna əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, 2356 №li Fərmanına əsasən, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə cavabdeh2 Publik Hüquqi Şəxsi yaradılmışdır. Keçmiş 2 №li Regional Sukanal İdarəsinin ##.##.2024-ci il tarixli, *** nömrəli məktubuna əsasən, “abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi” vəzifəsində işləyən Mikayıl İsmayılova və digər 92 işçiyə ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq bildirişləri təqdim edilmişdir. 2 №li Regional Sukanal İdarəsinin ## ###### 2024-cü il tarixli, *** nömrəli əmri ilə Mikayıl İsmayılov ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Keçmiş 2 №li Regional Sukanal İdarəsinin 92 nəfər işçisi ixtisara düşmüş, onlardan 86 nəfəri ilə cavabdeh2n Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi arasında yenidən əmək müqaviləsi bağlanmışdır. Mikayıl İsmayılovun daha əvvəl X10 filialının Şamaxı poçtunun ##.##.2001-ci il tarixli, *** nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi onunla digər işçilər arasında qiymətləndirmənin aparılması zamanı mənfi xarakterizə edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində cavabdeh2n Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ## ###### 2024-cü il tarixdə təsdiqlənmiş ştat cədvəlinə əsasən Ştat cədvəli üzrə cəmi 142 işçi təsdiq edilmiş, fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə 5 nəfər, iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə 2 nəfər işçi ştata alınmışdır. X3, Şabanov İdris Toğrul oğlu ilə yenidən əmək müqaviləsi bağlanılmış və onlar su kəməri təsərrüfatında nəzarətçi vəzifələrinə bərpa edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti * nömrəli Regional Sukanal İdarəsi Ucar Sukanal sahəsinin * nömrəli Regional Sukanal İdarəsinin rəisi cənab Fərhad Heydərova ünvanladığı ##.##.2024-cü il tarixli, **/** nömrəli “Ştat vahidinin ixtisarı ilə bağlı əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında” müraciət məktubuna əsasən Su Təsərrüfatı İşçilərinin, Həmkarlar İttifaqı Təşkilatına daxil olmuş ##.##.2024-cü il tarixli **-**-*- */*-**/*-***/**** saylı məktubuna tərəflərindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ##.##.2024-cü il tarixli, ** nömrəli əmri ilə cavabdeh Publik Hüquqi Şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən, * №-li Regional Sukanal idarəsinin əməkdaşlarının tutduqları vəzifələr üzrə ştat vahidləri ixtisara düşmüşdür. Ştat vahidləri ixtisara düşmüş işçilərin əmək müqavilələrinə xitam verilən zaman, əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan işçilərin əmək müqavilələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. Mikayıl İsmayılova məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən ##.##.2024-cü il tarixli ***-K nömrəli əmrlə Azərbaycan Respublikasının 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə əmək müqaviləsi ləğv edilmişdir
23. Cavabdeh Publik Hüquqi Şəxsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunmuşdur.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə cavabdeh Publik Hüquqi Şəxs yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən Publik Hüquqi Şəxsdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Publik Hüquqi Şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il *** nömrəli qərarı ilə cavabdeh Publik Hüquqi Şəxsin Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərmanın 3cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə cavabdeh2 Publik Hüquqi Şəxsi yaradılmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən cavabdeh2 meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan X12 (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən Publik Hüquqi Şəxsdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Publik Hüquqi Şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il *** nömrəli qərarı ilə cavabdeh2 Publik Hüquqi Şəxsin Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ## ### 2024-cü il tarixli ***/* nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən cavabdeh Publik Hüquqi Şəxsin strukturu təsdiq edilmiş, Publik Hüquqi Şəxsin ştat vahidlərinin sayı 14.000-dən 7.700-dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. (Əmr iş materiallarına əlavə edilmişdir.) Həmin strukturda Yevlax rayon Su kanal İdarəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi cavabdeh2 Publik Hüquqi Şəxsə həvalə edilmişdir. İddiaçının çalışmış olduğu Yevlax rayon Su kanal İdarəsi cavabdeh2 Publik Hüquqi Şəxsin tərkibinə verilərək Yevlax Su meliorasiya sistemlərinin İstismarı İdarəsi yaradılmışdır. cavabdeh2 Publik Hüquqi Şəxsi cavabdeh Publik Hüquqi Şəxsin alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. İddiaçının işlə təmin edilib edilməməsi cavabdeh2 Publik Hüquqi Şəxsin daxili işidir. Hal-hazırda cavabdehin Şamaxı rayon Su kanal İdarəsi adında struktur təşkilatı mövcud deyildir. Bu kimi hallar olmasına və cavabdehin Şamaxı rayonunda xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. İddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən İsgəndərov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin ## #### 2025ci il tarixli qətnaməsi iddiaçı Mikayıl İsmayılov əvvəlki vəzifəsinə, yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin cavabdeh2 * nömrəli Regional Sukanal İdarəsinin X6 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməsi hissəsində dəyişdirilmiş, Mikayıl İsmayılovun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində cavabdeh2 Publik Hüquqi Şəxsinin Şamaxı su meliorasiya sistemlərinin istismarı idarəsində əvvəlki işinə (peşəsinə) uyğun (İş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun Su kəməri təsərrüfatında nəzarətçi və ya Fakturalama qrupunun Su kəməri təsərrüfatında nəzarətçi və.s ola bilər) vəzifəyə bərpa edilməsi qət olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılmış və təqdim edilmiş sübutlar araşdırılmaqla iddiaçının işə bərpa olunduğu qurumun adı və vəzifəsi istisna olmaqla qalan hissələrdə düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Buna görə də, cavabdeh Publik Hüquqi Şəxsin apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, digər cavabdeh cavabdeh2 Publik Hüquqi Şəxsin apellyasiya şikayəti isə yalnız iddiaçının işə bərpa olunduğu qurumun adı və vəzifəsi hissəsində dəyişdirilməsi üçün əsas olduğundan qətnamənin qalan hissələrdə apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətlərinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əvvəla, cavabdeh Publik Hüquqi Şəxsinin * nömrəli Regional Sukanal İdarəsinin ## ###### 2024-cü il tarixli, ***-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən - * №-li Regional Sukanal İdarəsinin X6 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, yəni ştat vahidi ixtisar edildiyinə görə ##.##.2024-cü il tarixdən ləğv edilsə də, onun işə bərpa olunduğu qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində cavabdeh2 Publik Hüquqi Şəxsi olmuşdur. Demək, iddia əmək müqaviləsinin ləğv edilməsi hissəsində cavabdeh Publik Hüquqi Şəxsinə, işə bərpa olunması hissəsində isə cavabdeh2 Publik Hüquqi Şəxsinə qarşı yönəlib. Hər iki cavabdehin hansı qaydada və regionlar üzrə yaradıldığı, hansı xidmətləri göstərdiyi və digər hallar apellyasiya şikayətlərinin məzmununda göstərilməklə yanaşı işin mübahisəsiz halı sayılır.
28. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh Publik Hüquqi Şəxsi apellyasiya şikayətində iddiaçının əmək müqaviləsinə xitam verilənədək işlədiyi qurumun adını dəqiq göstərməsə də cavabdeh2 Publik Hüquqi Şəxsin onun alt qurumu olmadığı və ona hansısa göstəriş vermək səlahiyyətinin olmaması da bəllidir. Qətnamə ilə onun üzərinə yalnız ## ###### 2024-cü il tarixli, ***-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ləğv edilməsi vəzifəsi qoyulub. Çünki bu əmr cavabdeh2 Publik Hüquqi Şəxsi tərəfindən verilməyib, nə də əmr verilərkən * nömrəli Regional Sukanal İdarəsi onun strukturuna aid olmayıb. Əmrin verildiyi blankda da onun cavabdeh Publik Hüquqi Şəxsin * nömrəli Regional Sukanal İdarəsinin ## ###### 2024-cü il tarixli, ***-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr olduğu qeyd olunub, möhürün üzərində isə “xxxx” ASC və * nömrəli Regional Sukanal İdarəsi yazıları əks olunub(i.v.5). Qeyd olunduğu kimi, qətnamə ilə iddiaçının işə bərpa edilməsi vəzifəsi cavabdeh2 Publik Hüquqi Şəxsinə həvalə edildiyindən cavabdeh Publik Hüquqi Şəxsinin buna görə narahat olmasına da zərurət və əsas olmadığından, onun işə bərpa hissəsində iddianın əsassız olaraq təmin edilməsi və bunun qətnamənin icrasını mümkünsüz edəcəyi barədə fikirlər irəli sürməsinə də gərək və ehtiyac yox idi. Göründüyü kimi, cavabdeh Publik Hüquqi Şəxsin apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh cavabdeh2 Publik Hüquqi Şəxsinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, keçmiş 2 №li Regional Sukanal İdarəsinin ##.##.2024-
29. *** nömrəli məktubuna əsasən, “abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında ci il tarixli, nəzarətçi” vəzifəsində işləyən Mikayıl İsmayılova və digər 92 (doxsan iki) işçiyə ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq bildirişləri təqdim edildiyi göstərilsə də, iddiaçı yazılı vəsatətlə məhkəməyə müraciət edərək həmin bildirişdəki imzanı icra etmədiyini və bunun müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir(i.v.4;53). Ancaq birinci instansiya məhkəməsi buna lüzum görməmişdir. Məhkəmə tərkibi də qeyd olunan bildirişdəki imzanın iddiaçı tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsinə də əsas və zərurət görməmişdir Çünki bu halın müəyyən edilib-edilməməsinin iddianın əsaslı olmasına heç bir təsiri yoxdur.
30. Bundan əlavə, keçmiş 2 №li Regional Sukanal İdarəsinin 92 nəfər işçisi ixtisara düşüb, onlardan 86 nəfəri ilə cavabdeh2n Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi arasında yenidən əmək müqaviləsi bağlansa da Mikayıl İsmayılovun daha əvvəl “xxxx” Dövlət Müəssisəsi filialının Şamaxı poçtunun ##.##.2001-ci il tarixli, *** nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi onunla digər işçilər arasında qiymətləndirmənin aparılması zamanı mənfi xarakterizə edilməsi barədə dəlillər də açıq-aşkar iddiaçıya qarşı olan qərəzli münasibəti nümayiş etdirib. Çünki həmin vaxtdan 23 il keçdikdən sonra, üstəlik çevrilən qurumlarda 8 il, 4 ay, 22 gün qüsursuz, nöqsansız və hər hansı bir intizam tənbehi almadan işlədikdən sonra ona qarşı bu cür münasibət ədalətsiz olmuşdur. Yəni 23 il əvvəl başqa bir qurumda işlədiyinə görə intizam tənbehinə məruz qalmasının, 23 il sonra onu mənfi xarakterizə edən hal kimi qiymətləndirilməsi tamamilə yanlış qərar olmuşdur.
31. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, göstərilənlərlə yanaşı, hazırkı işin halları onu deməyə əsas verir ki, burada həqiqi mənada ştatların ixtisarından da söhbət gedə bilməz. Çünki cavabdeh Publik Hüquqi Şəxslər məlum Fərmana əsasən çevrilmə yolu ilə yenidən təşkil yolu yaradılmışdır. İddiaçı ilə yanaşı 92 nəfər çevrilən əvvəlki hüquqi şəxsin strukturuna daxil olan qurumda eyni xarakterli işlərdə işləyib. Məhz buna görə də 92 nəfərdən 86 nəfəri ilə yenidən əmək müqaviləsi bağlanıb və onlar xarakterinə görə əvvəlki işləri ilə eyni olan vəzifələrdə yenidən işlərini davam edir. Bu faktlar da apellyasiya şikayətinin açıq-aşkar əsassız olduğunu bir daha təsdiq edir.
32. Bundan əlavə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Cavabdeh şəxslər hansısa tədbirlər gördüyünə dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Həmçinin cavabdehlər Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinin imperativ tələbinə də əməl etməyib. Belə ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Yəni, cavabdeh işdə saxladığı 86 nəfərin əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin iddiaçıdan daha yüksək olduğuna, eləcə də peşəkarlıq səviyyəsini müəyyən edərkən onların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına dair də məhkəməyə heç bir sübut təqdim etməyib. Bu cür vəziyyət də onu deməyə əsas verir ki, həqiqətən də iddiaçıya qarşı hər hansı bir əsas və səbəb olmadan ayrıseçkiliyə yol verilib.
33. Göstərilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının işə bərpa olunduğu qurumun adında yanlışlığa yol vermişdir. Çünki həm iddia ərizəsində, həm də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrində iddiaçı “xxxx” publik şəxsi Şamaxı Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsində əvvəlki işinə bərpa edilməyini tələb edib. Lakin məhkəmə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin cavabdeh2 mövcud olmayan * nömrəli Regional Sukanal İdarəsinin X6 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməsini qət edib ki, bu da yanlış olmuşdur. Ona görə də qeyd olunan hissədə qətnamə dəyişdirilməli və iddiaçı Mikayıl İsmayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində cavabdeh2 Publik Hüquqi Şəxsinin Şamaxı su meliorasiya sistemlərinin istismarı idarəsində əvvəlki işinə(peşəsinə) uyğun (İş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun Su kəməri təsərrüfatında nəzarətçi və ya Fakturalama qrupunun Su kəməri təsərrüfatında nəzarətçi və.s ola bilər)vəzifəsinə bərpa edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə, 12-ci maddəsinin “c” bəndinə, 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1-ci hissəsinə, 77-ci maddəsinin 1-ci hissəsinə, 78-ci maddəsinin 1ci hissəsinə, 80-ci maddəsinin 1-ci hissəsinə, 80-ci maddəsinin 2-ci hissəsinə, 288-ci maddəsinə, 292-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 296-cı maddəsinin 2-ci hissəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 7.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
35. Qətnamədən cavabdeh Publik Hüquqi Şəxs (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, keçmiş * nömrəli Regional Sukanal İdarəsinin “abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi” vəzifəsində işləyən iddiaçının və digər işçilərinin ştat vahidlərinin ixtisara düşməsi səbəbilə xəbərdarlıq bildirişləri göndərilməklə əmək müqavilələrinə xitam verilmişdir. Mikayıl İsmayılovun əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, 2356 №li Fərmanına əsasən, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə cavabdeh2 Publik Hüquqi Şəxsi yaradıldıqdan sonra keçmiş * nömrəli Regional Sukanal İdarəsinin ixtisara düşən işçilərinin bir qisminin yenidən işə qəbulu zamanı namizədlərin daha öncədən işlədikləri müddətdə əmək fəaliyyətləri və şəxsi keyfiyyətləri nəzərə alınmışdır.
37. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Bu halda, cavabdeh2 PHŞ əsl olmayan tərəf (cavabdeh) qismində tanınması qanunvericiliyin tələblərinə ziddir. cavabdeh2 PHŞ məhkəmənin təşəbbüsü ilə işdə iştirak edən şəxslərin tərkibinə uyğun olaraq üçüncü şəxs qismində cəlb edilmişdir. Lakin iddiaçının tələbi ilə sonradan cavabdeh qismində tanınmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2023-cü ilin noyabr ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yeni strukturu təsdiq edilmişdir. Bununla da qurumun tabeliyində “xxxx” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə cavabdeh2 PHŞ, “xxxx” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə cavabdeh Publik Hüquqi Şəxsin, X7 İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X7 İnstitutu, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərin Birləşmiş Müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə olan Obyektlərin Müdiriyyəti, X12 Layihələndiriıməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “xxxx” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılmışdır.
39. İddiaçı tərəfindən mübahisələndirilən əmrin verilməsi, eyni zamanda, ixtisarın həyata keçirilməsi prosesini cavabdeh2 PHŞ həyata keçirməmişdir. Eyni zamanda, sözügedən Sukanal İdarəsi Xidmətin balansında olmamış və hazırda da deyil. Bu səbəbdən, cavabdeh2 PHŞ-in cavabdeh qismində tanınması özü-özlüyündə subyektiv hüququ olaraq qanunla qorunun maraqların pozulması hesab edilir. Beləliklə də, Sukanal idarələri cavabdeh2 PHŞ-in balansına verilməmişdir. cavabdeh2 PHŞ məhkəmədə cavabdeh qismində tanınsa da, bu halda qanunvericiliyin tələblərinə əsasən hər hansı öhdəliyi olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
40. İddiaçı cavabdeh Publik Hüquqi Şəxs tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, onun 11 ildən çox həmin idarədə iş üzrə stajı və əmək təcrübəsi olsa da, əmək müqaviləsi ixtisarla bağlı xitam verilməklə indiyədək öz işinə bərpa olunmamışdır. Lakin sonradan qeyd olunan iş sahəsində 3-4 il stajı olan təcrübəsiz şəxslərlə əmək müqavilələri bağlanmışdır. Əmək təcrübəsi az olan şəxslərin işə götürülməsi, lakin bu halın ona qarşı tətbiq edilməməsi ilə bağlı məhkəmə araşdırması zamanı belə nəticə yarandı ki, həmin işçilərlə müqayisədə ona qarşı ayrı-seçkilik edilmişdir ki, bu da Əmək Qanunvericiliyinin pozulması deməkdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
41. Maddə 2 (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.
42. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.
43. Maddə 12 (“c” bəndi). Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
44. Maddə 68 (2-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
45. Maddə 70 (“b” bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
46. Maddə 71 (2-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
47. Maddə 77 (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi.
48. Maddə 77 (2-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
49. Maddə 77 (3-cü hissə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
50. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
51. Maddə 78 (2-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
52. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
53. Maddə 80 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
54. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
55. Maddə 292 (2-ci hissə). İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
56. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
57. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
66. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində cavabdeh Publik Hüquqi Şəxs tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
73. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətə layiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
74. Odur ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
75. Bu baxımdan kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə nəzərdə tutulmuş əsaslar hazırkı halda mövcud olmamışdır. Belə ki, sübutları qiymətləndirmək səlahiyyətinə malik olan işə baxmış aşağı instansiya məhkəmələrin müəyyən etdiyi hallardan müəyyən olunur ki, hazırkı mübahisədə həqiqi mənada ştatların ixtisarından da söhbət gedə bilməz. Çünki cavabdeh Publik Hüquqi Şəxslər məlum Fərmana əsasən çevrilmə yolu ilə yenidən təşkil yolu yaradılmışdır. İddiaçı ilə yanaşı 92 nəfər çevrilən əvvəlki hüquqi şəxsin strukturuna daxil olan qurumda eyni xarakterli işlərdə işləyib. Məhz buna görə də 92 nəfərdən 86 nəfəri ilə yenidən əmək müqaviləsi bağlanıb və onlar xarakterinə görə əvvəlki işləri ilə eyni olan vəzifələrdə yenidən işlərini davam edir.
76. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
78. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
79. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
80. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
81. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
83. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.