Məhkəmə qərarları › İş №2(1-8)-581/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-581/2026

28.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-581/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının, ödənclərin və son haqq hesabın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “əmək haqqının, ödənclərin və son haqq hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. cavabdeh2 (işəgötürən) ilə İddiaçı (işçi) arasında ##.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən işçi əlavə iş yeri üzrə müəllimə vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 2.4cü bəndinə əsasən işçi ##.##.2024-cü il tarixdən işə başlayır. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 175 manat məbləğində əmək haqqı ödənilir. Müqavilənin 4.17-ci bəndinə əsasən iş saat 16:00-da başlayır, saat 20:00-da qurtarır. 4.27-ci bəndinə görə isə, əsas məzuniyyətin müddəti ən azı 21 təqvim günüdür. cavabdeh2 (işəgötürən) ilə İddiaçı (işçi) arasında ##.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir.

2. “X3” ASC-nin ##.##.2024-cü il tarixli əməliyyat qəbzindən görünür ki, həmin tarixdə 523915******** saylı kart hesabına 165 manat köçürülmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona verilməli əmək haqqı kimi 3500 manatın və düşən ödənclərin, son haqq-hesab pulunun, 3500 manat əmək haqqının iki 2 faizi kimi 9730 manat kompensasiyanın ödənməsi, işə qəbul və işdən öz ərizəsi əsasında çıxarılmasına dair qeydlərin əmək kitabçasına qeyd edilməsi, mediasiya üçün ödənmiş 61 manat və vəkil xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh2 və cavabdeh1 20 illik iş təcrübəsi və bacarığına görə ona kurslarında birlikdə işləmək, həmin kursa şagirdlər cəlb etməklə gəlir əldə etmək və bununla yanaşı həmin kursda müəllimə kimi dərs keçməyi (hər uşaq sayına uyğun olaraq minimum 700 manat əmək haqqı ödəməklə) xahiş etmiş, həmçinin öz tələbələrini, hər birinə ödəniş almaqla onların kurslarında hazırlaşdırmağına şərait yaradacaqlarına dair vəd verib avqust ayından etibarən həmin kursda işləməyə razı saldılar. Qazanc əldə etmək məqsədilə onlarla razılaşmışdır. Bundan sonra avqust ayında həmin şəxslərlə onlara məxsus kursda müəllimə kimi işə başlamaqla yanaşı 80-dən çox şagirdin kursa gələrək ödəniş etməsinə nail olmuşdur. Həmin vaxt dəfələrlə sınaq imtahanları təşkil etmiş və həmin sınaqlardan da xeyli gəlir əldə etmələrinə baxmayaraq nə həmin gəlirlərdən, nə onların uşaqlarına keçdiyi dərslərə görə, nə də müəllimə kimi işlədiyinə görə onlardan ödənişlərini ala bilməmişdir. Belə ki, sınaq imtahanlarından əldə edilən gəlir aralarında bərabər bölünməli, minimum 700 manat olmaqla əmək haqqı almalı, hər uşağa görə isə 20 manatdan əlavə ödənişlər almalı idi. Həmçinin onların öz uşaqlarına da müəlliməlik etdiyinə görə əlavə zəhmət haqqı almalı idi. Lakin buna baxmayaraq cavabdehlər verdikləri heç bir vədə əməl etməmiş, yalnız 1-2 dəfə uşaqlarının hazırlığına görə xırda məbləğdə pullar ödəmişlər. Dəfələrlə sınaqlar təşkil edilməyinə baxmayaraq, onlar nə həmin qazancdan ona düşən payı, nə də əmək haqqını ödəməmişlər. Bununla yanaşı cavabdehlərlə qarşılıqlı münasibətlərinə xatir bir-birilərinin övladlarının səhv hərəkətləri barədə də bir-birlərinə məlumat vermişlər. Lakin cavabdehlər ona düşən qazancları verməmək, əmək haqqını ödəməmək üçün əllərindən gələn hər yola əl atıb onu məktəb rəhbərliyi ilə hədələyib, məktəbdə şərəf və ləyaqətini alçaldan hərəkətlər etməyə və qeyri-etik hərəkətlərə əl atdıqlarından məcbur qalıb işdən çıxmalı olmuşdur. Sonrakı mübahisələr zamanı ona məlum olmuşdur ki, avqust ayından işləməyinə baxmayaraq, cavabdehlər onu bir neçə ay sonra rəsmiləşdirmiş və rəsmiləşdirərkən isə 700 manat əmək haqqı ilə yox, çox az məbləğdə əmək haqqı ilə rəsmiləşdirmişlər. Sonradan bir çox qanunsuz hərəkətlərə görə işdən ayrılmaq istəsə də, onların xahişlərini nəzərə alaraq işdə qalmalı olmuş, lakin sonda bu kimi əməllərə görə ərizəsini yazaraq işdən çıxmışdır. Bundan sonra əmək haqqını halal etmədiyinə və tələb etdiyinə baxmayaraq cavabdehlər ona nə əmək kitabçasını vermiş, nə də düşən ödənclərini verməmişlər. Sonradan cavabdehlər onu qabaqlayaraq böhtan xarakterli iddia ilə məhkəməyə müraciət etdikdə həmin ərizədə barəsində akt tərtib edib, ərizəsilə deyil başqa əsasla işdən çıxarıldığını qeyd etdiyini və avqust ayından deyil, ##.##.2024-cü ildən əmək müqaviləsi bağlandığını və ##.##.2024-cü ildə guya intizam qaydası pozduğu əsası ilə işdən xaric edildiyini qeyd etdiklərini öyrənərkən ona məlum oldu ki, ərizəsi əsasında işdən azad edilmək əvəzinə başqa əsasla işdən çıxarılmışdır. Bununla yanaşı elə həmin ərizədən ona məlum olmuşdur ki, avqust ayından işlədiyi halda əmək müqaviləsi xeyli müddət sonra rəsmiləşdirilmişdir. Bununla yanaşı bugünədək nə onun ödəncləri, nə əmək kitabçası, nə də əmək müqaviləsinə xitam verilməsi barədə əmr və ya reyestrdən çıxarış ona təqdim edilmir. Beləliklə, Nuranə və cavabdeh1lar əmək qanunvericiliyinin tələbini pozmaqla inzibati xəta törətməklə yanaşı ona düşən ödəncləri, əmək kitabçasını, əmək müqaviləsinə xitam barədə əmri ona vermədiyindən X4, Mediasiyaya və Polisə şikayət verməli olmuşdur. Bu mübahisə ilə bağlı mediasiya mərhələsində isə ona nə əmək haqlarını və s. ödənclərini, nə gecikən günlərə görə cəriməsini və s. ödəməkdən imtina edildiyindən mediasiya sessiyası baş tutmamışdır. Cavabdehlər onun əmək haqqı və s. ödənclərini gecikdirdiyindən məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddiası tam təmin edilməli, ona düşən əmək haqqı və bütün ödənclər, həmçinin əmək haqqının gecikməsinə görə əlavə 2% cərimə cavabdehdən tutularaq ona ödənməlidir. Bu barədə xüsusi biliyə malik olmadığından isə mühasibatlıq ekspertizası təyin edilməli və məbləğ dəqiqləşdikdən sonra cavabdehdən alınaraq ona ödənməlidir. Cavabdehin qanunsuz əməlləri səbəbindən vəkillə müqavilə bağlamalı olmuşdur ki, bu xidmətə görə ödədiyi pul vəsaiti də cavabdehdən tutularaq ona ödənməlidir.

5. Cavabdehlər etiraz ərizələrində göstərmişlər ki, irəli sürülən maddi tələblərlə razı deyillər və bu tələbləri əsassız, qərəzli, sübutsuz və böhtan xarakterli hesab edirlər. Iddiaçı öz ərizəsində qeyd edir ki, guya əmək haqqı almadan fəaliyyət göstərmişdir. Halbuki, mövcud səs yazısında özü aydın şəkildə əvvəlki dövrlərə dair bütün ödənişləri aldığını etiraf edir (Sübut: səs yazısı № *). Həmin ödənişlərin bir qismi nağdsız qaydada onun bank kartına köçürülmüşdür və bunu təsdiq edən müvafiq çek və bank çıxarışları mövcuddur. Əmək münasibətlərinin xitamı və kompensasiya tələbi ilə bağlı etiraz: Iddiaçının fəaliyyətini tərk etməsi də birtərəfli qaydada, 9 dekabr tarixində iş yerini mübahisə ilə tərk etməsi və ayın sonuna qədər heç bir səbəb bildirmədən qayıtmaması ilə baş vermişdir. Ayın sonuna qədər gözləmiş, lakin iş yerinə gəlməyəcəyi barədə WhatsApp vasitəsilə səsli şəkildə məlumat vermiş və işdən azad olunmağını özü şəxsən istəmişdir (Sübut: səs yazısı № **). Hər hansı rəsmi ərizə təqdim edilməmişdir. Iddiaçının işdən çıxarılması tam qanun əsaslara söykənir, ödənişlər vaxtında və tam şəkildə aparılmışdır, kompensasiya tələbi qanuna və reallığa ziddir. Əmək münasibətlərinə gəlincə, ilkin mərhələdə - avqust ayında kursun hələ rəsmi olaraq strukturu formalaşmadığından əmək müqaviləsi bağlanmamışdır. Iddiaçı VÖEN-nin olduğunu və özünün vergi ödəyicisi olduğunu, öz şagirdlərinin vergi xərclərini ödəyəcəyini demişdir. Bu səbəbdən kursun fəaliyyəti qismən yuxarıda göstərilən şərtlər əsasında onun 84 nəfər şəxsi şagirdinin (Sübut: səs Yazısı № *) tədrisi üçün ona sinif otağı istəyini təmin etmişlər ki, struktur formalaşanda birgə əməkdaşlıq etsinlər. Özünün şəxsi şagirdlərinə görə hər ay yalnız 10 manatlıq təsərrüfat xərclərini (marker, printer-çap, sinif otağının təmizlənməsi, salfet, baxıl, gel və s.) ödəmişdir (Sübut: səs yazısı № *). Bu şagirdlər kursun deyil, onun şəxsi şagirdləri hesab olunur və bu şagirdlərin gəlir ödənişləri heç bir zaman onlara aid olmayıb və onlara ödənilməyib (Sübut: səs yazısı № *). Kursun rəsmi strukturu oktyabr ayında formalaşmış və sima tətbiqi üzrə elektron sənəd formasında əmək müqaviləsi özü tərəfindən imzalanmışdır (Sübut: səs yazısı № *-6-7). Əmək fəaliyyətinin yarımştat olduğu və alacağı əmək haqqının hansı məbləğ olduğu əmək müqaviləsində göstərilib və bu haqda iddiaçının məlumatı var (Sübut: səs yazısı № *). Əmək müqaviləsi elektron sənəd formasında olduğundan iddiaçının özünün də izləyə biləcəyi bir sənəddir. Kursun rəsmi qeydiyyatında olan şagirdlərin sayı isə dekabr ayına qədər maksimum 12 nəfər olmuşdur və on ay üzrə son haqq - hesablamalar iddiaçının özünün istəyi ilə 60/40 nisbətinə əsasən aparılmışdır. Bunu təsdiq edən hesablamalar və iddiaçıya ödənilən ödənişlərin qəbzi WhatsApp tətbiqi üzrə iddiaçının şəxsi nömrəsinə atılmışdır. Bunu təsdiq edən sübutları çap şəklində təqdim edirlər. Iddiaçı çıxarkən kursun rəsmi qeydiyyatında olan şagirdləri də özü ilə aparmaqla kurs maddi və mənəvi ziyan vurmuşdur. Iddiaçının əmək kitabçası ilə bağlı irəli sürdüyü "itirilib" iddiası da qərəzli və əsassızdır. Qeyd olunur ki, o kursda əlavə iş yeri kimi çalışırdı və əmək kitabçasının təqdim edilməsi və ya onda qeyd aparılması ilə bağlı əlavə iş yeri kimi işə götürənin heç bir hüquqi öhdəliyi yoxdur. Əmək kitabçası əsas iş yerində saxlanılır. Əgər əmək kitabçası əsas iş yerindən götürülmüş olsaydı, bu, mütləq ərizə ilə və müddətli şəkildə olmalı idi. Həmin əmək kitabçası onlara heç vaxt təqdim edilməmişdir. Bununla bağlı təqdim etdikləri vəsatətin təmin olunmasını xahiş edirlər. Nəticə etibarilə iddiaçının dəqiqləşdirilmiş ərizəsi üzrə onlara qarşı təqdim etdiyi maddi və digər tələblərə etiraz edirlər: bütünlükdə qərəzli, əsassız və böhtan xarakterlidir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, tərəflərin razılaşmasına görə iddiaçı minimum 700 manat əmək haqqı almaqla cavabdehlərə məxsus tədris mərkəzində işləməli və təşkil edilən test imtahanlarından gələn gəlirləri 60/40 münasibətdə bölünməli, övladlarının hazırlığı qarşılığında aylıq hər uşağa minimum 85 manat ödəniş etməli idilər. Lakin həmin razılaşmanın əksinə cavabdehlər iddiaçını 175 manat əmək haqqı ilə rəsmiləşdirmişlər. Belə ki. iddiaçı avqust ayından işə başlamağına və azı 84 şagirdi kursa cəlb etməyinə baxmayaraq, onun əmək müqaviləsi ##.##.2024-cü ildə rəsmiləşdirilmişdir. Belə olan təqdirdə də ayı 700 manatdan cavabdehlərin tək əmək haqqı kimi ona ödəməli olduqları məbləğ 5 aya görə 3500 manat edir. Cavabdehlər isə həmin məbləği və tarixi dəyişdirdiklərinə görə iddiaçı 2 ay 14 gün işləmiş sayılmışdır və əmək haqqı 175 manat yazılmışdır. Bununla yanaşı cavabdehlər iddiaçıya düşən ödənclər kimi məzuniyyət pulu, son haqq hesab pulunu da ödəməmişlər. Buna görə də hazırda həmin məbləğin 2%-i kompensasiya tələb edirlər. Belə ki, cavabdehlər 3500 manatı nə işdən çıxan gün, nə də indiyədək iddiaçıya ödəməmişlər.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı verilməli əmək haqqı kimi 241.54 manat məbləğində əmək haqqı, istifadə edilməyən əmək məzuniyyətinə görə pul əvəzi kimi 23.34 manat olmaqla cəmi 264.88 manatın tutulub iddiaçı İddiaçı verilməsi, həmin ödənclərin gecikdirilmiş hər günü üçün 1% ödənc ##.##.2024-cü il tarixdən etibarən faktiki icra gününə kimi cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, cavabdeh cavabdeh2 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi və mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 60 manat xərc (mediasiya və poçt xidmətləri xərci) cavabdeh cavabdeh2 alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir (hakim Fərid Hətəmzadə).

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının “cavabdehlərin ona 5 aya görə aylıq 700 manat olmaqla, 3500 manat əmək haqqı borclarının yaranması” dəlillərini əsaslı hesab etmir. Belə ki, iddiaçı ##.##.2024-cü il tarixdə işə qəbul edilmiş və ona 175 manat əmək haqqı təyin edilmişdir. ##.##.2024-cü il tarixdə isə cavabdehin əmək müqaviləsinə xitam verilmişdir. Bu o deməkdir ki, tərəflər arasındakı əmək münasibəti 2 ay 14 gün müddətində davam etmişdir. Cavabdehlər həmin müddət üçün iddiaçıya çatan əmək haqqını tam şəkildə verdiklərini bildirməklə iddiaya etiraz etmiş, sübut qismində ##.##.2024-cü il tarixli əməliyyat qəbzini təqdim etmişlər. Qəbzdən görünür ki, 523915******** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 165 manat köçürülmüşdür.

9. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş əmək haqqının 175 manat olduğu nəzərə alındıqda, həmin məbləğ üzrə hesablanmalı gəlir vergisi 0 manat təşkil etmiş, onun gəlirindən tutulan sosial sığorta haqqı 5,25 manat (3%), işsizlikdən sığorta haqqı 0,88 manat (0,5%) icbari tibbi sığorta haqqı isə 3,50 manat (2%) olmuşdur. Bu o deməkdir ki, iddiaçının aylıq xalis gəliri 165,38 manat olmuşdur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdehin hesabına köçürüldüyü mübahisə mövzusu olmayan 165 manat pul vəsaitinin (38 qəpik əskik olmaqla) əmək haqqına olduğunun qəbul edilməsi hazırki işin həqiqi faktiki hallarına daha uyğundur. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya 1 ay üçün ödənilən əmək haqqı 38 qəpik əskik olmaqla ödənilmiş, 1 ay 14 gün müddətində isə ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Məhkəmə əmək münasibətlərinin iddiaçı ilə cavabdeh cavabdeh2 arasında yarandığını nəzərə alaraq hesab etmişdir ki, cavabdeh cavabdeh2 1 ay 14 gün müddəti üçün iddiaçıya verilməli əmək haqqı kimi 241.54 manat (1 ay üçün 165.38 manat + 14 gün üçün 76.16 manat) xalis (net) əmək haqqı tutulmalıdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, işdən çıxarkən iddiaçı ilə son haqq-hesab aparılmadığını, daha dəqiq ifadə ilə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin iddiaçıya ödənilmədiyini cavabdeh cavabdeh2 özü də etiraf etmişdir. Iddiaçı ##.##.2024-cü il tarixdə işə qəbul edilmiş, ##.##.2024-cü il tarixdə isə onun əmək müqaviləsinə xitam verilmişdir. Bu o deməkdir ki, tərəflər arasındakı əmək münasibəti 76 təqvim günü davam etmişdir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsində illik məzuniyyət günlərinin sayı 21 təqvim günü nəzərdə tutulduğundan 76 təqvim günü üçün onun istifadə etmədiyi əmək məzuniyyətinin müddəti 4.3 gün təşkil edir. Iddiaçının 1 aylıq xalis gəliri (net əmək haqqı) 165.38 manat olduğundan onun 1 günlük xalis gəliri 5.4276 manat, 4.3 gün üçün isə 23.34 manat təşkil edir. Bu baxımdan, cavabdeh cavabdeh2 iddiaçının istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi kimi 23.34 manat tutulmalıdır.

11. Məhkəmə gecikdirilmiş günlər üçün iki 2 faiz kompensasiya tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona düşən ödənclər ödənilmədiyindən, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” ## ##### 2023-cü il tarixli qərarına əsasən ona ödənilməli olan həmin ödənclərin ##.##.2024-cü il tarixdən etibarən gecikdirilmiş hər günü üçün 1% ödənc icra gününə kimi tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə həmçinin iddianı cavabdeh cavabdeh1 münasibətdə də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı ilə adı çəkilən cavabdeh arasında hüquq münasibətlərinin yaranmış olduğu ümumiyyətlə müəyyən edilmir.

13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 12, 42, 139, 140, 143, 144, 154, 172, 304-cü, Vergi Məcəlləsinin 95, 96, 97, 98, 101-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12, 14-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” ## ##### 2023-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin məzmunundan və iş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən də göründüyü kimi işəgötürən (cavabdeh) tərəfindən ## ###### 2024-cü ildə əmək müqaviləmə xitam verilməsinə baxmayaraq hazırkı günədək cavabdeh tərəfindən ödənişlərim tam şəkildə həyata keçirilməmişdir. Cavabdeh tərəfindən başqa işlə bağlı əmək haqqının məbləğinə uyğun gəlməyən başqa məbləğdə təqdim olunan ödənişin məhkəmə tərəfindən əmək haqqı kimi hesablanması tamamilə qanunsuzdur. Həmin məbləğ məhkəmə iclaslarında cavabdehin özü tərəfindən də bildirildiyi kimi digər ödənişlərlə bağlı olsa da, məhkəmə onu əmək münasibətlərinə aid etmişdir. Avqust ayından işləməsi ilə bağlı işdə kifayət qədər sübutlar olsa da, cavabdeh tərəfindən yalan məlumat verilərək guya onun kursunda başqa bir tələbəyə hazırlıq keçdiyini və onunla bağlı ödəniş etdiyini bildirsə də, bu tamamilə cəfəngiyyatdır. Məhkəmə qərəzli olaraq sübutları öz qanunsuz və əsassız qətnaməsinə uyğunlaşdırmışdır. Birinci instansiya məhkəməsi ekspertiza təyin olunması barəsində vəsatət verilməsinə baxmayaraq, qanunsuz və qərəzli olaraq vəsatəti təmin etməmiş, hakim özünün xüsusi biliyi olmadığı təqdirdə riyazi hesablamalar aparmaqla qətnaməni əsaslandırmağa çalışmışdır.

16. Cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişlər ki, birinci instansiya məhkəməsi onların təqdim etdikləri sübutları düzgün qiymətləndirməmiş, qarşı tərəfin iddiası əsassız şəkildə qismən təmin edilmişdir. Mülki işin mahiyyəti ondan ibarətdir ki, cavabdehlərin cavabdeh1 və cavabdeh2 övladları, ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X2, təhsil aldıqları Binəqədi rayonunda yerləşən Ə.Ələsgərov adına *** nömrəli tam orta məktəbdə, iddiaçı Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi çalışmış, eyni zamanda da cavabdehlərin övladı olan X1 ## ###### 2023-cü il tarixindən oxuduğu sinfin, sinif rəhbəri olmuşdur. Həmin zamandan da iddiaçı İddiaçı Ədalət qızı ilə tanış olmuşlar. Bu tanışlıq, yəni əvvəllər məşğul olduğu fəaliyyətini yaxşılaşdırmaq üçün özünə şərait axtaran iddiaçının və kurs fəaliyyətinin başlanması üçün sinif otaqlarında təmir aparan cavabdehlərin birgə təşəbbüsü ilə İddiaçı Ədalət qızı, ## ###### 2024-cü il tarixindən etibarən cavabdehlərə məxsus “Əlaçı Lisey və X7”ndə fəaliyyət göstərməyə gətirib çıxarmışdır. Digər sözlə, ilkin mərhələdə, yəni avqust-oktyabr aylarında, yəni rəsmi olaraq kursun strukturu formalaşmadığı və təmir işlərinin getdiyi dövrlərdə, iddiaçı VÖEN-nin olduğunu və özünün məcburi ödəmələrin ödəyicisi olduğunu, öz şagirdlərinə aid ödəmələri özü ödəyəcəyini bildirmiş və öz öhdəsinə götürmüşdür. Bu göstərilən şərtlər əsasında, iddiaçı şagirdlərin hazırlığına tədris üçün sinif otağı ilə təmin edilmişdir ki, struktur formalaşanda birgə əməkdaşlıq edə bilsinlər. Avqust ayından etibarən, iddiaçı valideynlər ilə hazırlığa dair haqq-hesabı, özü razılaşmış və özünə aid hər şagirdə görə isə kursun hesabına hər ay 10 AZN təsərrüfat xərcləri (marker, printer-çap, sinif otağının təmizlənməsi, salfet, baxıl, gel və s.) ödəmişdir. Bunun ardınca isə İddiaçı Ədalət qızına yaradılan şəraitdən razı qaldığından ## ####### 2024-cü il tarixindən etibarən cavabdehlərə məxsus “Əlaçı Lisey və X7”ndə əlavə iş yeri üzrə Azərbaycan dili və ədəbiyyat müəlliməsi kimi fəaliyyət göstərməyə başladı. Bu isə öz növbəsində əmək müqaviləsinə əsasən 175 AZN maaş ilə rəsmiləşdirilərək iddiaçının şəxsiyyətini təsdiqləyən “Sima imzası” ilə özü tərəfindən təsdiqləndi. Müqavilənin 4.17-ci bəndinə əsasən, iş saatları: 16:00-da başlayır, saat 20:00-da bitir. Müqavilənin 4.18-ci bəndinə əsasən, fasilə vaxtının saatları: 18:00 başlayır, saat 19:00 bitir. Iş yükünün həftədəki saatları: 3 saat (kursdan ona verilən şagirdlərin hazırlığı üçün: həftənin iki günü və gündə 1,5 saat). Həftənin digər günləri isə iddiaçı İddiaçı Ədalət qızı özünə aid olan şagirdləri hazırlaşdırırdı. Beləliklə, noyabr ayının 15-ə qədər olan müddət ərzində, qarşılıqlı hörmət əsasında birgə çalışa bilmişlər. Lakin iddiaçı İddiaçı Ədalət qızı, kursun strukturu formalaşaraq daxili nizam-intizam qaydalarının gücləndirilməsinə dair aparılan tədbirlər (şagirdlərin siyahısının dəqiqləşdirilməsi, dərslərin vaxtında başlanıb və keyfiyyətinin artırılmasına nəzarət və s.) başladıqda, nədənsə özünə aid olan şagirdləri, kursun siyahısından çıxarmağa başladı. Bunun nəticəsində isə müəyyən oldu ki, o, kursa 84 şagird cəlb etmiş, lakin kursa 84 şagird deyil, 43 şagirdin təsərrüfat xərclərini ödəyirmiş. Bundan sonra, aralarında olan mehriban münasibətlər pozulmağa başlandı. Digər sözlə, kursun meneceri: Aynurə Seyidəliyeva təsərrüfat xərclərinin düzgün ödənilmədiyini, rəhbərliyə məlumat verdiyinə görə, iddiaçı İddiaçı Ədalət qızı, onunla ##.##.2024-cü il tarixində iş yerində səsli-küylü və kobud rəftarla yanaşı, davranışa uyğun olmayan ifadələrlə onu təhqir edərək mübahisə yaratdı. Bunun ardınca da onları sakitləşdirməyə çalışan cavabdeh1 ilə davam etdirdi. Həmin tarixdən, iddiaçı iş yerini icazəsiz qaydada, həm özünə aid, həm də kursa aid şagirdlər ilə birlikdə kursu tərk edərək qayıtmadı. Özünün də kurs açmaq niyyəti olduğunu və təcrübə toplamaq üçün gəldiyini səsli mesajla etiraf etdi (səsli WhatsApp mesajı mövcuddur). Hətta o, kursa saymamazlıq göstərərək, nə əvvəlcədən icazə ərizəsi, nə də sonradan üzürlü səbəbi sübut edən sənəd: xəstəlik vərəqəsi və s. təqdim etmədi. Onun etik qaydalara zidd davranışa yol verdiyinin nəticəsində, yəni ## ###### 2024-cü il tarixində kursun daxili nizam-intizamını pozması səbəbinə ilə dair akt tərtib edilmiş və bu halın şahidləri də mövcuddur. Hadisədən sonra, iddiaçı İddiaçı Ədalət qızı, özü səsli WhatsApp mesajı vasitəsilə, bir daha işə gəlməyəcəyini bildirdi. Onun kursu tərk etdiyi günə qədər, yəni əmək haqq-hesabı ##.##.2024-cü il tarixinə qədər hesablandı və ##.##.2024-cü il tarixində, onun səsli WhatsApp mesajına əsasən göndərdiyi 523915******** saylı kart hesabına köçürülərək ödənildi. Onun səs yazısı da sübut növü kimi saxlanılmışdır. Kurs rəhbərliyi kimi şagirdlərin gələcəyini nəzərə alaraq, olub keçənlərə bir o qədər də əhəmiyyət verilmədi. Iddiaçı İddiaçı Ədalət qızı, bəlkə öz səhvini başa düşər və üzr istəyər düşüncəsi ilə ##.##.2024-cü il tarixinə qədər gözlədiklərinin əvəzini, növbəti dəfə səsli WhatsApp mesajı vasitəsi ilə kursun işgüzar nüfuzunu, əməkdaşların və onların ailə üzvlərinin şərəf və ləyaqətlərini ləkələyən, alçaldan və sarsıdan səsli WhatsApp mesajları göndərməklə, bu azmış kimi göndərdiyi bu böhtan xarakterli mesajları cəmiyyət arasına yaymaqla, kursa və onun əməkdaşlarına maddi və mənəvi zərər vurmaqla əvəzlədi (##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı mülki işdə ətraflı tanış olmaq olar). Bir-birinin ardınca təkrarlanan belə hallar isə Əmək Məcəlləsinə uyğun olaraq işçi üzürlü səbəb olmadan üç ardıcıl iş günü, işə gəlmədikdə, bir tərəfli qaydada onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə gətirib çıxardı. Iddiaçı İddiaçı Ədalət qızının sonuncu əməlləri, cavabdehləri məcbur etdi ki, kursun işgüzar nüfuzunu, əməkdaşların və onların ailə üzvlərinin şərəf və ləyaqətlərini qorumaq və davam etməsinin qarşısını almaq üçün ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etsinlər. Beləliklə, iddiaçı İddiaçı Ədalət qızı, məhkəmə bildirişi aldıqdan sonra, yəni ##.##.2025-ci il tarixində “Maddi və mənəvi zərərin ödənilməsi tələbi” ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi vermiş, hansı ki, iddia tələbi, məhkəmə tərəfindən “qərəzdən irəli gələn hərəkət kimi” qiymətləndirilib, cavabdeh İddiaçı üzərinə, iddiaçılar cavabdeh1 və cavabdeh2 nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yaydığıma görə üzr istəyirəm” məzmunlu təkzib məktubunun göndərilməsi vəzifəsi qoyulsun. Vurulmuş mənəvi ziyana görə kompensasiya qismində cavabdeh İddiaçı 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar cavabdeh1 və cavabdeh2 ödənilsin. Bununla kifayətlənməyən iddiaçı İddiaçı Ədalət qızı, məhkəmədə özünün müdafiəsini və qərəzli uydurma iddiasını əsaslandırmaq üçün #.##.2025-ci il tarixində Mediasiyaya müraciət edir, ##.##.2025-ci il tarixində Mediasiya arayışı aldıqdan sonra, eyni gündə, iddianın məzmununu saxlayıb və sərlövhəsini dəyişdirərək ##.##.2025-ci il tarixində Əmək Müfəttişliyi Xidmətinə, polisə, və s. orqanlara şikayətlər göndərir, ##.##.2025-ci il tarixində əvvəlcə “Əmək haqqı və s. ödənclər tələbi” və sonradan tələbini dəyişdirərək “Əmək haqqının, ödənclərin və son haqq hesabın ödənilməsi” tələbi ilə məhkəməyə yenidən iddia ərizəsi vermiş, hansı ki, məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş, iddiaçının iddia tələblərinin əsassız və uydurma olduğunu, onun özü tərəfindən etiraf edilən və sübuta yetirilən səsli WhatsApp mesajları, məhkəmə avadanlığının nasazlığı səbəbindən (digər avadanlıqlardan istifadə edilərək dinlənilməsinə icazə verilmədi) dinlənilməsi mümkün olmadı. Bu da öz növbəsində yanlış qənaətə gətirib çıxararaq iddianın qismən təmin olunmasına səbəb oldu. Nəticədə MPM-nin 9, 14, 76 və 86-cı maddələrinə əsasən tərəflərin bərabərlik və Əmək Məcələsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı yalnız işçinin əmək funksiyasını yerinə yetirdiyi vaxta görə hesablanması prinsipi pozulmuşdur. Səsli mesajlar iddiaçının böhtan xarakterli, qərəzli münasibətini təsdiqləyən əsas sübutlardan biridir. Göstərilənlərə əsasən səsli mesaj sübutunun iş materialarına yenidən əlavə olunmasına və dinlənilməsinə icazə verilməsi, bu sübutlar əsasında işin yenidən və ədalətli araşdırılması təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq yeni qərar qəbul edilməsini (və ya mülki iş geri qaytarılsın) xahiş etmişlər.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: E.Kazımov (məruzəsi), N.Cəfərov və İ.Şirinov).

18. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən başqa işlə bağlı əmək haqqının məbləğinə uyğun gəlməyən başqa məbləğdə təqdim olunan ödənişin məhkəmə tərəfindən əmək haqqı kimi hesablanmasının tamamilə qanunsuz olduğunu göstərsə də, bu halı sübut edə bilməmişdir.

19. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iş üzrə ekspertiza təyin edilməsinə də hər hansı bir zərurət olmayıb. Çünki iş üzrə xüsusi bilik tələb edən suallar olmadığından hansısa sualın izah edilməsinə də ehtiyac qalmır. Ona görə də məhkəmənin sadə riyazi hesablamalar aparması üçün xüsusi biliyə malik olmasına da gərək yoxdur. Odur ki, ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməyərkən məhkəmə qərəzli ola bilməzdi.

20. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 12, 16, 68, 70, 71, 77, 78, 80, 288, 292, 294, 295, 296, 300, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

21. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən başqa işlə bağlı əmək haqqının məbləğinə uyğun gəlməyən başqa məbləğdə təqdim olunan ödənişin məhkəmə tərəfindən əmək haqqı kimi hesablanması tamamilə qanunsuzdur. Həmin məbləğ məhkəmə iclaslarında cavabdehin özü tərəfindən də bildirildiyi kimi digər ödənişlərlə bağlı olsa da, məhkəmə onu əmək münasibətlərinə aid etmişdir.

b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək işin yeni tərkibdə baxılması üçün müvafiq instansiya məhkəməsinə göndərilməsini və yaxud iddia tələblərini qismən təmin etmiş qətnamələrin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

25. Maddə 83.2 və 83.3. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

26. Maddə 87.1 Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. 2-ci bəndinə görə isə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. Işəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. Işçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

27. Maddə 135. Işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

28. Maddə 139. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29. Maddə 140. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

30. Maddə 143. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

31. Maddə 144. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

32. Maddə 154.1 Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

33. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

34. Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

35. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

36. Maddə 172. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

37. Maddə 304. Sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

38. Maddə 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.

39. Maddə 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

40. Maddə 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

41. Maddə 97.3. Gəlirlərə aiddir: muzdlu işlə əlaqədar əldə edilən gəlir.

42. Maddə 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

43. Maddə 101.1. Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği 2500 manatadək 14 faiz 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

44. Maddə 101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019cu il ######ın #-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi 8000 manatadək 0 faiz 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

45. Maddə 12. Əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.

46. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

47. Maddə 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı- işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

48. Maddə 14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il ######ın #-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta sosial sığorta haqqı dərəcəsi haqqına cəlb cəmi sığortaolunanı sığortaedənin edilən aylıq n gəlirlərindən vəsaiti hesabına gəlir tutulan ödənilən 200 manatadək 25 faiz 3 faiz 22 faiz 200 manatdan 25 faiz 6 manat + 200 44 manat + 200 8000 manatadək manatdan 8000 manatdan 8000 manatadək olan manatadək olan hissənin 10 faizi hissənin 15 faizi 8000 manatdan 21 faiz 786 manat + 8000 1214 manat + 8000 çox olduqda manatdan çox olan manatdan çox olan hissənin 10 faizi hissənin 11 faizi

“Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

49. Maddə 9.0. Işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir: sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə– işçinin əmək haqqının 0,5 faizi.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

50. Maddə 15-10.1. Icbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir: …15-10.1.2. muzdla işləyən fiziki şəxslər… üzrə– sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar