Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-594/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçının cavabdeh Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına və digərlərinə qarşı mülki üzrə QƏRARİ Açar sözlər:əmrin ləğv edilməsi, işə bərpa və.s tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. İddiaçı ilə “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış ## ###### 2012-ci il tarixli, **** saylı əmək müqaviləsinə əsasən, o, mühasibat üzrə supervayzer vəzifəsinə qəbul edilmişdir.
2. Tərəflər arasında bağlanmış ## #### 2019-cu il tarixli, *** saylı əmək müqaviləsinə dəyişikliklə bağlı *-* saylı müqavilə ilə əmək haqqı artırılmış, ## ####### 2019-cu il tarixli, * saylı dəyişikliklə İddiaçı “xxxx” (X22) vəzifəsinə keçirilmişdir. 01 oktyar 2021-ci il tarixli, * saylı; ## #### 2022-ci il tarixli, 3 çaylı, ## #### 2023-cü il tarixli, * saylı, ## #### 2023-cü il tarixli, * saylı əmrlərlə İddiaçı əmək haqqının məbləği bir neçə dəfə artırılmışdır.
3. Cavabdeh Şirkəti tərəfindən ##.##.2023-cü il tarixdə təsdiqlənmiş filialın təşkilati strukturuna əsasən, Vitse President, X23 Sr, Accountant Prin, Accouting, Accountant Sr, Accountant Sr olaraq təşkil olunmuşdur.
4. Cavabdeh Şirkətinin ## ######## 2024-cü il tarixli, K-*** saylı Əmrinə əsasən Filialın yeni təşkilati strukturu və ştat cədvəli təsdiq edilmiş və buna əsasən, Vitse President, Accounting- Accountant Sr., Accouting, Accountant Sr., Accountant Sr., Accountant Prin. olaraq təşkil olunmuşdur. Yeni ştat cədvəlinə uyğun olaraq İddiaçı çalışdığı “xxxx” (X22) ştat vahidi ## ######## 2024-cü il tarixli, K-*** saylı Əmrlə ixtisar edilmişdir.
5. ## ######## 2024-cü il tarixdə “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialında tutuduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar rəsmi bildiriş (xəbərdarlıq) təqdim edilmiş və bildiriş barədə ##.##.2024-cü il tarixdə ƏMAS sistemi vasitəsilə işəgötürən və işçi arasında rəsmi yazışmalar bölməsində məlumat göndərilmişdir. Həmin bildiriş İddiaçı ##.##.2024-cü il tarixdə həm aktiv elektron məktub (e-mail), həm də ona məxsus olan nömrə vasitəsilə məlumat verilmişdir.
6. “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının ## ###### 2024-cü il tarixli, K- *** saylı Əmrinə əsasən filial ilə İddiaçı arasında bağlanmış ## ###### 2012-ci il tarixli, **** saylı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş ##.##.2024-cü il tarixdə elektron sistemə əlavə edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair işəgötürənin ##.##.2024-cü il tarixli, K- *** saylı əmrinin ləğv edilməsi, onun cavabdehdə əvvəlki vəzifəsinə bərpa olunması, məcburi buraxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərə görə 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddiaçı tələbinin artırılması barədə ərizə verərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun barəsində çıxardığı əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə dair ##.##.2024-cü il tarixli, K-*** saylı əmrinin ləğv edilməsi, onun cavabdehdə əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi, cavabdeh tərəfindən 2024-cü il üzrə ona hesablanmış və ödənilməli olan bir aylıq əmək haqqı məbləğində, yəni 12.360 manat əmək haqqına əlavənin ona ödənilməsi, əsassız olaraq ləğv edilmiş cəmi 541 ədəd Hallibörton şirkətinin səhmlərinin onun adına bərpa olunması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərə görə 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, son iş yerində yüksək işgüzar keyfiyyətlərinə görə ##.##.2019-cu il tarixdə Xəzər Regionu üzrə xxxx vəzifəsinə təyin edilmişdir. Bu vəzifəyə təyin edilməmişdən əvvəl Şirkət xüsusi mübadilə proqramı ç rçvəsində onu altı aylıq üç ölkəyə işləmək ücün ezamiyyət etmişdir. Milliləşdirmə siyasəti çərçivəsində rəhbərlik onun gələcəkdə Xəzər Regionu üzrə Maliyyə Direktoru vəzifəsini yerinə yetirməyini planlayırdı. Xəzər Regionu 2023-ilə qədər ancaq iki ölkəni (Azərbaycan və Gürcüstan) əhatə edirdi. Lakin 2023-cü ildən üç orta Asiya ölkəsi (Qazaxıstan, Türkmənistan, Özbəkistan) daxil edilməklə restruktizasiya edilmiş və əlavə ödəniş edilmədən onun vəzifə funksiyaları artırılaraq beş ölkəni əhatə etmişdir. 2024-cü ilin dekabr ayından region yenidən restruktrizasiya olunaraq əvvəlki strukturuna qayıtmışdır. Filial ##.##.2002-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır. Filial əsasən, neft və enerji sənayesi üçün məhsul və xidmətlərin təchizatçısı qismində, ACG və ŞD yataqları üzrə hasilatın pay bölgüsü müqavilələri çərçivəsində fəaliyyət göstərməkdədir. Cavabdehdə əmək fəaliyyəti dövründə hər zaman əmək intizamına riayət etmiş, əmək funksiyalarının icrasına xüsusi əhəmiyyət verərək, nümunəvi işçi olmuşdur. Əmək fəaliyyəti dövründə hər zaman yüksək keyfiyyət standartlarında işlədiyinə, fərdi əmək bacarıqlarının inkişafı üçün mütəmadi çalışdığı nəzərə alınaraq, işlədiyi dövrdə vəzifə artırılmış, daha yuxarı vəzifəyə keçirilməklə, əmək fəaliyyətini uğurla davam etdirmişdir. Filialın rəhbərliyi, eləcə də Hallibörton şirkətinin Avrasiya regional şirkəti rəhbərliyi (Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan) daima onun işini müsbət qiymətləndirmiş, şirkətin uğurları üçün əhəmiyyətli fəaliyyət göstərdiyini bəyan etmişdir. ##.##.2024-cü il tarixdə Misir Ərəb Respublikası vətəndaşı X12 (Ahmad Amer kimi də tanınır) Xəzər Regionu üzrə Maliyyə Direktoru vəzifəsinə təyin edilmiş və potensial rəqibi uzaqlaşdırmaq məqsədi ilə, onun idarəçilikdən uzaqlaşdırmağını planlaşdırmışdır. Ilk vaxtlar Ahmad Amer yeni təyin olduqda onun kvalifikasiyada cavabdehin Maliyyə şöbəsində işçinin olmadığını qeyd edirdi və ondan ona yardım etməyini, bütün iclaslarda onun mövqeyini dəstəklədiyini və ən mühüm proyektlərdə onun fikir bildirməyini istəyirdi. Lakin sonradan anladı ki, işəgötürənin ondan müvəqqəti istifadə etmək və sonra rəqib olaraq uzaqlaşdırmaq kimi planı var. 2024-cü ilin dekabr ayından region yenidən ikiyə ayrılıb və Ahmad Amer planlaşdırdığı kimi Azərbaycanda yerləşmək arzusuna çatmışdır. Öyrəndi ki, X12 cavabdehdə Maliyyə rəhbəri vəzifəsinə təyin olunacağından ehtiyat edir və onu cavabdehdən uzaqlaşdırmaq üçün tədbirlər görməyə başladı. 2024-cü ilin sentyabr ayının ortalarında X12 və insan resursları üzrə mütəxəssisin iştirakı ilə onunla keçirilən görüşdə ona öz ərizəsi əsasında işdən çıxmağı, əvəzində 9 aylıq əmək haqqı məbləğində kompensasiyanı qəbul etməyi təklif olundu. O, isə həmin təklifi qəbul etməyərək, işində qalmaq və işinə davam etmək niyyətində olduğunu bildirdi. Təklifini qəbul etmədiyini gördükdən sonra ona qarşı münasibəti daha da kəsinləşdi və ən qısa zamanda onu işdən azad olunmağı barədə tapşırıq verdiyini öyrəndi. Onun əmək fəaliyyəti qüsursuz olduğuna və öz istəyi ilə işdən azad olunmaq istəmədiyinə görə, çarəni onun ştat ixtisarı yolu ilə uzaqlaşdırılmağında gördülər. ## ######## 2024-cü il tarixdə səhər işə gəldikdə, iş kompyuterinin bloklandığını aşkar etdi. Həmin gün öz şəxsi elektron poçt ünvanı vasitəsi ilə X12 və insan resurlarının idarə edilməsi funksiyalarını icra edən Vüsalə Əkbərovaya məktub yazaraq, öz iş hesabına daxil ola bilmədiyini, IT mütəxəssisinin bildirdiyinə görə, korporativ (is) hesabının bloklandığını, bu səbəbdən, əmək funksiyalarını icra edə bilmədiyini məlumat verdi. Məktubuna heç bir cavab verilmədi. Ertəsi gün, yəni ## ######## 2024-cü il tarixdə səhər işə gəldikdə, yenə də korporativ hesabına girişin qapalı olduğunu, kompyuterinə giriş edə bilmədiyini müəyyən etdi. Yenidən, X12 və Vüsalə Əkbərova ünvanlarına şəxsi elektron poçt ünvanından məktub yazaraq, korporativ domenə girişi məhdudlaşdırıldığına görə işlərini görə bilmədiyini qeyd etdi. Lakin yenə də Filialın rəhbərliyindən cavab almadı və kompyterinin blokdan çıxarılması üçün heç bir tədbir görülmədi. Şəxsi elektron poçt ünvanı vasitəsi ilə Hallibörton Avrasiya Şirkətinin rəhbərliyində bir sıra vəzifəli şəxslərə (Nadeem Ashfag, Jean-Marc Lopez, Walter Navas, Eric Carre, Leslie Garcia, Charlie Geer) baş verənlər barədə yazılı məlumat verdi, ona qarşı filialda qərəzli şəkildə ədavət aparıldığını, 12 illik əmək fəaliyyətinə məhəl qoyulmadan, xüsusən də heç bir rasional açıqlama vermədən, ona layiqli münasibət göstərilmədiyini, beləliklə, iş yerində məqsədyönlü, əsassız təqiblərə məruz qaldığını Hallibörton Avrasiya şirkətinin rəhbər şəxslərinin diqqətlərinə çatdırdı. Təəssüf ki, həmin müraciətinə heç bir cavab verilmədi. Bundan sonra o, tam əmin oldu ki, onu hər nəyin bahasına olursa-olsun, işdən azad etməyi qarşıya məqsəd qoyublar. Ona görə də, ehtiyatlı davranmağı, pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə tədbirlər görməyi qərara aldı. ## ######## 2024-cü il tarixdə cavabdeh tərəfindən ona bildiriş verilərək, ##.##.2024-cü il tarixdə ştat vahidi ixtisar olunmaqla, əmək müqaviləmin ləğv edilərək, tutduğu vəzifədən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin bildirişdə ##.##.2024-cü il tarixədək əmək funksiyalarının icrasından tamamilə azad edildiyini qeyd etmişlər. Halbuki, onu əmək funksiyalarının icrasından, faktiki olaraq ##.##.2024-cü il tarixdən tamamilə və əsassız qaydada kənarlaşdırmışlar və həmin bildirişi aldığı vaxtdan bir həftə əvvəl o, işləmək hüququndan məhrum olunmuşdur. Halbuki, o öz işində qalıb, onun üçün artıq doğma sayılan iş yerində əmək fəaliyyətinə davam etmək istəyirdi. Bunları nəzərə alaraq, o əmək hüququnun pozulduğu qənaətinə gəldi və ##.##.2024-cü il tarixdə #142 çağrı mərkəzinə zəng edib şikayətini bildirdi, ##.##.2024-cü il tarixdə DOST mərkəzinə yaxınlaşıb yazılı izahatını təqdim etdi. ##.##.2024-cü il tarixdə X15 Xidmətinin Rəhbərliyinə cavabdehin qanunsuz hərəkətlərindən məktubla şikayət etdi. ##.##.2024-cü il tarixdə cavabdehin rəhbərliyinə xəbərdarlıq dövrü ərzində işdən kənarlaşdırıldığının səbəbini öyrənmək məqsədi ilə məktub ünvanladı. Şikayətinə baxılaraq, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli məktublar ilə müraciəti cavablandırılmışdır. Cavab məktublarında X15 Xidməti tərəfindən bildirilmişdir ki, cavabdehə verilmiş sorğu üzrə sənədlərin tam təqdim edilmədiyinə görə işdən kənarlaşdırılmağı və öz əmək funksiyalarını icra edə bilməməyinə dair məsələlərə münasibət bildirilməsi mümkün olmamışdır. Onun ştat vahidinin ixtisarının əsaslandırılması aparılmamışdır. Onun tutduğu vəzifənin aid olduğu ştat vahidinin ixtisarının iqtisadi və sosial əsaslarının nədən ibarət olduğu, ixtisarın hansı meyarlara görə zəruri olduğu ona izah olunmamışdır. Bununla yanaşı, ştat vahidinin ixtisarı halında ona alternativ vəzifə təklif olunmamışdır. Bu, özlüyündə o, deməkdir ki, işəgötürən üçün onun tutduğu xxxx vəzifəsinə aid edilən əmək funksiyalarının heç birini zəruri hesab etməyərək, həmin əmək funksiyalarının Filialda icra olunmasını istisna etmiş hesab olunmalıdır. Lakin bu heç də belə olmamışdır. Belə ki, onun icra etdiyi əmək funksiyaları cavabdehin fəaliyyəti üçün olduqca əhəmiyyətli olduğuna görə, onun icra etdiyi əmək funksiyaları bir neçə işçiyə həvalə edilməklə, guya onun tutduğu ştat vahidinin ixtisarını rəsmiləşdirməyə çalışmışdır. O ailəsində yeganə qazanc əldə edən şəxsdir. Onun himayəsində iki övladı vardır. Onun uşaqları artıq böyüyüblər və onların təhsil haqqı, nəqliyyat və digər xərclərini qarşılamaq onun üçün çox çətindir. O, öz işindən əldə etdiyi qazanca uyğun olaraq, ailəsinin, xüsusən uşaqlarının xərclərini ödəməyi planlaşdırmışdır. Baş verənlər nəticəsində 20.000 manat mənəvi zərərə məruz qalmışdır. Cavabdehin rəhbərliyi ona qarşı qərəzli mövqe tutaraq, ayrı-seçkilik edərək əmək müqaviləsini əsassız olaraq ləğv edilməsi, məcburi iş buraxma dövründə əmək haqqı məbləği ödənilməyərək hüquqlarının pozulması müqabilində cavabdeh tərəfindən ona mənəvi zərərə görə 20.000 manat ödənilməlidir.
10. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iki ay ərzində tərəflər arasında həm ofisdə, həm də mediasiyada barışıq müzakirələri aparılmışdı. Bununla bağlı o, barışıq sazişini hazırlamış, tövsiyə məktubu məsələsi ilə bağlı şəxsən iddiaçı ilə razılığa gəlmişdir. Şirkətdə vakansiya məsələsi ilə bağlı o, qeyd etmişdi ki, hər hansı şəxsin vakansiyaya müraciətinin məhdudlaşdırılması mümkün deyil. Bu səbəbdən barışıq sazişində “iddiaçının şirkətdə vakansiya olacağı halda onun müraciətinin məhdudlaşdırıla bilməz” kimi bir qeydin yazılmasının mümkün olmadığını bildirmişdir. Bununla yanaşı, iddiaçının istədiyi tövsiyə məktubunun cavabdeh tərəfindən imzalanması və digər şirkətlərdən cavabdeh şirkətə iddiaçı barədə zənglərin edilməsi məsələlərinin razılaşdırıla biləcəyini düşünmüşdür. Vəkilin xidmət haqqı məsələsinə gəldikdə isə o, bildirmişdi ki, Şirkət iddiaçıya təxminən 300.000 manat təklif irəli sürmüşdür və bu halda iddiaçının əlavə olaraq hüquqi xərclər tələb etməsini düzgün hesab etməmişdi. Onun sözlərinə görə, 300.000 manat məbləğ ilə vəkilin xidmət haqqı arasında böyük fərq olmuşdu. Şirkət səhmləri ilə bağlı o, qeyd etmişdi ki, iddiaçı səhmlərin verilməsi və ləğv edilməsi qaydasını bildiyini ifadə etmişdi. Şirkət ona səhmlərin qanuni qaydada ləğv edildiyini bildirmiş və iddiaçı da bunun səbəblərini bildiyini göstərmişdi. Bu səbəbdən səhmlərin dəyərinin iddiaçıya ödənilməsinin mümkün olmadığını və səhmlərin kompensasiyasının barışıq sazişində qeyd edilə bilməyəcəyini bildirmişdi. O həmçinin bildirmişdi ki, cavabdeh nə prosessual, nə də hüquqi pozuntuya yol verməmişdi və iddiaçı barışığa razı olmamışdı. Şirkət iddiaçıya yeni iş axtarması üçün 9 həftə vaxt vermişdi. Onun sözlərinə görə, ştatın ixtisarı üçün iqtisadi əsaslandırma mütləq tələb olunmurdu; şirkət daha çox gəlir əldə etmək və ya yeni idarəetmə forması tətbiq etmək məqsədi ilə də belə qərar verə bilərdi. O, qeyd etmişdi ki, sonuncu ştat cədvəli 30 sentyabr tarixində olmuşdu və ondan sonra bildiyi qədər yeni ştat cədvəli tərtib edilməmişdi. Iddiaçının ştatı artıq mövcud olmamış və şirkət maliyyə meneceri ştatını ixtisar etmişdi. Şirkət maliyyə işçilərinin əmək haqqı barədə məlumatları məhkəməyə təqdim edəcəyini bildirmişdi. Iddiaçının əlavə olaraq tələb etdiyi sənədlərin onun kabinetinə yerləşdirildiyini və ştat cədvəlinin məhkəməyə təqdim edildiyini qeyd etmişdi. O, həmçinin bildirmişdi ki, “xxxx” şirkəti audit xidməti göstərmiş, cavabdeh şirkət isə illər əvvəl həmin şirkətlə müqavilə bağlamışdı və həmin müqavilənin müddəti artıq bitmişdi. Iddiaçı işdən çıxarıldıqdan sonra onun vəzifə funksiyalarının bir hissəsinin “xxxx” şirkətinə verildiyini iddia etsə də, o belə bir halın baş vermədiyini bildirmişdi. Onun sözlərinə görə, iddiaçı işdən çıxarıldıqdan sonra vəzifə funksiyaları digər işçilər arasında bölüşdürülmüş və işçilər həmin işləri rahatlıqla yerinə yetirə bilmişdilər. Buna görə də filialda maliyyə departamenti menecerinə ehtiyac qalmamışdı. O, həmçinin qeyd etmişdi ki, iddiaçı elə bir görüntü yaratmağa çalışmışdı ki, guya cavabdeh ona qarşı qərəzlidir, lakin cavabdehin iddiaçıya qarşı heç bir qərəzi olmamışdı. Iddiaçı gecə saatlarında işdən çıxarılması barədə xəbərdarlıq göndərildiyini bildirmişdi, lakin o, bunun düzgün olmadığını qeyd etmişdi. Onun sözlərinə görə, şirkət işçini işdən çıxararkən onunla məsləhətləşmək və ya bunu müzakirə etmək öhdəliyində olmamışdı. Bonus məsələsinə toxunaraq o bildirmişdi ki, şirkətin iddiaçıya bonus ödəmək öhdəliyi olmamış və belə bir öhdəlik əmək müqaviləsində də göstərilməmişdi. Bonusların verilməsi qaydası şirkət tərəfindən müəyyən edilmiş və həmin qaydalarda bonusun geri alınması halları da nəzərdə tutulmuşdu. Əgər iddiaçı işə bərpa olunsaydı, bonus və səhmlər ona geri veriləcəkdi; əks halda isə bu məsələlər icra qaydasında müəyyən ediləcəkdi. O əlavə etmişdi ki, iddiaçı işdən çıxarıldıqdan sonra onun əmək funksiyalarının bir çoxu ləğv edilmiş, qalan funksiyalar isə digər işçilər arasında bölüşdürülmüşdü. Şirkət gəlirlərini artırmaq məqsədilə iddiaçının vəzifəsini ixtisar etmişdi. O, həmçinin bildirmişdi ki, Ahmed şirkətin Azərbaycan filialının işçisi olmamış, onun bu filialla əmək müqaviləsi mövcud olmamışdı və o, regional əməkdaş olmuşdu. Iddiaçının işdən çıxarılması əmri Ahmed tərəfindən deyil, Anar Əliyev tərəfindən imzalanmışdı. Buna baxmayaraq, iddiaçı Ahmedin onu işdən çıxardığını iddia etmişdi. Sonda o qeyd etmişdi ki, iddiaçı yenidən şirkətdə işə qəbul olunsa belə, əvvəlki vəzifəsindən daha aşağı vəzifədə çalışmalı olacaqdı. Bu halda isə əvvəllər rəhbərlik etdiyi işçilərdən aşağı vəzifədə işləməsi iş mühiti baxımından çətin olacaqdı, çünki həmin işçilər ona işlə bağlı göstəriş verəcəkdilər. O həmçinin bildirmişdi ki, şirkətin Qazaxıstandakı filialında maliyyə departamenti meneceri vəzifəsi mövcud olmamışdı.
11. Cavabdeh tərəfindən təqdim edilmiş, maliyyə şöbəsində işləyən işçilərin əmək müqavilələri (və onlara dəyişikliklər) aşağıdakılardan ibarət olmuşdur: filial ilə X13 arasında ##.##.2017-ci il tarixli əmək müqaviləsi bağlanmış, ##.##.2022-ci il tarixli müqaviləyə dəyişikliyə əsasən, işçi aparıcı mühasib (A059-ESG) vəzifəsinə keçirilmişdir. Habelə filial ilə X5 arasında ##.##.2006-ci il tarixli əmək müqaviləsi bağlanmış və ona ##.##.2024-cü il tarixli dəyişiklik edilmişdir. Filialı ilə X1 arasında ##.##.2023-ci il tarixli əmək müqaviləsi bağlanmış, senior accountant (A017-ESG) vəzifəsinə qəbul edilmiş və əmək müqaviləsinə ##.##.2024cü il tarixdə dəyişiklik edilmişdir. Filial ilə X4 arasında ##.##.2011-ci il tarixli müqavilə bağlanmış, ## ###### 2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilərək, senior accountant (A017- ESG) vəzifəsinə qəbul edilmişdir. Filialı ilə X3 arasında ##.##.2014-ci il tarixli əmək müqaviləsi bağlanmış və ## #### 2023-cü il tarixli dəyişikliklə senior accountant (A017-ESG) vəzifəsinə keçirilmişdir.
12. Məhkəmə tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.
13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin # ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddiaçının cavabdehə qarşı “əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair işəgötürənin ##.##.2024-cü il tarixli, K-*** saylı əmrinin ləğv edilməsi, onun cavabdehdə əvvəlki vəzifəsinə bərpa olunması, məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi, cavabdeh tərəfindən 2024-cü il üzrə ona hesablanmış və ödənilməli olan bir aylıq əmək haqqı məbləğində, yəni 12.360 manat əmək haqqına əlavənin ödənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiası rədd edilmişdir.
14. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ## ###### 2012-ci il tarixli, **** saylı əmək müqaviləsinə əsasən, iddiaçı mühasibat üzrə “supervayzer” vəzifəsinə qəbul edilmişdir. Daha sonra, tərəflər arasında bağlanmış ## #### 2019-cu il tarixli, *** saylı əmək müqaviləsinə dəyişikliklə bağlı *-* saylı müqavilə ilə iddiaçının əmək haqqı artırılmış, ## ####### 2019-cu il tarixli, * saylı dəyişikliyə əsasən iddiaçı cavabdehdə “xxxx” (X22) vəzifəsinə keçirilmişdir. 01 oktyar 2021-ci il tarixli, * saylı dəyişikliyə; ## #### 2022-ci il tarixli, * saylı dəyişikliyə, ## #### 2023-cü il tarixli, * saylı və ## #### 2023-cü il tarixli, * saylı dəyişikliyə əsasən iddiaçının əmək haqqının məbləğləri bir neçə dəfə artırılmışdır. Işəgötürənin ## ###### 2024- cü il tarixli, K-*** saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış ## ###### 2012-ci il tarixli, **** saylı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsinin bildirişi ##.##.2024-cü il tarixdə elektron sistemə əlavə edilmişdir.
15. Məhkəmə həmçinin müəyyən etmişdir ki, tərəflər arasında əmək münasibətinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Belə ki, işəgötürən tərəfindən mübahisəli əmr qəbul edilən zaman əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Iddiaçı cavabdehdə “xxxx” vəsifəsində işləmiş və həmin vəzifə üzrə Şirkətin maliyyə şöbəsində bir ştat vahidi olmuşdur. Beləliklə, cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə təsdiq edilmiş filialın təşkilati strukturuna əsasən, Vitse President, Finance ManagerAccountant Sr, Accountant Prin, Accouting, Accountant Sr, Accountant Sr olaraq təşkil olunmuşdur. Həmçinin işəgötürənin ## ######## 2024-cü il tarixli, K-*** saylı əmrinə əsasən Filialın yeni təşkilati strukturu və ştat cədvəli təsdiq edilmiş, buna əsasən, Vitse President, Accounting- Accountant Sr., Accouting, Accountant Sr., Accountant Sr., Accountant Prin. olaraq təşkil olunmuşdur.
16. Məhkəmə mübahisəli əmrin əsasları ilə bağlı müəyyən etmişdir ki, Filialında idarəetmənin təkmilləşdirilməsi, ştat strukturunun optimallaşdırılması, fəaliyyətinin iqtisadi və iş prosesinin səmərəliliyinin artırılması məqsədilə Filialın təşkilati strukturunun və xərclərin optimallaşdırılması, restrukturizasiyası və iş bölgüsünün yenidən təşkili zərurəti yaranmışdır. Yeni ştat cədvəlinə uyğun olaraq iddiaçının çalışdığı “xxxx” (X22) ştat vahidi işəgötürənin ## ######## 2024-cü il tarixli, K-*** saylı əmri ilə ixtisar edilmişdir. ## ######## 2024-cü il tarixdə iddiaçıya cavabdeh tərəfindən tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar rəsmi bildiriş (xəbərdarlıq) təqdim edilmişdir. Bildiriş barədə ##.##.2024-cü il tarixdə ƏMAS sistemi vasitəsilə işəgötürən və işçi arasında rəsmi yazışmalar bölməsində məlumat göndərilmişdir. Həmin bildiriş iddiaçıya ##.##.2024-cü il tarixdə həm aktiv elektron məktub (e-mail), həm də iddiaçıya məxsus olan nömrə vasitəsilə məlumat verilmişdir.
17. Işəgötürənin ## ###### 2024- cü il tarixli, K-*** saylı əmri ilə tərəflər arasında bağlanmış ## ###### 2012-ci il tarixli, **** saylı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsinin bildirişi ##.##.2024-cü il tarixdə elektron sistemə əlavə edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qaydaya riayət edilməklə, azı 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərə alınmaqla, ##.##.2024-cü il tarixdən ləğv edilmiş bildiriş göndərilmiş, həmin bildiriş ona çatdırılmış, bildirişdə göstərilən müddət başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair əmr, işəgötürənin ## ######## 2024-cü il tarixli, K-*** saylı əmri ilə əsaslandırılmışdır.
19. Cavabdehin nümayəndəsinin təqdim etdiyi ## ###### 2023-cü il və ## ######## 2024-cü il tarixli “Filialın təşkilati strukturu” adlanan ştat cədvəllərinin müqayisəli təhlilindən məhkəmə müəyyən etmişdir ki, Maliyyə (Finance) Şöbəsində əvvəl ümumilikdə 7 ştat vahidi olmaqla, 1 ştat vahidi “xxxx” (X22) vəzifəsi mövcud olmuş, ştatın ixtisarından sonra “xxxx” (X22) ştat vahidi ümumiyyətlə ləğv edilmişdir.
20. Iddiaçının əsaslandığı hallardan biri- “ştat ixtisarından sonra bir işçinin şöbədə yeni işə qəbul edilməsi və bir işçinin vəzifəsinin yüksəldilməsi və bunun iddiaçının əmək funksiyalarının icrasına ehtiyacın aradan qalxmamasının sübutu olması” ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının işləmiş olduğu “Maliyyə” şöbəsində heç bir yeni ştat vahidi açılmamış və iddiaçının çalışdığı ştat vahidi üzrə vəzifəyə yeni işçi işə götürülməmişdir. Ştat ixtisarından əvvəlki və sonrakı ştat cədvəllərinin müqayisəli təhlili məqsədilə maliyyə şöbəsində işləyən işçilərin əmək müqavilələri (və onlara dəyişiklilər) məhkəmə tərəfində əldə edilmişdir.
21. Iddiaçı tərəfindən təqdim edilmiş, maliyyə şöbəsində işləyən iki işçinin əmək müqavilələrindən (və ya onlara dəyişikliklər) aydın olur ki, Filial ilə Mehriban Rəhimova arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsi əsas götürülsə belə, o iddiaçının ləğv olunan ştatı üzrə vəzifəyə deyil, “mühasibatlıq üzrə supervayzer” (A012-ESG) vəzifəsinə qəbul edilmişdir. Eyni qaydada, iddiaçının təqdim etdiyi, Nuray Nəsibova adlı işçinin ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, o, həmin şöbədə kiçik mühasib vəzifəsinə (başqa əmək funksiyaları ilə) qəbul edilmişdir. Iddiaçının çalışmış olduğu ştat vahidinin bərpası, şöbədə yeni ştat vahidinin yaradılması və ya adı çəkilən işçilərin yeni yaradılmış ştat vahidi üzrə vəzifələrə işə qəbul edilməsi halı müəyyən edilməmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, ştat vahidinin yenidən strukturlaşdırılması yolu ilə işçilərin əmək funksiyalarının dəyişdirilməsi işəgötürənin hüququ olmaqla, iqtisadi cəhətdən daha optimal addımların atılmasının şirkətə qadağan edilməsi yolverilməzdir.
23. Iddiaçı ştat ixtisarı həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığını, özünün yüksək hazırlıqlı işçi olmasını qeyd etsə məhkəmə bu hissədə qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. O, da nəzərə alınmalıdır ki, iddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına aid olmamışdır. iddiaçı işdən azad edilməsindən bir neçə ay sonra vergi şöbəsində yaranmış vakansiyaya müraciət etdiyini, lakin işə qəbul edilmədiyini qeyd edərək bunu əmək qanunvericiliyinin pozulması və işəgötürənin qərəzi kimi qiymətləndirmişdir. Iddiaçının işdən kənarlaşdırıldıqdan sonra, cavabdehdə maliyyə hesabatlarınınmənfəət
24. bəyannaməsinin hazırlanması ilə bağlı xidmətlərin alınmasına dair “X7” şirkəti ilə xidmət müqaviləsinin bağlanması, bununla da, iddiaçının əmək funksiyalarının bir qisminin üçüncü tərəf qismində audit şirkətinə həvalə olunması ilə bağlı iddiaçı tərəfin dəlillərinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, həmin şirkətlə cavabdeh arasında xidmət müqaviləsi yalnız iddiaçının vəzifəsi üzrə ştatın ixtisarından sonra deyil, ondan əvvəl bağlanmışdır. (##.##.2022-ci il tarixdə qüvvəyə minmiş, ##.##.2024-cü ilədək qüvvədə hesab olunmuşdur). Iddiaçının əmək funksiyalarının icrasına ehtiyacın aradan qalxmaması halını deyil, əksinə cavabdehin maliyyə əməliyyatlarının xidmət müqaviləsi bağlanması yolu ilə “X7” şirkətinə həvalə edilməsinin, yüksək əmək haqqı məbləği müəyyən edilmiş bir ştat vahidinin saxlanmasına nisbətən iqtisadi cəhətdən işəgötürənə daha əlverişli olmasını və həmin ştat vahidinə ehtiyacın aradan qalxmasını təsdiq etmişdir.
25. Iddianın digər dəlili olan iddiaçının işlədiyi vəzifə üzrə ştat vahidinin ixtisarının əsas səbəbi, məhz X8 üzrə Maliyyə Direktoru vəzifəsini icra edən X12 (Ahmed Amer) adlı şəxsin iddiaçını özünə rəqib hesab etməsi və buna görə, onu Filialdan uzaqlaşdırması ilə bağlı qərəzli mövqeyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, belə bir qərəzin müəyyən edilməsi barədə mötəbər sübutların olmaması; X12 iddiaçıya nəzərən daha yüksək vəzifədə işləməsi və filial müstəvisində deyil, regional işçi olması halında iddiaçını özünə rəqib olaraq görməsinin ağlabatan olmaması; şirkətin ştat strukturunun restrukturizasiyası ilə bağlı qərarların şirkətin baş ofisinə məlum olmadan, məhz X12 inisiativindən asılı olmasının iş materialları ilə təkzib edilməsi, şahid X6 “şirkət tərəfindən iddiaçının hesabının bloklanması, iddiaçının ofisin turniketindən buraxılmaması, X12 daxili qanunvericiliyi bilməməsi, dil bariyeri qərəz göstəricisidir” ilə bağlı ifadəsinin isə şəxsi mülahizə xarakterli olması nəzərə alındıqda, iddiaçının qərəzlə bağlı mövqeyi əsaslı hesab edilə bilməz.
26. Iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin həmin dövrdə vitse-prezident vəzifəsində işləməyən Graeme Taylorun elektron imzası ilə imzalanması ilə bağlı məhkəmə qeyd etmişdir ki, Graeme Taylorun Şirkətin “Azərbaycan Respublikasındakı Filialının Hüquqi Təmsilçisi və Baş Direktoru təyin edilməsinə dair etibarnamə ##.##.2025-ci il tarixədək qüvvədə olmuşdur və etibarnamə verilən şəxs “(6) şirkət ərazisindəki Filialın işçilərini işdə saxlamaq və işdən azad etmək və həmin işçilərlə əmək müqavilələri bağlamaq və onlara dəyişikliklər etmək”; “Filial ilə əlaqədar işçilərin işə qəbulu, mükafatlandırılması, işdən azad edilməsi, həmçinin onların vəzifələrini və xidmət müddətlərini müəyyən etmək və dəyişdirmək”...səlahiyyətlərinə malik olmuşdur.
27. Iddiaçının digər dəlili - “cavabdeh şirkətin Baş ofisindən Anar Əliyevə və İddiaçı verilmiş etibarnamələrə əsasən, iddiaçının səlahiyyətləri Anar Əliyevə verilmiş səlahiyyətlərdən üstün olmuşdur, bu səbəbdən, Anar Əliyev iddiaçıya dair əmri imzalaya bilməməsinə münasibdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən X2 verilmiş, ##.##.2024-cü il tarixdə imzlanmış, ##.##.2024-cü ildən ##.##.2025-ci il tarixədək qüvvədə olan etibarnamədə qeyd edilmişdir ki, o, Filialın müvəkkili təyin edilməklə ona həvalə edilmiş səlahiyyətlərə daxildir: Filial Ofislə əlaqədar işçilərin cəlb edilməsi, əməyin ödənilməsi, işdən çıxarılması, vəzifə və xidməti müddətlərinin təsdiqlənməsi və dəyişdirilməsi. Yuxarıda göstərilən məqsədlərin hamısı və ya hər hansı biri üçün şirkət və\və ya şirkətin filialı tərəfindən icra edildiyi kimi, hər hansı bir akt, təyinat, sənəd və əqdlərin imzalanması, möhür vurulması, çatdırılması, icrası və yetinə yetirilməsi. X14 “əmək müqaviləsinin ləğv olunması” haqqında ##.##.2024-cü il tarixli əmri imzalaması barədə səlahiyyətinin olmamasına dair dəlillər əsassızdır.
28. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişikliklə bağlı ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli müqavilələrə nəzər yetirdikdə, həmin müqavilələrin işəgötürən qismində ölkə/ərazi üzrə X9 Taylor və işçi qismində iddiaçı tərəfindən imzalanması aşkar olur və həmin müqavilələrdəki Graeme Taylora məxsus imzaların, “Filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” ##.##.2013-cü il tarixli əmrdəki Graeme Taylora məxsus imza ilə eyni olması vizual olaraq aydın qeyd edilmişdir.
29. Məhkəmə iddiaçının əmək haqqının 10,534,44 manat, sonradan 11.508,42 manat olaraq artırılması barədə əmək müqaviləsinə dəyişikliklə bağlı müqavilələrin mötəbərliyinin sual doğurmaması, lakin, eyni imza ilə təsdiq edilmiş “Filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” ##.##.2013-cü il tarixli əmrin mötəbər olmaması ilə bağlı iddiaçının mövqeyini əsassız hesab etmişdir.
30. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi cavabdehin sənədlərində imzaları olan əməkdaşlarının əməllərində cinayətin əlamətlərinin olması barədə xüsusi qərardad çıxararaq materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi ilə bağlı xüsusi qərarın çıxarılması barədə vəsatəti təmin edilməmişdir.
31. Məhkəmə iddiaçının qeyd edilən dəlillinə münasibətdə qeyd etmişdir ki, iddiaçının dəlilləri əsaslı olmadığından işəgötürənin ##.##.2024-cü il tarixli, K-*** saylı əmrinin ləğv edilməsi; işə bərpa edilməsi və.s tələbləri təmin oluna bilməz.
32. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün əsaslar olmadığından, bu hissədə də iddia təmin oluna bilməz.
33. Iddia tələbinin “cavabdeh tərəfindən 2024-cü il üzrə iddiaçıya hesablanmış və ödənilməli olan bir aylıq əmək haqqı məbləğində, yəni 12.360 manat əmək haqqına əlavənin (bonusun) ona ödənilməsi” barədə hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyinin qeyd edilmiş tələblərinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Iddiaçının əmək müqaviləsində ona bir aylıq əmək haqqı məbləğində əlavənin verilməsi nəzərdə tutulmamışdır.
34. Eyni zamanda, iş materillarına əlavə edilmiş “X27 üzrə Əmək haqqı (APPP) və Halliburton rəhbərliyinin performans üzrə əmək haqqı plan (MPPP) ili 2024 Inzibati Qaydalar”da göstərilmişdir ki, iştirakçının pensiya, ölüm və ya əlillikdən başqa hər hansı bir səbəbdən Plan ilinin son iş gününə qədər əmək fəaliyyətinə xitam verilərsə, plan ili üçün nəzərdə tutulmuş hər hansı mükafatdan məhrum olmuşdur.
35. Beləliklə məhkəmə qeyd etmişdir ki, iddiaçıya bonus verilməsi onun əmək haqqının tərkib hissəsi kimi nəzərdə tutulmadığından və əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) tam ödənildiyindən, həmin hissədə də iddia təmin edilə bilməz.
36. Məhkəmə tələbin “səhmlərin geri qaytarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin həmin hissədə məhkəmə aidiyyəti ilə əlaqədar geri qaytarılması qərara alınmışdır.
37. Məhkəmə öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 11, 70-ci maddəsinin “b” bəndinə, 71.1, 71.3, 76.1, 76.2, 77.1, 77.2, 77.3, 77.4, 78.1, 83.1, 84.3, 154.1, 155.1.1, 155.5, 158.1, 172.4, 173.2, 300.1-ci maddələrinə, Mülki Məcəllənin 1096.1,1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
38. Iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
39. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya xəbərdarlıq verildiyi tarixdən işdən çıxarıldığı ## ###### 2025-ci ilədək olan dövrdə cavabdeh müəssisədə “Mühasibatlıq üzrə supervayzer”, “Kiçik mühasib” və “Vergilər üzrə məsləhətçi” vəzifələrinin vakant olduğu müəyyən edilmişdi. Lakin bu vəzifələr 12 ildən artıq iş təcrübəsinə malik iddiaçıya deyil, digər şəxslərə verilmişdi. Mehriban Rəhimova supervayzer vəzifəsinə yüksəldilmiş, Nuray Nəsibova kiçik mühasib, Vüqar Dünyamaliyev isə vergi məsləhətçisi vəzifəsinə qəbul edilmişdi. Halbuki iddiaçının təcrübə və ixtisası həmin vəzifələri tutmağa imkan verirdi, lakin ona heç bir təklif edilməmişdi. Məhkəmə baxışı zamanı cavabdeh tərəf bunu şirkətdaxili siyasətlə əsaslandırmış, aşağı vəzifənin təklifinin uyğun olmadığını bildirmişdi. Lakin Əmək Məcəlləsində belə məhdudiyyət nəzərdə tutulmadığından bu mövqe əsassız hesab edilmişdi. Üstəlik, müəssisədə əvvəllər yüksək vəzifədə çalışan işçilərin sonradan aşağı vəzifələrə keçirilməsi halları mövcud olmuşdu. Cavabdeh həmçinin vakansiyaların fərqli departamentdə olmasını əsas gətirmişdi. Lakin qanunvericiliyə görə uyğun ixtisas olduqda vəzifənin hansı şöbədə olmasının əhəmiyyəti olmadığı qeyd edilmişdi. Iddiaçının ixtisası həmin vəzifələrə uyğun olsa da, o, məqsədli şəkildə işdən uzaqlaşdırılmışdı. Hətta onun müraciətləri rədd edilmiş, mediasiya zamanı isə yalnız kompensasiya müzakirə edilmişdi. Ştat ixtisarı ilə bağlı verilmiş əmrlərin formal xarakter daşıdığı, real əsaslandırmanın olmadığı müəyyən edilmişdi. 450-dən çox işçisi olan müəssisədə yalnız bir vəzifənin ixtisar edilməsi bu qərarın konkret olaraq iddiaçıya yönəldiyini göstərmişdi. Eyni gündə həm xəbərdarlıq, həm də ixtisar əmrlərinin verilməsi də qərəzli yanaşma kimi qiymətləndirilmişdi. Faktiki olaraq iddiaçının əmək funksiyaları ləğv edilməmiş, digər işçilər arasında bölüşdürülmüşdü. Buna baxmayaraq ona alternativ vəzifə təklif edilmədən əmək müqaviləsinə xitam verilmişdi. Eyni zamanda ixtisardan sonra yeni işçilərin qəbul edilməsi, əməkhaqlarının artırılması və funksiyaların davam etməsi ixtisarın formal olduğunu sübut etmişdi. Iddiaçı ixtisardan əvvəl – 25 sentyabr tarixindən etibarən faktiki olaraq işdən kənarlaşdırılmış, korporativ hesabları bloklanmışdı. Bunun üçün qanuni əsaslar mövcud olmamışdı. Bu hal Əmək Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdi. Cavabdehin iddiaçıya yüksək məbləğdə kompensasiya təklif etməsi də işdən çıxarılmanın qanunsuz olduğunu dolayısı ilə təsdiqləmişdi. Eyni zamanda iddiaçının peşəkarlığı müəssisə tərəfindən qəbul edilmiş, beynəlxalq təlimlərə göndərilməsi planlaşdırılmışdı. Məhkəmə tərəfindən bir sıra mühüm hallar araşdırılmamış, o cümlədən ştat ixtisarı barədə məlumatların müvafiq dövlət orqanına təqdim edilib-edilməməsi yoxlanılmamışdı. Iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verilməmişdi. Nəticə etibarilə müəyyən edilmişdi ki, ştat ixtisarı formal xarakter daşımış, iddiaçıya qarşı qərəzli münasibət nəticəsində onun əmək müqaviləsinə xitam verilmişdi. Bu isə əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilmiş və məhkəmə qətnaməsinin əsassız olduğu qənaətinə gəlinmişdi.
40. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər - Azad Imanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin # ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
42. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında bağlanmış ## ###### 2012-ci il tarixli, **** saylı əmək müqaviləsinə əsasən, o, mühasibat üzrə supervayzer vəzifəsinə qəbul edilmişdir. Daha sonra, tərəflər arasında bağlanmış ## #### 2019-cu il tarixli, *** saylı əmək müqaviləsinə dəyişikliklə bağlı *-* saylı müqavilə ilə iddiaçının əmək haqqı artırılmış, ## ####### 2019-cu il tarixli, * saylı dəyişikliklə iddiaçı “xxxx” (X22) vəzifəsinə keçirilmişdir. 01 oktyar 2021-ci il tarixli, * saylı; ## #### 2022-ci il tarixli, * saylı; ## #### 2023-cü il tarixli, * saylı və ## #### 2023-cü il tarixli, * saylı dəyişikliklərlə iddiaçının əmək haqqı məbləğləri bir neçə dəfə artırılmışdır. Işəgötürənin ## ###### 2024-cü il tarixli, K-*** saylı əmrilə iddiaçı ilə bağlanmış ## ###### 2012-ci il tarixli, **** saylı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsinin bildirişi isə ##.##.2024-cü il tarixdə elektron sistemə əlavə edilmişdir. Tərələr arasında olan əmək münasibətinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işəgötürən tərəfindən mübahisəli əmr qəbul edilən zaman əmək qanunvericiliyinin tələblərinə riayət olunmuşdur. Belə ki, iddiaçı cavabdehdə “xxxx” vəsifəsində işləmiş və həmin vəzifə üzrə şirkətin maliyyə şöbəsində bir ştat vahidi olmuşdur. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə təsdiqlənmiş filialın təşkilati strukturuna əsasən, cavabdehdə Vitse President, X23 Sr, Accountant Prin, Accouting, Accountant Sr, Accountant Sr olaraq təşkil olunmuşdur.
44. Cavabdeh Şirkətinin ## ######## 2024-cü il tarixli, K-*** saylı əmrinə əsasən Filialın yeni təşkilati strukturu və ştat cədvəli təsdiq edilmiş və buna əsasən Vitse President, Accounting- Accountant Sr., Accouting, Accountant Sr., Accountant Sr., Accountant Prin. olaraq təşkil olunmuşdur. Həmin əmrin əsasları belə müəyyən edilmişdir: cavabdehdə idarəetmənin təkmilləşdirilməsi, ştat strukturunun optimallaşdırılması, fəaliyyətinin iqtisadi və iş prosesinin səmərəliliyinin artırılması məqsədilə Filialın təşkilati strukturunun və xərclərin optimallaşdırılması, restrukturizasiyası və iş bölgüsünün yenidən təşkili zərurəti yaranmışdır. Yeni ştat cədvəlinə uyğun olaraq iddiaçının çalışdığı “xxxx” (X22) ştat vahidi işəgötürənin ## ######## 2024-cü il tarixli, K-*** saylı əmrilə ixtisar edilmişdir. ## ######## 2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya tutuduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar rəsmi bildiriş (xəbərdarlıq) təqdim edilmişdir. Bildiriş barədə ##.##.2024-cü il tarixdə ƏMAS sistemi vasitəsilə tərəflər arasında rəsmi yazışmalar bölməsində məlumat göndərilmişdir. Həmin bildiriş iddiaçıya ##.##.2024-cü il tarixdə həm aktiv elektron məktub (e-mail), həm də iddiaçıya məxsus olan nömrə vasitəsilə məlumat verilmişdir.
45. Işəgötürənin ## ###### 2024-cü il tarixli, K-*** nömrəli əmri ilə tərəflər arasında bağlanmış ## ###### 2012-ci il tarixli, **** saylı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsinin bildirişi ##.##.2024-cü il tarixdə elektron sistemə əlavə edilmişdir. Əmək müqaviləsinin ləğvi ilə əlaqədar müvafiq əmrin surəti, işçinin əmək kitabçası və aparılmış son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı, işdənçıxma müavinəti və digər ödəmələr) ilə birlikdə iddiaçıya təqdim edilmişdir.
46. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qaydaya riayət edilməklə, azı 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərə alınmaqla ##.##.2024-cü il tarixdən ləğv ediləcəyi barədə bildiriş göndərilmiş, həmin bildiriş iddiaçıya çatdırılmış, bildirişdə göstərilən müddət başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin əmri, Şirkətin ## ######## 2024-cü il tarixli, K-*** saylı əmri ilə əsaslandırılmışdır.
47. Məhkəmə kollegiyası iddiaçının “ştat ixtisarından sonra başqa işçinin şöbədə yeni işə qəbul edilməsi və işçinin vəzifəsinin yüksəldilməsi və bunun iddiaçının əmək funksiyalarının icrasına ehtiyacın aradan qalxmamasının sübutu olması” dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının işləmiş olduğu “Maliyyə” şöbəsində heç bir yeni ştat vahidi açılmamış və iddiaçının çalışdığı ştat vahidi üzrə vəzifəyə yeni işçi götürülməmişdir.
48. Iddiaçı tərəfindən təqdim edilmiş, maliyyə şöbəsində işləyən iki işçinin əmək müqavilələrindən (və ya onlara dəyişikliklər) görünür ki, X24 arasında bağlanmış ##.##.2024cü il tarixli əmək müqaviləsi əsas götürülsə belə, həmin işçi iddiaçının ləğv olunan ştatı üzrə vəzifəyə deyil, mühasibatlıq üzrə supervayzer (A012-ESG) vəzifəsinə qəbul edilmişdir.
49. Eyni qaydada, iddiaçının təqdim etdiyi, Nuray Nəsibova adlı işçinin ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, o, həmin şöbədə kiçik mühasib vəzifəsinə (başqa əmək funksiyaları ilə) qəbul edilmişdir.
50. Göründüyü kimi, iddiaçının çalışmış olduğu ştat vahidinin bərpası, şöbədə yeni ştat vahidinin yaradılması və ya adı çəkilən işçilərin yeni yaradılmış ştat vahidi üzrə vəzifələrə qəbul edilməsi halı müəyyən edilməmişdir.
51. Iddiaçı ştat ixtisarı həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığını, özünün yüksək hazırlıqlı işçi olmasını qeyd etsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. O, da nəzərə alınmalıdır ki, iddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına aid olmamışdır.
52. Nəzərə alınmalıdır ki, ştat vahidinin yenidən strukturlaşdırılması yolu ilə işçilərin əmək funksiyalarının dəyişdirilməsi işəgötürənin hüququ olmaqla, iqtisadi cəhətdən daha optimal addımların atılmasının Şirkətə qadağan edilməsi yolverilməzdir.
53. Məhkəmə kollegiyası iddiaçının “işdən azad edilməsindən bir neçə ay sonra vergi şöbəsində yaranmış vakansiyaya müraciət etməsi, lakin işə qəbul edilməməsi ilə əmək qanunvericiliyinin pozulması və işəgötürənin qərəzi” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Əmək Məcəlləsinin “Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” adlı 71-ci maddəsinin yeni redaksiyasında “ştatları ixtisar olunduqda, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır” müddəası artıq qüvvədən düşmüşdür. Cavabdeh şirkətin nümayəndəsi və vəkili bununla bağlı şirkətin mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının işlədiyi maliyyə meneceri vəzifəsinə nisbətən xeyli aşağı kateqoriyalı işə sonradan qəbul edilməsi şirkətin daxili siyasətinə uyğun olmayacaq və şirkətdaxili münasibətlərdə qeyritəbii vəziyyətin yaranmasına səbəb olacaqdı.
54. Məhkəmə kollegiyası “iddiaçının işdən kənarlaşdırıldıqdan sonra, cavabdeh şirkətin maliyyə hesabatlarının-mənfəət bəyannaməsinin hazırlanması ilə bağlı xidmətlərin alınmasına dair “X7” şirkəti ilə xidmət müqaviləsinin bağlanması, bununla da, iddiaçının əmək funksiyalarının bir qisminin üçüncü tərəf qismində audit şirkətinə həvalə olunması” ilə bağlı iddiaçı tərəfin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin şirkət ilə cavabdeh arasında xidmət müqaviləsi yalnız iddiaçının vəzifəsi üzrə ştatın ixtisarından sonra deyil, ondan əvvəl də bağlanmışdır (##.##.2022-ci il tarixdə qüvvəyə minmiş, ##.##.2024-cü ilədək qüvvədə hesab olunmuşdur). Bu onu deməyə əsas vermişdir ki, iddiaçının əmək funksiyalarının icrasına ehtiyacın aradan qalxmaması halını deyil, əksinə, cavabdeh şirkətin maliyyə əməliyyatlarının xidmət müqaviləsi bağlanması yolu ilə “X7” şirkətinə həvalə edilməsinin, yüksək əmək haqqı məbləği müəyyən edilmiş bir ştat vahidinin saxlanmasına nisbətən iqtisadi cəhətdən işəgötürənə daha əlverişli olmasını və həmin ştat vahidinə ehtiyacın aradan qalxmasını təsdiq edir.
55. Belə ki, bəzi korporativ şirkətlərdə onların fəaliyyət istiqamətinin xüsusiyyətlərinə uyğun olaraq maliyyə əməliyyatlarının mürəkkəb və çoxsaylı olmaması səbəbindən, vergi bəyannamələri və digər maliyyə xidmətlərinin göstərilməsinin üçüncü tərəfə həvalə edilməsi ilə paralel olaraq eyni funksiyaların icrası üçün yüksək əmək haqqı müəyyən edilmiş ştat vahidinin mövcudluğunun işəgötürən üçün əlverişsiz olması, nəticədə ştat vahidinin buna uyğun yenidən qurulması gözlənilməz hal deyil.
56. Məhkəmə kollegiyası “iddiaçının işlədiyi vəzifə üzrə ştat vahidinin ixtisarının əsas səbəbinin, məhz X8 üzrə Maliyyə Direktoru vəzifəsini icra edən X12 (Ahmed Amer) adlı şəxsin iddiaçını özünə rəqib hesab etməsi və buna görə də onu Filialdan uzaqlaşdırması ilə bağlı qərəzli mövqeyi olması” dəlili ilə bağlı qeyd etmişdir ki, belə bir qərəzin müəyyən edilməsi barədə mötəbər sübutların olmaması; X12 iddiaçıya nəzərən daha yüksək vəzifədə işləməsi və filial müstəvisində deyil, regional işçi olması halında iddiaçını özünə rəqib olaraq görməsinin ağlabatan olmaması; şirkətin ştat strukturunun restrukturizasiyası ilə bağlı qərarların şirkətin baş ofisinə məlum olmadan, məhz X12 asılı olmasının iş materialları ilə təkzib edilməsi, şahid X6 “şirkət tərəfindən iddiaçının hesabının bloklanması, iddiaçının ofisin turniketindən buraxılmaması, X12 daxili qanunvericiliyi bilməməsi, dil bariyeri qərəz göstəricisidir” ilə bağlı ifadəsinin isə şəxsi mülahizə xarakterli olması nəzərə alındıqda, iddiaçının qərəzlə bağlı mövqeyi əsaslı hesab edilməmişdir.
57. Məhkəmə kollegiyası şikayətin “iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin həmin dövrdə vitse-prezident vəzifəsində işləməyən Graeme Taylorun elektron imzası ilə imzalanması” dəlili ilə bağlı qeyd etmişdir ki, Graeme Taylorun Şirkətin “Azərbaycan Respublikasındakı Filialının Hüquqi Təmsilçisi və Baş Direktoru təyin edilməsinə dair etibarnamə ##.##.2025-ci il tarixədək qüvvədə olmuşdur və etibarnamə verilən şəxs “ şirkət ərazisindəki Filialın işçilərini işdə saxlamaq və işdən azad etmək və həmin işçilərlə əmək müqavilələri bağlamaq və onlara dəyişikliklər etmək”; Filial ilə əlaqədar işçilərin işə qəbulu, mükafatlandırılması, işdən azad edilməsi, həmçinin onların vəzifələrini və xidmət müddətlərini müəyyən etmək və dəyişdirmək” səlahiyyətlərinə malik olmuşdur.
58. Məhkəmə kollegiyası iddiaçının “Anar Əliyev iddiaçıya dair əmri imzalaya bilməzdi” dəlili ilə bağlı qeyd etmişdir ki, “cavabdeh tərəfindən X2 verilmiş, ##.##.2024-cü il tarixdə imzlanmış, ##.##.2024-cü ildən ##.##.2025-ci il tarixədək qüvvədə olan etibarnamədən aydın olur ki, o, Filialın müvəkkili təyin edilməklə ona həvalə edilmiş səlahiyyətlərə daxildir: Filial Ofislə əlaqədar işçilərin cəlb edilməsi, əməyin ödənilməsi, işdən çıxarılması, vəzifə və xidmət müddətlərinin təsdiqlənməsi və dəyişdirilməsi...qeyd edilən məqsədlərin hamısı və ya hər hansı biri üçün şirkət və\və ya şirkətin filial Ofisi tərəfindən icra edildiyi kimi, hər hansı bir akt, təyinat, sənəd və əqdlərin imzalanması, möhür vurulması, çatdırılması, icrası və yetinə yetirilməsi.
59. Göründüyü kimi, Anar Əliyevin “əmək müqaviləsinin ləğv olunması” haqqında ##.##.2024-cü il tarixli əmri imzalaması barədə səlahiyyətinin olmamasına dair dəlilləri əsassız olmuşdur.
60. Məhkəmə kollegiyası iddiaçının “Filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” ##.##.2013-cü il tarixli əmrdəki imzaların Vitse Prezidentin əvəzindən Şirkətin Xəzər regionu üzrə X20 vəsifəsində işləyən Vüsalə Ələkərova tərəfindən icra edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
61. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişikliklə bağlı ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli müqavilələrə nəzər yetirdikdə, həmin müqavilələrin işəgötürən qismində ölkə/ərazi üzrə X9 Taylor və işçi qismində İddiaçı tərəfindən imzalanması aşkar olur və həmin müqavilələrdəki Graeme Taylora məxsus imzaların, “Filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” ##.##.2013-cü il tarixli əmrdəki Graeme Taylora məxsus imza ilə eyni olması vizual olaraq aydın görünür.
62. Belə olan təqdirdə, iddiaçının əmək haqqının 10.534,44 manat, sonradan 11.508,42 manat olaraq artırılması barədə əmək müqaviləsinə dəyişikliklə bağlı müqavilələrin mötəbərliyinin sual doğurmaması, lakin, eyni imza ilə təsdiq edilmiş “Filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” ##.##.2013-cü il tarixli əmrin mötəbər olmaması ilə bağlı iddiaçının mövqeyini birinci instansiya məhkəməsi haqlı olaraq əsassız hesab etmişdir.
63. Məhkəmə kollegiyası şikayətin “Məşğulluq haqqında” AR Qanunun “18.2-ci maddəsinin tələblərinin pozulması yəni ştatın ixtisarı ilə bağlı müvafiq icra hakimiyyətinə məlumat verməməsi” dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan və apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazdan görünür ki, işəgötürən ştatın ixtisarı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına məlumat vermədiyini və buna görə cərimə tətbiq olunduğunu etiraf etmişdir.
64. Məhkəmə kollegiyası iddiaçının “əmrlərin ardıcıllığının pozuntulu olması” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin əmrlər eyni günə, yəni, ## ######## 2024-cü il tarixə aid olmaqla işəgötürənin daxili əmrlə özünün gələcək planlarında uyğun struktur müəyyən etməsini və daha sonra, yeni struktura uyğun olaraq dəyişikliklər etməsini təsdiqləyir.
65. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, iddia tələbini “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsində də təmin etməməkdə haqlı olmuşdur.
66. Məhkəmə kollegiyası iddiaçının 20.000 manat mənəvi zərər tələbi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bu hissədə tələbinin təmin olunmasına imkan verəcək heç bir sübutu məhkəməyə təqdim etmədiyindən, AR Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilən şərtlər ödənilmədiyi və AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2008-ci il tarixli, * saylı Qərarının 8-ci bəndində göstərilən şərtlər, cavabdehin təqsirli, hüquqazidd hərəkəti müəyyən edilmədiyindən, qeyd olunan tələb əsaslı hesab edilməmişdir.
67. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi cavabdehin sənədlərdə imzaları olan əməkdaşlarının əməllərində cinayətin əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılaraq materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi ilə bağlı xüsusi qərarın çıxarılmasına dair vəsatəti də təmin edilməməlidir.
68. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş və hər hansı pozuntuya yol verilməmişdir.
69. Apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər hesab edərək məhkəmə kollegiyası həmin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab etməmişdir.
70. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 11, 70-ci maddəsinin “b” bəndinə, Mülki Məcəllənin 1096.1,1097.1-ci maddələrinə, AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2008-ci il tarixli, * saylı Qərarına, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
71. Iddiaçı (vəkil vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
72. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iddiaçının cavabdehə qarşı “ştatın ixtisarı barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” işinə baxarkən əvvəlcə Filialın Əsasnaməsini əldə etməli və Filial tərəfindən məhkəməyə təqdim edilən digər sənədlərin həmin Əsasnaməyə uyğun olub-olmadığını müəyyənləşdirməli, daha sonra isə həmin sənədlərə istinad edərək qanuni qətnamə qəbul etməli idi. Lakin məhkəmə kollegiyasının istinad etdiyi sənədlər sırasında ümumiyyətlə Filialın Əsasnaməsi olmamışdır. Belə ki, filialın Əsasnaməsi AR Ədliyyə Nazirliyində ## ###### 2002-ci il tarixdə qeydə alınmış və Filial həmin Əsasnamə əsasında fəaliyyət göstərmişdir. Əsasnamənin 1.1-ci bəndinə əsasən, Filialın fəaliyyəti AR Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun olaraq qurulmuşdur. Həmin Əsasnamənin 1.7-ci bəndinə görə Filialın işçi heyətinin strukturu və sayı səlahiyyətli şəxs tərəfindən müəyyən edilmişdir. Eyni zamanda, Əsasnamənin 3.1-ci maddəsində göstərilmişdir ki, Filialın baş nəzarət orqanı olan Şirkət işçi heyətinin strukturunu və sayını müəyyən etmiş, illik balansı və fəaliyyət hesabatlarını təsdiq etmişdir. Beləliklə, Əsasnaməyə əsasən Filialın işçi heyətinin strukturunu və sayını müəyyən etmək səlahiyyəti Filiala deyil, Şirkətə məxsus olmuşdur. Məhkəmə kollegiyası Filiala qarşı qaldırılmış iddiaya baxarkən Filialın səlahiyyətlərini müəyyən edən AR Mülki Məcəlləsinin 53.2 və 53.3-cü maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmiş və bununla da qətnamənin ləğvi üçün əsaslar yaratmışdır. Bundan əlavə, məhkəmə kollegiyası onun işdən azad edilməsi barədə əmri imzalayan Anar Əliyevə verilmiş etibarnaməni nəzərə almamış və həmin etibarnamə əsasında X10 faktiki nümayəndəsi kimi təyin olunmasına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası müəyyən edə bilməmişdir ki, X10 rəhbər şəxslərini işdən azad etmək səlahiyyəti olmamışdır. Halbuki, Əmək Məcəlləsinə əsasən belə səlahiyyət yalnız rəhbər şəxsə və ya səlahiyyətli orqana məxsus olmuşdur. Buna baxmayaraq, məhkəmə kollegiyası Anar Əliyevin imzaladığı sənədlərə hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə qərarında AR Əmək Məcəlləsinin 11.1-ci maddəsinin “ə” bəndinə istinad edərək işəgötürənin işçilərin sayını ixtisar etmək hüququnun olduğunu göstərmişdir. Lakin məhkəmə kollegiyası “işəgötürən” anlayışını düzgün müəyyən etmədiyi üçün həmin normanı iş üzrə düzgün tətbiq edə bilməmişdir. Əgər ixtisar əmri həqiqətən də işəgötürən tərəfindən imzalansaydı, bu normaya istinad əsaslı ola bilərdi. Lakin belə əsaslandırma olmadığından məhkəmə kollegiyasının gəldiyi nəticə düzgün hesab edilməmişdir. Məhkəmə kollegiyası onun əmək müqaviləsini nəzərdən keçirsəydi müəyyən edərdi ki, müqavilə Filialın rəhbəri tərəfindən imzalanmış və həmin rəhbərə verilmiş etibarnamədə işçiləri işə qəbul etmək və işdən azad etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bununla yanaşı, Anar Əliyevə verilmiş etibarnamədə belə səlahiyyətlər göstərilməmişdir. Filialın rəhbəri vəzifəsində olduğu və səlahiyyətlərini icra etdiyi halda, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmr Filial rəhbəri tərəfindən deyil, bu səlahiyyətə malik olmayan Anar Əliyev tərəfindən imzalanmışdır. Bu isə həm qanuna, həm də məntiqə zidd olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası “ştat cədvəli” kimi təqdim edilən sənədin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını araşdırmamışdır. Belə ki, həmin sənəd müvafiq qaydada təsdiq edilməmiş, vəzifə maaşları göstərilməmiş və hüquqi əsaslara malik olmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası həmin sənədi ştat cədvəli kimi qəbul etmiş və qərarını buna əsaslandırmışdır. Məhkəmə kollegiyası həmçinin ixtisar əmrinə əsas olan sənədləri tələb etməmiş, əmri imzalayan şəxsin səlahiyyətlərini araşdırmamış və nəticədə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış sənədləri sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası ## ######## 2024-cü il tarixli, K-*** saylı əmrə istinad etmişdir. Həmin əmr Anar Əliyev tərəfindən, ## #### 2024-cü il tarixli etibarnamə əsasında imzalanmışdır. Lakin məhkəmə kollegiyası bu etibarnaməni Filial rəhbəri X16 verilmiş etibarnamə ilə müqayisə etməmişdir. Halbuki, Filial rəhbərinə verilmiş etibarnamədə işçiləri işə qəbul etmək və işdən azad etmək səlahiyyəti açıq şəkildə göstərilmişdir. Digər tərəfdən, Anar Əliyevə verilmiş etibarnamədə Filialın işçilərini işə qəbul etmək, işdən azad etmək və ya ştat ixtisarı aparmaq səlahiyyətləri nəzərdə tutulmamışdır. Bu səbəbdən, onun tərəfindən imzalanmış sənədlərin hüquqi qüvvəsi olmamışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
73. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi
74. Maddə 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək.
75. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
76. Maddə 71.1. işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
77. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
78. Maddə 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
79. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
80. Maddə 77.1. Işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
81. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
82. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
83. Maddə 77.4. Işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
84. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
85. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
86. Maddə 84.3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
87. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
88. Maddə 155.1.1. Işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
89. Maddə 155.5. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.
90. Maddə 158.1. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir.
91. Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
92. Maddə 173.2. Işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
93. Maddə 300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
94. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
95. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
96. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
97. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
98. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
99. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
100. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
101. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
102. Iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
103. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
104. Iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
105. Belə ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış ## ###### 2012-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı filialda “Mühasibat üzrə supervayzer vəzifəsinə” işə qəbul edilmiş və ## ####### 2019-cu il tarixdə əmək müqaviləsinə olan * saylı dəyişiklikliyə əsasən iddiaçı filialda “xxxx” vəzifəsinə keçirilmişdir. Işəgötürənin ## ###### 2024-cü il tarixli, K-*** saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsinin bildirişi ##.##.2024-cü il tarixdə elektron sistemə əlavə edilmişdir.
106. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmuşdur. Belə ki, iddiaçının tutduğu vəzifə üzrə filialda maliyyə şöbəsində bir ştat vahidi olmuşdur. Işəgötürən tərəfindən ##.##.2023-cü il tarixdə təsdiqlənmiş təşkilati struktura əsasən filialda Vitse President, X23 Sr, Accountant Prin, Accouting, Accountant Sr, Accountant Sr vəzifələri təşkil olunmuşdur.
107. Bundan sonra Şirkətin ## ######## 2024-cü il tarixli, K-*** saylı əmri ilə filialın yeni təşkilati strukturu və ştat cədvəli təsdiq edilmiş və buna əsasən Vitse President, Accounting- Accountant Sr., Accouting, Accountant Sr., Accountant Sr., Accountant Prin. Vəzifələri təşkil olunmuşdur. Həmin əmrlə müəyyən edilmişdir ki, filialda idarəetmənin təkmilləşdirilməsi, ştat strukturunun optimallaşdırılması, fəaliyyətinin iqtisadi və iş prosesinin səmərəliliyinin artırılması məqsədilə filialın təşkilati strukturunun və xərclərin optimallaşdırılması, restrukturizasiyası və iş bölgüsünün yenidən təşkili zərurəti yaranmışdır. Yeni ştat cədvəlinə uyğun olaraq iddiaçının çalışdığı “xxxx” ştat vahidi işəgötürənin ## ######## 2024-cü il tarixli, K-*** saylı əmri ilə ixtisar edilmişdir. ## ######## 2024-cü il tarixdə işəgötürən tərəfindən iddiaçıya tutuduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə bağlı rəsmi bildiriş (xəbərdarlıq) təqdim edilmişdir. Həmin bildiriş barədə iddiaçıya ##.##.2024-cü il tarixdə həm aktiv elektron məktub (e-mail), həm də nömrə vasitəsilə məlumat verilmişdir.
108. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, əmək müqaviləsinin ləğvi ilə bağlı müvafiq əmrin surəti, əmək kitabçası, aparılmış son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı, işdənçıxma müavinəti və digər ödəmələr) ilə birlikdə iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 77ci maddəsinin
109. 1-ci bəndində nəzərdə tutulmuş qaydaya riayət edilməklə, azı 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərə alınmaqla ##.##.2024-cü il tarixdən ləğv ediləcəyi barədə bildiriş göndərilmiş, həmin bildiriş iddiaçıya çatdırılmış, bildirişdə göstərilən müddət başa çatdıqdan sonra əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir.
110. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin əmri, Şirkətin ## ######## 2024-cü il tarixli, K-*** saylı əmri ilə əsaslandırılmışdır.
111. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “ştat ixtisarından sonra başqa işçinin şöbədə yeni işə qəbul edilməsi və işçinin vəzifəsinin yüksəldilməsi və bunun iddiaçının əmək funksiyalarının icrasına ehtiyacın aradan qalxmamasının sübutu olması” dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının işləmiş olduğu “Maliyyə” şöbəsində heç bir yeni ştat vahidi açılmamış və iddiaçının çalışdığı ştat vahidi üzrə vəzifəyə yeni işçi qəbul edilməmişdir.
112. Iddiaçı tərəfindən təqdim edilmiş, maliyyə şöbəsində işləyən iki işçinin əmək müqavilələrindən (və ya onlara dəyişikliklər) görünür ki, X24 arasında bağlanmış ##.##.2024cü il tarixli əmək müqaviləsi əsas götürülsə belə, həmin işçi iddiaçının ləğv olunan ştatı üzrə vəzifəyə deyil, mühasibatlıq üzrə supervayzer vəzifəsinə qəbul edilmişdir. Eyni qaydada, iddiaçının təqdim etdiyi Nuray Nəsibova ilə bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsindən isə görünür ki, o, həmin şöbədə kiçik mühasib vəzifəsinə (başqa əmək funksiyası üzrə) işə qəbul edilmişdir.
113. Göründüyü kimi, iddiaçının çalışmış olduğu ştat vahidinin bərpası, şöbədə yeni ştat vahidinin yaradılması və ya adı çəkilən işçilərin yeni yaradılmış ştat vahidi üzrə vəzifələrə qəbul edilməsi halları müəyyən edilməmişdir. Iddiaçı ştatın ixtisarı həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığını, özünün yüksək hazırlıqlı işçi olduğunu qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi süəyyən etmişdir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. O, da nəzərə alınmalıdır ki, iddiaçı ümumiyyətlə AR Əmək Məcəlləsinin 70ci maddəsi
114. ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərin kateqoriyasına aid olmamışdır.
115. Nəzərə alınmalıdır ki, ştat vahidinin yenidən strukturlaşdırılması yolu ilə işçilərin əmək funksiyalarının dəyişdirilməsi işəgötürənin hüququ olmaqla, iqtisadi cəhətdən daha optimal addımların atılmasının Şirkətə qadağan edilməsi yolverilməzdir.
116. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “işdən azad edilməsindən bir neçə ay sonra vergi şöbəsində yaranmış vakansiyaya müraciət etməsi, lakin işə qəbul edilməməsi ilə əmək qanunvericiliyinin pozulması və işəgötürənin qərəzi” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Əmək Məcəlləsinin “Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” adlı 71-ci maddəsinin yeni redaksiyasında “ştatlar ixtisar olunduqda, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onların müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır” müddəası artıq qüvvədən düşmüşdür.
117. Belə ki, cavabdehin nümayəndəsi və vəkili bununla bağlı Şirkətin mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının işlədiyi maliyyə meneceri vəzifəsinə nisbətən xeyli aşağı kateqoriyalı işə sonradan qəbul edilməsi Şirkətin daxili siyasətinə uyğun olmayacaq və şirkətdaxili münasibətlərdə qeyri-təbii vəziyyətin yaranmasına səbəb olacaqdır.
118. Apellyasiya instansiyası məhkəməsi, “iddiaçının işdən kənarlaşdırıldıqdan sonra, cavabdehin maliyyə hesabatlarının, mənfəət bəyannaməsinin hazırlanması ilə bağlı xidmətlərin göstərilməsinə dair “X7” şirkəti ilə xidmət müqaviləsinin bağlanması, bununla da iddiaçının əmək funksiyalarının bir qisminin audit şirkətinə həvalə olunması” ilə bağlı iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, auidit Şirkət ilə cavabdeh arasında xidmət müqaviləsi yalnız iddiaçının vəzifəsi üzrə ştatın ixtisarından sonra deyil, ondan əvvəl bağlanmışdır. Belə ki, belə müqavilə ##.##.2022-ci il tarixdə bağlanmış və ##.##.2024-cü il tarixədək qüvvədə olmuşdur). Bu onu deməyə əsas verir ki, iddiaçının əmək funksiyalarının icrasına ehtiyacın aradan qalxmaması halını deyil, əksinə, cavabdehin maliyyə əməliyyatlarının xidmət müqaviləsi bağlanması yolu ilə “X7” şirkətinə həvalə edilməsini, yüksək əmək haqqı məbləği müəyyən edilmiş bir ştat vahidinin saxlanmasına nisbətən iqtisadi cəhətdən işəgötürənə daha əlverişli olmasını və həmin ştat vahidinə ehtiyacın aradan qalxmasını təsdiq edir.
119. Apelyasiya instansiyası məhkəməsi “iddiaçının işlədiyi vəzifə üzrə ştat vahidinin ixtisarının əsas səbəbinin, məhz X8 üzrə Maliyyə Direktoru vəzifəsini icra edən X12 (Ahmed Amer) iddiaçını özünə rəqib hesab etməsi və buna görə də onu filialdan uzaqlaşdırması ilə bağlı” dəlilinə münasibətdə qeyd etmişdir ki, belə bir qərəzin müəyyən edilməsi barədə işdə mötəbər sübutlar yoxdur. X12 iddiaçıya nisbətən daha yüksək vəzifədə işləməsi və filial müstəvisində deyil, regional işçi olması halında iddiaçını özünə rəqib olaraq görməsi ağlabatan görünmür.
120. Apellyasiya instansiyası məhkəməsi Şikayətin “iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin həmin dövrdə vitse-prezident vəzifəsində işləməyən Graeme Taylorun elektron imzası ilə imzalanması” dəlili ilə bağlı qeyd etmişdir ki, Graeme Taylorun Şirkətin “Azərbaycan Respublikasındakı filialının Hüquqi Təmsilçisi və Baş Direktoru təyin edilməsinə dair etibarnamə ##.##.2025-ci il tarixədək qüvvədə olmuşdur və etibarnamə verilən şəxs “ şirkət ərazisindəki filialın işçilərini işdə saxlamaq və işdən azad etmək və həmin işçilərlə əmək müqavilələri bağlamaq və onlara dəyişikliklər etmək”; filial ilə əlaqədar işçilərin işə qəbulu, mükafatlandırılması, işdən azad edilməsi, həmçinin onların vəzifələrini və xidmət müddətlərini müəyyən etmək və dəyişdirmək” səlahiyyətlərinə malik olmuşdur.
121. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının “Anar Əliyevin onun işdən azad edilməsinə dair əmri imzalamağa səlahiyyətinin olmamasına dair” dəlilinə münasibətdə qeyd etmişdir ki, “Şirkət tərəfindən Anar Əliyevin adına verilmiş və ##.##.2024-cü il tarixdə imzlanmış, ##.##.2024-cü ildən ##.##.2025-ci il tarixədək qüvvədə olan etibarnamənin məzmunundan görünür ki, o, filialın müvəkkili təyin edilməklə, ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində filiala işçiləri cəlb etmək, onların əməyini ödəmək, işdən çıxarmaq, vəzifə və xidmət müddətlərini təsdiqlənmək, dəyişdirmək, sənəd və əqdləri imzalamaq və.s səlahiyyətlərə malik olmuşdur.
122. Göründüyü kimi, Anar Əliyevin “əmək müqaviləsinin ləğv olunması” haqqında ##.##.2024-cü il tarixli əmri imzalamağa səlahiyyətinin olmamasına dair iddiaçının dəlili tam əsassız olmuşdur.
123. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının “filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” ##.##.2013-cü il tarixli əmrdəki imzaların Vitse Prezidentin əvəzindən Şirkətin Xəzər regionu üzrə X20 vəsifəsində işləyən Vüsalə Ələkərova tərəfindən icra edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
124. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişikliklə bağlı ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli müqavilələrə nəzər yetirdikdə, həmin müqavilələrin işəgötürən qismində ölkə/ərazi üzrə X9 Taylor və işçi qismində iddiaçı tərəfindən imzalanması aşkar görünür və həmin müqavilələrdəki Graeme Taylora məxsus imzaların, “filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” ##.##.2013-cü il tarixli əmrdəki Graeme Taylora məxsus imza ilə eyni olması vizual olaraq müəyyən olunur. Belə olan halda iddiaçının əmək haqqının 10.534,44 manat, sonradan 11.508,42 manat olaraq artırılması barədə əmək müqaviləsinə dəyişikliklə bağlı müqavilələrin mötəbərliyinin sual doğurmaması, lakin, eyni imza ilə təsdiq edilmiş “filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” ##.##.2013-cü il tarixli əmrin mötəbər olmaması ilə bağlı iddiaçının mövqeyini apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq əsassız hesab etmişdir.
125. Apellyasiya instansiyası məhkəməsi “Məşğulluq haqqında” AR Qanunun “18.2-ci maddəsinin tələblərinin pozulması, yəni ştatın ixtisarı ilə bağlı müvafiq icra hakimiyyətinə məlumat verməməsi” barədə iddiaçının dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan və apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazdan görünür ki, işəgötürən ştatın ixtisarı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına məlumat vermədiyini və buna görə də cərimə tətbiq olunduğunu etiraf etmişdir.
126. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının “əmrlərin ardıcıllığının pozuntulu olması” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin əmrlər eyni günə yəni, ## ######## 2024-cü il tarixə aid olmaqla işəgötürənin daxili əmrlə özünün gələcək planlarına uyğun strukturunu müəyyən etməsini və daha sonra, yeni struktura uyğun olaraq dəyişikliklər etməsini təsdiqləyir. Birinci instansiya məhkəməsi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, iddia tələbini “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsində təmin etməməkdə də haqlı olmuşdur.
127. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının 20.000 manat mənəvi zərər tələbi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bu hissədə tələbinin təmin olunmasına imkan verəcək heç bir sübutu məhkəməyə təqdim etmədiyindən, AR Mülki Məcəlləsinin 1096cı maddəsində göstərilən şərtlər ödənilmədiyi üçün qeyd olunan tələb də əsaslı hesab edilə bilməz.
128. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
129. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.