AzərbaycanRespublikasıadından Qərar Bakışəhəri İş№2(1-8)-597/2026 17.04.2026 ALIMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundanibarəttərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Göyçay rayonu, Xəlitli kəndində yerləşən 1.80 ha torpaq sahəsi 1/6 hissədə X10, 1/6 hissədəX8,1/6hissədəX18və3/6hissədəX12mülkiyyətindəolmuşdur.
2. Mülkiyyətçilər həmin torpaq sahəsinin ##.##.2023-cü il tarixli, AN-İ №******* daşınmazəmlakınalqı-satqımüqaviləsinəəsasənİddiaçısatmışlar.
3. Qeyd olunan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xxxxndə ##.##.2023cüiltarixdə***nömrəlireyestrkitabının**nömrəlivərəqəsindəqeydəalınmışdır.
4. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsi İddiaçı ünvanladığı ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı “Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildiriş”də göstərmişdir ki, Göyçay rayonu, Xəlitli kəndində yerləşən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xxxxndən təkrar texniki pasportun verilməsi ilə bağlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi müəyyən edilmiş, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı xxxxndə aparılaraq hüququnuz çıxarışla rəsmiləşdirilmiş, ərizənin ikinci məqsədi olan plan və ölçü (texnikipasport)sənədininverilməsindənisəimtinaedilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh zəbt etdiyi Göyçay rayonu Xəlitli kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0,90 ha torpaq sahəsindən cavabdehin çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdənalınaraqonaödənilməsibarədəqətnaməqəbulolunmasınıxahişetmişdir.
6. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar Islahat Komissiyasının # ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə X5 və ailə üzvlərinə Göyçay rayonu, Xəlitli kəndi ərazisindən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Hümbət Abdullayevin və ailə üzvlərinin adına mülkiyyət hüququnu təsdiq edən JN-*** nömrəli dövlət aktı verilmişdir. Sözügedən torpaq sahəsini ##.##.2023-cü il tarixdə Göyçay rayon Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Alqı-satqı müqaviləsi əsasında 1.80 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarış almışdır. Bundan sonra tərəfindən DƏDKR PHŞ ** saylı Ucar Ərazi Idarəsinə müraciət edilərək, mülkiyyətində olan 1.80 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi xahiş olunmuşdur. Müraciəti əsasında qeyd edilən idarənin əməkdaşları tərəfindən ərazidə çöl ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin 0.90 ha hissəsini cavabdeh zəbt edərək, istifadə edir. Buna görə də torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən imtina edilmişdir. Cavabdehlə danışıqlar aparıb zəbt etdiyi torpaq sahəsinin boşaldılmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələbində israrlı olaraq dayanmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə, eləcə də bələdiyyəyə müraciət edilsə də, sözügedən qurumların inzibati tədbirləri də bir nəticə verməmişdir. Bu səbəbdənhazırkıiddiatələbiiləməhkəməyəmüraciətetməkməcburiyyətindəqalmışdır.
7. Məhkəmə baxış iclasında cavabdeh Cavabdeh bildirmişdir ki, onun öz torpağına dair sənədləri vardır. Iddiaçı tərəf isə sənədsiz akt alaraq göstərmişdir ki, ona aid Göyçay rayon Xəlitli kəndində torpaq sahəsi vardır. Iddiaçının iddia etdiyi yer onun yerində deyil. Belə ki, həmin torpaq sahəsində 4 dəfə ölçü işləri aparılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyində və Prezident Administrasiyasında olmuş, ona həmin sənədlərinin qaydasında olduğu, oradan reyestr xidmətinə zəng edilərək nə səbəbə görə vətəndaşı boş yerə incidildiyi bildirilmişdir. Iddiaçı tərəf ilə aralarında səs yazıları vardır. Həmin səs yazısında ona “sənin mənə bircə evin və həyətin lazımdır mən oradan torpaq almışam o torpaq mənim üçün maraqsızdır” demişdir. Qeyd edir ki, faktiki istifadəsində olan torpaq sahəsində 1995-ci il tarixdən yaşayır, ondan istifadə edir və hər ay yaşadığı evə dair kommunal ödənişlər edir. O, istifadəsində olan torpaq sahəsinin haradan başlayıb harada qurtardığını bilir. Iddiaçı tərəf şifahi şəkildə torpaq almış, həmin torpaq sənədinin xəritəsi belə yoxdur ki, torpaq sahəsinin konkret yeri müəyyən edilsin. Onun istifadəsində olan torpaq sahəsinə 1-2 dəfə ölçü işləri aparmağa gəlmişlər, lakin o, gələn əməkdaşları həyətinə buraxmamış, onlara torpaq sahəsinin aktınıgöstərmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025ci il ## ###### tarixli **/** nömrəli məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyinə əsasən: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS) məlumatlarında göstərilən, 40801307**** reyestr, ********** qeydiyyat nömrəli çıxarışın tərtib edilməsinə əsas olan JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə verilmiş 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininsərhədlərivəkoordinatlarımüəyyənedilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: qərardadın bu sualları ilə bağlı mütəxəssis rəyindəməlumatolmadığınagörəcavablandırmaqmümkünolmamışdır.
9. Məhkəmə baxış iclasında ** saylı Ucar Ərazi Idarəsinin mühəndisi X1 bildirmişdir ki, onlara verilən suallara aid cavabın qısa olmağı məhkəmənin qoyduğu suala əsasən olmuşdur. Məhkəmənin qərardadında göstərilən 1 suala cavab verilmişdir. Hazırkı vəziyyətdə torpaqların elektron kadastr uçotunun informasiya sistemində məhkəmənin sual kimi göstərdiyi **** reyestr nömrəli çıxarışın alınmasına əsasən olan JN-*** nömrəli dövlət aktı 1.80 ha. Həmin torpaq sahəsi cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Ölçü işləri aparılan zaman cavabdeh Cavabdeh dəfələrlə torpağa dair sənəd təqdim edilməsi bildirilməsinə baxmayaraq, heç bir sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən onlara heç bir sənəd təqdim olunmadığı üçün onun torpaq sahəsinə hansı hüquqları olduğunu müəyyən etmək mümkünolmamışdır.
10. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS- AzCad) məlumatlarında göstərilən, 40801307**** reyestr, ********** qeydiyyat nömrəli (İddiaçı) çıxarışın tərtib edilməsinə əsas olan JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilmiş 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.88 ha hissəsi baxış zamanı cavabdeh tərəfindən istifadə edildiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.02 ha torpaq sahəsinin qalan 0.14 ha hissəsi TEKUIS-AzCad məlumatlarında göstərilən JN-*** nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş 0.64 ha torpaq sahəsinin 0.14 ha hissəsi ilə üst-üstə düşür. Cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyi 1.02 ha torpaq sahəsinin 0.88 ha hissəsində cavabdehin istifadəsində olan fərdi yaşayış evi və yardımçı tikililər və 0.14 ha hissəsində isə cavabdehin istifadəsində olan fərdi yaşayış evinin bir hissəsi mövcuddur. Idarənin elektron baza məlumatlarında mövcud olan Göyçay rayonu Xəlitli kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DVJ) cavabdehin istifadəsində olan 1.02 ha topaq sahəsinin 0.76 ha torpaq sahəsinin JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X4 mülkiyyətinə verilmiş 1.84 ha torpaq sahəsi ilə, 1.02 ha topaq sahəsinin 0.14 ha hissəsi JN*** nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş 0.64 ha torpaq sahəsinin 0.14 ha hissəsi ilə, 1.02 ha torpaq sahəsinin qalan 0.12 hissəsi 40801307**** reyestr, ********** qeydiyyat nömrəli (İddiaçı) çıxarışın tərtib edilməsinə əsas olan JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətə verilmiş torpaq sahəsiiləüst-üstədüşür.
11. Göyçay Rayon Məhkəməsinin (hakim G.İ.Qurbanova) 2025-ci il ## ##### tarixli *(***)- **/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı mülkiyyətində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.80 ha torpaq sahəsinin 0,88 ha hissəsindən cavabdeh Cavabdeh çıxarılması, cavabdeh Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilməsi, dövlət rüsumu üçün odənilmiş 100 manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsiqətedilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin halları ilə müəyyən olunmuşdur ki, ekspert və mütəxəssis rəylərinə əsasən iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,88 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə edilir. Odur ki, iddiaçı İddiaçı torpaq sahəsindənçıxarılmatələbiniirəlisürməksubyektivhüquqamalikolmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84 və 111-ci, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
14. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları dəqiq və düzgün araşdırmadan qərar qəbul etmişdir. Belə ki, cavabdehin hüquqi savadı və vəkili olmadığından sübutları məhkəməyə təqdim edə bilməmişdir. Çünki bu halın hüquqi əhəmiyyətini bilməmişdir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinn hüquqları qanunla qorunur. Hesab edir ki, cavabdeh heç bir torpaq zəbt etməmiş, dövlət orqanı tərəfindən mərhum ərinə ayrılmış torpaq sahəsindən istifadə edir. Iddiaçı cavabdehin həmin torpaq sahəsini zəbt etməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh Cavabdeh zəbt etmiş kimi göstərilmiş həmin torpaq sahəsinin 0,06 ha hissəsi sonuncunun əri X6 Göyçay rayonu XDS Rəyasət Heyətinin ## ###### 1993-cü il tarixli, * saylı qərarı ilə ayrılmışdır. Bu hal ## ###### 1995-ci il tarixli aktla da təsdiq olunmuşdur. Bundan əlavə məhkəmə araşdırma aparan zaman həmin torpaq sahəsinə dair Dövlət arxivinin Göyçay filialından heç bir sənəd əldə etməmişdir. Halbuki həmin filialın təqdim etdiyi arayışa əsasən Göyçay rayon Icra Hakimiyyətinin Başçısının Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Xəlitli kəndinə aid 1996- 2000-ci illərə aid ** saylı təsərrüfatbaşına kitabın 648-ci təsərrüfatında “X6 ilə ailə başçısı olmaqla öhdəsində 0,06 ha həyətyanı torpaq sahəsi vardır, yaşayış evi haqqında məlumat yoxdur” cavabı verilmişdir. Eyni zamanda məhkəmə həmin torpaq sahəsində maraqlı olan hüquqları pozulan şəxs olub-olmamasını yoxlamamışdır, hansı ki, iddiaçı tərəfindən onun boşaldılmalı olduğu kimi göstərilmiş torpaq sahəsinin bir qismi tamamilə başqa şəxsə məxsusdur. ** saylı Ucar Ərazi idarəsinin nümayəndəsi belə iddiaçının iddia etdiyi torpağın cavabdehin istifadəsində olduğunu, eyni zamanda torpaq sahələrinin üst-üstə düşdüyünü bildirsə də, cavabdehin həmin torpağa dair hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyini bildirmişdir. Hesab edir ki, bu halda cavabdehin ona məxsus torpaq sahəsini boşaldılmasına qətnaməçıxarılmasıüçünəsaslarmötəbərolmamışdır.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakimlər - E.B.Isayev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.M.Eyvazov) cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədənsaxlanılmışdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, rayon məhkəməsinin qeyd etdiyi kimi, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması,cavabdehinbupozuntunuedib-etməməsiməsələləriaraşdırılmalıdır.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli Qərarındakı hüquqi mövqeyə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111-ci və MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2, 402.1-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkili X2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsinixahişetmişdir.
20. Cavabdeh kassasiya şikayətini Mülki Məcəllənin 152.1 və 157.8-ci maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi ##.##.1995-ci ildə dövlət aktı ilə Cavabdeh mərhum ərinə verilmiş, təsərrüfat başına kitabda (kitabın 62-ci səhifəsinə, *** nömrəli şəxsi hesaba əsasən Cavabdeh ümumi istifadəsində 0,94 ha torpaq sahəsi göstərilmişdir) qeyd olunmuş, üzərində ev tikilmiş və 30 il ərzində vergiləri ödənilmişdir. Bu mənada uzunmüddətli, fasiləsiz və vergi ödənişləri ilə müşayiət olunan sahiblik, habelə dövlət aktının mövcudluğu Cavabdeh üçün mülkiyyətin rəsmiləşdirilməsinə dair “qanuni gözlənti” yaradır ki, bu da mülkiyyət hüququnun tərkib hissəsidir. Bu hüququn inkar edilməsi mütənasiblik prinsipini və şəxsin mülkiyyət toxunulmazlığını pozur. Lakin işə baxan birincivəapellyasiyaməhkəməsihəminhallarıümumiyyətlənəzərəalmamışdır.
21. Həmçinin, cavabdehin mərhum əri JN*** saylı torpağı 2001-ci ildə alqı-satqı ilə əldə etmişdir. Işə baxan məhkəmələr isə mülkiyyətçi olmasa da, müqavilə ilə sahiblik edən şəxsin hüquqlarını qorumamışdır. Cavabdeh sözügedən evdə 1995-ci ildən yaşamaqla, vergi ödəməklə və mülkiyyətini rəsmiləşdirmək üçün notariusa müraciət etməklə vicdanlı sahib statusuna malikdir. 2001-ci ildə Tahir Məmmədovdan (JN-164) alınmış torpaq sahəsi üzrə bağlanan sadə yazılı müqavilə daşınmaz əmlakı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Belə ki, cavabdehin mərhum əri Fariz Allahverdiyev 2001-ci ildə JN-*** saylı aktın sahibi Tahir Məmmədovdan həmin torpağı alqısatqı müqaviləsi (sadə əlyazma) ilə əldə etmişdir. Hərçənd bu müqavilə notariat qaydasında təsdiq olunmasa da, Mülki Məcəllənin 159-cu maddəsinə görə, əmlakın faktiki verilməsi ilə sahiblik hüququ yaranmışdır. Uzunmüddətli (20 ildən artıq) və fasiləsiz sahiblik cavabdehi qanunlaqorunan“vicdanlısahib”statusunaçatdırır.
22. Iddiaçı İddiaçı subyektiv hüququ yalnız JN-*** saylı sənədin koordinatları ilə məhdudlaşır. Mütəxəssis rəyi göstərmişdir ki, 0.76 ha ərazi başqa bir akta (JN-164) aiddir. Məhkəmə bu koordinat ziddiyyətini iddiaçının həmin 0.76 ha sahə üzərində subyektiv hüququnun olmaması kimi qiymətləndirməli idi. Işdən də göründüyü kimi iddiaçı İddiaçı mülkiyyət hüququ JN-*** saylı dövlət aktına əsaslanır. Lakin mütəxəssis rəyi təsdiq etmişdir ki, Cavabdeh istifadəsində olan 1.02 ha torpaq sahəsinin böyük hissəsi (0.76 ha) JN-*** saylı dövlət aktı ilə Məmmədov Tahirə məxsus olan ərazi ilə üst-üstə düşür. Yekun olaraq, iddiaçının subyektiv hüququnun JN-*** saylı torpaq sahəsinə şamil edilməməsi, cavabdehin “qanuni gözlənti” prinsipi əsasında mülkiyyət və yaşayış hüquqlarının mövcudluğu və məhkəmənin sübutları (mütəxəssis rəyi və dövlət aktları) birtərəfli qiymətləndirməsi qətnamənin ləğv edilməsiüçünkifayətedicihüquqiəsaslardır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiyaşikayətinəqarşıetirazdaxilolmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13 (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənmüdafiəolunur.
25. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yolveriləbilər.Xüsusimülkiyyətsosialöhdəliklərəsəbəbolur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanlahəyatakeçirməyəborcludurlar.
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqlarınvəvəzifələrinəmələgəlməsiəsasıkiminəzərdətutulmuşaktları....
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınanvəqorunanhüququdur.
30. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
31. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edəbilər.
32. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasınıməhkəməvasitəsilətələbedəbilər.
33. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyəthüququtanınabilməz.
34. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciətiüzrəqəbuledilmişməhkəməninqərarıəsasındasöküləbilər
35. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri xxxxnin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyinedilir.
36. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalıqazıntılarAzərbaycanRespublikasınınmülkiyyətidir.
37. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazəverilmir.
38. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarınaziyanvurmaqməqsədiiləistifadəedilməsiyolverilməzdir.
39. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalarvəhərəkətlərisəetibarsızdır.
40. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyivəgüvənmişolduğuəvvəlkirəftaraziddhüququnhəyatakeçirilməsi;...
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
41. Maddə 84, 4-cü bəndi. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulmasınəticəsindəonlaradəyənzərərtamhəcmdəödənilir.
42. Maddə 111, 1-ci bəndi. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbtedilməsi)qanunlaqadağanolunur.
43. Maddə 111, 2-ci bəndi. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadəzamanıçəkilənxərclərinəvəziödənilmədənaidiyyatıüzrəgeriqaytarılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
44. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyiizahatlarla,sənədlərləəsaslandırılmalıdır.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutunməhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
48. Maddə217.1.Məhkəməninqətnaməsiqanunivəəsaslıolmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
50. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarlaəsaslandırır
51. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğvedibişiyenidənbaxılmaqüçünapellyasiyainstansiyasıməhkəməsinəgöndərəbilər.
52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadınınləğvedilməsiüçünəsasdır.
Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiyainstansiyasıməhkəməsininfaktikihallarıaraşdırmasıkimiqiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindənapellyasiyainstansiyasıməhkəməsininaktıbütövlükdəyoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Ali Məhkəmənin Mülki kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və işyenidənbaxılmasıüçünapellyasiyainstansiyasıməhkəməsinəgöndərilməlidir.
56. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsindənçıxarılmasıbarədədir.
57. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuşhüququnməhkəmətərəfindənbərpaedilməsinəyolveriləbilər.
58. Baxılan işdən görünür ki, mübahisəli torpaq sahəsi X10, X8, X18 və X12 mülkiyyətində olmuş, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış, torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xxxxndə ##.##.2023-cü il tarixdə qeydə alınmışdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsi 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı adına təkrar texniki pasportun verilməsi ilə bağlı torpaq sahəsinə baxış keçirən zaman torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi müəyyən edilmiş, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı xxxxndə aparılaraq hüququnuz çıxarışla rəsmiləşdirilmiş, ərizənin ikinci məqsədi olan plan və ölçü (texniki pasport) sənədinin verilməsindənisəimtinaedilmişdir.
59. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir.
60. Iddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsininmüəyyənedilməsindənibarətdir.
61. Işə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0.90 ha hissəsicavabdehtərəfindən tərəfindənzəbtedilmişdir.
62. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkhüququvardır.
63. Belə ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
64. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyüdəqiqifadəedilməmişdirvəonunhərəkətlərininzəruriliyiəsaslıdeyildir.
65. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinəgörəvəmaraqlarınauyğunhərəkətetməksəlahiyyətidir.
66. Mövcud vəziyyət hər bir halda, işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməsini tələb edirdi. Çünki cavabdeh zəbt olunmuş torpaq sahəsinin bir hissəsindəevinşaetdiyinivə1995-ciildənoradayaşadığınıbildirmişdir.
67. Iş üzrə verilmiş mütəxəssis rəyində də cavabdehin göstərdiyi 0,88 ha hissəsində cavabdehin istifadəsində olan fərdi yaşayış evi və yardımçı tikililərin mövcud olduğu göstərilmişdir.
68. Göründüyü kimi cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, həm də onun orada yerləşən evdən çıxarılması ilə nəticələnəcəkdir. Halbuki, evin inşa edilməsi zaman baxımından kifayət qədər uzun müddəti əhatə edir. Bu halda əvvəlki mülkiyyətçilərin evin inşa edilməsinə etiraz edib-etməməsi, tikintinin dayandırılması üçün səlahiyyətli icra hakimiyyəti orqanlarına və ya məhkəməyə müraciət etməməsi, iddiaçının bu torpaq sahəsini alarkən oradacavabdehtərəfindəninşaedilmişevləbağlıhansımövqedəolmasısualdoğurur.
69. Bu halları araşdırmaq həm də ona görə zəruri idi ki, cavabdeh 1995-ci ildən orada ev tikərək yaşadığını bildirmişdir və iddiaçının torpaq sahəsinin çəpərin içində olması (hasarlanması) və ya digər şəkildə mərzlənməsi görünmür. Əgər mülkiyyətçi onun torpaq sahəsində ev inşa olunmasını bilib inşaat bitənədək olan uzun müddətdə etirazını bildirməmişdirsə, onun hərəkətləri, cavabdehdə əvvəlki mülkiyyətçilərin həmin torpaqdan arxayınistifadəetməsinəgüvənyaradanəməllərkimiqiymətləndiriləbilər.
70. Bu vəziyyətdə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək üçün iddiaçı, cavabdehin onun razılığına güvəndən irəli gələn itkilərini qarşılamaq, müəyyən kompensasiya ödəmək vəzifəsi yaradır. Lakin işə baxmış məhkəmə, torpaq sahəsinin tikililərin yerləşdiyi hissədə iddia tələbinin cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsindən (Mülki Məcəllənin 560.3.4-cü maddəsi) ibarət olub-olmamasını araşdırmamışdr.
71. Məhkəmə kollegiyası xatırladır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədidaşımaqlayanaşı,həmdəsubyektlərinmənafelərininqorunmasınaxidmətedir.
72. Nəzərə alınmalıdır ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da,bu prinsip həmin Məcəllənin 5.3, 18.1və425-cimaddələriningöstərişlərindənirəligəlir.
73. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlardigər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara ziddhüququnhəyatakeçirilməsivəs.kimihallardır.
74. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst,ədalətlibirinsanınhərəkəttərzinədairmeyardır.
75. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir» (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ######## 2021-ci iltarixliqərarı).
76. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinəəsasənqətnaməqanunivəəsaslıolmalıdır.
77. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa Insan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.
78. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ciiltarixliQərarı).
79. Apellyasiya instansiyası instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermir.
80. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessualMəcəlləsinin416-419-cumaddələrinirəhbərtutaraq
Qərara aldı:
Kassasiyaşikayətiqisməntəminedilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərarqəbuledildiyiandanqüvvəyəminir.