Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-614/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər:əmək münasibətlərindən irəli gələn mübahisələr, əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işə bərpa tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Hazirki iş üzrə iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC ilə arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmiş, 2023/2024-cü illərin əmək məzuniyyətinin istifadə etmədiyi 19 təqvim günü əvəzinə kompensasiya ödənilmiş, orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Sözügedən əmrlə razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2024-cü il tarixli 043- IRD\x nömrəli əmrin ləğv edilərək, işsiz qaldığı müddət üçün əmək haqqı ödənilməklə iş yerinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2010-cu ildən ## ######## 2024-cü ilə qədər STP-də çalışmışdır. Bu illər ərzində işində heç bir nöqsanı olmamış, heç bir xəbərdarlıq almamışdır. # ### 2023-cü ildə Hicran Valehovun STP-yə icraçı direktor təyin edilməsi ilə iddiaçıya qarşı təqib və təzyiqlər başladılmışdır. ## ###### 2023-cü ildə Hicran Valehovun birbaşa göstərişi ilə iddiaçı STP-yə heç bir aidiyyatı olmayan Sumqayıt Üst Trikotaj Fabrikinə keçirilmiş və orada işi ## ####### 2023-cü iləcən davam etmişdir. Həmin tarixdə STP-yə qayıdıb, yazılı göndəriş olmadığı təqdirdə Sumqayıt Üst Trikotaj Fabrikinə getməyəcəyini bildirmişdir və bu "özbaşınalığının” cəzası olaraq ## ####### 2023-cü ildən ## ####### 2023-cü iləcən STP ərazisinə buraxılmamışdır. ## ####### 2023-cü ildə işə çağırılsa da, yenə də öz rəsmi iş yerinə buraxılmamış, əvəzində iddiaçını STP daxilində SƏTƏM deyilən müəssisəyə göndərilmişdir, həmin müəssisədə ## ######## 2024-cü ilədək çalışmışdır. Iş yerində iddiaçıya qarşı təşkil edilmiş təzyiq və təqibə son qoymaq üçün fevral 2024-cü ildə STP-nin rəhbər şəxsləri barədə Sumqayıt Məhkəməsinə iddia ilə müraciət etmişdir. Iş məhkəmədə ola-ola ## ######## 2024-cü ildə rəsmi iş yerinin ixtisarı ilə bağlı xəbərdarlıq məktubu almış və ## ######## 2024-cü ildən STP ərazisinə buraxılmamışdır. Bundan sonra Hicran Valehovun ##.##.2024-cü il tarixli 043-IRD\x nömrəli əmri ilə iddiaçının müddətsiz əmək müqaviləsinə qeyri-qanuni olaraq xitam verilmişdir. Həmin əmri qeyriqanuni edən hallar bunlardır: Iddiaçı ilə STP arasında məhkəmə çəkişməsi hələ bitməmiş və Hicran Valehov məhkəmədə cavabdeh qismində iştirakçı olmuşdur. Ştat ixtisarı ilə bağlı qərar Həmkarlar Təşkilatı ilə razılaşdırılmamışdır. Həmin ştatda işləmədiyinə baxmayaraq yalnız iddiaçının rəsmi ştatı ixtisara salınmış, iddiaçının ixtisar edildiyi yerə əlavə olaraq 3 nəfər işçi götürülmüşdür. STPdə 15 illik iş stajının olmasına baxmayaraq, iddiaçıya alternativ iş təklif edilməmişdir. Yuxarıda göstərilənləri sübut edəcək səs və votsap yazışmaları vardır.
4. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi nümayəndə3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı onun arvadıdır. 2023-cü ilin iyul ayından etibarən iş yerində ona qarşı təqiblər başlamışdır. 2023-cü ilin oktyabr ayından iddiaçı iş yerinə buraxılmamışdır. ##.##.2024-cü il tarixində iş yerindən iddiaçıya bildirilmişdir ki, onun hazırda çalışdığı çayçı vəzifəsi ixtisara düşdüyündən o işdən azad olunacaqdır. Məhkəməyə tərəfindən elektron daşıyıcı və qəzet təqdim etmişdir. Müsəssisədə iki çayçı ştatı olmasına baxmayaraq, onun biri ixtisar olunmuşdur. Bu isə iki işçi arasında ayrı-seçkilikdir. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “xxxx” MMC-nin nümayəndəsi nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qanunvericiliyin tələblərindən irəli gələrək iddiaçı tərəflərindən rəsmi məlumatlandırılmışdır. 2 ay sonra əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş və ona 2 ay ərzində işçiyə özünə başqa iş tapması üçün şərait yaradılmışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra qanunun tələbinə uyğun olaraq iddiaçıya son haqq-hesab ödənilmişdir. Iddia tələbi tam əsassızdır. Şirkətdə xadimə, çayçı və bu kimi digər ştatlar ləğv edilmiş, bu xidmətləri həyata keçirmək 3-cü şəxslərə həvalə edilmişdir. Iddiaçı 2 ay əvvəldən məlumatlandırılmış, müddət başa çatdıqdan sonra, yəni ##.##.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçıya əmək kitabçasının təhvil alınmasını hansı qaydada götürəcəyi bildirildikdə, o əmək kitabçasının poçt vasitəsilə göndərilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının qeyd etdiyi 2 çayçı ştatından birinin ləğv edilib digərinin saxlanılması absurddur. Hər iki çayçı ştatı şirkət tərəfindən ləğv edilmişdir. Ştat cədvəli məhkəməyə təqdim edilmişdir. Həmin ştat ümumiyyətlə ləğv edildiyi üçün siyahıdan çıxardılmışdır. Bununla yanaşı iddiaçının məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş iddia müddəti ötürülmüşdür, buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Sumqayıt şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Elçin Kazımov).
7. Məhkəmə ilk öncə qeyd etmişdir ki, ##.##.2025-ci il tarixli, MŞS/MT***/****-***** saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər.
8. Daha sonra məhkəmə, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə qeyd etmişdir ki, işdən və iş materiallarından göründüyü kimi, iddiaçı Mediasiya prosesinin tətbiqi barədə məlumatsız olduğundan ilkin məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətinin axımı dayandırılmış hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə əsasən Qanunu bilməmək məsuliyyətdən azad etmir. Göründüyü kimi işçinin əmək müqaviləsinə ##.##.2024-cü il tarixində xitam verildiyindən, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab olunmalıdır.
9. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli ***-IRD/b nömrəli əmri ilə təsdiq edilmiş işçilərinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə ##.##.2024-cü il tarixli, № ***-IRD/b saylı əmrə əsasən cəmiyyətdə iaşə xidmətlərinin keyfiyyətinin artırılması, optimallaşdırılması və peşəkar səviyyədə təmin edilməsi məqsədilə sözügedən xidmətlərin bu sahə üzrə ixtisaslaşmış 3-cü şəxslər tərəfindən təşkil ediləcəyini nəzərə alaraq, # ###### 2024-cü il tarixli ***-IRD/b nömrəli əmr ilə təsdiq edilmiş cəmiyyətin işçilərinin ştat cədvəlində Inzibati Işlər və Infrastruktur Departamentinin Təsərrüfat və Iaşə bölməsinin “çayçı, aşpaz, qəssab, aşpaz köməkçisi, qabyuyan” ştatları (vəzifələri) ixtisar edilmişdir. Inzibati Işlər və Infrastruktur departamentinin Təsərrüfat və iaşə bölməsinin Təsərrüfat sahəsinin Təmizlik və xidmət qrupunun çayçısı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmiş, 2023/2024-cü illərin əmək məzuniyyətinin istifadə etmədiyi 19 təqvim günü əvəzinə kompensasiya ödənilmiş, orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir.
10. Göründüyü kimi, iddiaçının çalışdığı çayçı vəzifəsi ştat cədvəlinə əsasən ixtisar edilmişdir. Bu ixtisar qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir.
11. Bununla da, məhkəmə hesab etmişdir ki, iddiaçının ##.##.2024-cü il tarixli 043-IRD\x nömrəli əmrin ləğv edilərək, işsiz qaldığı müddət üçün əmək haqqı ödənilməklə iş yerinə bərpa edilməsi barədə iddia tələbi təmin oluna bilməz.
12. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə, 3-cü maddənin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Iddiaçı apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim etdiyi audio və video materiallara baxmamış, birtərəfli və qərəzli mövqe sərgiləmişdir. Hakim təqdim etdiyi sübutlara qərəzli şəkildə qiymət verməmiş, verdiyi sorğunu isə qəsdən cavablandırmamışdır. Bununla da hakim "Vətəndaşların müraciəti haqqında" Qanunun müvafiq tələblərini pozmuşdur. Ilkin instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin izah hissəsində deyilir: "Işdən və iş materiallarından göründüyü kimi, iddiaçı Mediasiya prosesinin tətbiqi barədə məlumatsız olduğundan ilkin məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətinin axımı dayandırılmış hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə əsasən Qanunu bilməmək məsuliyyətdən azad etmir." Göründüyü kimi, hakim iş materialları ilə tam tanış olmamış, iki dəfə mediasiyadan keçib, məhkəməyə müraciət etdiyini bilməyərək, birtərəfli və qərəzli mövqeyini burada da göstərmişdir. "Mediasiya haqqında Qanunun" 35-ci maddəsinin 1-ci bəndində deyilir: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Dəfələrlə məhkəmə iclaslarında bu Qanuna istinad etsə də, qanunu bilməməkdə günahlandıran hakim nədənsə həmin Qanuna istinadını da qətnamədə göstərməyib, üstəlik əgər iddia müddətini buraxmışdısa 6 (altı) məhkəmə iclasının keçirilməsinə nə ehtiyac var idi. Bütün sübutlar təqdim edilib, sadəcə onları araşdıran olmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Səyyad Qafari-sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Almaz Süleymanova).
16. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, hazırki işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə bağlı müqaviləyə xitam verilməsi müəyyən edilməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən göründüyü kimi, “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli ***-IRD/b nömrəli əmri ilə təsdiq edilmiş işçilərinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə ##.##.2024-cü il tarixli, № ***-IRD/b saylı əmrə əsasən cəmiyyətdə iaşə xidmətlərinin keyfiyyətinin artırılması, optimallaşdırılması və peşəkar səviyyədə təmin edilməsi məqsədilə sözügedən xidmətlərin bu sahə üzrə ixtisaslaşmış 3-cü şəxslər tərəfindən təşkil ediləcəyini nəzərə alaraq, # ###### 2024-cü il tarixli ***-IRD/b nömrəli əmr ilə təsdiq edilmiş cəmiyyətin işçilərinin ştat cədvəlində Inzibati Işlər və Infrastruktur Departamentinin Təsərrüfat və Iaşə bölməsinin “çayçı, aşpaz, qəssab, aşpaz köməkçisi, qabyuyan” ştatları (vəzifələri) ixtisar edilmişdir. Inzibati Işlər və Infrastruktur departamentinin Təsərrüfat və iaşə bölməsinin Təsərrüfat sahəsinin Təmizlik və xidmət qrupunun çayçısı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmiş, 2023/2024-cü illərin əmək məzuniyyətinin istifadə etmədiyi 19 təqvim günü əvəzinə kompensasiya ödənilmiş, orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir.
18. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı ilk dəfə mediasiya təşkilatına ##.##.2024-cü il tarixdə yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməzdən əvvəl müraciət etmiş və ilkin mediasiya sessiyası barədə ##.##.2024-cü il tarixli bildiriş cavabdehə göndərilsə də, həmin bildiriş cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə qəbul edilmişdir. Halbuki, mübahisə üzrə ilkin mediasiya sessiyası ##.##.2024-cü il tarixdə keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həmin arayış iddia ərizəsi üzrə mediasiya prosesində iştirakı təsdiq edən sənəd kimi qəbul edilmədiyindən, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
19. Iddiaçı isə mövcud tələblə bağlı məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etməsinin səbəbi kimi Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində ##.##.2025-ci il tarixdə baxılması və sözügedən qərardadın onun elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilməsini göstərmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müəyyənləşdirilmiş qaydada iddia şübhəsizdir ki, iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilsin. Göstərilən əsas üzrə iddia müddətinin axımının kəsilməsi üçün iddia qanunla müəyyənləşdirilmiş qaydada irəli sürülməlidir. Iddianın müəyyənləşdirilmiş qaydada irəli sürülməsi qaydaları MPM-in XII fəslində cəmləşdirilmiş maddələrində müəyyən edilmişdir. Iddia irəli sürülməsi dedikdə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi başa düşülür. “Qanunla müəyyən edilmiş qaydada iddia qaldırması” o deməkdir ki, iddiaçı iddia qaldırması ilə bağlı qanunvericilikdə qoyulmuş qaydalara–aidiyyət və məhkəmə aidiyyəti qaydalarına, iddianın verilməsi şərtlərinə (o sıradan iddia ərizəsinin forması və məzmununa, dövlət rüsumunun ödənilməsi, mediasiya), prosessual qanunvericilikdə nəzərdə tutulan başqa tələblərə əməl etməlidir. Şübhəsizdir ki, belə iddia iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilsin. Qeyd olunan normalara əməl etmədən irəli sürülmüş iddia müəyyənləşdirilmiş qaydada irəli sürülmədiyindən, iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia müddətinin axımı davam edir.
21. Nəzərə alınmalıdır ki, bir qayda olaraq iddia mahiyyəti üzrə baxılmamış saxlanmışsa, iddia müddəti heç bir dəyişkənliyə uğramadan ümumi qaydada davam edir, yəni iddia irəli sürülənədək başlanmış iddia müddəti qüvvədə qalmaqla ümumi iddia müddətinə daxil edilir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının ilk dəfə məhkəmədə qaldırdığı iddiasını mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyini müəyyən edərək ##.##.2025-ci il tarixli qərardadla baxılmamış saxlamış və apellyasiya instansiya məhkəməsi də öz növbəsində bu mövqe ilə razılaşaraq ##.##.2025-ci il tarixli qərardadla dəyişdirilmədən saxlamışdır. Bu mənada məhkəmə kollegiyası iddiaçının yuxarıda qeyd edilən dəlilini iddia müddətinin axımının kəsilməsi üçün əsaslı hesab etməmişdir.
23. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası həmçinini iddiaçının işdən çıxarılması zamanı həmkarlar təşkilatının razılığının alınmaması barədə dəlilinə gəldikdə isə qeyd etmişdir ki, ixtisarla bağlı iddaçının əmək müqaviləsinə xitam verilərkən müəssisədə Həmkarlar Ittifaqı Komitəsi artıq mövcud olmamışdır. Belə ki, “xxxx” MMC-nin Həmkarlar Ittifaqı Komitəsinin vergi uçotu ##.##.2024-cü il tarixdə ləğv edilmişdir.
25. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
26. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 83, 381.1, 296-cı maddənin 1-ci və 2-ci hissələrinə, Mülki Məcəllənin 375.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində və məhkəmədə verdiyi izahatlarda ilk əvvəl qanunsuz olaraq işdən kənarlaşdırıldığını, ştat vahidinin ləğv edilməməsindən əvvəlki dövrdə öz iş yerinə buraxılmadığını, rəsmi iş yeri ilə fakti iş yeri arasında fərqin olmasına baxmayaraq, qanunsuz olaraq kənarlaşdırıldığı, iş yerinə geri qayıtmaq istəyi sonradan cavabdeh işəgötürənin həmin ştatın ləğv edilməsinə dair qanunsuz əmr verməsinə zəmin yaratmışdır. Yəni, məhkəmənin dediyi kimi “ştat vahidinin ləğvinin işin mübahisəsiz halını təşkil etməsi” heç də əsaslı və zərurətdən irəli gələn hallarla bağlı deyil, təyin edilmiş yeni rəhbərliyin təyinatından sonra öz vəzifə əmək–iş funksiyalarını icra edə bilməməyi səbəbindən (yuxarıda qeyd etdiyim kimi işdən kənarlaşdırılaraq müəssisəyə buraxılmamışam) işəgötürənə etdiyi çoxsaylı müraciətlərdən, şikayətlərdən sonra ştat vahidi ləğv olunaraq barəsində yuxarıda qeyd edilən əsassız və qanunsuz əmr verilmişdir. Bu heç də apellyasiya instansiyasının “ştatın ləğvi işin mübahissiz halını təşkil edir” əsasını təşkil etmir. Əslində yuxarıda qeyd edilənlər məhkəmə tərəfindən xronoloji ardıcıllıqla yoxlanılmalı və onun işdən kənarlaşdırıldığı dövrlə ştat vahidinin ləğv edilməsi dövrü arasında olan aralıq müddət ərzində işəgötürən tərəfindən həyata keçirilmiş qanunsuzluqlara hüquqi qiymət verilməli idi ki, təəssüf ki, məhkəmələr bunu etməmiş və ya etmək istəməmişlər.
29. Beləliklə, bütün bunlar da onu deməyə əsas verir ki, hazırda iddia ərizəsində qeyd edilənlər məhkəmələr tərəfindən araşdırılmamış, və bu xüsusatıların yenidən araşdrılması zərurəti yaranmışdır.
30. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi halların heç birinə apellyasiya instansiyası məhkəməsində münasibət bildirilməmiş, Mediasiya prosesində iki dəfə iştirak etməsinə baxmayaraq, onun mediasiya prosesindən keçmədiyinə dair yalnış nəticəyə gəlmişdir. Mediasiya qanunun institusional elementlərindən biri olan ”tərəflər prosesin istənilən mərhələsində belə mediasiyaya müraciət edə bilər” hüquqi doktrinanı şübhə altına alaraq, iddianın əsassızlığına dair səhv nəticəyə gəlmişdir. Bütün bunlar isə o deməkdir ki, apellyasiya baxışının hədlərini yalnız iddiaya münasibətdə təmin olunmasının mümkünlüyü məsələsi təşkil etməli idi. Lakin apellyasiya instansiya məhkəməsi həmin hədlərdən kənara çıxaraq bu hissədə heç bir mübahisə olmamasına baxmayaraq, ədalətli məhkəmə araşdırılması görünüşü yaratmaqla real hadisələri belə (hərəkətləri) olmamış kimi qələmə verərərək guya onun mediasiya prosesində iştirak etmədiyi barədə yanlış təsəvvür yaratmışdır. Mediasiya haqqında qanunun 35-ci maddəsinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur.
31. Kassator şikayətini Mülki Məcəllnin 300-cü, Mülki Prosessual Məcəllənin 372.6maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 308.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir.
34. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
36. Maddə 296. (hissə 1 və 2) Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
43.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 44.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
47. Işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
48. Kassasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya şikayəti formal mülahizələrdən ibarətdir. Kassatorun qeyd etdikləri qətnamənin ləğvi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi yetərincə araşdırma aparmış və məhkəmə kollegiyası da hesab edir ki, iddiaçının müqaviləyə xitam verilməsi barədə mübahisələndirdiyi əmr qanuni olmuşdur.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.