Məhkəmə qərarları › İş №2(1-8)-615/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-615/2026

21.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-615/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Iddiaçı cavabdeh xxxuna (xxx) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, qonşuluq hüququnun pozulması, vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı cavabdeh xxxuna (xxx) qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən xxxunun (xxx) kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Masallı Rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, *** nömrəli qərarı ilə ünvan 1ində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.86 hektar torpaq sahəsi X9, X4, X5, Iddiaçı, X1 və X2 verilmişdir.

2. Masallı Rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, *** nömrəli qərarı ilə ünvan 1ində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.47 hektar torpaq sahəsi X6, xxxuna, X13, X10 və X11 verilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı Iddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xxx oğlunun (bundan sonra “cavabdeh”) ona və ailə üzvlərinə məxsus ünvan 2ndə yerləşən Masallı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, *** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı üçün verilmiş 1.86 ha torpaq sahəsindən qanunsuz istifadəsinə qadağa qoyulması, cavabdehin həmin zəbt enilmiş torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadəyə görə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, qonşuluqda yerləşən torpaq sahəsinin istifadəçisi X7 iddiaçının və ailəsinin istifadələrində olan torpaq sahəsini qeyri-qanuni olaraq zəbt etmiş, həmin torpaq sahəsindən istifadə etmişdir. Torpaq sahəsinin boşaldılması barədə xəbərdar edilməsinə baxmayaraq xxx torpaq sahəsini boşaltmamışdır. Iddiaçı sonda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2016-cı il tarixi qətnaməsi ilə iddia tələbləri təmin edilərək cavabdeh X7 iddiaçı və ailəsinə məxsus ünvan 2ndə yerləşən 0.46 ha torpaq çıxarılması qət edilmişdir. X7 məhkəmə qətnaməsi çıxdıqdan bir müddət sonra, yəni 2016-cı ildə ölmüşdür. Məhkəmə qətnaməsi ilə iddiaçıya və ailə üzvlərinə aid olan torpaq sahəsi onlara verildikdən sonra, iddiaçı torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək üçün DƏDRX * saylı Cəlilabad Ərazi Idarəsindən mütəxəssislər çağırmışdır ki, sərhədlərini dəqiqliklə ona göstərsinlər və iddiaçı oraya nişan vursun. Belə də olmuş, idarənin mütəxəssisləri gəlib torpaq sahəsinin sərhədlərini göstərmiş, iddiaçı da oraya nişan vurmuşdur. Lakin iddiaçı və ailəsi həmin torpaq sahəsindən istifadə edə bilmədilər. X8 öldükdən sonra onun övladları həmin torpaq sahəsini zəbt etməyə başladılar. Cavabdeh də mərhum xxxun oğludur. Iddiaçı dəfələrlə cavabdehə mərhum atasının səhvini təkrarlayıb onlara aid olan məhkəmə qətnaməsi ilə də təsdiq olunan torpaq sahəsindən çıxmasını bildirsə də, cavabdeh buna məhəl qoymamışdır. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur.

5. Birincin instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, aralarında razılaşmaq istəmişlər. Cavabdehə təklif edilən torpaq sahəsinin sənədləri olduğu halda razılaşmağını bildirmişdir. Lakin ona təklif edilən torpaq sahəsi ilə bağlı cavabdeh sənəd təqdim etməmişdir.

6. Birincin instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, torpaq sahəsi ona verilmişdir və çox uzun müddətdir ki, oradan istifadə edir. Iddiaçının sənədi saxtadır. Bununla bağlı icra hakimiyyəti başçısına şikayət etmiş və o, məsələni nəzarətə götürmüşdür. Öz aralarında razılaşmaq istəsələr də, iddiaçı razılaşmamışdır. Mübahisəli torpaq sahəsinin əvəzində iddiaçıya başqa torpaq sahəsi vermək niyyətində olmuşdur.

7. Birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyində göstərilib ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, ünvan 1i "Mişkəmi” birgə kəndli fermer təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində Torpağa mülkiyyət hüququna dair JN-**** nömrəli Dövlət Aktı ilə iddiaçı Iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş (üç hissəli 99/1.16 ha, 99A/0.46 ha və 99L/0.24 ha) cəmi 1.86 ha torpaq sahəsi olsa da, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (805013059422) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır). ünvan 1i ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (805013059422) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddia tələbinə görə cavabdeh xxx oğlunun faktiki istifadəsində olan metal torla çəpərlənmiş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir, (yerləşmə vəziyyəti, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir).

9. Masallı Rayon Məhkəməsinin ## ######## 2025-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh (xxx) Məmmədov X19 rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, *** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı üçün verilmiş ünvan 1ində yerləşən iddiaçı Iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.34 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zeynal Zeynalov)

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olub olmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır.

11. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş ## #### 2025-ci il tarixli, **/**** saylı ekspert, həmçinin həmin ekspert rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyi ilə iddianın qismən əsaslı olması qənaətinə gələrək göstərmişdir ki, həmin rəylərə əsasən iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.86 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən 1.34 ha hissəsi istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6, 152.1, 157.2, 157.4, 170.2-ci, Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Masallı rayon AIK-nın 1997-ci 11 noyabr tarixli *** nömrəli qərarı ilə Dövlət Aktı (JN:0078-KOD 80523059) əsasında cavabdehə və ailə üzvlərinə cizgidə göstərilmiş sərhəd daxilində 1,47 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Cavabdehin qonşuları da xxx adlı qardaşları olmuşdur. X3 da göründüyü kimi Aktda cavabdehin mərhum atası X7 adı olmamaışdır. Iddiaçının mübahisələndirdiyi torpaq sahəsini 2020-ci ilədək cavabdeh istifadə etmişdir. Iddiaçı 2020-ci ilin əvvəllərində cavabdehə demişdir ki, “sənin istifadə etdiyin torpaq sahəsinin içində mənim 46 sot torpaq sahəm var”. Bundan sonra cavabdeh Cəlilabad torpaq şöbəsinə getmiş, orada ona demişlər ki, “iddiaçının torpaq sahəsi sənin torpaq sahənlə üst-üstə düşür”. Həmçinin ölçü işləri aparıldıqda müəyyən olunub ki, cavabdehin torpaq sahəsi də sənəddə olduğu qədər deyil, əskikdir. Buna baxmayaraq cavabdehin qardaşı Məmmədov Həsənağa ona demişdir ki, iddiaçının evinə yaxın torpaq sahəsinin qonşuluğunda onun 57 sot torpaq sahəsi var. Iddiaçı ilə razılaşırlar ki, həmin torpaq sahəsindən iddiaçı istifadə etsin. Iddiaçı da razılaşmışdır. 4-5 ildir ki, həmin torpaq sahəsindən də iddiaçı istifadə edir. Digər tərəfdən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1,47 ha torpaq sahəsinə dair Dövlət Aktı da hissəvi də olsa ləğv edilmədiyi halda, məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cahid Imanov (sədrlik edən və məruzəçi), Qasım Əliyev və Tale Kərimov)

16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsindən, həmin torpaq sahəsi ona verildiyi vaxtdan 2020-ci il tarixinədək istifadə etməsi, qardaşına məxsus olan 57 sot torpaq sahəsini qarşılıqlı razılaşma ilə iddiaçının istifadəsinə verməsi və iddiaçının həmin torpaq sahəsindən artıq 4-5 il istifadə etməsi barədə şikayətin dəlilləri ilə bağlı göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi ilə bağlı ekspertiza keçirilmiş, ekspert rəyi ilə ünvan 1i "Mişkəmi” birgə kəndli fermer təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində Torpağa mülkiyyət hüququna dair JN-**** nömrəli Dövlət Aktı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş (üç hissəli 99/1.16 ha, 99A/0.46 ha və 99L/0.24 ha) cəmi 1.86 ha torpaq sahəsi olsa da, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (805013059422) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir.

17. Həmçinin ünvan 1i ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (805013059422) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olan metal torla çəpərlənmiş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

18. Bundan əlavə, birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.86 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 1.34 ha hissəsini cavabdehin istifadə etməsi müəyyən edilmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq cavabdehin qanunsuz sahibliyi və istifadəsindədir.

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin cavabdehin mübahisəli torpaq sahəsindən həmin torpaq sahəsinin ona verildiyi vaxtdan 2020-ci il tarixinədək istifadə etməsi, qardaşına məxsus olan 57 sot torpaq sahəsini qarşılıqlı razılaşma ilə iddiaçının istifadəsinə verməsi və iddiaçının həmin torpaq sahəsindən artıq 4-5 il istifadə etməsi ilə bağlı dəlillərinə münasibətdə onu da qeyd etmişdir ki, iddiaçı həmin torpaq sahəsinin onlara deyil, cavabdehin qardaşına ayrılmış torpaq sahəsi olduğunu bildirmişdir. Həmin torpaq sahəsini hazırda mübahisə predmeti olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Cavabdehin qeyd etdiyi qardaşına aid torpaq sahəsi onlara məxsus digər torpaq sahəsi ilə razılaşdırılmaqla istifadə edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 157.4, 170.2-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zamanı hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmasını nəzərə almamışdır. Icraat zamanı əldə olunmuş rəylərdə iddiaçının, cavabdehin yoldaşı adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan sxemlərə istinad edilsə də, məhkəmələr nəzərə almamışlar ki, mübahisəli torpaq sahəsindən həmin torpaq sahəsi ona verildiyi vaxtdan iddiaçı ilə aralarında olan razılaşmaya əsasən ona və qardaşına məxsus olan 57 sot torpaq sahəsini iddiaçının 46 sot torpaq sahəsi ilə, yəni 11 sot artıq olmaqla dəyişdirilmiş və qarşılıqlı razılaşma ilə həmin torpaq sahəsindən artıq uzun müddət istifadə edirlər. Bununla bağlı məhkəməyə məlumat verilmiş və hazırda da kassasiya kollegiyasına məlumat xarakterli olaraq Masallı rayonun Hiskədərə bələdiyyəsinin sədri, kənd IƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş, iddiaçının özünün və cavabdeh tərəfindən imzalanmış ##.##.2026-cı il tarixli akt da vardır. Iddiaçı özünə məxsus 46 sotu 11 sot artıqlaması ilə cavabdeh və onun qardaşı ilə 57 sot ilə dəyişdirdikdən sonra hüquqdan sui-istifadə edərək dəyişdirdiyi torpağı yenidən öz istifadəsinə qaytarmaq və özünə məxsus torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsini məhz mübahisəli torpaq sahəsinin hesabına artırmaq niyyətindədir. Buna görə də cavabdeh məhkəmələrdə iddiaçının sənədinin saxta olmasını dəfələrlə bildirmiş, lakin bu dəlil ətrafında araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84(1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111(1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

29. Iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

30. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.

32. Işin müəyyən edilən hallarına görə də iddiaçıya və ailəsinə məxsus 1,86 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1,34 ha hissəsindən cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir və həmin hissədən çıxmır.

33. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.

34. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.

35. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi və apelyasiya şikayətinin dəlilləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspert rəyini MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

36. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, cavabdeh kassasiya şikayətində iddiaçı ilə torpaq sahəsini dəyişdiriməsini bildirmişdir.

37. Məhkəmə kollegiyası bu dəlillə bağlı izah edir ki, cavabdehin istinad etdiyi bu dəlil işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübuta yetirilməyib, cavabdeh iddiaçı ilə torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı məhkəmələrə heç bir sübut təqdim etməyib.

38. Mülki Məcəllənin 662.1 və 662.2-ci maddələrinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

39. Mülki Məcəllənin 144.1-ci maddəsinə görə isə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

40. Qeyd edilən normaların tələbinə görə torpaq sahəsi daşınmaz əmlakın olduğu üçün onun barəsində sərəncam verilməsi, o cümlədən dəyişdirilməsi barədə razılaşma yalnız yazılı olmalı və notariatda təsdiqlənməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx (xxx) xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar