Məhkəmə qərarları › İş №2(1-8)-62/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-62/2026

10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-62/2026 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2025-ci il tarixli 2(105)-900/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 məxsus “xxx” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər avtonəqliyyat vasitəsini tam sığorta növü üzrə sığortalanmışdır. 2. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz” markalı avtonəqliyyat vasitəsi X2 məxsus “xxx” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu nəqliyyat vasitəsinin sahibinə zərər dəymiş və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmişdir. 3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən, “xxx” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 18000 manat zərər dəymişdir.

4. Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və İAS223586 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4165,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı” və ya “Sığorta şirkəti”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) sığorta ödə nişinin əvəzi olaraq 13584,30 manat zərər məbləğinin və dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia bununla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, B.Bünyadov küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, cavabdehin idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “xxx” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “xxx” markalı, 99-XJ033 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər CSB ********* saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsinin tam sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən “xxx” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 18000 manat zərər dəymişdir. İddiaçı ilə zərərçəkmiş sığortalı X3 arasındakı sığorta müqaviləsinə əsasən, 250 manat şərtsiz azadolma məbləği (franşiza) müəyyənləşdirilmişdir. Nəqliyyat vasitəsinin qəzadan sonra dəyəri azaldığından, növbəti dəfə yenidən avtomobilin 50000 manat məbləğində sığortalanması üçün X2 veriləcək 817 manat sığorta ödənişindən çıxılmışdır. xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən, müvafiq xərclər çıxıldıqdan sonra, 16933 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)911/2022 nömrəli qərarına və YNH-nin təfərrüatları barədə arayışa əsasən cavabdeh Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinmişdir. Cavabdehin idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və ödəniş sənədindən göründüyü kimi 4165,70 manat "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçının qalan 13584.30 manat ödənilmiş sığorta məbləğini isə cavabdehdən tələb etmək hüququ vardır. “xxx” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin təqsiri ucbatından maddi ziyan dəymişdir və zərərin əvəzi olaraq iddiaçı tərəfindən sığorta ödənişi həyata keçirildiyindən iddiaçının subroqasiya tələbi yaranmışdır.

7. Cavabdeh birinci in stansiya məhkəməsində göstərib ki, həqiqətən “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxx” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibinə zərər vurulmuşdur. Lakin dəymiş zərərin məbləği ilə razı deyil.

8. Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-51/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 13584,30 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 130,75 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim İlqar Cabbarov)

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh baş vermiş yolnəqliyyat hadisəsinin iştirakçısı olmaqla, həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Re spublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmişdir və zərərin əvəzi olaraq iddiaçı tərəfindən sığorta ödənişi həyata keçirildiyindən iddiaçının subroqasiya tələbi yaranmışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 883.1, 886.1, 888.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, sığorta şirkəti müqavilə bağlayarkən hər hansı yol nəqliyyat hadisəsi ola bi ləcəyini nəzərə alaraq müqavilə bağlayır və bu hadisə baş verən dövrdən sığorta ödənişləri yığmışdır. Belə olan halda məhz avtomobilin mülkiyyətçisi tərəfindən aparılmış ödənişlər də sığorta şirkətinə xeyir olaraq ödənilmişdir. Bu halda nəzərə almaq lazımdır ki, sığorta institutunun mahiyyəti risk olsa da, hazırkı halda sığorta şirkəti heç bir risk altına girmədən qazanc əldə etmiş olur. Bu isə tamamilə qanunsuzdur. Bundan əlavə, birinci instansiya məhkəməsi avtomobilə vurulan ziyan məbləği ilə bağlı cavabdehin etiraz etməsinə baxmayaraq, heç bir əlavə sübut yığmadan və zərər məbləğinin həqiqiliyini müəyyən etmədən qətnamə qəbul etmişdir ki, bu da cavabdehin hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara qiymət verməklə qətnamə qəbul etmiş, işin digər hallarını, vurulmuş zərərin miqdarını heç bir ekspertiza keçirmədən və ümumiyyətlə, araşdırmadan təmin etmiş və düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin vurulmuş ziyan məbləğinin həqiqəti əks etdirməməsi barədə kifayət qədər izahat verməyinə baxmayaraq, birinci instansiya məhkəməsi avtomobilə vurulmuş ziyan məbləğinin həqiqəti əks etdirib-etdirmədiyini müəyyən etmək üçün ekspertiza təyin etmədən qətnamə qəbul etmişdir. Həmin avtomobilə iddia tələbində qeyd edilən məbləğdə ziyanın vurulması tamamilə absurddur və cavabdehin etirazlarına uyğun olaraq məhkəmənin təşəbbüsü ilə ekspertiza keçirilməklə zərər məbləği müəyyən edilməli idi.

13. Apellyasiya instansiyası məhkəməsi dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin etmiş, ekspertizanının aparılmasını Müstəqil Ekspertiza Bürosuna tapşırmışdır.

14. Müstəqil Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-234-0725 nömrəli mütəxəssis rəyinə əsasən “xxx” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin (ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) dəyəri 2025-ci ilin avqust ayı üçün 14804 manat, 2022-ci ilin iyul ayı üçün (qəza baş verdiyi zaman) 10363 manat təşkil edir.

15. İddiaçının nümayəndəsi apelyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-234-0725 nömrəli rəyi ilə müəyyən edilmiş məbləğə etiraz etdiklərini, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən avtomobilə 18000 manat məbləğində zərərin dəydiyini bildirmişdir.

16. Sumqayıt Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(105)-900/2025 nömrəli, 01 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən 13584,30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilərək, cavabdehdən 5130,3 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Afiq Hüseynzadə)

17. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh baş vermiş yolnəqliyyat hadisəsinin iştirakçısı olmaqla, həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və zərərin əvəzi olaraq iddiaçı tərəfindən sığorta ödənişi həyata keçirild iyindən iddiaçının subroqasiya tələbi yaranmışdır. Beləliklə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının pul tələbinin təmin olunması barədə düzgün nəticəyə gəlsə də məbləğ barədə düzgün nəticəyə gəlməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi apelyasiya baxışında əldə edilmiş ekspert rəyinə əsasən zərərin məbləğin 10363 manat olmasını müəyyən edərək qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə cavabdehin idarə etdiyi “Mercedes Benz” markalı, **-TX*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığort ası üzrə sığortalanmış və İAS223586 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən iddiaçıya 4165,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. CSB113941 saylı sığorta aktından və ödəniş tapşırığından görünür ki, iddiaçı ilə zərərçəkmiş sığortalı X3 arasındakı sığorta müqaviləsinə əsasən, 250 manat şərtsiz azadolma məbləği (franşiza) müəyyənləşdirilmiş, nəqliyyat vasitəsinin qəzadan sonra dəyəri azaldığından, növbəti dəfə yenidən avtomobilin 50000 manat məbləğində sığortalanması üçün X2 veriləcək 817 manat sığorta ödənişindən çıxılmış və xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən, müvafiq xərclər çıxıldıqdan sonra, 16933 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir k i, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin ödəməli olduğu pulun məbləği hissəsində dəyişdirilərək 5130,3 manat (10363-4165,7-250-817=5130,3) məbləğində müəyyən edilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 883.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının mütəxəssis rəyinə etirazına lazımi qaydada münasibət bildirməmişdir. Belə ki, apellyasiya icraatında əldə olunan xx.xx.2025-ci il tarixli rəydə müəyyən edilmiş məbləğlə xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktında müəyyən edilən məbləğ arasındakı ziddiyyətin aydınlaşdırılmaması qanunla müəyyən olunmuş sübutların qiymətləndirilməsinə zidd olmaqla prosessual normaların pozulmasına gətirib çıxarmışdır. Yol nəqliyyat hadisəsindən sonra (2025-ci il tarixdə) hazırlanmış rəyin geriyə hesablanmış nəticələrinin iş üzrə mövcud hadisəyə yaxın tarixli qiymətləndirmə aktı ilə ziddiyyət təşkil etməsini və mütəxəssis rəyinin hansı metodologiya ilə (qəza anına uyğun bazar qiymətləri, ehtiyat hissələrinin identifikasiyası, təmir-dəyişmə zərurətinin əsaslandırılması və s.) hazırlanmasını məhkəmə nəzərə almamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları qiymətləndirərkən iddiaçının üzərinə düşən öhdəlikləri lazımi qaydada və tam həcmdə icra etdiyini nəzərə almamışdır. Belə ki, sığorta hadisəsi baş verdikdən sonra iddiaçı sığortaçı kimi qanunvericiliyin və sığorta müqaviləsinin tələblərinə uyğun olaraq zərərin qiymətləndirilməsini aparmış, müvafiq sənədlər əsasında əhəmiyyətli məbləğdə sığorta ödənişi etmişdir. Sığorta şirkətinin hər hansı iqtisadi və ya hüquqi əsas olmadan böyük məbləğdə vəsait köçürməsi nə praktik, nə də hüquqi baxımdan məntiqli hesab edilə bilməz. Əksinə, bu hal iddiaçı tərəfindən zərərin real və faktiki olaraq mövcud hesab edildiyini və ödənişin məhz həmin zərərə uyğun aparıldığını təsdiq edir. Eyni zamanda, sığorta hadisəsinin baş verdiyi dövrdə nəqliyyat vasitəsinin ehtiyat hissələri yeni hesab edilirdi, onların qiymətləri bazarda yüksək idi. Bu isə həmin dövrdə təmir xərclərinin və ehtiyat hissələrinin dəyərinin indiki dövrlə müqayisədə daha baha olmasını obyektiv şəkildə şərtləndirirdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şə xsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təh lükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəs inə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətn amə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin məzmunu və dəlillərindən görünür ki, qətnamə iddianının təmin edilməyən hissəsində mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirilən hissədə qətnamə qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

30. İddia subroqasiya qaydasında pul tələbidir.

31. İşdən görünür ki, cavabdeh iddianı qismən etiraf edir. Belə ki, o törətdiyi avtoqəza nəticəsində avtomobilə zərər vurduğunu qəbul edir, lakin tələb olunan məbləğlə razılaşmadığını bildirir. Belə olan halda, hazırkı mübahisə tələb olunan məbləğlə bağlıdır.

32. Hazırda məhkəmə kollegiyası mübahisələndirilən hissədə iddia tələbi ilə bağlı apellyasiya məhkəməsinin q iymətləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.

33. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, müvafiq ekspertiza təyin etməklə apellyasiya şikayətində göstərilən dəlilləri yoxlamış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları, o cümlədən ekspert rəyini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

34. Kassasiya şikayətinin dəlilinə gəldikdə, iddiaçı ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı nəticəsində əldə olunmuş mütəxəssis rəyində göstərilən məbləğ düzgün deyil, belə ki, həmin rəydə göstərilən məbləğ iddiaçının təqdim etdiyi aktda göstərilən məbləğdən əhəmiyyətli dərəcədə fərqlənir və xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi əldə olunan zaman artıq hadisənin baş verməsindən xeyli zaman keçdiyindən rəyin mötəbərliyi şübhə doğurur.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, əvvəla, məhkəmə icraatı zamanı əldə olunan rəyin mötəbərliyi iddiaçı tərəfin təqdim etdiyi rəyə nəzərən subyektiv baxımdan daha etibarlı hesab olunur.

36. Bundan əlavə, məhkəmə tərəfindən əldə olunmuş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində “xxx” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin (ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) dəyəri həm 2025-ci ilin avqust ayı üçün, həm də hadisə baş verən zaman, yəni 2022-ci ilin iyul ayı üçün müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə müəyyən etdiyi məbləği qəzanın baş verdiyi zamana münasibətdə hesablayaraq, düzgün hüquqi nəticəyə gəlmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Xalq” Sığorta” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-900/2025 nömrəli, 01 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar