Məhkəmə qərarları › İş №2(1-8)-625/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-625/2026

30.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-625/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, (reyestr nömrəsi: ************) A ****** saylı planda yeri göstərilən Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 0,0927 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ##.##.2014-cü il tarixdə 0316193 nömrə ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, (reyestr nömrəsi: ************) A ****** saylı planda yeri göstərilən Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən 0,15 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ##.##.2022-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Qəbələ rayonunun Vəndam kəndində yerləşən A ****** saylı planda yeri göstərilən 0,0927 ha yaşayış məntəqəli torpaq sahəsi (reyestr nömrəsi: ************) və A ****** saylı planda yeri göstərilən 0,15 ha (reyestr nömrəsi: ************) yaşayış məntəqəli torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması və üzərində çəkilmiş metal torların sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Fəxriyar Rəhimova və digərinə qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması tələbi”nə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu Vəndam kəndində yerləşən mərhum anası X1 miras qalmış xüsusi mülkiyyətində olan 0,09 ha və 0,15 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı Rəhimov Fəxriyar Ağalar oğlunun qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehin qanunsuz olaraq bağladığı metal torların cavabdehin hesabına sökülərək açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qəbələ Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cu il tarixli qətnaməsinə əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək İddiaçı RX ******* nömrəli ##.##.2014-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,0927 hektar torpaq sahəsinin 0,0139 hektar hissəsi və ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin 0,0170 hektar hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsinin # #### 2023-cu il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən koordinatlarda cavabdeh Rəhimov Fəxriyar Ağalar oğlunun qeyriqanuni sahibliyindən geri alınaraq iddiaçı İddiaçı qaytarılması, torpaq sahələrinin həmin hissəsindən iddiaçı İddiaçı istifadəsinə cavabdeh Rəhimov Fəxriyar Ağalar oğlu tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cu il tarixli qətnaməsi icra olunması üçün Qəbələ Rayon Icra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh Rəhimov Fəxriyar Ağalar oğlu ##.##.2024-cu il tarixdə vəfat etmişdir. Qəbələ rayon Icra və Probasiya şöbəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi icra olunmuş və ## ### 2024-cü il tarixdə “icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir.

8. ## ###### 2024-cü il tarixdə cavabdeh Rəhimov Fəxriyar Ağalar oğlunun hüquqi varisi kimi tanınmış cavabdeh2 Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət və kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin ## ######## 2024-cu il tarixli qərardadı ilə cavabdehin hüquqi varisi cavabdeh2 vəsatəti təmin edilməmiş və verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən isə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Lakin buna baxmayaraq bu dəfə əvvəlki iş üzrə cavabdeh olan mərhum Rəhimov Fəxriyar Ağalar oğlunun arvadı cavabdeh1 Qüdrət qızı və oğlu cavabdeh2 iddiaçının mülkiyyətində olan torpaq sahələrindən istifadəyə maneələr törətməyə davam etmişlər. Bununla bağlı iddiaçı Qəbələ rayon Icra və Probasiya şöbəsinə müraciət etdikdə isə, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)***/**** nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə cavabdeh1 Qüdrət qızının və cavabdeh2 cavabdeh olmadıqlarını, bu səbəbdən icra sənədini onlara münasibətdə icra edə bilmədiklərini qeyd etmişlər və ona sözügedən cavabdehlərə qarşı məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişlər.

10. Hal-hazırda cavabdehlər cavabdeh1 Qüdrət qızının və cavabdeh2 iddiaçıya maneə törətdikləri torpaq sahələri, Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş iddiaçının mülkiyyətinə verilmiş 0,0927 ha torpaq sahəsinin 0,0139 ha hissəsi və 0,15 ha torpaq sahəsinin 0,0170 ha hissəsindən ibarətdir və həmin hissələr cavabdehlər cavabdeh1 Qüdrət qızının və cavabdeh2 istifadəsindədir.

11. Məhkəmədə iddiaçı izahatında göstərmişdir ki, Qəbələ rayonu Vəndam kəndi ərazisində yerləşən 0,0927 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: ************) və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsini (reyestr nömrəsi: ************) vərəsəlik yolu ilə əldə etmiş və üzərində mülkiyyət hüququ tanınmışdır. Lakin həmin torpaq sahələrinin bir hissəsi uzun müddətdir ki, eyni massivdə yaşayan cavabdeh2 və cavabdeh1 tərəfindən metal torla çəpərlənərək müəyyən ölçülərdə zəbt edilmişdir. Ona görə də, xüsusi mülkiyyətində olan Qəbələ rayonunun Vəndam kəndində yerləşən A ****** saylı planda yeri göstərilən 0,0927 ha yaşayış məntəqəli torpaq sahəsi (reyestr nömrəsi: ************) və A ****** saylı planda yeri göstərilən 0,15 ha (reyestr nömrəsi: ************) yaşayış məntəqəli torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması və üzərində çəkilmiş metal torların sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə iddia qaldırmışdır.

12. Məhkəmədə cavabdeh cavabdeh1 izahatında göstərmişdir ki, Qəbələ rayonunun Vəndam kəndində yerləşən 0,15 ha (reyestr nömrəsi: ************) yaşayış məntəqəli torpaq sahəsi Rəhimov Ağalar Ağababa oğlundan miras qalmış 0,20 ha torpaq sahəsinə daxil olmuş və vərəsələr arasında bölündükdən sonra 0,10 ha Rəhimov Fəxriyar Ağalar oğluna düşmüşdür. Ona görə də, Qəbələ rayonunun Vəndam kəndində yerləşən 0,15 ha torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınması qanunsuzdur.

13. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis cəlb edilərək müvafiq mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikası DƏDKR PHŞ-nin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı Mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən A ****** saylı planda yeri göstərilən 0,15 ha (reyestr nömrəsi: ************) yaşayış məntəqəli torpaq sahəsinin Rəyə əlavə edilmiş * nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0169 ha hissəsi və A ****** saylı planda yeri göstərilən 0,0927 ha yaşayış məntəqəli torpaq sahəsinin (reyestr nömrəsi: ************) Rəyə əlavə edilmiş * nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0138 ha hissəsi cavabdehlər, cavabdeh2 və cavabdeh1 istifadəsindədir.

14. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e*(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin edilərək iddiaçının mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən A ****** saylı planda yeri göstərilən 0,15 ha (reyestr nömrəsi: ************) yaşayış məntəqəli torpaq sahəsinin Azərbaycan Respublikası IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş * nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0169 ha hissəsi və A ****** saylı planda yeri göstərilən 0,0927 ha yaşayış məntəqəli torpaq sahəsinin (reyestr nömrəsi: ************) Rəyə əlavə edilmiş * nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0138 ha hissəsinin cavabdehlər cavabdeh2 və X2 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılması və həmin torpaq sahələri üzərində çəkilmiş metal torlar sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən A ****** saylı planda yeri göstərilən 0,15 ha yaşayış məntəqəli torpaq sahəsinin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-***-**/*-****/**** nömrəli Mütəxəssis Rəyinə əlavə edilmiş * nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0169 ha hissəsi və A ****** saylı planda yeri göstərilən 0,0927 ha yaşayış məntəqəli torpaq sahəsinin rəyə əlavə edilmiş * nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0138 ha hissəsi cavabdeh2 və X2 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılmalı və zəbt olunmuş torpaq sahələri üzərində çəkilmiş metal torlar sökülərək ərazi əvvəlki vəziyyətə qaytarılmalıdır.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2, 3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.5, və 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Iddia tamamilə əsassız və qanunsuz olduğu halda məhkəmə də bu qanunsuzluğu davam etdirərək onun iddiasını təmin etmiş və bununla da onların hüquqlarını pozmuşdur. Işin hallarından da görünür ki, iddiaçı İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış olduğu üçün o, həmin çıxarışdan sui-istifadə edərək onlara qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən işin bu halları araşdırılmamış və bununla da Azərbaycan Respublikası MM-in 560cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən yalnız mütəxəssis rəyinə istinad edilərək qətnamə qəbul olunmuşdur. Bir halda ki, belə çətin və mürəkkəb məsələyə qiymət vermək üçün ekspertizanın təyin edilməsi zəruri idi. Ona görə də hesab edir ki, işin bütün halları yenidən araşdırılmalı və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Əyyub Kərimov və Zülfüqar Sadiqov) cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşıb və belə nəticəyə gəmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyi sübut kimi qəbul edilməlidir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəsini almış *(***)-***/**** nömrəli, ## ###### 2023-cu il tarixli qətnaməsində göstərilmişdir ki, Аzərbаycаn Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçı İddiaçı RX № *******, ##.##.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,0927 hektar torpaq sahəsi və ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahələrinin sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə təyin edilmişdir. -Iddiaçı İddiaçı RX № *******, ##.##.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,0927 hektar torpaq sahəsinin 0.0139 hektar hissəsi Rəhimov Fəxriyar Ağalar oğlunun istifadəsindədir. Iddiaçı İddiaçı ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin 0,0170 hektar hissəsi cavabdeh Rəhimov Fəxriyar Ağalar oğlunun istifadəsindədir. -Cavabdeh Rəhimov Fəxriyar Ağalar oğlunun istifadəsində olan 0,0139 hektar və 0,0170 hektar torpaq sahələrinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmişdir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sözügedən ekspert rəyində iddiaçının zəbt olunmuş kimi göstərilən torpaq sahələrinin ölçüsü ilə hazırkı mülki iş üzrə alınmış mütəxəssis rəyində göstərilən zəbt olunmuş torpaq sahələrinin ölçüləri çox olduqca cüzi fərqlə eynidir (ekspert rəyində 0,0927 ha torpaq sahəsinin 0,0139 ha, 0,15 ha torpaq sahəsinin 0,0170 ha hissələri, mütəxəssis rəyində isə 0,0927 ha torpaq sahəsinin 0,0138 ha, 0,15 ha torpaq sahəsinin 0,0169 ha hissələri).

23. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin onun mərhum qardaşı Rəhimov Fəxriyar Ağalar oğlu tərəfindən zəbt olunmuş hissələri, hal-hazırda qardaşı Fəxriyarın vərəsələri olan baxılan iş üzrə cavabdehlərin qanunsuz istifadəsindədir.

24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 140, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2-ci, Torpaq Məcəlləsinin 82, 84, 111.1, 111.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən cavabdeh cavabdeh1 (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, hazırkı iddianın obyektiv baxılması üçün məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi zəruri idi. Məhkəmə yalnız mütəxəssis rəyinə istinad edərək qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində AR DƏDKR PHŞ-nin * saylı Qəbələ Ərazi Idarəsinin cavabı təqdim edilmişdir. Həmin cavabda açıq-aydın şəkildə göstərilmişdir ki, Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində belə problemli torpaq sahələri, yəni koordinatları üst-üstə düşməyən torpaq sahələri çoxdur və bu məsələnin aydınlaşdırılması ilə əlaqədar müvafiq komissiya məşğul olur. Təbii ki, belə bir vəziyyətdə ekspertizanın təyin edilməsi və bu məsələyə aydınlıq gətirilməsi zəruri olduğu halda məhkəmə bunu etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

28. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

31. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

37. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

38. Maddə 18, 1-ci hissə. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

39. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

48. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar