Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-63/2026 17.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Abşeron rayon 1 saylı Notariat Ofisinə və Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): icra qeydinin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Abşeron rayon 1 saylı Notariat Ofisinə və Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 oktyabr 2025-ci il tarixli 2(105)1110/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 17 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi:. İşin halları
1. İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, № RP00012- 00/23A saylı kredit müqaviləsinə əsasən bank borcalana 53863,49 manat məbləğində krediti 48 ay müddətinə, illik faiz dərəcəsi 20 faiz olmaqla vermiş və xx.xx.2023-cü il tarixli, № RPG-00012-00/23A saylı sonrakı ipoteka müqaviləsi ilə xx.xx.2023-cü il tarixli, № RP00012-00/23A saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış e vi ipoteka ilə yüklü edilmişdir. 2. "xxxx" ASC tərəfindən borcalan və ipoteka qoyan İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, MXD2024/1203 saylı bildirişə əsasən, bank borcludan əsas borc, hesablanmış faizləri və cərimə məbləğini təcili 2 gün müddətində ödəməyi tələb etmiş, əks təqdirdə aralarında bağlanmış kredit müqaviləsinin ləğv olunacağını və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəyini bildirilmiş və Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ6339 reyestr nömrəli icra qeydi ilə “Notariat haqqında” Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsas ən, bankın tələbi ilə ipoteka predmeti olan ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Abşeron rayon 1 saylı Notariat Ofisinə və Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfidən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-6339 nömrəli icra qeydinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən "xxxx" ASC-nin tələbi ilə İddiaçı qarşısında RP00012-00/23A saylı kredit müqaviləsi ilə yaranmış 46900,69 manat borc öhdəliyinə qarşılıq, ipoteka müqaviləsi əsasında girov qoyulmuş İddiaçı məxsus Abşeron rayonu, Fatmayi kəndində 0,10 hektar sahədə yerləşən, 286,2 kvadratmetrlik ibarət fərdi yaşayış evi olan əmlaka tutma yönəldilməsinə dair icra qeydi çıxarılmışdır. İcra qeydində göstərilmişdir ki, öhdəliyi müəyyən edən RP00012-00/23A müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 45000,52 manat əsas borc, 792,01 manat faiz borcu, 1108,16 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 46900,69 manat təşkil edir və pul ipoteka predmetinə yönəldilməklə tutulsun. Qeyd edilməlidir ki, icra qeydində qeyd edilən məbləğdə iddiaçının borcu qalmamışdır. İddiaçı tərəfindən mütəmadi olaraq ödənişlər edilsə də, həmin ödənişlər bank tərəfində n nəzərə alınmamışdır. Hesab edir ki, kredit müqaviləsi bağlandığı vaxtdan bu günədək iddiaçının ödədiyi pulların dəqiq hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası aparılmalıdır. Bundan başqa, ipoteka predmeti olan əmlakın sənəd və fakt üzrə mövcud olub-olmaması, həmin əmlakın qiymətləndirilibqiymətləndirilməməsi barədə sübutlar məhkəmə tərəfindən araşdırılmalıdır. Bank tərəfindən ipoteka predmeti ilə bağlı qanunsuzluğa yol verilməsi, iş üzrə korrupsiya faktlarının da araşdırılması zəruridir. Ona görə də, həmin məsələlər də məhkəmə mübahisəsini təşkil edəcəkdir deyə iş üzrə iddia qaldırmaq qərarına gəlmişdir. Göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2024-cü il tarixli, 8İ-6339 nömrəli icra qeydi qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmadığından və qalan kredit borcu nda tələbkarın qeyd etdiyi faiz və dəbbə pulu artıq hesablanmaqla tələb edildiyindən iş məhkəmə zamanı çəkişmə prinsiplərinin tələbləri gözlənilməklə həll edilməlidir.
5. Daha sonra, iddiaçının nümayəndəsi ərizə verərək Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfidən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ6339 nömrəli icra qeydinin ləğv edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli RPG-00012-0023/A nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli ipoteka müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh İddiaçı "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli, № RP00012-00/23A saylı kredit müqaviləsinə əsasən, 53863.49 manat məbləğində kredit götürmüş və həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2023-cü il tarixli, № RPG00012-00/23A saylı sonrakı ipoteka müqaviləsi bağlanaraq ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin borclu tərəfindən banka ödənişlər olmamış və gecikmələr yaranmışdır. Bu səbəbdən bank tərəfindən borcluya bildiriş ünvanlayaraq əsas borc, hesablanmış faizləri və cərimə məbləğini ödəməyi tələb etmiş, əks təqdirdə ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka (0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evi) yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə notar iusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəyi bildirilmişdir. Daha sonra borclu barəsində RP-00012-00/23A saylı kredit müqaviləsi üzrə Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-6339 reyestr nömrəli icra qeydi aparılmışdır. Odur ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-6339 reyestr nömrəli icra qeydi tam qanuni və bütün prosessual müddətlərə əməl edilərək aparılmışdır.
7. Abşeron Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, e-2(012)-717/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia rədd edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri üzrə borclunun öhdəliyini yerinə yetirməməsi nəticəsində tələbkarın ərizəsi əsasında Abş eron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024cü il tarixli, 8İ-6339 reyestr nömrəli icra qeydi verilmiş və həmin icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə İcra şöbəsinə göndərilmişdir. Kredit götürən müqavilələr ilə üzərinə öhdəliklər götürməsinə baxmayaraq, həmin öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun xx.xx.2023-cü il tarixli, RP-00012-00/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 45000,52 manat əsas borc, 792,01 faiz borcu, 1108,16 manat dəbbə borcu olmaqla, cəmi 46900,69 manat məbləğində borcu yaranmışdır. Müqavilə öhdlikləri yerinə yetirilmədiyindən "xxxx" ASC tərəfindən haqlı olaraq ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir.
9. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gə lmişdir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz və icra qeydi notarius tərəfindən verilərkən qanunvericiliyin tələbləri pozulmamış, qanunla nəzərdə tutulmuş qaydada verilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 331.1, 334.1, 385.1, 425.1, 442, 445. 739 və 739.2-ci Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.3-cü maddələri və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi r.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə məlum olmuşdur ki, ipoteka ilə yüklü əmlak yoxdur. Hazırda həmin əmlakın olmaması icra qeydinin icrasına ciddi maneədir. Bunlara baxmayaraq məhkəmə iddia tələbini rədd etməklə qanunsuz qətnamə qəbul etmişdir. Tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq və tikinti-texniki ekspertizaların keçirilməsi barədə vəsatətləri təmin edilməmişdir ki, bu da işin tam, hərtətəfli və obyektiv aparılmamasına gətirib çıxartmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1110/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Məmmədov, Səyyad Qafari və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-717/2025 nömrəli qətnaməsi dəy işdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, RP-00012-00/23A nömrəli kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi tələbkarda onun ərizəsi əsasında müqaviləyə dair icra qeydinin verilməsi üçün əsas yaratmışdır. Belə ki, bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli, MXD-2024/1203 saylı bildirişdən göründüyü kimi bank borcludan əsas borc, hesablanmış faizləri və cərimə məbləğini 2 gün müddətində ödəməyi tələb etmiş, əks təqdirdə aralarında bağlanmış kredit müqaviləsinin ləğv olunacağını və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka (0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evi) yönəldilməsi ilə əlaqədar olaraq ipoteka pre dmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəyini bildirmişdir. "xxxx" ASC tərəfindən göndərilmiş həmin xx.xx.2024-cü il tarixli, MXD-2024/1203 saylı bildiriş xx.xx.2024-cü il tarixində iddiaçı tərəfə imzalatmaqla təqdim edilmişdir. İddiaçı 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməmiş, o cümlədən borc məbləğini mübahisələndirməmişdir. Həmin müddət bitdikdən sonra isə mübahisələndirilən icra qeydi verilmişdir.
15. Apellyasiya məhkəməsi rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a uyğun olmuşdur. Kassa siya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ciil tarixli, 2(106)-1110/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlm əsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
21. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
22. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.
27. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin də lillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcə llənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüq uq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1110/2025 nömrəli iş üzrə 1 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.