Məhkəmə qərarları › İş №2(1-8)-66/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-66/2026

10.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-66/2026 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi, müqavilə müddəti, əmək müqaviləsinin müddətli bağlanmasının zəruriliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və faizin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyab r 2025-ci il tarixli 2(103)-4853/2025 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı aid ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, xx.xx.2008-ci il tarixdə “X4”na əmək müqaviləsi əsasında icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri xidmətinə arxivçi (kargüzar) vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2009-cü il tarixdə əmək müqaviləsi əsasında kadrlar xidmətinə 7-ci dərəcəli aparıcı-mühəndis vəzifəsinə keçirilmişdir. Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2018-ci il tarixli 37 №-li əmrinə əsasən “X4” MMC-yə çevrilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) iş dən azad edilmiş, xx.xx.2024-cü il tarixdə “X8 Müəssisəsi” MMC-nin X7nin kadrlar xidmətinə 8-ci dərəcə ilə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 2. 06.04.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən “X4” MMC-də müddətsiz olaraq kadrlar xidmətinin mühəndisi vəzifəsində çalışmışdır.

3. İddiaçı Cavabdeh1 ilə bağladığı əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “F” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 03 (üç) ay müddətinə, yəni müddətli bağlanmışdır.

4. Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 09 nömrəli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində q urtardığı üçün Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq, həmin əmək müqaviləsi üzrə münasibətlər müəssisə tərəfindən növbəti dövr üçün davam etdirilməyəcəkdir. Qeyd olunanlar nəzərə alınaraq xx.xx.2024-cü il tarixindən etibarən bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin qurtarması) əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq son haqq-hesab aparılacağı qeyd edilmişdir.

5. Cavabdeh1 MMC tərəfindən tərəfindən tərtib edilmiş 01 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı əmək müqaviləsi müddətinin bitməsinə görə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq məktubu ilə tanış olsa da, bu barədə müvafiq qeydiyyatı aparmaqdan və imza etməkdən imtina etmişdir. 6. xx.xx.2 024-cü il tarixli, 1677/k nömrəli əmrlə İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

7. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli əmrinin surətindən görünür ki, “X6” MMC-nin “X4” MMC-nin balansında olan dövlət əmlakı (əsas vəsaitlər və qeyrimaddi aktivlər) əvəzsiz olaraq Cavabdeh1 MMC-nin balansına verilmişdir.

8. Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 nömrəli Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışına əsasən paylarının 100%-i Azərbaycan Respublikasına məxsus olan və hüquqi ünvanı AZ2000, Gəncə şəhəri, Nizami küçəsi, ev 561 olan “X4” Məhdud Məsul iyyətli Cəmiyyəti xx.xx.2005ci il tarixdə ********** nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmış və həmin MMC-nin hazırki qanuni təmsilçisi X3r. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdən Cavabdeh1 X7ndə kadrlar xidmətinə 8-ci dərəcə ilə mühəndis vəzifəsi üzrə işə bərpa olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi işlədiyi vəzifə üzrə aldığı aylıq əmək haqqının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, ilin s onunda verilə “13-cü maaş” kimi əlavə əmək haqqı və s.) hesablanaraq ödənilməsi və əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəniş verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək Müdafiə Sənayesi Nazirliyi MKNRS İB-nin “Peyk zavodu” rəhbərliyin yanında aparat aparıcı mühəndis (kadr işləri üzrə) vəzifəsində çalışmışdır. xx.xx.2008-ci il tarixdən isə Müdafiə Sənayesi Nazirliyinin X1 İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri xidmətinə arxivçi (kargüzar) vəzifəsinə qəbul olunmuş, daha sonra xx.xx.2009-cu il tarixdə Kadrlar xidmətinə aparıcı-mühəndis vəzifəsinə keçirilmişdir. Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2018-ci il tarixli 37 nömrəli əmrinə əsasən “X4” MMC-yə çevrilmişdir. Sonradan “X4” MMC yenidən təşkil olunaraq hüquq varisliyi qaydasında "xxxx" MMC-nin X7 statusuna keçmişdir. Həmin vaxt, yəni xx.xx.2024-cü il tarixdə iddiaçının işdən çıxma ərizəsi alınaraq, “X4” MMC-də tutduğu vəzifədən azad edilmiş, yenə də həmin gün, yəni xx.xx.2024-cü il tarixdə ondan işə qəbul olma ərizəsi alınmış və iddiaçı yenidən təşkil edilmiş "xxxx" MMC-nin X7ndə “X4” MMC-də işlədiyi eyni vəzifəyə, yəni Kadrlar xidmətinə 8-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin olunmuşdur. 2024-cü ilin noyabrın 26-sında isə əmək müqaviləsinin müddətinin qurtarması əsas ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən iddiaçının əmək müqaviləsinə əsassız və qanunsuz şə kildə xitam verilmişdir. İddiaçı işlədiyi dövrlərdə Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” ilə əlaqədar yubiley medalı ilə, müdafiə sənayesinin inkişafında xüsusi xidmətlərimə görə xx.xx.2023-cü il tarixdə “Fəxri Fərman” la təltif edilmişdir. Aşağıdakılara əsasən müəssisənin xx.xx.2024-cü il tarixli 1677/K nömrəli əmrinə əsasən əmək müqaviləyə xitam verilməsi əsassız və qanunsuz olduğundan, xx.xx.2024-cü il tarixdən iddiaçı işə bərpa olunmalıdır və həmin dövrdən məcburi iş buraxma müddəti üçün hesablanmış bütün ödənişlər (əmək haqqı, əmək haqqına əlavə və s.), o cümlədən gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəniş verilməlidir. Belə ki, əvvəla Əmək Məcəlləsinin 68 -ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Lakin iddiaçının əmək müqaviləsi müddətli deyil, müddətsiz olmuşdur. Belə ki, iddiaçının həmin müəssisə ilə əvvəlki əmək müqaviləsi müddətsiz olub, sadəcə “X4” MMC ləğv edilərək, X7 adı altında yenə də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin idarə edilməsinə verilmişdir. Belə ki, iddiaçıdan asılı olmayan səbəbdən yəni, MMC-nin digər ilə əvəz edilməsi əsası ilə axırıncı əmək müqaviləsi müddətli bağlanmışdırsa, bu halda işəgötürən əmək qanunvericiliyinin tələblərini pozmuşdur.

11. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 tərəfindən ərizə təqdim edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 X5 Q apalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir.

12. Cavabdeh1 (bundan sonra həmçinin “cavabdeh” və ya “işəgötürən”, yaxud "xxxx" MMC) iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 2008-ci ildən müəyyən struktura aid olan müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı ilə həmin vaxtı işlədiyi dövrdə müddətsiz müqavilə imzalanmışdır. Əvvəlki strukturlar bir-birini tamamlayan strukturlar olmuşdur. Transformasiya olmamış, sadəcə eyni sistemə aid olan strukturlar olmuşdur. "xxxx" MMC əvvəldən var olan müstəqil subyekt olmuşdur. “X2” MMC isə halhazırda da mövcuddur. İddiaçı həmin müəssisədən işdən azad olunmuş və "xxxx" MMCnin verdiyi ştata işə qəbul olunmuşdur. "xxxx" MMC sadəcə digər müəssisələrin əmlaklarına sahibdir. Lakin digər bütün öhdəlikl ər həmin müəssisələrin üzərində qalmaqdadır. Belə ki, 23 may 2024-cü il tarixli əmrlə müəssisələr deyil, həmin müəssisələrə məxsus olan əmlaklar "xxxx" MMC-nin balansına keçirilmişdir. Belə ki, bundan sonra əmlakları "xxxx" MMC-nin balansına keçən həmin hüquqi şəxslər sadəcə boş müəssisələr oldu və sadəcə əmlakları "xxxx" MMC-nin balansına keçmişdir. Əmlakları qəbul etdikdən sonra keçid dövrü yaşanmağa başlandı. "xxxx" MMC-nin balansına daxil olan bütün əmlaklar mərkəzdən idarə olunur. Keçid dövrü olduğu üçün həmin proseslərlə tanış olan şəxsləri öz müəssisələrinə cəlb etmişlər. Həmin şəxslərin "xxxx" MMC-də mütəmadi şəkildə işləməyinə ehtiyacları olmamışdır. Onların mərkəzdə komandaları vardır. Həmin MMC-lər boş MMC olduğu üçün proseslərlə tanış olan şəxsləri işə cəlb edərək müddətli əm ək müqaviləsi imzalamışlar. Onlara həmin şəxslər daimi lazım deyil, zatən işçi heyətləri mövcuddur. Müəyyən müddət üçün işi bilən, işlə agah olan şəxsləri müvəqqəti olaraq "xxxx" MMC-də işləmək üçün cəlb etmişlər. İddiaçı ilə 3 aylıq müqavilə bağlamaqlarına baxmayaraq keçid dövrü uzandığı üçün iddiaçı ilə bağlanan müqaviləni uzatmışlar. Onlar iddiaçı ilə müqavilə müddətini uzatdıqları zaman iddiaçı bunua etiraz etməmişdir. Sadəcə olaraq iddiaçıya müqavilə müddəti bitdikdən sonra müqavilə müddətini artırmayacaqların bildirdikdə iddiaçı buna etiraz etmişdir. İddiaçı iki dəfə əmək müqaviləsinin uzadılmasına heç bir etiraz etməmişdir. Lakin müqaviləyə xitam verən zaman isə buna öz etirazını bildirmişdir. "xxxx" MMC keçid dövrünü bitirdiyi üçün iddiaçı ilə yollarını ayırmışlar. Çünki artıq iddi açının "xxxx" MMC-də işləməyinə ehtiyac olmamışdır. Eyni zamanda iddiaçının müdafiə sənayesi üzrə kifayət qədər iş təcrübəsi olduqlarından məlumatlı olmuşlar. Lakin buna baxmayaraq müqavilənin müddəti bitdiyi, eləcə də həmin şəxsə ehtiyac olmadığı üçün iddiaçı ilə müqavilənin müddətini uzatmamışlar. İddiaçı onlar tərəfindən göndərilən bildirişi qəbul etmək niyyətində olmayıb. Belə ki, bildiriş həm poçt, həm elektron poçt, həm də akt tərtib etməklə göndərilmişdir. Lakin bütün bunlara baxmayaraq, iddiaçı bildirişi qəbul etməmişdir.

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1269/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 X5 Qapalı Səhmdar Cəmiyyəti “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X7nin kadrlar xidmətinin mühəndi si İddiaçı ilə bağlanmış 27 fevral 2024-cü il tarixli əmək müqaviləsinin 26 noyabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 1677/k nömrəli əmri əmri ləğv edilmiş, İddiaçı “X8 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X7nin kadrlar xidmətinin mühəndisi vəzifəsinə bərpa olunmuş, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aldığı aylıq əmək haqqının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, ilin sonunda verilə “13-cü maaş” kimi əlavə əmək haqqının və s.) İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Hüseyn Hüs eynli)

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2008-ci ildən etibarən X1 müxtəlif vəzifələrdə çalışmışdır. Zavod xx.xx.2018-ci ildə MMC-yə çevrilmiş və sonradan 2024-cü ilin fevralında “X4” MMC yenidən təşkil olunaraq hüquq varisliyi qaydasında "xxxx" MMC-nin X7 statusuna keçmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıdan işdən çıxma ərizəsi alınaraq o, “X4” MMC-də tutduğu vəzifədən azad edilmiş, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə 3 aylıq müddətə eyni vəzifəyə, yəni Kadrlar xidmətinə 8-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin olunmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə müqavilə müddətinin qurtarmasına görə işdən çıxarılmışdır.

15. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına, iddiaçının 16 il müddətsiz əmək müqaviləsi ilə X1 çalışmasına istinadən belə qə naətə gəlmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olur. Bu səbəbdən sonradan iddiaçı ilə müddətli əmək müqavilə bağlanması Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur.

16. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, 27 noyabr 2024cü il tarixdən işə bərpa olunacağı günədək məcburi iş buraxmaya görə iddiaçıya ödənilməmiş əmək haqqı cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməlidir.

17. Bununla belə, birinci instansiya məhkəməsi əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəniş verilməsi hissəsində iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır k i, Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəniş verilməlidir. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Hazırki işdə işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 12-ci, 45.1-ci, 47-ci, 172-ci, 300.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli qərar larına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətini onunla əsalandırılmışdır ki, işin materiallarında olan sənədlərdə qeyd olunduğu kimi, Müdafiə Sənayesi Nazirliyin xx.xx.2024-cü il tarixli, 14 nömrəli Əmri ilə “X4” MMC-yə məxsus dövlət əmlakı (əsas vəsaitlər və qeyri-maddi aktivlər) 2024-cü ilin 15 iyun tarixinədək əvəzsiz olaraq "xxxx" MMC-nin balansına verilsə də, “X4” MMC, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci maddəsində nəzərdə tutulmuş hər hansı şəkildə (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yenidən təşkil olunmamışdır. Hal-hazırda “X4” MMC hüquqi şəxs olaraq mövcuddur. "xxxx" MMC “X4” MMC-nin hüquqi varisi deyil. İddiaçının “X4” MMC ilə əmək münasibətləri daimi və müddətsiz xarakter daşıyırdı, məhz bu səbəbdən bağlanmış əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Mərkəzi idarəetmə sisteminin heyəti vasitəsi ilə yerlərdə olan istehsalat sahələrini idarə edən "xxxx" MMC, Gəncə şəhərində yerləşən istehsalat sahəsi yalnız keçid dövrü üçün (müvəqqəti) idarə olunması üçün yerlərdə (o cümlədən Gəncə şəhərində) müəyyən (yerli) işçi heyətini cəlb etmiş və onlarla müddətli əmək müqaviləsi bağlamışdır. Keçid dövrü bitdikdən sonra sözü gedən işçi heyəti ilə müddətli əmək müqavilələrinə xitam verilmişdir. “X4” MMC və "xxxx" MMC müstəqil, bir birindən aslılığı olmayan hüquqi şəxslərdir və bir-birindən asılı olmayan əmək münasibətlərinə daxil olurlar. "xxxx" MMC ilə id diaçı arasında əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanılmışdır. "xxxx" MMC işəgötürən qismində çıxış edərək, açıq və qarşı tərəfə aydın şəkildə əmək şəraiti (müqavilənin müddətli olması daxil olmaqla) barədə məlumatı çatdıraraq, iddaçıya əmək müqavilənin bağlanmasını təklif etmişdir. İddiaçı kadrlar xidməti üzrə mütəxəssis olaraq ona təklif olunan şərtləri aydın başa düşürdü (düşməli idi) və öz razılığını bildirmişdir. Həmin dövrdə X4 MMC-də çalışan iddiaçı cavabdeh "xxxx" MMC-nin təklifini qəbul edərək heç bir sıxıntıya və ya təzyiqə məruz qalmamışdır. İddiaçı öz iradəsi əsasında təkliflərini qəbul etmiş “X4” MMC ilə əmək münasibətlərini bitirərəq "xxxx" MMC ilə əmək müqaviləsi bağlamışdır. Onun müddətli əmək müqavilə si (keçıd dövrün uzanması ilə bağlı) uzadıldıqda iiddiaçı əmək münasibətlərini mübahisələndirməmiş və yalnız əmək müqaviləsinə xitam verildikdən sonra bununla razılaşmayaraq məhkəməyə müraciət etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2025-ci il tarixli, 2(103)-4853/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1269/2025 nömrəli 04 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Xumar Mərdanova)

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işin faktiki hallarına əsasən iddiaçı 2008-ci ildən etibarən X1 müxtəlif vəzifələrdə çalışmışdır. Zavod xx.xx.2018-ci ildə MMC-yə çevrilmiş və sonrad an 2024-cü ilin fevralında “X4” MMC yenidən təşkil olunaraq hüquq varisliyi qaydasında "xxxx" MMC-nin X7 statusuna keçmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıdan işdən çıxma ərizəsi alınaraq o, “X4” MMC-də tutduğu vəzifədən azad edilmiş, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə 3 aylıq müddətə eyni vəzifəyə yəni Kadrlar xidmətinə 8-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin olunmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə müqavilə müddətinin qurtarmasına görə iddiaçı işdən çıxarılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar isti sna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

24. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli oldu ğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir.

25. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.

26. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam veri lməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqe diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqan ların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

27. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı 16 il müddətsiz əmək müqaviləsi ilə X1 çalışmışdır. Buradan isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olur. Sonradan isə onunla müddətli əmək müqaviləsi bağlanması Əmək Məcəlləsinin tələblərinə zidd olmaqla qanunvericiliyin əmək münasibətləri sferasında verdiyi təminatlara, əmək münasibətlərinin təməl prinsiplərinə zidd olmuşdur.

28. Cavabdehin “işçinin razılığı ilə onunla müddətli əmək müqaviləsi bağlaması” barədə apelyasiya şikayətini n dəlillərinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi, işəgötürənlə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən müqavilədə nəzərdə tutulmuş xidmətin (işin) əvvəlcədən daimi xarakterli olmasının bəlli olmasına və iddiaçı 5 ildən artıq müddətə həmin müəssisədə fasiləsiz işləməsinə baxmayaraq, eləcə də əvvəlki eyni vəzifə üzrə - yəni mühəndis vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi isə qeyd edilmiş normalara əsasən qanuni hesab edilə bilməz. Bundan əlavə AR. Müdafiə Sənayesi Nazirliyin xx.xx.2024-cü il tarixli, 14 saylı Əmri ilə “X4” MMC-yə məxsus dövlət əmlakı (əsas vəsaitlər və qeyri-maddi aktivlər) 2024-cü ilin 15 iyun tarixinədək əvəzsiz olaraq "xxxx" MMC-nin balansına verilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1, 45.2, 45.3, 45.4, 45.5, 47 (f), 68.2(b), 73.1, 76.1, 82, 172.5, 300.1-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. Cavab deh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.Əlava olaraq qeyd etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Amma Məhkəmə bütün bunları araş dırmayaraq səhv nəticəyə gəlmişdir. Məhkəmənin qətnamədə qeyd etdiyi kimi bu kimi işlərdə əsas məsələ işin fasiləsiz olması deyil, tərəflərin həqiqi iradə ifadəsi məsələsidir. Əks halda Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi olan hüquq norması əhəmiyyətsiz olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 31 yanvar 2004-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyin ziddinə olaraq apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi sanki qüvvədən düşmüş hesab etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Mü ddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45, 2-ci hissə. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45, 3-cü hissə. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45, 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68, 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 300, 1-c i hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozunt usu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

34. Kass asiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apelyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, şikayətin dəlillərinə tam qiymət verib.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2628-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

39. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

40. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

42. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.

43. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi xx.xx.2018-ci ildə bağlanmış, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxan məhkəmələrdə mübahisə olunmayıb.

44. Cavabdehin iddiaçı ilə əmək müqaviləsini hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli bağlaması, eləcə də, əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən müəyyən müddətə bağlanmasını zəruri edən digər əsasların olmasını apellyasiya instansiyası məhkəməsi iş materialları ilə müəyyən etməmişdir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarında hüquqi mövqe belə olmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin az adlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır, lakin nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.

46. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.

47. Konstitusiya Məhkəməsinin Plenumu işçinin əm ək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

48. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

49. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən, araşdırılması mühüm əhəmiyyət kəsb edən işin hallarına qiymət verməklə iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış və gəldiyi nəticəni də buna uyğun əsaslandırmışdır.

50. Kassasiya şikayətinin digər dəlili də – iddiaçının əvvəl işlədiyi müəssisənin ləğv edilməməsi, buna görə də "xxxx" MMC-nin həmin müəssisənin hüquqi varisi olmaması – əsassızdır. Belə ki, cavabdeh eyni dəlili iddiaya etirazında, apellyasiya şikayətində də irəli sürsə də, iddiaçının əvvəl işlədiyi müəssisənin ləğv edilmədiyi, fəaliyyət göstərdiyi halda nəyə görə və hansı zərurətdən onun eyni gündə həmin müəssisədə işdən çıxıb, yenidən eyni vəzifə üzrə "xxxx" MMC-yə işə qəbul olunmasına dair işin halına hər hansı ağlabatan izah verməmişdir. Bu da şikayətin həmin dəlilinin formal mülahizə olmasını göstərir.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4853/2025 nömrəli 08 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar