Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-660/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh1 və cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh1 və cavabdeh3 qarşı “evdən çıxarılma, evin boşaldılması və evdən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli 2(005)- ***/**** saylı qətnaməsi ilə İddiaçı X1, X6 və X9 qarşı onun qeydiyyatda olmaqla aldığı ünvan 2 “V” saylı ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən istifadəsinə X9, X1 və X6 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması barədə iddiası rədd edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2021-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, İddiaçı qeydiyyatda olduğu ünvan 1 “V” saylı ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə X9, X1 və X6 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ###### 2022-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli 2(005)- ****/**** saylı qətnaməsi ilə cavabdeh2 ünvan 2 “V” saylı ünvanın mövcud olması ilə bağlı ** saylı MKI Sahəsinin arayışının qanunsuz hesab edilməsi və 34 “V” saylı ünvanının ləğv edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu ** saylı MKI Sahəsi tərəfindən ünvan 6 “V” saylı ünvanının mövcud olması ilə bağlı İddiaçı verilmiş arayışın qanunsuz hesab edilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2023-cü il tarixli 2(103)- ****/**** saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “Bakı şəhəri Nərimanov rayonu ** saylı MKI Sahəsi tərəfindən ünvan 6 “V” saylı ünvanının mövcud olması ilə bağlı İddiaçı verilmiş arayışın qanunsuz hesab edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. cavabdeh2 qanunvericiliyin tələblərinə riayət etməklə ünvan 8 “V” saylı ünvanın qeydə alınması və İddiaçı pasport qeydiyyatının aparılması ilə bağlı aidiyyəti inzibati orqanların hərəkətlərindən (hərəkətsizliyindən) Bakı Inzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 2023-cü il tarixli *(***)-****/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2023-cü il tarixli, *(***)-****/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Şəhəri, Nərimanov Rayon Icra Hakimiyyəti Başçısının müavininin ## ###### 2023-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı ünvan 3 saylı ünvanda qeydiyyatsız yaşaması ilə bağlı ** saylı MKI Sahəsinin rəisi Yusif Ibrahimov tərəfindən arayışın verilməsi üçün əsas olan sənədlərin qeydiyyatda olan şəxslərin razılığı barədə notariat qaydasında təsdiq olunmuş aktı olmadan tərtib olunduğuna, bununla da vəzifə funksiyalarının icrası zamanı əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə X2 Məcəlləsinin 186-ci maddəsinə uyğun olaraq intizam məsuliyyətinə cəlb olunmuşdur. Həmçinin gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmış və bu barədə Nərimanov Rayon Icra Hakimiyyəti tərəfindən Nərimanov Rayon Prokurorluğuna məlumat verilmişdir.
8. X6, Bakı Şəhəri, Nərimanov Rayon Icra Şöbəsinin icra məmuru Imran Cəfərquliyevin hərəkətlərindən, yəni İddiaçı yanlış olaraq 34 “V” saylı ünvanın əvəzinə ** saylı ünvanına köçürülməsinin qanunsuz hesab edilməsi, yanlış köçürüldüyü ** saylı ünvandan çıxarılması barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərardadı ilə X6 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2024-cü il tarixli, 8(103)- ***/**** saylı qərardadı ilə Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. ## ######## 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının məhkəmə tərkibi İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2, cavabdeh2 iştirakları ilə Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (keçmiş Daş Karxanası) küçəsindəki evə yerli baxış keçirilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iş üzrə icraat Bakı Inzibati Məhkəməsinin icraatında olan cavabdeh2 (İddiaçı və ** saylı MKI Sahəsi üçüncü şəxs kimi cəlb olunmaqla) Nərimanov Rayon Polis Idarəsinə qarşı İddiaçı ünvan 4 “V” saylı ünvandan pasport qeydiyyatından çıxarılması, həmin ünvanın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.
12. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh2 tərəfindən verilmiş iddia ərizəsinin geri götürülməsi təmin edilmiş və onun Nərimanov Rayon Polis Idarəsinə qarşı “İddiaçı ünvan 4 “V” saylı ünvandan qeydiyyatdan çıxarılması, həmin ünvanın ləğv edilməsi” tələbinə dair iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh1 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olmaqla aldığı ünvan 4 “V” saylı ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evində qanunsuz olaraq kirayədə yaşayan cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh3 və digər şəxslərin iki otaqlı evdən şəxsi əşyaları ilə birgə çıxarılaraq həmin yaşayış evinin tam boşaldılmaqla ona təhvil verilməsi və cavabdeh cavabdeh2 və qeyriləri tərəfindən həmin iki otaqlı evindən rahat istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması, həmin evdə yaşamasına, ondan istifadə etməsinə cavabdehlər və ya hər hansı bir şəxs tərəfindən hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, əri Bayram Şəfiyev ilə birgə Bakı şəhərinin küçələrini süpürüb təmizləməklə qazandıqları 48.500 manata ünvan 4”V” saylı ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evini 2019-cu ilin dekabr ayında bu evin sahibi X1 almışdır. Lakin, X1, onun dayıları X4 və X11 həmin özbaşına tikili olan fərdi yaşayış evinə köçüb yaşamasına və ondan istifadə etməsinə qanunsuz olaraq maneə yaratmaqla qadağan edilmiş özbaşınalıq edirdilər. Odur ki, o həmin “yaşayış evinə köçürmə, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiası təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2021-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməsi, onun qeydiyyatda olduğu ünvan 4”V” saylı ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi və onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X9, X1 və X6 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmış və bu qərarın qəti və qəbul edildiyi andan qüvvəyə minməsi qeyd edilmişdir. Iddia ərizəsinə əlavə edilmiş və Azərbaycan Respublikası DIN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında Bakı şəhəri * saylı “Asan Xidmət Mərkəzi”nin ## ###### 2019-cu il, ## ###### 2019-cu il, ## ###### 2019-cu il tarixli və DIN-nin MAPS şöbəsinin verdiyi ## ###### 2023-cü il tarixli arayışlara müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsində yerləşən 33 və 34 “V” saylı ünvandakı evlərin mövcud olması, cavabdeh2 məhz ** saylı evdə qeydiyyatda olması, 34 “V” saylı ünvanda onun qeydiyyatının olmaması, həmin ünvandakı evlə əlaqədar onun heç bir hüququnun olmaması və bu özbaşına tikili ilə əlaqədar hər hansı bir subyektiv hüququnun olmaması aydın anlaşılır. Təkzib olunmaz faktdır ki, cavabdeh2 bir neçə il bundan əvvəl ərə getdikdən sonra yaşadığı ünvandan çıxıb tamamilə şəhərin başqa hissəsinə köçmüş, bu ünvanda yaşamamış, öz ər evində yaşamışdır və həmin 34 “V” saylı ünvandakı evdə məhz X1 tək yaşamışdır. Sözügedən ünvanlardakı evlər, yəni həm 34 “V” saylı ev, həyət, həm də ki, ** saylı ünvanda ev və həyətlər biri-birindən tam ayrı olmaqla, hər birinin ayrıca girişləri və çıxışları vardır. Lakin, cavabdeh tərəf məhkəməni və sağlam düşüncəli insanları aldatmaq məqsədi ilə 34 “V” saylı ünvan kimi olan həyətin evin küçə tərəfdən olan divarına sonradan “33” nömrəsinin göstəricisini vurmuşdur. Nəhayət 2023-cü ilin noyabr ayında sözügedən məhkəmə qərarına əsasən uzun sürən mübahisələrdən sonra icra məmuru tərəfindən o, ünvan 4 “V” saylı ünvandakı iki otaqlı evinin bir otağına köçürülüb və həmin vaxt sözügedən evdə bir ailənin kirayədə yaşadığının şahidi olub. Bunlar cavabdeh3, onun atası cavabdeh4 və cavabdeh1dır. Bundan əlavə, bu evi ona satmış X1 bacısı cavabdeh2 da tez-tez bu evə gələrək, ona bu evdə yaşamağa imkan verməyəcəyini, müxtəlif maneəçilik, əngəllər yaradaraq, vaxtaşırı kirayə qalan şəxsləri müxtəlif şəxslərlə əvəzləyib dəyişməklə bu iki otaqlı fərdi yaşayış evinə rahatca köçüb yaşamasına, ondan istifadə etməsinə qanunsuz olaraq maneçilik yaratmaqla qadağan edilmiş özbaşınalıq edirlər. Həmin ünvandakı 34 “V” saylı ev qanuni əsaslarla iddiaçı olaraq ona məxsusdur və həmin daşınmaz əmlak üzərində onun hüquqları mübahisəsizdir. Həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasa da, onun həmin əmlak üzərində gözlənilən mülkiyyət hüquqları vardır. Bunları yuxarıda qeyd etdiyi məhkəmə aktları da təsdiq edir. Daha ədalətli olardı ki, sözügedən ünvandakı onun aldığı iki otaqlı evdə kirayədə yaşayan yuxarıdakı cavabdehlər və digər şəxslər həmin 2 otaqlı evdən şəxsi əşyaları ilə birgə çıxarılaraq yaşayış evi tam boşaldılmaqla ona təhvil verilməsi və cavabdeh2 və qeyriləri tərəfindən həmin iki otaqlı evindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması, həmin evdə yaşamasına, ondan istifadə etməsinə bu cavabdehlər və ya hər hansı bir şəxs tərəfindən hər hansı bir maneələrin yaradılmasının onlara (cavabdehlərə) qadağan edilməsi barədə qətnamə qəbul olunsun. Onun qeyd etdiklərini həyat yoldaşı, iddia ərizəsinə əlavə etdiyi məhkəmə aktları, fotoşəkillər də təsdiq edir. Bütün bunlar cavabdehlər tərəfindən edilən qanunsuzluq və özbaşınalıq, qanunlara, onun hüquqlarına hörmətsizlikdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsində yerləşən ** saylı ev ona rəhmətə getmiş valideynlərindən qalmışdır. Valideynləri tərəfindən inşa edilmiş və uşaqlıqdan həmin evdə yaşamışlar. Sonra qardaşı ilə birlikdə, MKI Sahəsinin rəisinin qanunsuz hərəkətləri nəticəsində həmin evə saxta olaraq 34 “V” saylı ünvanı verilərək iddiaçını onun razılığı olmadan ona məxsus olan evə qeydiyyata saldırmışlar. Onlar iddiaçıya 34 “V” saylı ünvanla bağlı arayış verməklə eyni yaşayış yerinin fərqli ünvan kimi rəsmiləşdirilməsinə nail olmuşlar. Həmin sahənin rəisi etdiyi əməlinə görə cəzalandırılmışdır. Məhkəmə tərəfindən iddiaçı 34 “V” kimi göstərilsə də, ona məxsus ** saylı mənzilə köçürülmüşdür. Çünki həmin ərazidə 34 “V” saylı ünvanı mövcud deyil. O da məhkəməyə müraciət edərək 34 “V” saylı ünvanının ləğv edilməsini xahiş etmiş, iddiası təmin edilmiş, lakin yuxarı instansiya məhkəməsi tərəfindən işinə inzibati məhkəmədə baxılmalı olması əsası ilə xitam verilmişdir. Cavabdehə həmin mənzildə yaşamasına hər hansı bir maneəçilik törətmir. Qısa müddətlik cavabdeh olan qohumları onlara qonaq gəlmişdi. Sonra çıxıb getdilər. Mənzil heç kimə kirayə verilməmişdi. Digər cavabdehlər onun yaxın qohumlarıdır. Mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsinə etiraz edir. Çünki həmin ev onlara atalarından qalmış mirasdır. Həmin evdə qeydiyyatdadır. Ailə qursa da həmin mənzilə tez-tez gedib-gəlirdi. Başqalarının qanunsuz hərəkətləri nəticəsində mənzilindən mərhum edilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan, iddiaçının orada yaşamasına etiraz etmir. Amma onun da o mənzildə haqqı vardır. Iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli 2(005)- ****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 4 “V” saylı ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evindən istifadəsinə, həmin evdə yaşamasına cavabdeh cavabdeh2 və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi, iddianın ünvan 4 “V” saylı ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evindən cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh1 və cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması, mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir (hakim – N.Tağıyeva).
17. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli tikili üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməsə də, həmin tikilidə yaşamaq hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsbit edilmişdir. Bu baxımdan cavabdehlər tərəfindən iddiaçının mənzildən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılmalıdır.
18. Məhkəmə daha sonra qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəmə qətnamələrindən görünür ki, iddiaçının mübahisələndirilən mənzilə sahiblik hüququ deyil, həmin mənzilə köçürülərək orada yaşamaq hüququ tanınmışdır. Belə olan halda iddiaçının cavabdehlər cavabdeh2 və digər cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsi tələblərinin qanuni və faktiki əsasları mövcud deyildir. Iddiaçı sahibliyində olmayan əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqa malik deyildir. Belə olan halda isə cavabdehlərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbi təmin edilə bilməz.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29, 43-cü, Mülki Məcəlləsinin 6.1.1, 157.2, 157.8, 158.1, 158.1.2, 180-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ərazidə sözügedən ünvanlarda həm ** saylı fərdi yaşayış evi, həm də 34 “V” saylı fərdi yaşayış evi ayrı-ayrılıqda mövcuddur və vardır. Məhkəmə işə baxarkən bütün tərəflərin iştirakı ilə həmin küçəyə gedərək oradakı sözügedən ünvanlardakı fərdi yaşayış evlərinin mövcud olub-olmamasını yerində baxış keçirməklə obyektiv həqiqəti oradaca müəyyən edə bilərdi. Bu isə nəticə etibarı ilə qanunsuz və əsassız olan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Lakin işə baxıb ## ### 2024-cü il tarixli həmin qətnaməni çıxarmış Nərimanov Rayon Məhkəməsi qeyd etdiyi bu məsələlərin heç birini etməmiş və çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsi ilə hüquqlarını və qanuni mənafeyini ciddi və kobud şəkildə pozmuşdur. Məhkəmə işə baxıb qətnamə çıxaran zaman maddi hüquq normalarını pozmaqla və düzgün tətbiq etməməklə bərabər, eyni zamanda bir sıra prosessual hüquq normalarının tələb və göstərişlərini də pozmuşdur. Məhkəmə tərəfindən hazırkı işə baxılıb qətnamə çıxarılan zaman MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Işə baxan məhkəmə sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, iddiaçı tərəfə qarşı tam qərəzli mövqe tutmuş, iddiaçı tərəfin dediklərini, verdiyi izahatları və izahatlar verərkən səsləndirdiyi fikirləri, izahatlar verən zaman istinad etdiyi fakt və sübutları, dəlilləri, təqdim etdiyi sənədləri tam qanunsuz və əsassız olaraq nəzərə almamış, iddiaçıya qarşı tam qərəzli, qeyri-obyektiv mövqe tutmuş, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinin əvvəlində qeyd etdiyi kimi birinci instansiya məhkəməsi çıxarmış olduğu qətnamədə söylədiyi dəlillərin nəzərə alınmadan cavabdehin yalan sözlərinə əsaslanmaqla məsələni tam, hərtərəfli və obyektiv araşdırmadan işin sonlanmasına səbəb olan nəticəyə gəlmişdir. Eləcə də qətnamədə iddia tələbində adlarını qeyd etdiyi həmin ailənin üzvlərinin, həmdə qeyri-şəxslərin evindən çıxarılmalarını qeyd etməli idi. Lakin məhkəmə bunu qətnamədə qeyd etməmişdir. Bu isə ədalətsizlikdir. Təkzib olunmaz faktdır ki, cavabdeh2 bir neçə il bundan əvvəl ərə getdikdən sonra yaşadığı ünvandan çıxıb tamamilə şəhərin başqa hissəsinə köçmüş, bu ünvanda yaşamamış, öz ər evində yaşamışdır və həmin 34 “V” saylı ünvandakı evdə məhz X1 tək yaşamışdır. Sözügedən ünvanlardakı evlər, yəni həm 34 “V” saylı ev, həyət, həm də ki, ** saylı ünvandakı ev və həyət biri-birindən tam ayrı olmaqla hər birinin ayrıca girişləri və çıxışları vardır. cavabdeh2 iddiaçıya bu evə rahat köçüb yaşamağını əngəlləmək üçün oraya müxtəlif şəxsləri vaxtaşırı gətirib yerləşdirməklə evə köçüb yaşamasına maneələr yaradır və digər şəxslər də buna yardımçı olurlar.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2025-ci il tarixli 2(103)- ***/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər - A.Imanov (məruzəçi), M.Məmmədov və F.Talışinski).
23. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirilən mənzildə yaşamaq hüququnun mövcudluğu qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə ilə iddiaçının mübahisələndirilən mənzilə sahiblik hüququ deyil, yalnız həmin mənzilə köçürülərək orada yaşamaq hüququ müəyyən edilmişdir. Lakin bu hüquq ona həmin mənzildə yaşamaq hüququ olan digər şəxslərin və ya onların yaxınlarının (qohumlarının) həmin mənzildən çıxarılmasını tələb etmək imkanı vermir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisəli tikili üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəticə etibarilə iddiaçı sahibliyində olmayan əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqa malik deyildir.
25. Məhkəmə kollegiyası eyni zamanda mübahisələndirilən evin 34 “V” və ya ** saylı ünvan olması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflərin eyni evə iddia etmələri işin halları və icra hərəkətlərindən verilmiş şikayətə baxan məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı ilə təsbit edilmişdir.
26. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 14, 152, 157-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Iddiaçı qətnamədən kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməyən hissəsində də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti, iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxaran zaman maddi hüquq normalarını pozmaqla və düzgün tətbiq etməməklə bərabər, eyni zamanda MPM-in 88-ci maddəsinin tələblərini də pozmuşdur. Məhkəmə işə baxarkən bütün tərəflərin iştirakı ilə həmin küçəyə gedərək sözügedən ünvanlardakı fərdi yaşayış evlərinin mövcud olub-olmamasını yerində baxış keçirməklə obyektiv həqiqəti orada da müəyyən edə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi buna əhəmiyyət verməmişdir. Bu isə nəticə etibarı ilə ədalətsiz və qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
29. Cavabdeh cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, hər iki instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsində düzgün nəticəyə gəlmişdir. Iş materiallarından görünür ki, iddiaçının mənzilin boşaldılması hissəsində subyektiv hüququ yoxdur. Buna görə də kassasiya şikayətinin təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının # ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (hakimlər - Ə.Əhmədov (məruzəçi), V.Həsənov və İ.Şəfiyev).
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr hazırkı iş üzrə iddianın mahiyyətini və ona tətbiq edilməli olan hüququ düzgün müəyyən etməmiş, iddiaya maddi hüquq normalarına uyğun hüquqi qiymət verməmiş, qətnaməni müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışlar. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X10 X15 əks olunan ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.
32. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddiaçı sözügedən ünvanda yerləşən yalnız 2 otaqlı evə münasibətdə faktiki sahbiliyinin pozulduğunu iddia edir, cavabdehlər isə etiraz ərizəsində həmin ünvanda yerləşən evin 2 otaqdan ibarət olmadığını, evin valideynlərinə məxsus olduğunu və qeydiyyatda olmaqla həmin tikililərin onların faktiki sahibliyində oluduğunu göstərib, iddiaya etiraz etmişlər. Belə olan halda mübahisəli 2 otaqlı evdən başqa, sözügedən ünvanda olan digər tikililər hazırkı məhkəmə baxışının obyektinə çevrilə və iddiaçının tələbi həmin tikililərə münasibətdə təmin oluna bilməz.
33. Kassasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 159, 160, 163, 164, 165, 180-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddianın rədd edilməsinə aid hissədə ləğv olunaraq, həmin hissədə iddianın təmin olunması, cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh1 və cavabdeh3 Nərimanov rayonu, Daş Karxanası küçəsində yerləşən **V nömrəli iki otaqlı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və evin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 200 manatın cavabdehlər cavabdeh2, X5, cavabdeh1 və cavabdeh3 alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir (hakimlər - N.Cəfərov (məruzəçi), İ.Şirinov və E.Kazımov).
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Iddiaçı faktiki sahibliyə nail olmaqla evə sahiblik əldə edib. Iddiaçının evə sahiblik əldə etməsi qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli və Ali Məhkəmə tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnamə və qərarları ilə təsdiq olunur.
36. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159, 164, 165-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh cavabdeh2 (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunan hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının dələduzluğa məruz qalması ilə bağlı polis orqanına müraciət etməsi onun evi qanuni əsaslarla almadığını və heç bir sahibliyinin də olmadığını sübut edir. Bakı Apellyasiya Məhkəməsi yekun nəticəyə gələrkən bu halı araşdırmamış, sadəcə daha əvvəl qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd olunan “X1 48.500 manat pul alması” halına istinad etmiş, lakin pul alınmışsa belə, pulu alan adamın sahiblik hüququnu və ya evi satmaq səlahiyyətini yoxlamamışdır. Məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 159. Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir.
42. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
43. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
44. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
45. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin olunan hissəsində mübahisələndirildiyndən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
55. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Ali Məhkəmənin iş üzrə qəbul edilmiş əvvəlki qərarında verilmiş göstərişlər işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilmiş, işin faktiki halları və təqdim edilmiş sübutlar hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmışdır. Məhkəmə müəyyən edilmiş hallara tətbiq edilməli olan maddi hüquq normalarının dispozisiya şərtlərini yoxlamış, həmin normaların tələbləri baxımından hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır və eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
57. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
58. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının evə sahiblik əldə etməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq olunur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
60. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarı).
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.