Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-662/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər “xxxx”xxxx”xxxx”ASC, Bakı Şəhəri Sabunçu Rayon Icra Şöbəsi, “xxxx” X2 və cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; hərracın nəticələrinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Ispəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər “xxxx”xxxx “xxxx” ASC, Bakı Şəhəri Sabunçu Rayon Icra Şöbəsi, “xxxx” X2 və cavabdeh3 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2011-ci il tarixli etibarnamə ilə iddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməyi, əmlakı ipoteka qoymaq və digər səlahiyyətləri ##.##.2031-ci il tarixinədək oğlu Səlimov Rövşən Isa oğluna etibar etmişdir.
2. Həmin etibarnamə əsasında Səlimov X5 Emin Maarif oğlu adlı şəxsin “xxxx” KB ASCdən götürdüyü kredit öhdəliyinin təminatı olaraq iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi * saylı evin * saylı ümumi sahəsi 157,2 kv.m olan 4 otaqlı mənzili ipoteka ilə yüklü etmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2016-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə cavabdeh Səlimov Rövşən Isa oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, iddia tələbi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh X3 ##.##.2011-ci il tarixli, **B*/** saylı kredit müqaviləsinə əsasən cəmi 155.924 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq “xxxx” ASC-yə verilməsi, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi * saylı evin * saylı mənzilinə yönəldiməsi, evin ilkin satış qiymətinin 120.000 manat olaraq müəyyən edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, * saylı mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinin təmin edilməsi, İddiaçı və Səlimov Rövşən Isa oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, * saylı mənzildən, mənzil satıldıqdan ən geci 1 ay ərzində çıxarılmaları qət edilmişdir.
4. Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin hərracın keçirilməsinə dair ##.##.2016-cı il tarixli, ** saylı bildirişə əsasən, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, * nömrəli mənzilə dair açıq hərracın keçirilməsi ##.##.2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 120.000 manat göstərilmişdir.
5. Sabunçu rayon Icra şöbəsi tərəfindən xxxx” MMC-yə ünvanlanmış ##.##.2016-cı il tarixli məktubla hərracın Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)- **/**** nömrəli qərardadına əsasən dayandırılması xahiş edilmişdir.
6. Sabunçu rayon Icra şöbəsi tərəfindən xxxx” MMC-yə ünvanlanmış ##.##.2017-ci il tarixli məktubla hərracın davam etdirilməsi xahiş edilmişdir.
7. Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin hərracın keçirilməsinə dair ##.##.2017-ci il tarixli, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, * nömrəli mənzilə dair açıq hərracın keçirilməsi ##.##.2017-ci il tarixə saat 11:00a təyin edilmişdir. Əmlakın satış qiyməti 102.000 manat müəyyən edilmişdir.
8. Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin hərracın keçirilməsinə dair ##.##.2017-ci il tarixli bildirişindən görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, * nömrəli mənzilə dair açıq hərracın keçirilməsi ##.##.2017-ci il tarixə saat 11:00-a (ramazan bayramı ilə əlaqədar hərrac ##.##.2017-ci il tarixindən ##.##.2017-ci il tarixinə keçirilmişdir) təyin edilmişdir.
9. Hərracın yekunları barədə **/**-* saylı, ##.##.2017-ci il tarixli protokola əsasən Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, * nömrəli mənzil 76.500 manata tələbkar “xxxx” ASC tərəfindən əldə edilmişdir.
10. “Birja Yenilikləri” qəzetinin 11.11.-##.##.2016-cı il, 25.11-##.##.2016-cı il, 30.06 ##.##.2017-ci il, 09.06.-##.##.2017-ci il və 26.05-##.##.2017-ci il tarixli tirajlarına əsasən, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, * nömrəli mənzilinə dair açıq hərracın keçirilməsi, 30.06##.##.2017-ci il tarixli tirajında isə hərracın baş tutmaması elan edilmişdir.
11. Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, * saylı mənzil “xxxx” ASC-nin adına ##.##.2017-ci il tarixində qeydə alınmışdır.
12. ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı “xxxx” ASC Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, * nömrəli mənzili 175.000 manata alıcı cavabdeh3 satmışdır. Hazırda daşınmaz əmlak onun mülkiyyətindədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı İddiaçı cavabdehlər “xxxx”xxxx “xxxx” ASC, Bakı Şəhəri Sabunçu Rayon Icra Şöbəsi, “xxxx” X2 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərracın, o cümlədən cavabdehlər “xxxx”xxxx “xxxx” ASC və Sabunçu rayon Icra şöbəsi arasında bağlanmış 2017-ci il # #### tarixli, **/**-* nömrəli hərracın nəticələri haqqında yekun protokolun, hərracın yekunu üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilənin etibarsız sayılması, “xxxx” KB ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, “xxxx” KB ASC ilə cavabdeh3 arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi və cavabdeh cavabdeh3 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, həmin ev iddiaçı tərəfindən 2003-cü ildə alınmışdır. Evi iddiaçının qızı nümayəndə2 alsa da, ölkə hüdudlarından kənarda yaşadığı üçün anası İddiaçı adına rəsmiləşdirmişdir. 2011-ci ildə iddiaçının oğlu Səlimov Rövşən anası İddiaçı bildirib ki, evin kommunal məsələlərinin həlli üçün idarəyə gedib sənəd verməlidir. Iddiaçı oğlu ilə birgə idarəyə getmişdir, həmin vaxt iddiaçının notariusda olmasından məlumatı olmayıb. Bundan başqa, iddiaçıya əmlakının idarə edilməsi hüququnun oğluna verilməsi barədə də məlumat verilməyib və bu haqda məlumat etibarnamədə də göstərilməyib. Səlimov Rövşən iddiaçıya bildirib ki, yaşlı qadın olduğu üçün evin kommunal məsələlərinin həlli ilə bağlı sənəd versin. Oğlu Rövşən Səlimov onu aldadaraq əldə etdiyi etibarnamədən istifadə edərək mülkiyyətindəki evi Emin Quliyevin götürmüş olduğu kreditə görə ipotekaya qoymuşdur. Daha sonra isə planlandığı kimi heç bir ödəniş edilməmiş və məhkəmə qərarlarını götürdükləri zaman bəlli olmuşdur ki, məhkəmənin qərarı ilə yekun olaraq 155974 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın onun mülkiyyətində olan evə yönəldilməsi qərara alınmış, daha sonra da hərraca çıxarılmışdır. Nə məhkəmələr barədə nə də ki, hərrac barəsində onun heç bir məlumatı olmamışdır. Hərracın keçirilməsinə dair bildirişdə X3, Səlimov Rövşən Isa oğlu və iddiaçı - İddiaçı olmaqla üçünün adı qeyd edilməklə bildiriş bir ünvana - Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 6 mənzil 44 ünvanına göndərilmiş, onun nə qeydiyyat ünvanına, nə də ki, faktiki ünvanına bildiriş göndərilməmişdir. Əmlakın mülkiyyətçisi olaraq hərracda iştirak edərək əmlakını almaq hüququ olmasına baxmayaraq, iştirakı təmin edilməmiş, nəticədə milyon dəyərində olan əmlakı bankın qərəzli oyunu nəticəsində 76.000 manata özləri tərəfindən qəbul edilmişdir.
15. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə müddətin tətbiqi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yerləşən * saylı evin * saylı mənzili kreditin təminatı olaraq “xxxx” ASC-də ipotekaya qoyulmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2016-ci il tarixli qətnaməsi əsasında tutma yönəldilərək açıq hərraca çıxarılmışdır. “xxxx" MMC-nin hərracın nəticələri haqqında ##.##.2017-ci il tarixli **/**-* saylı protokoluna əsasən qeyd olunan ev “xxxx”xxxx“xxxx” ASC-nin mülkiyyət hüququ ##.##.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Daha sonra isə sözügedən əmlak ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh3 satılmışdır. Iddiaçı daha əvvəl də 2017-ci ildə hərracın yekunları üzrə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Səbail Rayon Məhkəməsində iddia qaldırmış, lakin ərizə baxılmamış saxlanmışdır, ona görə ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, iddiaçı 2017-ci ildə əmlakın hərracdan satılaraq bankın mülkiyyətinə keçməsi barədə məlumatlı olmuşdur. Odur ki, iddiaçının əmlakın hərracdan satılmış olmasından məlumatsız olması mümkün deyildir.
16. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi vəkil2 bildirmişdir ki, Səlimov Rövşən və iddiaçının özü ünvan 2ndə qeydiyyatdadır. Işğal altında olduğu üçün hərrac təşkilatı həmin ünvana bildiriş göndərməyib. Ikinci hərracın keçirilməsi ilə bağlı qaimələrdən görünür ki, bildirişlər Laçın rayonuna göndərilə bilmədiyindən ipoteka predmetinin olduğu ünvana göndərilib. Daha sonra isə icra məmuru ipoteka predmeti olan ünvana getmiş, həmin vaxt isə evdə faktiki olaraq yaşayan şəxslərə məhkəmə qətnaməsinin olduğu və onun icra olunacağı barədə məlumat vermiş, həmin şəxslər isə İddiaçı və Səlimov Rövşən Isa oğluna zəng edərək məlumat vermişlər. Yəni 2018-ci ildə də iddiaçı qətnamənin olmasından xəbərdar olmuşdur. Evin qiyməti isə məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Əmlak bankın mülkiyyətinə keçdikdən sonra 2021-ci ildə cavabdeh3 adlı şəxsə satılıb.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 bildirmişdir ki, o, elanı birja qəzetində görmüşdür. Evi 174000 manata əldə etmişdir. Evin 600000 manata olması mümkün deyildir, belə ki, o, evi alan zaman ev pis vəziyyətdə idi. Evə xeyli miqdarda xərc çəkmişdir və təmir etdirmişdir. Hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. Iddianın təmin edilməməsini xahiş etmişdir.
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-cü il ## ##### tarixli 2(005)- ***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Nərgiz Tağıyeva).
19. Birinci instansiya məhkəməsi ilk növbədə, etibarnamənin aldatma yolu ilə alınması ehtimalına münasibət bildirərək qeyd etmişdir ki, etibarnamə verilərkən tərəflər səlahiyyətli, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, etibarnamə konkret məqsədlə verilmiş, etibarnamə forma və məzmunca qanunvericiliyin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. Həmçinin həmin etibarnamə məhkəmə qaydasında etibarsız hesab edilməmişdir, hazırkı icraatda isə müvafiq tələb irəli sürülməmişdir. Bu baxımdan iddiaçının etibarnamənin etibarsız olması ilə bağlı dəlilləri öz təsdiqini tapmamışdır.
20. Məhkəmə tərəfindən keçirilən hərraclar barədə iddiaçının rəsmi qeydə alındığı ünvana bildirişlərin göndərilməməsində hərrac təşkilatının hər hansı bir təqsiri müəyyən edilməmişdir. Iddiaçının, eləcə də evi ipoteka qoymuş nümayəndəsinin rəsmi qeydə alındığı ünvan Laçın rayonunda olduğundan, ora isə işğal altında qaldığından bildirişlərin həmin ünvana göndərilməsi mümkün olmamışdır. Bu səbəbdən hərrac təşkilatı tərəfindən bildirişlər əsas borclunun və ipoteka qoyulmuş evin ünvanına göndərilmişdir. Ipoteka predmeti olan ünvana göndərilmiş məktubların qəbul edilməsindən imtina edilmişdir. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir.
21. Hərraca çıxarılan daşınmaz əmlakın dəyərinin az olması barədə iddiaçının dəlilləri ilə bağlı məhkəmə bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin ## ####### 2013-cü il tarixli qətnaməsi və ## ###### 2014-cü il tarixli əlavə qətnaməsi ilə daşınmaz əmlakın dəyəri (120000 ABŞ dolları) müəyyən edilmiş və onun açıq hərracdan satılması qət edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, borc məbləği dəyişdirilmiş, evin ilkin satış qiymətinin 120000 ABŞ dolları deyil (iddia tələbindən kənara çıxıldığından), 120000 manat olması müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür.
22. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlmişdir ki, daşınmaz əşyanın satılması ilə bağlı hərracın keçirilmə qaydalarının pozulması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia təmin edilməməlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-362.2 və 363.1-363.3-cü maddələrinin əvvəlki redaksiyasına, 6, 354.1, 415.2 və 416-cı maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 35-39, 39.3.3, 41.2-ci, 41.3, 41.5, 42, 43, 43.5, 43.7 və 44-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə ## ###### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Ismayılzadənin şikayətinə dair” ##.##.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.2 və 233.3-cü maddəsinə istinadla əsaslandırılmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Iddiaçı birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (qızı nümayəndə2) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, anası Qaradağ rayonunda yataqxanada yaşayır, yaşlı, savadsız qadındır, etibarnamənin nə olduğunu bilmir. Qardaşı isə dələduzluqla məşğuldur, mərc oyunları oynayır, daha əvvəl barəsində polisə şikayət edilsə də, qardaşı sərbəst buraxılıb. Oğlu əməliyyat olunduğundan son illərdə Azərbaycana gələ bilməmiş, nəhayət gəldikdə isə evin satıldığını görmüşdür.
27. Iddiaçının nümayəndəsi və vəkili həmçinin bildirib ki, etibarnamədən iddiaçının məlumatı olmamışdır. Bununla bağlı polisə müraciət etmişdir və ekspertiza keçirilmişdir. Orada olan imzanın iddiaçıya məxsus olmasını müəyyən etmək olmur. Cavabdeh Səlimov Rövşən izahatında bildirir ki, proseslərlə bağlı o iddiaçıya məlumat verməmişdir, çünki iddiaçıya məlumat versəydi, o evin faktiki sahibinə məlumat verəcəkdi və aralarında mübahisə baş verəcəkdi. Iddiaçının mobil telefonu yoxdur. Həmin dövrdə yalnız Rövşənlə əlaqə saxlanılmışdır. Belə ki, o, anasının məlumatı olmasın deyə yalnız onunla əlaqə yaradılmasını istəyib. Icra məmuru isə iddiaçının özünü tapıb, ona məlumat verməli idi. Əgər o, iştirak edə bilmirdisə, arayış tərtib edib icra işinə əlavə etməli idi. Cinayət işinə xitam verilməsinə dair qərarda etibarnamədəki imzaya münasibət bildirilməmiş, yalnız iddia ərizəsindəki imzaya münasibət bildirilmişdir. Sonra iş materiallarının əldə edilməsi ilə bağlı vəsatət verdikdə müəyyən olundu ki, İddiaçı 2017-ci ildə qərardadın götürülməsi ilə bağlı etibarnamə vermişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək bildirib ki, cavabdeh əmlakı hərracdan deyil, bankdan almışdır. Hesab edir ki, cavabdehin mülkiyyət hüquqları qorunmalıdır. Eyni zamanda, iddiaçı tərəf hərracın nəticələrini mübahisələndirməklə səmimi davranmır. Çünki qüvvədə olan etibarnamə var və etibarnamə ləğv olunmamışdır. Iddiaçı yaşlı qadın olsa da, bütün proseslər etibarnamə əsasında oğlu tərəfindən aparılmış, həmin etibarnamə əsasında məhkəmədə prosessual hərəkətlər edilmişdir. Təmsil etdiyi şəxsin əvvəlcədən bankla hər hansı əlaqəsi olmamışdır.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il ## ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif Isgəndərov və Səadət Səlimova).
30. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının öz mübahisəli mənzilə dair etibarnamə verərkən sonuncu tərəfindən aldadılıb-aldadılmaması hazırki işin həlli baxımından əhəmiyyət kəsb etmir.
31. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq bildirmişdir ki, iddiaçı yalniz oğluna deyil, ##.##.2017-ci il tarixində Qədirov Rafiq Rza oğluna da etibarnamə vermiş və etibarnaməni şəxsən özü imzalamış, etibarnaməyə əsasən Qədirov Rafiq Rza oğluna iddia ərizəsinin imzalanması, məhkəmə aktlarından şikayətin verilməsi və digər səlahiyyətləri verilmiş, həmin etibarnamə əsasında Qədirov Rafiq Rza oğlu Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadı almışdır. Belə olan halda, iddiaçının ikinci dəfə başqa şəxsə məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı etibarnamə verərkən onun da mahiyyətini anlamadığı, artıq məhkəmə aktına əsasən kredit müqaviləsi üzrə borcun mənzilə yönəldildiyi, bununla bağlı hərracın keçirildiyi ilə bağlı məlumatlı olmadığı ağlabatan və inandırıcı deyil.
32. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh “xxxx” MMC hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmiş, hər hansı pozuntuya yol verməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.2, 324.1, 337.1, 359.1, 362.1, 362.2, 414.1, 414.3, 415.5 və 416.1ci, “Ipoteka haqqında” Qanunun 42.1, 42.3, 43.4, 43.5, 43.7 və 44-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyasındakı birinci icraat
34. Iddiaçı kassasiya şikayəti və şikayətə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işin faktiki hallarını nəzərə almamış, işin hallarını səthi araşdırmış, nəticədə maddi hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Halbuki, hərracın keçirilməsi ilə bağlı iddiaçıya poçt vasitəsilə məlumat verilməsinə dair işdə heç bir konkret sübut mövcud deyildir. Hazırki iş üzrə ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması üçün ##.##.2016-cı il tarixə təyin edilmiş hərrac ümumiyyətlə keçirilməmişdir. Belə ki, iddiaçı icra sənədinin verilməsi üçün əsas olan məhkəmə qətnaməsi kassasiya qaydasında mübahisələndirdiyindən Sabunçu rayon Icra Şöbəsinin rəsmi müraciətinə əsasən hərrac ümumiyyətlə keçirilməmiş, hərracın keçirilməsi proseduru dayandırılmışdır. Tərəflər arasında məhkəmə mübahisələri yekunlaşdıqdan sonra, Sabunçu Rayon Icra şöbəsi yenidən Hərrac Mərkəzinə müraciət edərək, hərracın davam etdirilməsini xahiş etmişdir. Belə olan halda, ipoteka predmetinin satılması ilə bağlı hərrac təkrar deyil, ilk hərrac kimi təşkil edilərək keçirilməli, əmlakın ilkin satış qiyməti də ilk hərraca uyğun olaraq 120.000 manat müəyyən edilməli idi. Lakin işdə olan sənədlərdən də göründüyü kimi, Hərrac Mərkəzi ##.##.2016-cı il tarixə təyin edilmiş, lakin dayandırılaraq keçirilməmiş hərracı, baş tutmamış hərrac kimi qəbul etmiş və hərracın dayandırılması üçün əsas olan hal aradan qalxdıqdan sonra, ##.##.2017-ci il tarixə təkrar hərrac təyin edərək, əmlakı ilkin satış qiymətindən 15% aşağı salmaqla, 102.000 manat müəyyən etmişdir. Halbuki, “Ipoteka haqqında” Qanun (43.1-ci maddə) hərracın baş tutmamasının əsaslarını müəyyən etmişdir ki, hərracın dayandırılması həmin əsaslar sırasında deyil. Göründüyü kimi, Hərrac Mərkəzi hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuş, ilk hərrac keçirilmədiyi halda, əmlakı birbaşa ilkin satış qiymətindən 15% aşağı qiymətlə təkrar hərraca çıxarmış, nəticədə iddiaçıya məxsus əmlak aşağı qiymətlə Bankla əlaqəsi olan şəxs (cavabdeh3) tərəfindən əldə edilmişdir. Hərrac Mərkəzi tərəfindən bu pozuntulara yol verilməsi nəticəsində iddiaçı mülkiyyətindən məhrum olmuşdur.
36. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş hərracdan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, * nömrəli mənzili real bazar dəyərindən qat-qat aşağı qiymətə almış cavabdeh3, həm də eyni zamanda həmin mənzilin yerləşdiyi torpaq sahəsini və bu torpaq sahəsində iddiaçı tərəfin vəsaiti hesabına inşa edilmiş digər tikililəri (qaraj, besedka, hovuz, hamam, ayaqyolu və sair) heç bir əvəz ödəmədən öz sahibliyinə keçirmiş, bununla da iddiaçının hesabına əsassız varlanmışdır. Halbuki, qeyd olunan əmlaklar, yəni nə torpaq sahəsi, nə də ki, həyətdə inşa edilmiş digər tikililər ipoteka predmeti olmamışdır.
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər – Vüsalə Baxışova (məruzəçi), Zəki Babayev və Zaur Əliyev). Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxmış məhkəmə tərəfindən mübahisələndirilən hərrac keçirilərkən “Ipoteka haqqında” Qanunun 42ci və 43-cü
39. maddələrinin tələblərinin pozulduğu nəzərə alınmamışdır.
40. Belə ki, hərrac təşkilatı tərəfindən iddiaçının mülkiyyətində olan mənzillə bağlı ilk dəfə açıq hərracın keçirilməsi ##.##.2016-cı il tarixə təyin edilsə də, Sabunçu rayon Icra şöbəsinin ##.##.2016-cı il tarixli məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadına əsasən hərrac dayandırılmış, ##.##.2017-ci il tarixli məktubla isə hərracın davam etdirilməsi xahiş edilmişdir.
41. Belə olan halda ##.##.2016-cı il tarixə təyin edilmiş hərrac keçirilmədiyindən hərrac təşkilatı tərəfindən ##.##.2017-ci il tarixə təyin edilmiş, sonradan həmin gün qeyri-iş günü olduğu üçün ##.##.2017-ci il tarixə keçirilmiş hərrac təkrar hərrac deyil, birinci hərrac kimi keçirilməli və həmin tarixdə mənzil məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiyməti ilə hərraca çıxarılmalı idi.
42. Hazırkı halda məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan mənzillə bağlı ##.##.2017-ci il tarixdə keçirilmiş ilk hərracda mənzilin ilkin satış qiymətinin 15 faiz aşağı salınması və bu hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmetinin 25 faiz aşağı qiymətlə tələbkara təklif edilməsinin “Ipoteka haqqında” Qanunun tələblərinə uyğun olubolmamasına hüquqi qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, Qanuna əsasən mənzilin ilkin satış qiymətinin 15 faiz aşağı salınması yalnız təkrar hərrac zamanı və Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmadığı halda mümkündür.
43. “Ipoteka haqqında” Qanunun 42.1-ci maddəsində hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək və ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi nəzərdə tutulmuşdur.
44. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı məcburi köçkün olmaqla qeydə alındığı ünvan ünvan 2 olmuş, hərraclar keçirildiyi vaxt həmin rayon işğal altında olduğundan bildirişlər iddiaçının mülkiyyətində olan mənzilə göndərilmişdir.
45. Işdəki Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Qaradağ rayonu sektorunun ##.##.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı məcburi köçkün kimi Səngəçal qəsəbəsi, * saylı yataqxanada məskunlaşmışdır. Hərrac təşkilatı tərəfindən iddiaçının məcburi köçkün kimi faktiki məskunlaşdığı ünvan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin Işləri üzrə Dövlət Komitəsinə sorğu verilməklə araşdırılmamış, həmin ünvana hər hansı bildiriş göndərilməmişdir.
46. Işə baxmış məhkəmə hesab etmişdir ki, hərraclar barədə “Birja yenilikləri” qəzetində elanlar dərc edildiyindən və iddiaçının mülkiyyətində olan mənzilə bildirişlər göndərildiyindən “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsinin tələbinə riayət olunmuş hesab edilməlidir.
47. Bu mövqe o zaman əsaslı olardı ki, iddiaçının əmlakının ipoteka ilə yüklü edilməsi barədə məlumatlı olduğu və həmin mənzildə yaşadığı mötəbər sübutlarla təsdiq edilmiş olsun. Hazırkı halda iş materiallarında iddiaçının mülkiyyətində olan mənzildə yaşadığını təsdiq edən hər hansı sübut yoxdur. Işdəki Sabunçu rayon Icra Şöbəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra sənədi icra edilərkən həmin mənzildə X4 adlı şəxs və onun ailəsinin yaşadığı müəyyən edilmişdir.
48. Bundan əlavə, işdəki ##.##.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə Qərardan görünür ki, iddiaçı oğlu Səlimov Rövşən Isa oğlunun onu aldadaraq əmlakını dələduzluq yolu ilə ələ keçirməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, həmin ərizə üzrə araşdırma aparılarkən Səlimov Rövşən Isa oğlu istintaq orqanına verdiyi ifadədə anasından etibarnaməni mənzilə dair kommunal işlər görəcəyi, onu get-gələ salmamaq adı ilə aldığını, evi girova qoyarkən məlumat vermədiyini, vaxt qazanmaq üçün anasının adından iddia qaldırıldığını və həmin iddia ərizənin onun tərəfindən imzalandığını təsdiq etmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş bu sübuta və iş materiallarının 168-171-ci vərəqlərinə əlavə edilmiş ekspert rəyinə (2017-ci ildə məhkəməyə iddiaçının adından təqdim edilmiş iddia ərizəsindəki imzanın iddiaçıya məxsus olmaması ilə bağlı) hər hansı hüquqi qiymət verilməmiş, yalnız iddiaçı tərəfindən oğlu Səlimov Rövşən Isa oğluna və Qədirov Rafiq Rza oğluna verilmiş etibarnamələrə istinad etməklə iddiaçının hərrac barədə məlumatlı olduğuna dair nəticəyə gəlmişdir.
50. Halbuki, ipoteka qoyanın mülkiyyətində olan əmlakının satışı ilə bağlı keçirilmiş hərrac barədə məlumatlandırılmaması və əmlakın hərracda qanuni əsas olmadan ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə satılması mülkiyyət hüququnun pozuntusu hesab olunduğundan məhkəmə nəzərə almalı idi ki, iddiaçının hərrac barədə məlumatlandırıldığı dolayı sübutlarla deyil, yalnız əsaslı şübhədən kənar mötəbər sübutlarla təsdiq edildiyi halda ədalətli məhkəmə araşdırması prinsipi təmin edilmiş olur.
51. Məhkəmə tərəfindən işdə olan sübutlar üzrə qiymətləndirmə aparılarkən 2017-ci ildə 80 yaşı olmuş iddiaçının hər gün kütləvi informasiya vasitələrində dərc edilmiş elanları izləyərək mübahisələndirilən hərrac barədə məlumat əldə etməsinin ağlabatan olmadığı, ipoteka predmeti olan mənzildə yaşamadığı üçün həmin ünvana göndərilmiş bildirişləri almadığı nəzərə alınmalıdır.
52. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1 və 416.2-ci, “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (2016-2017-ci ildə qüvvədə olan redaksiyada) 42.1, 43.1, 43.1.1, 43.1.2, 43.1.3, 43.3, 43.4, 43.5, 43.7 və 44-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1 və 416.2-ci maddələrinə istinadən əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
53. Təkrar apellyasiya baxışı zamanı cavabdeh “xxxx” MMC apellyasiya şikayətinə qarşı elektron məhkəmə informasiya sistemi vasitəsilə yazılı etiraz edərək bildirmişdir ki, hərracın dayandırılması barədə Sabunçu rayon Icra şöbəsinin ##.##.2016-cı il tarixli məktubu həmin tarixdə deyil, məhz ##.##.2016-cı il tarixdə, yəni birinci hərracın keçirildiyi ##.##.2016-cı il tarixindən 7 gün sonra "xxxx" MMC-yə daxil olaraq, qeydiyyata alınmışdır. Hətta, “Birja yenilikləri” qəzetinin ##.##.2016-cı il tarixli ** saylı buraxılışında da ##.##.2016-cı il tarixə təyin olunmuş birinci hərracın baş tutmaması barədə elan verilmişdir. Göründüyü kimi, ##.##.2016cı il tarixli sözügedən məktub hərrac keçirildikdən 7 gün sonra "xxxx" MMC-yə daxil olduğundan birinci hərracın keçirilməsi dayandırılmamış və hərracın baş tutmaması barədə ##.##.2016-cı il tarixdə kütləvi informasiya vasitələrində də elan verilmişdir. ##.##.2016-cı il tarixdə sözügedən məktub hərrac təşkilatına daxil olduqdan sonra isə növbəti tarixə, yəni ##.##.2016-cı il tarixli bildirişlə ##.##.2017-ci il tarixə, saat 11:00-a təyin olunmuş təkrar hərracın keçirilməsi dayandırılmışdır. Daha sonra, Sabunçu rayon Icra şöbəsinin ##.##.2017ci il tarixli məktubu ilə yenidən hərracın davam etdirilməsi xahiş edilmiş və təkrar hərrac qanunun tələblərinə müvafiq olaraq keçirilmişdir.
54. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə audit (maliyyə-təsərrüfat) ekspertizası təyin edilmiş, ekspertizanın qarşısında iş materiallarında mövcud olan Sabunçu Rayon Icra Şöbəsinin ##.##.2016-cı il tarixli hərracın dayandırılması barədə məktubun “xxxx” MMC-yə daxil olma tarixinin (MMC daxilində kargüzarlıq və sənədlərin dövriyyəsi üzrə qeydiyyatlara əsasən) müəyyən edilməsi barədə sual qoyulmuş, auditin aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir.
55. Auditor ##.##.2025-ci il tarixli məktubla məhkəməyə cavab verərək bildirmişdir ki, Sabunçu Rayon Icra Şöbəsinin ##.##.2016-cl il tarixli hərracın dayandırılması barədə məktubunun "xxxx" MMC-yə daxil olma tarixi ancaq bu MMC daxilində kargüzarlıq və sənədlərin dövriyyəsi üzrə qeydiyyatlara əsasən müəyyən edilə bilərdi. Lakin ##.##.2025-ci il tarixdə "xxxx” MMC-nin direktoru bildirib ki, 2016-2019-cu illərə aid işçi heyət üzrə əmrlər və işçilərin əmək haqqı üzrə hesablaşma-ödəniş cədvəlləri istisna olmaqla digər sənədlər, o cümlədən qeydiyyat jurnalları məhv edilmək üçün ayrılaraq məhv edilmişdir. Bu səbəbdən də Sabunçu Rayon Icra Şöbəsinin ##.##.2016-cı il tarixli hərracın dayandırılması barədə məktubunun "xxxx" MMC-yə daxil olma tarixini müəyyən etmək mümkün olmadı. “xxxx” MMCnin saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə ##.##.2025-ci il tarixli akt məktuba əlavə edilir.
56. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ####### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, mübahisəli fərdi yaşayış evinə dair keçirilmiş hərrac, o cümlədən cavabdehlər “xxxx”xxxx “xxxx” ASC və Sabunçu rayon Icra şöbəsi arasında bağlanmış ## #### 2017-ci il tarixli, **/**-* nömrəli hərracın nəticələri haqqında yekun protokolun, hərracın yekunu üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (Hakimlər - Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad Imanov və Məmməd Məmmədov).
57. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh ilk dəfə açıq hərracın keçirilmə tarixini ##.##.2016-cı il tarixə təyin etmiş, bu barədə müvafiq kütləvi informasiya vasitəsində elan verilsə də, bildirişlər iddiaçının mülkiyyətində olan mənzilə göndərilmişdir. Halbuki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı həmin dövrdə məcburi köçkün olaraq Qaradağ rayonu, Səngəçal qəsəbəsi, * saylı yataqxanada məskunlaşmışdır. Cavabdeh tərəfindən iddiaçının məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı ünvan araşdırılmadan onun mülkiyyətində olan mənzilə bildiriş göndərilmişdir.
58. Digər tərəfdən, Sabunçu rayon Icra şöbəsi ##.##.2016-cı il tarixli məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadına əsasən hərracın dayandırılması, ##.##.2017-ci il tarixli məktubla isə hərracın davam etdirilməsi xahiş etmişdir. Belə olduğu halda ##.##.2017-ci il tarixdə keçirilmiş hərrac təkrar hərrac kimi keçirilməli olmadığı halda, cavabdeh tərəfindən pozuntuya yol verilərək təkrar hərrac kimi keçirilərək mənzilin qiyməti ilkin satış qiymətindən 15 % aşağı salınmış, bu hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmeti 25 faiz aşağı qiymətlə tələbkara təklif edilmişdir.
59. Cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi məhkəmə kollegiyasına verdiyi izahatında Sabunçu Icra Şöbəsinin məktubunun Daşınmaz Əmlakın Satışı X1 MMC-yə gec çatdığını bildirmiş, lakin cavabdehlər tərəfindən bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin bu ziddiyyətlərə aydınlıq gətirmək məqsədilə iş üzrə müvafiq ekspertiza təyin edilmiş və auditin imtinası barədə məlumatla müəyyən edilmişdir ki, müvafiq sənədlərin hərrac mərkəzindən əldə edilməsi mümkün olmamışdır.
60. Məhkəmə kollegiyası hesab edib ki, hərracın keçirilməsi qaydaları cavabdehlər tərəfindən pozulduğundan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərrac, o cümlədən cavabdehlər “xxxx”xxxx “xxxx” ASC və Sabunçu rayon Icra şöbəsi arasında bağlanmış ## #### 2017-ci il tarixli, **/**-* nömrəli hərracın nəticələri haqqında yekun protokol, hərracın yekunu üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində iddia tələbi təmin edilməli, qalan hissədə təmin edilməməlidir.
61. Belə ki, kassasiya instansiya məhkəməsinin göstərişlərinin audit tərəfindən yoxlanılması üçün müvafiq sənədləşməni “xxxx” MMC təqdim etməli olduğu halda bunları təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
62. Digər hissədə (tələbin) mövcud olmayan “xxxx” KB ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi mümkün deyildir. “xxxx” KB ASC ilə cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi üçün sonuncunun vicdanlı alıcı olmamasına dair əsaslar müəyyən edilmədiyindən həmin hissədə iddia təmin edilə bilməz.
63. Qeyd edilənlərdən irəli gələrək də, cavabdeh cavabdeh3 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində də tələbin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415 və 416-cı, "Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42 və 43-cü, Mülki Prosessual Məcəlləsinin 76, 77, 80- 82.1, 106.2, 119, 217.4, 385-390 və 420-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
65. Iddiaçı İddiaçı (vəkil vəkil7) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
66. Kassasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Aqil Abbasov “xxxx” ASC-dən belə hərraca çıxarılan bir neçə əmlakları əldə etmişdir və o, vicdanlı alıcı hesab edilə bilməz. Iddiaçıya məxsus ev əşyaları, mebellər evdə olub və Aqil Abbasov bunu bilib. Ev çox ucuz qiymətə satılıb. Aqil Abbasov birinci instansiya məhkəməsində iştirak edərkən qonşu olduğu üçün evdən xoşu gəldiyini bildirib, daha sonra isə evin satılmasından elan vasitəsi ilə xəbərdar olması barədə ziddiyyətli izahatlar vermişdir. Hərrac qanunsuz keçirilibdir, “xxxx” ASC də vicdanlı alıcı ola bilməz və bankın adına verilmiş reyestrdən çıxarış da ləğv edilməlidir. Bütün bu hallar onun vicdansız sahib olmasını sübut etməyə kifayət edir. Mövcud qanunvericiliyin tələbinə görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Hazırkı işdə isə mübahisəli əmlakın dəyəri ödənilməklə alındığını demək mümkün deyil, çünki onun dəyəri nə satan, nə də alan tərəfindən düzgün müəyyən edilmiş və onlar üçün əhəmiyyətli olmamışdır.
67. Cavabdeh “xxxx” ASC (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin hərracın nəticələri haqqında yekun protokol və hərracın yekunu üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilənin etibarsız sayılması hissəsində ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
68. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hərrac təşkilatı tərəfindən hərraclar keçirilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elanın dərc edilməsi, habelə ipoteka qoyana bildirişin göndərilməsi öhdəliyi qoyulmuşdur. Işdən görünür ki, cavabdeh hərrac təşkilatı hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmiş, hər hansı pozuntuya yol verməmişdir.
69. Həmçinin ##.##.2016-cı il tarixə təyin edilmiş hərrac keçirilmişdir və bu barədə bildirişin sürəti məhkəməyə təqdim edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-nin kassasiya şikayətinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisə üzrə məhkəmə çəkişmələrinin 2023-cü ildən davam etməsinə və Hərrac Təşkilatının həmin mübahisədə tərəf kimi iştirak etməsinə baxmayaraq, mübahisəyə aid sənəd və qeydiyyat kitablarının məhv edilməsi məntiqsiz və əsassızdır. Bu hal, xüsusilə Sabunçu Rayon Icra Şöbəsinin məktubunun ##.##.2016-cı il tarixədək Hərrac Təşkilatına daxil olması faktının gizlədilməsi məqsədilə həyata keçirildiyini təsdiq edir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız və formal xarakter daşıyır.
71. Cavabdeh “xxxx” ASC iddiaçı İddiaçı kassasiya şikayətinə qarşı etiraz vermiş, etirazını kassasiya şikayətinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan rədd edilməlidir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
72. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
73. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
74. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (2016-2017-ci ildə qüvvədə olan redaksiyada)
75. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
76. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
77. Maddə 43.3.Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
78. Maddə 43.4. Ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
79. Maddə 43.5. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
80. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
81. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
82. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
83. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
84. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
85. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
86. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
87. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər
88. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
89. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
90. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
91. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
92. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
93. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
95. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
96. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Cavabdehin kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən birinci instansiya məhəməsinin qətnaməsinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı təmin etməklə həmin dəlillərə, habelə iddiaçının kassasiya şikayətinin dəlillərinə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
97. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
98. cavabdeh3la bank arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır.
99. Çünki Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
100. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il # ### tarixli Qərarı).
101. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
102. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar.
103. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il ## ####### tarixli Qərarı).
104. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
105. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
106. Buna görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələbini rədd etmişdir.
107. Cavabdehin kassasiya şikayətinin dəlilləri də əsassızdır. Çünki Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-**/**** nömrəli qərardadına əsasən hərracın dayandırılması barədə Sabunçu rayon Icra şöbəsinin ##.##.2016-cı il tarixli məktubunun hərrac təşkilatına hərrac keçirilməsindən əvvəl sonra daxil olması barədə mötəbər sübutu təqdim etmək vəzifəsi hərrac təşkilatının üzərinə düşür və hərrac təkilatı bu cür sübut təqdim etməmişdir.
108. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
109. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
110. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
111. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il # ####### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.