Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-679/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: gediş-gəliş yolunun açılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlu oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inziati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0,0040 ha torpaq sahəsi # ###### 2017-ci il tarixdən Cavabdeh adına danışmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0,00435 ha torpaq sahəsi ## ####### 2020-ci il tarixdən İddiaçı adına danışmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin ** saylı Lənkəran Ərazi Idarəsinin ## ### 2023-cü il tarixli imtina bildirişinə əsasən faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq tərəflər arasında mübahisə olduğundan ölçü işləri aparmaq mümkün olmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı (undan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDXnin ** saylı Lənkəran Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən onun Lənkəran rayonu, Şiləvar kəndində mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə baxış keçirməyə, onların iştirakı ilə fərdi yaşayış evinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və qanunsuz hərəkətlərə son qoyulması, həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində inşa edilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa olunmasına dair Lənkəran rayon IH-nin Memarlıq və Tikinti şöbəsindən icazə almış və həmin torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Hazırda iddiaçı ayrılmış torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini dövlət qeydiyyatına aldırmaq istəyir. Bununla əlaqədar, iddiaçı sənədlərini toplayıb ərizə ilə AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin ** saylı Lənkəran Ərazi Idarəsinə müraciət etmiş, Idarənin mütəxəssisləri ## ### 2023-cü il tarixdə iddiaçının inşa etdiyi fərdi yaşayış evinə baxış keçirmək və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib etmək istəmişlər. Lakin, cavabdeh tərəfindən qeyd edilən hərəkətlərin edilməsinə maneə yaradıldığından bütün bunları etmək mümkün olmamışdır. Ona görə, ərizəsinin icrası mümkün olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı inşa etdiyi fərdi yaşayış evini dövlət qeydiyyatına aldıra və həmin evə gedə bilmir. Cavabdeh iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin üzərində inşa etdiyi 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə ümumi istifadə üçün buraxılmış gediş-gəliş yolunu dəmir torlardan hazırlanmış darvaza ilə bağlamışdır.
6. AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ##.##.2020-ci il tarixli Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən edilmişdir. ##.##.2020ci il tarixli Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun olmaması müəyyən olunmuşdur. Belə ki, sözügedən Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaq ayırma “Sənədlərinə və mövcud baza məlumatlarına” əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi çevrədə mövcud daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində olması müəyyən olunmuşdur. Iddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş- gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 36 metr olması müəyyən edilmişdir. Bunun 26 metr məsafədə olan başlanğıc hissəsi (cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə qədər olan hissəsi) mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının istifadəsi üçün açıq olması müəyyən olunmuşdur. Qalan son 10 metr hissəsi yəni əsas mübahisə predmeti olan (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) hissəsinin isə mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu kimi olmaması müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən gedişgəliş yolu kimi iddia edilən həmin mübahisəli (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) torpaq sahəsinin bir hissəsinin hüquqların dövlət qeydiyyatı haqqında ##.##.2017-ci il tarixli Çıxarışla cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarında gedişgəliş yolu kimi nəzərdə tutlmaması müəyyən edilmişdir.
7. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin ## ######## 2023-cü il tarixli məhkəmə tiktinti-texniki ekspertizasının rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında ##.##.2020-ci il tarixli Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında ##.##.2020-ci il tarixli Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun olmaması müəyyən olunmuşdur. Belə ki, sözügedən Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaq ayırma “Sənədlərinə və mövcud baza məlumatlarına” əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi çevrədə mövcud daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində olması müəyyən olunmuşdur. Iddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş- gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 36 metr olması müəyyən edilmişdir. Bunun 26 metr məsafədə olan başlanğıc hissəsi (cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə qədər olan hissəsi) mövcud baza məlumatlarına əsasə və naturadakı vəziyyətə uyğun araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının istifadəsi üçün açıq alması müəyyən olunmuşdur. Qalan son 10 metr hissəsi yəni əsas mübahisə predmeti olan (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) hissəsinin isə mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu kimi olmaması müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən həmin mübahisəli (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) torpaq sahəsinin bir hissəsinin hüquqların dövlət qeydiyyatı haqqında ##.##.2017-ci il tarixli Çıxarışla cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Iddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutlmaması müəyyən edilmişdir.
8. Lənkəran Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Ş.Aslanov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, ## ######## 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə mübahisə predmeti ərazinin mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutulmaması müəyyən edilmişdir. Göstərilən hal məhkəmə ekspertiza rəyi ilə yanaşı, tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə ilə də təsdiq edilmişdir.
10. Məhkəmə öz hüquqi mövqeyini AR MPM-nin 14.2, 217.4, 218.3-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə (hakimlər S.İ.Mayılovun sədrlik edən, məruzəçi, T.X.Heydərov və İ.Q.Əsədovd) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş əlavə məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş olsa da, ## ####### 2023-cü il tarixdə məhkəmə iddiaçının, cavabdehin, cavabdehin vəkili vəkil1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsinin nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş, yerində müayinə protokolu tərtib edilmiş, video çəkiliş edilərək DVD diskə yazılmışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında tərəflərin iştirakı ilə sözügedən DVD disk də tədqiq edilmiş, müəyyən edilmişdir ki, gediş-gəliş yolu kimi iddia edilən hissə cavabdehin mülkiyyətində olan torpaq sahəsinə gedir, həmin zaman mütəxəssis qeyd edir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin arxa tərəfində olan həyət üçün yol Lənkəran- Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətindən nəzərdə tutulmuş, iddia edilən yerdən iddiaçının mülkiyyətinə gedən hər hansı gediş-gəliş yolu nəzərdə tutulmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd ki, işdə olan mütəxəssis və ekspert rəyləri ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Iddiaçı apellyasiya şikayətində müvafiq çıxarışla mülkiyyətində olan torpaq sahəsinin cizgi planı, yaxud yerləşmə sxemi tərtib olunarkən həmin torpaq sahəsinə gediş-gəliş yolunun Lənkəran-Lerik avtomobil yolu istiqamətindən deyil, hazırda mübahisəli olmaqla Şiləvar kənd bələdiyyəsinin mülkiyyətindəki ümumi istifadədə olan avtomobil yolundan nəzərdə tutulduğunu qeyd etsə də, bu hal iş materialları ilə təkzib edilir.
15. Həmçinin, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, 0,00435 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərində həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdırsa belə bu, iddiaçının təqsiri deyildir.
16. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmamış olması və iddiaçının bunda təqsirinin olmaması cavabdehin konstitusion müdafiə ilə təmin olunmuş xüsusi mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin, bu zaman nəzərə alınmalıdır ki, cavabdeh öz etirazında da bildirmişdir ki, əvvəllər iddiaçının həyətyanı sahəsinə Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində gediş-gəliş mümkün olsa da, sonradan iddiaçı öz obyektini böyütmək məqsədilə həmin yolu bağlamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının həyətyanı sahəsinə gediş-gəliş yolunun açılması məqsədilə satın alınması nəzərdə tutulan hər hansı bir ərazi üçün cavabdehin öz üzərinə öhdəlik götürübgötürməməsi onun sərbəst iradəsindən asılıdır və cavabdehin bu cür öhdəlikdən imtina etməsi onun öz mülkiyyətində olan torpaq sahəsindən iddiaçının həyətyanı sahəsinə, nəzərdə tutulmamış olsa belə, gediş-gəliş yolu kimi istifadə etmək üçün şərait yaratmalı olmasına əsas vermir. Iddiaçı əvvəllər həmin yoldan istifadə etdiyini, lakin sonradan cavabdehin həmin yol üzərində dəmir tordan darvaza çəkərək yolu bağladığını qeyd etmişdir. Məhkəmə kollegiyası mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilənlərə əsaslanaraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən onun mülkiyyətində olan əraziyə gedişgəliş 18.yolu kimi iddia edilən yolun təxmini ölçüsünün 36 metr olması və həmin yolun son 10 metr hissəsinin isə cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə düşdüyü müəyyən edilir. Belə olan halda mülkiyyətçi kimi cavabdeh özünə məxsus torpaq sahəsindən öz istədiyi şəkildə istifadə etmək imkanına malikdir və sənəd üzrə iddiaçının mülkiyyətində olan əraziyə gediş-gəliş yolu kimi nəzərdə tutulmamış bir yolun məhz onun ərazisindən keçməsinə icazə vermək və yaxud verməmək hüququna sahibdir.
19. Daha sonra, apellyasiya instaniyası məhkəməsi qeyd etmişdir ki, 36 metr uzunluğunda yol iddiaçının mülkiyyətində olan əraziyə gediş-gəliş yolu kimi nəzərdə tutulmadığından, həmin başlanğıc hissədə yol cavabdeh tərəfindən zəbt olunmuş olsa belə, iddiaçının həmin halla bağlı hər hansı tələb irəli sürmək hüququ yoxdur.
20. Belə ki, iddiaçının hüququnun mövcud olmamasının səbəbi həmin 36 metr uzunluğunda yolun onun mülkiyyətində olan əraziyə gediş-gəliş üçün nəzərdə tutulmamış olması və həmin yolun son 10 metr hissəsinin cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə düşərək, məhz cavabdehin mülkiyyətində olan əraziyə gediş-gəliş üçün nəzərdə tutulmasıdır.
21. Nəhayət, məhkəmə kollegiyası qeyd ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə dair Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iş materiallarına əlavə edilmiş olsa da, hazırkı mübahisənin həlli üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin tam olaraq müəyyən edilməsinə zərurət yoxdur. Bununla yanaşı, mütəxəssis və ekspert rəyləri ilə iddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Məhz gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilməsi nəticəsində onun son 10 metr hissəsinin cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə düşməsi müəyyən edilmişdir. Iddiaçı həm də mütəxəssis rəyinin əsaslılığına ciddi şübhələrin olduğunu qeyd etsə də, həmin rəylə müəyyən edilənlərin əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
22. Ona görə də məhkəmə kollegiyası GPS ölçmə alətləri vasitəsi ilə kameral şəraitdə baza məlumatları və hüquq müəyyənedici sənədlər əsasında aparılan araşdırmanın nəticəsi olaraq tərtib edilmiş mütəxəssis rəyini və həmin rəy əsasında verilmiş ekspert rəyini mötəbər sübut olaraq qəbul etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 170.2, 239.2, 240.1-ci, Torpaq Məcəlləsinin 4.1, 18.2, 20.1, 47.3, 55, 84.3, 111.1-ci, habelə MPM-nin 14.2, 77.2, 88, 107, 119.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Iddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçı fərdi yaşayış evi tikdikdə, evin qaz ilə təmin olunması məqsədi ilə “X1” QSC tərəfindən müvafiq sənədləşmə aparılmış, ## #### 2023-cü il tarixdə bu müəssisə ilə iddiaçı arasında müqavilə bağlanmışdır. “X1” QSC-nin mütəxəssisləri tərəfindən evin qazlaşdırılması üçün sxem və plan tərtib olunmuşdur. Əlavə olaraq “Azəriqaz” Istehsalat Birliyi tərəfindən texniki şərtlər tərtib olunaraq iddiaçının evinə qaz sayğacı quraşdırılmışdır. Eləcə də, evinə müvafiq sənədləşmə işləri aparıldıqdan sonra texniki təhlükəsizlik qaydalarına uyğun şəkildə elektrik xətti çəkilmişdir. Bütün bunlardan sonra cavabdeh özbaşınalıq edərək Şiləvar Bələdiyyəsinin mülkiyyətindəki ümumi istifadədə olan piyada və maşın yolundan istifadə etməsinə maneçilik törətməyə başlamış, 2023-cü ilin aprel ayında əvvəlcə xeyli dəmir metalı iddiaçının yeni tikdiyi evin ön tərəfinə yığmış, ardınca isə evin ön tərəfini dəmir hasarla bağlayaraq iddiaçının evinə girişi tam halda məhdudlaşdırmışdır. Bu barədə dəfələrlə cavabdehə bildirsə də, o, qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh tərəfindən süni şəkildə yaradılmış problemi razılıq yolu ilə həll etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. Iddiaçı cavabdehlə əvvəllər söhbət edərək qarşılıqlı razılaşmışlar ki, həmin ərazidə satılan obyektin 3 metr hissəsini eyni miqdarda vəsait ödəyərək alsınlar və oradan yeni tikdiyi evin həyətinə yolun açılması mümkün olsun. Cavabdeh əvvəlcə bununla razılaşsa da, sonradan qərarını dəyişmiş və yolun açılması üçün hər hansı məbləğdə pul ödəməyəcəyini bildirmişdir. Yəni iddiaçı hətta bələdiyyənin mülkiyyətində olan ümumi gediş-gəliş yolundan istifadədən tam imtina etmişdir. Lakin cavabdeh fikrini dəyişdiyinə, eləcə də iddiaçı maddi imkanı olmadığına görə evinin həyətinə LənkəranLerik yolunun sağ kənarında yerləşən obyektlərin birinin müəyyən hissəsini satın almaqla yol çəkilməsi mümkün olmamışdır. Torpaq sahəsini aldıqdan sonra Şiləvar Bələdiyyəsinin sabiq sədri həmin əraziyə gələrək cavabdehə hazırda iddianın predmeti olan yolun ümumi gediş-gəliş yolu olduğunu və bu yoldan iddiaçının da istifadə edəcəyini izah etmişdir. Bu zaman cavabdeh bələdiyyə sədrinin fikrinə heç bir irad bildirməmiş və onunla tam razılaşmışdır. Mübahisəli ərazidə yerləşən qeyri-yaşayış obyektləri Lənkəran- Lerik yolunun başlanğıc hissəsinin yaxın sağ kənarında, tikdiyi yeni fərdi yaşayış evi isə həmin obyektlərin arxa tərəfində yerləşir. Bu ərazidə olan daşınmaz əmlak obyektlərinə gedişgəliş yolunun mübahisə predmeti olan ərazidən olması praktiki cəhətdən mümkün belə deyildir. Yəni, gediş-gəliş yolu ilə bağlı yeni tikdiyi fərdi yaşayış evi ilə Lənkəran-Lerik yolunun yaxın sağ kənarında yerləşən qeyri-yaşayış obyektlərinin müqayisə edilməsi tamamilə mənasızdır. Mütəxəssis rəyi ilə bağlı iddiaçı bildirmişdir ki, gediş-gəliş yolu kimi hesab etdiyi ərazinin 10 metr hissəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, belə bir çıxarış mövcuddursa belə, həmin çıxarışda göstərilmiş, lakin ölçüsü məlum olmayan torpaq sahəsinin sərhədləri və döngə nöqtələri ilə sözügedən torpaq sahəsinin sənəd üzrə faktiki vəziyyətinin üst-üstə düşübdüşmədiyi müəyyən edilməmişdir. Iddiaçı ekspert rəyini əsassız hesab etdiyinə görə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair məhkəməyə ## ######## 2023-cü il tarixli vəsatət vermiş, birinci instansiya məhkəməsi heç bir əsaslı səbəb göstərmədən vəsatəti təmin etməmişdir. Həmçinin iddiaçının bütün tələblərinə hüquqi qiymət verilməmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən, məruzəçi), E.R.Vəliyeva və Ə.M.Xıdırov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
27. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yalnız ikinci tələb üzrə araşdırma aparılaraq hüquqi qiymət verilmiş, birinci tələb üzrə hansı halların müəyyən olunması, həmin tələb üzrə hansı qanunun tətbiq edilməli olması və iddianın bu hissədə təmin olunub-olunmaması əsaslandırılmamışdır. Halbuki, iddiaçının təqdim etdiyi AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin ** saylı Lənkəran Ərazi idarəsinin ## ### 2023-cü il tarixli bildirişində iddiaçının ərizəsinin təmin olunmamasının əsası kimi tərəflər arasında mübahisə olduğundan üçün Idarənin mütəxəssisləri tərəfindən ölçü işlərinin aparılmasının qeyri-mümkünlüyü göstərilmişdir. Bununla da, məhkəmə kollegiyası tərəfindən AR MPM-nin 218.1-ci maddəsinin tələbləri pozulmuş, apellyasiya məhkəməsi isə həmin pozuntunu aradan qaldırmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinin sənədində gedişgəliş 28.yolunun olması göstərilməməsi özü-özlüyündə belə yolun ümumiyyətlə olmaması və iddianın sübut olunmaması kimi qiymətləndirilə bilməz. Hazırkı işdə olan mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının tələb etdiyi ərazidə ümumi istifadə üçün nəzərdə tutulmuş gedişgəliş yolu mövcuddur. Lakin, həmin yolun sonu, yəni iddiaçının torpaq sahəsinə giriş hissəsi cavabdeh tərəfindən bağlanmışdır. Yəni, mübahisəli ərazidə ümumiyyətlə yolun olmamasına dair məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Həmçinin, apellyasiya məhkəməsi işdə olan rəylərə istinad etməklə hesab etmişdir ki, iddiaçının tələb etdiyi yolun yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində və istifadəsindədir və sonuncu mülkiyyətçi kimi özünə məxsus torpaq sahəsindən iddiaçıya yol vermək və ya verməmək hüququna sahibdir. Lakin, mütəxəssis rəyində və həmin rəyə əsaslan ekspert rəyində göstərilmişdir ki, mübahisə predmeti olan yolun 10 metr hissəsi qismən cavabdehin mülkiyyətində, qismən isə istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaqdır. Mütəxəssis rəyinə əlavə olunan yerquruluşu planına əsasən isə iddiaçının tələb etdiyi gediş-gəliş yolunun sağ tərəf həqiqətən cavabdehin mülkiyyətində olan torpaq sahəsinə düşsə də, sol tərəfi onun mülkiyyətində deyil. Apellyasiya məhkəməsi isə yolun cavabdehin mülkiyyətində olmayan hissəsindən sonuncunun istifadəsinin qanuni olub-olmamasını, həmin sahədən iddiaçıya müstəqil yolun verilməsini mümkünlüyünü, əvvəllər bu ərazidən yolun keçib-keçməməsini araşdırmamışdır.
29. Bununla belə, kassasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfin etirazına görə iddiaçının yolu torpaq sahəsinin başqa tərəfindən olmuş, iddiaçı özü həmin yolda tikili inşa edərək, cavabdehdən yeni yol tələb etmişdir.
30. Göründüyü kimi, hər iki tərəf qarşı tərəfin hüququndan sui-istifadə etməsinə istinad etmişdir. Lakin, apellyasiya məhkəməsi hazırkı iddiaya cavabdeh tərəfindən mülkiyyətində olmayan torpaq sahəsini zəbt edərək, faktiki istifadə etməklə, ya da ki, iddiaçı tərəfindən əvvəllər mövcud olmuş yolu bağlayıb, cavabdehdən yeni gediş-gəliş yolunun tələb etməklə, hüquqdan sui-istifadə hallarına yol verilmələri baxımından hüquqi qiymət verməmişdir.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni AR Konstitusiyasının 60-cı (1-ci hissə), Mülki Məcəlləsinin 152.1, 157.4, 165.1, 170.2, 170.3, 560.1, 560.2, 560.3.4-cü, habelə MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 101.7, 103.1, 217.4, 218.1, 220.4, 392.1.5, 416.1, 416.2, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər P.T.Əhmədov (sədrlik edən, məruzəçi), F.C.Hüseynov və Q.V.Əliyev) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, iddiaçının Lənkəran rayonu, Şiləvar kəndində mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə baxış keçirməyə, onların iştirakı ilə fərdi yaşayış evinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və qanunsuz hərəkətlərə son qoyulması, həmin torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə gedən ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində inşa edilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi qət edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbi mülkiyyətində olan torpaq sahəsinə, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin mütəxəssisləri tərəfindən baxış keçirməyə, onların iştirakı ilə fərdi yaşayış evinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və qanunsuz hərəkətlərə son qoyulması və həmin torpaq sahəsinə və fərdi yaşayış evinə gedən yolunun üzərində inşa edilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi ilə bağlıdır və işdəki sübutlara görə iddiaçının tələb etdiyi ərazidə ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolu mövcuddur. Lakin, həmin yolun sonu, yəni iddiaçının torpaq sahəsinə giriş hissəsi cavabdeh tərəfindən bağlanmışdır.
34. Işin müəyyən edilmiş faktiki hallarından müəyyən olunur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən gediş-gəliş yolu kimi iddia edilən 0,0056 ha torpaq sahəsinin 0,0036 ha hissəsinin (qəbirstanlıq sərhədindən başlayaraq orta hesabla uzunluğu 10 m, eni 3,8 m) bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan gediş-gəliş yolu olması, qalan 0,0020 ha hissəsinin isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən olunmuşdur. Gediş-gəliş yolu kimi iddia edilən, bələdiyyə mülkiyyətinə aid həmin 0,0020 ha torpaq sahəsinin 0,0006 ha hissəsinin (iddiaçının torpaq sahəsinə giriş-çıxış yerinə yaxın, orta hesabla uzunluğu 4,5 m, eni 1,4 m) üzərində cavabdehə məxsus tikilinin mövcud olması müəyyən olunmuşdur. Habelə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biridir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə maneəsiz giriş-çıxışın təmin edilməsi zəruridir. Mövcud vəziyyətdə cavabdeh tərəfindən mübahisəli ərazidə quraşdırılmış dəmir darvaza nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə çıxışı məhdudlaşdırılmışdır.
36. Belə ki, mütəxəssislərin apardıqları araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mübahisəli ərazidə yerləşən mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsi və ya onu hasarlanması iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə giriş-çıxış üçün yalnız 1,4 m enində torpaq sahəsinin qalmasına səbəb olmuş və həmin 1,4 m enində torpaq sahəsinin üzərində hazırda cavabdehə məxsus tikilinin mövcud olması iddiaçının əraziyə daxil olmasını çətinləşdirmişdir. Bu hal faktiki olaraq mütəxəssisin müəyyən etdiyi sahə üzrə koordinatlarla da təsdiq olunur. Eyni zamanda Lənkəran Rayon Şiləvar bələdiyyəsinin ##.##.2025-ci il tarixli məktubunda yolun qəbirstanlıq istiqamətində ümumi istifadədə olması təsdiqlənmişdir.
37. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, ümumi istifadədə olan yolun müəyyən hissəsinin cavabdeh tərəfindən bağlanması digər şəxslərin, o cümlədən iddiaçının həmin yoldan istifadə imkanlarını məhdudlaşdırır. Beləcə, yolun ümumi istifadədə olması həm də onun üzərində heç bir fiziki maneənin olmamasını tələb edir.
38. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.5, 157.4, 165.1, 170.2, 170.3, 560-cı, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.2, 7.2-ci, habelə MPM-in 14.2, 77.1, 88, 107, 119, 217.2, 217.4, 372-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavadehin mübahisəli torpaq sahəsinə bitişik olan torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qüvvədə olan mülkiyyət hüququna dair qeydi mövcud olduğundan, həmin əmlaka bitişik olan sahəyə dair üstünlük qaydasında digər şəxsin özbaşına istifadəsinin həqiqiliyi AR Mülki Məcəlləsinin 148.2ci və 149.2-ci maddələrində müəyyən edilmiş vicdanlılıq qaydaları çərçivəsində qoruna bilməz və bu baxımdan məhkəmə kollegiyasının vicdanlılıq prinsipinə əsaslanması istisna olur. Ilkin iddiada yolun açılması barədə hər hansı tələb mövcud olmamışdır. AR Ali Məhkəməsi yalnız 1,4 metr sahəyə dair məsələni araşdırmışdır ki, bu da yolun sonrakı hissəsinə aiddir və qeyd olunan sahə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Ekspert rəylərində həmin hissənin yol kimi nəzərdə tutulmadığı açıq şəkildə göstərilmişdir. Göstərilən hal, məhkəmə ekspertiza rəyi ilə yanaşı, tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə ilə də tam təsdiq edilmişdir. Iddiaçının inşa etdiyi tikili yaşayış evi kimi qeydiyyata alınmamış, həmin tikiliyə dair çıxarış mövcud olmamışdır. Tikilinin ön tərəfində yerləşən bitişik obyekt iddiaçıya məxsusdur və həmin obyektdən yola çıxışın təmin edilməsi faktiki olaraq mümkündür. Sel hadisəsi zamanı icra orqanının əməkdaşları tərəfindən iddiaçının evinə giriş üçün ön tərəfdən yol açılmış, lakin sonradan iddiaçı həmin yolu özü bağlamış və daha sonra cavabdehin ərazisindən yol tələb etmək məqsədilə iddia qaldırmışdır. Məhkəmə Kollegiyası hazırki iş üzrə reyestrin həqiqiliyi və tamlığı prezumpsiyasına, eləcə də mülkiyyətin müdafiəsi və məhdudlaşdırılmasının əsaslarını təşkil edən, alqı-satqıda üstünlük hüquqlarını tənzimləyən mərkəzi normlara deyil, daha çox mücərrəd mənalar verən anlayışlara əsasən iddianı təmin etsə də, işin hallarını tam və ətraflı tədqiq etməmiş və həmin normaların hazırki mübahisə üzrə tətbiqi imkanlarını dəqiqləşdirməmişdir. Məhkəmə Kolegiyasının maddi hüququ normasını düzgün tətbiq etməsi və buna görə gəldiyi nəticə ilə o vaxt razılaşmaq olardı ki, mübahisə predmeti olan və iddiaçının açılmasını tələb etdiyi ərazi bütövlükdə yol kimi nəzərdə tutulardı. Əgər söhbət bələdiyyə mülkiyyətindən gedirsə və həmin ərazi yol kimi nəzərdə tutulmamışdırsa, məhkəmənin xüsusi bilik tələb olunan sahə üzrə mütəxəssis vəzifəsini öz üzərinə götürmək səlahiyyəti olmamışdır. Halbuki, məhkəmələr hər hansı hüquq münasibətinin hansısa formada tənzimlənməli olması barədə qayda müəyyən edə bilməz. Bu məhkəmələrin konstitusion statusuna uyğun gəlmir. Belə bir status müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Ən azı mübahisələndirilən məsələ ilə bağlı yol kimi nəzərdə tutulmayan sahə üzrə məhkəmə tərəfindən yol təyin edilməsi ilə bağlı bütün şübhəli əsaslar qətnamədə şərh edilməli və bunun əsaslandırılması göstərilməli idi. Məhkəmə kollegiyası iddiaçının əslində mövcüd olmayan subyektiv hüquqlarının müdafiəsinə qalxmış və qətnaməsində belə istinad etdiyi sübutlara əhəmiyyət verməyərək müəmmalı şəkildə belə bir nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmə kollegiyası maddi hüquq normasını düzgün tətbiq etməyib səhv nəticəyə gəlməsi azmış kimi, qətnamədə mübahisənin həllinə birbaşa aidiyyatı olmayan ümumi hüquq normalarına söykənib özünün hüquq düşüncəsi ilə gəlmiş olduğu qənaətlə məhkəmə qətnaməsini əsaslandırmışdır. Apelyasiya instansiya məhkəməsi iddiaçının hüquqlarnı açıq şəkildə üstün götürməklə, mübahisəli torpaq sahəsinin hüquqi statusunun tənzimlənməsinə dair AR Mülki Məcəlləsinin 157.8-ci maddəsi baxımından qətnamədə heç bir dəyərləndirmə aparmamışdır. AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. Iddiaçının gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində olması iş üzrə ekspert rəyi ilə də müəyyən olunmuşdur. Bu baxımdan iddiaçının gediş-gəliş yolunu qeyd olunan ərazidən deyil, məhz qərəzli olaraq hazırki hissədən istəməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Çünki mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Lakin apelyasiya məhkəməsi qeyd olunan məsələ üzrə araşdırma aparıb ümumi şəkildə qiymətləndirmə etməklə nəticəyə gəlmək əvəzinə, əsassız olaraq iddianı təmin etmək qənaətinə gəlmiş və bununla da öz işini bitmiş hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi bələdiyyənin cavabdehin istifadəsində olmasını mübahisələndirmədiyi, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə bitişik qanuni istifadədə olan və məhkəmənin əsassız olaraq yol hesab etdiyi torpaq sahəsinin gələcəkdə əldə edilməsində cavabdehin üstünlüyünü və bu baxımdan gözlənilən mülkiyyətçi olmağını nəzərə almamışdır. Cavabdehə məxsus olan və mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlaka iddiaçı tərəfindən qanunsuz müdaxilə edilmiş və məhkəmə tərəfindən buna əhəmiyyət verilməyərək onun iddiası təmin edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, işə ikinci dəfə baxmış apellyasiya məhkəməsi tərəfindən cavabdehin təqdim etdiyi, eləcə də iş üzrə əldə olunan və iddiaçı tərəfindən təkzib edilə bilinməyən mötəbər sübutlar qiymətləndirilmədiyindən, qətnamədə həmin sübutların hansı səbəbdən qəbul edilmədiyi əsaslandırılmadığından, işə ilk dəfə baxmış kassasiya instansiyası məhkəməsinin göstərişləri icra olunmadığından cavabdehin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəyə faktlar əsasında baxmamış və cavabdeh tərəfin öz tələbini hansı dəlillərlə əsaslandırdığını aydınlaşdırmamışdır. Işə baxan məhkəmə qətnamədə toplanmış sübutları tədqiq etdiyini qeyd etsə də, lakin hansı sübutu tədqiq edib və ona hansı maddi hüquq normasını tətbiq etməklə necə qiymət verdiyini göstərməmişdir. Hazırki işlə bağlı məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Çünki, işin həqiqi hallarını özündə əks etdirən sübutlara qətnamədə istinad olunsa da, lakin heç bir qiymət verilməmişdir. Bu isə cavabdehin maraqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
42. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
44. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
45. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
46. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
47. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
48. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
49. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunu
52. Maddə 4.0.2 Müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biridir.
53. Maddə 7.2 Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbirstanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 56.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 57.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 58.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 59.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 60.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Cavabdehin kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
63. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
64. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
65. Belə ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tələbi mülkiyyətində olan torpaq sahəsinə, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin mütəxəssisləri tərəfindən baxış keçirməyə, onların iştirakı ilə fərdi yaşayış evinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və qanunsuz hərəkətlərə son qoyulması və həmin torpaq sahəsinə və fərdi yaşayış evinə gedən yolun üzərində inşa edilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi ilə bağlıdır və işdəki sübutlara görə iddiaçının tələb etdiyi ərazidə ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolu mövcuddur. Lakin, həmin yolun sonu, yəni iddiaçının torpaq sahəsinə giriş hissəsi cavabdeh tərəfindən bağlanmışdır.
66. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq müəyyən etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən gedişgəliş yolu kimi iddia edilən 0,0056 ha torpaq sahəsinin 0,0036 ha hissəsinin (qəbirstanlıq sərhədindən başlayaraq orta hesabla uzunluğu 10 m, eni 3,8 m) bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan gediş-gəliş yolu olması, qalan 0,0020 ha hissəsinin isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən olunmuşdur. Gediş-gəliş yolu kimi iddia edilən, bələdiyyə mülkiyyətinə aid həmin 0,0020 ha torpaq sahəsinin 0,0006 ha hissəsinin (iddiaçının torpaq sahəsinə giriş-çıxış yerinə yaxın, orta hesabla uzunluğu 4,5 m, eni 1,4 m) üzərində cavabdehə məxsus tikilinin mövcud olması müəyyən olunmuşdur. Habelə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biridir.
67. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə maneəsiz girişçıxışın təmin edilməsi zəruridir. Mövcud vəziyyətdə cavabdeh tərəfindən mübahisəli ərazidə quraşdırılmış dəmir darvaza nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə girişçıxış məhdudlaşdırılmışdır.
68. Belə ki, mütəxəssislərin apardıqları araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mübahisəli ərazidə yerləşən mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsi və ya onu hasarlanması iddiaçının mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə giriş-çıxış üçün yalnız 1,4 m enində torpaq sahəsinin qalmasına səbəb olmuş və həmin 1,4 m enində torpaq sahəsinin üzərində hazırda cavabdehə məxsus tikilinin mövcud olması iddiaçının əraziyə daxil olmasını çətinləşdirmişdir. Bu hal faktiki olaraq mütəxəssisin müəyyən etdiyi sahə üzrə koordinatlarla da təsdiq olunur. Eyni zamanda Lənkəran Rayon Şiləvar bələdiyyəsinin ##.##.2025-ci il tarixli məktubunda yolun qəbirstanlıq istiqamətində ümumi istifadədə olması təsdiqlənmişdir.
69. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, ümumi istifadədə olan yolun müəyyən hissəsinin cavabdeh tərəfindən bağlanması digər şəxslərin, o cümlədən iddiaçının həmin yoldan istifadə imkanlarını məhdudlaşdırır. Beləcə, yolun ümumi istifadədə olması həm də onun üzərində heç bir fiziki maneənin olmamasını tələb edir.
70. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.