Məhkəmə qərarları › İş №2(1-8)-680/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-680/2026

28.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-680/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonar “iddiaçı”) valideyinləri nikaha daxil olaraq iddiaçının ata nənəsi Cavabdeh məxsus evdə yaşamışlar. İddiaçının valideynləri ayrıldıqdan sonra iddiaçının anası gəlin köçdüyü evdən çıxarılmışdır.

2. Masallı Rayon Məhkəməsinin 1992-ci il tarixli, *-** saylı qətnaməsi ilə X2 cavabdeh Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiasının təmin edilmiş, X2 azyaşlı uşağı İddiaçı (hazırki iddiaçı) ilə birlikdə Masallı rayonunun Sığıncaq kəndində Cavabdeh məxsus evin gəlin köçdüyü otağına, evin günçıxan tərəfində olan otağa köçürülməsi qət edilmişdir.

3. Hazırda iddiaçı anası ilə birlikdə xalasına məxsus evdə yaşayır. Hazırda mübahisəli ev Cavabdehn istifadəsindədir.

4. Masallı Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ## ### 2023-cü il tarixli, *-**-**/-**/**** saylı məktubuna əsasən hazırda Masallı rayonunun Sığıncaq kəndində Cavabdeh yaşadığı ev ona məxsus olmaqla onun adınadır, iki mərtəbəlidir, altı otaqdan, yaşayış sahəsi 112 kv.metrdən ibarətdir. Evin birinci mərtəbəsi 15 sıra çiy kərpicdən tikilmiş və ikinci mərtəbə taxtadan hazırlanmışdır. Birinci mərtəbənin iki otağında yaşayış olsa da, tam təmirsizdir. İkinci mərtəbəyə çıxış və yaşayış yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh Cavabdeh (bundan sonar “cavabdeh”) yaşadığı və Masallı rayonu, Sığıncaq kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Sığıncaq kəndində yerləşən fərdi yaşayış evi iddiaçının nənəsi olan cavabdehə məxsusdur. Iddiaçının valideynləri – X1 və anası nümayəndə2 ## #### 1989-cu il tarixdə rəsmi nikaha daxil olublar. İddiaçı da bu nikahdan ## ###### 1991-ci il tarixdə anadan olmuşdur. Valideynləri ailə qurandan sonra 1991-ci ilin mart ayına kimi cavabdehin yaşadığı evdə yaşamışlar. Həmin ərəfələrdə atası Rusiya Federasiyasında yaşamış və cavabdeh olan nənəsi iddiaçının anası nümayəndə2 onunla birlikdə evdən qovmuşdur. Bundan sonra anası nümayəndə2 cavabdehə qarşı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin ## ###### 1993-cü il tarixli qətnaməsi ilə anasının iddia tələbi təmin edilmişdir. Lakin hazırda həmin qətnamənin qəbul olunmasından 30 ildən çox bir müddət keçmişdir. Qanunvericliyin tələbinə görə də həmin qətnamə üzrə yaranan öhdəliklər artıq öz qüvvəsini itirmişdir. Hazırda iddiaçının 23-dən çox yaşı vardır, 2-ci qrup əlildir. Başqa yerdə yaşamağa yeri yoxdur. İddiaçı cavabdehin nəvəsi ola-ola və anadan olandan sonra nənəsinə məxsus bu evdə yaşayayaşaya hazırda cavabdeh olan nənəsi iddiaçını yaşadığı evə buraxmır ki, o da ailənin bir üzvi kimi həmin evdə yaşasın. Məhz bu səbəbdən də iddiaçı cavabdehin yaşadığı və Masallı rayonu, Sığıncaq kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən bu faktlar iddia ərizəsinə əlavə olunmuş sənədlərlə də təsdiqini tapır.

7. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, 1992-ci ildə məhkəmə qətnaməsi ilə anası ilə birlikdə mübahisəli evə köçürülmüşlər. Hazırda yaşamağa yeri yoxdur. Həmin evə gedirmişlər və orda onlara yaşamağa imkan verməmişlər. Həmin evdə nənəsi, bibisi və atası yaşayır.

8. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

9. Masallı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Zeynal Zeynalov)

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının valideyinləri nikaha daxil olaraq iddiaçının ata nənəsi olan cavabdehə məxsus evdə yaşamışlar. İddiaçının valideyinləri ayrılmışlar və iddiaçının anası gəlin köçdüyü evdən çıxarılmışdır. Masallı Rayon Məhkəməsinin 1992-ci il tarixli, *-** saylı qətnaməsi ilə X2 hazırki cavabdehə qarşı evə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, X2 azyaşlı uşağı (indiki iddiaçı) ilə birlikdə Masallı rayonunun Sığıncaq kəndində cavabdehə məxsus evin gəlin köçdüyü otağına, evin günçıxan tərəfində olan otağa köçürülməsi qət edilmişdir. Hazırda iddiaçı anası ilə birlikdə xalasına məxsus evdə yaşayır. Hazırda mübahisəli ev cavabdehin istifadəsindədir. Yaşayış sahəsinin istifadəçiləri ilə iddiaçı arasında hər hansı bir yazılı razılaşma olmamışdır.

11. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edərək, qeyd etmişdir ki, işdə olan sənədlərə əsasən tərəflərin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən olunmuş halları ilə, yəni iddiaçının izahatları və işdə olan arayışla təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin istifadəsindədir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli evdə təsərrüfatı idarə etmədyinə (doğulduqdan sonra hansı müddətdə mübahisəli evdə yaşaması naməlumdur), həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddia təmin edilə və iddiaçı həmin evə köçürülə bilməz.

13. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün onun ilk öncə həmin evdə istifadə hüququnun yaranması şərti olmalıdır. Belə ki, evə köçürülmənin mahiyyəti əslində evdən istifadə hüququ əldə etmək, yaxud bu hüququn realizəsini təmin etməkdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddiaçının mübahisəli evə yaşayış və istifadə hüququ yaranmadığı halda, mübahisəli ev isə dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda iddiaçının mübahisəli evə köçürülməsi düzgün deyil. İş materialları və məhkəmə araşdırmaları ilə iddiaçının mübahisələndirdiyi fərdi yaşayş evinə yaşayış və istifadə hüququ müəyyən və sübut olunmamışdır.

14. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianın əsassız olması qənaətinə gəlmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ## ####### 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

18. Apellyаsiyа şikаyəti iddia ərizəsinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, hüquq münasibəti yaranan zaman mübahisə predmeti təşkil edən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmamışdır və hazırda da həmin əmlakın statusu müəyyən deyildir. İddiaçının atası X1 ilə anası nümayəndə2 arasında olan nikah 2021-ci ildə pozulmuşdur. Mübahisə predmeti təşkil edən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Göründüyü kimi, aralarında olan mülki hüquq münasibəti 1991-ci ildə yaranmışdır, 1993-cü ildə isə təkrar möhkəmlənmişdir. İddiaçı həmin fərdi yaşayış evinə artıq bir dəfə köçürülmüş, onun həmin hüququ yuxarı instansiya məhkəməsi tərəfindən məhkəmə aktı ilə ləğv edilməmişdir. Lakin təəssüflər olsun ki, həmin qətnamənin qanunla nəzərdə tutulmuş icra müddəti ötüb keçmişdir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamağını təmin etmək məqsədi ilə, iddiaçı mübahisəli evə köçürülməlidir.

19. Apellyasiya icraatı zamanı göndərilmiş sorğulara cavab olaraq müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, Masallı Rayon İcra Hakimiyyəti Təklə Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən təqdim edilən məlumata əsasən, iddiaçı həmin ünvanda heç vaxt yaşamamışdır.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov, Aytən Novruzova)

21. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının mübahisəli evə dair nə mülkiyyət, nə də istifadə və yaşayış hüququ mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin “əvvəllər iddiaçının bir dəfə mübahisəli yaşayış evinə köçürüldüyü və bu hüququn ləğv olunmadığı” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin köçürülməyə dair məhkəmə aktının mövcudluğu iddiaçının hazırda həmin yaşayış sahəsindən istifadə hüququnun mövcudluğunu özözlüyündə

22. təsdiq etmir. Belə ki, iş materiallarına əsasən qeyd edilən məhkəmə qətnaməsi uzun müddət, təxminən 30 il ərzində icra olunmamışdır. Bu hal dolayısı ilə, lakin açıq şəkildə onu sübut edir ki, iddiaçı göstərilən uzun müddət ərzində mübahisəli fərdi yaşayış evində faktiki yaşamamış, həmin evdən istifadə etməmiş və yaşayış sahəsinə dair istifadə hüququnu reallaşdırmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən həmin hüququn davam etdiyini, habelə icra olunmamış qətnamənin bu günədək hüquqi nəticə doğurduğunu təsdiq edən hər hansı əlavə sübut məhkəməyə təqdim edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini ## ####### 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 52, 53 və 54-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək, onunla əsaslandırılmışdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. 2009-cu ilin #######ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində qeyd edilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətində qeyd olunan dəlillərə düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (##.##.2009-cu ilədək qüvvədə olan) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

28. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, qətnamə tam yoxlanılır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

32. Məhkəmə kollegiyası iddia tələbi ilə və apelyasiya şikayəti ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

33. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi işin hallarını tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən etmiş, sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun dəyərləndirmiş, nəhayət əsaslı və qanuni qətnamə qəbul edərək iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından tam əsaslandırmışdır.

34. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin eyni dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar