Məhkəmə qərarları › İş №2(1-8)-686/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-686/2026

02.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-686/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*- *)-**/**** nömrəli qərardadından hüquq və vəzifələrinə toxunan şəxs qismində “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, 22-ci (keçmiş 29-cu) məhəllədə yerləşən, istifadə və qanuni sahibliyində olan mağaza binasına mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2015-ci il qətnaməsi ilə iddia təmin edilmişdir.

3. “xxxx” MMC həmin qətnamədən ##.##.2024-cü ildə tarixdə hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti vermişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

5. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir.

6. Ali Məhkəmənin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, işin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün yenidən həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakimlər: Ə.Nurməmmədov – məruzəçi, R.Həsənov, A.Abbasov).

7. Kassasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, “xxxx” MMC-nin qətnamə ilə maraqlarına toxunan şəxs olmasının müəyyən edilməsi barədə apellyasiya məhkəməsinin qüvvədə olan ##.##.2025-ci il tarixli qərardadının mövcudluğuna əsaslanan apellyasiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxarkən Mülki Prosessual Məcəllənin 364 və 395.2-ci maddələrinin tələblərini nəzərə almamış, göstərilən qərardadın olmasının qətnamənin “xxxx” MMC-nin konkret olaraq hansı maraqlarına toxunmasını, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayəti verməyə MMCnin subyektiv hüququnun olub-olmamasını yoxlanılmasını istisna etmədiyini diqqətdən qaçırmış, məhkəmə hüquqi müəyyənlik prinsipi baxımından təqribən 10 il əvvəl qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsinin mümkünlüyünü müzakirə etməmişdir.

8. Belə ki, X1 “xxxx” kiçik müəssisəsinin təsisçilərindən biri və müdiri olmuş, kiçik müəssisənin adından çıxış etmişdir. Yarımçıq tikilinin inşasının başa çatdırılmasına və uzun müddət istifadə edilməsinə “xxxx” kiçik müəssisəsinin etiraz etməməsi də əsas verir ki, ərizəçi İddiaçı müəssisənin təsisçilərinin və icra orqanının iradəsinə zidd hərəkət etməmişdir. Eyni zmanda, işdə olan “xxxx” kiçik müəssisəsinin adına olan ## ##### 1994cü il tarixdə 110 nömrə ilə qeydə alınmış “Torpaqdan istifadə hüququna dair” Dövlət aktından və ## #### 2014-cü il tarixli dövlət reyestrindən Çıxarışdan görünür ki, müəssisənin istifadəsində olan 1,5 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçı aid qeyri-yaşayış binasının altındakı 0,0056 ha torpaq sahəsi də ##.##.2015-ci il tarixdə verilmiş çıxarışa görə dövlət mülkiyyətində saxlanılmışdır. Iş üzrə çıxarılmış rayon məhkəməsinin qətnaməsi torpaq sahəsinə deyil, qeyri-yaşayış binasına (mağaza binasına) mülkiyyət hüququnu müəyyən etmişdir. Belə olan halda MMC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulması halı müəyyən edilmir.

9. Bununla belə, İddiaçı adına verilmiş ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli çıxarışda torpaq sahəsinin xüsusi mülkiyyət kimi göstərilməsinin əsasları müəyyən deyildir, “xxxx” MMC bu barədə ayrıca iddia qaldırmaq hüququna malikdir.

10. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, rayon məhkəməsinin qətnaməsindən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermiş “xxxx” MMC ilə ərizəçi İddiaçı yarımtikilini satın aldığı Quba rayonu XDS IK-nin ##.##.1992-ci il tarixli *** nömrəli qərarı ilə Quba şəhəri, 29-cu məhəllədə 1,5 ha torpaq sahəsi təhkim edilmiş “xxxx” kiçik müəssisəsinin hansı əlaqənin olması, bu hüquqi şəxslərin varisliyi barədə iş materiallarında hər hansı sənəd (nizamnamə) mövcud deyildir. Apellyasiya məhkəməsi həmin məsələyə də aydınlıq gətirməmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*- *)-**/**** nömrəli qərardadı ilə, həmin məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli apelyasiyanın mümkünlüyü barədə qərardadı ləğv edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (hakimlər: L.Rəhimli – məruzəçi, A.Mahmudov, A.Hüseynzadə).

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, notariat qaydada ## ###### 1999-cu ildə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı X1 42 kv metr sahəsi olan yarımçıq tikilini satın almışdır. Həmin yarımçıq tikilinin yerləşdiyi ərazi Quba rayonu XDS IK-nin göstərilən qərarı ilə “xxxx” kiçik müəssisəsinə ayrılmış ərazi olmuş, İddiaçı yarımçıq tikilini inşasını 56 kv metrlik mağaza binası kimi başa çatdırmış, mağazanın inşasına “xxxx” kiçik müəssisəsinin razılıq məktubu nəzərə alınmaqla Quba şəhər bələdiyyəsi icazə vermişdir. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı adına 0,0056 ha torpaq sahəsi üzərində yerləşən 49,1 kv metr qeyri-yaşayış binasına ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göstərilən hərəkətlərin icrası zamanı X1 “xxxx” kiçik müəssisəsinin təsisçilərindən biri və müdiri olmuş, kiçik müəssisənin adından çıxış etmişdir. Işdə olan “xxxx” kiçik müəssisəsinin adına olan ## ##### 1994-cü il tarixdə 110 nömrə ilə qeydə alınmış “Torpaqdan istifadə hüququna dair” Dövlət aktından və ## #### 2014-cü il tarixli dövlət reyestrindən Çıxarışdan görünür ki, müəssisənin istifadəsində olan 1,5 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçı aid qeyri-yaşayış binasının altındakı 0,0056 ha torpaq sahəsi də ##.##.2015-ci il tarixdə verilmiş çıxarışa görə dövlət mülkiyyətində saxlanılmışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, yarımçıq tikilinin inşasının başa çatdırılmasına və uzun müddət istifadə edilməsinə “xxxx” kiçik müəssisəsinin etiraz etməməsi də əsas verir ki, ərizəçi İddiaçı müəssisənin təsisçilərinin və icra orqanının iradəsinə zidd hərəkət etməmişdir. Digər tərəfdən kassasiaya instansiya məhkəməsi tərəfindən vurğulanmışdır ki, ş üzrə çıxarılmış rayon məhkəməsinin qətnaməsi torpaq sahəsinə deyil, qeyri-yaşayış binasına (mağaza binasına) mülkiyyət hüququnu müəyyən etmişdir. Belə olan halda MMC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulması halı müəyyən edilmir.

14. Məhkəmə araşdırması zamanı Quba Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin “xxxx” MMC-nin konkret olaraq hansı maraqlarına toxunması işin hallarından müəyyən olunmadığından, təqribən 10 il əvvəl qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayəti məhkəmə hüquqi müəyyənlik prinsipi baxımından mümkün sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Qeyd olunan Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilən Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxaraq hesab edir ki, Quba Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ## ###### 2015-ci il tarixli qətnaməsindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli apellyasiyanın mümkünlüyü barədə qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ## ###### 2015-ci il tarixli qətnaməsindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

15. “xxxx” MMC (vəkil vəkil1) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərardadının ləğv edilməsini, tərəflərindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilərək, mülki işin baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi “xxxx” MMCni işə tərəf qismində cəlb etməmiş və qətnaməni rəsmi formada onlara təqdim etməmişdir. “xxxx” MMC-nin hazırkı mülki iş üzrə maraqlı şəxs qismində tanınması barədə ləğv olunmamış məhkəmə aktı - Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mövcuddur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

19. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

20. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.

21. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı kassasiya şikayəti əsasında tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, yarımçıq tikilinin inşasının başa çatdırılmasına və uzun müddət istifadə edilməsinə “xxxx” kiçik müəssisəsinin etiraz etməməsi ona əsas verir ki, ərizəçi İddiaçı müəssisənin təsisçilərinin və icra orqanının iradəsinə zidd hərəkət etməmişdir. Digər tərəfdən kassasiaya instansiya məhkəməsi tərəfindən vurğulanmışdır ki, ş üzrə çıxarılmış rayon məhkəməsinin qətnaməsi torpaq sahəsinə deyil, qeyri-yaşayış binasına (mağaza binasına) mülkiyyət hüququnu müəyyən etmişdir. Belə olan halda MMC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulması halı müəyyən edilmir. Bundan başqa, məhkəmə araşdırması zamanı Quba Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin “xxxx” MMC-nin maraqlarına toxunması işin hallarından müəyyən olunmamışdır, eyni zamanda təqribən 10 il əvvəl qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayəti hüquqi müəyyənlik prinsipi baxımından mümkün sayıla bilməz.

26. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinin araşdırılması üçün tərəfə lazımi şərait yaradıldığından və onlara hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

28. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*- *)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar