Məhkəmə qərarları › İş №2(1-8)-690/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-690/2026

23.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-690/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “X1” X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, (işə bərpa tələbi) məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “X1” X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqlarının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı Yəhyazadə oğlu 1999-cu ildə SanMarino X12 Akademik Mərkəzinin Azərbaycan filialını bitirmiş, ona “Mühəndis Iqtisadiyyatı və Idarəetmə” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.

2. ## ##### 1999-cu il tarixdə ** saylı əmrlə X1 təsərrüfat müdiri işinə qəbul edilmişdir.

3. ##.##.2014-cü il tarixli, ** nömrəli əmrlə İddiaçı Yəhyazadə oğlu Təsərrüfat işləri üzrə direktorun müavini ixtisar edildiyindən liseydə təsərrüfat müdiri kimi saxlanılmışdır.

4. ##.##.2023-cü il tarixli X5 Şahin Yəhyazadə oğlu liseyin ictimai işlərində fəal iştirakına görə təltif edilmişdir.

5. “X1” PHŞ tərəfindən ##.##.2025-ci il tarixli, ** nömrəli məktub əsasında İddiaçı Yəhyazadə oğluna “Təsərrüft müdiri” ştatının ixtisara düşdüyü üçün onunla bağlanmış əmək müqaviləsinə xəbərdarlıq müddəti bitdikdən sonra xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.

6. ##.##.2025-ci il tarixli ərizə ilə iddiaçı cavabdeh müəssisəyə müraciət edərək, Liseyin boşda qalan iş yerləri üzrə onun işlə təmin edilməsini xahiş etmişdir ##.##.2025-ci il tarixli, ** nömrəli məktubla, “X1” PHŞ tərəfindən Həmkarlar təşkilatına “Təsərrüfat müdiri” ştatının ixtisara düşməsinə və iddiaçının “Əməliyyatçı mühasib” qrupunda ixtisas fənn müəllimi kimi tədris ilinin sonunadək – ## #### 2025-ci il tarixədək qalıq dərslərini deməyə münasibət bildirilməsi ilə əlaqədar müraciət olunmuşdur.

7. “X1” PHŞ-in Həmkarlar təşkilatının komitə iclasının ##.##.2025-ci il tarixli, * nömrəli protokolu ilə, “Təsərrüfat müdiri” vəzifəsinin qanunla nəzərdə tutulmuş qaydada ixtisar olunmasına, tədris ilinin əvvəlindən nəzərdə tutulmuş dərslərin ilin sonunadək deyilməsi üçün İddiaçıla müddətli əmək müqaviləsinin bağlanmasına razılıq verilmişdir.

8. ##.##.2025-ci il tarixli ərizə ilə, iddiaçı cavabdeh müəssisəyə müraciət edərək ##.##.2025-ci il tarixədək ona verilən dərsləri tədris olunmasına köməklik edilməsini xahiş etmişdir.

9. ##.##.2025-ci il tarixli, ** nömrəli məktub ilə, “X1” PHŞ tərəfindən iddiaçıya 2025- 2026-cı tədris ili üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirəcəyi ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsində ixtisasına uyğun qaydada iştirak etməyi tövsiyyə edilmişdir.

10. ##.##.2025-ci il tarixli, 21/1 və **/* nömrəli əmrlə, İddiaçı Yəhyazadə oğlu ilə bağlanmış müddətsiz əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən etibarən xitam verilməsi, ona Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinəti və sonuncu haqq-hesab ödənilməsi, onunla ##.##.2025-ci il tarixdə ##.##.2025-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanılaraq tarifləşmə cədvəlinə əsasən ona verilmiş dərsləri ixtisas fənn müəllimi kimi tədris etməsi əmr edilmişdir.

11. ##.##.2025-ci il tarixdə təsdiqlənmiş Ştat cədvəli ilə, “Təsərrüfat müdiri” ştatı ixtisar olaraq (V-Inzibati təsərrüfat heyəti bölməsi 2-ci xana) göstərilmişdir.

12. AR ƏƏSMN yanında X8 Xidməti Dağlıq-Şirvan regional şöbəsinin ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçının “X1” PHŞ-də yenidən işə bərpa olunması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlamaq, onun şərlətlərini dəyişmək və s. işəgötürənin əsas hüququdur. Həmçinin, həmin məktubda qeyd edilmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixdə keçirilən direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsində iştirak etmiş, lakin imtahan mərhələsində yetərli bal toplamadığı üçün müsahibə mərhələsinə dəvət olunmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı İddiaçı cavabdeh “X1” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ##### 2025-ci il tarixli əmrin ləğv olunması, Cavabdeh hər hansı işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqlarının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Işin faktiki hallarına əsaslanaraq iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ## ##### 1999-cu il tarixdə ** saylı əmrlə X1 təsərrüfat müdiri işinə qəbul edilmişdir. Işlədiyi müddətdə işində heç bir nöqsana yol verməmişdir. Işinin öhdəsindən layiqincə gəlmişdir. Hər hansı inzibati tənbeh və cəza almamışdır. Hətta ## ######## 2023-cü il tarixdə ictimai işlərdə fəal iştirakına görə “fəxri fərman” da almışdır. Fasiləsiz olaraq, 1999-cu il tarixdən 2025-ci il tarixə kimi “X1” PHŞ-də işləmişdir. ## ##### 2025-ci il tarixli, **/* nömrəli əmrlə Azərbaycan Respublikasının Baş Nazirinin ## ###### 2024-cü il tarixli qərarına əsasən, “Təsərrüfat müdiri” ştatı ixtisara düşdüyünə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. ## ###### 2025-ci il tarixdə ona bu barədə xəbərdarlıq məktubu göndərilmişdir. Mart 2025-ci il tarixdə X1 PHŞ-nin binaların təmiri üzrə texniki işçisi vəfat etmişdir. ## ##### 2025-ci il tarixdə o həmin işə keçirilməsi barədə cavabdeh müəssisəyə müraciət etsə də, bu vaxta kimi işlə təmin olunmamışdır. Halbuki, o işdən azad ediləndən sonra Liseydə olan boş qalan vakant iş yerlərinə bir neçə nəfər işə qəbul edilmişdir. Qanunvericiliyə əsasən boşalan iş yerlərinə ixtisası uyğun gəldiyindən ilk növbədə ona həmin iş təklif edilməlidir. Müdriyyətin bu işi ona təklif etməsi onun vəzifə borcu olmasına baxmayaraq, o özü həmin işə qəbul edilməyi barədə ərizə ilə müraciət etmişdir. Ərizəsi qeydiyyata da alınmışdır. Lakin, müdriyyət bu işi ona verməyərək kənardan başqa bir şəxsi işə götürmüşdür. O, ali təhsilli olsa da, öz razılığı ilə hər hansı işə də keçməsinə razıdır. O, işdən azad olunarkən həmkarlar təşkilatının razılığı alınmamaqla əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. O, işə bərpa edilməsi ilə əlaqədar əmək müfəttişliyinə müraciət etmiş, ona heç bir cavab verilməmişdir. Onun oğlu X2 2-ci Qarabağ Müharibəsinin iştirakçısıdır. Orden və medalları var. Həyat yoldaşı işsizdir. Qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə2 iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı 1999-cu ildən başlayaraq şagird (tələbə) kontingenti sayından asılı olaraq müxtəlif işlərdə, təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Sonuncu dəfə liseydə mövcud olan şagirdlərin sayı 250 nəfərdən az olduğuna görə təsərrüfat işləri üzrə direktor müavini ştatı ixtisar olduğu üçün ##.##.2014-cü il tarixli, ** nömrəli əmrlə təsərrüfat müdiri vəzifəsinə keçirilmişdir. Iddiaçı ixtisasına uyğun olaraq liseydə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Nazirlər Kabinetinin ## ### 1996-cı il tarixli, ** nömrəli Qərarına əsasən 2024-2025-ci tədris ilində ixtisas qruplarının sayı artaraq 19-a çatdığına görə “Təsərrüfat müdiri” ştatı ixtisar olunmuş, əvəzində “inzibati təsərrüfat işləri üzrə direktor müavini” ştatı yaranmışdır. Bunun əsasında müəssisələrinin ##.##.2025-ci il tarixdə yenilənərək təsdiqlənmiş ştat cədvəlində “Təsərrüfat müdiri” ştatı ixtisar kimi qeyd edilmişdir. Iddiaçının tutduğu vəzifənin ixtisar olunması ilə əlaqədar Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən yazılmış xəbərdarlıq məktubu iddiaçıya təqdim olunmuşdur. ##.##.2025-ci il tarixdə lisey həmkarlar təşkilatına “Təsərrüfat müdiri” ştatının ixtisara düşməsinə və iddiaçının “Əməliyyatçı mühasib” qrupunda ixtisas fənn müəllimi kimi tədris ilinin sonunadək – ## #### 2025-ci il tarixədək qalıq dərslərini deməyə münasibət bildirilməsi ilə əlaqədar müraciət olunmuşdur. Məsələyə həmkarlar komitəsində ##.##.2025ci il tarixdə baxıldıqdan sonra protokoldan çıxarış onlara təqdim edilmişdir. ##.##.2025-ci il tarixdə xəbərdarlıq müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək haqqı, son haqq hesab ödənişləri təmin edilmişdir. Xəbərdarlıq dövründə iddiaçıya “Inzibati təsərrüfat işləri üzrə direktor müavini” ştatı üzrə ##.##.2025-ci il tarixdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi müsabiqəyə qatılmaq tövsiyyə edilmişdir və o, müsabiqədə iştirak etmişdir. Müsabiqənin nəticəsi ilə bağlı hər hansı məlumatları yoxdur. Iddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək başqa işlə təmin olunmasını xahiş etmişdir. Ərizəsinə cavab olaraq bildirilmişdir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “Ixtisas fənn müəlliləri və istehsalat təlim ustalarının işə qəbulu müsabiqəsi”ndə ixtisasına uyğun vakant yerlərə müraciət etməyi tövsiyyə edilir. “Binalarda xidmət üzrə texnik” ştatı yalnız ##.##.2025-ci il tarixdə X13 vakant bankına yerləşdiriləndən sonra ##.##.2025-ci il tarixdə X7 Məşğulluq Filialının göndərişi əsasında həmin ştata tam şəkildə işgüzarlıq keyfiyyətləti yoxlanılaraq işçi götürülmüşdür. Göstərilənlərə əsasən, iddia tələbini əsassız hesab edərək, təmin olunmamasını xahiş etmişdir.

16. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Qürur Abasov).

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Yəhyazadə oğlu X1 təsərrüfat müdiri kimi işə qəbul olunmuşdur. O, ixtisasına uyğun olaraq liseydə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Nazirlər Kabinetinin ## ### 1996-cı il tarixli, ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə ## ###### 2024-cü il tarixli Qərarına əsasən 2024-2025-ci tədris ilində ixtisas qruplarının sayı 19-a çatdığına görə “Təsərrüfat müdiri” ştatı ixtisara düşdüyündən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işdən azad edilmişdir. Həmin Qərar əsasında “Təsərrüfat müdiri” ştatı əvəzinə yaradılan “Inzibatitəsərrüfat işləri üzrə direktor müavini” ştatı üzrə işə qəbul Peşə Təhsili Üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən müsabiqə əsasında həyata keçirilir. Iddiaçı ## #### 2025-ci il tarixdə keçirilən müsabiqədə iştirak etsə də, yetərli bal toplamadığı üçün müsahibə mərhələsinə dəvət edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, araşdırma nəticəsində iddiaçının Əmək Məcəlləsinin 78ci maddəsinin

18. tələblərinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasına daxil olmaması müəyyən edilmişdir. Həmçinin, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər sırasına daxil olmaması müəyyən edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, cavabdeh “X1” PHŞ tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayət edilmişdir. Iddiaçıya əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş xəbərdarlıq məktubu müəyyən edilmiş müddətlər gözlənilməklə göndərilmiş və əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işdən çıxarma müavinətləri ödənilmişdir. Bu səbəbdən “X1” PHŞ tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, **/* saylı əmrin ləğv edilməsi üçün hər hansı qanuni əsas müəyyən edilməmişdir.

20. Iddia tələbinin məcburi işburaxma üçün əmək haqlarının cavabdehin hesabına iddiaçıya ödənilməsi hissəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, **/* saylı əmr qanuni və əsaslı hesab edildiyindən iddiaçının məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbi təmin edilə bilməz.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 43, 68, 70ci maddələri və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində yalnız tərəflərin təqdim etdiyi sənədləri sadalamış, lakin iddia ərizəsinə mahiyyəti üzrə düzgün hüquqi qiymət verməmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar bunlardır: 1. Bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Iş materialları ilə təsdiq olunmuşdur ki, o, işdən azad olunarkən Həmkarlar Təşkilatının razılığı alınmamaqla əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Cavabdehin məhkəməyə göndərilmiş ** saylı, ## ###### 2025-ci il tarixli etirazında özü də etiraf etmişdir ki, o, təsərrüfat müdiri kimi işində ciddi olmuş, idarəetmə prinsiplərinə uyğun fəaliyyət göstərməklə nəzarətində olan dövlət əmlakını yüksək məsuliyyətlə qoruyub saxlamaq keyfiyyətlərinə malikdir. Liseydə ictimai işlərdə də öz fəallığı ilə seçilib. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Lakin Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehin özünün də etirazında qeyd etdiyi kimi ixtisası üzrə peşəkarlıq səviyyəsi yüksək olduğu halda o, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq işdə saxlanılmayıb. Bununla da onun əmək hüquqları pozulmuşdur. Məhkəmə iş üzrə bütün faktiki halları tam aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmayaraq və eyni zamanda qətnamədə istinad edilən bəzi qanun normaları düzgün tətbiq və təfsir edilməyərək səhv nəticəyə gəlinmişdir. Məhkəmə əsassız olaraq qeyd edib ki, o, iddiaçı kimi Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasına daxil deyil. Halbuki iş üzrə cavabdehin Şamaxı Rayon Məhkəməsinə göndərdiyi ## ###### 2025-ci il tarixli, ** saylı etirazın 1-ci səhifəsində onun işdə saxlanılmağa üstünlüyü olan şəxs hesab edilməyinə dair etirafları yazılmışdır. Lakin məhkəmə bu faktlara qərəzli yanaşmış, nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir.

24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Ayaz Mahmudov-sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Afiq Hüseynzadə).

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, eyni zamanda qeyd etmişdir ki, İddiaçı Yəhyazadə oğlu X1 təsərrüfat müdiri kimi işə qəbul olunmuşdur. O, ixtisasına uyğun olaraq liseydə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Nazirlər Kabinetinin ## ### 1996-cı il tarixli, ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə ## ###### 2024-cü il tarixli Qərarına əsasən 2024-2025-ci tədris ilində ixtisas qruplarının sayı 19-a çatdığına görə “Təsərrüfat müdiri” ştatı ixtisara düşdüyündən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işdən azad edilmişdir. Həmin Qərar əsasında “Təsərrüfat müdiri” ştatı əvəzinə yaradılan “Inzibati təsərrüfat işləri üzrə direktor müavini” ştatı üzrə işə qəbul Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən müsabiqə əsasında həyata keçirilir. Iddiaçı ## #### 2025-ci il tarixdə keçirilən müsabiqədə iştirak etsə də, yetərli bal toplamadığı üçün müsahibə mərhələsinə dəvət edilməmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi iddiaçıya müvafiq vəzifə üzrə işə qəbul edilməsi üçün imkan yaradılmış, lakin mövcud müsabiqədə uğur əldə etmədiyi üçün o, bu imkandan yararlana bilməmişdir.

27. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsində işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq hansı müddətlərdə rəsmi xəbərdar edilməli olması dəqiq və konkret göstərilmişdir. Işin araşdırılan hallarından görünür ki, cavabdeh “X1” PHŞ tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayət edilmişdir. Iddiaçıya əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş xəbərdarlıq məktubu müəyyən edilmiş müddətlər gözlənilməklə göndərilmiş və əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işdənçıxarma müavinətləri ödənilmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının özündən yuxarı və ya aşağı vəzifədə olan işçilərlə ixtisarla bağlı müqayisə aparması düzgün olmamışdır. Əvvəla, yuxarıda qeyd olunduğu kimi iddiaçının tutduğu vəzifə ixtisar olunmaqla, ondan aşağı vəzifələrə (məsələn fəhlə) işçi götürmək işəgötürənin müstəsna səlahiyyətidir.

29. “Təsərrüfat müdiri” ştatı əvəzinə yaradılan “Inzibati-təsərrüfat işləri üzrə direktor müavini” ştatı üzrə işə qəbul Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən müsabiqə əsasında həyata keçirilir ki, bu da hazırkı halda işəgötürənin səlahiyyəti çərçivəsində deyil. Beləliklə, hazırkı halda iddiaçının mübahisələndirdiyi “X1” PHŞ tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, **/* saylı əmrin ləğv edilməsi üçün hər hansı qanuni əsas müəyyən edilməmişdir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Məhkəmə kollegiyası izah etmişdir ki, Əmək Məcəlləsi hər iki tərəfi, yəni həm işçini, həm də işəgötürəni bərabər şəkildə qoruyur.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir.

32. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 11-ci maddənin “f” bəndi, 12-ci maddənin “c” bəndi, 16-cı maddənin 1-ci hissəsinə, 68-ci maddənin 1-ci hissəsinə, 69-cu maddənin 7ci hissəsinə, 70-ci maddənin “b” bəndinə, 71-ci maddənin 3-cü hissəsinə, 76-cı maddənin 1ci hissəsinə, 78-ci maddənin 1-ci hissəsinə, 300-cü maddənin 1-ci hissəsinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə bütün faktiki halları tam aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmayaraq və eyni zamanda qətnamədə istinad edilən bəzi qanun normaları düzgün tətbiq və təfsir edilməyərək səhv nəticəyə gəlinmişdir. Məhkəmə əsassız olaraq qeyd edib ki, o, iddiaçı kimi Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasına daxil deyil. Halbuki iş üzrə cavabdehin Şamaxı Rayon Məhkəməsinə göndərdiyi ## ###### 2025-ci il tarixli, ** saylı etirazın 1-ci səhifəsində onun işdə saxlanılmağa üstünlüyü olan şəxs hesab edilməyinə dair etirafları yazılmışdır. ##.##.2023-cü il tarixdə Liseyin ictimai işlərində fəal iştirakına görə fəxri fərmanla təltif olunmuşdur. Lakin məhkəmə bu faktlara qərəzli yanaşmış, nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. Iddiaçının hüquqları pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 78.1-ci maddəsində bildirilir ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmən Məcəllənin 83.2-ci maddəsində göstərilmişdir ki, Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.Həmən Məcəllənin 84.2-ci maddəsində bildirilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bütün göstərilənləri nəzərə alaraq qətnamə ləğv olunmalıdır.

35. Kassator şikayətini Əmək Məcəlləsinin 78.1, 83.2, 84.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə 11, “f” bəndi. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir.

38. Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

39. Maddə 16 (1-ci hissə). Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

40. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

41. Maddə 69 (7-ci hissə). Işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

42. Maddə 70 “b” bəndi. Işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

43. Maddə 71 (3-cü hissə). Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır

44. Maddə 76 (1-ci hissə). Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

45. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

46. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79 cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətinə əsasən, qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə düzgün nəticəyə gəlinmişdir.

57. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Çünki kassasiya şikayətinin dəlilləri apelylasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

58. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılmaması və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar