Məhkəmə qərarları › İş №2(1-8)-696/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-696/2026

19.05.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-696/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: dəymiş ziyanın tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətlə Cavabdeh arasında bağlanılmış ##.##.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, sonuncuya 345 manat aylıq vəzifə maaşı təyin edilməklə ##.##.2023-cü ildən ##.##.2024-cü il tarixədək sürücü vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətlə Cavabdeh arasında ##.##.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

3. Cavabdeh ##.##.2024-cü ildə idarə etdiyi “Mercedes-Benz” Sprinter 313 CDI markalı, **- GD-*** dövlət qeydiyyat nişanlı ambulans avtomobili ilə Horadiz-Bayramtəpə yolunun 55-ci kmdə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti balansında olan sözügedən ambulans avtomobilinə, həmçinin nəqliyyat vasitəsindəki avadanlıqlara zərər dəymişdir.

4. Beyləqan Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin, baş təhqiqatçısının ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, onun əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati xətaya dair iş üzrə icraata başlanması üçün qəbul edilmiş qərarın surətinin Beyləqan rayon X6 X4 göndərilməsi qərara alınmışdır.

5. ##.##.2024-cü il tarixli protokol-qərara əsasən, Cavabdeh AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat cərimə, 27.2 manat dəbbə pulu olmaqla, cəmi 107.2 manat cərimə edilmişdir.

6. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli nöqsan aktına əsasən, İddiaçı MMC-nə məxsus “Inovytec markalı” süni tənəffüz cihazını təmir etmək mümkün olmamışdır.

7. X2, X9, X7, X1, X15, X5 tərəfindən imza edilərək tərtib olunmuş ##.##.2024-cü il tarixli aktdan görünür ki, ##.##.2024-cü il tarixdə elektron qaimə əsasında alınmış 4.130 manat (ƏDV daxil) qiyməti olan süni tənəffüs cihazı (İnovytec) “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2024-cü il akta əsasən istifadəyə yararsız vəziyyətdədir.

8. “xxxx” MMC tərəfindən tərtib edilmiş nöqsan aktına əsasən, İddiaçı MMC-nin balansında olan “Mercedes-Benz” Sprinter 313 CDI markalı, 90-GD622 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı ambulans avtomobilinə “xxxx” MMC-nin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərək ehtiyat hissələrinin sıradan çıxması aşkar edilmiş, dəymiş zərərin məbləği 4.420 manat və usta xərcləri 5.500 manat olmaqla, ümumilikdə 9.920 manat müəyyən edilmişdir.

9. Sifarişçi “xxxx” MMC və icraçı İddiaçı MMC arasında bağlanılmış ##.##.2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, icraçı sifarişçini təcili tibbi yardım təyinatlı nəqliyyat vasitəsi və siyahısı bu müqaviləyə əlavələrlə müəyyən edilən tibbi avadanlıqlar və tibbi yardım çantası ilə təmin etməyi, göstərişlərinə uyğun olaraq vaxtlı-vaxtında və yüksək keyfiyyətlə göstərməyi, həmçinin xidmətlərin yerinə yetirilməsinə yüksək peşəkarlığı olan əməkdaşları cəlb etməyi, sifarişçi isə həmin xidmətlərin müqabilində icraçıya bu müqaviləyə əlavələrdə nəzərdə tutulmuş miqdarda xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin xidmət müqaviləsinə * saylı əlavə razılaşmadan görünür ki, icraçı və sifarişçi göstərilən xidmətlər (tam təchizatlı təcili tibbi yardım təyinatlı nəqliyyat vasitəsi və sürücü) və onların qiyməti (5500 manat) barədə razılığa gəlmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı İddiaçı MMC (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonracavabdeh) qarşı dəymiş ziyanın tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitəsinə dəymiş zərərə görə 9.920 manat, nəqliyyat vasitəsindəki avadanlığa dəymiş zərərə görə 600 manat, əldən çıxmış fayda üzrə dəymiş zərərə görə 6.000 manat, tənəffüs aparatı üçün ödənilmiş 4.130 manat, IXP******* nömrəli protokol üzrə çıxarılmış qərar üzrə 107.20 manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədilə ödənilmiş 50 manat, ödənilmiş dövlət rüsumu ilə bağlı 102 manat olmaqla, cəmi 20.909,20 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçıda işlədiyi dövrdə, yəni ##.##.2024cü il tarixdə saat 14:00 radələrində Beyləqan rayon ərazisindən keçən Horadiz-Bəhrəmtəpə avtomobil yolunun 55-ci km-də Bəhrəmtəpə istiqamətinə doğru hərəkət edərkən onun tərəfindən idarə olunan “Mercedes-Benz” Sprinter 313 CDI markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı ambulans avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olan zaman avtomobili yolun sol kənarında yerləşən beton səddə vurmuş, hərəkət hissəsindən sağ boşluq sahəyə çıxarıb aşıraraq nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Sözügedən şəxs tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan sərnişin X3 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmiş material üzrə cinayət işi rədd edilmişdir. ##.##.2024-cü il tarixdə cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsilə inzibati tənbeh tədbiri görülməsi haqqında protokol üzrə çıxarılmış qərara əsasən 107.20 manat cərimə məbləği iddiaçı tərəfindən ödənilmişdir. ##.##.2024-cü il tarixdə qəzaya uğramış avtomobilə “xxxx” MMC-də mütəxəssislər tərəfindən texniki baxış keçirilmiş, sıradan çıxan ehtiyat hissələri və təmiri üçün tələb olunan xərclər müəyyən olunmuşdur. Sözügedən mütəxəssislər tərəfindən vurulan ziyanın yekun məbləği 9.920 manat müəyyən edilmişdir. Bundan başqa nəqliyyat vasitəsindəki avadanlıqların təmiri üzrə iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə tərtib edilmiş nöqsan aktına əsasən 600 manat “xxxx” MMC tərəfindən hesablanmışdır. Bundan başqa nəqliyyat vasitəsindəki “Inovytec markalı” süni tənəffüz cihazı istifadəyə yararsız hala düşmüşdür. ##.##.2024-cü il tarixdə tərtib edilmiş elektron qaiməyə əsasən 4.130 manata alınmış və ##.##.2024-cü il tarixdə tərtib edilmiş akta əsasən avadanlığın istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Bundan əlavə, layihə zamanı qəza törədilməsi səbəbi ilə layihə yerinə getmək mümkün olmamış, bu səbəbdən layihə ləğv edilmiş və iddiaçıya maliyyə cəhətdən zərər dəymişdir. Layihənin xalis mənfəəti aylıq 2.000 manat təşkil edəcəkdi ki, bu da 3 ay üçün 6.000 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə pretenziya göndərilərək cavabdehdən ##.##.2023-cü il tarixdə imzalanmış tam maddi məsuliyyət haqqında müqavilədən irəli gələn öhdəliklərinə müvafiq olaraq ümumilikdə 20.757.20 manat zərər məbləği tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. O cümlədən, cavabdehlə sözügedən problemi həll etmək məqsədilə iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət edilərək 50 manat ödənilmişdir. Cavabdehlə aralarında ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinə xitam verilməsi haqqında “Əmək müqaviləsi bildirişi” ilə ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərinə uyğun olmayaraq öz vəzifələrini lazımınca icra etməmiş və iddiaçı tərəfindən ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq üzərinə düşən 20.757,20 manat dəymiş zərəri və mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə 50 manat olmaqla, ümumilikdə 20.807,20 manatı iddiaçıya ödəməkdən yayınmışdır. Cavabdeh ona işəgötürən (iddiaçı) tərəfindən verilmiş əmlakın salamatlığını təmin etməmiş, öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlamasına baxmayaraq, qanunvericiliyin normalarını pozaraq öz üzərinə düşən öhdəliyin icrasını həyata keçirməmiş, ona edilən xəbərdarlıqları heçə saymışdır.

12. Cavabdeh iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının öz səhvi olduğu üçün iddia tələbini qəbul etməsə belə, maşına dəymiş zərərin əvəzini ödəməyi qismən qəbul edir. Belə ki, ona verilmiş maşın nasaz vəziyyətdə olmuşdur. Yol vərəqəsi üzrə avtomobili Ağdama aparıb 1 həftə orada avtomobilin yanında qalmalı idi. Lakin Horadiz şəhərində olan baş məntəqədə göndərilənləri təhvil verdikdən sonra ona şirkət tərəfindən Beyləqan yolu ilə getməsi deyilmiş, cavabdeh həmin yolla getdikdə avtomobil yolu buzlu olduğundan, bundan əlavə avtomobilin təkərləri qış deyil, yay təkərləri olduğundan idarə etdiyi avtomobil yolda fırlanmış və qəza qacınılmaz olmuşdur. Bununla bağlı polis tərəfindən tərtib olunmuş protokolla razılaşmamasına baxmayaraq, polisə müraciəti əsasında şikayət verilsə də, qərarın ləğv olunmayacağı bildirilmiş, buna görə də şikayət vermək hüququndan istifadə etməmişdir. Bundan əlavə avtomobilə texniki baxış keçirilməsi ilə bağlı bütün sənədlər əsassızdır, çünki o, avtomobili Masazır qəsəbəsində öz ustalarının yanına apardıqda ona avtomobilin motoruna heç nə olmadığı bildirilmişdi. Həmçinin avtomobildə tibbi aparatların olduğunu, böyük ehtimalla onlara ziyan dəydiyini qeyd etmişdir. Barışıq üçün mediasiyaya çağırıldıqda həmin vaxt 4.000 manat, sonra isə 2.000 manat olmaqla, ümumilikdə 6.000 manat ödəməyi təklif etmişdir. Buna baxmayaraq, ayda 1.000 manat ödəməsini istəmişlər. Hadisə baş verdikdən təxminən 1 ay sonra iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, 1 il ərzində işsiz olması və onu heç bir yerdə işə götürmədikləri nəzərə alınaraq bu məbləği ödəməsi qeyri-mümkün olmuşdur. Hazırda məhz bu səbəbdən işləyə bilmir, lakin həmin maddə üzərindən götürülərsə, işləyərək bir qismini ödəyə bilər. İddiaçı layihəni qazana bilmə ehtimalını irəli sürərək əldən çıxmış faydaya görə cavabdehdən pul tələb etməsinə baxmayaraq, layihəçi şirkəti qəbul etməmiş, hətta MMCnin təsisçisi olan Azər adlı şəxs cavabdehdən xahiş etmişdir ki, layihəçilərlə xoş rəftar edərək ləğv etmələrinə yol verməsin. Bununla bağlı aralarında olan yazışmaları təqdim edə biləcəyini qeyd etmişdir. Bundan əlavə qəzadan sonra maşını düzəltdirməyi təklif etsə də, Azər (təsisçi) bunu qəbul etməmişdir.

13. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu “xxxx” tərəfindən tərtib edilmiş nöqsan aktına əsasən 2002-ci il buraxılışlı, “Mersedes-Benz” Sprinter 313 CDI markalı, **-GD-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 7.175 manat (dəyişilməli hissələrin qiyməti 2.975 manat + təmir bərpanın qiyməti 4200 manat) olması müəyyən edilmiş, həmçinin nöqsan aktında və cədvəlin 20-ci bəndində göstərilən akkumlyatorun amperajı və markası barədə ətraflı məlumat olmadığından, tədqiqat aparmaq mümkün olmamış, bundan əlavə “İnovytec” markalı süni tənəffüz cihazının istifadəyə yararlı olub-olmaması məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığı bildirilmişdir.

14. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, sözügedən “Inovytec” markalı süni tənəffüz cihazı qiymətləndirməyə təqdim olunan zaman onun heç cürə işlək vəziyyətə gətirilməsi mümkün olmamış və aparılmış tədqiqat nəticəsində tam yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. “Inovytec” markalı süni tənəffüz cihazına dəymiş zərərin məbləğinin araşdırma nəticəsində iş materiallarında olan akta birə-bir uyğunluğu tərəflərindən müəyyən edilmişdir. Nəticə etibarilə, “Inovytec” markalı süni tənəffüz cihazına dəymiş zərərin məbləği iş materiallarında olan akta tam uyğundur və cihaz istifadəyə tam yararsızdır. Həmçinin mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 300 manat xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir.

15. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia qismən təmin edilərək, cavabdehdən maddi ziyana görə 12.012,20 manatın tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hadisə zamanı əmək müqaviləsi üzrə münasibətlər olmuş və cavabdeh tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. Cavabdeh iddiaçının balansında olan nəqliyyat vasitəsi və avtomobilin daxilində olan avadanlıqları yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə salmış, bununla da iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı tərəfindən bu maddi zərərin dəyəri iş materiallarına əlavə edilmiş nöqsan aktına əsasən dəymiş zərər 4.420 manat, usta xərcləri 5.500 manat olmaqla, ümumilikdə 9.920 manat hesablamışdır.

17. Lakin məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin miqdarı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək hesablanmış və Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024- cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, nəzəri hesablama yolu “xxxx” tərəfindən tərtib edilmiş nöqsan aktına əsasən 2002-ci il buraxılışlı, “Mersedes-Benz” Sprinter 313 CDI markalı, **-GD-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 7.175 manat (dəyişilməli hissələrin qiyməti 2.975 manat + təmir bərpanın qiyməti 4.200 manat) təşkil edir. İddiaçının əmlakına dəymiş zərərin məbləğini müəyyən etmək üçün bu rəy mötəbər sübut kimi qəbul edilməli və cavabdehdən maddi zərərin əvəzi kimi məhz 7.175 manat pul tutulmalıdır.

18. Həmin ekspert rəyinə əsasən, nöqsan aktında və cədvəlin 20-ci bəndində göstərilən akkumlyatorun amperajı və markası barədə ətraflı məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamış, bu səbəbdən iddiaçı tərəfindən təqdim edilmiş nöqsan aktına əsasən 2 ədəd akkumulyatora uyğun olaraq hesablanmış dəymiş zərər 600 manat hesab edilməlidir.

19. Eyni zamanda “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, “X10” markalı süni tənəffüs cihazına dəymiş zərərin məbləği 4.130 manat təşkil edir. Odur ki, məhkəmə qeyd etmişdir ki, avadanlığa dəymiş zərərin əvəzi kimi cavabdehdən həmin məbləğ- 4.130 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Həmçinin iddiaçı tərəfindən ##.##.2024-cü il tarixli, IXP******* saylı protokola əsasən ödənilmiş, Cavabdeh hesablanmış 107.2 manat cərimə məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 201.2-ci maddəsinə əsasən, işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Odur ki, yuxarıda qeyd olunan maddənin tələblərinə əsasən iddia tələbi cavabdehdən “əldən çıxmış faydaya görə 6.000 manat pulun tutulması” hissəsində təmin edilməməlidir.

22. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə əmək mübahisəsi olmadığından, bu baxımdan tərəflərin mediasiyaya müraciət edərək mediasiya sessiyasında iştirak etməsi zərurəti yaranmadığından, iddia tələbi bu hissədə təmin edilməməlidir.

23. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Əmək Məcəlləsinin 191, 192, 194, 199, 201, 205-ci, habelə MPM-nin 4.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsininin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən araşdırmalar birtərəfli iddiaçının mövqeyinə uyğun olaraq aparılmaqla ədalətsiz nəticə vermiş, tətbiq olunmalı olan maddi hüquq normaları deyil iddianın birmənalı olaraq təmin edilməsi yönündə qanunvericilik tətbiq edilmişdir. Ümumiyyətlə məhkəmə iddiaçının həmin dövr üçün fəaliyyətinin dayandırılmasına (klinikada baş vermiş ölüm hadisəsi ilə əlaqədar) qiymət vermədən qətnamə çıxarmışdır. Halbuki bu barədə məhkəməyə müvafiq sənədlər təqdim edilmişdir. Məhkəmə maddi hüquq norması tətbiq edərkən elə məhkəmə hazırlıq iclaslarında pozuntulara yol verilmişdir ki, nəticədə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnən qətnamə çıxarılmışdır. Horadiz şəhərindən sonrakı marşrutun iddiaçıya aidiyyəti olmamışdır. Bu səbəbdən də məhkəmə AR MPM-nin 387-ci maddəsinin tələblərinə əməl etməməklə prossesual hüquq normalarını pozmuşdur. Göründüyü kimi həmin Horadiz şəhərində yola davam tapşırığını vermiş şəxslər də dəvət edilmədiyindən məhkəmə işdəiştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Məhkəmədə bildirişlər təqdim edilmiş və iddiaçının nümayəndəsi tərəfindən etiraflar olmuşdur. Həmin şəxslər dindirilməməklə prosessual hüquq normalarını pozulmuşdur. Məhkəmənin bu halları aydınlaşdırmaması artıq nəticə etibarıilə iddianın qabaqcadan təmin ediləcəyindən xəbər verir. Məhkəmənin gəldiyi nəticəyə təsir edən amillərdən biri də odur ki, məhkəmə tərəfindən sübutlara qiymət verilməmişdir. Verilmədiyi üçün də faktiki hallara qiymət verilməmiş və iş üçün bütün mühüm əhəmiyyətli hallarının aydınlaşdırılmamasına gətirib çıxartmışdır. Məhkəmə tərəfindən artıq ilk mərhələdən sübutların gizlədilməsi, faktiki halların araşdırılmaması həyata keçirilmişdir. İddiaçının fəaliyyəti dayandırılmış olduğu halda fəaliyyət göstərərək yol vərəqəsi vermiş və belə olan halda delikt iddiaçıya aid olmalıdır. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Bütün bunlarla bağlı məhkəmədə qarşılıqlı münasibətlərin təzyiq və tabeçilikdən sui-istifadə nəticəsində əmələ gəlməsi məlum olduğu halda məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır.

26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən, məruzəçi), Ayaz Mahmudov və Afaq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

28. Məhkəmə kollegiyası iddiaçının fəaliyyətinin dayandırılmasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh buna dair hər hansı sübut təqdim etməmiş, həmin fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

29. Məhkəmə kollegiyası AR Mülki Məcəlləsinn 1097.5-ci maddəsinin müddəaları ilə bağlı qeyd etmişdir ki, sözügedən iş üzrə zərərin vurulmasına dair zərərçəkənin xahişi və ya razılığı müəyyən olunmadığından və öz təsdiqini tapmadığından, həmin norma hazırkı mübahisəyə tədbiq oluna bilməz. Əksinə işin mübahisəsiz hallarından görünür ki, işçi- Cavabdeh işəgötürən İddiaçı MMC qarşısında ##.##.2023-cü il tarixli müqaviləyə əsasən əmək müqaviləsi qüvvədə olduğu bütün dövr üzrə tam həcmdə maddi məsuliyyəti öz üzərinə götürmüşdür.

30. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı AR Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci, Əmək Məcəlləsinin 191, 192, 194, 199, 201, 205-ci, hebalə MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin missiyası Horadiz şəhərində başa çataraq avtomobil tam şəkildə, saz vəziyyətdə təhvil verilmişdir. Sonradan orada olan şirkətin müqaviləsiz, yol vərəqəsiz cavabdehi işə məcbur etməsi nəticəsində vurulmuş ziyan üçün məsuliyyəti elə iddiaçının özü və Horadiz şəhərində avtomoli təhvil almış maraqlı şəxs daşıyır. Buna baxmayaraq məhkəmə tərəfindən araşdırmalar birtərəfli iddiaçının mövqeyinə uyğun olaraq aparılmaqla ədalətsiz nəticə verilmiş, tətbiq olunmalı olan maddi hüquq normaları deyil iddianın birmənalı olaraq təmin edilməsi yönündə qanunvericilik tətbiq edilmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən iddiaçı həmin dövr üçün fəaliyyətinin dayandırılmasına (klinikaada baş vermiş ölüm hadisəsi ilə əlaqədar) qiymət verilmədən qətnamə çıxarılmışdır. Halbuki bu barədə məhkəməyə müvafiq sənədlər təqdim edilmişdir. Məhkəmə maddi hüquq norması tətbiq edilərkən elə məhkəmə hazırlıq iclaslarında pozuntulara yol verilmişdir ki, nəticədə sözü gedən və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnən qətnamə çıxarılmışdır. Qeyd edilməlidir ki, baş vermiş hadisənin araşdırılması ilkin olan əmək müfətişliyinin üzərində olmasına baxmyaraq müvafiq rəy (qərar) alınmadan birtərəfli qərar qəbul edilmişdir. Bununla yanaşı Horadiz şəhərində yola davam tapşırığını vermiş şəxsləri dindirməməklə məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin bu halları aydınlaşdırmaması artıq nəticə etibarı ilə iddianın qabaqçadan təmin ediləcəyindən xəbər verir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

40. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

41. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

42. Maddə 191(1) Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

43. Maddə 191(2) Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

44. Maddə 192(1) Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

45. Maddə 194(1) Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

46. Maddə 194(2) Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

47. Maddə 199 İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda.

48. Maddə 201(2) İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

49. Maddə 205(2) Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 54.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 55.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 56.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

59. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

60. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

61. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, maddi və prosessual hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir.

62. İddiaçının fəaliyyətinin dayandırılmasına dair cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh bu dəlili ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

63. Apellyasiya instansiyası məhkəməsi AR Mülki Məcəlləsinn 1097.5-ci maddəsinin müddəaları ilə bağlı qeyd etmişdir ki, sözügedən iş üzrə zərərin vurulmasına dair zərərçəkənin xahişi və ya razılığı müəyyən olunmadığından və öz təsdiqini tapmadığından, həmin norma hazırkı mübahisəyə tədbiq oluna bilməz.

64. Əksinə işin mübahisəsiz hallarından görünür ki, işçi- Cavabdeh işəgötürən İddiaçı MMC qarşısında ##.##.2023-cü il tarixli müqaviləyə əsasən əmək müqaviləsi qüvvədə olduğu bütün dövr üzrə tam həcmdə maddi məsuliyyəti öz üzərinə götürmüşdür.

65. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, tərəflər arasında əmək müqaviləsi üzrə münasibətlər olmuş və cavabdehlə tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. Cavabdeh iddiaçının balansında olan nəqliyyat vasitəsi və avtomobilin daxilində olan avadanlıqları yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə salmış və bununla da iddiaçıya maddi zərər vurmuşdur.

66. İddiaçı tərəfindən bu maddi zərərin dəyəri iş materiallarına əlavə edilmiş nöqsan aktına əsasən dəymiş zərərə görə 4.420 manat, usta xərclərinə görə 5,500 manat olmaqla, ümumilikdə 9.920 manat hesablanmışdır. Lakin, Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, nəzəri hesablama yolu “xxxx” tərəfindən tərtib edilmiş nöqsan aktına əsasən 2002-ci il buraxılışlı, “Mersedes-Benz” Sprinter 313 CDI markalı, **-GD-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 7.175 manat (dəyişilməli hissələrin qiyməti 2.975 manat + təmir bərpanın qiyməti 4.200 manat) təşkil edir. İddiaçının əmlakına dəymiş zərərin məbləğini müəyyən etmək üçün bu rəy mötəbər sübut kimi qəbul edilməli və cavabdehdən maddi zərərin əvəzi kimi 7.175 manat tutulmalıdır.

67. Həmin ekspert rəyinə əsasən, nöqsan aktında və cədvəlin 20-ci bəndində göstərilən akkumlyatorun amperajı və markası barədə ətraflı məlumat olmadığından, tədqiqat aparmaq mümkün olmamış, bu səbəbdən iddiaçı tərəfindən təqdim edilmiş nöqsan aktına əsasən 2 ədəd akkumulyatora uyğun olaraq hesablanmış dəymiş zərər 600 manat müəyyən edilmişdir.

68. Eyni zamanda “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, “X10” markalı süni tənəffüs cihazına dəymiş zərərin məbləği 4.130 manat təşkil edir. Odur ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avadanlığa dəymiş zərərin əvəzi kimi 4.130 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

69. Həmçinin iddiaçı tərəfindən ##.##.2024-cü il tarixli, IXP******* saylı protokola əsasən ödənilmiş, cavabdehə hesablanmış 107.2 manat cərimə məbləği ondan tutularaq iddiaçıya ödənilməlidir.

70. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh Bəxtiyar oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar