Məhkəmə qərarları › İş №2(1-8)-701/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-701/2026

17.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-701/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Mehkman Velievə (X1) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri, mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Mehkman Velievə (X1) qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ünvan 1 ünvanında yerləşən mənzil 1980-ci il # ######## tarixli *** saylı orderlə tərəflərin atası X2 verilmiş və bu barədə 2004-cü il ## ###### tarixli ***** nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir.

2. X2 ##.##.2007-ci ildə vəfat etmiş, 2024-cü il ## #### tarixli vərəsəlik şəhadətnaməsinə əsasən həmin əmlak X1 miras olaraq verilmiş, 2024-cü il # ###### tarixdə onun bu əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir.

3. “Miras payının bağışlanması” haqqında 2024-cü il ## #### tarixli müqavilə ilə iddiaçı1 ##.##.2007-ci il tarixdə ölmüş miras qoyan atası X2 ona düşən miras payını və mərhum atasından ##.##.2024-cü il tarixdə vəfat etmiş anası X3 çatası miras paydan ona düşən miras payını qardaşı X1 bağışlamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçılar iddiaçı1 və iddiaçı2 (bundan sonra - iddiaçılar və ya ad, soyad) cavabdeh Mehkman Velievə (X1) (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən ** nömrəli evin ** nömrəli mənzilinə (bundan sonra - mübahisəli mənzil) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, iddiaçı iddiaçı1 1980-ci ildən, oğlu iddiaçı2 isə 2001-ci ildən həmin mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Iddiaçı iddiaçı1 anası X3 2024-cü il ## #### tarixdə vəfat edəndən sonra mübahisəli mənzil ona, bacısı X4 və qardaşı olan cavabdehə miras qalmışdır. Qardaşı uzun illər Rusiya Federasiyasında yaşadığından və həmin ölkənin vətəndaşı olduğundan iddiaçı iddiaçı1 miras payını ona bağışlamış və onunla cavabdeh arasında iddiaçıların mənzildə müvəqqəti yaşaması barədə razılıq əldə edilmişdir. Bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdeh mənzildə münaqişələr yaratmış, 2024-cü il ## ###### tarixdə isə iddiaçı iddiaçı1 mənzildən çıxmasını tələb etmişdir. Münaqişənin qarşısını almaq məqsədilə o, mənzili tərk etmiş, lakin başqa yaşayış yeri olmadığından və məsələni sülh yolu ilə həll edə bilmədiyindən 2025-ci il ## ###### tarixdə məhkəməyə müraciət etmişdir. Hazırda şəxsi əşyaları həmin mənzildə qalmaqdadır.

6. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzili onun mülkiyyətindədir və o, valideynlərinin yeganə oğludur. Hazırda Rusiya Federasiyasında yataqxanada yaşayır. Bacısı iddiaçı1, onun həyat yoldaşı və oğlu iddiaçı2 uzun müddət onun Rusiyada yerləşən təkotaqlı yataqxanasında yaşamış, bu müddətdə özü çətin şəraitdə müxtəlif ünvanlarda qalmışdır. Həmçinin iddiaçı iddiaçı2 Goranboy və Göygöl rayonlarında torpaq sahələri ayrılmışdır. ##.##.2024-cü il tarixdə aralarında mənzildən istifadə ilə bağlı mübahisə yaranmış və onlardan mənzili tərk etməsini tələb etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Gəncə şəhəri, Aidə Imamquliyeva küçəsində yerləşən ** saylı evin ** saylı mənzili əvvəllər onun vəsaiti hesabına anasının adına alınmış, sonradan isə onun adına rəsmiləşdirilmişdir və hazırda həmin mənzildə ailə üzvləri yaşayır. Digər əmlakının mövcudluğunun hazırkı mübahisəyə aidiyyəti olmadığını bildirmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin (hakim C.Y.Quliyev) 2025-ci il ## ### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı iddiaçı1 Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən ** nömrəli evin ** nömrəli mənzilinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar Azərbaycan Respublikasının vətəndaşları, cavabdeh isə Rusiya Federasiyasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında əmlaka malikdir. Bu səbəbdən məhkəmə hazırkı mübahisəyə baxmaq üçün beynəlxalq səlahiyyətə malik hesab edilmişdir.

9. Həmçinin, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçılar ##.##.2024-cü ilədək mübahisəli mənzildə yaşamış, ##.##.2024-cü il tarixdə baş vermiş münaqişədən sonra həmin mənzili tərk etmişlər. Bu hallar cavabdeh tərəfindən etiraf edildiyindən, iddiaçılar sübutetmə vəzifəsindən azad olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, mənzilə köçürülmə tələbinin təmin edilməsi üçün iddiaçıların həmin mənzil üzrə istifadə hüququnun mövcudluğu müəyyən edilməlidir və bu məqsədlə mübahisəyə tətbiq olunmalı hüquq norması müəyyən edilərək qiymətləndirilməlidir. Bu baxımdan iddiaçı iddiaçı1 1980-ci ildən, iddiaçı iddiaçı2 isə 2001-ci ildən mübahisəli mənzildə yaşadığndan, iddiaçı1 münasibətdə hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin, iddiaçı2 münasibətdə isə Mülki Məcəllənin normaları tətbiq edilməlidir.

10. Məhkəmə vurğulamışdır ki, qanunvericiliyə əsasən, mülkiyyət hüququ ilə mənzildən istifadə hüququ ayrı-ayrı hüquqi anlayışlar olub, onların yaranma, itirilmə əsasları, habelə doğurduğu hüquq və vəzifələr fərqlidir. ##.##.2000-ci ilədək qüvvədə olan normalara görə, mənzildən istifadə hüququ şəxsin mülkiyyətçinin ailə üzvü kimi həmin mənzilə köçməsi ilə yaranır və altı ay müddətində istifadə edilmədikdə itirilmiş hesab olunur. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı iddiaçı1 ona məxsus miras payını mənzillə bağlı hüquqlarına zidd şəkildə istifadə olunmayacağına güvənib ona etimad göstərərk ##.##.2024-cü il tarixdə cavabdehə bağışlamış, lakin bundan sonra da mübahisəli mənzildə yaşamaqda davam etmişdir. Bu hal tərəflər arasında mənzil hüquq münasibətlərinin davam etdiyini və istifadə hüququna xitam verilmədiyini göstərir. Beləliklə, miras payının bağışlanması iddiaçı iddiaçı1 mənzildən istifadə hüququndan imtina etməsi kimi qiymətləndirilə bilməz. O, ##.##.2024-cü il tarixədək, yəni münaqişə nəticəsində mənzildən çıxarıldığı vaxtadək həmin mənzildə faktiki yaşamışdır. Bu səbəbdən cavabdeh mülkiyyət hüququndan istifadə edərək, istifadə hüququ olan şəxsləri mənzildən məhrum edə bilməz. Əks yanaşma hüquqdan sui-istifadə qadağası prinsipinə zidd olardı.

11. Məhkəmə iddiaçı iddiaçı2 münasibətdə isə bildirmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşma bağlanmalı, bu razılaşma notariat qaydasında təsdiq edilməli və hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə isə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri (ər, arvad, valideynlər və uşaqlar) yaşayış sahəsindən bərabər istifadə hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin 2008ci il ## ### tarixli qərarında da göstərilmişdir ki, istifadə hüququnun yaranması üçün qeyd olunan şərtlərin məcmu şəkildə mövcudluğu tələb olunur. Qanunvericilik ailə üzvləri, birgə yaşayan ailə üzvləri və digər şəxslər arasında fərqli hüquqi rejim müəyyən etmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddiaçı2 mübahisəli mənzildə yaşayarkən mülkiyyətçinin birgə yaşayan ailə üzvü olmamışdır. Bu səbəbdən onun istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan şərtlərə əməl olunmalı idi. Iş materialları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun yaranmasına dair notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma mövcud deyildir. Bu səbəbdən tələb iddiaçı iddiaçı1 münasibətdə əsaslı olsa da, iddiaçı iddiaçı2 münasibətdə əsassızdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin III hissəsi və 71-ci maddəsinin II hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 16, 228.1, 228.2, 228.5, 560.3.4, 666.1, 1133.1-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (##.##.2009-cu ilədək qüvvədə olmuş) 53, 54, 60, 87.2, 123-cü, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 106.3, 217.4, 440.1, 440.2, 443.0.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun: «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 1999-cu il ## #### tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 2001-ci il ## #### tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 2008-ci il ## ### tarixli, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 2013-cü il # ####### tarixli və «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2014-cü il ## #### tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzildə yaşayarkən mənzil order əsasında onun babasının istifadəsində olmuşdur. Bu səbəbdən mübahisəyə Azərbaycan Respublikasının ##.##.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsi tətbiq edilməlidir. Həmin normaya əsasən, yetkinlik yaşına çatmayan şəxslərin valideynlərinin yanına köçürülməsi üçün digər ailə üzvlərinin razılığı tələb olunmur və onlar yaşayış sahəsindən digər şəxslərlə bərabər istifadə hüququ əldə edirlər. Həmçinin qeyd edilmişdir ki, həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə mülkiyyətçinin ailə üzvləri yaşayış sahəsinə öz yetkinlik yaşına çatmayan uşaqlarını köçürmək hüququna malikdirlər və bu şəxslərin istifadə hüququ ailə münasibətlərinə xitam verildikdə də saxlanılır. Bu əsasla iddiaçı hesab edir ki, onun mübahisəli mənzildə istifadə hüququ yaranmış, cavabdeh isə mənzili yüklü şəkildə əldə etmişdir. Şikayətdə əlavə olaraq bildirilmişdir ki, hətta mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsi tətbiq edilsə belə, həmin maddəyə əsasən mülkiyyətçinin ailə üzvləri yaşayış sahəsindən bərabər istifadə hüququna malikdirlər və bu hüquq ailə münasibətlərinə xitam verildikdə də qorunur. Iddiaçı yetkinlik yaşına çatmamış vaxtda mülkiyyətçinin ailə üzvü kimi həmin mənzilə köçmüş, anası isə sonradan mənzil üzrə miras payı əldə etmiş və bu payı cavabdehə bağışlamışdır. Bu səbəbdən iddiaçı mənzildən istifadə hüququnun mövcud olduğunu iddia edir.

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil cavabdehin mülkiyyətindədir. Iddiaçı iddiaçı1 mənzildən məcburi çıxarıldığını bildirsə də, cavabdeh bunu təkzib etmiş və qeyd etmişdir ki, belə hal baş vermiş olsaydı, iddiaçı hüquq-mühafizə orqanlarına müraciət edərdi. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı öz əşyalarının bir hissəsini Göygöl rayonu Çaykənd kəndinə, digər hissəsini isə qohumunun yaşadığı ünvana aparmışdır. Bu hallar iddiaçının mənzili könüllü tərk etdiyini və həmin tarixdən istifadə hüququnu itirdiyini göstərir. Şikayətə əsasən, iddiaçının ##.##.2024-cü il tarixdə mənzildən əşyaları ilə birlikdə köçməsi nəzərə alınmadan, onun yenidən mənzilə köçürülməsi barədə nəticəyə gəlməsi məhkəmənin düzgün olmayan hüquqi mövqeyini göstərmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi hakim), G.İ.Cavadova və T.N.Məmmədov) 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı iddiaçı2 və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddiaçı1 1980-ci ildən mübahisəli mənzildə yaşamaqla həmin sahədən istifadə hüququ əldə etmişdir və bu hüquq qanunvericiliyə uyğun olaraq qorunur. Onun mənzildəki payını cavabdehə bağışlaması istifadə hüququndan imtina kimi qiymətləndirilmir və o, 2024-cü il ## ###### tarixinədək faktiki olaraq həmin mənzildə yaşamışdır. Buna görə də onun mənzilə köçürülməsi tələbi əsaslıdır.

20. Digər iddiaçı iddiaçı2 isə mübahisəli mənzildən istifadə hüququ qanunun tələblərinə uyğun qaydada (notariat təsdiqli razılaşma və dövlət qeydiyyatı) yaranmadığından, onun tələbi əsassız hesab edilmişdir.

21. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və II hissələri, 125-ci maddəsinin VII bəndinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (##.##.2009-cu ilədək qüvvədə olmuş) 53, 54, 60, 87, 123-cü, MPM-in 4.1, 14.1, 14.2, 77.1, 80, 81, 88, 89, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 218.3, 384.0.1, 385.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 1999-cu il ## #### tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 2001-ci il ## #### tarixli, «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2014-cü il ## #### tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2005-ci il ## ###### tarixli * saylı Qərarlarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. Iddiaçı iddiaçı2 (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsi və onun mübahisəli mənzilə köçürülməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiaçı2 anası iddiaçı1 mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi X2 qızı və ailə üzvü olmuş, iddiaçı2 isə yetkinlik yaşına çatmamış həmin mənzilə köçmüşdür. Bu səbəbdən onun yaşayış sahəsindən istifadə hüququ yaranmış, cavabdeh isə mənzili yüklü şəkildə qəbul etmişdir.

24. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228-ci maddəsini düzgün şərh etməmişdir. Belə ki, Məcəllənin 228.5-ci maddəsinə əsasən, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri yaşayış sahəsindən bərabər istifadə hüququna malikdirlər və bu hüququn yaranması üçün 228.1 və 228.2-ci maddələrdə nəzərdə tutulan şərtlərin tətbiqi tələb olunmur. Belə ki, apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməməsini əsaslandırarkən iddiaçı iddiaçı2 mübahisəli mənzildə hüquq münasibətinin ##.##.2001-ci ildən yaranmasını və onun mülkiyyətçinin birgə yaşayan ailə üzvü olmamasını nəzərə alaraq Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tətbiqini əsas götürmüşdür.

25. Lakin şikayətə görə, məhkəmə iş materiallarında olan mühüm sübutlara hüquqi qiymət verməmişdir. Belə ki, mübahisəli mənzil ##.##.1980-ci il tarixli order əsasında iddiaçının babası X2 istifadəsinə verilmiş, sonradan isə 2004-cü ildə onun tərəfindən özəlləşdirilmişdir. Bu hal iddiaçının mənzildə yaşadığı dövrdə hüquq münasibətlərinin kirayə (order) əsasında yarandığını təsdiq edir. Bu səbəbdən mübahisəyə ##.##.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları, xüsusilə 54-cü maddə tətbiq edilməli idi. Həmin normaya əsasən, yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin yanına köçürüldükdə onların yaşayış sahəsindən istifadə hüququ yaranır və digər şəxslərlə bərabər istifadə edilir. Şikayətdə vurğulanmışdır ki, iddiaçı ##.##.2001-ci ildən mübahisəli mənzildə yaşamağa başladığı zaman mənzil order əsasında istifadə edildiyindən, onun istifadə hüququ həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən yaranmışdır. Apellyasiya məhkəməsi bu halları nəzərə almayaraq maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29, hissə İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. Maddə 33, hissə II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

32. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (##.##.2009-cu ilədək qüvvədə olmuş)

33. Maddə 53. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

34. Maddə 54. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

35. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

36. Maddə 87. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

37. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-ci maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 2001-ci il ## #### tarixli qərarı

38. 2001-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # ####### tarixli qərarı

39. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın ##-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı iddiaçı2 tərəfindən ona aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qismən yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

54. Işin müəyyən olunan faktik halları baxımından iddia tələbinin maddi hüquqi əsası ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

55. Işə baxmış məhkəmələr də mübahisənin həllinə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etmişdir. Məhkəmələrin gəldiyi nəticə Mülki Məcəllənin 228-ci maddəsinin dispozisiya şərtlərinə uyğundur.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar