Məhkəmə qərarları › İş №2(1-8)-703/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-703/2026

21.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-703/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin Cavabdeh qarşı əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. X1 Təsərrüfatı Mərkəzinin direktoru ilə İddiaçı arasında ##.##.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, Saratovka Meşəbəyliyində meşə gözətçisi vəzifəsinə qəbul edilmişdir.

2. Meşələrin Inkişafı Xidmətinin Cavabdeh direktorunun ##.##.2023-cü il tarixli, ***/ü saylı əmri ilə 13-## ###### 2023-cü il tarixdə Mərkəzin Şınıx meşəbəyliyinin 6 və * saylı meşə dolayılarıyla həmsərhəd meşələrinə yaxın, Ermənistanla həmsərhəd olan ərazilərində ermənilər tərəfindən törədilən geniş miqyaslı yanğının meşə ərazilərinə keçməsinin qarşısının alınmasında * saylı meşə dolayısının gözətçisi İddiaçı deyilən tapşırıqlara məhəl qoymadan hadisə yerinə gəlmədiyindən ona əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.

3. Meşələrin Inkişafı Xidmətinin Cavabdeh direktoru tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ***/ü saylı əmri ilə Saratovka meşəbəyliyinin * saylı meşə dolayısında ## ###### 2023cü il tarixdə aparılmış yoxlama zamanı 11,57 kub metr həcmində 240 manat ziyan dəyərində 12 ədəd ağacın kəsilərək kütlələrin aparılması aşkar olunmuşdur. Dolayıda baş vermiş qanunsuzluqla bağlı meşə gözətçisi İddiaçı nə meşəbəyliyin meşəbəyisinə, nə də idarəyə heç bir yazılı və şifahi məlumat vermədiyinə, meşə dolayısında olan qanunsuzluğu qəsdən ört-basdır etdiyinə, eyni zamanda meşə fonduna dəymiş ziyanlığı ödəmədiyinə, bununla da əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

4. Meşələrin Inkişafı Xidmətinin Cavabdeh direktoru ##.##.2024-cü il tarixdə təqdimatla Həmkarlar Ittifaqına müraciət edərək, ## ###### 2024-cü il tarixdə Saratovka meşəbəyliyinin * saylı meşə dolayısında (hərbi yolunda) baxış keçirilən zaman həmin ərazidə yola düşən çıxarılmış cəmi 9 ədəd ağacın kütlələrinin doğranaraq, ərazidən aparılması, yoxlama dövrünə qədər meşə gözətçisi İddiaçı tərəfindən Mərkəzə heç bir məlumat və akt təqdim edilmədiyi, meşə fonduna dəymiş 237,6 manat ziyan bu günə qədər ödənilməmiş qaldığını bildirmişdir.

5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin Cavabdeh Həmkarlar Ittifaqı Komitəsinin üzvlərinin iştirakı ilə keçirilmiş yığıncağının # ###### 2024-cü il tarixli ** saylı protokolu ilə mərkəzin direktorunun Saratovka meşəbəyliyin * saylı meşə dolayısının gözətçisi İddiaçı barəsində işdən azad olunması ilə bağlı vəsatət qaldırması nəzərə alınmış, sonuncu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Ona görə də, iddiaçı ## ###### 2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin Cavabdeh direktoru Vasif Nəbiyev tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, ***/K saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işlədiyi vəzifəyə işə bərpa olunması və ##.##.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş saatlarını buraxdığı günlər üçün əmək haqqının tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2024-cü il tarixədək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin Cavabdeh Saratovka meşəbəyliyinin * saylı meşə dolayısının gözətçisi vəzifəsində çalışmışdır. Işlədiyi müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyasını vicdanla və layiqincə yerinə yetirmiş, əmək intizamına əməl etmiş, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamış, əmək qanunvericiliyinin tələblərinə ciddi əməl etmişdir. Lakin heç bir səbəb və əsas olmadan əmək müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur. Bununla bağlı qəbul edilmiş ##.##.2024-cü il tarixli, ***/K saylı əmr qanunsuz və əsassız olmaqla əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda Əmək Məcəlləsinin 84-cü maddəsində qeyd edilən məlumatlar göstərilmədiyi üçün etibarsızdır. Belə ki, işin mübahisəsiz halı bundan ibarətdir ki, onun nəzarətində olan ərazidən dövlət əhəmiyyətli, hərbi strateji yolun çəkilməsi, müdafiə əhəmiyyətli istehkam və qurğuların yerləşdirilməsi və döyüş bölgəsində yerləşən hərbi hissə və bölmələrə daha tez lçatanlılığın təmin edilməsi, maddi texniki təminat və s. məqsədlə yolun çəkilməsi Mərkəzi Icra Hakimiyyəti orqanları tərəfindən əvvəlcədən razılaşdırılmış və müvafiq qərar əsasında həyata keçirilmişdir. Bu məqsəd üçün çəkilən yolun hava üzərindən deyil, onun gözətçilik etdiyi meşə ərazisindən keçməsi işin mübahisəsiz halıdır. Yol çəkilən ərazidə yolun meşə zolağının hansı hissələrindən çəkilməsi, yola düşən hissədə olan ağacların kəsilməsi, kəsilmiş ağacların istifadə təyinatı və onların yerinə yeni ağacların əkilib əkilməməsi onun iradəsi ilə əhatə olunan bir hal deyil və onunla bağlanmış əmək müqaviləsində dövlət tərəfindən çəkiləcək yola öz etirazını bildirmək, mane olmaq, onun qarşısını almaq kimi bir səlahiyyəti, öhdəliyi və vəzifəsi olmamışdır. Mübahisələndirilən əmrin verilməsinə əsas olan yoxlama aktı ona təqdim olunmasa da, şifahi məlumatı olmuş və aktda dövlət əhəmiyyətli yol çəkilən zaman kəsilərək kənara atılmış ağacların bir hissəsinin kəsildiyi yerdə olmadığı, bir hissəsinin isə doğranmış halda olduğu qeyd olunmuşdur. Məhz bu hal işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğvi üçün əsas qəbul edilir (Işəgötürən tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli ***/K saylı əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilməmişdir) və iddiaçı tərəfindən ziyan vurulduğu aktda qeyd olunsa da, ziyanın onun tərəfindən vurulmasının aşkar olunması, onun əməlinin hərəkət və hərəkətsizliyinin qanuna zidd olması və qanuna zidd olan əməli ilə nəticənin arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmamışdır. Belə ki, Dövlət əhəmiyyətli Hərbi strateji yolun çəkilməsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin Cavabdeh Saratovka meşəbəyliyinin * saylı meşə dolayısından keçməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun ərazi və yerli qurumlarının əvvəlcədən rəsmi məlumatlandırılması ilə həyata keçirilmişdir. Lakin buna baxmayaraq o, gözətçi funksiyasını vicdanla yerinə yetirərək həmin ərazidə olmuş, yol çəkən şirkətin əməkdaşları tərəfindən kəsilərək yolun kənarına atılmış bəzi ağacları aşkar etdiyini, kəsilmiş ağacların hərbi geyimdə olan şəxslər tərəfindən doğranaraq hərbi maşına yığılması barədə mobil telefonu ilə direktora və onun müavininə məlumat vermiş və həmin danışığı əvvəlcədən səs yazan proqram vasitəsi ilə qeydə almışdır. Səs yazısını dinlədikdə aydın olur ki, o, direktorun müavinini və direktoru aşkar etdiyi halla bağlı məlumatlandırmış və hər hansı göstərişlərinin olub-olmadığını soruşmuş, direktor müavini isə direktorla məsləhətləşərək hərbçilərə hər hansı bir maneəçilik törətməməsini, foto və video çəkiliş aparması barədə göstəriş vermişdir. O, rəhbərliyin göstərişini yerinə yetirərək foto və video çəkiliş aparmaqla yanaşı həmin hərbi qulluqçuların tabe olduğu və ərazidə olan N saylı Hərbi Hissənin 2-ci taborun Vndən əraziyə düşmüş ağaclardan Bölüyün dayaq məntəqəsində istifadə olunması üçün 20 kubmetr həcmində odunun aparılmasına dair qəbz almışdır. Rəhbərliyin vermiş olduğu göstərişi icra etməsi sonradan qanunsuz hesab edilmişdirsə, buna görə o deyil, qanunsuz göstərişi verən şəxs məsuliyyət daşımalıdır. Göründüyü kimi, ağacların kəsilməsi, ərazidən aparılması onun təqsiri, qəsd və ehtiyatsızlığı ilə əhatə olunmamış, əgər həqiqətən real ziyan vurulmuşdursa ziyanın vurulması ilə onun əməli, hərəkət və hərəkətsizliyi arasında heç bir səbəbli əlaqə olmamışdır. O hər hansı bir maddi gəlir əldə etməmiş, əmək müqaviləsi üzrə üzərinə götürdüyü funksiyaları layiqli və vicdanlı şəkildə yerinə yetirmişdir. Bundan başqa, əmrin qanunsuz və əsassız olması bir yana, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu belə əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, əmrin 2-ci bəndində başqa bir əmrlə tənzimlənməli olan məsələlər qeyd edilmiş, onun öhdəsində olan ərazinin başqa şəxsə müvəqqəti tapşırılması qeyd edilmişdir. Əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsasları, müəssisənin hüquqi ünvanı, onu imzalayanın vəzifəsi və ata adı qeyd edilməməklə yanaşı bir neçə şəxsə ayrı-ayrılıqda göstərişlər verilmiş və əmrə möhür vurulmamış, bununla da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin pozulduğu göstərilsə də, konkret olaraq pozuntunun nədən ibarət olduğu, işçinin əmək funksiyası və əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirmədiyi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrindən məhz hansının kobud şəkildə pozduğu qeyd edilməmişdir. Halbuki bunların hər hansı birinin qeyd olunmaması bütövlükdə əmrin etibarsızlığı üçün əsasdır. ##.##.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdeh Mediasiya prosesi ilə bağlı bildiriş göndərilmiş, 10 iş günü keçdikdən sonra cavabdehdən heç bir cavab almadığı üçün ##.##.2025-ci il tarixdə Mediasiya təşkilatına müraciət etmiş, lakin ##.##.2025-ci il tarixdə keçirilmiş Mediasiya sessiyasında hər hansı bir müsbət nəticə əldə olunmadığından prosesin davam etdirilə bilməməsi barədə təşkilatdan arayış verilmişdir.

8. Iddiaçı İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, onun nəzarətində olan ərazidən dövlət əhəmiyyətli, hərbi strateji yolun çəkilməsi Mərkəzi Icra Hakimiyyəti orqanları tərəfindən əvvəlcədən razılaşdırılmış və müvafiq qərar əsasında həyata keçirilmişdir. Yol çəkilən ərazidə ağacların kəsilməsinə maneçilik törətmək onun səlahiyyətində olmamışdır. Həmin ağaclar kəsilərkən telefonla Cavabdeh məlumat vermiş, həmçinin ağaclar kəsilərkən meşəbəyi Əfqan Musatafyev və rəhbər işçilər də orada olmuş və özləri ağacların hansı hissədən kəsilməsini göstərmişlər. Ona görə də, ağacların kəsilməsi barədə heç kimə rəsmi məlumat verməmişdir. Kəsilən ağacların bir hissəsi torpağın altında qalıb, 20 kub metr ağaclar isə hərbi hissə tərəfindən kənara çıxarılıb aparılmışdır. Həmin ağacların aparılması barədə meşəbəyi Rövşən Rəsulova məlumat vermişdir. Dövlət əhəmiyyətli yol çəkildiyindən ağaclar kəsilmişdir. Ağacların qırılmasında onun heç bir marağı olmamışdır. Onun təqsiri olmadan işdən çıxarılmışdır.

9. Məhkəmə iclası zamanı iddiaçı İddiaçı və nümayəndəsi (vəkil) X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin əlavə olaraq göstərmişlər ki, cavabdeh Cavabdeh hərbi əhəmiyyətli yol çəkilərkən iddiaçının təqsirli olmasını heç bir halda sübuta yetirə bilməmişdir. Iddiaçının həmin yol çəkilən yerdə iştirak etmək kimi bir səlahiyyəti olmamışdır. Həmçinin o tarixdə artıq İddiaçı işdən azad edilmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən təqdim edilmiş ## ###### 2024-cü il tarixli aktda İddiaçı təqsiri ucbatından ağacların kəsilməsinə görə maddi ziyan dəyməsi göstərilmişdir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Həmkarlar Ittifaqının ümumiyyətlə yığıncağı keçirilməmiş, həmin protokol sonradan tərtib edilmişdir. Dəymiş ziyanın məbləği ## ###### 2024-cü il tarixdə müəyyən edildiyi halda həmin maddi ziyanın məbləği # ###### 2024-cü il tarixli protokolda qeyd edilmişdir. Bu da onu göstərir ki, protokol sonradan tərtib edilmişdir.

10. Məhkəmə iclası zamanı cavabdeh Meşələrin Inkişafı Xidmətinin Cavabdeh nümayəndəsi nümayəndə2 iddianın rədd edilməsini xahiş etmiş, qeyd etmişdir ki, iddiaçı İddiaçı işdən çıxarılması barədə əmr qanuni və əsaslıdır. Belə ki, hərbi əhəmiyyətli yolun çəkilməsi ilə bağlı Cavabdeh tabeliyində olan ərazilərdə ağaclar kəsilir və həmin ağacların hesabatı aparılır. Iddiaçı onun meşə gözətçisi olduğu * saylı meşə dolayısında kəsilən ağaclar barədə Mərkəzə rəsmi məlumat verməli olduğu halda, heç bir məlumat verməmiş, həmçinin kəsilən ağaclar yerində müəyyən edilməmişdir. Bununla da, o, vəzifə səlahiyyətlərini yerinə yetirərkən, qanun pozuntusuna yol vermişdir. Iddiaçının barəsində ərazidə kəsilən ağacların yerində olmadığına, həmçinin kəsilmiş ağacların anbara təhvil verilməməsinə görə intizam tənbehi tətbiq edilərək işdən azad edilmişdir. Hətta iddiaçı həmin hadisədən də əvvəl öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən pozuntulara yol vermiş, ona görə də, ona töhmət verilmişdir. Hətta iddiaçının qanunsuz əməlləri barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna da məlumat verilmişdir. Ona görə də müəssisə rəhbəri və Həmkarlar Ittifaqı onun işdən azad edilməsini məqsədəuyğun hesab etmişlər.

11. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia rədd edilmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı X1 X8 meşəbəyliyinin * saylı meşə dolayında meşə gözətçisi vəsifəsində işlədiyi müddətdə 13-## ###### 2023-cü il tarixdə Mərkəzin Şınıx meşəbəyliyinin 6 və * saylı meşə dolayılarıyla həmsərhəd ərazidə baş vermiş geniş miqyaslı yanğının meşə ərazilərinə keçməsinin qarşısının alınmasında iştirak etməli olduğu halda, tapşırıqlara məhəl qoymadan hadisə yerinə gəlmədiyindən ##.##.2023-cü il tarixdə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət verilmiş, həmçinin Saratovka meşəbəyliyinin * saylı meşə dolayısında ## ###### 2023-cü il tarixdə aparılmış yoxlama zamanı 11.57 kub metr həcmində 240 manat ziyan dəyərində 12 ədəd ağacların kəsilərək kütlələrin aparılması aşkar olunmuş, lakin baş vermiş qanunsuzluqla bağlı meşə gözətçisi İddiaçı nə meşəbəyliyin meşəbəyisinə, nə də idarəyə heç bir yazılı və şifahi məlumat vermədiyinə, meşə dolayısında olan qanunsuzluğu bilərəkdən örtbasdır etdiyinə, eyni zamanda meşə fonduna dəymiş ziyanı ödəmədiyinə, bununla da əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin iddiaçı həmin intizam tədbirlərindən nəticə çıxarmamış, ## ###### 2024-cü il tarixdə Saratovka meşəbəyliyinin * saylı meşə dolayısında (hərbi yolunda) baxış keçirilən zaman həmin ərazidə yola düşən çıxarılmış 237,6 manat ziyan dəyərində 22,82 kub metr həcmində fıstıq cinsindən diametri 36 sm 2 ədəd, 40 sm 1 ədəd, 44 sm 1 ədəd, 48 sm 1 ədəd, 52 sm 1 ədəd, 56 sm 1 ədəd, 72 sm 1 ədəd; vələs cinsindən 36 sm 1 ədəd, cəmi 9 ədəd ağacların kütlələrinin doğranaraq ərazidən aparılması, yoxlama dövrünə qədər meşə gözətçisi İddiaçı tərəfindən Mərkəzə heç bir məlumat və akt təqdim edilmədiyi müəyyən edilmişdir. Halbuki Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ##.##.2023-cü il tarixli, ***/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşə gözətçisi”nin vəzifə təlimatının II bəndinin üçüncü abzasında meşə gözətçisinin vəzifə öhdəlikləri kimi dolayın ərazisində özbaşına qırıntılara və meşə qanunvericiliyinin digər pozulmalarına dair yazılı məlumatı meşəbəyliyə və ya mərkəzə təqdim etməsi, meşə istifadəçiləri və meşə ərazisinə daxil olan digər şəxslər tərəfindən yanğın təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsini yoxlaması, meşədə yanğın təhlükəsizliyi qaydalarına nəzarət etməsi, yanğın baş verdikdə onun söndürülməsi üçün tədbirlər görməsi, yanğın haqqında meşəbəyiyə, mərkəzə və digər aidiyyəti qurumlara xəbər verməsi nəzərdə tutulmuşdur ki, iddiaçı İddiaçı öhdəliklərini yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işlədiyi müəssisəyə maddi ziyan vurmuşdur. Ona görə də, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyi, habelə əmək vəzifələrini kobud şəkildə pozduğu məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatı ilə təsdiq edildiyindən, iddiaçının vəzifədən azad edilməsinə, yəni əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulan əsaslar üzrə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli ***/K saylı əmri qanuni və əsaslıdır, iddia əsassız olduğundan təmin edilməməlidir.

14. Məhkəmə həmin nəticəyə gələrkən Əmək Məcəlləsinin 68, 69, 70, 71, 72, 80, 84, 186, 187 və 189-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat

15. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, qətnamə maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə heç bir mötəbər sübut olmadan onun işəgötürənə təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin Cavabdeh məlumatı olduğu halda bilə-bilə qəsdən hərbi yolun çəkilişi ilə bağlı kəsilmiş ağacların doğranması və kəsilməsi ilə bağlı akt tərtib etmişlər. Həmin aktla kəsilmiş və doğranmış ağaclara görə onun məsuliyyət daşıdığı, bununla da meşə fonduna ziyan vurmağı qeyd edilmiş, məhkəmə isə qeyri-mötəbər sübut olan həmin akta istinad edərək, onun pozuntu törətdiyi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə onun tərəfindən təqdim edilmiş sübutlara qərəzli yanaşaraq, təqdim etmiş olduğu səs yazılarını, video və fotoların olduğu disklərə, eləcə də gözətçi olduğu meşə ərazisində yol çəkilişi ilə bağlı kəsilmiş və doğranmış ağacların hərbi hissə tərəfindən razılıq əsasında aparıldığını təsdiq edən qəbzə heç bir hüquqi qiymət verməmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh Meşələrin Inkişafı Xidmətinin Cavabdeh nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı İddiaçı işdən çıxarılması barədə əmr qanuni və əsaslıdır. Belə ki, hərbi əhəmiyyətli yolun çəkilməsi ilə bağlı Cavabdeh tabeliyində olan ərazilərdə ağaclar kəsilir və həmin ağacların hesabatı aparılır. Iddiaçı onun meşə gözətçisi olduğu * saylı meşə dolayısında kəsilən ağaclar barədə Mərkəzə rəsmi məlumat verməli olduğu halda, heç bir məlumat verməmiş, həmçinin kəsilən ağaclar yerində müəyyən edilməmişdir. Bununla da, o, vəzifə səlahiyyətlərini yerinə yetirərkən, qanun pozuntusuna yol vermişdir. Iddiaçının barəsində ərazidə kəsilən ağacların yerində olmadığına, həmçinin kəsilmiş ağacların anbara təhvil verilməməsinə görə intizam tənbehi tətbiq edilərək, işdən azad edilmişdir. Hətta iddiaçı həmin hadisədən də əvvəl öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən pozuntulara yol vermiş, ona görə də ona töhmət verilmişdir. Hətta iddiaçının qanunsuz əməlləri barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna da məlumat verilmişdir. Iddiaçının iştirakı ilə akt tərtib edilmiş və həmin akta iddiaçı özü də imza etmişdir. Iddiaçının işdən çıxarılması barədə Həmkarlar Ittifaqına rəsmi müraciət olunmuş, iddiaçının işdən azad edilməsinə razılıq verilmişdir. Iddiaçı yazılı izahat verməkdən imtina etmişdir. Daha sonra müəssisə rəhbəri iddiaçı barəsində əmr verməklə onu işdən azad etmişdir.

18. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*- */****/**** nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş işin 204, 207 və 208-209-cu vərəqlərində olan ## ###### 2024-cü il tarixli ****** nömrəli aktlarda “iştirak edən şəxslər” qrafalarında “M.gözətçisi İddiaçı” yazılardan aşağıda olan imzalar İddiaçı tərəfindən icra olunmuşdur.

19. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev, Günay Cavadova və Tural Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı məhkəmənin ##.##.2025-ci il tarixli iclasında şifahi vəsatət verərək, dəymiş ziyanla bağlı tərtib edilmiş ## ###### 2024-cü il tarixli ****** nömrəli AKT-dakı “iştirak edən şəxslər” bölməsində “M.gözətçisi İddiaçı” sözlərinin qarşısındakı imzanı mübahisələndirmiş və imzanın ona aid olmadığını israrla bildirmişdir. Məhkəmə mülki işin tam obyektiv və hərtərəfli araşdırılması üçün məhkəməxətşünaslıq

21. ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *- **-**/*-*/****/**** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş işin 204, 207 və 208-209-cu vərəqlərində olan ## ###### 2024-cü il tarixli ****** nömrəli aktlarda “iştirak edən şəxslər” qrafalarında “M.gözətçisi İddiaçı” yazılardan aşağıda olan imzalar İddiaçı tərəfindən icra olunmuşdur.

22. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Çünki ekspert tədqiqat apararkən iddiaçının imza və sərbəst xətt nümunələrini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülən dəlillər öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı gözətçi funksiyasını yerinə yetirərkən heç bir pozuntuya yol vermədiyini, hadisə ilə bağlı rəhbərliyi məlumatlandırdığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Iddiaçı iddia tələbinin əsası kimi göstərdiyi halları təsdiq edən mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir.

23. Məhkəmədə müəyyən olunmuşdur ki, işəgötürən əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə istinad etmiş və bu qənaətini onunla əsaslandırmışdır ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi əmək qanunvericiliyinə uyğun olmuşdur.

25. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci (İ və II hissələri), 9-cu (q bəndi), 11-ci (İ hissənin “d” bəndi), 14-cü, 70-ci (“ç” bəndi), 71-ci (2-ci hissə), 72-ci, 79-cu (İ hissə), 80-ci (İ və II bəndləri), 83-cü (II hissə), 84-cü (İ, II və III hissələr), 186-cı, 187-ci (İ hissə), 300-cü (İ hissə) maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2006-cı il tarixli və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli qərarlarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, tərəfindən təqdim edilmiş sübutlara (işlədiyi dövrdə meşə dolayısı ərazisində baş vermiş hüquqpozmalarla bağlı mütəmadi olaraq rəhbərliyə rəsmi yazılı ərizələrlə etdiyi müraciətləri də daxil olmaqla) məhkəmə qərəzli yanaşaraq hüquqi qiymət verməmiş, eləcə də, tərəfindən verilmiş izahatları təqdim etdiyi sübutlarla (səs yazılarının, foto və video çəkilişlərin əks olunduğu disk, eləcə də gözətçisi olduğum meşə dolayısı ərazisində yol çəkilişi bağlı kəsilmiş və doğranmamış ağacların hərbi hissə tərəfindən razılıq əsasında aparıldığını təsdiq edən qəbzlə) yanaşı yoxlamamış və qiymətləndirməmiş, bununla da əsassız və qanunsuz qətnamə çıxarmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

29. Maddə 70, “ç” bəndi. Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

30. Maddə 71, hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

31. Maddə 71, hissə 3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

32. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.

33. Maddə 80. Bənd İ. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

34. Maddə 80. Bənd II. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

35. Maddə 83, hissə 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

36. Maddə 84, hissə 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

37. Maddə 84, hissə 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

38. Maddə 84, hissə 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər

39. Maddə 186. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

40. Maddə 186, hissə 2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

41. Maddə 186, hissə 3. Işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

42. Maddə 187, hissə 1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

43. Maddə 300, hissə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassasiya şikayətində qətnamə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. Iddiaçı İddiaçı iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri ilk iddiiay ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### ****-ci nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar